Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3639/2024 24.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" QSC və "xxxx" QSC-nin Mühafizə Departamentinə qarşı işi üzrə Açar sözlər: (“işə bərpa və sairə tələbinə") hakimlər X3 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Həsənova Ləman Rasim qızının katibliyi, cavabdeh "xxxx" QSC-nin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" QSC-yə və "xxxx" QSC-nin Mühafizə Departamentinə qarşı işə bərpa və sairə tələbinə dair Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(**6)-586/2*24 saylı işi üzrə 25.*1.2*24-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı:
1. İddiaçı cavabdeh "xxxx" QSC-yə və "Azərbaycan Dəmir Yolları” QSC-nin Mühafizə Departamentinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ştat cədvəlinin təqdim edilməsi ilə əlaqədar 25.*7.2*23-cü il tarixli 13-1-18/3-58-3869/2*23 saylı, uyğun vəzifəyə keçirilməsi barədə *1 avqust 2*23-cü il tarixli ərizələrinə cavabdeh "Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Mühafizə Departamenti tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş müddətdə və qaydada baxılmamasının qanunsuz hesab edilməsi; cavabdeh "Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən 1*.*8.2*23-cü il tarixli ərizələrinin araşdırılması üçün şikayət edilən şəxs X6 göndərilməsinin qanunsuz hesab edilməsi; aparılmış ştat ixtisarının qanunsuz hesab olunması; cavabdeh "Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Mühafizə Departamenti tərəfindən təqdim edilmiş 2*.*7.2*23-cü il tarixli. 87 saylı xəbərdarlığın və 21.*7.2*23-cü il tarixli, 96 nömrəli iş təklifi barədə bildirişin etibarsız hesab edilməsi; əmək müqaviləsinin ləğv edilməsi haqqında 22.*9.2*23-cü il tarixli, 13-1-18/3-1*-6687/2*23 saylı əmrin qanunsuz hesab edilərək ləğv edilməsi; onun "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Mühafizə Departamentınin əvvəlki “Yüklərin və obyektlərin mühafizəsi", hazırkı "Xidmətin təşkili" şöbəsinin indiki aparıcı mütəxəssisi (əvvəlki böyük təlimatçısı) vəzifəsinə bərpa olunması; məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Cavabdeh iddia ərizəsinə etirazla məhkəməyə müraciət edərək, iddianın rədd edilməsini xahiş etmişdir.
3. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(**6)-586/2*24 saylı işi üzrə 25.*1.2*24-cü il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Qətnamədə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 11, 7*, 71.3, 77, 3** ; Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 81, 89.1, *6.1, 217.4-cü maddələrinə istinadən qeyd edilmişdir ki, X12 Komitəsi İddiaçı Nurəddin oğlunun 21.*7.2*23-cü il tarixli 96 nömrəli iş təklifindən imtina etdiyini nəzərə alaraq Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 7*-ci maddəsinin "b” bəndinə əsasən əmək müqaviləsinin ləğv edilməsinə razılıq vermişdir. Həmçinin iş materiallarından görünür ki, *3.*7.2*23-cü il tarixli "Azərbaycan Dəmir Yolları” QSC-nin Müşahidə Şurasının iclasının 2 saylı protokouna əsasən ADY QSC-nin yeni korporativ strukturunun və 2*23-cü il üzrə ştat cədvəlinin təsdiq edilməsinə dair razılıq verilmiş, "Azərbaycan Dəmir Yolları” QSC tərəfindən 13.*7.2*23-cü il tarixdə "2*23cü il üzrə ştat cədvəlinin təsdiq edilməsi” barədə 13-1/3-5-22*11/2*23 saylı əmr verilmişdir. Göründüyü kimi ştatların ixtisarı "Azərbaycan Dəmir Yolları” QSC-nin müvafiq əmri ilə həyata keçirilməklə tam qanuni və əsaslı olmuşdur. İş materiallarında olan "Azərbaycan Dəmir Yolları” QSC-nin yeni korporativ strukturu və ştat cədvəli haqqında hüquqi əsaslandırmada göstərilmişdir ki, "Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (ADY) korporativ strukturunun optimallaşdırılması və idarə etmənin təkmilləşdirilməsi məqsədi ilə beynəlxalq masləhətçi şirkətlərin tövsiyələri nəzərə alınaraq ADY-nin yeni korporativ strukturu ve stat cədvəlinin layihəsi hazırlanmışdır. Hazırda ADY-nin aparatı və ADY-nin tabeliyində olan hüquqi şəxs statusuna malik olmayan təşkilatların ümumi sayı 31 struktur bölmədən ibarətdir. Təklif olunan yeni korporativ strukturda isə 12 struktur bölmənin ləğvi, 7 struktur bölmənin yaradılması ilə 26 struktur bölmənin fəaliyyət göstərməsi nəzərdə tutulmuşdur. Eyni zamanda ADY-nin strukturuna 15 törəmə cəmiyyət və 1 filial daxildir. Struktur dəyişiklikləri nəticəsində 582 ştat vahidinin azaldılması nəzərdə tutulmuşdur. Bununla da mövcud ştat cədvəli üzrə illik əmək haqqı fondunda 4.931.658,44 manat (vergilər daxil) məbləğində qənaət olunması proqnozlaşdırılır. Azərbaycan Respublikası Prezidentinin 2*21-ci il 3* mart tarixli 2548 nömrəli Sərəncamına əsasən ADY-nin korporativ strukturunun və ştat cədvəlinin təsdiq edilməsinə razılıq vermək Müşahidə Şurasının səlahiyyətlərinə aiddir. Eyni zamanda ADY-nin Müşahidə Şurasınn 2*21-ci il 11 iyun tarixli 2 nömrəli protokolu ilə təsdiq edilmiş "Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin X9 və mükafatlandırma komitəsi haqqında Əsasnamə"yə əsasən ADY-nin korporativ strukturu və ştat cədvəlinə dair tövsiyyələrin Müşahidə Şurasına təqdim edilməsi adı çəkilən komitənin funksiyalarından biri kimi müəyyən olunmuşdur. Qeyd olunanlara uyğun olaraq, ADY-nin yeni korporativ strukturu və ştat cədvəlinə dair tövsiyyələrin Müşahidə Şurasına təqdim edilməsi üçün məsələyə Təyinat və mükafatlandırma komitəsinin iclasında baxılması məqsədəuyğun hesab olunur. Beləliklə göründüyü kimi ştatların ixtisar olunmasına hüquqi əsaslandırma verilmiş, əmək müqaviləsinin ləğv edilməsi üçün əsaslar rəsmi sənədlərdə öz əksini tapmışdır. Odur ki, bu hissədə də iddia təmin edilə bilməz. İddia tələbinin “cavabdeh "Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Mühafizə Departamenti tərəfindən təqdim edilmiş 2*.*7.2*23-cü il tarixli, 87 saylı xəbərdarlığın və 21.*7.2*23-cü il tarixli, 96 nömrəli iş təklifi barədə bildirişin etibarsız hesab edilməsi” hissəsinə münasibətdə əmək qanunvericiliyə əsasən işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür. İstər müəssisə bölünərkən, başqa müəssisəyə birləşərkən və ya digər qaydada yenidən təşkil olunarkən, yaxud təşkilati-hüquqi forması dəyişərkən, istərsə də müəssisədə belə dəyişikliklər edilmədən işçilərin sayı azaldıldıqda, ştatları ixtisar olunduqda, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə işəgötürən tərəfindən işçinin peşəkarlığı, ixtisası (peşəsi, sənəti) nəzərə alınmaqla onun müvafiq işə (vəzifəyə) keçirilməsi imkanı araşdırmalıdır. İşəgötürənin belə imkanları olmadıqda göstərilən əsaslarla əmək müqaviləsi ləğv edilə bilər. İddiaçının həmin bildirişlərin "səlahiyyətlərə malik olmayan şəxs tərəfindən imzalanması” dəlillərinə münasibətdə onları imzalayan şəxs Tikrar Quliyev daha öncə yuxarıda adı çəkilən əmrə əsasən səlahiyyətli olmuşdur. Məhkəmə iddia tələbinin “əmək müqaviləmin ləğv edilməsi haqqında 22.*9.2*23-cü il tarixli, 13-1-18/3-1*-6687/2*23 saylı əmrin qanunsuz hesab edilərək ləğv edilməsi; onun "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Mühafizə Departamentınin əvvəlki “Yüklərin və obyektlərin mühafizəsi", hazırkı “Xidmətin təşkili" şöbəsinin indiki aparıcı mütəxəssisi (əvvəlki böyük təlimatçısı) vəzifəsinə bərpa olunması; məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi” hissəsinə münasibətdə aşağıdakıları qeyd edir: Yuxarıda göstərilənlərə uyğun olaraq iş materialları ilə müəyyən edilmişdir ki, ştatların ixtisarı barədə ADY QSC tərəfindən müvafiq əmr verilmiş, həmin əmrin verilməsinin zəruriliyi əsaslandırılmış, işçiyə işəgötürən tərəfindən ştatların ləğvi barədə xəbərdarlıq və iş təklifi göndərilmişdir. Odur ki, 22.*9.2*23-cü il tarixli, 13-1 -18/3-1*- 6687/2*23 saylı əmrin qanunsuz hesab edilməsi üçün hüquqi əsaslar olmadığından təmin edilməməlidir.İddia tələbinin “məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi” hissəsinə münasibətdə, əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğvi üçün əsaslar olmadığından, bu hissədə də iddia təmin edilə bilməz. İddiaçı F.N. İsmayılov iddia tələbində göstərilənlərin, o cümlədən onunla bağlı verilmiş əmrin ona qarşı qərəzli münasibət və hərəkətlər, əmr qəbul edilərkən və iş təklif edilərkən ona münasibətdə ayrı-seçkiliyin edilməsi ilə əsaslandırmağa çalışmışdır. Bu halların sübutetmə yükü iddiaçının üzərində olduğundan F.N İsmayılov qərəzli münasibətə dair fikrini belə ifadə etmişdir ki, yeni şöbədəki vəzifə təlimatları və funksiyaları ixtisar olunmuş şöbədə olan vəzifə təlimatları, funksiyalarla ilə eyni olduğu halda ona yeni yaradılmış şöbədə tutduğu vəzifəyə uyğun deyil, təhsili, stajı və peşəkarlığı nəzərə alınmadan 7 pillə aşağı vəzifə təklif edilmişdir. Məhkəmə proseslərində "Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Mühafizə departamentinin 13.*7.2*23-cü il və ondan əvvəlki, *7.*2.2*23-cü il tarixli ştat cədvəllərində vəzifələrin adları ilə və "Yüklərin və obyektlərin mühafizəsi şöbəsi"-nin işçilərinin 2*17-ci il və 2*2*-ci il tarixli vəzifə təlimatları ilə hazırkı "Xidmətin təşkili" şöbəsinin işçilərinin 2*23-ci il tarixli vəzifə təlimatları müqayisə edildikdə vəzifələrin və əmək funksiyaların fərqli olması aşkar edildi. İş materiallarından göründüyü kimi, iddiaçının tərəf olduğu əmək müqaviləsinə xitam verilməsində cavabdeh tərəfindən hər hansı qanun pozuntusuna yol verilməsi, o cümlədən işəgötürənin iddiaçıya qarşı qərəzli münasibətdə olması halları aşkar edilməmişdir. İddiaçının işəgötürən tərəfindən ixtisar zamanı və yeni iş təklif edilərkən ayrı-seçkiliyə məruz qalması dəlillərinə münasibətdə fikrini belə əsaslandırmışdır ki, Mühafizə Departamentinin rəhbəri özünün tanıdığı və əvvəlki iş yerindən olan yoldaşlarını işə qəbul etmişdir. İşin halları ilə müəyyən olunur ki, cavabdeh müəssisədə ümumilikdə xeyli saylı işçi ixtisar prosesinə cəlb edilmişdir və cavabdehin nümayəndələrinin iclaslarda səsləndirdiyinə görə ixtisar prosesinə cəlb edilmiş iddiaçının da işlədiyi şöbədəki işçilərdən yalnız iddiaçı və ixtisar edilmiş şöbənin rəisi yeni iş təklifini qəbul etməmişlər. Göründüyü kimi, bu səbəblə də iddiaçıya qarşı ayrı-seçkiliyə yol verildiyi müəyyən edilmir. Məhkəmə iclasları zamanı da iddiaçı məhkəmə iclasında onunla əmək müqaviləsinə xitam verərkən işəgötürən tərəfindən ona digər vəzifənin təklif edilməsini sahib olduğu təhsilinə, stajına, peşəkarlığına uyğun olmadığı üçün qəbul etməkdən qəti imtina etdiyini bildirmişdir.
4. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki: - ADY-nin Müşahidə Şurasının 2*23-cü il *3 iyul tarixli *2 nömrəli qərarının icrasını təmin etmək məqsədilə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2*1*-cu il 15 fevral tarixli 36 nömrəli qərarı ilə təsdiq edilmiş "X11" Qapalı Səhmdar Cəmiyyətinin Nizamnaməsimin 8.1.5-ci və 8.1.12-ci yarımbəndlərini rəhbər tutaraq verilmiş əmrdə göstərilmişdir ki, ADY-nin yeni korporativ strukturu və 2*23-cü il üzrə ştat cədvəlləri təsdiq edilsin. Həmçinin bu əmrin icrası ilə əlaqədar İnsan resursları idarəsinə aidiyyəti struktur qurumlar ilə birlikdə əmək qanunvericiliyindən irəli gələn məsələləri aidiyyəti üzrə həll etməsi; 6 ay müddətində aidiyyəti struktur vahidləri ilə birlikdə müvafiq vəzifə və peşə təlimatlarının layihələrini hazırlayıb ADY sədrinə təqdim etməsi göstərişi verilmişdir. Hüquq idarəsi isə 3 ay müddətində aidiyyəti üzrə struktur bölmələrlə (qurumlar) birlikdə müvafiq əsasnamə və ya onlara dəyişiklik layihələrini hazırlayıb təsdiq edilməsi üçün ADY sədrinə təqdim edilməsi tapşırılmış, Sədr müavinləri, Maliyyə və iqtisadiyyat idarəsi, İnsan resursları idarəsi, Hüquq idarəsi, Təsərrüfat departamenti və digər aidiyyəti struktur qurumlar bu Əmrdən irəli gələn məsələləri aidiyyəti üzrə həll etmək göstərişi verilmişdir; - "Azərbaycan Dəmir Yolları” QSC-nin Mühafizə Departament rəisinin şəxsi heyətin fiziki hazırlığı üzrə müavini, rəis vəzifəsini müvəqqəti icra edən X7 tərəfindən 2*.*7.2*23-cü il tarixdə İddiaçı ünvanlanmış 87 saylı xəbərdarlıqda göstərilmişdir ki, "Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (ADY) Mühafizə departamentində aparılmış struktur dəyişikliklərinin nəticəsi olaraq həmin departamentin ştat cədvəlində ADY-nin sədri tərəfindən təsdiq edilmiş dəyişikliyə uyğun olaraq departamentin bir sıra ştat vahidləri, həmçinin tutduğu həmin departamentin “Yüklərin və obyektlərin mühafizəsi şöbəsi”-nin böyük təlimatçısı ştatı ixtisar olunmuşdur. Bununla əlaqədar, bu xəbərdarlığı aldığı gündən 9 təqvim həftəsindən sonra onunla bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 7*-ci maddəsinin "b” bəndinə əsasən ləğv ediləcəkdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 77-ci maddəsinin 2-ci hissəsinin əsasən ona sözügedən xəbərdarlıq müddəti ərzində iradəsinə uyğun olaraq əvvəlcədən razılaşdırılmış gündə əməkhaqqı saxlanılmaqla hər iş həftəsində bir iş günü müddətində əmək funksiyalarının icrasından azad edilərək iş axtarmağa imkan yaradılır. Həmçinin qeyd olunur ki, yazılı razılığı olduğu təqdirdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 77-ci maddəsinin 4-cü hissəsinin tələbinə uyğun olaraq, hazırkı xəbərdarlıq müddəti əvəzinə müvafiq miqdarda birdəfəlik ödəniş edilməklə onunla bağlanmış əmək müqaviləsinə həmin Məcəllənin 7*-ci maddəsinin “b” bəndinə əsasən xitam verilə bilər; - Eyni zamanda, ADY ilə Azərbaycan Dəmiryolçularının Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsi arasında bağlanmış “2*23-2*25-ci” illər üçün X14 4.7.1 -ci yarımbəndi ilə ştatın ixtisarı ilə bağlı müəyyən edilmiş müddət ərzində müvafiq qarşılıqlı əlavə razılaşma imzalamaqla əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin “a" bəndinə əsasən (tərəflərdən birinin təşəbbüsü) xitam verilən işçiyə tarif (vəzifə) maaşının 5 (beş) misli məbləğində birdəfəlik müavinətin verilməsi təminatı nəzərdə tutulmuşdur; - "xxxx" QSC-nin Mühafizə Departament rəisinin şəxsi heyətin fiziki hazırlığı üzrə müavini, rəis vəzifəsini müvəqqəti icra edən X7 tərəfindən 21.*7.2*23-cü il tarixdə İddiaçı ünvanlanmış 96 saylı məktubda göstərilmişdir ki, “Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) Mühafizə departamentində işçilərin sayının işin həcminə uyğunlaşdırılması və kadr potensialının buna mütənasib optimallaşdınlmasının təmin ediməsi zərurəti ilə əlaqədar Mühafizə departamentinin bir sıra ştat vahidləri, həmçinin tutduğu həmin departamentin „Yüklərin və obyektlərin mühafizəsi şöbəsi“-nin böyük təlimatçısı vəzifəsi üzrə mövcud olan ştat vahidi ixtisar olunmuşdur. Ştat vahidinin ixtisarına dair bildiriş 21.*7.2*23-cü il tarixində ona təqdim olunmuşdur. Ona hal-hazırda vakant olan ADY-nin Mühafizə departamentinin Biləcəri mühafizə bölməsində atıcı, həmçinin həmin bölmədə səyyar atıcı vəzifəsi təklif edilir. Xəbərdarlıq müddəti ərzində təklif olunan vəzifəyə münasibət bildirməsi xahiş olunur. Əks halda xəbərdarlıq müddəti bitdikdən sonra Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7*-ci maddəsinn “b” bəndinə əsasən (işçilərin sayı və ya ştatları ixtisar edildikdə) onunla bağlanmış əmək müqaviləsinə xitam veriləcəkdir. İddiaçı "xxxx" QSC-nin Mühafizə Departament rəisinin şəxsi heyətin fiziki hazırlığı üzrə müavini, rəis vəzifəsini müvəqqəti icra edən X7 tərəfindən 2*.*7.2*23-cü il tarixli xəbərdarlıqla və 21.*7.2*23-cü il tarixdə ona ünvanlanmış məktubla 21.*7.2*23-cü il tarixdə tanış olmuşdur; - "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Mühafizə departamentinin rəisi X15 İsmayılova ünvanladığı 25.*8.2*23- cü il tarixli məktubunda göstərilmişdir ki, "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Mühafizə departamentinin ştat cədvəlində ADY-nin sədri tərəfindən təsdiq edilmiş dəyişikliyə uyğun olaraq, “Yüklərin və obyektlərin mühafizəsi şöbəsi” ləğv olunduğundan, qeyd olunan bölmənin bütün ştat vahidləri, o cümlədən tutduğu böyük təlimatçı ştatı da ixtisar olunmuşdur. Həmçinin ona qanunvericiliklə müəyyən edilən hüquq və təminatları barədə məlumatların əks olunduğu rəsmi xəbərdarlıq (bildiriş) məktubu təqdim edilmiş, struktur dəyişikliklərinin aparılması ilə bağlı iş təklifi edilmiş, lakin iş təklifindən imtina edilmişdir; - "Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Mühafizə departamentinin rəisi Tikrar Quliyevin 22.*9.2*23-cü il tarixli 13-1-18/3-1*- 6687/2*23 saylı əmrində göstərilmişdir ki, "Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətində işçilərin sayının işin həcminə uyğunlaşdırılması və kadr potensialının buna mütənasib optimallaşdırılmasının təmin edilməsi zərurəti ilə əlaqədar ADY-nin 13.*7.2*23-cü il tarixli 13-1/3-5-22*11/2*23 nömrəli əmr ilə ştat cədvəlinə dəyişikliklər edilərək bir sıra ştat vahidləri, o cümlədən Mühafizə departamentinin “Yüklərin və obyektlərin mühafizəsi şöbəsi”-nin böyük təlimatçı ştatı ixtisar edilmişdir. Bununla əlaqədar “Yüklərin və obyektlərin mühafizəsi şöbəsi”-nin böyük təlimatçısı İddiaçı tutduğu ştat vahidinin ixtisar edilməsi ilə əlaqədar onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 7*-ci maddəsinin “b" bəndinə əsasən xitam veriləcəyi barədə 2*.*7.2*23-cü il tarixli 87 nömrəli xəbərdarlıq bildirişi ona təqdim edilmişdir. İddiaçı tutduğu ştat ixtisar edildiyinə görə onunla bağlanmış əmək müqaviləsinin ləğv edilməsinə Mühafizə departamentinin X12 Komitəsi tərəfindən müvafiq razılıq verilmişdir. Yuxarıda göstərilənlərə əsasən, həmçinin Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 7*, 71 və 77-ci maddələrinin tələblərini rəhbər tutaraq İddiaçı tutduğu ştat ixtisar edildiyinə görə onunla bağlanmış əmək müqaviləsi 22.*9.2*23-cü il tarixdən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 7*-ci maddəsinin “b” bəndinə əsasən ləğv edilməsi əmri verilmiş. Mühafizə departamentinin insan resursları şöbəsinə tapşırılmışdır ki, İddiaçı ilə son haqq-hesabın aparılmasını, o cümlədən Əmək Məcəlləsinin 144-cü maddəsinin 2-ci hissəsinə əsasən ona işlədiyi dövrdə istifadə etmədiyi 49.3 təqvim günü (*7.*5.2*21-*7.*5.2*22-ci iş ili üçün 8 təqvim günü, *7.*5.2*22-*7.*5.2*23-cü iş ili üçün 3* təqvim günü. *7.*5.2*23- 22.*9.2*23-cü iş ili üçün 11.3 təqvim günü) əsas əmək məzuniyyətlərinə görə pul əvəzinin, habelə Əmək Məcəlləsinin 77-ci maddəsinin 3-cü hissəsinə əsasən orta aylıq əmək haqqının 2 (iki) misli miqdarında işdənçıxarma müavinətinin ödənilməsini təmin edilsin; - "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Sədri tərəfindən 29.12.2*22-ci il tarixdə verilmiş “bəzi kadr məsələlərinin tənzimlənməsi barədə” əmrində göstərilmişdir ki, ADY hüquqi şəxs statusuna malik olmayan qurumlarının rəislərinə rəhbərlik etdikləri struktur qurumları üzrə təyinatı ADY-nin sədri tərəfindən həyata keçirilən vəzifələr istisna olmaqla digər vəzifələrə münasibətdə ADY-nin adından işəgötürən səlahiyyəti infrastruktur, yük daşımaları, sərnişin daşımaları, mühafizə, texniki xidmət və istismar və lokomotivlərin təmiri departamentlərinin rəislərinə verilmişdir; - İddiaçı adına 14.*5.2*22-ci il tarixdə açılmış əmək kitabçasının surətinə əsasən, o, *7.*5.2*12-ci il tarixdə Bakı Yüklərin və obyektlərin mühafizə komandasına atıcı vəzifəsinə işə qəbul edilmiş, 1*.*8.2*12-ci il tarixdə həmin komandanın daimi komanda rəislərinin müavini vəzifəsinə keçirilmiş, *8.*9.2*17-ci il tarixdə həmin komandada qaravul rəisi vəzifəsinə keçirilmiş, *1.1*.2*18-ci il tarixdə İdarənin böyük təlimatçısı vəsifəsinə keçirilmiş, *4.*6.2*19-cu il tarixdə həmin idarə ADY QSC-nin mühafizə departamenti adlandırılmış, 22.*9.2*23-cü il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7*-ci maddəsinin “b” bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir; - İddiaçı Mühafizə Departamentinə ünvanladığı 25.*7.2*23-cü il tarixli, 13-1-18/3-58-3869/23 saylı məktubda göstərilmişdir ki, 21.*7.2*3-cü il tarixdə ona xəbərdarlıq təqdim edilərək vəzifələrinin yeni ştat cədvəli üzrə ixtisar edildiyi bildirilmişdir. Bildiriş təqdim edilərkən yeni ştat cədvəli ilə tanış edilməmiş, ona görə də xəbərdarlıqda bu haqda qeyd aparmışdır. Xahiş etmişdir ki, mühafizə departamentinin yeni təsdiq edilmiş ştat cədvəli ona təqdim edilsin; - İddiaçı Mühafizə Departamentinə ünvanladığı *1.*8.2*23-cü il tarixli məktubda göstərilmişdir ki, 13.*7.2*23-cü il tarixdə təsdiq edilmiş yeni ştat cədvəlinə əsasən "Yüklərin və obyektlərin mühafizəsi şöbəsi”-nin ştat cədvəlində "Xidmətin Təşkili şöbəsi” kimi qeyd edilməsini nəzərə alaraq, həmin şöbənin böyük təlimatçısı vəzifəsinə uyğun olaraq yeni xidməti vəsiqənin ona verilməsi və hazırda qüvvədə olan müqavilə tərəfi olduğu əmək müqaviləsində şöbənin adında müvafiq qeydlər edilməsinin və ya əgər "Xidmətin Təşkili şöbəsi”-nin böyük təlimatçısı vəzifəsi adının fərqliliyi baxımından başqa iş hesab edilirsə, onun vakant olan həmin vəzifəyə keçirilməsinin təmin olunmasını xahiş etmişdir; - İddiaçı həmçinin "Azərbaycan Dəmir Yolları” QSC-yə ünvanladığı 1*.*8.2*23-cü il tarixli ərizədə "Xidmətin Təşkili şöbəsi”-nin aparıcı mütəxəssisi vəzifəsinə keçirilməsinin təmin olunmasını xahiş etmişdir; - "ADY” QSC Mühafizə departamentinin X12 Komitəsinin iclas Protokolundan 13 sentyabr 2*23-cü il tarixli çıxarış № 96-dan görünür ki, Mühafizə departamentinin rəisi X5 *6.*9.2*23-cü il tarixli 114 nömrəli məktubuna əsasən Mühafizə departamentinin "Yüklərin və obyektlərin mühafizəsi şöbəsi”-nin böyük təlimatçısı İddiaçı Nurəddin oğlunun Azərbaycan Məcəlləsinin 7*-ci maddəsinin "b” bəndinə əsasən əmək müqaviləsinin ləğv edilməsinə münasibət bildirilməsi haqqında X12 Komitəsinin iclası qərara almışdır ki, "ADY” QSC-nin sədri tərəfindən təsdiq edilmiş struktur dəyişikliyinə uyğun olaraq Mühafizə departamentinin "Yüklərin və obyektlərin mühafizəsi şöbəsi”-nin böyük təlimatçısı İddiaçı Nurəddin oğlunun Əmək Məcəlləsinin 68-ci maddəsinin "a” bəndinə əsasən (tərəflərdən birinin təşəbbüsü) xitam verilən işçiyə tarif (vəzifə) maaşının 5 (beş) misli məbləğində birdəfəlik müavinətin verilməsi təminatından və 21.*7.2*23-cü il tarixli 96 nömrəli iş təklifindən imtina etdiyini nəzərə alaraq Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 7*-ci maddəsinin "b” bəndinə əsasən əmək müqaviləsinin ləğv edilməsinə razılıq verilmişdir. Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:
5. İddiaçı apellyasiya şikayəti verərək, Nəsimi rayon Məhkəməsinin (hakim N.Abbasov) İş № 2(**6)-586/2*24 saylı, 25.*1.2*24-cü il tarixli qətnaməsinin ləğv edilməsi və iddiamın bütünlüklə təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 12, 63, 7*, 71, 78; “X1” Azərbaycan Respublikası Qanununun 7.13; Mülki Prosessual Məcəllənin 14.1, 14.2, 88-ci maddələrinə istinadən qeyd edilmişdir ki, yeni ştat cədvəlinin təqdim edilməsi ilə bağlı 25.*7.2*23-cü il tarixdə cavabdeh Departamentə təqdim etdiyi ərizəyə cavabdeh tərəfindən hər-hansı mənfi və ya müsbət münasibət bildirilməmişdir. Həmçinin uyğun vəzifəyə keçirilməyi ilə əlaqədar *1.*8.2*23-cü il tarixdə cavabdeh Departamentə təqdim etdiyi ərizəyə də cavabdeh hər hansı mənfi və ya müsbət cavab verilməmişdir və göründüyü kimi bu müraciətlərlə əlaqədar işdə hər hansı sənəd mövcud deyil. Lakin Məhkəmə qətnaməsində heç bir əsası olmadan qeyd etmişdir ki, iddiaçının müraciətinə cavabdeh tərəfindən cavab verilmişdir. İş materiallarından da göründüyü kimi işəgötürənin “ixtisar” adlandırdığı proseslərin əsasını təşkil edən, ixtisarla əlaqədar olan hər hansı əmr və ya hüquqmüəyyənedici akt mövcud deyil. Azərbaycan Respublikasının Ali Məhkəməsi 2(1*2)-2996/2*23 saylı, 17.1*.2*23 tarixli qərarında hüquqi mövqeyini belə ifadə etdirmişdir ki: “74. Qeyd edilməlidir ki, işçilərin sayının ixtisarı dedikdə, konkret vəzifə üzrə ştat vahidlərinin azaldılması (eyni funksiyaları yerinə yetirən işçilərin arasından bir neçəsinin ixtisarı) başa düşülür. Ştatların ixtisarı dedikdə isə konkret vəzifənin ümumilikdə müəssisənin ştat cədvəlindən çıxarılması (eyni və ya oxşar funskiyaları həyata keçirən bütün işçilərin ixtisarı) başa düşülür.” Lakin, ləğv edildiyi söylənən “Yüklərin və obyektlərin mühafizəsi” şöbəsinin həyata keçirdiyi vəzifələri tam şəkildə indiki “Xidmətin təşkili” şöbəsi eynisi ilə icra edir (sübut: iş materiallarındakı “Yüklərin və obyektlərin mühafizəsi şöbəsinin müqavilələrin icrası və qatarların müşayiəti üzrə böyük təlimatçısının vəzifə təlimatı” və “ADY’ QSC-nin Mühafizə Departamentinin əsasnaməsinin 3.*.3 bəndinin uyğunluğu). Bu isə şöbənin ştatlarının ləğv edilməsinə (ixtisarına) deyil, ştatlarının adlarının dəyişməsinə dəlalət edir. Şöbə əməkdaşlarının sayının 6 nəfərdən 7 nəfərə çoxalmasını (i.m. olan *7.*2.2*23-cü il tarixli əvvəlki və 13.*7.2*23cü il tarixli yeni ştat cədvəllərinin müqayisəsi) da nəzərə alsaq aydın şəkildə görünər ki, qeyd edilən şöbəyə münasibətdə hər hansı ixtisar aparılmamışdır və ya aparıldığı söylənilən ixtisar real deyildir. Aydındır ki, şöbənin və ştatların yalnız adlarının dəyişməsi isə AR ƏM-nin 7*-ci maddəsinin “b” bəndinin təsiri altına düşmür. İşçi kimi hüquqlarının Departament rəisi Tikrar Quliyev tərəfindən dəfələrlə pozulması və ona qarşı qərəzli hərəkətləri barədə 1*.*8.2*23-cü il tarixdə ərizə ilə Azərbaycan Respublikasının Prezidentinə, Azərbaycan İnvestisiya Holdinqinin Müşahidə Şurasına və "xxxx" QSC-nin sədrinə müraciət etmiş, Müvafiq şikayət ərizələri baxılması üçün digər instansiyalardan "xxxx" QSC-yə göndərilmişdir. Cavabdeh "xxxx" QSC şikayətində göstərdiyim xüsusatları araşdırmamış, şikayət ərizəmi araşdırılması üçün şikayət olunan şəxsin özünə - Mühafizə Departamentinin rəisi Tikrar Quliyevə göndərmişdir. T.Quliyev isə özü haqqında olan şikayətə 25.*8.2*23-cü il tarixli məktubla özünəməxsus, şikayətin mahiyyətinə uyğun olmayan cavab məktubu ilə ona məlum olan hallar haqqında məlumat vermişdir (sübut: i.m.olan 1*.*8.2*23-cü il tarixli şikayət ərizəsi və 25.*8.2*23-cü il tarixli cavab məktubu). Məhkəmə isə qətnamənin əsaslandırıcı hissəsində heç bir əsası olmadan qeyd etmişdir ki, "xxxx" QSC-nin 29.12.2*22- ci il tarixli əmri ilə Mühafizə departamentinin rəisinə rəhbərlik etdiyi struktur qurumları üzrə təyinatı ADY-nin sədri tərəfindən həyata keçirilən vəzifələr istisna olmaqla digər vəzifələrə münasibətdə ADY-nin adından işəgötürən səlahiyyətləri verilmişdir. Bu o anlama gəlir ki, ərizə cavablandıran dövrdə (25.*8.2*23-cü il) X7 Mühafizə departamentin sədri olmuş və həmin ərizənin araşdırılmaqla onun tərəfindən cavablandırılması tam qanuni əsaslarla həyata keçirilmişdir. Odur iddia ərizəsi bu hissədə də əsassız olmaqla təmin edilməməlidir”. Qanunun normasının tələblərinin pozulduğu aşkar göründüyü halda hakim, Tikrar Quliyevin məhz Departament rəhbəri olduğuna görə onun özü haqqında olan şikayət ərizəsinin özü tərəfindən araşdırılmaqla cavablandırılmasını tam qanuni hesab edərək, “X2” Azərbaycan Respublikası Qanununun 7.13-cü bəndinə özünməməxsus “düzəliş vermiş” və öz hüquqi yanaşma imkanlarından çıxış edərək belə bir qənaətə gəlmək qaydası baxımından qanunvericiliyə yenilik gətirmişdir. İşəgötürənin apardığı ixtisar qanunauyğun və real olsaydı belə hesab edir ki, qeyd edilən maddənin məzmunundakı əsaslandırılması tələb edilən zərurət, hüquqi mənasına görə, özündə işçi ilə bağlanmış əmək müqaviləsinin ləğv edilməməsi üçün bütün imkanların müzakirə edilərək qiymətləndirilməsini ehtiva edir ki, işçinin başqa işə keçirilməsinin mümkünlüyü də bu imkanların biri kimi qiymətləndirilməlidir. Tutduğu ştat vahidinin ixtisar edilməsi barədə xəbərdarlıq aldığı gün (22.*7.2*23-cü il) əmək funksiyası və vəzifələri ilə tam uyğun olan 7 ştat vahidi vakant olduğu halda (i.m. olan 13.*7.2*23-cü il tarixli yeni ştat cədvəli və yeni işçilərin işə qəbul əmrləri) və həmin ştat vahidlərindən hər hansı biri ona təklif edilmədiyi halda əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyi əsaslandırılmış hesab edilə bilməz. Göründüyü kimi qanunun norması boş vəzifə üzrə işçiyə üç aydan çox olmayan müddətə əmək funksiyasının yerinə yetirilməsinin həvalə edilməsi üçün yalnız bir dəfə 3 aylıq dövr tanımaqla bu dövr bitdikdən sonrakı tədbirləri tənzimləyir. Departament rəisinin şəxsi heyətin fiziki hazırlıq üzrə müavini X7 ADY sədrinin *1.*3.2*23-cü il tarixli, 13-1/3-17-13*1*/2*23 saylı əmri ilə Departament rəisinin vəzifəsini *1.*3.2*23-cü il tarixdən 3 aylıq icra etməyə başlamış, onun bu səlahiyyət müddəti *1.*6.2*23-cü il tarixdə başa çatmışdır. T.S.Quliyev isə qanunazidd şəkildə işəgötürən qismində çıxış etməyə davam edərək 87 saylı xəbərdarlığı (2*.*7.2*23-cü il) və 96 saylı iş təklifi bildirişini (21.*7.2*23cü il), onun bu səlahiyyət müddəti başa çatdıqdan sonrakı dövrdə imzalayaraq təqdim etmişdir. ADY sədrinin *3.*6.2*23-cü il tarixli, 13-1/3-17-2*295/2*23 saylı digər əmri ilə onun bu səlahiyyətləri ikinci dəfə 3 aylıq müddətə (*5.*9.2*23-cü il tarixədək) yenidən verilsə də düşünür ki, sonuncu əmr ƏM-in 61.3-cü maddəsinin tələblərini pozmaqla verilmişdir (sübut: i.m. müvafiq əmrlər, 87 saylı xəbərdarlıq və 96 saylı iş təklifi bildirişi). Ona görə də hesab edir ki, həmin sonuncu əmr və bu əmrin verdiyi səlahiyyətlər qanuni hesab edilməməli və qanuni səlahiyyətlərə malik olmayan işəgötürən tərəfindən imzalanaraq təqdim edilmiş xəbərdarlıq və iş təklifi bildirişi məhkəmə tərəfindən etibarsız hesab edilməli idi. Lakin Məhkəmə ƏM-nin həmin imperativ normasının cavabdeh tərəfindən kobud surətdə pozulmasına münasibət bildirməmiş, bununla da cavabdehin qanunsuz mənafeyinə uyğun mövqe nümayiş etdirmişdir. İş materiallarından aydın görünür ki, cavabdehin yeni yaradıldığını iddia etdiyi Xidmətin təşkili şöbəsində vəzifəsinə (peşəsinə) uyğun (əmək şəraitinin şərtləri vəzifəsi ilə daha uyğun olan) mütəxəssis kateqoriyalı 7 vakant ştat vahidi olduğu halda mənə xəbərdarlıq təqdim edilmişdir. Xəbərdarlıq müddətində isə cavabdeh əvvəllər heç bir zaman Dəmir yol strukturlarında işləməmiş, əksəriyyəti pensiyaçı olan şəxslərlə əmək müqavilələri bağlayaraq onları işə qəbul etmiş, bundan sonra isə onunla bağlanmış əmək müqaviləsini ləğv edərək həm qərəzli şəkildə ayrı-seçkiliyə yol vermiş, həm də hüquqdan sui-istifadənin qadağan edilməsi prinsipini kobud şəkildə pozmuşdur. Cavabdeh tərəfindən ləğv edildiyi söylənən “Yüklərin və obyektlərin mühafizəsi” şöbəsinin həyata keçirdiyi vəzifə və funksiyalarla indiki “Xidmətin təşkili” şöbəsinin həyata keçirdiyi vəzifə və funksiyaların eyni olmasını bir neçə dəfə məhkəmənin nəzərinə çatdırsa da, hakim təqdim edilmiş faktiki halın araşdırılmasına meyl etməmişdir. Van de Hurk Niderlanda qarşı işdə Avropa Məhkəməsi müəyyən edib ki, məhkəmələr hər bir suala ətraflı cavab verməyə borclu deyillər, lakin əgər təqdim edilmiş arqument işin nəticələri üçün önəmlidirsə, məhkəmə həmin arqumentlə bağlı mövqeyini konkret olaraq əsaslandırmalıdır. Məhkəmə təqdim etdiyi, işin obyektiv nəticəsi üçün mühüm əhəmiyyətli çoxsaylı sübutların əksəriyyətini qiymətləndirməmişdir (əvvəlki və indiki ştat cədvəlləri, vəzifəsi ilə (peşəsilə) eyni olan vəzifələri həyata keçirən boş ştatların olması haqqında sənədlər, həmin ştatlara 2 aylıq xəbərdarlıq müddətində əvəllər dəmiryol strukturlarında işləməmiş yeni işçilərin işə qəbul edilməsi haqqında sənədlər və s.). Lakin məhkəmə cavabdehin təqdim etdiyi, ixtisarla bağlı məzmununda hər-hansı söz və ya ifadə qeyd olunmamış “Müşahidə Şurasının iclas protokolundan çıxarış”ı və "xxxx" QSC sədrinin 13.*7.2*23-cü il tarixli, 13-1/3-5-22*11/2*23 saylı əmrini ixtisarların aparılmasının əsası kimi qiymətləndirmiş və cavabdehin “hüquqi əsaslandırma” adlandırdığı, hətta kim tərəfindən tərtib edildiyi belə göstərilməyən, hər-hansı təsdiqləmə aktı (imza, möhür və s.) ilə təsdiqlənməyən kağıza istinad etmişdir. “Qavazov Bolqarıstana qarşı” işdə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. Təəssüflər olsun ki, hakim mənim təqdim etdiyim vəzifə təlimatımla Mühafizə Departamentinin əsasnaməsində Xidmətin təşkili üzrə vəzifələr müqayisə etməmiş, cavabdehin formal olaraq hazırlayıb təqdim etdiyi, vəzifə təlimatını müqayisə etmişdir. Cavabdehin təqdim etdiyi Xidmətin təşkili şöbəsinin mütəxəssisinin formal vəzifə təlimatının qeyd edilən əsasnamədəki vəzifələrlə tamamilə uyğunsuzluğu görməzliyə vurmuşdur. Göründüyü kimi Yüklərin və obyektlərin mühafizəsi şöbəsinin böyük təlimatçısı ilə Xidmətin təşkili şöbəsinin müvafiq mütəxəssislərinin funksiya və vəzifələri tam uyğundur və bu o deməkdir ki, Yüklərin və obyektlərin mühafizəsi şöbəsinin ştat vahidləri ləğv edilməmiş, sadəcə yeni ştat cədvəlində bu ştatların adları dəyişdirilmişdir. Apellyasiya icraatında müəyyən edilən hallar və məhkəmə prosesi iştirakçılarının izahatları:
6. "xxxx" QSC-nin sədri Rövşən Rüstəmov tərəfindən imzalanan Azərbaycan Dəmir Yolları” QSC-nin yeni korporativ strukturunun və ştat cədvəlinin təsdiq edilməsi barədə 13.*7.2*23-cü il tarixli əmrə əsasən müəyyən edilmişdir : ADY-nin Müşahidə Şurasının 2*23-cü il *3 iyul tarixli *2 nömrəli qərarının icrasını təmin etmək məqsədilə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2*1*-cu il 15 fevral tarixli 36 nömrəli qərarı ilə təsdiq edilmiş “X11" Qapalı Səhmdar Cəmiyyətinin Nizamnaməsimin 8.1.5-ci və 8.1.12-ci yarımbəndlərini rəhbər tutaraq əmr edirəm: 1. ADY-nin yeni korporativ strukturu təsdiq edilsin. 2. ADY-nin 2*23-cü il üzrə ştat cədvəlləri təsdiq edilsin. 3.Bu Əmrin icrası ilə əlaqədar: 3.1.İnsan resursları idarəsi: 3.1.1. aidiyyəti struktur qurumlar ilə birlikdə emək qanunvericiliyindən irəli gələn məsələləri aidiyyəti üzrə həll etsin; 3.1.2. 6 ay müddətində aidiyyəti struktur vahidləri ilə birlikdə müvafiq vəzifə və peşə təlimatlarının layihələrini hazırlayıb ADY sədrinə təqdim etsin. 3.2. Maliyyə və iqtisadiyyat idarəsi digər aidiyyəti struktur bölmələrlə birlikdə uçot məlumatlarında müvafiq dəyişikliklərin edilməsi ilə bağlı zəruri tədbirləri həyata keçirsin və nəticəsi barədə sədrin birinci müavini Ə.Süleymanova məlumat versin;3.3. Hüquq idarəsi 3 ay müddətində aidiyyəti üzrə struktur bölmələrlə (qurumlar) birlikdə müvafiq əsasnamə və ya onlara dəyişiklik layihələrini hazırlayıb təsdiq edilməsi üçün ADY sədrinə təqdim etsin; 3.4. Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsi aidiyyəti struktur bölmə və qurumların istifadəsi qeyri-mümkün hesab olunan müvafiq möhür və ştamplarını lazımi qaydada təhvil alsın və məhv edilməsi üçün ADY-nin *9.*3.2*21-ci il tarixli 47851 nömrəli əmri ilə yaradılmış komissiyaya təqdim edilməsi ilə bağlı zəruri tədbirlər görsün.
4. Sədr müavinləri, Maliyyə və iqtisadiyyat idarəsi, İnsan resursları idarəsi. Hüquq idarəsi, Təsərrüfat departamenti və diger aidiyyəti struktur qurumlar bu Əmrdən irəli gələn məsələləri aidiyyəti üzrə həll etsinlər. 5. Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsi bu Əmrin surətinin aidiyyəti üzrə çatdırılmasını təmin etsin.
7. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" QSC-nin nümayəndəsi X8 apellyasiya şikayətinə etiraz edərək, "xxxx" QSC-də xarici audit tərəfindən audit yoxlamasının aparıldığını və həmin audit tərəfindən ştat ixtisar edilməsinin tövsiyyə edildiyini, bunun nəticəsində 582 ştat vahidinin ixtisar edildiyini, sturukturun optimallaşdırmasının baş verdiyini, bir çox şöbələrin və bölmələrin ləğv edildiyi, əsaslı dəyişikliklər edildiyini bildirmişdir. Həmin dəyişikliklər nəticəsində "xxxx" QSC Mühafizə Departamentinin ləğv edildiyini və yeni şöbə yaradıldığını,lakin funksiyaların fərqli olduğunu qeyd etmişdir. İddiaçıya baş verən dəyişikliklərlə bağlı məlumat verildiyini, ona qarşı hər hansı qərəzin olmadığının izah edildiyini və iddiaçıya edilmiş iş təklifinin onun tərəfindən qəbul edilmədiyini qeyd etmiş, apellyasiya şikayətinin təmin edilməməsini, əsaslı olduğundan birinci instansiya məhkəməsinin qətnaməsinin qüvvədə saxlanılmasını xahiş etmişdir.
8. İddiaçı məhkəməyə ərizə ilə müraciət etmiş və qeyd etmişdir ki, apellyasiya şikayəti kifayət qədər əsaslandırılmışdır və əlavə izahına ehtiyac yoxdur. Ona görə də iş üzrə 24.*6.2*24-cü il saat 1*:** tarixinə təyin edilmiş "məhkəmə baxış iclası"nı iştirakı olmadan keçirib apellyasiya şikayətinin təmin edilməsi, Nəsimi rayon Məhkəməsinin 2(**6)- 586/2*24 saylı, 25.*1.2*24-cü il tarixli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş edir.
9. Mülki Prosessual Məcəllənin 376-cı maddəsinə əsasən məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulan tədbirlərin görülməsi nəticə vermədiyindən cavabdeh "xxxx" QSC Mühafizə Departamentinin və iddiaçının iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri: 1*. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2*.*5.2*11-ci il tarixli Qərarına və Mülki Prosesual Məcəllənin 372-ci maddəsinə əsasən: məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
11. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı mübahisələndirilən hissədə yoxlayan məhkəmə kollegiyası Mülki Məcəllənin 43, 44, 49, 54; Əmək Məcəlləsinin 11, 68-76, 78-8*; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14, 48-51, 76, 77, 8*-82, 88, 1*6.2, 217.4, 22*.5, 372, 385-39*-cı maddələrinə istinadən hesab edir ki, apellyasiya şikayətinin sübuta yetirilməyən və işə aidiyyəti olmayan dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. İddiaçının iddia etdiyi hallara dair dəlillər sübuta yetirilmir və mənafeyinin pozulmasına birbaşa dəlalət edən qanunvericiliyin müddəalarına müvafiq təfsir edilməsi uyğunsuzluğu müəyyən edilmir. Qeyd edilənlərə görə, sübutetmə vəzifəsinə və apellyasiya baxışının hədləri baxımından tələbin təmin edilməsi üçün fərqli əsaslar aşkar edilmir.
12. Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərinə əsasən: 11. (“ə” bəndi). İşəgötürənin həmin Məcəllənin və digər normativ hüquqi aktlarların tələblərinə əməl etməklə əmək şəraitinin şərtlərini dəyişdirmək və ya işçilərin sayını ixtisar etmək, ştatları, struktur bölmələri ləğv etmək hüquqları vardır. 42. Əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işçidir. 7*. Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə. 71. 1. İşçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür. 76. 2. Əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. 77. 1. İşçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 7*-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı müddətlərdə rəsmi xəbərdar edilməlidir: bir ilədək əmək stajı olduqda – azı iki təqvim həftəsi; bir ildən beş ilədək əmək stajı olduqda – azı dörd təqvim həftəsi; beş ildən on ilədək əmək stajı olduqda – azı altı təqvim həftəsi; on ildən çox əmək stajı olduqda – azı doqquz təqvim həftəsi. 2. Xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə işçi azı bir iş günü əmək funksiyasının icrasından azad edilir. 3. Əmək müqaviləsi bu Məcəllənin 7*-ci maddəsinin “a” və “b” bəndləri ilə ləğv edilərkən işçiyə işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı məbləğlərdə işdənçıxarma müavinəti ödənilir: bir ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqı miqdarında; bir ildən beş ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,4 misli miqdarında; beş ildən on ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,7 misli miqdarında; on ildən çox əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı iki misli miqdarında. 4. İşəgötürən işçinin razılığı ilə bu maddənin birinci hissəsi ilə müəyyən edilmiş azı iki təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının *,5 misli, azı dörd təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının *,9 misli, azı altı təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 1,4 misli, azı doqquz təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 2 misli və bu Məcəllənin 56-cı maddəsinin ikinci hissəsi ilə müəyyən edilmiş xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqından az olmamaqla əməkhaqqını bir dəfəyə ödəməklə müvafiq əsasla əmək müqaviləsinə xitam verə bilər. Bu halda xəbərdarlıq müddəti ərzində əmək müqaviləsinə xitam verilmiş işçilərə bu hissənin birinci cümləsində nəzərdə tutulmuş xəbərdarlıq müddəti əvəzinə verilən ödəniş xəbərdarlıq müddətinin ötmüş hissəsinə mütənasib olaraq azaldılır. 78. 1. Müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. İşçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir. 79. İşəgötürən tərəfindən hamilə, habelə üç yaşınadək uşağı olan qadınların, üç yaşınadək uşağını təkbaşına böyüdən kişilərin; yeganə qazanc yeri işlədiyi müəssisə olub məktəb yaşına çatmamış uşağını təkbaşına böyüdən işçilərin; əmək qabiliyyətini müvəqqəti itirən işçilərin; işçinin şəkərli diabetlə xəstə olması səbəbinə görə; həmkarlar ittifaqları təşkilatının və ya hər hansı siyasi partiyanın üzvü olması motivinə görə; öhdəsində 18 yaşınadək əlilliyi müəyyən edilmiş və ya orqanizmin funksiyalarının 81-1** faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş ailə üzvü olan işçilərin; məzuniyyətdə, ezamiyyətdə olduğu vaxtda, habelə kollektiv danışıqlarda iştirak etdiyi müddət ərzində işçilərin bu Məcəllənin 7*-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır. 8*. 1. Bu Məcəllənin 7*-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. 3** .1. Əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 7*, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır.
13. Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə əsasən: 43.1. Hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. Hüquqi şəxsin müstəqil balansı olmalıdır. 44.1. Hüquqi şəxs dövlət qeydiyyatına alındığı andan mülki hüquqlara malikdir və mülki vəzifələr daşıyır. Hüquqi şəxsin hüquq qabiliyyətinə onun ləğvinin başa çatdığı an xitam verilir. 44.2. Kommersiya hüquqi şəxsləri qanunla qadağan edilməyən istənilən fəaliyyət növlərini həyata keçirmək üçün zəruri mülki hüquqlara malik ola və mülki vəzifələr daşıya bilərlər. Siyahısı qanunvericiliklə müəyyənləşdirilən ayrı-ayrı fəaliyyət növləri ilə hüquqi şəxslər yalnız xüsusi icazə (lisenziya) əsasında məşğul ola bilərlər. 44.3. Hüquqi şəxsin hüquqları yalnız qanunla nəzərdə tutulan hallarda və qaydada məhdudlaşdırıla bilər. 49.1. Hüquqi şəxslər qanunvericiliyə və nizamnaməyə uyğun fəaliyyət göstərən öz orqanları vasitəsilə mülki hüquqlar əldə edir və öhdələrinə mülki vəzifələr götürürlər. Hüquqi şəxsin orqanlarının seçilməsi və ya təyin edilməsi qaydası, müvafiq olaraq, nizamnamə, “Banklar haqqında”, “Sığorta fəaliyyəti haqqında”, “İnvestisiya fondları haqqında”, “Qiymətli kağızlar bazarı haqqında” və “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının qanunları ilə müəyyənləşdirilir. 49.2. Hüquqi şəxs öz iştirakçıları, habelə təmsilçiləri vasitəsilə mülki hüquqlar əldə edə bilər və öhdəsinə mülki vəzifələr götürə bilər. 49.3. Hüquqi şəxs adından çıxış edən şəxs, o cümlədən hüquqi şəxsin idarəetmə orqanlarında (müşahidə (direktorlar) şurası, icra orqanı) təmsil olunan hər hansı şəxs təmsil etdiyi hüquqi şəxsin mənafeləri üçün vəzifələrini yerinə yetirərkən vicdanla, peşəkar qaydada və məntiqlə hərəkət etmək, hüquqi şəxsin və onun bütün iştirakçılarının maraqlarına sadiq olmaq və hüquqi şəxsin maraqlarını öz maraqlarından üstün tutmaq, ehtiyatlı olmaq, habelə qərarların qəbulu zamanı ədalətli və qərəzsiz olmağa borcludur. Həmin şəxs, bu vəzifələrin hüquqi şəxsin maraqlarına uyğun olaraq yerinə yetirilməsi üçün məsuliyyət daşıyır. Hüquqi şəxsin nizamnamə kapitalında ən azı 5 faiz paya (səhmə) malik olan iştirakçısının (iştirakçılarının) tələbi ilə o, vəzifələrini pozduğu halda, pozuntu nəticəsində hüquqi şəxsə dəymiş zərərin əvəzini ödəməlidir. 54.1. Hüquqi şəxsin idarəetmə, sosial-mədəni və ya digər qeyri-kommersiya xarakterli funksiyaların həyata keçirilməsi üçün yaratdığı təşkilat idarə sayılır. 54.2. İdarə hüquqi şəxs deyildir və hüquqi şəxsin təsdiq etdiyi əsasnamə üzrə fəaliyyət göstərir. 54.3. İdarə ona təhkim edilmiş əmlak barəsində qanunla müəyyənləşdirilmiş hədlərdə, öz fəaliyyətinin məqsədlərinə, hüquqi şəxsin tapşırıqlarına və əmlakın təyinatına uyğun sahiblik, istifadə və sərəncam hüquqlarını həyata keçirir. 54.4. İdarənin öhdəlikləri üçün məsuliyyət idarəni yaratmış hüquqi şəxsin üzərinə düşür. 54.5. Dövlət idarələrinin və digər idarələrin ayrı-ayrı növlərinin hüquqi vəziyyətinin xüsusiyyətləri qanunvericiliklə müəyyənləşdirilir.
14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə əsasən: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 48. Hər bir fiziki və hüquqi şəxs eyni dərəcədə qanunla müəyyən edilən və qanunla yol verilən mülki prosessual hüquqlar əldə etmək və vəzifələr daşımaq qabiliyyətinə (mülki-prosessual hüquq qabiliyyəti) malikdir. 49.1. Öz fəaliyyəti ilə məhkəmədə hüquqlarını həyata keçirmək və vəzifələrini yerinə yetirmək, işin aparılmasını nümayəndəyə tapşırmaq qabiliyyəti (mülkiprosessual fəaliyyət qabiliyyəti) tam həcmdə yetkinlik yaşına çatmış hər bir fiziki şəxsə və qanunvericiliklə müəyyən edilmiş qaydada qeydə alınmış hüquqi şəxsə məxsusdur. 5*.1. Prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. Fiziki və hüquqi şəxslər, dövlət orqanları və başqa orqanlar iddiaçı və ya cavabdeh qismində çıxış edə bilərlər. 5*.2. Özünün və ya başqasının mənafeyi naminə iddia qaldırmış fiziki və hüquqi şəxslər, habelə Azərbaycan Respublikasının Ailə Məcəlləsi ilə müəyyən edilmiş hallarda şəxsin valideynlik hüquqlarından məhrum edilməsi və ya valideynlik hüquqlarının məhdudlaşdırılması üçün, dövlət idarə və təşkilatlarının və ya təsisçisi dövlət və ya dövlət idarəsi, yaxud təşkilatı olan hüquqi şəxslərin müvafiq müraciəti olduğu hallarda dövlət mənafeyinin müdafiəsi üçün iddia qaldırmış prokuror iddiaçılar hesab edilirlər. 5*.3. İddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. 5*.4. Qanunda nəzərdə tutulan hallarda hüquqi şəxs olmayan təşkilatlar da tərəf ola bilərlər. 5*.5. Qanun üzrə başqasının hüquq, azadlıq və qanunla qorunan mənafeyinin müdafiəsi üçün məhkəməyə müraciət etmək hüququ olan şəxsin ərizəsi ilə mənafeyi üçün iddia qaldırılmış şəxs, başlanmış proses barədə xəbərdar edilir və məhkəmə prosesində iddiaçı qismində iştirak edir. Tərəflər prosessual hüquqlardan bərabər istifadə edirlər və bərabər prosessual vəzifələr daşıyırlar. 51.1. İddia müştərək qaydada bir neçə iddiaçı tərəfindən və ya bir neçə cavabdehə qarşı qaldırıla bilər. İddiaçıların və ya cavabdehlərin hər biri digər tərəfə dair prosesdə müstəqil çıxış edir. 51.2. Birgə iştirakçılar işin aparılmasını həmin iştirakçılardan birinə tapşıra bilərlər. 51.3. Başqa cavabdeh işə məhkəmə tərəfindən iddiaçının yazılı vəsatəti əsasında və ya məhkəmənin başqa cavabdehin cəlb edilməsinə dair təklifinə iddiaçının yazılı razılığı əsasında işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər cəlb edilir. Məhkəmə baxışı zamanı başqa cavabdehin işə cəlb edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
15. Göründüyü kimi, İddiaçı hər bir cavabdeyə qarşı yönələn tələbi dürüst təsnif etməyərək, o cümlədən hüquqi şəxs qismində hüquq (fəaliyyət) qabiliyyəti müəyyən edilməyən cavabdeh "xxxx" QSC Mühafizə Departamentinə qarşı tələb irəli sürmüşdür. Qeyd edilməlidir ki, ərizələr üzrə işəgötürənin və yaxud onun vəzifəli şəxslərinin hərəkətlərinin qanunsuz hesab edilməsi müvafiq qurumların səlahiyyətlərinə aid inzibati xəta haqqında, habelə cinayət əməli üzrə araşdırmanın predmetidir. Əlavə olaraq qeyd edilməlidir ki, iddiaçı tələbinin – «aparılmış ştat ixtisarının qanunsuz hesab olunması; cavabdeh «Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Mühafizə Departamenti tərəfindən təqdim edilmiş 2*.*7.2*23-cü il tarixli, 87 saylı xəbərdarlığın və 21.*7 2*23-cü il tarixli, 96 nömrəli iş təklifi barədə bildirişin etibarsız hesab edilməsi; əmək müqaviləsinin ləğv edilməsi haqqında 22.*9.2*23-cü il tarixli, 13-1-18/3-1*- 6687/2*23 saylı əmrin qanunsuz hesab edilərək ləğv edilməsi; onun "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Mühafizə Departamentınin əvvəlki “Yüklərin və obyektlərin mühafizəsi», hazırkı «Xidmətin təşkili şöbəsi»-nin indiki aparıcı mütəxəssisi (əvvəlki böyük təlimatçısı) vəzifəsinə bərpa olunması» hissələrində ümumi 13.*7.2*23-cü il tarixli ixtisar barədə əmri mübahisələndirmədən, ixtisarın prosedurun mübahisələndirmiş, habelə mövcud olmayan vəzifəyə bərpa edilməsi, əslində isə başqa bir vəzifəyə təyin edilməsi kimi mücərrəd tələblər irəli sürmüşdür. Qeyd edilməlidir ki, ümumi 13.*7.2*23-cü il tarixli ixtisar barədə QSC-nin sədri tərəfindən imzalanan əmrdə bütün səlahiyyətlər müəyyən edilmiş, o cümlədən müvafiq struktur bölmələrə aidiyyəti üzrə səlahiyyətlər əmr edilmişdir. Qeyd edilənlərə görə, yəni ümumi 13.*7.2*23-cü il tarixli ixtisar barədə QSC-nin sədri tərəfindən imzalanan əmr mübahisələndirilmədiyindən bu əmr əsasında edilən hərəkətlərin müzakirəsi prosessual cəhətdən yolverilməzdir. Belə ki, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır və yalnız qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
16. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 4*2-4*6-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(**6)- 586/2*24 saylı işi üzrə 25.*1.2*24-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.