Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3639/2022 14.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Emin Mehdiyev və Xəyal Sarıyevdən ibarət tərkibdə, iddiaçı "xxxx" KB QSC-nin cavabdehlər Cavabdeh1 və başqalarına qarşı “kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi barədə” ilk iddiasına, iddiaçılar Cavabdeh8 Rafiq oğlu və Cavabdeh7 cavabdeh "xxxx" KB QSC-nə qarşı “ipoteka müqaviləsinin etibarsız hesab edilməsi barədə” qarşılıqlı iddiasına dair mülki iş üzrə Nərimanov Rayon Məhkəməsinin 16.09.2011-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiyanın mümkünlüyünü yoxlayaraq müəyyən etdi: Apellyasiya qeyri-mümkün hesab edilməlidir. Belə ki, mülki işə daha əvvəl başqa şəxslərin şikayətləri əsasında apellyasiya və kassasiya qaydasına baxılıb. Hazırkı apellyasiya şikayəti qətnamənin qəbul edilməsindən 10 il sonra verilib. Mülki-Prosessual Məcəllənin 360-cı maddəsindən görünür ki, qətnamədən apellyasiya şikayəti verilməsi müddəti 1 aydır, həmin müddətin axımı qətnamənin surətinin işdə iştirak edən şəxsə rəsmi qaydada verildiyi vaxtdan hesablanır. Qətnamənin surəti 2011-ci ildə Cavabdeh1 verilib. Bu, işdə olan sənədlərlə təsdiq olunur. Qətnamənin surəti Nərimanov Rayon Məhkəməsinin 03.10.2011-ci il tarixli məktubu ilə Cavabdeh1 həbsdə saxlanıldığı Bakı İstintaq Təcridxanasına göndərilib. Məktubun üzərində onu qəbul edən şəxs “Cavabdeh1 təqdim etmək üçün” qeydini yazıb. Qeyd 05.10.2011-ci il tarixdə yazılıb, qeydi yazan öz soyadını yazıb və imza icra edib (cild 2, iş v. 308). Mülki işə başqa şəxslərin apellyasiya şikayəti əsasında apellyasiya qaydasında baxılarkən Cavabdeh1 Bakı Apellyasiya Məhkəməsinə yazdığı 27.12.2011-ci ildə ərizədə qeyd edib: “Yazıb sizə məlum etmək istəyirəm ki, mülki iş üzrə Nərimanov Rayon Məhkəməsinin 16 sentyabr 2011-ci il tarixli qətnaməsi ilə razıyam. Obyektiv qərar çıxarılıb, heç bir iradım yoxdur. Apellyasiya Məhkəməsində iştirak etmək istəmirəm” (cild 3, iş v. 31). Bu ərizədəki imzanın həqiqiliyi 4 saylı Cəzaçəkmə Müəssisəsinin rəisi tərəfindən təsdiq olunub. Ərizənin məzmunu onu təsdiq edir ki, Cavabdeh1 qətnaməni alıb, tanış olub, razılaşdığına görə şikayət vermək istəməyib. Göründüyü kimi, apellyasiya şikayəti verilməsi müddəti keçib. Mülki-Prosessual Məcəlləsinin 130.1-ci maddəsinə görə qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Ona görə də apellyasiya qeyri-mümkün hesab edilməli və apellyasiya şikayəti geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 366-cı maddəsinin göstərişini rəhbər tutaraq, məhkəmə qərara aldı: Cavabdeh1 apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilsin. Apellyasiya şikayəti geri qaytarılsın. Qərardaddan 10 gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-3639/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3639/2022
14.04.2022 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver