Məhkəmə qərarları › İş №2(103)-3759/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3759/2025

28.10.2025 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3759/2025 28.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh “Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi” X12rşı əmək haqqının, mükafatın və mənəvi zərərin əvəzinin ödənilməsi barədə mülki iş üzrə (açar sözlər: işə bərpa, məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X3 (sədrlik edən və məruzəçi), X10 və X5 ibarət tərkibdə, məhkəmə iclasının katibi Hacızadə Kəmalə Hafiz qızının katibliyi ilə, İddiaçı cavabdeh “Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi” X16rşı əmək haqqının, mükafatın və mənəvi zərərin əvəzinin ödənilməsi barədə mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 04 mart 2025-ci tarixli, 2(001)-544/2025 nömrəli qətnaməsindən İddiaçı verdiyi apellyasiya şikayətinə аçıq məhkəmə iclаsındа bаxаrаq İşin halları

1. “Azərbaycan Respublikası Minatəmizləmə Agentliyi” ilə İddiaçı arasında bağlanmış xx.xx.2022-ci il tarixli əmək müqaviləsinə əsasən sonuncu SƏTƏM şöbəsinin əməliyyatlara tibbi dəstək üzrə mütəxəssisi vəzifəsinə təyin edilmiş, bir neçə dəfə müqailənin müddəti uzadılmış, xx.xx.2023-cü il tarixli, 685/k №-li əmrə əsasən xx.xx.2023cü il tarixindən Tibbi məsələlər sektorunun aparıcı mütəxəssisi vəzifəsinə müvəqqəti olaraq 6 ay müddətinə təyin edilmiş və həmin tarixdən Əməliyyat idarəsinin Təmizləmə şöbəsinin əməliyyatlara tibbi dəstək üzrə aparıcı mütəxəssisi vəzifəsindən azad edilmişdir.

2. İddiaçı hesabdan çıxarışından görünür ki, 2023-cü ilin avqust ayı üzrə əmək haqqı olaraq 1944,95 manat, 2023-cü ilin noyabr ayı üzrə məzuniyyət haqqı olaraq 2612,63 manat və əmək haqqı olaraq 0.07 manat, 2023-cü ilin dekabr ayı üzrə xəstəlik üçün müavinət olaraq 1600,48 manat və əmək haqqı olaraq 2426,32 manat, 2024-cü ilin iyul ayı üzrə 3917,06 manat əmək haqqı, məzuniyyət haqqı olaraq 1603,27 manat və xəstəlik vərəqəsinə əsasən 5696,81 manat köçürülmüşdür.

3. Qobustan RMX PHŞ tərəfindən verilən Seriya SN 00008 № ******* əmək qabiliyyətinin olmaması vərəqəsindən görünür ki, xx.xx.2023-cü il tarixdən xx.xx.2023- cü il tarixədək pnevmoniya xəstəliyi səbəbindən işdən azad edilmişdir.

4. “General Hospital” tərəfindən verilən Seriya SN 00008 № ******* əmək qabiliyyətinin olmaması vərəqəsindən görünür ki, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək pieolonefrit xəstəliyi səbəbindən işdən azad edilmişdir.

5. Azərbaycan Respublikası "Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi (TƏBİB) tərəfindən Azərbaycan Respublikasının Minatəmizləmə X13 Şəxsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli 18-1/2-9076/2023 nömrəli məktubda qeyd olunmuşdur ki, İddiaçı xx.xx.2023-cü il tarixində səhhəti ilə əlaqədar şikayətlərlə “Qobustan Rayon Mərkəzi Xəstəxanası” X19 poliklinika şöbəsinə müraciət etmişdir. Vətəndaşa döş qəfəsi orqanlarının rentgen müayinəsi, qanın ümumi analizinin nəticələrinə və klinik əlamətlərinə əsasən “pnevmoniya” diaqnozu qoyulmuş, müalicə təyin edilərək qanunvericiliyə uyğun olaraq SN 00008 № ******* nömrəli əmək qabiliyyətinin olmaması vərəqəsi tərtib olunmuşdur. Həmin vərəqənin verilməsinin əsaslı olub-olmamasının araşdırılması nəticəsinə əsasən diaqnozun təyinində hiperdiaqnostikaya yol verildiyindən aidiyyəti əməkdaşlara qarşı müəssisə rəhbərliyi tərəfindən inzibati tənbeh tədbirləri görülmüşdür.

6. Azərbaycan Respublikası "Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi (TƏBİB) tərəfindən Azərbaycan Respublikasının Minatəmizləmə X13 Şəxsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli 18-1/2-9649/2023 nömrəli məktubdan görünür ki, İddiaçı adına Qobustan Rayon Mərkəzi X8 Şəxsi tərəfindən qanunvericiliyə uyğun olaraq SN 00008 № ******* nömrəli əmək qabiliyyətinin olmaması vərəqəsi tərtib olunmuşdur. Həmin vərəqənin verilməsinin əsaslı olub-olmamasının araşdırılması nəticəsində aşkarlanmış nöqsanlara görə aidiyyəti əməkdaş barədə müəssisə rəhbəri tərəfindən intizam tənbeh tədbiri görülmüşdür. Bundan başqa qeyd edilmişdir ki, “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikası Qanununun 53-cü maddəsinə əsasən vətəndaşın tibbi yardım üçün müraciət etməsi faktı, onun xəstəliyinin diaqnozu, sağlamlığının vəziyyəti, müayinə və müalicə vaxtı əldə edilən digər məlumatlar barədə informasiya həkim sirrini təşkil edir. Mübahisəli xəstəlik vərəqəsinin qanuniliyi və etibarlılığı məhkəmə qaydasında araşdırıla bilər.

7. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi uçot üzrə Mərkəzi Filialı tərəfindən Azərbaycan Respublikasının Minatəmizləmə X13 Şəxsinə ünvanlanmış xx.xx.2024-cü İİ tarixli, 3-17-1/2-232707/2024 nömrəli məktubdan görünür ki, “General Hospital” tərəfindən verilmiş əmək qabiliyyətinin olmaması vərəqəsinin tərtibi zamanı Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin xx.xx.2011-ci il tarixli 30 nömrəli Əmri ilə təsdiqlənmiş “Əmək qabiliyyəti olmaması vərəqəsinin doldurulması Qaydası"nın tələblərinin gözlənilmədiyinə dair əsaslı şübhələr müəyyən edilmişdir. Hospital tərəfindən verilmiş xəstəlik vərəqələrinin həqiqiliyi ilə əlaqədar halhazırda Nazirlikdə araşdırılma aparıldığından müvafiq xəstəlik vərəqələri əsasında təyin edilmiş əmək qabiliyyətinin müvəqəti itirilməsinə görə müavinətlə bağlı haqq hesab cədvəllərinin ödənişi dayandırılmışdır. 8

8. "Seymur-M” MMC-nin “General Hospital" Tibb Mərkəzinin xx.xx.2023-cü il tarixli 13 №-li əmrindən görünür ki, xx.xx.2023-cü il tarixdə “General Hospital" Tibb Mərkəzində verilmiş əmək qabiliyyətinin olmaması vərəqələrinin verilməsinin qanunauyğunluğu yoxlanılarkən İddiaçı verilmiş SN 00008 № ******* nömrəli xəstəlik vərəqəsinin əsassız verilməsi müəyyən edildiyindən ləğv edilmişdir. Xəstəlik vərəqəsi açarkən kobud səhvə yol vermiş həkim-terapevt X7 töhmət verilmişdir.

9. "Seymur-M” MMC-nin “General Hospital" Tibb Mərkəzi tərəfindən Azərbaycan Respublikasının Minatəmizləmə X13 Şəxsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli 138 nömrəli məktubdan görünür ki, İddiaçı ambulator rejimi pozduğuna görə ona verilən SN 00008 № ******* nömrəli əmək qabiliyyətinin olmaması vərəqəsi ləğv edilmişdir.

10. "Seymur-M” MMC-nin “General Hospital" Tibb Mərkəzi tərəfindən Azərbaycan Respublikasının Minatəmizləmə X13 Şəxsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli 147 nömrəli məktubdan görünür ki, “Anama” tərəfindən tələsdirildiklərinə görə qarışıqlıq olmuş, səhvən ləğvlə bağlı məktub göndərilmişdir. xx.xx.2023-xx.xx.2023-ci il tarixlərini əhatə edən xəstəlik vərəqəsi bağlanılıb pasiyentə veriləndən sonra onu ləğv etməyə ixtiyarları olmaması, İddiaçı verilən SN 00008 № ******* nömrəli əmək qabiliyyətinin olmaması vərəqəsinin doğru olması bildirilmişdir.

11. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən Azərbaycan Respublikasının Minatəmizləmə X13 Şəxsinə ünvanlanmış xx.xx.2024-cü il tarixli, 3-28/2- 1465/2024 nömrəli məktubdan görünür ki, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən müəyyən edilmişdir ki, "Seymur-M” MMC-nin “General Hospital" Tibb Mərkəzində ambulator xəstələrin qeydiyyatı jurnalı mövcud olmadığından, xəstənin tibb müəssisəsinə müraciətinə dair məlumat əldə etmək mümkün deyildir. İddiaçı adına açılmış ambulator xəstənin tibbi kitabçasının (forma 025) tərtibatında çatışmazlıqlar mövcuddur. Xəstəyə təyin edilmiş "xroniki pielonefrit" diaqnozu laborator və instrumental olaraq əsaslandırılmamışdır. Xəstənin şikayətləri qeyd olunmamış, 34 gün müddətində xəstəyə təkrar müayinələr aparılmamış, nefroloq tərəfindən baxış keçirilməmiş, müalicə həkiminin və həkimməsləhət komissiyasının (HMK) üzvlərinin ad və soyadları yazılmamışdır. Mütəxəssisin rəyinə əsasən müayinə və müalicələr arasında ciddi uyğunsuzluq mövcuddur və diaqnoz öz təsdiqini tapmır. Araşdırma nəticəsində müəssisədə aşkar olunmuş nöqsanalarla əlaqəli İnzibati Xətalar Məcəlləsinin 215.4 maddəsi üzrə inzibati xəta haqqında protokol tərtib olunmuşdur.

12. Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin xx.xx.2023-cü il tarixli, 31 nömrəli Agentliyin işçi heyətinin mükafatlandırılması ilə bağlı idarə heyətinin qərarından görünür ki, qərar qüvvəyə mindiyi tarixdən etibarən tətbiq ediləcək pul mükafatı tədbirləri barələrində xidməti araşdırma gedən işçilərə şamil edilmir.

13. “Azərbaycan Respublikası Minatəmizləmə Agentliyi”nin xx.xx.2023-cü il tarixli 11-7/3-1-1922Ü/2023 №-li əmrindən görünür ki, İddiaçı intizam xətasının törədilməsi ilə əlaqədar xidməti araşdırması davam edən əməkdaşları siyahısında olduğundan mükafat verilməmişdir.

14. Bakı şəhəri Suraxanı rayon prokurorluğu tərəfindən Azərbaycan Respublikasının Minatəmizləmə X13 Şəxsinə ünvanlanmış xx.xx.2024-cü il tarixli, ********* nömrəli məktubdan görünür ki, "Seymur-M” MMC-nin “General Hospital" Tibb Mərkəzinin vəzifəli şəxsləri tərəfindən əssassız olaraq əmək qabiliyyəti olmaması vərəqələrinin verilməsi və digər qanunsuzluqlar barədə daxil olmuş müraciət əsasında Suraxanı rayon prokurorluğunda cinayət işi istintaq edilir.

15. “Azərbaycan Respublikası Minatəmizləmə Agentliyi”nin xx.xx.2024-cü il tarixli, 11-7/2-3484/2024 nömrəli arayışından görünür ki, Azərbaycan Respublikası Minatəmizləmə X2 məsələlər sektorunun aparıcı mütəxəssisi İddiaçı ilə bağlanmış müddətli əmək müqaviləsinin müddəti 2024- cü ilin 15 sentyabr tarixində bitmişdir və sözügedən müqavilənin uzadılması nəzərdə tutulmamışdır. Bununla bağlı işçi əmək qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada xəbərdarlıq edilmişdir. Birinci instansiya məhkəməsində icraat

16. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının Minatəmizləmə X13 Şəxsindən 5327,50 manat ödənilməmiş əmək haqqının, iddia verildiyi tarixədək əmək haqqının ödənilməsinin gecikdirilməsinə görə hesablanmış 15982,50 manat cərimə məbləğinin, iddia ərizəsi verilən tarixdən hazırki iş üzrə qətnamə icra edilənədək hər günə 53,27 manat olmaqla, ödənilməmiş mükafata görə 9600 manat, dəymiş mənəvi zərərə görə 10000 manat və ilkin mediasiya sessiyasında iştirak üçün ödənilmiş 50 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

17. İddia onunla əsaslandırılmışdır ki, o, xx.xx.2021-ci il tarixdən Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyində tibb və zərəçəkmişlərlə iş şöbəsinin mütəxəssisi, daha sonra SƏTƏM şöbəsinin əməliyyatlara tibbi dəstək üzrə mütəxəssisi vəzifəsində işləmiş, hazırda isə tibbi müəssisələr sektorunun aparıcı mütəxəssisi vəzifəsində işləyir. İddia ərizəsinə əlavə edilmiş əmək qabiliyyətinin olmaması vərəqələrindən göründüyü kimi xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək pnevmaniya və pieolonefrit xəstəlikləri səbəbindən əmək funksiyalarını yerinə yetirməmiş və bu barədə sənədləri cavabdehə təqdim etmişdir. Bundan başqa iddia ərizəsinə əlavə olunmuş əmək haqqı kartından olan xx.xx.2023-xx.xx.2024-cü il tarixlərini əhatə edən çıxarışdan göründüyü kimi cavabdeh tərəfindən bu günədək həmin dövrü əhatə edən əməkhaqqı ona ödənilməmiş və aralarında gedən çoxsaylı danışıqlara baxmayaraq cavabdeh həmin məbləği ödəmək niyyətində də deyil. Hazırda cavabdeh tərəfindən ona ödənilməmiş əmək haqqı 5327,50 manat təşkil edir. İşəgötürənin təqsiri üzündən əmək haqqı iddia ərizəsi verilən tarixə 300 gündür ödənilmir. Belə olan halda qanunvericiliyin tələblərinə əsasən işəgötürən ona günlük 1 faiz məbləğində ödənc hesablanmaqla ümumilikdə 21310 manat məbləğində (53.27 x 300 + 5327,50) pul ödəməlidir. Bundan əlavə cavabdeh tərəfindən müəyyənləşdirilmiş qaydaya əsasən bütün əmək kollektivinə rüblük əmək haqqının 100 faizi miqdarında mükafat nəzərdə tutulmuş və işçilərin işlədiyi dövrdə həmin mükafatlar hamıya hər rübün sonunda ödənilmişdir. Lakin o, 2023-cü ilin sentyabr ayından bu günədək artıq 4 mükafatdan ona səbəbləri izah edilmədən məhrum edilmişdir. Hesab edir ki, cavabdehin bu hərəkəti kollektivdə ayrı-seçkiliyə yol verməsinə səbəb olur ki, bu da qanunla qadağan edilmişdir. Cavabdehin əmək kollektivində ona qarşı tətbiq etdiyi ayrı-seçkilik qanunla qadağan olunduğu kimi, əmək kollektivində onun nüfuzuna ciddi zərər vurmuşdur.

18. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı 01 dekabr 2021-ci il tarixindən X1 idarəsinin Tibbi və zərərçəkənlərlə iş şöbəsinə mütəxəssis vəzifəsinə, daha sonrakı dövrlərdə isə Tibbi məsələlər sektorunun aparıcı mütəxəssisi vəzifəsinə təyin olunmuşdur. İddiaçı 2021-ci il tarixdən 2023-cü ilin 14 avqust tarixinədək Agentlikdə işləmiş, qeyd olunan tarixdən hal-hazıradək müxtəlif dövrlərə aid əmək qabiliyyətinin olmaması vərəqələrindən, məzuniyyət hüququndan, seçki hüququndan və təhsil məzuniyyətlərindən istifadə edərək 1 ildən çox olan müddətdə bir gün belə işə çıxmamaqdadır. Bu isə öz növbəsində iddiaçının işlədiyi sektorda iş həcminin çox olması ilə əlaqədar iş yükünün daha da ağırlaşmasına yol açmaqdadır. Belə ki, 2023-cü il 11 avqust tarixində X4 məsələlər sektorunun müdiri vəzifəsinə həyata keçirilmiş təyinat iddiaçı tərəfindən qısqanclıqla qarşılanmış, həmin gün bu təyinata narazılıq əlaməti olaraq, 2023-cü ilin 14 avqust tarixindən etibarən səhhəti ilə əlaqədar məzuniyyətə çıxma və 4 sentyabr tarixindən öz xahişi ilə işdən azad edilmə ərizələrini X9 Dövriyyəsi (bundan sonra - ESD) sisteminə daxil etmişdir. Agentliyin inventar olan kompüterini (notebook) özbaşına, heç kimə məlumat vermədən götürərək aparmış, qəsdən paramediklərin fəaliyyətinin işçi qaydada əlaqələndirilməsi üçün yaradılmış “Whatsapp” ani mesajlaşma proqramındakı qrupu deaktiv etmiş, habelə vəzifəyə yeni təyin edilmiş sektor müdirinin dəfələrlə xidməti iş yerinə çağırmasına baxmayaraq gəlməkdən imtina etmişdir. Əmək məzuniyyətinə dair müvafiq razılıq və rəsmiləşmə olmadan cari ilin avqust ayının 14-dən icazəsiz qaydada işə gəlməyərək, yazılan məzuniyyət ərizəsi əsaslı tərtib edilmədiyi şifahi olaraq iddiaçıya çatdırıldıqdan sonra cari ilin 17 avqust tarixində Agentliyə teleqram vuraraq həm məzuniyyətə, həm də işdən azad olunmaya dair ərizələrinin ləğv edilməsini bildirmişdir. Bununla yanaşı müəyyən edilmişdir ki, iddiaçının əvvəlki iş yeri ilə əlaqədar zəruri qeydlərin aparılması üçün müvafiq aktla təqdim edilmiş əmək kitabçasının da dəfərlərlə istənilməsinə baxmayaraq Agentliyə təqdim olunmamışdır. Həmçinin cavabdeh etiraz ərizəsində iddia tələbində qeyd olunan əmək qabiliyyətinin olmaması vərəqəsinin və mükafatın verilməməsi ilə bağlı bildirmişdir ki, Qobustan RMX PHŞ tərəfindən verilən Seriya SN 00008 № ******* və “General Hospital” tərəfindən verilən Seriya SN 00008 № ******* əmək qabiliyyətinin olmaması vərəqələrində onlar tərəfindən aşkarlanan qüsurlara gorə müvafiq dövlət qurumlarına dəfələrlə sorğu göndərilmiş və müvafiq olaraq cavablandırılmışdır. "Seymur-M” MMC “General Hospital" Tibb Mərkəzi tərəfindən iddiaçının adına verilmiş Seriya SN 00008 № ******* əmək qabiliyyətinin olmaması vərəqəsində ciddi uyğunsuzluqlar aşkar olunmuşdur. Adı çəkilən vərəqə ilə bağlı Tibb Mərkəzinin xx.xx.2023-cü il tarixli, 138 nömrəli məktubu ilə iddiaçıya təqdim olunan vərəqənin ləğv olunması bildirilmişdir. Qısa müddət ərzində xx.xx.2023-cü il tarixdə 147 nömrəli əmrlə yenidən iddiaçıya verilən həmin vərəqənin doğru olduğu və ilk məktublarının etibarsız sayılması xahiş olunmuşdur. Qeyd olunanlarla bağlı şübhələr olduğundan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə, TƏBİB-ə, DSMF-na, Baş Prokurorluğa sorğu göndərilmişdir. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin xx.xx.2024-cü il tarixli, 3-28/2-1465/2024 nömrəli məktubuna əsasən bildirilmişdir ki, “müəyyən edilmişdir ki, müəssisədə ambulator xəstələrin qeydiyyatı jurnalı mövcud olmadığından, xəstənin tibb müəssisəsinə müraciətinə dair məlumat əldə etmək mümkün deyildir. İddiaçının adına açılmış ambulator xəstənin tibbi kitabçasının (forma 025) tərtibatında çatışmazlıqlar mövcuddur. Xəstəyə təyin edilmiş "xroniki pielonefrit" diaqnozu laborator və instrumental olaraq əsaslandırılmamışdır. Xəstənin şikayətləri qeyd olunmamış, 34 gün müddətində xəstəyə təkrar müayinələr aparılmamış, nefroloq tərəfindən baxış keçirilməmiş, müalicə həkiminin və həkim-məsləhət komissiyasının (HMK) üzvlərinin ad və soyadları yazılmamışdır. Mütəxəssisin rəyinə əsasən müayinə və müalicələr arasında ciddi uyğunsuzluq mövcuddur və diaqnoz öz təsdiqini tapmır“. Araşdırma nəticəsində müəssisədə aşkar olunmuş nöqsanalarla əlaqəli İnzibati Xətalar Məcəlləsinin 215.4 maddəsi üzrə inzibati xəta haqqında protokol tərtib olunmuşdur". Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi uçot üzrə Mərkəzi Filialdan daxil olmuş xx.xx.2024-cü İİ tarixli, 3-17-1/2-232707/2024 nömrəli məktuba əsasən “Hospital tərəfindən verilmiş əmək qabiliyyətinin olmaması vərəqəsinin tərtibi zamanı Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin xx.xx.2011-ci il tarixli, 30 nömrəli Əmri ilə təsdiqlənmiş “Əmək qabiliyyəti olmamaq vərəqəsinin doldurulması Qaydası"nın tələblərinin gözlənilmədiyinə dair əsaslı şübhələr müəyyən edilmişdir. Hospital tərəfindən verilmiş xəstəlik vərəqələrinin həqiqiliyi ilə əlaqədar hal-hazırda Nazirlikdə araşdırılma aparıldığından müvafiq xəstəlik vərəqələri əsasında təyin edilmiş əmək qabiliyyətinin müvəqəti itirilməsinə görə müavinətlə bağlı haqq hesab cədvəllərinin ödənişi dayandırılmışdır”. Azərbaycan Respublikasının Suraxanı rayon Prokurorluğunun şifahi sorğusuna əsasən cavabdeh tərəfindən iddiaçıya dair SN 00008 seriyalı ******* nömrəli əmək qabiliyyətinin olmaması vərəqəsinin əsli xx.xx.2024-cü il tarixli, 11-7/2- 1991/2024 nömrəli məktubla göndərilmişdir. Bildirilmişdir ki, Qobustan RMX PHŞ tərəfindən iddiaçının adına verilən Seriya SN 00008 № ******* əmək qabiliyyətinin olmaması vərəqəsində də ciddi uyğunsuzluqlar aşkar olunmuşdur. Bununla bağlı həmin vərəqənin düzgünlüyü ilə əlaqədar cavabdeh tərəfindən müvafiq dövlət qurumlarına sorğu göndərilmişdir. Azərbaycan Respublikası "Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi (TƏBİB) tərəfindən xx.xx.2023-cü il tarixli, 18-1/2-9649/2023 nömrəli məktuba əsasən iddiaçının adına Xəstəxana tərəfindən verilən xəstəlik vərəqəsi tərtib olunmuşdur. Həmin vərəqənin verilməsinin əsaslı olub-olmamasının araşdırılması nəticəsində aşkarlanmış nöqsanlara görə aidiyyəti əməkdaş barədə müəssisə rəhbəri tərəfindən intizam tənbeh tədbiri görülmüşdür. “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikası Qanununun 53-cü maddəsinə əsasən vətəndaşın tibbi yardım üçün müraciət etməsi faktı, onun xəstəliyinin diaqnozu, sağlamlığının vəziyyəti, müayinə və müalicə vaxtı əldə edilən digər məlumatlar barədə informasiya həkim sirrini təşkil edir. Bu məlumatlar yalnız vətəndaşın və nümayəndəsinin razılığı ilə başqa şəxslərə verilə bilər. Əlavə olaraq bildirirlir ki, mübahisəli xəstəlik vərəqəsinin qanuniliyi məhkəmə qaydasında araşdırıla bilər”. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" (TƏBİB) tərəfindən verilən xx.xx.2023-cü il tarixli, 18-1/2-9076/2023 nömrəli məktuba əsasən "iddiaçıya adı çəkilən xəstəlik vərəqəsi əsasında “pnevmoniya” diaqnozu qoyularaq, müalicə təyin edilərək, xəstəlik vərəqəsi verilmişdir. Araşdırılma nəticəsində məlum olmuşdur ki, diaqnozun təyinində hiperdiaqnostikaya yol verilmişdir. Bununla bağlı aidiyyəti əməkdaş barədə müəssisə rəhbəri tərəfindən intizam tənbehi tədbiri görülmüşdür'’. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi uçot üzrə Mərkəzi Filialdan daxil olmuş xx.xx.2024-cü il tarixli, 3-17-1/2-232707/2024 nömrəli məktubla sorğuda qeyd olunan Qobustan RMX tərəfindən verilən xəstəlik vərəqəsinə münasibət bildirilməmişdir. Həmçinin cavabdeh etiraz ərizəsində iddia tələbində qeyd olunan rüblük pul mükafatının verilməməsi ilə bağlı bildirmişdir ki, Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin Nizamnaməsinin 4.5.4-cü və 4.10.9-cu yarımbəndlərinə əsasən iddiaçının işlədiyi müddət ərzində vəzifəsinə uyğun olaraq, müəyyən edilmiş əmək haqqları hər ay ödənilmiş və görülən işin həcminə görə əlavə rüblük mükafatlar verilmişdir. Nizamnamənin 4.5.17-ci və 4.5.4-cü yarımbəndlərinə uyğun olaraq X6 15 sentyabr 2023-cü il tarixli, 31 nömrəli Qərarının 3-cü hissəsinə əsasən həmin “Qərar qüvvəyə mindiyi tarixdən etibarən tətbiq ediləcək pul mükafatı tədbirləri, barələrində xidməti araşdırma gedən işçilərə şamil edilmir”. Bundan başqa iddia tələbində qeyd olunan mənəvi ziyanla bağlı bildirdi ki, hər hansı bir mənəvi ziyandan söhbət gedə bilməz. Tam əksinə iddiaçı müxtəlif bəhanələrlə bir il bir ay müddətində özünün, övladının xəstəlik vərəqələri, təhsil məzuniyyəti, seçkilərlə bağlı arayışlar və sair kimi işdən yayınma halları ilə Agentliyin işgüzar nüfuzuna xələl gətirmiş və iş yükünün artmasına səbəb olmuşdur.

19. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 04 mart 2025-ci tarixli, 2(001)- 544/2025 nömrəli qətnaməsinə əsasən iddia rədd edilmişdir.

20. Qətnamə onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış əmək müqaviləsinə əsasən İddiaçı xx.xx.2021-ci il tarixdən Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyində tibb və zərəçəkmişlərlə iş şöbəsinin mütəxəssisi, daha sonra SƏTƏM şöbəsinin əməliyyatlara tibbi dəstək üzrə mütəxəssisi vəzifəsində işləmiş, hazırda isə tibbi müəssisələr sektrounun aparıcı mütəxəssisi vəzifəsində işləyir, 2023-cü ilin avqust ayının 24-dən hal hazıradək işə çıxmamışdır. Cavabdeh tərəfindən iddiaçıya onun tərəfindən təqdim olunmuş bütün əmək qabiliyyətinin olmaması vərəqələrinə dair ödənişlər edilmişdir. X14 Xəstəxanası və “General Hospital” Tibb Mərkəzi tərəfindən verilmiş əmək qabiliyyətinin olmaması vərəqələrinə əsasən ödəniş edilməmişdir. Belə ki, həmin bülletenlər onlar tərəfindən mübahisələndirilmiş və bununla bağlı aidiyyəti qurumlara müraciətlər edilmişdir. Müəyyən edilmişdir ki, edilən müraciətlər əsasında qeyd edilən müəssisələr tərəfindən verilmiş əmək qabiliyyətinin olmaması vərəqələri ilə əlaqədar aparılmış araşdırmalar zamanı nöqsanlar aşkar edilmiş, “Qobustan Rayon Mərkəzi Xəstəxanası” X22 əməkdaşları barəsində müəssisə rəhbərliyi tərəfindən inzibati tənbeh tədbirləri görülmüş, "Seymur-M” MMC-nin “General Hospital" Tibb Mərkəzində aşkar olunmuş nöqsanalarla əlaqəli İnzibati Xətalar Məcəlləsinin 215.4 maddəsi üzrə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə hesab edir ki, haqlı olaraq cavabdeh tərəfindən həmin xəstəlik vərəqələrinə dair iddiaçıya ödəniş edilməmişdir. Bundan başqa cavabdehin təqdim etdiyi sənədlərdən görünür ki, barəsində araşdırma aparılan işçilərə mükafat verilməməsi barəsində qərar olduğundan və iddiaçının barəsində də araşdırılma aparıldığından ona mükafat təyin edilməmişdir. Eyni zamanda məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı tərəfindən mənəvi zərərlə bağlı məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Halbuki iddiaçının mənəvi zərərlə bağlı tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər.

21. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2, 102,

154. 178-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

22. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək tam ləğv edilməklə iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

23. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin halları ilə üst-üstə düşmür. Belə ki, iş materiallarında qeyd edilən əmək qabiliyyətinin olmaması vərəqələri nə qətnamə çıxan tarixə, nə də hazırda apellyasiya şikayəti verilən tarixdə heç bir məhkəmədə mübahisələndirilib etibarsız hesab edilməmişdir. Yəni, hazırda mübahisələndiriliən xəstəlik vərəqələri qüvvədədir və onların etibarsızlığı ilə bağlı heç bir qərar mövcud deyildir. Digər tərəfdən, məhkəmə “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X15 xx.xx.2023-cü il tarixli, 18-1/2- 9649/2023 saylı məktubuna isitnad etsə də, məktubdakı məlumatları qanunsuz qətnaməsini möhkəmləndirəcək cümlələri seçmiş və bununla da işini bitmiş hesab etmişdir. Əslində həmin məktubun son cümləsinə nəzər yetirsək görərik ki, TƏBİB də mübahisəli xəstəlik vərəqəsinin qanuniliyi və etibarlılığı yalnız məhkəmə araşdırması nəticəsində müəyyən edilə biləcəyini vurğulayır və hər hansı əməkdaşın xəstəni müayinə edərkən işinin öhdəsindən gəlməyərək inzibati tənbeh alması bu xəstəlik vərəqəsinə görəişçinin əmək haqqının ödənilməməsi üçün əsas ola bilməz. Məhkəmənin gətirdiyi digər əsas isə, “General Hospital” tibb müəssisəsinin guya mübahisələndirilən xəstəlik vərəqəsi ilə bağlı baş vermiş nöqsanlarla əlaqədər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsi ilə müəssisəninbarəsində inzibati protokol tərtib edilməsidir. Burada da, kimin, hansı səbəbdən cəzalanması, bu nöqsanların nədən ibarət olması və cəzanın ümumiyyətlə iddiaçıya verilmiş xəstəlik vərəqəsinə aidiyyəti müəyyənləşdirilməmişdir. Qeyd edilən məlumat, AzərbaycanRespublikası Səhiyyə Nazirliyinin xx.xx.2024-cü il tarixli, 3-28/2-1465/2024 saylı məktubunda qeyd edilmiş və məhkəmə də həmin məlumatın doğruluğunu, inzibati xəta haqqında protokolun hazırda qüvvədə olub-olmamasını araşdırmamışdır. Halbuki, AR İXM 215.4-cü maddəsinin ümumiyyətlə mübahisələndirilən məsələ ilə heç bir əlaqəsi yoxdur. Həmin maddənin dispozisiyasına baxsaq görərik, qanunvericiliyə uyğun olaraq sertifikasiyadan keçməyən şəxslərin (işçilərin) praktik tibb və əczaçılıq fəaliyyətinə buraxılmasına görə inzibati məsuliyyəti müəyyən edir. Yəni, klinikada həkimin və ya həkimlərin sertifikasiyadan keçməməsinin vətəndaşın müraciətinin qanunsuz olması və ya ona verilmiş xəstəlik vərəqəsinin etibarsız olması anlamına gəlmir. İddia tələbinin mənəvi zərərin ödənilməsi hissəsində təmin etməyən birinci instansiya məhkəməsi qətnaməsini onunla əsaslandırmışdır ki, İddiaçı tərəfindən mənəvi zərərlə bağlı məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Halbuki iddiaçının mənəvi zərərlə bağlı tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

24. Apellyasiya şikayətinə etiraz iddia ərizəsinə etirazda göstərilən xüsusatlarla əsaslandırılmışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

25. İddiaçının nümayəndəsi Vəkil iştirak etdiyi məhkəmə iclasında apellyasiya şikayəti ilə eyni məzmunlu izah verərək təmin olunmasını məhkəmədən xahiş etmişdir.

26. Cavabdehin nümayəndəsi iştirak etdiyi məhkəmə iclasında apellyasiya şikayətinin dəlilləri ilə razı olmadığını bildirərək şikayətin təmin olunmadan, qətnamənin dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişdir.

Tətbiq edilən hüquq

27. Azərbaycan Respublikasının Əmək Məcəlləsi: Maddə 2.1. Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. Maddə 102. İşəgötürən, faktiki olaraq hər bir işçinin iş vaxtının və iş vaxtından artıq işlənmiş saatlarının dəqiq, dürüst uçotunu aparmağa borcludur. İş vaxtının uçotunun aparılması forması və qaydası işəgötürən tərəfindən müəyyən edilir. Maddə 154.1. Əmək haqqı - müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. Maddə 178.1. İşəgötürən maliyyə vəziyyətindən asılı olmayaraq işçiyə onun gördüyü işin müqabilində müəyyən edilmiş əmək haqqını bu Məcəllənin 172- ci maddəsi ilə müəyyən edilmiş müddətlərdə ödəməyə borcludur. İşçiyə aylıq əmək haqqının ödənilməməsində təqsirkar olan işəgötürən qanunvericilikdə nəzərdə tutulan qaydada müvafiq məsuliyyətə cəlb edilməlidir.

28. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Xəstəlik vərəqələrinin verilməsi və müalicə-sağlamlıq məqsədləri üçün ödənişlərin təyin edilməsi və verilməsi qaydalarının təsdiqi haqqında” 8 yanvar 1993-cü il tarixli (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 iyul 2024-cü il tarixli qərarına əsasən normativ hüquqi aktın adı dəyişdirilərək “Sığortaolunanlar üçün xəstəlik vərəqələrinin elektron sənəd formasında tərtib edilməsi qaydası haqqında” adlandırılmışdır) qərarı: 37-ci bənd. Əmək qabiliyyətinin ekspertizası üzrə işin təşkilinə, xəstəlik vərəqələrinin tərtib olunmasına və arayışların qeydiyyatının aparılmasına, onların verilməsinə və kağız daşıyıcıda saxlanılmasına nəzarət baş həkim tərəfindən həyata keçirilir. 38-ci bənd. Sığortaolunanlara xəstəlik vərəqələrinin və arayışların verilməsi, sənədləşdirilməsinə dair həkimlərin düzgün olmayan hərəkətləri barədə şikayətlər baş həkim və ya həmin tibb müəssisəsindəki HMK (əgər HMK olarsa) tərəfindən həll edilir. Əgər xəstə tibb müəssisəsi tərəfindən şikayətinin həlli ilə razı deyilsə, aidiyyəti üzrə Nazirlik və ya Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi həmin şikayətə baxıb, onun səbəbini aradan qaldırmaq üçün ölçü götürürlər.

29. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

30. Apellyasiya şikayəti ilə qətnamənin ləğvi tələb edildiyindən, məhkəmə aktı şikayətin dəlilləri üzrə tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

31. Birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları, o cümlədən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir.

32. Apellyasiya şikayətinin əsası kimi ona istinad edilir ki, iş materiallarında qeyd edilən əmək qabiliyyətinin olmaması vərəqələri nə qətnamə çıxan tarixə, nə də hazırda apellyasiya şikayəti verilən tarixdə heç bir məhkəmədə mübahisələndirilib etibarsız hesab edilməmişdir. Yəni, hazırda mübahisələndiriliən xəstəlik vərəqələri qüvvədədir və onların etibarsızlığı ilə bağlı heç bir qərar mövcud deyildir.

33. Mübahisənin əsasını iddiaçıya “Qobustan Rayon Mərkəzi Xəstəxanası” X22 tərəfindən verilmiş 14 sentyabr 2023-cü – 03 oktyabr 2023-cü il tarixlərə görə, “Genarel Hospital” Tibb Mərkəzi tərəfindən verilmiş 04 oktyabr 2023-cü – 07 noyabr 2023-cü il tarixlərə görə əmək qabiliyyətinin olmaması vərəqələrinə əsasən iddiaçıya əmək haqqının ödənilməməsi təşkil edir.

34. Cavabdeh isə etirazını həmin xəstəlik vərəqələrinin qanunsuz olaraq verilməsi ilə əsaslandırır.

35. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Xəstəlik vərəqələrinin verilməsi və müalicə-sağlamlıq məqsədləri üçün ödənişlərin təyin edilməsi və verilməsi qaydalarının təsdiqi haqqında” 8 yanvar 1993-cü il tarixli (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 iyul 2024-cü il tarixli qərarına əsasən normativ hüquqi aktın adı dəyişdirilərək “Sığortaolunanlar üçün xəstəlik vərəqələrinin elektron sənəd formasında tərtib edilməsi qaydası haqqında” adlandırılmışdır) qərarının 38-ci bəndində qeyd olunmuşdur ki, sığortaolunanlara xəstəlik vərəqələrinin və arayışların verilməsi, sənədləşdirilməsinə dair həkimlərin düzgün olmayan hərəkətləri barədə şikayətlər baş həkim və ya həmin tibb müəssisəsindəki HMK (əgər HMK olarsa) tərəfindən həll edilir. Əgər xəstə tibb müəssisəsi tərəfindən şikayətinin həlli ilə razı deyilsə, aidiyyəti üzrə Nazirlik və ya Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi həmin şikayətə baxıb, onun səbəbini aradan qaldırmaq üçün ölçü götürürlər.

36. Hər 2 xəstəlik vərəqəsi cavabdeh tərəfindən mübahisələndirilərək müvafiq orqanlara şikayətlər edilmişdir.

37. Müvafiq olaraq “Qobustan Rayon Mərkəzi Xəstəxanası” X22 barəsində şikayət “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X22 (TƏBİB), “Genarel Hospital” Tibb Mərkəzi barəsində şikayət isə Səhiyyə Nazirliyi tərəfindən aşağıdakı qaydada araşdırılmışdır.

38. “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X15 24 noyabr 2023-cü il tarixli məktubunda qeyd olunmuşdur ki, İddiaçı 14 sentyabr 2023-cü il tarixində səhhəti ilə əlaqədar şikayətlərlə “Qobustan Rayon Mərkəzi Xəstəxanası” X19 poliklinika şöbəsinə müraciət etmişdir. Vətəndaşa döş qəfəsi orqanlarının rentgen müayinəsi, qanın ümumi analizinin nəticələrinə və klinik əlamətlərinə əsasən “pnevmoniya” diaqnozu qoyulmuş, müalicə təyin edilərək qanunvericiliyə uyğun olaraq SN 00008 № ******* nömrəli əmək qabiliyyətinin olmaması vərəqəsi tərtib olunmuşdur. Həmin vərəqənin verilməsinin əsaslı olub-olmamasının araşdırılması nəticəsinə əsasən diaqnozun təyinində hiperdiaqnostikaya yol verildiyindən aidiyyəti əməkdaşlara qarşı müəssisə rəhbərliyi tərəfindən inzibati tənbeh tədbirləri görülmüşdür.

39. Göründüyü kimi qeyd olunan məktubda İddiaçı diaqnozun təyinində hiperdiaqnostikaya yol verildiyi vurğulanmışdır. Ümumiyyətlə “hiper” bir çox sözlərə qoşularaq hər hansı sahədə “normadan artıq”, “ifrat” mənasını ifadə edən sözönü kimi işlədilir. Tibbi sahədə isə “hiperdiaqnostika” - diaqnozun əsassız şişirdilməsi, yalançı diaqnoz, bu və ya digər xəstəliyin mövcudluğu haqqında səhv tibbi rəy mənalarında işlədilən termindir. Qeyd olunan xüsusatlar isə bu xəstəlik vərəqəsi üzrə diaqnozun düzgün qoyulmadığı qənaətinə gəlməyə əsas verir.

40. Digər - “Genarel Hospital” Tibb Mərkəzi tərəfindən verilmiş 04 oktyabr 2023-cü – 07 noyabr 2023-cü il tarixlərə görə əmək qabiliyyətinin olmaması vərəqəsi ilə bağlı isə araşdırma aşağıdakı qaydada aparılmışdır.

41. Əvvəlcə "Seymur-M” MMC-nin “General Hospital" Tibb Mərkəzi tərəfindən İddiaçı ambulator rejimi pozduğuna görə ona verilən SN 00008 № ******* nömrəli əmək qabiliyyətinin olmaması vərəqəsi ləğv edilməsi barədə məlumat verilmiş, sonrakı məlumatda isə qeyd olunmuşdur ki, “Anama” tərəfindən tələsdirildiklərinə görə qarışıqlıq olmuş, səhvən ləğvlə bağlı məktub göndərilmişdir, xx.xx.2023-xx.xx.2023-ci il tarixlərini əhatə edən xəstəlik vərəqəsi bağlanılıb pasiyentə veriləndən sonra onu ləğv etməyə ixtiyarları olmaması, İddiaçı verilən SN 00008 № ******* nömrəli əmək qabiliyyətinin olmaması vərəqəsinin doğru olması bildirilmişdir.

42. Bununla bağlı müvafiq olaraq Səhiyyə Nazirliyi tərəfindən araşdırma aparılmış, 22 fevral 2024-cü il tarixli məktubda qeyd olunmuşdur ki, İddiaçı adına açılmış ambulator xəstənin tibbi kitabçasının (forma 025) tərtibatında çatışmazlıqlar mövcuddur. Xəstəyə təyin edilmiş "xroniki pielonefrit" diaqnozu laborator və instrumental olaraq əsaslandırılmamışdır. Xəstənin şikayətləri qeyd olunmamış, 34 gün müddətində xəstəyə təkrar müayinələr aparılmamış, nefroloq tərəfindən baxış keçirilməmiş, müalicə həkiminin və həkim məsləhət komissiyasının (HMK) üzvlərinin ad və soyadları yazılmamışdır. Mütəxəssisin rəyinə əsasən müayinə və müalicələr arasında ciddi uyğunsuzluq mövcuddur və diaqnoz öz təsdiqini tapmır. Araşdırma nəticəsində müəssisədə aşkar olunmuş nöqsanalarla əlaqəli İnzibati Xətalar Məcəlləsinin 215.4 maddəsi üzrə inzibati xəta haqqında protokol tərtib olunmuşdur.

43. Apellyasiya şikayətində bu xüsusatla bağlı qeyd olunmuşdur ki, birinci instansiya məhkəməsi “General Hospital” tibb müəssisəsinin guya mübahisələndirilən xəstəlik vərəqəsi ilə bağlı baş vermiş nöqsanlarla əlaqədər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsi ilə müəssisənin barəsində inzibati protokol tərtib edilməsinə əsaslanmışdır, halbuki, AR İXM 215.4-cü maddəsinin ümumiyyətlə mübahisələndirilən məsələ ilə heç bir əlaqəsi yoxdur, həmin maddənin dispozisiyası qanunvericiliyə uyğun olaraq sertifikasiyadan keçməyən şəxslərin (işçilərin) praktik tibb və əczaçılıq fəaliyyətinə buraxılmasına görə inzibati məsuliyyəti müəyyən edir.

44. Lakin Səhiyyə Nazirliyinin 22 fevral 2024-cü il tarixli məktubu yalnız inzibati xəta haqqında protokola əsaslanmır, həmin məktubda konkret olaraq diaqnozun təsdiqini tapmadığı qeyd olunur.

45. Aparılmış araşdırma zamanı əldə olunan nəticə bundan ibarətdir ki, hər 2 xəstəlik vərəqəsi üzrə qoyulmuş diaqnozlar təsdiqini tapmır və buna görə də həmin dövr üçün əmək haqqının ödənilməsindən imtina olunması barədə cavabdehin mövqeyi əsaslıdır. İşin halları ümumi qiymətləndirildiyi halda iddiaçının rəsmi işçi olsa da, müxtəlif səbəblərdən 2 ildən artıq müddət ərzində cavabdeh hüquqi şəxsdə fəaliyyətini davam edirməməsi də məhkəmə kollegiyasının gəldiyi nəticənin əsaslı olmasını təsdiq edir.

46. Beləliklə, hazırkı mülki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın rədd edilməsi ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qətnamənin ləğvinə və ya dəyişdirilməsinə əsas vermir. Buna görə də qətnamə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.

47. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:

Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 04 mart 2025-ci tarixli, 2(001)-544/2025 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 04 mart 2025-ci tarixli, 2(001)-544/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar