Məhkəmə qərarları › İş №2(103)-3623/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3623/2021

11.03.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3623/2021 11.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şərafət Asif qızı Məmmədovanın sədirliyi və məruzəsi ilə, Emin Əlixan oğlu Mehdiyev və Xəyal Əjdər oğlu Sarıyevdən ibarət tərkibdə, Mövlayev Azər Aydın oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh, cavabdehlər İddiaçı1 və İddiaçı2 iştirakı ilə, İddiaçı2 Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-858/2021 saylı, xx.xx.2021ci il tarixli qərardadından vermiş olduğu şikayətə ərizəsinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehlər İddiaçı1 və İddiaçı2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus qızıl-zinət və cehiz əşyalarının geri qaytarılması, həmin əşyalar olmadıqda onların dəyəri məbləğində pulun cavabdehlərdən alınaraq ona ödənilməsi, cavabdeh İddiaçı2 ilə birgə nikah dövründə əldə olunmuş “Mercedes Benz E350” markalı, **-DF-*** dövlət qeydiyyat nişanlı, “KİA CERATO” markalı **-HR-*** dövlət qeydiyyat nişanlı avtomobillərin və Bakı şəhəri Xətai rayonu, Sarayevo küçəsində yerləşən 16 mərtəbəli binanın 16-cı mərtəbəsində yerləşən bir otaqlı mənzilin üzərində onun payının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh həmçinin iddianın təmini tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək iş üzrə yekun məhkəmə qətnaməsi çıxarılanadək cavabdeh İddiaçı2 ilə birgə nikah dövründə əldə olunmuş “Mercedes Benz E350” markalı, **-DF-*** dövlət qeydiyyat nişanlı, “KİA CERATO” markalı 99-HR340 dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə həbs qoyulması və qeyd olunan avtomobillərin özgəninkiləşdirilməsi ilə bağlı hərəkətlərin cavabdeh İddiaçı2 qadağan edilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-858/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə ərizə qismən təmin edilmiş, İddiaçı2 məxsus “Mercedes Benz E350” markalı, **-DF-*** dövlət qeydiyyat nişanlı, “KİA CERATO” markalı **-HR-*** dövlət qeydiyyat nişanlı avtomobillərin özgəninkiləşdirilməsi ilə bağlı hərəkətlər İddiaçı2 qadağan edilmişdir. İddiaçı2 xx.xx.2021-ci il tarixində məhkəmənin həmin qərardadından şikayətlə müraciət edərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 858/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx xxxx 2021-ci il tarixli, İş № 2(011)-858/2021 saylı qərardadı qanunsuz və əsassız olduğundan ləğv eilməlidir. Belə ki, Cavabdeh ilə xx xxxxxx 2012-ci il tarixdə Bakı şəhəri Xətai rayon qeydiyyat Şöbəsində nikahları rəsmiləşdirməklə ailə qurmuşlar və birgə nikahlarından onların xx xxxxxxx 2013-cü il təvəllüdlü X2 və X3 adllı iki əkiz uşaqları doğulmuşlar. Adına olan “Mersedes Bens E350” markalı, **-DF-*** dövlət qeydiyyat nişanlı avtomobillə bağlı qeyd etmək istərdi ki, həmin avtomobil əvvəllər, 2017-ci ilədək yeznələri olan Babayev Elşənə məxsus olmuşdur ki, sonradan, yəni 20.06. 2017-ci il tarixdə, aralarında olan köhnə borcun əvəzi olaraq avtomobil yeznələri Elşən Babayev tərəfindən onun adına rəsmiləşdirilmişdir. Həmçinin, adına olan “KİA SERATO” markalı **-HR-*** dövlət qeydiyyat nişanlı avtomobil isə qardaşı X1 özü tərəfindən, “Ata Bank”dan götürdüyü borc kredit pul vəsaiti hesabına alınmaqla, avtomobil ilk gündən hal-hazıra qədər X7a tifadəsində olmaqla, ona məxsusdur. Ölkəmizdə baş vermiş ilk devalivasiya ilə əlaqədar və həmçinin X7 1 il müddətinə məcburi psixatrik müalicəyə göndərildiyi üçün “Ata Bank”la baş tutmuş razılaşma üzrə qardaşının Banka olan faiz borcu dayandırılaraq, onunla yeni, faizsiz kredit müqaviləsi bağlanmış və avtomobil onun adıına rəsmiləşdirilmişdir. X7 1 il müddətində, məcburi psixatrik müalicədə olduğu zaman hər ay olaraq bankın borcu ataları İddiaçı1 tərəfindən, onun öz vəsaiti hesabına banka ödənilmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehlər şikayəti müdafiə edərək, təmin edilməsini məhkəmədən xahiş etdilər. Məhkəmə iclasında iştirak edən iddiaçı Cavabdeh şikayətə etiraz edərək, təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə kollegiyası tərəflərin nümayəndələrini dinləyib, iş materiallarını və şikayətin dəlillərini araşdıraraq, həmçinin yuxarıda sadalanan qanunvericilik normalarına əsaslanaraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, “Mercedes Benz E350” markalı, **-DF-*** dövlət qeydiyyat nişanlı, “KİA CERATO” markalı **-HR-*** dövlət qeydiyyat nişanlı avtomobillər iddia tələbi üzrə cavabdeh İddiaçı2 məxsusdur və iddia tələbində adıçəkilən avtomobillərə dair tərəflər arasında yaranmış münasibətlər və bu münasibətlərdən irəli gələn nəticələrə dair məsələlər mübahisələndirilmişdir və qeyd edilmiş əmlak mübahisə obyektini təşkil edir. Azərbaycan Respublikasının MPM-nin 157.1-ci maddəsinə əsasən hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Həmin Məcəllənin 158.1.2-ci maddəsinə əsasən iddianı təmin etmək üçün hakim cavabdehə müəyyən hərəkətləri etməyi qadağan edə bilər. Qanunun mənasından göründüyü kimi iddianı təmin tədbiri institutu çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan, qətnamənin icrasını gələcəkdə çətinləşdirən və ya qeyri-mümkün edə bilən halların mübahisəyə baxılarkən aradan qaldırılmasına yönələn prosessual-hüquqi tədbirdir. Bu tədbir müvəqqəti xarakter daşıyır, işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Kollegiya MPM-nin 398.0.1-ci maddəsində müəyyən olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, şikayət təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 397-398, 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-858/2021-li iş üzrə xx xxxxxx 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qüvvəyə minir. Sədirlik edən: Şərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar