Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3668/2024 24.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsilə), İmanov Azad Nizam oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, Cavabdeh və onun nümayəndəsi vəkil X3 iştirakı ilə, məhkəmə iclas katibi Ağalı Leyla Rasim qızının katibliyi, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1975/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddiası Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1975/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qətnaməsi ilə qismən təmin edilmiş, tərəflərin birgə nikahlarından olan xx.xx.2016-cı il təvəllüdlü X4, xx.xx.2018-ci il təvəllüdlü X5 və xx.xx.2021-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh xx.xx.2024-cü il tarixdən başlayaraq hər ay, hər uşaq üçün 235 manat, cəmi 705 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməsi, mediasiya xərci olaraq ödənilmiş 50 manat pulun əvəzi cavabdehdən tutularaq İddiaçı verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, qətnamənin dərhal icra edilməsi qət edilmişdir. Cavabdeh tərəfindən qətnamədən apellyasiya şikayəti verilmişdir. Mülki Kollegiyanın xx.xx.2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün hesab edilmiş, məhkəmə iclası xx.xx.2024-cü il saat 14:20-ə təyin edilmiş, sonradan Sabunçu Rayon Məhkəməsindən xx.xx.2024-cü il tarixində məktubla müraciət edərək, hazırkı mülki iş üzrə iddiaçının nümayəndəsi tərəfindən apellyasiya şikayəti daxil olduğundan mülki işin Sabunçu Rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh və onun nümayəndəsi vəkil X6 iddiaçının apellyasiya şikayətinə hüquqi qiymət verilməsi üçün mülki işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiya məhkəmə göndərilməsinə etiraz etmədiyini bildirmişdir. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş tədbirlərin görülməsi nəticə vermədiyindən iddiaçının iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Kollegiya hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünə səlahiyyət həddində qiymət verilməsi üçün apellyasiya şikayətinin icraata qəbul qərardadı ləğv edilərək və iş məhkəmə baxışından çıxarılmaqla Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (maddələrinin) tələblərinə əsasən, 364.1. Birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. 364.2. Apellyasiya şikayəti işdə iştirak etməyən şəxslər tərəfindən verildikdə məhkəmə qəbul edilən qətnamənin onların hüquq və vəzifələrinə toxunmasını, daha sonra isə bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır və bunun nəticəsinə dair qərardad qəbul edir. Bu qərardaddan şikayət verilə bilər. 384.0.6. apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398- 400, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3668/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli icraata qəbul qərardadı ləğv edilsin, iddiaçının məhkəmənin həmin qətnaməsindən apellyasiya şikayətinin mümkünlüyünə, səlahiyyət həddində qiymət verilməsi üçün iş apellyasiya baxışından çıxarılmaqla Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə qaytarılsın.
Məhkəmə qərarları › İş №2(103)-3668/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3668/2024
24.06.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver