Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3711/2020 18.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X13 Hüseynin sədrliyi və məruzəsi ilə, X10 və X3 ibarət tərkibdə, Kamran İbrahim oğlu Musayevin katibliyi ilə, İddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment miqdarının artırılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-6724/2019 saylı, 27 noyabr 2019-cu il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sabunçu Rayon Məhkəməsinin 13 fevral 2012-ci il tarixli qətnaməsi ilə uşaq üçün müəyyən edilmiş alimentin miqdarının artırılaraq 30.07.2011-ci il tarixdə anadan olmuş X1 üçün Cavabdeh hər ay uşağa görə sabit pul məbləğində 160 (bir yüz altmış) manat miqdarında alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-6724/2019 saylı, 27 noyabr 2019-cu il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Cavabdeh apelyasiya şikayəti verərək, qətnaməni qismən ləğv edərək, yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iki məhkəmənin qətnaməsi ilə üç uşağın saxlanmasına onun əmək haqqından 322 manat məbləğində aliment tutulur. O, “xxxx” ASC-də tornaçı peşəsində işləyir və vergilər tutulduqdan sonra əmək haqqı 407.79 (dörd yüz yeddi manat 79 qəpik) təşkil edir. “2019-ci ildə yaşayış minimumu haqqında” Qanuna əsasən yaşayış minimumu 180 manat, əmək qabiliyyəti olan əhali üçün 191 manat, uşaqlar üçün isə 160 manat məbləğində müəyyən edilmişdir. Alimentlərin tutulmasından sonra onun yaşayışına 85.79 manat məbləğində pul qalır. Bu məbləğ yaşayış minimumundan iki dəfədən də çox aşağıdır. İddiaçı 2016-cı ildə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 13.02.2012-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş aliment miqdarında dəyişiklik edərək, uşağın saxlaması üçün hər ay gəlirlərimin dörddə bir hissəsi və çatışmayan hissəsi sabit pul məbləği olmaqla, cəmi 117 manat alimentin tutulub ona verilməsi barədə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-12906/2016 saylı 19.10.2016-cı il tarixli qətnaməsi ilə iddiaçının Cavabdeh qarşı alimentin artırılması barədə iddia tələbi rədd edilmişdir. İddiaçı heç bir yerdə işləmir. Öz yaşayış xərcləri üçün iddiaçı ya uşağın alimentini istifadə etməlidir, yaxud öz valideynlərinin himayəsində olmalıdır. İddiaçı X9 öz valideynləri ilə birgə yaşayır. O, əmək qabiliyyətli olmasına baxmayaraq, işə düzəlməkdən boyun qaçırır. Məhkəmə öz qətnaməsində Ailə hüququnun uşağın saxlanmasına aliment təyin edərkən tərəflərin maddi və ailə vəziyyətini nəzərə alınması barədə bir sıra normalarına müraciət etmişdir. Lakin, məhkəmə onları inkar etmədən maddi hüququn başqa normalarına istinad etmişdir. Məhkəmənin qətnaməsindən nə üçün onun məhz bu qanunla əsaslandırılması, eyni münasibətlərini tənzimləyən digər hüquq normalarının isə rədd edilməsinin səbəbi görünmür. İddiaçı apelyasiya şikayətinə qarşı yazılı mülahizə təqdim etmişdir. Mülahizə onunla əsaslandırılmışdır ki, birgə nikahdan 30.07.2011-ci il tarixdə anadan olmuş X7 hal-hazırda 9 vaşındadır və 3-cü sinifdə oxuyur. Sabunçu Rayon Məhkəməsinin 13 fevral 2012-ci il tarixi qətnaməsi ilə cavabdehlə aralarında bağlanmış nikah pozulmuşdur. Həmin qətnamə ilə 30.07.2011-ci il tarixdə anadan olmuş X1 üçün Cavabdeh hər ay uşağa görə aldığı əmək haqqının dörddə biri miqdarında alimentin tutulması qət edilmişdir Cavabdehin ödədiyi aliment uşağının tələbatını ödəmir. Cavabdeh çox yaxşı bilir ki, qonşu olduqlarına görə o oğlu ilə birgə yaşayır, valideynləri ilə yaşamır. Emir dərsə, o isə işə gedir. Hər ay 150 manat uşağın hazırlığına, idmanına 40 manat və şahmat hazırlığına həftədə 30 manat, ayda isə 120 manat ödəyir. Uşağının geyim və qidalanmasından danışmır. O, maddi cəhətdən çətinlik çəkir, aldığı 250 manat əmək haqqı ilə yeməyini, geyimini, məktəb ləvazimatını alsın və yaxud, təhsili üçün ödənişlər etsin. Hər bir halda uşağın maddi tələbatını tam təmin edə bilmir. Valideyinləri ona nə vaxta kimi köməklik edəcəklər, cavabdeh ödədiyi alimenti yüksək sayır, uşağın qayğısını çəkmir, uşağın gələcək inkişafı ilə maraqlanmır, təhsilin və sağlamlığının qayğısına qalmır. Həkimə gedəndə belə iştirak etmir. 87 manat aliment ödəməklə özünün valideyn öhdəliyini yerinə yetirmiş sayır. Cavabdehin maaşı çoxdur, 407 manat deyil, onu tanıyandan həmişə aldığı maaş haqqında düzgün danışmayıb. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X4 apelyasiya şikayətinə etiraz edərək birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İş üzrə cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsinin izahatını dinləyib, apelyasiya şikayətinin dəlillərini və mülki işin materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İşin mübahisəsiz halları ondan ibarətdir ki, X6 30.07.2011-ci il tarixdə anadan olmuş, atası Cavabdeh, anası İddiaçıdır. Sabunçu Rayon Məhkəməsinin 09 fevral 2012-ci il tarixli, 2(008)-1062/2012 saylı qətnaməsi ilə iddianın təmin edilməsi, Cavabdeh ilə İddiaçı arasında 29 iyun 2010-cu il tarixdə Sabunçu rayon Qeydiyyat Şöbəsində 724 akt qeydi ilə bağlanmış nikahın pozulması, 30 iyul 2011-ci il təvəllüdlü X5 anası İddiaçı yanında saxlanılması, Cavabdeh, 30 iyul 2011-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün bütün növ aylıq gəlirinin və qazancının dörddə bir hissəsi miqdarında alimentin tutularaq İddiaçı verilməsi, alimentin tutulma tarixinin 13.01.2012-ci il tarixdən hesablanması, Cavabdeh, 30 iyul 2011-ci il təvəllüdlü X7 doğulduğu vaxtdan 3 il ərzində, yəni 30 iyul 2014-ci il tarixə kimi hər ay 100 (yüz) manatın tutulub İddiaçı verilməsi, alimentin bu hissədə tutulma vaxtının 13.01.2012-ci il tarixdən hesablanması qət edilmişdir. “xxxx” ASC-nin 17.10.2019-cu il tarixli, 01/165 nömrəli arayışından görünür ki, Cavabdeh “xxxx” ASC-də tornaçı peşəsində işləyir. Onun əmək müqaviləsi üzrə aylıq əmək haqqı 466 manat təşkil edir. Vergilər və sosial sığorta ayrılmaları çıxıldıqdan sonra ödənilən məbləğ 407.79 manat təşkil edir. Birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarına Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1, 76.2, 78.1 və 112.1-ci maddələrini “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsini və “Azərbaycan Respublikasında 2019-cu il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununu tətbiq etməklə belə qənaətə gəlmişdir ki, iddia əsaslıdır və təmin edilməlidir. Məhkəmə kollegiyası ailə qanunvericiliyinin normalarını və mülki işin faktiki hallarını, “Azərbaycan Respublikasında 2019-cu il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununun müddəalarına əsasən uşaqlar üçün yaşayış minimumunun 160 manat təşkil etdiyini nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq uşaqlar üçün nəzərdə tutulmuş yaşayış minimumunu, tərəflərin maddi və ailə vəziyyətini, azyaşlı uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanması şərtini və diqqətəlayiq olan digər halları nəzərə alaraq uşağın saxlanması üçün cavabdehdən iddiaçının xeyrinə tutulan alimentin miqdarını 160 manata artırmışdır. Apelyasiya şikayətinin dəlillərinə münasibətdə kollegiya qeyd edir ki, uşağın yetkinlik yaşına çatanadək saxlanmasında iştirak etməyə borclu olan əmək qabiliyyətli valideynin maddi vəziyyətinin aşağı olması, o cümlədən yeni nikahdan anadan olmuş uşaqları üçün də aliment ödəməsi onu aliment ödəmək vəzifəsindən azad edə bilməz. Aliment ödəməli olan valideynin maddi vəziyyəti daha az alimentin tutulmasına o zaman əsas verə bilər ki, tutulacaq alimentin miqdarı uşaqların minimal təminat səviyyəsinin saxlanmasına imkan versin. Hazırkı iş üzrə artıq 9 yaşına satmış uşağın saxlanılması üçün artırılmış alimentin miqdarı uşaqlar üçün yaşayış minimumu həddindədir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apelyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Artırılması tələb olunan aliment məbləği üzrə bir illik ödəmənin məcmusu 2000 manatdan az olduğu üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü və 404-1-ci maddələrinə əsasən qətnamədən kassasiya şikayəti verilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 385, 392, 393 və 404-1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qət etdi: Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-6724/2019 saylı, 27 noyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Hakim: Aida Hüseyn
Məhkəmə qərarları › İş №2(103)-3711/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3711/2020
18.06.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver