Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3728/2022 25.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsilə, Azad Nizam oğlu İmanov və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi ilə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2055/2021 saylı 26 noyabr 2021-ci il tarixli qətnaməsindən 3-cü şəxs “Riyad-Renta” şirkətinin və "xxxx" MMC-nin təsisçisi X6 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh1, 3-cü şəxslər “Riyad-Renta”şirkətinin və "xxxx"MMC-nin təsisçisi X4 qarşı “Xəzər-M” firmasında payın alqı-satq müqaviləsinin ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2055/2021 saylı 26 noyabr 2021-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdeh X2, 3-cü şəxslər “Riyad-Renta” şirkətinin və "xxxx" MMC-nin təsisçisi X5 qarşı “Xəzər-M” firmasında payın alqı-satqı müqaviləsinin ləğv edilməsi tələbinə dair iddiası təmin olunmamışdır. 3-cü şəxs “Riyad-Renta” şirkətinin və "xxxx" MMC-nin təsisçisi X6 tərəfindən birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verilmiş, Bаkı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2055/2022 saylı iş üzrə qəbul etdiyi 21.02.2022-ci il tarixli qərardadla Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2055/2021 saylı iş üzrə qəbul etdiyi 26.11.2021-ci il tarixli qətnaməsindən 3-cü şəxs “Riyad-Renta”şirkətinin və "xxxx" MMC-nin təsisçisi X6 tərəfindən verilmiş apellyasiya şikayəti geri qaytarılmışdır. Həmin qərardaddan 3-cü şəxs “Riyad-Renta” şirkətinin və "xxxx" MMC-nin təsisçisi X6 tərəfindən şikayət verilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2055/2021 saylı 01 aprel 2022-ci il tarixli qərardadı ilə şikayət təmin edilmiş, Bаkı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2055/2022 saylı iş üzrə qəbul etdiyi 21.02.2022-ci il tarixli qərardad ləğv olunmuş, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2055/2021 saylı iş üzrə qəbul etdiyi 26.11.2021-ci il tarixli qətnaməsindən 3-cü şəxs “Riyad-Renta”şirkətinin və "xxxx" MMC-nin təsisçisi X3 nümayəndəsi-vəkili Vəkil1 tərəfindən verilmiş apellyasiya şikayətinə baxılması üçün mülki işin Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə tərəfindən “elektron sistem” vasitəsilə yoxlanılarkən Cavabdeh1 Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2055/2021 saylı 01 aprel 2022-ci il tarixli qərardadından verdiyi şikayətin 15.04.2022-ci il tarixdə elektron qaydada birinci instansiya məhkəməsinə daxil olduğu müəyyən olunmuşdur. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən hesab edir ki, mülki iş baxışdan çıxarılaraq Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2055/2021 saylı 01 aprel 2022-ci il tarixli qərardadından Cavabdeh1 tərəfindən verilmiş şikayətə baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 357, 362 və 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2055/2021 saylı 26 noyabr 2021-ci il tarixli qətnaməsindən 3-cü şəxs “Riyad-Renta” şirkətinin və "xxxx" MMC-nin təsisçisi X6 tərəfindən verilmiş apellyasiya şikayəti apellyasiya baxışından çıxarılsın və Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2055/2021 saylı 01 aprel 2022-ci il tarixli qərardadından Cavabdeh1 tərəfindən verilmiş şikayətə baxılması üçün mülki iş Bakı şəhəri Nizami Rayon Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Fuad Talışinski
Məhkəmə qərarları › İş №2(103)-3728/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3728/2022
25.04.2022 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver