Məhkəmə qərarları › İş №2(103)-3756/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3756/2022

20.04.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3756/2022 20.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Əsgərov Qürbət Ağa oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Nizamlı Aygün Ülviyyət qızının katibliyi ilə, İddiaçı Cavabdeh və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 qarşı “pul və əmlak” tələbinə dair ilk, iddiaçı Cavabdeh İddiaçı qarşı “əmlak bölgüsü” qarşılıqlı tələblərə dair Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)- 318/2022 saylı işi üzrə 14.02.2022-ci il tarixli qətnaməsindən İddiaçı və Cavabdeh tərəfindən verilmiş apellyasiyaların mümkünlüyünə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 qarşı “pul və əmlak” tələbinə dair ilk, iddiaçı Cavabdeh İddiaçı qarşı “əmlak bölgüsü” tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-318/2022 saylı işi üzrə 14.02.2022-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı «pul»tələbinə dair ilk iddia ərizəsinin qismən təmin edilməsi, ünvan 1 ünvanda yerləşən 170 saylı mənzilin (Yeni qaydada: AZ 1118, Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov küçəsi, 32, M11, m6) alqı-satqısından əldə edilmiş 50000 manat pul vəsaitinə ½ hissədə İddiaçı, 1/2 hissədə Cavabdeh payları müəyyən edilməsi, həmin məbləğin 25000 manatı Cavabdeh alınaraq İddiaçı verilməsi, ünvan 3 ünvanda yerləşən 170 saylı mənzilində (Yeni qaydada: AZ 1118, Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov küçəsi, 32, M11, m6) qalmış cehiz əşyaları- dəyəri 2100 manat olan yataq dəsti, dəyəri, 1100 manat olan mətbəx mebeli, dəyəri 900 manat olan divan, stol, 6 ədəd stul, dəyəri 9 manat olan uşaq mebeli, dəyəri 350 manat olan elektrik peçi (duxovka), dəyəri 450 manat olan 3 ədəd pərdə, dəyəri 900 manat olan soyuducu, dəyəri 600 manat olan paltaryuyan, dəyəri 600 manat olan paltar şkafı Cavabdeh alınaraq İddiaçı verilməsi, olmadığı təqdirdə onların pul dəyəri İddiaçı ödənilməsi, ilk iddia tələbi qalan hissədə rədd olunması, iddiaçı Cavabdeh İddiaçı qarşı “birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi təmin edilməsi, “Hunday Elantra” markalı, ** RS *** dövlət qeydiyyat nömrəli avtomobil üzərində ½ hissədə Cavabdeh payının, ½ hissədə cavabdeh İddiaçı payı müəyyən edilməsi və ödənilmiş dövlət rüsumunun tərəflərə aid edilməsi qət edilmiş və İddiaçı və Cavabdeh qətnamədən şikayət vermişlər. (iş səh.147-173). Məhkəmə kollegiyası daxil olmuş apellyasiyanın mümkünlüyünü yoxlayarkən müəyyən etmişdir ki, apellyasiya şikayətinə qanunla müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə olunsa da, rüsum qanunveriliklə müəyyən edilmiş məbləğdə ödənilməmişdir. Belə ki, apellyasiya şikayəti verilərkən “Dövlət rüsumu haqqında” Qanunun 8.1.3.-cü maddələrinə uyğun olaraq iddianın qiyməti 10000 manatdan 100000 manatadək olduqda 120 manat + 10000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu ödənilməlidir. Lakin iş materialını nəzərdən keçirən zaman İddiaçı və Cavabdeh tərəfindən 15 manat dövlət rüsumu ödəmələri müəyyən edilir. Eyni zamanda İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə qeyd edilməlidir ki, qətnamənin surəti iddiaçının vəkil nümayəndəsi Vəkil1 elektron kabinetinə 25.02.2022-ci il tarixində yerləşdirilmiş (səh.124), lakin apellyasiya şikayəti 04.04.2022-ci il, sonradan şikayətdə düzəlişlər edilməklə 08.04.2022-ci il tarixində verilmişdir (səh.156, 173). İşin görünən prosessual sənədləşməsindən müddətin ötürüldüyü ehtimal edilir. Bununla belə, qərardaddan şikayət vermə mümkünlüyü baxımından müddətin ötübötmədiyinə prosessual-hüquqi qiymət verilməsi kollegiya tərəfindən mümkün hesab edilmir. Kollegiya hesab edir ki, müddətin hesablanması həyata keçirilməli və münasibət bildirilməlidir ki, bu səlahiyyət də (texniki imkanlar baxımından) birinci instansiya məhkəməsinə aiddir. Belə ki, şikayət verən tərəfin elektron məhkəmə sistemində kabineti vasitəsi ilə və sair vasitə ilə məhkəmə aktından məlumatlı olması və sair bu qəbildən olan prosessual müddətlə bağlı halların araşdırılması zərurəti vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 363.1.1-1, 363.1.2, 363.1.3 və 363.1.5-ci maddələrinə əsasən, apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən, apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, qanunla dövlət rüsumunun ödənilməsinə möhlət verilməsi, hissə-hissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanı nəzərdə tutulmuşdursa, bu barədə vəsatət olmadıqda və ya vəsatət rədd edilmişdirsə, müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddələrində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında apellyasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Şərh olunanlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 108.1.7, 263, 264, 361-366, 402-ci və “Dövlət rüsumu haqqında” Qanunun 8-9-cü maddələrinə əsasən məhkəmə kollegiyası q ə r a r a a l d ı: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-318/2022 saylı işi üzrə 14.02.2022-ci il tarixli qətnaməsindən İddiaçı və Cavabdeh tərəfindən verilmiş apellyasiya qeyri-mümkün hesab edilsin və mülki iş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilsin. Qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar