Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3742/2024 07.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlu və X2 ibarət tərkibdə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(007)-2931/2023 saylı qərardadından İddiaçı vəkili və nümayəndəsi Nümayəndə tərəfindən verilən şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ : İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh X7 ilə birgə nikahdan olan övladları, xx.xx.2015-ci il təvəllüdlü X4 və xx.xx.2017-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-4337/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi üzrə yığılmış aliment borcunun 12,800 manat məbləğində azaldılması və tərəfindən ödənilmiş 128 manat məbləğində dövlət rüsumunun (mediasiya xərci 60 manat və rüsum fərqi 68 manat) cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(007)-2931/2023 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. Bundan sonra İddiaçı vəkili və nümayəndəsi Nümayəndə apellyasiya şikayəti və apellyasiya şikayətinin verilməsi müddətinin bərpası barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(007)-2931/2023 saylı qərardadı ilə İddiaçı vəkili və nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Qeyd edilən qərardaddan İddiaçı vəkili və nümayəndəsi Nümayəndə şikayət verərək, həmin qərardadın ləğv edilməsini, məhkəmənin xx.xx.2023-cü il tarixli, e-2(007)-2931/2023 nömrəli qətnaməsindən tərəflərindən verilmiş apellyasiya şikayətinin verilməsi üçün nəzərdə tutulan prosessual müddətinin bərpasına dair ərizənin icraata götürülüb baxışa təyin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(007)-2931/2023 saylı qərardadına əsasən xx.xx.2024-cü il tarixli, e-2(007)-2931/2023 saylı qərardaddan İddiaçı vəkili və nümayəndəsi Nümayəndə verdiyi apellyasiya şikayəti yenidən geri qaytarılmışdır. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-2931/2023 saylı, xx.xx.2024-ü il tarixli qərardadı ilə İddiaçı vəkili və nümayəndəsi Nümayəndə ərizəsi təmin edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(007)-2931/2023 saylı qərardadından apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddət iddiaçıya münasibətdə bərpa edilmiş, həmin qərardaddan verilmiş şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılması barədə əvvəlcədən məlumat (bildiriş) göndərilmiş, lakin şikayətlə bağlı hər hansı sənəd, habelə işə məhkəmə iclasında baxılması barədə vəsatət daxil olmamışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli, e-2(007)-2931/2023 saylı qərardadı ləğv edilməli, İddiaçı vəkili və nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin mümkünlüyünə (uyğunluğuna) yenidən baxılması üçün iş birinci instansiya məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 128.1-ci maddəsinə əsasən prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir; 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir; 133.3-cü maddəsinə əsasən müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməlidir və s); 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər; 363.1.1-1-ci maddəsinə əsasən apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır; 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Hazırki işin halları baxımından məhkəmə kollegiyası vurğulayır ki, iddiaçı tərəfindən Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(007)-2931/2023 saylı qətnaməsindən apellyasiya şikayəti Mülki-Prossesual Məcəllənin tələblərinə uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsi ilə elektron qaydada verilmişdir. Birinci instansiya məhkəməsi bu halı qeyd etməklə yanaşı, apellyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyətli olan halların sübut edilməməsinə dair dəlillərin, qətnamədə göstərilmiş nəticələrin işin hallarına uyğun gəlməməsinə dair dəlillərin, təqdim edilmiş yeni sübutların və onların təqdim edilməsinin əsaslandırılmasına dair dəillərin qeyd edilmədiyini, şikayətdə əksini tapmış həmin qrafalar üzrə (8, 9, 10 və 11-ci bəndələr üzrə) ümumiyyətlə hər hansı qeydin aparılmadığını, şikayətin MPM-nin 2 saylı əlavəsinə uyğun verilmədiyini göstərmişdir. Lakin birinci instansiya məhkəməsi nəzərə almamışdır ki, apellyasiya şikayətində işin halları ətraflı şəkildə sadalanmış, maddi və prosessual hüquq normalarının pozulmasına və ya düzgün tətbiq edilməməsinə dair mövqe (dəlillər) ətraflı şəkildə göstərilmişdir. Belə olan halda, birinci instansiya məhkəməsi tərəfindən qeyd edilən 8-ci, 9-cu, 10-ci və 11-ci qrafalar üzrə qeydin aparılmasının zəruriliyinə məhz əsaslandırılmış qrafaların məzmunu nəzərə alınmaqla qiymət verilməlidir. Belə ki, həmin qrafalar üzrə tələb edilən səviyyədə əsaslandırmanın aparılması bu qrafalar üzrə qeydin aparılmaması əsası ilə apellyasiya şikayətinin geri qaytarılmasını istisna edir. Beləliklə, məhkəmə kollegiyası göstərilənləri nəzərə alıb hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(007)- 2931/2023 saylı qərardadı ləğv edilməli, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(007)-2931/2023 saylı qətnaməsindən apellyasiya şikayətinin mümkünlüyünə (uyğunluğuna) yenidən baxılması üçün iş birinci instansiya məhkəməsinə göndərilməlidir. Bu səbəbdən şikayət qalan hissədə təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263-264-cü, 363-cü, 397- 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı vəkili və nümayəndəsi Nümayəndə tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(007)-2931/2023 saylı qərardadı ləğv edilsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(007)-2931/2023 saylı qətnaməsindən İddiaçı vəkili və nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətin mümkünlüyünə (uyğunluğuna) yenidən baxılması üçün mülki iş həmin məhkəməyə göndərilsin. Şikayət qalan hissədə təmin edilməsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-3742/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3742/2024
07.06.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver