Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3739/2025 15.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: “uşaqların atanın himayəsinə verilməsi”) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim X10 qızının sədrliyi və məruzəsi ilə, hakimlər Babayev Fuad Fikrət oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi İsmayılova Ayşən Səaddin qızının katibliyi, İddiaçı və onun nümayəndəsi-vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “uşaqların atanın himayəsinə verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-101/2025 saylı, 22 aprel 2025-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə baxaraq, müəyyən etdi İşin halları
1. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5625/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı ilə cavabdeh Rəsulova (Babayeva) Günay Firudin qızı arasında bağlanmış və 1 saylı Bakı “ASAN Xidmət” Mərkəzi qeydiyyat Şöbəsi tərəfindən nikahın bağlanması haqqında akt qeydləri kitabında 05 sentyabr 2015-ci il tarixində 2057 nömrə ilə qeydə alınmış nikahın pozulması, nikah pozulduqdan sonra tərəflərin birgə nikahından doğulmuş xx.xx.2016-cı il təvəllüdlü X4 və xx.xx.2019-cu il təvəllüdlü X3 Cavabdeh yanında qalması və s. qət edilmişdir.
2. Bakı şəhəri Binəqədi rayon Qeydiyyat Şöbəsi tərəfindən verilən AZ-İ seriyalı, 436722 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış nikaha Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə xx.xx.2022-ci il tarixində xitam verilmişdir.
3. Birinci tərəf İddiaçı ilə İkinci tərəf Cavabdeh arasında mediasiya mərhələsində bağlanan uşaqla ünsiyyət barəsində xx.xx.2023-cü il tarixli BŞB/13/2023-01604 saylı barışıq sazişinə görə: Tərəflər razılaşır ki, İddiaçı övladları 28 avqust 2016-cı il təvəllüdlü X8 və xx.xx.2019-cu il təvəllüdlü X5 ilə həftədə 2 dəfə olmaqla (cümə və şənbə) ünsiyyətdə olacaq. Tərəflə razılaşır ki, İddiaçı 2-ci tərəf Cavabdeh razılığı ilə övladları 28 avqust 2016-cı il təvəllüdlü X8 və xx.xx.2019-cu il təvəllüdlü X5 ilə həftəarası, dərs saatları xaric, məhdudiyyət olmadan, saat 17:00-21:00 arası (uşağın təhsil, tərbiyə, idman, inkişaf və s. maraqları nəzərə alınmaqla) ünsiyyətdə olacaq.
4. Binəqədi Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik komissiyası tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli həyat şəraitinin müayinə aktından görünür ki, Cavabdeh Fərman qızının ailə və mənzil-məişət şəraiti yaşayış üçün qənaətbəxşdir.
5. Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyəti Yetkinlik yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın xx.xx.2024-cü il tarixli müayinə aktından görünür ki, İddiaçı valideynləri ilə birlikdə yaşadığı mənzilin şəraiti uşaq böyüdüb, tərbiyə etmək üçün imkan verir.
6. Azərbaycan Respublikası Binəqədi Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik komissiyasının xx.xx.2024-cü il tarixli rəyində komissiya qeyd olunanları və Azərbaycan Respublikası Ailə Məcəlləsinin 52-ci, 58-ci, və 60-cı maddələrini nəzərə alaraq, uşaqların mənafeyinin üstünlüyü baxımından xx.xx.2016-cı il təvəllüdlü X4 və xx.xx.2019-cu il təvəllüdlü X3 ataları-İddiaçı himayəsində qalmalarını məqsədəmüvafiq hesab etmişdir. Tərəfələrin birgə nikahından anadan olan xx.xx.2016-cı il təvəllüdlü X4 və xx.xx.2019-cu il təvəllüdlü X3 valideynlərinin ayrılması ilə bağlı onlarda müşahidə edilən mənəvi-psixoloji sarsıntının aradan qaldırılması, habelə psixoloji təsirlərdən azad olunmaları baxımından psixoloji yardım almaları tövsiyə olunmuşdur.
7. Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(071)-856/2024 saylı qətnaməsi ilə İddiaçı ilə Cavabdeh arasında “barışıq sazişinin uşaqla ünsiyyətinin təsdiq edilməsinə” dair mediasiya prosesi nəticəsində bağlanmış xx.xx.2023-cü il tarixli, MŞS/MT013/2023/-01604 saylı barışıq sazişinin uşaqla ünsiyyətinin təsdiq edilməsi, barışıq sazşinə əsasən İddiaçı övladları 28 avqust 2016-cı il təvəllüdlü X8 və xx.xx.2019cu il təvəllüdlü X5 ilə həftədə 2 dəfə olmaqla (cümə və şənbə) ünsiyyətdə olması, İddiaçı 2-ci tərəf Cavabdeh razılığı ilə övladları 28 avqust 2016-cı il təvəllüdlü X8 və xx.xx.2019cu il təvəllüdlü X5 ilə həftəarası, dərs saatları xaric, məhdudiyyət olmadan, saat 17:00- 21:00 arası (uşağın təhsil, tərbiyə, idman, inkişaf və s. maraqları nəzərə alınmaqla) ünsiyyətdə olması qət edilmişdir.
8. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilən xx.xx.2024-cü il tarixli, 11/498 saylı ekspert rəyindən görünür ki, xx.xx.2016-cı il təvəllüdlü X4 anası Cavabdeh və atası İddiaçı bağlılığı müəyyən olunmaqla, anası Cavabdeh bağlılığı daha çoxdur. Valideynlər arasında qarşılıqlı münasibətlərdə mövcud olan gərginlik X2 emosional-iradi sferasına və atası İddiaçı qarşı olan münasibətinə neqativ təsir göstərmişdir. X8 əqli və psixi inkişafına, yaş və fərdipsixoloji xüsusiyyətlərinə görə ailədaxili qarşılıqlı münasibətlərlə bağlı fikirlərini müstəqil olaraq formalaşdırmaq və iradəsinə uyğun sərbəst ifadə etmək qabiliyyətinə malik deyildir. X4 psixikasında və davranışında hansı valideynin himayəsində yaşamağı seçməsi ilə bağlı kənar psixoloji təsir əlamətləri müəyyən olunmur. X2 normal psixi inkişafı baxımından hər iki valideyni ilə görüşlərinin və ünsiyyətinin təmin olunmas olunması psixoloji cəhətdən məqsədəmüvafiqdir.
9. "xxxx" MMC tərəfindən verilən arayışdan görünür ki, İddiaçı həqiqətən "xxxx" MMC-də xx.xx.2022-ci il tarixindən həkim-stomatoloq vəzifəsində işləyir. Bir aylıq əmək haqqı 420 manat təşkil edir.
10. "xxxx" ASC tərəfindən verilən xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixindən "xxxx" ASC-də işləyir və hal-hazırda kiçik mütəxəssis vəzifəsində sərbəst iş rejimində çalışır. Cavabdeh aylıq əmək haqqı sosial ödənişlər daxil olmaqla, 1380 manat təşkil edir.
11. X7 Tıpdil Sınav nəticələrinə dair çıxarışa görə Günay Rasulova xx.xx.2016-cı il tarixində keçirilən imtahandan uğurlu nəticə əldə etmiş, 2018-TUS 2.Dönem Sonuçlarına dair çıxarışa görə Günay Rasulova xx.xx.2018-ci il tarixində keçirilmiş imtahanda uğurlu nəticə əldə etmiş, 2017-STS X9 Dönemi Sonuçlarına dair çıxarışa görə Günay Rasulova xx.xx.2017-ci il tarixində keçirilmiş imtahanda uğurlu nəticə əldə etmiş, X7 Tıpdil Sınav nəticələrinə dair çıxarışa görə Günay Rasulova xx.xx.2023-cü il tarixində keçirilmiş imtahanda uğurlu nəticə əldə etmişdir.
Birinci instansiya məhkəməsində icraat
12. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə birgə nikahlarından doğulmuş xx.xx.2016-cı il təvəllüdlü X4 və xx.xx.2019-cu il təvəllüdlü X1 üçün onun himayəsinə verilmələrinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
13. İddia onunla əsaslandırmışdır ki, Cavabdeh ilə, 5 sentyabr 2015-ci il tarixində rəsmi nikaha daxil olaraq ailə qurmuşlar. Nikahları Bakı şəhəri 1 saylı “ASAN Xidmət” Mərkəzinin Qeydiyyat şöbəsində bağlanmış, “Nikahın bağlanması haqqında Akt qeydləri” kitabında bu barədə xx.xx.2015-ci il tarixində, 2057 sayla qeydiyyat aparılmışdır. Birgə nikahlarından xx.xx.2016-cı il təvəllüdlü X8 və xx.xx.2019-cu il təvəllüdlü X5 doğulmuşlar. Uşaqlar, xx.xx.2016-cı il təvəllüdlü Milay Ramil qızı, xx.xx.2019 Melisa Ramil qızı anadan olandan, onlara lazımi ana qayğısı göstərilmədyindən, onlara ana tərəfindən baxılmadığından daima xəstə olmuşlar. Bununla yanaşı, mütəmadi olaraq, cavabdehin psixoloji durumunda olan problemlərlə məşğul olmuşdur. Elə hallar olmuşdur ki, cavabdeh, uşaqları evdə qoyub, evdən qaçmaq istəmişdir. xx.xx.2017-ci ildən etibarən, cavabdehin tibb ixtisası üzrə ali təhsil alması üçün, valideynlərinin hesabına bütün xərcləri qarşılayaraq Türkiyə Respublikasına köçmüşlər. O, işləməmiş, evdə oturub uşaqlara baxmış, uşaqlarla məşğul olmuşdur. Uşaqlarının Türkiyədə yaşaması, onun valideynlərinin hesabına olmuşdur. Yəni, ailə olduğu üçün, cavabdehin təhsil haqqını da, yaşadığı evin kirayə haqqını da atasıgil ödəmişlər. Bu müddət ərzində, valideynləri onlara 300.000 manata qədər vəsait xərcləmişlər. xx.xx.2021-ci ildən başlayaraq, evdə problemlər başlamışdır. Cavabdeh artıq özünü “Uzman” hesab edərək dəyişmiş, onu artıq ailə, o cümlədən uşaqların həyatı maraqlandırmamışdır. Vəzifəsi işə getmək, işdən gəlib yatmaq olmuşdur. Bu münasibətlər gərginləşmiş, cavabdehin valideynlərinin onların gənc ailəsinə müdaxiləsi, o cümlədən anasının gəlib Türkiyədə onlarla qalmaq, yaşamaq niyyətində olması, eləcə də gəlib yaşamaq istəməsi, yaşaması, ailələrini dağıtmışdır. Həmin dövrdə, deyərdi ki, cavadehin psixologiyasında daha dərin dəyişikliklər olmuş, cavabdeh uşqalardan və ondan imtina etmişdir. Həmin səhnəni, o, cavabdehin də razılığı ilə videolentə almış, telefonla çəkmişdir. Yəni, cavabdeh bəyan etmişdir ki, nə uşaqları, nə məni istəmir?! Beləliklə, ailə dağılmışdır. Bu qədər xərclərin çəkilməsinə baxmayaraq, psixoloji durumunda onsuz da problemləri olan cavabdeh, guya onun acığına oxuduğu ali təhsil müəssisəni də atıb Azərbaycan Respublikasına gəlmişdir. Cavabdehin psixologiyasında olan dəyişikliklər aradan götürülmədiyindən, daha da dərinləşdiyindən, üstəlik onun valideynlərinin müxtəlif mövzulu söz-söhbətləri onu, valideynlərini son həddə çatdırmış, odur ki, 2022-ci ilin ortalarında Binəqədi Rayon Məhkəməsində nikahın pozulması tələbinə dair iddia qaldırmışdır. Atası da bu ərəfələrdə, qızlarının psixoloji durumunda olan ciddi problemləri ört-basdır etmək üçün, bildirmişdir ki, Türkiyədən gələndən, hələ əsəbləri sakitləşməmişdir, guya, təkcə onun əsəblərini müalicə etdirir. Cavabdeh, bu pozuntuları nəticəsində, xx.xx.2019-cu il təvəllüdlü Melisa Ramil qızının uşaq bağçasına getməsinə, aparılmasına imkan verməmişdir. Melisa Ramil qızı daima, anası tərəfindən baxımsızlığa məruz qalmışdır, bu günə qədər də uşağın bədənində müxtəlif səpkilər mövcuddur, səpkiləri davam edir. Evlərinə gətirib qulluq etmiş, anası uşağa müəyyən qayğı göstərmişdir, bununla da səpkilər aradan getmişdir. Uşaq 2- 3 gün anası ilə qalandan sonra, həmin natəmizliklərin nəticəsi olan səpkilər, yenidən özünü göstərir. X4 2021-ci ildə məktəbəqədər təhsil alması üçün qeydiyyatdan keçirmiş, ancaq, xx.xx.2021-xx.xx.2022-ci il tarixi dövründə, nə cavabdeh, nə onun valideynləri Milayı dərsə aparmamışlar, onu təhsildən yayındırmışlar. xx.xx.2022-ci il tarixində Milay Rəsulovanı 1-ci sinfə, rus bölməsinə qəbul olması üçün imtahana aparmış, anası maraqlanmamışdır, məşğul olmamışdır, məlumatı olmamışdır ki, azyaşlı uşaq hara getdi, haradan gəldi?! Təhsili ilə bağlı uşağı, Milay Rəsulovanı təkbaşına, poliklinikaya aparıb həkim müayinəsindən keçirmiş, cavabdeh uşağın yanında olmamışdır, uşaqla maraqlanmamışdır. Bütün hazırlıqları görüb, məktəbli üçün lazım olan bütün zəruri palpaltarını, dərs ləvazimatlarını alıb uşağın məktəbə getməsi üçün bütün xərclərini çəkib, uşağı anasına vermiş, arxayın olmuşdur ki, uşağı dərsə aparacaq?! Sonradan məlum olmuşdur ki, xx.xx.2022-ci il tarixində, anası Milayı dərsə, 1-ci sinfə aparmamışdır?! Yəni, bütün bunlar psixoloji pozuntuların təzahürüdür?! Odur ki, uşağı 1-ci dəfə, xx.xx.2022-ci il tarixində dərsə aparmışdır. xx.xx.2021-ci il tarixində uşağı anasının yanından götürərkən aşkar etmişdir ki, uşağın burnu ciddi zədələnmişdir. Aparıb, sınığı olub-olmadığını yoxlatdırmışdır. xx.xx.2022-ci il tarixində Milay Rəsulovanı, dodağında böyük bir çapıq yarası, dişinin biri qırılmış vəziyyətdə qəbul edən xəstəxana, onu tibbi əməliyyat etməyə hazırlaşmış, ona zəng vurub məlumat vermişlər, onu da, valideyn olaraq xəstəxanaya dəvət etmişlər. Gəlib uşağı götürmüş, özü əməliyyat etdirmiş, dodağına 5 tikiş düşmüşdür, 15 gün müalicə etdirib sağaldandan sonra, anasına təhvil vermişdir. O cümlədən, hər dəfə uşaqları analarından alıb aparanda, uşağın qollarında, ayaqlarında sıyrıntıları, zədələri, həmçinin anası Cavabdeh çimdiklərinin qaralmış yerlərini görmüşdür. Həmçinin, xx.xx.2023-cü il tarixində, kiçik qızı Melisanı, anasının yanından götürərkən onun çənəsində böyük bir zədənin olduğunu müşahidə etmişdir. Uşaqlarının çox gözəl saçları olmuşdur, onlar saçlarını çox sevirlər. Dəfələrlə şahidi olmuşdur ki, Cavabdeh, onun anası, ona demədən, icazə almadan, uşaqlarının saçlarını, uşaqları ağlada-ağlada kəsmişlər. Lakin bunu onlara qadağan etmişdr. Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 2(001)-5625/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə onun Cavabdeh qarşı “Nikahın pozulması” tələbinə dair iddia tələbi təmin edilmiş, onunla cavabdeh Rəsulova (Babayeva) Günay Firudin qızı arasında, 1 saylı Bakı “ASAN XİDMƏT” Mərkəzinin Qeydiyyat şöbəsində bağlanmış və “Nikahın bağlanması haqqında Akt qeydləri” kitabında 05 sentyabr 2015-ci il tarixdə, 2057 sayla qeyd edilmiş nikahın pozulması, nikah pozulduqdan sonra sonra tərəflərin birgə nikahından doğulmuş xx.xx.2016-cı il təvəllüdlü X4 və xx.xx.2019-cu il təvəllüdlü X3 Cavabdeh yanında qalmaları, xx.xx.2016-cı il təvəllüdlü X4 və xx.xx.2019-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün İddiaçı Cavabdeh xeyrinə hər ay hər uşaq üçün 193 manat, cəmi 386 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Həmin dövrdə işləmədiyindən, hər hansı bir qazanca malik olmadığından, sözügedən qətnamənin alimentə dair hissəsindən, şikayət vermək istəmiş, ancaq valideynləri bildirmişlər ki, onlar, uşaqların saxlanması üçün, onun əvəzindən öz əmək haqqları hesabına aliment verərlər. Beləliklə, valideynləri, digər babası və nənəsi ilə yaşayan azyaşlı uşaqlarının saxlanması üçün, hər ay 386 mana sabit pul məbləğində alimenti Cavabdeh ödəmişlər. Bununla belə, cavabdeh, bu məbləğdə aliment almasına baxmayaraq, uşaqlara lazımı qayğı göstərməmiş, onların əyin-başlarına baxmamışdır. Uşaqlar, səliqəsiz və pinti halda gəzmişlər. Onları hər evinə gətirəndə, onlara pal-paltar, ayaqqabı almış, anası onları çimdirmiş, onların çirklərini təmizləmiş, normal uşaq vəziyyətinə salmışdır. 2023-cü ilin fevral ayının əvvəllərində ona məlum olmuşdur ki, hazırkı iş üzrə cavabdeh, Cavabdeh, xx.xx.2023-cü il tarixində, onu xəbərdar etmədən, uşaqları ata və anasının yanında, naməlum, baxımsızlıq şəraitində saxlayaraq ona məlum olmayan səbəbdən, xx.xx.2023-cü il tarixinə qədər, Türkiyə Respublikasına getmişdir. Yəni, demək olar ki, uşaqları özbaşlarına, həyatın sərəncamına ataraq, çıxıb getmişdir. O dövrdə də onun ana və atası ilə əlaqə saxlaya bilmədiyindən uşaqları görə bilməmişdir. Uşaqlar da, anaları olduğu halda baxımsız qaldıqları halda, hazırda da ümumiyyətlə baxımsız qalmışlar? Belə ki, Günayın anası müəllimdir, Bakı şəhəri Nərimanov rayonu 212 saylı orta məktəbdə dərs deyir. Atası da işləyir. Yəni uşaqların kimin himayəsində qalmaları, onlara kimin baxması məlum olmamışdır?! Odur ki, 20 fevral 2023-cü il tarixində Binəqədi rayon İcra Hakimiyyəti Başçısı Yanında Qəyyumluq və Himayəçilik Komissiyasına ərizə yazaraq, uşaqların hazırkı vəziyyətləri barədə bildirmiş və xahiş etmişdir ki, Cavabdeh xx.xx.2016-cı il təvəllüdlü qızı Milay Ramil qızını, xx.xx.2019-cu il təvəllüdlü qızı Melisa Ramil qızını yaşlı, işləyən valideynlərinin himayəsində, ünvan 1 ünvanında yerləşən mənzilərində atıb uzun müddətə başqa ölkəyə getmə əməllərinə qiymət verilməsi üçün müvafiq tədbirlər görsünlər. Son aylarda, uşaqları götürmək üçün gedərkən məlum olmuşdur ki, xx.xx.2023-cü il tarixində nəzarətsiz qalan qız uşaqlarının barmaqları dəmir qapının arasında qalmışdır. Qızlarının saçlarını, uşaları ağladaraq, çox qısa şəkildə, biabırçı bir tərzdə kəsmişdir. Üstəlik, atası Firudin də, uşaqların saçlarının kəsilməsinə dair etirazına cavab olaraq, ona, Whatsap vasitəsilə özünə yaraşan, özünün mədəniyyətinin səviyyəsindən xəbər verən, məntiqsiz, ağılsız bir ismarıc yazıb göndərmişdir. Təkcə bu hallar deyildir, bunlarla yanaşı, uşaqların doğum günlərindən başlayaraq, cavabdehin uşaqlara etinasız yanaşması, uşaqlara baxmaması, diqqət, qayğı göstərməməsi, nəzarət etməməsi mübahisə mövzuları olmuşdur, həmişə ona iradlar tutmuşdur ki, ümumiyyətlə uşaqlarla maraqlanmır. Bundan da əlavə, bu günlərdə, ona məlum olmuşdur ki, cavabdeh, köçüb xaricə gedir, özü də, uşaqları özü ilə aparır, məhkəmədə də bununla bağlı, yəni, onun razılığı tələb olunmadan, uşaqların ölkədən aparılmasına dair iddia qaldırmaq niyyətindədir. Yəni göründüyü ki, bu qadının əməl və hərəkətləri psixikası normal olan şəxsin hərəkət və əməllərinə oxşamır. Ana olması səlahiyyətlərindən sui-istifadə edərək, uşaqların həyatı ilə oynayır, onun ümumiyyətlə nəzərə almır, ancaq aliment almaq lazım olanda, yada düşür ki, bu uşaqların atası var, uşaqları saxlamalıdır, Günaya pullar verməlidir, halbuki, həmin pullar uşaqlara xərclənmir, əks halda, uşaqlar qaraçı görkəmində gəzməzlər? Beləliklə, hesab edir ki, uşaqlar normal ailə həyatında yaşamalıdırlar, işləyən baba, işləyən nənə himayəsində, özlərinin uşaqları olan qardaş arvadı himayəsində nəzarətsiz qalmamalıdırlar, onların üstünə atılmamalıdırlar. Üstəlik, psixoloji durumu bu vəziyyətdə olan qadına, uşaqları etibar etmək olmaz. Odur ki, özünün, onun və uşaqlarının, qanunla qorunan hüquq və azadlıqları, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etməlidir.
14. Cavabdeh tərəf iddiaya etiraz edərək bildirmişdir ki, cavabdeh ölkə xaricinə çıxdığını danmır. Şirvan Apellyasiya Məhkəməsinin qətnaməsi ilə Hacıqabul Rayon Məhkəməsinin qətnaməsi qüvvədə saxlanılır. Yəqin ki, həmin qətnamədən kassasiya veriləcək qarşı tərəfdən. Alimentin artırılmasına iddiaçı etiraz edir ki, yaşayış minimumundan artıq ödəyə bilmir. Lakin təklif edir ki, uşaq onda olsa da, aliment ödəyəcək, idmana aparacaq. Halbuki, maaşından uşağa xərcləməyə 100 manatı qalır. Atanın uşaqlarını əlavə məşğələyə qoyması üçün mütləq məhkəmə qətnaməsi ilə atanın yanında olmaları şərt deyil. İddiaçı dəfələrlə əsassız vəsatətlərlə işin baxılmasını əsassız olaraq yubanmasına səbəb olur, bu artıq hüquqdan sui-istifadədədir. Cavabdeh ölkə xaricində olanda uşaqların atada olmasına etiraz etmir. Təbii olaraq ki, icra qaydasında bu belə həyata keçirilir. Keçən məhkəmə iclasında da, iddiaçı özü dedi ki, bu barədə danışıq var. Sadəcə cavabdehin təklifi ilə bağlanan barışıq sazişi ilə bu halı rəsmiləşdiriblər. Razılığa görə cavabdeh Hacıqabul Rayon Məhkməsindəki iddiasından, iddiaçı isə Binəqədi Rayon Məhkəməsindəki iddiasından imtina edir. Lakin bununla əlaqədar son olaraq, aralarında razılıq əldə edilmədi. İddiaçı sırf qətnamə ilə uşaqların öz himayəsində saxlanılmasını istəyir. Bu hallar isə iddiaçının iddiasında səmimi olmadığını göstərir. Bundan başqa uşaqda öyrədilmə halı yoxdur. Anası təhsil üçün ölkə xaricində olan vaxtda, ata uşaqla görüşür, lakin onu nənəsigilə qaytarmır, anası ilə ünsiyyətinə mane olur. Uşaq demək olar ki, bir həftə ana ilə əlaqə saxlaya bilmir. Görünən odur ki, uşaq atası ilə getmək istəmədiyindən, belə bir müdafiə mexanizmi düşünüb.
15. Məhkəmə iclasında fikri dinlənilən xx.xx.2016-cı il təvəllüdlü X8 bildirmişdir ki, 8 yaşı var 30 №-li məktəbdə oxuyur. Atası keçən həftə onu götürməyə gəlmədiyindən onunla görüşə bilməyib. Whatsap proqramı telefonunda var, atasını bloka atmayıb. Onunla hər gün danışır. Hazırda anasının yanında qalır. Anası sənəd düzəltməyə gedib, yaxında gələcək. Anası gələnə qədər nənəsinin yanında qalmaq istəyir. Atasının yanında qalmaq istəmir. Atası ilə olanda anasını ona pisləyir. Atası deyir ki, “ana bizi atacaq, ana bizi sevmir”. Ata nənəsini də istəmir. Çünki o istəmədən ona məcbur edib ki, atasına onu çox istədiyini dediyi bir səs atsın. Atası ilə qalmaq, onunla görüşmək istəmir. Atası ona bir dəfə top alıb, topu evə aparmağa qomayıb, deyib ki, “topu özünlə aparsan, daha ona heç nə almayacaq”. Özü Türkiyəyə getmək istəyir. Orada oxuyanda türk dilini bilirdi. İndi də, rus, türk və azərbaycan dillərini bilir. Əgər Türkiyəyə getsə, atasının onunla gəlməsini istəmir.
16. Məhkəmə iclasında iştirak edən 30 nömrəli məktəbin psixoloqu X6 izahatında bildirmişdir ki, özü məktəbdə mütəmadi olaraq risk qrupuna daxil olan uşaqlarla görüşür. Valideynin icazəsi ilə onlarla fərdi qaydada görüşlər təşkil edir. Milayla valideyninin icazəsi isə fərdi qaydada ünsiyyətdə olmuş və müəyyən etmişdir ki, uşaq olduqca emosional uşaqdır. Görünən odur ki, ailədaxili məsələlər ona təsir edir. Keçirdiyi art terapiya zamanı o, Türkiyəni təsvir etmişdir.
17. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 22 aprel 2025-ci il tarixli, 2(001)- 101/2025 nömrəli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir.
18. Məhkəmə iddiaçının uşaqların aldıqları xəsarətlər və səpkiləri ilə bağlı dəlillərinə, bunun valideynlik vəzifələrinin yerinə yetirilməməsi kimi səciyyələndirilməsinə münasibətdə qeyd etmişdir ki, uşaqların nadinclikdən yıxılmaları, yediyi qidalardan səpkilərinin olmaları onlara lazımi diqqət və qayğı göstərilmədiyinə dəlalət etmir. Bu yaşda uşaqların aktivliyi, şıltaqlıqları məhz onların təbiətindən irəli gəlir və bunun qarşısının tam alınmasının, dolayısı ilə 24 saat uşağa nəzarət edilməsinin qeyri-mümkünlüyü hamıya məlumdur. Yəni uşaqların kimin himayəsində olmasından asılı olmayaraq, onları yıxılmaqdan, əzilməkdən, xəstələnməkdən və s. kimi həyatın təbii axarının üzləşdirdiyi hadisələrdən sığortalamaq qeyri-mümkündür.
19. Məhkəmə həmçinin qeyd etmişdir ki, cavabdehin özünün və uşaqlarının gələcəkdə firavan yaşamaq, rifahını yaxşılaşdırmaq məqsədilə təhsilini inkişaf etdirmək üçün atdığı addımlar əksinə uşaqların mənafeyinə xidmət edir. Halbuki, işin halları ilə müəyyən edilmişdir ki, ananın təhsili ilə bağlı xarici ölkəyə səfər etdiyi vaxt uşaqların nəzarətsiz qalmasından narazı olan və bu əsasla uşaqların onun himayəsinə verilməsini tələb edən iddiaçı məhz özü uşaqların anaları ilə ölkə hüdudlarını tərk etməsinə mane olmuş və hazırda da davam etməkdədir. Eyni zamanda ananın xaricdə olduğu vaxt uşaqlara atanın nəzarət etməsində hər hansı əngəl olmasa da, iddiaçının məhz bunun məhkəmə qətnaməsi ilə təsbit edilməsini tələb etməsi, iddianın məhz cavabdehin uzmanlıq təhsili almaq üçün müvəqqəti olaraq ölkə hüdudlarını tərk etməsi barədə niyyətinin ona məlum olduqdan sonra qaldırılması hüquqdan sui-istifadə kimi dəyərləndirilməlidir. Bununla yanaşı nəzərə alınmalıdır ki, onsuz da tərəflər 4 il Türkiyədə yaşamışlar, uşaqlar isə müvafiq olaraq 2021-ci ilədək valideynləri ilə birlikdə Türkiyədə olmuşlar. Məhkəmə iclasında fikri öyrənilən Milay isə türk dilində danışa bildiyini və dil ilə bağlı hər hansı çətinliyinin olmadığını bildirmişdir. Göründüyü kimi Komissiyanın uşaqların xaricdə sosiallaşmasının və oradakı mühitə alışmalarının çətinliyi ilə bağlı mövqeyi də əsassızdır.
20. Eyni zamanda məhkəmə qeyd etmişdir ki, uşaqları saxlamaq, onların təhsil, tərbiyəsində iştirak etmək, sağlamlığını qorumaq hər iki valideynin borcu olduğundan uşaqların yaşayış yeri barədə məhkəmə qətnaməsinin mövcudluğu uşaqları yanında olmayan valideynin hüquqlarını və vəzifələrini həyata keçirməsinə mane deyildir. Yəni iddiaçının ödənilən alimentin uşaqlara xərclənməsi ilə bağlı (hansı ki, aliment minimal ehtiyac meyarı həddində tutulur) hesabat tələb etmək, uşaqların təhsil və tərbiyəsində yaxından iştirak etmək hüququ vardır və bunun üçün məhkəmə qətnaməsinə, dolayısı ilə uşaqların bir valideyndən digərinə verilməsinə zərurət yoxdur.
21. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 52, 56.1, 58.1, 60.1, 60.2, 60.3, 60.4, 61.1, 61.4 və 63.1-ci maddələri; BMT-nin “Uşaq Hüquqları haqqında” Konvensiyasının 3-cü maddəsinə; Avropa İnsan Hüquqları Məhkəməsi “NTS və başqaları Gürcüstana qarşı” iş üzrə xx.xx.2016-cı il tarixli qərarının 28-ci bəndinə; Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinə istinadla əsaslandırmışdır.
Apelyasiya şikayətinin dəlilləri
22. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək onun ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
23. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən düqzgün mövqe nümayiş etdirilməmişdir. İddiaçının uşaqların aldıqları xəsarətlər və səpkiləri ilə bağlı dəlillərinə anacaq don geyindirməyə çalışmışdır. Məhkəmə tərəfindən yalnız iddiaçının ziyanına olan komissiya rəyləri əsas götürülmüşdür. Digər komissiya rəyini isə heç bir əsaslandırma olmadan nəzərə almamışdır. Məhkəmə tərəfindən atanın hüquqları nəzərə alınmamışdır. Ananın dəfələrlə məhkəmə prosesləri zamanı belə xaricdə olması ata burada ola-ola ana nənəsinin yanında qalmaları nəzərə alınmamışdır. Məhkəmə öz qətnaməsində atanın uşaqları aparmasına icazə ilə bağlı fikir bildirsə də lakin qeyd etdiklərinə diqqət etməmişdir. Belə ki, mübahsiənin lap əvvəlindən də bildiridilər ki, yalnız uşaqları fikirləşirlər, lakin məhkəmə gedişatı zamanı məlum oldu ki, ana oxumaq üçün gedir, bu hal apellyasiya instansiyası məhkəməsində də öz təsdiqini tapmışdır. Lakin ərizəyə və verdiyi ifadələrdən görünür ki, o, getməyinin əsas səbəbini gizəltmiş ancaq uşaqların təhsili və inkişafını qabartmışdır. Əsl həqiqətdə isə ana ancaq özünü fikiləşir, öz mənafeyi üçün öz doğma uşaqlarını belə qurban verməkdən çəkinmir. Qurban mənasında dedikdə uşaqların rus bölməsində oxuması, buradakı təhsillərinin onlar üçün daha xeyrli olmasını nəzərdə tutur. Məhkəmə ananın orada 7 gün 24 saat oxuyub işləməsini, ayda ən azı 7 dəfə 24 saat növbədə olmasını nəinki nəzərə almamış hətta müzakirə belə aparmamışdır. Birinci instansiya məhkəməsi işin araşdırılmasında maraqlı olmamışdır.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
24. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
25. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Həmçinin bildirmişdir ki, birinci instansiya məhkəməsində Elektron Sistemə baxış keçirilmiş və həqiqətən müəyyən edilmişdir ki, cavabdeh ölkə ərazisində deyildir. Cavabdeh 4 ildən uzun müddətə ölkə ərazisində olmayacaqdır. Hal-hazırda uşaqlar atanın yanında yaşayır. Cavabdeh bildirir ki, uşaqlar atanın yanında qalsın, lakin himayə məsələsini vermir. Uşaqlar atanın yanında qaldığı müddətdə daimi kurslarda iştirak edirdi. Uşaq atanın yanında qaldığı müddətdə ata uşağı müayinə etdirmişdir, uşağın saçı topa şəklində tökülür. Həkim bildirir ki, uşaq uzun müddət baxımsız qalmışdır, saçı yuyulmadığından, tərlədiyindən bu vəziyyət yaranmışdır. Atası uşaqların bütün qayğısına qalırlar. Ekspert rəyi ilə bağlı bildirirmişdir ki, uşaqlar təsir altında olmuşdur. İş materiallarında səs yazıları vardır ki, ana səs yazıda bildirir ki, “mən nə uşaqları istəyirəm, nə də başqa bir şey.”
26. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, ana uşaqları atıb getmişdir. Onlar əvvələr Turkiyədə yaşamışlar, həmin vaxt cavabdeh bildirirdi ki, uşaqları da, onu da istəmir. Ana uşaqlarla maraqlanmır. Uşaqlar ananın yanında qaldığı müddətdə baxımsız vəziyyətdə qalır. Ana dəfələrlə uşaqları qoyub çıxır gedir. Uşaqları döyülür. Ana çıxıb gedir, o, necə uşaqlarını orada qoysun?!. Uşaqlar nənə-babasının yanında qalır, ana çıxıb gedir. Ana gizlin şəkildə çıxıb getmişdir.
27. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasında təmsil edilmədiyindən və məhkəmə iclasında üzrlü səbəblərdən iştirak edə bilməyəcəyi barədə mötəbər sübutlar təqdim etmədiyindən məhkəmə kollegiyası işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Apellyasiya baxışının hədləri
28. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
29. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
30. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır.
31. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv edilməsi, iddianın təmin edilməsi xahiş edilir. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin bütövlükdə yoxlanılması təşkil edir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Konstitusiyasının
32. 17-ci maddəsinə görə, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur.
Azərbaycan Respublikasının Ailə Məcəlləsinin
33. 29.2-ci maddəsinə əsasən, analıq, atalıq, uşaqların tərbiyəsi vətəhsili, eləcə də ailənin digər məsələləri ər-arvadın hüquq bərabərliyi prinsiplərinə uyğun olaraq birgə həll edilir.
34. 55.2-ci maddəsinə əsasən, aliment, pensiyalar, müavinətlərşəklində uşağa ödənilən məbləğ valideynlərin (onları əvəz edən şəxslərin) sərəncamına daxil olur, onlar tərəfindən uşaqların saxlanmasına, tərbiyəsinə və təhsilinə xərclənir.
35. 55.3-cü maddəsinə əsasən, məhkəmə uşağa görə aliment ödəyən valideynin tələbi ilə alimentin 50 faizdən çox olmayan məbləğini yetkinlik yaşına çatmayan uşağın adına açılmış bank hesabına köçürmək barədə qərar çıxara bilər.
36. 60.3, 75.1, 75.2 və 75.4-cü maddələrinə müvafiq olaraq uşaqların tərbiyə və təhsilinə aid olan bütün məsələlər uşaqların hüquq və mənafeləri, onların rəyi nəzərə alınmaqla, valideynlərin qarşılıqlı razılığı əsasında həll olunur. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.
37. 73.1 və 73.2-ci maddələrinə əsasən, uşaqların tərbiyəsi ilə əlaqədar mübahisələrə məhkəmədə baxılarkən, uşağın müdafiəsi üçün iddianın kim tərəfindən qaldırılmasından asılı olmayaraq müvafiq icra hakimiyyəti orqanı işə cəlb edilir. Müvafiq icra hakimiyyəti orqanı mübahisə ilə bağlı uşağın və onuntərbiyəsi ilə məşğul olmaq istəyən şəxsin (şəxslərin) həyat şəraitini müayinə etməyə, müayinə aktını və mübahisəyə dair ona əsaslanmış rəyini məhkəməyə təqdim etməyə borcludur.
“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun:
38. 5-ci maddəsinə görə, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar.
39. 8-ci maddəsinə əsasən, hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosialhüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsizlik mühit yaratmağı öz öhdəsinə götürür.
40. 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.
41. BMT-nın “Uşaq hüquqları haqqında Konvensiyasının” 18-ci maddəsinə görə, uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşaqların ən yaxşı maraqları onların əsas qayğı obyektidir.
Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli Qərarı
42. 7.1-ci bəndinə əsasən, yetkinlik yaşına çatmayan uşağın valideynlərdən hansının yanında qalması ilə bağlı mübahisə həll edilərkən uşağın üstün mənafeyi rəhbər tutulmaqla aşağıdakılar nəzərə alınmalıdır: uşağın yaşı; onun fikri; uşağın valideynlərdən hər birinə, qardaş və bacılarına bağlılığı; valideynlərin mənəvi və sair şəxsi keyfiyyətləri; valideynlərdən hər biri ilə uşaq arasında yaranmış münasibətlər; uşağın tərbiyəsi və inkişafı üçün şərait yaratmaq imkanı (valideynlərin peşəsi, iş rejimi, onların maddi və ailə vəziyyəti, səhhəti nəzərə alınmaqla); ayrı yaşayan valideynlərdən hər birinin yaşayış yeri üzrə mövcud vəziyyətini xarakterizə edən digər hallar.
43. 7.2-ci bəndinə əsasən, valideynlərdən birinin maddi-məişət şəraitinin digərinə nisbətdə üstünolması uşağın həmin valideynin yanında qalmasının təmin olunması üçün mütləq (həlledici) əsas ola bilməz.
44. 7.3-cü bəndinə əsasən, nikahın pozulması tələbinə dair işə baxılarkən yetkinlik yaşına çatmayanümumi uşaqların hansı valideynin yanında qalmaları ilə bağlı mübahisə yaranarsa, eləcə də uşaqların kimin yanında qalması ilə bağlı ər-arvad arasında bağlanmış saziş uşaqların və ya tərəflərdən birinin marağını pozarsa məhkəmə iddianın kim tərəfindən qaldırılmasından asılı olmayaraq uşağın maraqlarının müdafiəsi üçün Ailə Məcəlləsinin 73-cü maddəsində nəzərdə tutulmuş qaydada qəyyumluq və himayə orqanını işdə iştirak etməyə cəlb etməlidir. Həmin orqan mübahisə ilə bağlı uşağın və ayrı yaşayan valideynlərin həyat şəraitini müayinə etməyə, müayinə aktını və mübahisəyə dair əsaslandırılmış rəyini məhkəməyə təqdim etməyə borcludur. Zərurət olduqda, MPM-nin 97-ci maddəsinin tələbinə müvafiq olaraq məhkəmə-psixoloji ekspertizası da təyin edilə bilər. Alınan rəylər məhkəmə üçün məcburi əhəmiyyətə malik deyil və onlar məhkəmə tərəfindən uşağın üstün mənafeyi əsas götürülməklə MPM-nin 88-ci maddəsi ilə müəyyən edilmiş qaydada qiymətləndirilir.
45. 7.4-cü bəndinə əsasən, Uşağın mənafeyinin tələb etdiyi bütün hallarda onun məhkəmə iclasında dinlənilmək hüququ təmin olunmalıdır. Uşaq hüquqları haqqında Konvensiyanın 12-ci və Ailə Məcəlləsinin 52-ci maddələrinin tələbinə müvafiq olaraq maraqlarına toxunulan istənilən məsələnin həlli zamanı uşaq öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Uşağın fikrinin obyektiv qiymətləndirilməsini təmin etmək üçün onun pedaqoqun, təhsil müəssisəsinin nümayəndəsinin (tərbiyəçinin), yaxud uşaq psixoloqunun və ya qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin iştirakı ilə dinlənilməsi məqsədəmüvafiqdir. Maraqlarına zidd olan hallar istisna olmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Məhkəmə qərar qəbul edərkən həmçinin 7 yaşına çatmış uşağın fikrini öyrənə və nəzərə ala bilər.
46. 7.6-cı bəndinə əsasən, nikahın pozulması zamanı yetkinlik yaşına çatmayan uşaqların kimin yanında qalması məsələsi həll olunarkən onların əqli, fiziki və psixoloji cəhətdən sağlam inkişafının və digər bacı-qardaşları ilə artıq vərdiş etdikləri şəraitdə birlikdə yaşamalarının təmin olunması baxımından müstəsna hallar istisna olmaqla eyni valideynə verilmələri nların qanunla qorunan ən yaxşı mənafelərinə daha uyğundur.
47. 7.8-ci bəndinə əsasən, nikahın pozulması zamanı uşağın valideynlərdən hansının yanındaqalması məsələsinin və ya uşaqla bağlı mübahisənin həll olunması, bu barədə məhkəmə qətnaməsi qüvvəyə mindikdən sonra uşaq tələbinə dair yeni əsaslarla iddia qaldırılmasına mane olmur. İddiaçı həmin qətnamədən sonra yaranmış yeni əsasa istinad etməmişdirsə, eyni tərəflər arasında, eyni predmet barəsində, eyni əsaslarla qaldırılmış iddia ərizəsi MPM-nin 153.2, 153.2.2-ci maddələrinə əsasən iddianın yolverilməzliyinə görə icraata qəbul edilməməli, əgər icraata qəbul olunmuşdursa, həmin Məcəllənin 261.0, 261.0.2-ci maddələrinə əsasən iş üzrə icraata xitam verilməlidir.
Apelyasiya instansiyası məhkəməsinin mövqeyi
48. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamənin qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları isə müəyyən edilmir. Bu baxımdan mübahisələndirilən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
49. İş materiallarından göründüyü kimi İddiaçı (bundan sonra-iddiaçı) ilə Cavabdeh (bundan sonra-cavabdeh) 5 sentyabr 2015-ci il tarixdə nikaha daxil olmuşlar və onların birgə nikahlarından xx.xx.2016-cı il təvəllüdlü X8 və xx.xx.2019-cu il təvəllüdlü X5 doğulmuşdur. Yetkinlik yaşına çatmayan uşaqlar hazırda analarının yanındadır. Birinci instansiya məhkəməsində işə baxılan zaman 7 yaşına çatmış xx.xx.2016-cı il təvəllüdlü X8 anasının yanında qalmaq istədiyini bildirmişdir.
50. Mübahisələndirilən qətnamədən göründüyü kimi birinci instansiya məhkəməsi xx.xx.2016-cı il təvəllüdlü X8 və xx.xx.2019-cu il təvəllüdlü X5 anadan alınaraq ataya verilməsinin uşaqların mənafelərinə uyğun olmadığı barədə nəticəyə gəlmişdir. Məhkəmənin gəldiyi qənaətlə razılaşmayan iddiaçı əsasən Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının xx.xx.2024-cü il tarixli rəyinə və cavabdeh barəsində mənfi rəy yaratmaq məqsədilə tərəfindən iş materiallarına əlavə edilmiş sübutlara istinad etmişdir.
51. Ailə qanunvericiliyinin yuxarıda sadalanan normaları baxımından məhkəmə kollegiyası qeyd edir ki, bu kateqoriyadan olan mübahisələr ilk növbədə uşaqların hüquq və mənafelərinə uyğun həll edilməli, uşaqlar valideynlər arasında yaranmış mübahisə və ədavətin qurbanına çevrilməməlidir. Bu baxımdan uşaqların hansı valideynə verilməsi məsələsinə baxılarkən onların valideynlərdən hansının yanında qalmaq arzusu və valideynə şəxsi bağlılığından başqa hansı valideynlə qalmasının onların gələcək inkişafına, tərbiyəsinə necə təsir göstərəcəyi, valideynin uşaqlarına münasibəti, eləcə də uşaqların yaşı və s. məsələlər üzrə araşdırma aparılmalıdır.
52. Bununla bağlı ilk öncə qeyd edilməlidir ki, beynəlxalq konvensiyalarda, eləcə də İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin çoxsaylı qərarlarında da uşaqlarla bağlı mübahisələrə baxılarkən hər şeydən öncə uşaqların üstün maraqlarının təmin edilməsi təsbit olunmuşdur.
53. Belə ki, BMT Baş Məclisinin 20 noyabr 1959-cu il tarixli, 1386 nömrəli qətnaməsi ilə qəbul edilmiş “Uşaq hüquqları haqqında” Bəyannamənin 6-cı prinsipinə görə azyaşlı uşaq, müstəsna şərait mövcud olduğu hallardan başqa, anasından ayrılmamalıdır. Bu prinsipin mənəvi-psixoloji əsaslandırması mövcuddur, əks təqdirdə BMT tərəfindən bütün dünyaya ünvanlanan bəyanat verilməzdi. Birinci, uşaq, təbiətinə görə ata ilə müqayisədə anaya daha çox bağlıdır və anaya daha çox ehtiyacı var; ikinci, ana, təbiətinə görə ata ilə müqayisədə uşağa daha çox bağlıdır və uşağa daha çox ehtiyacı var.
54. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin 30 yanvar 2020-ci il tarixli qərarında qeyd edilib ki, şübhəsiz ki, uşağın ən üstün maraqlarına uyğun olan cəhətlərin nəzərə alınması belə işlərin hər birində çox vacibdir. Üstəlik, nəzərə alınmalıdır ki, milli orqanlar bütün maraqlı tərəflərlə birbaşa əlaqə qurmaq imkanına malikdirlər. Bu məqsədlə, Məhkəmə daxili məhkəmələrin bütövlükdə ailə vəziyyətini və bir sıra amilləri, xüsusən də faktiki, emosional, psixoloji, maddi və tibbi xarakterli amilləri dərindən araşdırdıqlarını və uşaq üçün ən yaxşı həll yolunun nə olacağını müəyyənləşdirmək üçün hər bir insanın müvafiq maraqlarını balanslı və ağlabatan qiymətləndirdiklərini müəyyən etməlidir (Antonyuk Rusiyaya qarşı no.47721/10, paraqraf 134). Belə araşdırmanın aparılmaması 8ci maddənin pozuntusuna səbəb olacaqdır. Bunun əksinə, daxili məhkəmələr bu məsələləri diqqətlə və Məhkəmənin presedent hüququna uyğun araşdırarsa, Məhkəmə öz qiymətləndirməsini yerli məhkəmələrin qiymətləndirməsi ilə əvəz etmək üçün çox güclü səbəblər tələb edəcəkdir (bax: Elita Magomadova, № 77546/14, §63, 10 aprel 2018).
55. Hazırkı işdə də ananı və uşaqları bir-birindən ayırmaq üçün müstəsna şəraitin mövcud olması öz təsdiqini tapmır. Belə ki, azyaşlı uşaqların ananın himayəsində qalmasına mane olan və ya ananı və uşaqları bir-birindən ayırılmasına haqq qazandıran, bu məsələyə dövlət tərəfindən müdaxilə edilməsi üçün tutarlı olan hər hansı (ananın sağlamlıq durumu, pis vərdişlərinin olması, keçici xəstəliyin daşıyıcısı olması, uşaqlara münasibətdə pis rəftarı və sair) əsaslar mövcud deyildir, bununla bağlı hər hansı mötəbər sübut də məhkəməyə təqdim edilməmişdir. Ana uşaqları tərbiyə etmək, onların qeydinə qalmaq, vəziyyətləri ilə maraqlanmaq iqtidarındadır. Hazırda da ana azyaşlı uşaqlarının onun yanında qalmalarını istəyir, ananın bu istəyinin həqiqiliyi şübhəsizdir. Atanın malik olduğu maddi imkanlar və s. (mənzil şəraiti, qazanc və s.) ana nəvazişini və qayğısını əvəz edə bilməz.
56. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, xx.xx.2016-cı il təvəllüdlü X4 anası ilə qalmaq istəyini ifadə etməsinə istinad edərək hazırki mübahisə üzrə yekun nəticəyə gəlinməsi üçün yetərli olmasa da, mövcud olan hallara görə uşağın fikrinə xüsusi önəm verilməsinin onun ən yaxşı mənafeyi baxımından yolverilən olduğu aşkardır. Belə ki, bu məsələdə uşaqların yaşları, əqli və fiziki cəhətdən sağlam inkişafları, fikrinin formal və abstrakt xarakter daşımaması nəzərə alınmalı amillərdəndir. Belə olan halda uşağın izahatı onun anasından ayrı qalmasının onun mənafeyinə uyğun olduğunun müəyyən edilməsi üçün nəzərə alına bilər. Bununla əlaqədar kollegiya xüsusi olaraq vurğulayır ki, bu yaşda uşaqlara yanaşma daha həssaslıqla olmalıdır, çünki, onların ana qayğısına, bacı-qardaşları ilə artıq vərdiş etdikləri şəraitdə birlikdə yaşamalarına daha çox ehtiyacları vardır.
57. Məhkəmə kollegiyası iddiaçının verdiyi apellyasiya şikayətində istinad etdiyi Qəyyumluq və Himayəçilik Komissiyasının rəyinin də məhkəmə üçün məcburi əhəmiyyətə malik olmadığını qeyd edir. Belə ki, hazırki mübahisənin həlli üçün əsas götürülməli olan yeganə meyar - istinad olunan rəyin uşaqların üstün mənafeyi olması baxımından tərtib edilmədiyi müəyyən edilir. Halbuki, hazırkı məsələ uşaqların ən yaxşı mənafeyi prizmasından öz həllini tapmalı, uşağın mənafeyinin xarakterindən və ciddiliyindən asılı olaraq onun mənafeyi valideynin mənafeyindən üstünlük təşkil etməsi baxımından həll edilməlidir. Odur ki, bu rəy də mülki işə əlavə edilmiş digər sübutlar kimi məhkəmə tərəfindən xx.xx.2016-cı il təvəllüdlü X8 və xx.xx.2019-cu il təvəllüdlü X3 üstün mənafeləri əsas götürülməklə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsi ilə müəyyən edilmiş qaydada qiymətləndirilməlidir.
58. Beləliklə məhkəmə kollegiyası yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, mövcud vəziyyətdə cavabdehin azyaşlı uşaqlarının yaşayış tərzinə, mənəvi, psixi və fiziki inkişafına mənfi təsir göstərən, dərslərə davamiyyətinin zəif olması, düzgün qidalanmasının təmin edilməməsi, nəzarətsizliyə meyilli olmasına və s. bu kimi halların yaranmasına şərait yaradan hərəkətlərə yol verməsi barədə qənaətə gəlmək işdə olan sübutlara əsasən mümkün deyildir.
59. İşdə olan sübutlara münasibətdə də kollegiya birinci instansiya məhkəməsinin əsaslandırması ilə razılaşaraq qeyd etməyi zəruri sayır ki, uşaqların nadinclikdən yıxılmaları, yediyi qidalardan səpkilərinin olmaları onlara lazımi diqqət və qayğı göstərilmədiyinə dəlalət etmir. Bu yaşda uşaqların aktivliyi, şıltaqlıqları məhz onların təbiətindən irəli gəlir və bunun qarşısının tam alınmasının, dolayısı ilə 24 saat uşağa nəzarət edilməsinin qeyri-mümkünlüyü hamıya məlumdur. Yəni uşaqların kimin himayəsində olmasından asılı olmayaraq, onları yıxılmaqdan, əzilməkdən, xəstələnməkdən və.s kimi həyatın təbii axarının üzləşdirdiyi hadisələrdən sığortalamaq qeyri-mümkündür.
60. Bundan başqa, cavabdehin özünün və uşaqlarının gələcəkdə firavan yaşamaq, rifahını yaxşılaşdırmaq məqsədilə təhsilini inkişaf etdirmək üçün atdığı addımlar əksinə uşaqların mənafeyinə xidmət edir. Halbuki, işin halları ilə müəyyən edilmişdir ki, ananın təhsili ilə bağlı xarici ölkəyə səfər etdiyi vaxt uşaqların nəzarətsiz qalmasından narazı olan və bu əsasla uşaqların onun himayəsinə verilməsini tələb edən iddiaçı məhz özü uşaqların anaları ilə ölkə hüdudlarını tərk etməsinə mane olmuş və hazırda da davam etməkdədir.
61. Beləliklə də, baxılan işdə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən xüsusatlar üzrə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılması, sübutların qanunvericiliyə uyğun qiymətləndirilməsi, qətnamənin iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə və qanunvericiliyə uyğun əsaslandırılmasına dair prosessual hüquq normalarına əməl olunmuş, nəticə etibarilə maddi hüquq normaları da düzgün tətbiq edilmişdir. Belə ki, hazırkı məsələ uşaqların ən yaxşı mənafeyi prizmasından öz həllini tapmış, mənafeləri valideynin mənafeyindən üstünlük təşkil etməsi baxımından həll edilmişdir.
62. Qeyd edilənlərə əsaəsn məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayətində göstərilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi və ya dəyişdirilməsi üçün qanuni əsas ola bilməz. Belə olan halda apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
63. MPM-nin 384.0.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
64. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir.
65. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 384, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-101/2025 saylı, 22 aprel 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün iddaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Fuad Babayev Elşən Kazımov