Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3653/2021 16.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi ilə, Hakimlər İbayev Vəfaddin Ələm oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Orucova Məryəm Faiq qızının katibliyi ilə, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X4 nümayəndəsi-vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2nə, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə və Cavabdeh3nə qarşı "əmlakın qiymətləndirilməsi barədə hesabatların, hərracın nəticələri haqqında yekun protokolların və digər sənədlərin etibarsız hesab edilməsi" tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 24.11.2020-ci il tarixli, 2(005)-421/2020 nömrəli qətnaməsindən İddiaçı, onun nümayəndəsi və vəkili tərəfindən apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı cavabdehlər "xxxx" MMC-yə, Cavabdeh3 MMC-yə və Bakı şəhəri Cavabdeh2 qarşı “əmlakın qiymətləndirilməsi barədə hesabatların etibarsız hesab edilərək ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “Daşınar və Daşınmaz Əmlakların Qiymtələndirilməsi Xidməti “ MMC tərəfindən aparılan 29.10.2019-cu il tarixli 224, 224/1, 224/2 saylı əmlakın qiymətləndirilməsi barədə hesabatların etibarsız hesab edilərək ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddia ərizəsinə əlavə təqdim edərək, cavabdeh "xxxx" MMC tərəfindən aparılan 29.10.2019-cu il tarixli 224, 224/1, 224/2, saylı Əmlakın qiymətləndirilməsi barədə Hesabatların, həmçinin Hyundai İX 55 markalı ** NU *** dövlət qeydiyyat nişanlı avtomobilin qiymətləndirilməsi barədə hesabatın, hərracın nəticələri haqqında yekun protokolların və ondan irəli gələn bütün hüquqverici sənədlərin alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı Apellyasiya Məhkəmsinin 2(103) -8400/2018 saylı,05.10.2018-ci il tarixli icra vərəqəsinə və Bakı şəhəri Cavabdeh2 12193-109588/19-15-4 saylı 01.10.2019-cu il tarixli sifariş məktubuna əsasən ona məxsus Bakı şəhəıli Nəsimi rayonu Fizuli küşəsi ,79 ünvanda yerləşən qeyri-yaşayış sahəsi, Bakı şəhəri Nərimanov rayonu Hazim Hacıyev küçəsində yerləşən 7 saylı evin 16 saylı mənzilin və Bakı şəhəri Nəsimi rayonu 28 May küçəsində yerləşən 20 saylı evin 79 saylı mənilin bazar qiymətini müəyyən etmək üçün cavabdeh qiymətləndirilmə barədə Hesabatlar tərtib etmişdir. Belə ki, cavabdeh “Daşınar və Daşınmaz Əmlakların Qiymətləndirilməsi Xidməti “ MMC tərəfindən hazırlanan: - 29.10 2019-cu il tarixli 224 saylı Əmlakın qiymətləndirilməsi barədə Hesabata əsasən ünvan 3 ünvanında yerləşən qeyri yasşayış sahəsi 400 000 (dörd yüz min ) manat dəyərində qiymətləndirilmişdir. -29.10.2019-cu il tarixli 224/2 saylı “Əmlakın qiymətləndirilməsi barədə Hesabata əsasən Bakı şəhəri Nazim Hacıyev küçəsində yerləşən 7 saylı evin 16 saylı mənzili 100 000 (yüz min) manat dəyərində qiymətləndirilmişdir. 29.10.2019-cu il tarixli 224/1 saylı “Əmlakın qiymətləndirilməsi barədə Hesabata əsasən Bakı şəhəri Nəsimi rayonu 28 may küçəsi küçəsində yerləşən 20 saylı evin 79 saylı mənzili 130000 (yüz otuz min) manat dəyərində qiymətləndirilmişdir. Hesab edirəm ki, mülkiyyətimdə olan əmlakların qiymətləndirilməsi barədə Hesabatlarda əks olunan qiymətlər reallıqdan uzaqdır, real dəyərlərindən xeyli azdır. Əmlaklarının dəyəri xeyli yüksək olduğundan hazırki tələblə məhkəməyə müraciət etmək məcburiyyətindədir. Qiymətləndirmə aparılarkən əmlaklarının yerləşdiyi ərazi, rayon,- yəni şəhərin mərkəzində yerləşmələri nəzərə alınmamışdır. Belə ki, şəhərin mərkəzində - Fizuli küçəsində arxitektur binada yerləşən ümumi sahəsi 225.3 kv.m. təmirli qeyri yaşayış sahəsi 400 000 manat qiymətləndirilməsi ağlabatan deyildir, bazar dəyəli müəyyən edilərkən həmçinin kommersiya cazibadarlığı nəzərə alınmamışdır. Eləcə də şəhərin mərkəzində - 28 may küçəsində yerləşən təmirli 2 otaqlı monizlin 130 000 manat qiymətləndirilməsi, Nazim Hacıyev küçəsində yerləşən təmirli 2 otaqlı mənzilin də 100 000 manat qiymətləəndirilməsi ağlabatan deyildir. Bundan əlavə əmlaklarının qiymətləndirilməsi qanunsuz aparılmışdır. Belə ki, Cavabdeh2 icra məmuru Cəmil Taqıyevin 01.10.2019-cu il tarixli “Qiymətləndiricinin dəvət edilməsi haqqında” qərarından məhkəməyə şikayət vermişdir və bununla bağlı icraatın dayandırılmasını xahiş etmişdir. Buna baxmayaraq qanunsuz olaraq əmlakları qiymətləndirilmişdir, ona görə də hesabatlar qanunsuzdur. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 24.11.2020-ci il tarixli, 2(005)- 421/2020 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir. Həmin qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mülki işin apellyasiya baxışı zamanı Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-421/2020 saylı, 2(005)-421/2020-ci il tarixli qətnaməsindən X6 qızının nümayəndəsi və vəkili X2 tərəfindən verilmiş apellyasiya şikayətinin prosessual qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılmasına üçün mülki işin qaytarılması barədə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-421/2020 saylı 10 sentyabr 2021-ci il tarixli məktubu daxil olmuşdur. Məhkəmə kollegiyasının iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs X4 nümayəndəsi-vəkili Vəkil2 məsələnin həllini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş digər tərəflər məhkəmə kollegiyasının iclasına gəlmədiklərindən və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat vermədiklərindən, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası yuxarıda sadalanları nəzərə alaraq hesab edir ki, hazırki mülki iş üzrə mülki işin apellyasiya baxışı zamanı Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-421/2020 saylı 10 sentyabr 2021-ci il tarixli qətnaməsindən narazı qalan müstəqil tələb irəli sürməyən üçüncü şəxs X6 qızının nümayəndəsi və vəkili X2 tərəfindən verilmiş apellyasiya şikayətinin Azərbaycan Respublikası MPM-nin 360-364-cü maddələrinin tələblərinə uyğunluğunun yoxlanılması üçün, mülki iş apellyasiya baxışından çıxarılmalı və baxılması üçün Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcələsinin 364-cü maddəsinə əsasən, birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 364, 400 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı cavabdehlər Cavabdeh2nə, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə və Cavabdeh3nə qarşı "əmlakın qiymətləndirilməsi barədə hesabatların, hərracın nəticələri haqqında yekun protokolların və digər sənədlərin etibarsız hesab edilməsi" tələbinə dair mülki iş apellyasiya baxışından çıxarılsın və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-3653/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3653/2021
16.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver