Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3717/2024 05.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi barədə” iddiasına dair mülki işin apellyasiya baxışından çıxarılması məsələsinə baxaraq müəyyən etdi: Həmin iş üzrə Binəqədi Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli qətnaməsindən Cavabdeh apellyasiya şikayəti verib, apellyasiya şikayəti mülki işlə Bakı Apellyasiya Məhkəməsinə göndərilib və xx.xx.2024-cü il tarixli qərardadla iş üzrə apellyasiya mümkün sayılıb. İş üzrə apellyasiyanın mümkün sayılması barədə qərardadı ləğv edilməli və iş apellyasiya baxışından çıxarılaraq birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, xx.xx.2024-cü ildə Binəqədi Rayon Məhkəməsi Bakı Apellyasiya Məhkəməsinə müraciət edərək bildirmişdir ki, digər tərəf - İddiaçı ASC həmin iş üzrə qətnamədən apellyasiya şikayəti verilməsi müddətinin bərpası barədə qərardaddan şikayət verib, həmin şikayətə münasibətdə Mülki Prosessual Məcəllənin tələbləri yerinə yetirilməsi üçün mülki işin Binəqədi RMnə qaytarılması xahiş olunur. Mülki Prosessual Məcəllənin 384.0.6-cı maddəsinə görə, apellyasiya şikayəti icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadı ləğv edilərək iş apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytarıla bilər. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə qərara aldı: Hazırkı mülki iş üzrə apellyasiyanın mümkünlüyü barədə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ləğv edilsin və iş apellyasiya baxışından çıxarılaraq Binəqədi Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-3717/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3717/2024
05.06.2024 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver