Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3731/2020 19.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X5 (sədrliyi və məruzəsilə), X11 və X2 ibarət tərkibdə, hakim köməkçisi Hüseynova Amilya Aqil qızının katibliyi, iddiaçının nümayəndəsi X9 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət X3rşı "sığorta ödənişinin verilməsi" tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1029/2020 saylı işi üzrə xx.xx.2020-ci il tarixli qətnaməsindən cavabdeh Azərbaycan Respublikası Dövlət X8 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət X3rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, təkrar araşdırma aparılaraq iddiaçıya ödənilməli olan sığorta ödənişinin məbləğinin düzgün hesablanmasına, ona əlavə olaraq 22238 manat sığorta ödənişinin və müvafiq dəbbə pulunun ödənilməsinə dair qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəməyə təqdim edilmiş sübutlardan müəyyən edilmişdir ki: Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomoya ETT Birliyi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, 59/20 saylı ekspert rəyinə əsasən, İddiaçı mülayim kordinasiya və hissi pozğunluqlarla müşayiət olunan kəllə-beyin sinirinin hissəvi zədələnməsi, baş beyin silkələnməsi, təpə nahiyəsinin hematoması aşkar olunmuşdur. Qeyd olunan xəsarətlər bərk küt əşyanın təsirindən törənmişdir, müayinə olunanın göstərdiyi müddətdə və şəraitdə əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir (səh.45); Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli əmək haqqı barədə arayışdan görünür ki, İddiaçı 5 illik (2014-cü ilin fevral ayından-2019-cu ilin yanvar ayınadək) əmək haqqı məbləği 191385,28 manat təşkil edir (səh.44); Azərbaycan Respublikası Dövlət X6 xx.xx.2019-cu il tarixli məktubuna əsasən, “Məhkəmə və hüquq-mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının xx xxxxxxx 1999-cu il tarixli Qanununda “az ağır” xəsarət sığorta hadisəsi növü kimi qeyd edilmsmişdir.Belə ki, Qanunda xəsarətin 2 növü “ağır” və “yüngül” xəsarət növiəri sığorta hadisəsi kimi göstərilmişdir. Alınmış xəsarətin dərəcəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2003-cü il tarixli 66 saylı Qərarı ilə təsdiq edilmiş “Ağır və yüngül xəsarət növlərinin siyahısı”nda “yüngül” xəsarət kimi göstərildiyindən sığorta ödənişi “Məhkəmə və hüquqmühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında” Qanununun 5-ci maddəsinə əsasən “yüngül” xəsarət növü üçün nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Dövlət X8 ilə Azərbaycan Respublikası Baş Prokurorluğunun Maddi-Texniki Təminat şöbəsinin xx xxxxxx 2019-cu il tarixli müqaviləsinə və Prokurorluq əməkdaşlarının aldıqları əmək haqqları barədə arayışa əsasən Sizin 2014-2018-ci illər üçün əmək haqqınız 160387 ( yüz altmış min üç yüz səksən yeddi ) manat təşkil etdiyi üçün 10%-i 16 038 ( on altı min otuz səkkiz ) manat nəzərdə tutulmuş sığorta ödənişi xx xxx 2019-cu il tarixçə bank hesabınıza köçürülmüşdür. (səh.10). Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(001)-1029/2020 saylı işi üzrə xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, cavabdeh Azərbaycan Respublikası Dövlət X4 22238 manat məbləğində sığorta ödənişi alınaraq İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 76, 77, 217-ci maddələrinə; "Məhkəmə və hüquq - mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə; "Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının Qanununun 20.5, 20.8, 20.9, 21-ci maddələrinə; Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 154.1, 157-ci maddələrinə istinadən qeyd edilmişdir ki, iddiaçı xx.xx.2019-cu il tarixdə xidməti vəzifələrini icra etdiyi zaman az ağır dərəcəli xəsarət almış, bununla bağlı iddiaçının aldığı xəsarət yüngül xəsarət kimi qiymətləndirilərək ona 5 illik əmək haqqının 10%-i məbləğində sığorta ödənişi ayrılmışdır. Hazırda iddiaçı ona ödənilməli olan qalan sığorta məbləğini tələb edir. İşin faktiki hallarından görünür ki, mübahisənin mahiyyətini 2 xüsusat təşkil edir: əmək haqqının məbləği hesablanarkən tərkibinə hansı ödənişlərin daxil edilməsi və xəsarətin dərəcəsinə görə sığorta ödənişinin hesablanması.Əmək haqqının tərkibinə sığorta şirkətinin istinad etdiyi kimi yalnız aylıq əmək haqqı və maaşa əlavələr deyil, bütün ödənişlər nəzərə alınmalıdır.Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə tibbi ekspertiza və X13 - Təcrübi və Tədris Birliyinin xx.xx.2019-cu il tarixli, 59/20 saylı ekspert rəyindən də görünür ki, İddiaçı mülayim kordinasiya və hissi pozğunluqlarla müşayət olunan kəllə-beyin sinirinin hissəvi zədələnməsi, baş beyin silkələnməsi, təpə nahiyəsinin hematoması aşkar olunmuşdur. Qeyd olunan xəsarətlər bərk küt əşyanın təsirindən törənmişdir, müayinə olunanın göstərdiyi müddətdə və şəraitdə əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. İşin hallarından göründüyü kimi, İddiaçı aldığı xəsarət yüngül xəsarətin əlamətlərinə uyğun deyildir və az ağır xəsarət kimi qiymətləndirilmişdir. Qanunvericilikdə xəsarətin yalnız 2 növünün qeyd olunması, az ağır xəsarətin qeyd edilməməsi şəxsin almış olduğu xəsarətin yüngül xəsarət kimi qiymətləndirilməsi və buna uyğun olaraq sığorta ödənişinin məbləğinin hesablanması üçün əsas ola bilməz və ekspert rəyinə əsasən xəsarət az ağır kimi qiymətləndirildiyindən sığorta ödənişinin hesablanması ağır xəsarətə görə aparılmalıdır. 5 illik əmək haqqının məbləği 191385,28 manat olduğu, həmin məbləğin 20%-in 38276 manat təşkil etməsi və sığorta şirkəti tərəfindən 16038 manat məbləğində ödənilməsi nəzərə alınaraq qalan məbləğ-22238 manat pul vəsaiti cavabdehdən alınaraq iddiaçının xeyrinə tutulmalı, iddia tələbinin "müvafiq dəbbə pulunun tutulması” hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbi həmin hissədə təmin edilməməlidir. Belə ki, iddiaçı iddia tələbinin həmin hissəsinin əsaslı olmasını təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Cavabdeh Azərbaycan Respublikası Dövlət X1 şikayəti verərək Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(006)-29/2020 saylı mülki iş üzrə qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Şikayətdə "Məhkəmə və hüquq mühafizə orqanları əməkdaşlarının dövlət icbari şəxsi sığortası haqqında" Azərbaycan Respublikasının Qanununun (“Qanun") 5-ci maddəsinə; “Məhkəmə və hüquq-mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanunun 2-ci maddəsinə; “Sağlamlığa zərər vurmanın məhkəmə-tibbi ekspertizası” Qaydalarının 6-cı və 15-ci maddələrinə; "Məhkəmə və hüquq mühafizə orqanları əməkdaşlarının dövlət icbari şəxsi sığortası haqqında" Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə istinadən qeyd edilmişdir ki, iş materiallarına əlavə olunmuş Məhkəmə-Tibb Ekspertiza və Patoloji Anatomiya ETT Birliyinin xx.xx.2019-cu il tarixli 59/20 saylı rəyinə əsasən İddiaçı Odyar oğlunun səhətinə dəymiş xəsarəti az ağır dərəcədə qiymətləndirmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2014-cii il 1 avqust tarixli 269 nömrəli qərarı ilə təsdiq edilir iş “Ağır, az ağır, yüngül xəsarət növlərinin siyahısına əsasən hadisə nəticəsində iddiaçının almış olduğu “sağ diz qapağının aşağı qütbünün qopmuş sınığı" xasarəti “ağır” xəsarət növlərinin siyahısına aid edilməyib. Belə ki, “ağır” xəsarət həyat üçün təhlükəli olan zədələnmələr, bədən xəsarəti, xəstəlik və ya patoloj vəziyyət halında ola bilər. Qərara əlavə olunan siyahıya əsasən iddiaçının almış olduğu xəsarət həyat üçün təhlükəli olan xəsarətlərə aid edilmir. Ekspert rəyində də qeyd edildiyi kimi hadisə nəticəsində yaranmış xəsarətlərin bir çoxu ümumiyytlə sağlamlığın pozulmasına səbəb olmamış və dərəcəsi müəyyən edilməmişdir. “Sağlamlığa zərər vurmanın məhkəmə-tibbi ekspertizası” Qaydalarının 6-cı və 15-ci maddələrinə əsasən xəsarətin ağır və ya az ağır hesab olunması üçün sağlamlığın uzun müddət pozulması və ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə dayanıqlı itirilməsi əlamətləri olmalıdır. Qaydaların 16-cı maddəsinə əsasən sağlamlığın uzun müddət pozulması dedikdə, əmək qabiliyyətinin 21 gündən (3 həftədən) çox olan müddətdə müvəqqəti itirilməsi başa düşülməlidir. Bundan başqa, sığorta olunan Hadiyev əmək qabiliyyətinin uzun müddətə pozulması faktını sübut edəcək hər hansı sənəd təqdir etməməsinə baxmayaraq məhkəmə əsasssız olaraq əmək qabiliyyətinin uzun müddətə pozulmasını əsas gətiımişdir. Eyni zamanda məhbəmə qətnamədə sığorta ödənişinin hansı əsasla ağır xəsarət üçün nəzərdə tutulmuş sığorta məbləği həcmində ödənilməsini əsasslandıra bilməmiş, əmək haqqı anlayışını səhv izah edərək “Prokurorluq orqanlarında qulluqkeçmə haqqında” Qanunla müəyyən edilən prokurorluq işçilərinə il ərzində verilən pul təminatı və maddi yardımı əmək haqqı kimi nəzərə almışdır. Halbuki, Qanunun 21-ci maddəsində prokurorluq işçilərinin əmək haqqı vəzifə maaşından, rütbələrə, xidmət illərinə görə əlavələrdən və qanunvericiliklə nəzərdə tutulan digər ödənişlərdən ibarətdir. Sığorta ödənişinin məbləği hesablanarkən vəzifə maaşı, rütbələrə, xidmət illərinə görə əlavələr nəzərə alınmalıdır. Lakin maddi yardım, pul təminatı və birdəfəlik pul müavinəti əmək haqqı hesab edilmir. Belə ki, Qanunun 20.8-ci maddəsinə əsasən pokurorluq işçiləri hər il məzuniyyətə çıxarkən onlara iki aylıq əmək haqqı məbləğində pul təminatı verilir. Qanunun 20.9-cu maddəsinə əsasən prokurorluq işçilərinin müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə onlara iki aylıq əmək haqqı məbləğində birdəfəlik puf müavinəıi verilir. Qanunun 21-ci maddəsirə əsasən prokurorluq işçilərinə hər il onların əmək haqqının ikiqat həcmindən az olmayaraq maddi yardım verilir. Beləliklə, məlum olur ki, prokurorluq işçiləri hər il məzuniyyətə çıxarkən onlara verilən iki aylıq əmək haqqı məbləğində pu! təminatı, müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə verilən iki aylıq əmək haqqı məbləğində birdəfəlik pul müavinəti və hər il əmək haqqının ikiqat həcmindən az olmayaraq verilən maddi yardım əmək haqqı hesab edilmir. Beləliklə, İddiaçı aldığı xəsarət nəticəsində sağlamlığı qısa müddətdə pozulduğundan, bununla bağlı Dövlət X8 tərəfindən ona yüngııl xəsarət almasına görə qanununvericiliklə nəzərdə tutulmuş qaydada 22238 manat sığorta məbləği ödənildiyindən əlavə sığorta ödənişinin verilməsi qeyri mümkündür Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X14 apellyasiya şikayətini qəbul etməyərək, qətnamənin qüvvədə saxlanmasını xahiş etmişdir. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müafiq tədbirlərin görülməsi nəticə vermədiyindən cavabdeh Azərbaycan Respublikası Dövlət X6 nümayəndəsinin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 1.0.25, 1.0.26, 13-16, 63- 67; MM-in 7.1, 560, 897, 933, 935; Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233cü maddələrinə, "Məhkəmə və hüquq-mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə; "Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının Qanununun 20, 21.4cü maddələrinə; Azərbaycan Respublikası Əmək Məcəlləsinin 154, 157.3-cü maddələrinə; “Ağır, az ağır və yüngül xəsarət növlərinin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxxxxx 2014-cü il tarixli 269 №li qərarına və iş üzrə təqdim edilmiş sübutlara əsasən mübahisələndirilən dəlillərə (hissəyə) münasibətdə araşdıran məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmiş, tərəflərin mənafeləri nəzərə alınaraq qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin hazırkı mübahisəli münasibətlərinə uyğun əsaslandırılmışdır, apellyasiya şikayətinin sübuta yetirilməyən və iddiaçıya aid olmayan dəlilləri formal mülahizə xarakteri daşıdığından əsassızdır və qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Apellyasiya şikayətinin hüquqtətbiqetməyə dair dəllərinə münasibətdə qeyd edilməlidir ki, mülki qanunvericilik - hər bir müddəanın hərfi mənasında deyil, onun normalar sistemindəki yeri (preamblua, fəsil və sair), mülki qanunvericiliyin və mülki icraatın ümumi prinsipləri (məqsəd və vəzifələri), insan hüquqlarının (azadlıqlarının) sosial təbiəti və normativ iyerarxiya, mülki munasibətlərdə müqavilə azadlığı fəlsəfəsi, qanunda nəzərdə tutulduğundan artıq hüquqların məhdudlaşdırılmasının, sui-istifadə və hökmranlığının yolverilməzliyi, ədalət, insaf və humanizm baxımından təfsir edilməlidir. Qanunvericiliklə cavabdehə verilən diskression səlahiyyətlər və dispozitiv imkan ondan sui-istifadəyə şərait yaradan halların yol verilməsinə və tənasübsüz dərəcədə insan hüquqlarının məhdudlaşdırılmasına xidmət edə bilməz. Kollegiya məhkəmə xərcləri barədə məsələni müzakirə edərək qeyd edir ki, MPMin 119-cu maddəsinə əsasən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdeh Azərbaycan Respublikası Dövlət X7 aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, q ə t e t d i: Cavabdeh Azərbaycan Respublikası Dövlət X6 apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1029/2020 saylı işi üzrə xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-3731/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3731/2020
19.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver