Məhkəmə qərarları › İş №2(103)-3766/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3766/2020

18.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3766/2020 18.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Aida Əli qızı Hüseynin sədrliyi və məruzəsi ilə, x8 və x1 ibarət tərkibdə, Kamran İbrahim oğlu Musayevin katibliyi ilə, İddiaçının vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Dövlət x4 və Azərbaycan Respublikasının Əmək və x7 Nazirliyinə (3-cü şəxs: Azərbaycan Respubliksının Müdafiə Nazirliyi) qarşı “sığorta ödənişinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 24 yanvar 2020-ci il tarixli, 2(006)-375/2020 saylı qətnaməsindən cavabdeh Azərbaycan Respublikası Dövlət x5 tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Dövlət x4 və Azərbaycan Respublikasının Əmək və x7 Nazirliyinə (3-cü şəxs: Azərbaycan Respubliksının Müdafiə Nazirliyi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Dövlət x2 və Azərbaycan Respublikasının Əmək və x7 Nazirliyindən 11.000 manat məbləğində sığortanın alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 24 yanvar 2020-ci il tarixli, 2(006)- 375/2020 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cavabdeh Azərbaycan Respublikası Dövlət x2 11.000 (on bir min) manat məbləğində sığorta ödənişinin alınaraq İddiaçı ödənilməsi, iddianın digər hissədə təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan cavabdeh Azərbaycan Respublikası Dövlət x5 apelyasiya şikayəti verərək, Nəsimi Rayon Məhkəməsinin 24 yanvar 2020-ci il tarixli qətnaməsinin ləğv olunması, iddia tələbinin təmin edilməməsi və icraata xitam verilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı heç bir üzürlü səbəb olmadan sığorta ödənişinin verilməsi üçün sığorta hadisəsi tarixindən 21 il sonra, yəni 2019-cu ildə müraciət etmişdir. 20.05.1997-ci il tarixdə qüvvəyə minmiş “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası qanununun bəzi müddəalarının şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin 28.01.2014-cü il tarixli qərarına əsasən həmin qanun qüvvəyə minənədək həlak olmuş, itkin düşmüş, xəsarət almış, lakin hal-hazıra qədər sığorta məbləğini almamış hərbi qulluqçulara qanunvericilikdə nəzərdə tutulan sığorta məbləği ödənilməlidir. Lakin hal-hazıra qədər sığorta məbləğini almamış hərbi qulluqçulara, həmin məbləğin ödənilməsi qaydasının və şərtlərinin qısa müddətdə müəyyən edilməsi Azərbaycan Respublikası Milli Məclisinə tövsiyə edilmişdir. Bu hüququn əlavə olaraq məhkəmə qətnaməsi ilə təsdiq edilməsinə ehtiyac yoxdur. Lakin Milli Məclis tərəfindən bu kateqoriyada olan hərbi qulluqçulara və onların varislərinə sığorta məbləğinin ödənilməsi qaydaları və şərtləri bu günədək müəyyən edilməmiş və sığorta məbləğinin dövlət büdcəsindən ayrılması barədə müvafiq normativ hüquqi akt qəbul edilməmişdir. Məhkəmə iclasında iddiaçının vəkili apelyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Digər işdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılsalar da məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq digər işdə iştirak edən şəxslərin iştirakları olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası iddiaçının vəkilinin izahatını dinləyib, apelyasiya şikayətinin dəlillərini və mülki işin materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Baxılan iş üzrə apelyasiya baxışının hədlərini qətnamənin iddia tələbinin təmin edilən hissədə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. İşin birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilən hallarından görünür ki, iddiaçının həyat yoldaşı x6 02.10.1998-ci il tarixdə kəskin ürək-damar çatışmazlığından vəfat etmişdir. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 17.10.1998-ci il tarixdə 534 № ilə qeyd edilmişdir. Azərbaycan Respublikası Əmək və x7 Nazirliyi tərəfindən iddiaçıya göndərilən məktubda Dövlət x4 müraciət edilməsi tövsiyə edilmişdir. Dövlət x5 tərəfindən iddiaçıya göndərilən məktubda 11000 manat sığorta məbləğinin alınması üçün Əmək və x7 Nazirliyinə müraciət edilməsi tövsiyə edilmişdir. Dövlət x5 tərəfindən İddiaçı ünvanlanan 14 fevral 2019-cu il tarixli, 07-07-207 №-li məktubda isə qeyd edilir ki, İ.R.Mahmudov 1997-ci il aprel ayında hərbi xidmətdən təxris olunmuş və 251932 saylı ölüm haqqında şəhadətnaməyə əsasən kəskin ürək damar çatışmamazlığı səbəbindən 02 oktyabr 1998-ci il tarixdə ölmüşdür ki, bu da onun həqiqi hərbi xidmət dövrü ilə heç bir əlaqəsi olmadığından onun varisinə (vərəsələrinə) 24 mart 1992-ci il 6 saylı hərbi qulluqçuların və hərbi vəzifəlilərin sıravi və rəhbər işçilərin icbari sığortasının aparılması qaydası haqda təlimata əsasən sığorta ödənişinin verilməsi qeyri-mümkündür. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi həkim komissiyası tərəfindən verilmiş 5 dekabr 1996-cı il tarixli, 28 №-li xəstəlik şəhadətnaməsinin surətindən görünür ki, x6 ürək xəstəsidir. Xəstəlik hərbi xidmət dövründə alınmışdır. Döyüş əməliyyatları zamanı aldığı xəsarətlərlə əlaqədar olaraq hərbi xidmət üçün sülh dövründə yararsız, müharibə dövründə ikinci dərəcəli yaralı hesab edilmişdir. Birinci instansiya məhkəməsi “Hərbi qulluqçuların statusu haqqında” qanunun 27-ci, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” qanunun 4 və 5-ci maddələrinə istinad edərək qeyd etmişdir ki, iddiaçının həyat yoldaşı həqiqi hərbi xidmət dövründə xəsarət almış və nəticədə ikinci qrup əlil olmuş, 02.10.1998-ci il tarixdə isə kəskin ürəkdamar çatışmazlığından vəfat etmişdir. “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi” barədə Azərbaycan Respublikası Prezidentinin 25.07.1997-ci il tarixli Fərmanının 2-ci maddəsinə əsasən həmin dövlət sığorta orqanının səlahiyyətlərini Azərbaycan Respublikası Dövlət x5 həyata keçirir. x6 hərbi qulluqçu kimi hərbi xidmətə daxil olduğu andan qanunvericilik əsasında dövlət tərəfindən məcburi şəxsi sığortalanmış, o hərbi xidmətdə olduğu dövrdə sığorta hadisəsi baş vermiş, ona 2-ci qrup əlillik dərəcəsi təyin olunmuşdur. İddiaçının xəstəliyinin hərbi xidmət dövrü ilə əlaqədar alındığı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi həkim komissiyası tərəfindən verilmiş 5 dekabr 1996-cı il tarixli, 28 №-li xəstəlik şəhadətnaməsi ilə təsdiqlənmişdir. x6 02.10.1998-ci il tarixdə, yəni hərbi xidmətdə olduğu zaman xəsarət alması nəticəsində xidmətdən buraxıldıqdan sonra üç il müddətində vəfat etmişdir. Belə olan halda, iddiaçının vərəsəsi İddiaçı haqlı olaraq hazırkı tələblə bağlı məhkəməyə müraciət etmişdir. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apelyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin iddia tələbinin təmin edilən hissəsində ləğvi üçün əsas ola bilməz. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərinə münasibətdə isə qeyd edir ki, iddiaçının həyat yoldaşı “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” qanun qüvvəyə mindikdən sonra vəfat etmiş, həmin qanunun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin fərmanına əsasən isə dövlət sığorta orqanının səlahiyyətlərini Azərbaycan Respublikası Dövlət x3 həyata keçirməsi müəyyən edilmişdir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qət etdi: Cavabdeh Azərbaycan Respublikası Dövlət x5 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 24 yanvar 2020-ci il tarixli, 2(006)- 375/2020 saylı qətnaməsi mübahisələndirilən – iddia tələbinin təmin edilən hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Hakim: Aida Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar