Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3707/2025 09.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mülki iş üzrə (Açar sözlər: cehiz əşyalarının mənzildən çıxarılması) Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Məmməd Allahverdi oğlu Məmmədov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Fuad Vahid oğlu Qəşəmzadənin katibliyi, İddiaçı, Cavabdeh1 iştirakları ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1913/2025 nömrəli iş üzrə xx.xx.2025-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İş materiallarında olan ƏMDK yanında DƏDRX tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən Bakı şəhəri Yasamal Rayonu Əsəd Əhmədov küçəsi 31 E, mənzil 119, giriş-2 ünavnında yerləşən mənzil xüsusi mülkiyyət hüququ ilə İddiaçı Edlçin oğlunun mülkiyyətindədir.
2. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (004)- 1913/2025 saylı mülki iş üzrə qəbul ediləcək yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək müvəqqəti təminat tədbiri kimi ünvan 1 ünvanındakı mənzildə olmaqla Cavabdeh2 məxsus olduğu iddia edilən əşyalar: yataq mebel dəsti (taxt, 2 ədəd tumçuçka, termo və stul), gecə lampası, televizor “plazma” 84 ekran, divan dəsti 1 ədəd, salon mebel dəsti (stol, stul, 2 ədəd şkaf, termo), zala lüstur, divar saatı, xalça, qabyuyan, paltaryuyan, soyuducu, soba, şirəçəkən aparat, blinçik bişirən, ətçəkən maşın, tava, blender, mikser, tozsoran, tok samovarı, ütü, ütü stolu, fincan və stəkan dəsti, qazan dəsti, qab dəsti (obedni çay), mələfə-çexol, yun yorğan-döşək, silikon yorğan, silikon yastıq, mətbəx üçün dəsmal, əl-üz dəsmalı, tutacaq, çay dəsmalı dəsti, jurnal stolunun üstü üçün örtük, stol üçün örtük, qaşıq, bıçaq, çəngəl dəsti, çini qazan dəsti, yataq otağında pərdə (qısa ölçülü), çərəz qabı, salfetka qabı, duz qabı, mürəbbə qabı, çömçə, salat qabı, araq stəkanı, dəmir qab qurutma, doğrama taxtası, düşbərə bükmək üçün dəmir, çörək qabı, çörək vannası, tort qabı, ədviyyat qabı, kül qabı, qrafinka, qəhvə stakanı, podnos, ləyən, aşsüzən, çaydan və çaynik, güldan, meyvə qabı, çərəz qıran, qənd qıran, sarımsaq əzən, çaydan altlığı siyahıya alınması qərara alınmış və qərardad dərhal icra edilmişdir.
3. İş materiallarında olan icra məmuru tərəfindən borclu İddiaçı, A.Tarverdiyevin nümayəndəsinin köməkçiləri X4, X6 və tələbkar İddiaçı iştirakı ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli aktın surətindən görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 16(004)-86/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən ünvan 1 ünvanındakı mənzildə olmaqla Cavabdeh2 məxsus olduğu iddia edilən əşyalar: yataq mebel dəsti (taxt, 2 ədəd tumçuçka, termo və stul), gecə lampası, televizor “plazma” 84 ekran, divan dəsti 1 ədəd, salon mebel dəsti (stol, stul, 2 ədəd şkaf, termo), zala lüstur, divar saatı, xalça, qabyuyan, paltaryuyan, soyuducu, soba, şirəçəkən aparat, blinçik bişirən, ətçəkən maşın, tava, blender, mikser, tozsoran, tok samovarı, ütü, ütü stolu, fincan və stəkan dəsti, qazan dəsti, qab dəsti (obedni çay), mələfə-çexol, yun yorğan-döşək, silikon yorğan, silikon yastıq, mətbəx üçün dəsmal, əl-üz dəsmalı, tutacaq, çay dəsmalı dəsti, jurnal stolunun üstü üçün örtük, stol üçün örtük, qaşıq, bıçaq, çəngəl dəsti, çini qazan dəsti, yataq otağında pərdə (qısa ölçülü), çərəz qabı, salfetka qabı, duz qabı, mürəbbə qabı, çömçə, salat qabı, araq stəkanı, dəmir qab qurutma, doğrama taxtası, düşbərə bükmək üçün dəmir, çörək qabı, çörək vannası, tort qabı, ədviyyat qabı, kül qabı, qrafinka, qəhvə stakanı, podnos, ləyən, aşsüzən, çaydan və çaynik, güldan, meyvə qabı, çərəz qıran, qənd qıran, sarımsaq əzən, çaydan altlığı siyahıya alınmışdır. Lakin aktı A.Tarverdiyevin nümayəndəsinin köməkçiləri X1 Sara Müşviq qızı imzalamaqdan imtina etmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktları
a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “cehiz əşyalarının mənzildən çıxarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı olaraq onun mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsi 31E, mənzil 119, giriş 2-dəki mənzilinə cavabdeh tərəfindən yerləşdirilmiş iddia ərizəsində göstərilmiş cehiz əşyalarının sözügedən mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. Daha sonra, iddiaçı iddia tələbinə dəqiqləşdirmə verərək, iddiaçı olaraq onun mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsi 31E, mənzil 119, giriş 2-dəki mənzilinə cavabdehlər tərəfindən yerləşdirilmiş iddia ərizəsində göstərilmiş cehiz əşyalarının sözügedən mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. İddia onunla əsaslandırılmışdır ki, iş üzrə cavabdehlərdən biri olan qardaşı Cavabdeh1 iş üzrə cavabdeh X5 ilə 29 iyun 2022-ci il tarixində rəsmi nikaha girmişdir. Birgə nikahlarından 1 övladları var. X19 ilə ailə quranda öz mülkiyyətində olan mənzilini müvəqqəti xarekterli onların istifadəsinə vermişdir ki, ailə qurduqları ilk aylardan başqasına məxsus mənzildə kirayədə qalmasınlar. Səbəbi də ondan ibarət idi ki, gənc ailədirlər, qardaşı Tusi də hərbçidir, çox vaxt iş yerində olur. Tusi iş yerində olduğu hallarda belə Aysunu heç kim narahat etməsin. Mənzilinin açarlarını onlara vermişdir. Onlar da ailə olaraq ona məxsus olan mənzilə yerləşmişlər. Hal-hazırda isə ailə kimi münasibətləri pozulmuşdur. Nikahın pozulması tələbinə dair mülki iş məhkəmədədir. Ailəni bərpa etmək mümkün deyil. Aysu 2024-cü ilin yanvar ayının 6-dan ona aid olan mənzildən, yəni - ünvan 1 ünvanından öz valideynlərinə məxsus evə köçüb getmişdir. Aysuya məxsus bütün cehiz əşyaları isə ona məxsus evdə qalmışdır. Evinə köçmək istəyir, amma ev cehizlərlə yüklü olduğundan öz mənzilinə yığışa, əşyalarını öz mənzilinə yerləşdirə bilmir. Qardaşı Tusidən mənzildən cehiz əşyalarının çıxarılmasını tələb edəndə isə o, cehiz əşyaların aparılmasını Aysunun ailəsinə bildirdiyini, lakin qarşı tərəfin bu barədə hər hansısa bir hərəkət etmədiyini bildirmişdir. Bu da onu narahat edir. Cehizlər mənzilindən çıxarılmadığından bu günə kimi mənzilinə daxil ola bilməmişdir. Cavabdeh2 məxsus cehiz əşyaları olan - yataq mebel dəsti (taxt, 2 ədəd tumbuçka, termo və stul), gecə lampası, televizor “plazma” 84 ekran, divan dəsti 1 ədəd, salon mebel dəsti (stol, stul, 2 ədəd şkaf, termo), zala lüstur, divar saatı, xalça, qabyuyan, paltaryuyan, soyuducu, soba, şirəçəkən aparat, blinçik bişirən, ətçəkən maşın, tava, blender, mikser, tozsoran, tok samovarı, ütü, ütü stolu, fincan və stəkan dəsti, qazan dəsti, qab dəsti (obedni çay), mələfəçexol, yun yorğan-döşək, silikon yorğan, silikon yastıq, mətbəx üçün dəsmal, əl-üz dəsmalı, tutacaq, çay dəsmalı dəsti, jurnal stolunun üstü üçün örtük, stol üçün örtük, qaşıq, bıçaq, çəngəl dəsti, çini qazan dəsti, hamam dəsti, yataq otağında pərdə (qısa ölçülü), çərəz qabı, salfetka qabı, duz qabı, mürəbbə qabı, çömçə, salat qabı, araq stəkanı, dəmir qab qurutma, doğrama taxtası, düşbərə bükmək üçün dəmir, çörək qabı, çörək vannası, tort qabı, ədviyyat qabı, kül qabı, qrafinka, qəhvə stakanı, podnos, ləyən, aşsüzən, çaydan və çaynik, güldan, meyvə qabı, çərəz qıran, qənd qıran, sarımsaq əzən, çaydan altlığı İddiaçı məxsus ünvan 2 ünvanında yerləşən 119 saylı mənzildən çıxarılmasını xahiş edir.
7. Cavabdeh X7 xx.xx.2025-ci il tarixdə məhkəməyə etirazla müraciət edərək, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı ona və qardaşı X3 qarşı "Cehiz əşyalarının mənzildən çıxarılması tələbinə dair Bakı şəhəri Yasamal rayon Məhkəməsinə iddia ərizəsi ila müraciət edərək iddia qaldırmışdır. O, Cavabdeh1lə xx.xx.2022-ci il tarixdə Bakı sahari 5 saylı "ASAN Xidmət” Mərkəzində nikahlarını rəsmiləşdirib ailə qurmuşlar. Ailə qurduqdan sonra isə Cavabdeh1 mülkiyyətində öz adına evi olmadığından o onun qardaşı İddiaçı mülkiyyətində olan mənzilə gəlin köçmüşdür. Buna görə də cehizlərini, qızıl-zinət əşyalarını və digər hər şeyi özüylə birlikdə həmin evə aparmışdır. Hətta onu da qeyd edir ki, onun bundan xəbəri yox imiş. Onu aldatmşlar ki, guya ev Cavabdeh1 mülkiyyətindədir. Lakin Cavabdeh1 ilə ailə münasibətləri korlandığından o, övladı xx.xx.2023-cü il təvəllüdlü X8 ilə birlikdə Şahbuz rayonu Ayrınc kəndində atası evinə qayıtmış və hal-hazırda orada yaşayir. O, 22 iyul 2024-cü il tarixdə Cavabdeh1 qarşı "Qızıl-zinət va cehiz əşyalarının qaytarılması tələbi" nə dair Bakı səhəri Yasamal rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək iddia qaldırmışdır. İddia ərizəsi icraatda almaraq ekspertiza təyin olunmuşdur. Lakin 22 iyul 2024-cü il tarixdən bu günədək Bakı şəhəri Yasamal rayon Məhkəməsi tərəfindən onlara iddianın təmin olunub-olunmaması barədə hər hansı məlumat və ya bildiriş göndərilməmişdir. Həmin vaxtdan tam 7 ay keçir. Bundan əlavə Cavabdeh1 qardaşı İddiaçı da gecikdirilmiş həmin vaxtdan istifadə edərək ona və qardaşı Cavabdeh1 qarşı "Cehiz əşyalarının mənzildən çıxarılması tələbinə dair Bakı şəhəri Yasamal rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək iddia qaldırmışdır. Lakin onun həmin iddianı qəbul etməməyinə səbəb əşyaların əksəriyyətinin yararsız vəziyyətdə olmasıdır. Buna görə də o sadəcə sağlam vəziyyətdə olan əşyaları götürməyə razıdır. Yararsız vəziyyətdə olan, həmçinin yerində olmayan əşyaların isə özünü deyil, dəyərini tələb edir. Hətta İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, guya evdə ona məxsus əşyalar da var idi. Bu məlumat tamamilə yalan və əsassızdır. Onlar evə köçəndə ev tamamilə boş imiş.
9. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1913/2025 nömrəli iş üzrə xx.xx.2025-ci il tarixli qətnaməsi (Kərim Xudayev) ilə iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh2 məxsus cehiz əşyaları olan - yataq mebel dəsti (taxt, 2 ədəd tumbuçka, termo və stul), gecə lampası, televizor “plazma” 84 ekran, divan dəsti 1 ədəd, salon mebel dəsti (stol, stul, 2 ədəd şkaf, termo), zala lüstur, divar saatı, xalça, qabyuyan, paltaryuyan, soyuducu, soba, şirəçəkən aparat, blinçik bişirən, ətçəkən maşın, tava, blender, mikser, tozsoran, tok samovarı, ütü, ütü stolu, fincan və stəkan dəsti, qazan dəsti, qab dəsti (obedni çay), mələfə-çexol, yun yorğan-döşək, silikon yorğan, silikon yastıq, mətbəx üçün dəsmal, əlüz dəsmalı, tutacaq, çay dəsmalı dəsti, jurnal stolunun üstü üçün örtük, stol üçün örtük, qaşıq, bıçaq, çəngəl dəsti, çini qazan dəsti, hamam dəsti, yataq otağında pərdə (qısa ölçülü), çərəz qabı, salfetka qabı, duz qabı, mürəbbə qabı, çömçə, salat qabı, araq stəkanı, dəmir qab qurutma, doğrama taxtası, düşbərə bükmək üçün dəmir, çörək qabı, çörək vannası, tort qabı, ədviyyat qabı, kül qabı, qrafinka, qəhvə stakanı, podnos, ləyən, aşsüzən, çaydan və çaynik, güldan, meyvə qabı, çərəz qıran, qənd qıran, sarımsaq əzən, çaydan altlığının İddiaçı məxsus ünvan 2 ünvanında yerləşən 119 saylı mənzildən cavadeh Cavabdeh2 hesabına çıxarılması, iddianın qalan hissədə təmin edilməməsi, iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilsin qət edilmişdir.
10. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddələrinə, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2., 77.1, 81, 119.1, 217.3, 217.4, 218.3-cü maddələrinə, “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarına, Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərarına istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətlərinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətlərinin dəlilləri
11. Qətnamədən Cavabdeh2 apellyasiya şikayəti verərək qətnamənin iddianın tələbinin təmin edilən hissəsində ləğv edilərək iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə ilə razı deyil. Belə ki, Cavabdeh2 və Cavabdeh1 xx.xx.2022-ci il tarixdə Bakı şəhəri 5 saylı "ASAN Xidmət" Mərkəzində nikahlarını rəsmiləşdirmiş, lakin Cavabdeh1 mülkiyyətində öz adına mənzil olmadığından Cavabdeh2 onun qardaşı İddiaçı məxsus mənzilə gəlin köçmüşdür. Bu səbəbdən, cehiz və qızıl-zinət əşyalarını da həmin mənzilə aparmışdır. Daha sonra məlum olmuşdur ki, Cavabdeh2 aldadılaraq ona mənzilin guya həyat yoldaşı Cavabdeh1 mülkiyyətində olduğu bildirilib. Ailə münasibətlərinin pozulmasından sonra Cavabdeh2 xx.xx.2023-cü il təvəllüdlü övladı X8 ilə birlikdə Naxçıvan MR, Şahbuz rayonu, Ayrınc kəndində yerləşən ata evinə qayıtmış və hal-hazırda həmin ünvanda yaşayır. O, 22 iyul 2024-cü il tarixdə Cavabdeh1 qarşı “Qızıl-zinət və cehiz əşyalarının qaytarılması” tələbi ilə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş, iş üzrə ekspertiza təyin olunmuş, lakin iddia ərizəsi baxılmamış saxlanılmışdır. Bundan istifadə edən İddiaçı həmin dövrdə gecikdirilmiş şəkildə məhkəməyə müraciət edərək, cehiz əşyalarının mənzildən çıxarılması barədə iddia qaldırmışdır. Bundan əlavə, Cavabdeh2 məxsus bəzi zinət əşyalarının digər cavabdeh – Cavabdeh1 qaldığı və ona qaytarılmadığı da bildirilir. Həmin zinət əşyalarının siyahısı aşağıdakı kimidir: 1. Qızıl dəst (boyunbağı, qolbaq, sırğa və üzük) – Türkiyə istehsalı, 4900 AZN 2. Brilliant qaşlı qızıl üzük (nişan üzüyü) – Türkiyə istehsalı, 1200 AZN 3. Qızıl üzük (brilliant qaşlı) – 8 Mart hədiyyəsi, 850 AZN 4. Qızılsırğa – Novruz bayramı hədiyyəsi, 250 AZN 5. Qızıl boyunbağı – ad günü münasibətilə hədiyyə edilmişdir, 200 AZN 6. Qızıl boyunbağı – cavabdehin atası tərəfindən hədiyyə edilmişdir, 380 AZN Yasamal Rayon Məhkəməsində baxılan iş üzrə iclaslar zamanı Cavabdeh2 məxsus bu zinət əşyaları məsələsi bir neçə dəfə qaldırılsa da, məhkəmə həmin halı nəzərə almamışdır. Eyni zamanda, qətnamə ilə razılaşmamağının digər əsaslı səbəbi – cehiz əşyalarının əksəriyyətinin yararsız vəziyyətdə olmasıdır. Mənzilə baxış zamanı icra məmuru tərəfindən xx.xx.2025-ci il tarixdə tərtib edilmiş aktda Cavabdeh2 məxsus bütün əşyaların siyahısı əks olunmamışdır. Siyahıya alınmayan əşyalar aşağıdakılardır: 1.Yataq otağına məxsus lüstur – 1 ədəd 2. Salon mebel dəstinə daxil olan televizor altlığı – 1 ədəd üçlü və 1 ədəd jurnalmasası 3. Dəhliz şkafı 4. Zalda pərdə 5. Aspirator (sensorlu) 6. Qaz plitəsi 7. Mətbəx mebeli 8. Dörd ədəd stul 9. Mətbəx divanı 10. Çörəkbişirən aparat 11. Kamod 12. Qəhvəbişirən aparat 13. Qəhvəüyüdən aparat. Siyahıyaalma zamanı Cavabdeh2 nümayəndələri tərəfindən müəyyən edilmişdir ki, yuxarıda göstərilən əşyalar digər cavabdeh tərəfindən yalnız görüntü naminə bərpa olunmuş, lakin əşyaların funksional dəyəri itirilmişdir. Bu səbəbdən, cavabdehin nümayəndəsinin köməkçiləri – X10 və X12 aktı imzalamaqdan imtina etmişlər. Yuxarıda qeyd edilən hallar əsasında hesab edir ki, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1913/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi ləğv edilməli və iş üzrə obyektiv araşdırma aparılmalıdır. Cavabdeh2 məxsus olan və yuxarıda sadalanan əşyalar digər cavabdeh – Cavabdeh1 tərəfindən mülkiyyət hüququna zidd olaraq, qanunsuz şəkildə sökülmüş, fiziki zədələnməyə məruz qalmış və nəticə etibarilə bir çox əşyalar yararsız hala salınmışdır. Cavabdeh2 məxsus qızıl-zinət əşyalarının taleyi barədə məsələ bir neçə dəfə məhkəmə iclaslarından qaldırılsa da, həmin məsələyə hüquqi qiymət verilməmiş və mübahisəli zinət əşyalarının saxlanma yeri, əşya kimi mövcud olubolmaması, digər cavabdeh tərəfindən istifadədə olub-olmaması araşdırılmamışdır. xx.xx.2025-ci il tarixdə tərtib edilmiş aktda cehiz əşyalarının yalnız bir hissəsi əks olunmuş, lakin aktda göstərilməyən və faktiki olaraq mənzildə olduğu nümayəndələr tərəfindən təsbit edilmiş çoxsaylıəşyalar siyahıya alınmamışdır. Bu isə məhkəmənin mövcud maddi sübutlara hüquqi qiymət vermədən qətnamə çıxarmasına gətirib çıxarmışdır. Cehiz əşyalarının texniki vəziyyəti və dəyərinin itirilməsi məsələsi üzrə nə qiymətləndirmə, nə də müvafiq ekspertiza aparılmışdır. Halbuki, həmin əşyaların istismar nəticəsində yararsız hala düşdüyünü, sadəcə görüntü naminə bərpa edildiyini sübut etməyə hazır olduğunu bildirmişdir. Lakin məhkəmə bu mövqeyə heç bir prosessual reaksiya verməmişdir. Cavabdeh2 nümayəndəsi tərəfindən Cavabdeh2 məxsus və yuxarıda sadalanan əşyaların digər cavabdeh – Cavabdeh1 tərəfindən mülkiyyət hüququna zidd olaraq qanunsuz şəkildə sökülməsi, fiziki zədələnməyə məruz qalması və nəticədə bir çox əşyanın yararsız hala salınmasına dair fotoşəkillər birinci instansiya məhkəməsinə təqdim olunmasına baxmayaraq, məhkəmə həmin sübutlara hər hansı hüquqi qiymət verməmiş, təqdim edilən fotoşəkillər işin halları baxımından nəzərə alınmamışdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Cavabdehin apellyasiya şikayətinə qarşı İddiaçı tərəfindən etiraz təqdim edilmişir.
14. Etiraz onunla əsaslandırılmışdır ki, o iddia ərizəsi ilə məhkəməyə müraciət edəndə iş üzrə cavabdehlər rəsmi nikahda idilər. Qardaşı Cavabdeh1 ilə Cavabdeh2 29 iyun 2022-ci il tarixində rəsmi nikaha girib. Birgə nikahlarından 1 övladı var. X19 ilə ailə quranda öz mülkiyyətində olan mənzilini müvəqqəti xarekterli onların istifadəsinə vermişdir ki, ailə qurduqları ilk aylardan başqasına məxsus mənzildə kirayədə qalmasınlar. Səbəbi də ondan ibarət idi ki, gənc ailədirlər, qardaşı Tusi də hərbçidir, çox vaxt iş yerində olur. Tusi iş yerində olduğu hallarda belə Aysunu heç kim narahat etməsin. Mənzilinin açarlarını onlara vermişdir. Onlar da ailə olaraq ona məxsus olan mənzilə yerləşmişlər. Uşaqları dünyaya gələndən sonra ailə kimi münasibətlri pozulmağa başlamışdır. Aysu 2024-cü ilin yanvar ayının 6-dan ona aid olan mənzildən köçüb getdi. Aysuya məxsus cehiz əşyalarıı hələ də həmin mənzildə qalıb. Evinə köçmək istəyir, amma ev cehizlərlə yüklü olduğundan öz mənzilinə yığışa, əşyalarını öz mənzilinə yerləşdirə bilmir. Qardaşı Tusidən mənzildən cehiz əşyalarının çıxarılmasını tələb edəndə isə o, cehiz əşyaların aparılmasını Aysunun ailəsinə bildirdiyini, lakin qarşı tərəfin bu barədə hər hansısa bir hərəkət etmədiyini bildirmişdir. Bu da onu narahat edir. Məhkəmə gedişində iş üzrə cavabdehlərin nikahı da məhkəmə qaydasında pozulub. Bu barədə qardaşı xx.xx.2025-ci il tarixdə nikahın pozulmasına dair şəhadətnamə də alıb. Cehizlər mənzilindən çıxarılmadığından bu günə kimi mənzilinə daxil ola bilməmişdir. Cavabdeh2 məxsus cehiz əşyaları olan - yataq mebel dəsti (taxt, 2 ədəd tumbuçka, termo və stul), gecə lampası, televizor “plazma” 84 ekran, divan dəsti 1 ədəd, salon mebel dəsti (stol, stul, 2 ədəd şkaf, termo), zala lüstur, divar saatı, xalça, qabyuyan, paltaryuyan, soyuducu, soba, şirəçəkən aparat, blinçik bişirən, ətçəkən maşın, tava, blender, mikser, tozsoran, tok samovarı, ütü, ütü stolu, fincan və stəkan dəsti, qazan dəsti, qab dəsti (obedni çay), mələfəçexol, yun yorğan-döşək, silikon yorğan, silikon yastıq, mətbəx üçün dəsmal, əl-üz dəsmalı, tutacaq, çay dəsmalı dəsti, jurnal stolunun üstü üçün örtük, stol üçün örtük, qaşıq, bıçaq, çəngəl dəsti, çini qazan dəsti, hamam dəsti, yataq otağında pərdə (qısa ölçülü), çərəz qabı, salfetka qabı, duz qabı, mürəbbə qabı, çömçə, salat qabı, araq stəkanı, dəmir qab qurutma, doğrama taxtası, düşbərə bükmək üçün dəmir, çörək qabı, çörək vannası, tort qabı, ədviyyat qabı, kül qabı, qrafinka, qəhvə stakanı, podnos, ləyən, aşsüzən, çaydan və çaynik, güldan, meyvə qabı. Əşyalar salamatdır. İcra məmuru sözügedən iddia ərizəsinin təmin tədbiri ilə əlaqədar cehizlərin yerləşdiyi ona aid mənzilə gəlib baxıb əşyaların yerində olduöuna dair akt təertib edib əks tərəf cehizlərə baxışda iştirak etsə də cehizlərin özünü yox onların pulunu almaq məqsədilə xx.xx.2025-ci il tarixli aktı imza etməkdən qəsdən yayındı. Həmin cehizlərin salamat olduğuna dair bütün fotoşəkiləri və video diski də məhkəməyə təqdim etmişdir. Apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir.
c) Proses iştirakçılarının izahatı
15. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.
16. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.
17. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə digər Cavabdeh2 məhkəmə kollegiyasının iclasına gəlməmiş və gəlməmə səbəbi barədə hər hansı məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə digər cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsinin
18. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
Azərbaycan Respublikası Ailə Məcəlləsinin
19. 34.1. Nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır).
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
20. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
21. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
22. Maddə 88 məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
23. Maddə 372.6. apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
24. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
25. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
26. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
27. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
28. Hazırki halda, cavabdeh apellyasiya şikayətində qətnamənin təmin edilən hissədə ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etdiyindən qətnamə iddia tələbinin təmin edilən hissəsində yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
29. Məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1913/2025 nömrəli iş üzrə xx.xx.2025-ci il tarixli qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
30. Belə ki, işin halları ilə müəyyən edilir ki, iş üzrə cavabdehlərdən biri olan Cavabdeh1 iş üzrə cavabdeh X5 ilə 29 iyun 2022-ci il tarixində rəsmi nikaha girmişdir. Birgə nikahlarından 1 övladları var. Onlar da ailə olaraq iddiaçıya məxsus olan mənzilə yerləşmişlər. Hal-hazırda isə ailə kimi münasibətləri pozulmuşdur. Nikahın pozulması tələbinə dair mülki iş məhkəmədədir. Ailəni bərpa etmək mümkün deyil. Tarverdiyev Aysu 2024-cü ilin yanvar ayının 6-dan iddiaçıya aid olan mənzildən, yəni - ünvan 1 ünvanından öz valideynlərinə məxsus evə köçüb getmişdir. Tarverdiyev Aysuya məxsus bütün cehiz əşyaları isə iddiaçının məxsus evdə qalmışdır. İddiaçı evinə köçmək istəyir, amma ev cehizlərlə yüklü olduğundan öz mənzilinə yığışa, əşyalarını öz mənzilinə yerləşdirə bilmir. Odur ki, iddiaçı cehiz əşyalarının mənzildən çıxarılmasını xahiş etmişdir.
31. Kollegiya qeyd edir ki, sübutetmə vəzifəsinin bölgüsü baxımından cavabdehə məxsus cehiz əşyalarının iddiaçını mənzilində mövcud olmasını və həmin əşyaların həqiqətən iddiaçının mənzilində olmasının, cavabdeh tərəfindən çıxarılmamasını sübut etmə vəzifəsi iddiaçının üzərinə düşür.
32. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
33. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür.
34. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər.
35. Belə ki, iş materiallarından göründüyü kimi, iddiaçının sadaladığı əmlaklar icra məmurları tərəfindən aşkar edilərək siyahıya alınmışdır. Həmin əmlaklar cavabdeh Aysu Tarverdiyevə məxsusdur. Digər Cavabdeh1 məxsus deyil və onun əşyaları deyildir. İcra məmurunun aktında sadalanan əmlaklar iddiaçının saxlancına verilmişdir.
36. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi Cavabdeh2 məxsus cehiz əşyaları olan - yataq mebel dəsti (taxt, 2 ədəd tumbuçka, termo və stul), gecə lampası, televizor “plazma” 84 ekran, divan dəsti 1 ədəd, salon mebel dəsti (stol, stul, 2 ədəd şkaf, termo), zala lüstur, divar saatı, xalça, qabyuyan, paltaryuyan, soyuducu, soba, şirəçəkən aparat, blinçik bişirən, ətçəkən maşın, tava, blender, mikser, tozsoran, tok samovarı, ütü, ütü stolu, fincan və stəkan dəsti, qazan dəsti, qab dəsti (obedni çay), mələfəçexol, yun yorğan-döşək, silikon yorğan, silikon yastıq, mətbəx üçün dəsmal, əlüz dəsmalı, tutacaq, çay dəsmalı dəsti, jurnal stolunun üstü üçün örtük, stol üçün örtük, qaşıq, bıçaq, çəngəl dəsti, çini qazan dəsti, hamam dəsti, yataq otağında pərdə (qısa ölçülü), çərəz qabı, salfetka qabı, duz qabı, mürəbbə qabı, çömçə, salat qabı, araq stəkanı, dəmir qab qurutma, doğrama taxtası, düşbərə bükmək üçün dəmir, çörək qabı, çörək vannası, tort qabı, ədviyyat qabı, kül qabı, qrafinka, qəhvə stakanı, podnos, ləyən, aşsüzən, çaydan və çaynik, güldan, meyvə qabı, çərəz qıran, qənd qıran, sarımsaq əzən, çaydan altlığının İddiaçı məxsus ünvan 2 ünvanında yerləşən 119 saylı mənzildən Cavabdeh2 hesabına çıxarılmalı olmasına dair düzgün nəticəyə gəlmişdir.
37. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayətində qeyd edilənlər formal mülahizələr olmaqla yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz. Cavabdeh apellyasiya şikayətində həmin əşyaların istismar nəticəsində yararsız hala düşdüyünü, sadəcə görüntü naminə bərpa edildiyini sübut etməyə hazır olduğunu bildirsə də, şikayətin qeyd olunan dəlilləri heç bir mötəbər sübutla öz təsdiqini tapmamışdır.
38. Kollegiya apellyasiya şikayətinin xx.xx.2025-ci il tarixdə tərtib edilmiş aktda Cavabdeh2 məxsus bütün əşyaların siyahısının əks olunmaması dəlilinə münasibətdə hesab edir ki , Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (004)-1913/2025 saylı mülki iş üzrə qəbul ediləcək yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək müvəqqəti təminat tədbiri kimi ünvan 1 ünvanındakı mənzildə olmaqla Cavabdeh2 məxsus olduğu iddia edilən əşyalar: yataq mebel dəsti (taxt, 2 ədəd tumçuçka, termo və stul), gecə lampası, televizor “plazma” 84 ekran, divan dəsti 1 ədəd, salon mebel dəsti (stol, stul, 2 ədəd şkaf, termo), zala lüstur, divar saatı, xalça, qabyuyan, paltaryuyan, soyuducu, soba, şirəçəkən aparat, blinçik bişirən, ətçəkən maşın, tava, blender, mikser, tozsoran, tok samovarı, ütü, ütü stolu, fincan və stəkan dəsti, qazan dəsti, qab dəsti (obedni çay), mələfə-çexol, yun yorğan-döşək, silikon yorğan, silikon yastıq, mətbəx üçün dəsmal, əl-üz dəsmalı, tutacaq, çay dəsmalı dəsti, jurnal stolunun üstü üçün örtük, stol üçün örtük, qaşıq, bıçaq, çəngəl dəsti, çini qazan dəsti, yataq otağında pərdə (qısa ölçülü), çərəz qabı, salfetka qabı, duz qabı, mürəbbə qabı, çömçə, salat qabı, araq stəkanı, dəmir qab qurutma, doğrama taxtası, düşbərə bükmək üçün dəmir, çörək qabı, çörək vannası, tort qabı, ədviyyat qabı, kül qabı, qrafinka, qəhvə stakanı, podnos, ləyən, aşsüzən, çaydan və çaynik, güldan, meyvə qabı, çərəz qıran, qənd qıran, sarımsaq əzən, çaydan altlığı siyahıya alınması qərara alınmış və qərardad dərhal icra edilmişdir. Cavabdeh apellyasiya şikayətində icra məmuru tərəfindən xx.xx.2025-ci il tarixdə tərtib edilmiş aktda ona məxsus bütün əşyaların siyahısının əks olunmaması qeyd etsə də, həmin əşyaların mövcudluğuna dair hər hansı sübut təqdim etməmişdir. Bununla belə cavabdehin apellyasiya şikayətində istinad etdiyi “bəzi zinət əşyalarının digər cavabdeh – Cavabdeh1 qalması və ona qaytarılmaması” və “icra məmuru tərəfindən xx.xx.2025-ci il tarixdə tərtib edilmiş aktda ona məxsus bütün əşyaların siyahısının əks olunmaması” xüsusatlarına münasibətdə kollegiya hesab edir ki, qeyd olunan tələblər hazırki iş üzrə iddia tələbinin predmetinə daxil olmadığından şikayətin dəlilləri həmin hissələrdə araşdırılmır. Eyni zamanda qeyd olunanlar həmin tələblərə dair digər iddia qaldırmaq hüququnu istisna etmir.
39. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Kovnensiya araşdırmalarında sübutlar qiymətləndirilərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) Prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və birbirinə uyğun qənanətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§68)
40. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93)
41. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar ödənilən məsrəflərdən ibarətdir.
42. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
43. Kollegiya hesab edir ki, apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir.
44. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.2, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh2 apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1913/2025 nömrəli iş üzrə xx.xx.2025-ci il tarixli qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.