Məhkəmə qərarları › İş №2(103)-3792/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3792/2020

14.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3792/2020 14.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Nağıyeva Aynur Valeh qızının katibliyi ilə, İddiaçı, müstəqil tələb irəli sürməyən üçüncü şəxs Əmək və X9 Nazirliyinin tabeliyində Dövlət X15 publik hüquqi şəxsin nümayəndəsi X6 iştirakı ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(001)- 221/2019 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Dövlət X2rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum həyat yoldaşı X8 hərbi xidmət vaxtı ölümünə görə “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığorta haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş 11.000 manat sığorta ödənişinin Dövlət X4 xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı X7 iddia ərizəsini onunla əsaslandırmışdır ki, o xx.xx.1985-ci il tarixdə X11 ilə rəsmi nikaha daxil olmuşdur. Həyat yoldaşı gizir kimi həqiqi xidmətdə olmuşdur. O, xx.xx.1983-cü ildən xx.xx.1990-cı il tarixədək SSRİ Silahlı Qüvvələrində, xx.xx.1992-ci ildən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin N nömrəli hərbi hissəsində gizir kimi həqiqi hərbi xidmətdə olmuş və xx.xx.1992-ci il tarixdə xidmətdə olarkən qəfflətən xəstəlikdən vəfat etmiş, N nömrəli hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli əmrilə ölümü ilə əlaqədar hərbi hissənin siyahısından silinmişdir. Bu yaxınlarda ona məlum olmuşdur ki, hərbi qulluqçular hərbi xidmət dövrü dövlət tərəfindən icbari şəxsi sığorta edilirlər. Həyat yoldaşının ölümü ilə əlaqədar isə onlara heç bir sığorta ödənişi edilməmişdir. O, mərhum həyat yoldaşı X8 hərbi xidmət vaxtı ölümünə görə “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş 11.000 manat məbləğində sığorta ödənişinin ona verilməsi xahişi ilə xx.xx.2017-ci il tarixdə ərizə ilə cavabdehə müraciət etsə də, müraciəti bu günə kimi cavablandırılmamışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(001)- 221/2019 saylı qətnaməsi ilə, iddia tələbi təmin edilməmişdir. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, şikayətini iddia tələbinin dəlilləri ilə əsaslandırmış və qətnamənin ləğv edilməsini və iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməyərək birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İddiaçı kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-494/20 saylı xx xxxxxx 2020-ci il tarixli qərarı ilə iddiaçı X1 şikayəti qismən təmin olunmuş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019cu il tarixli qətnaməsi ləğv edilmiş və iş həmin hissələrdə yeni apellyasiya baxışına qaytarılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-494/20 saylı xx xxxxxx 2020-ci il tarixli qərarında qeyd edilmişdir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməməsi barədə qəbul etdiyi qətnamənin dəyişdirilmədən saxlanması qənaətinə gələn apellyasiya instansiyası məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 2.1, 27-ci, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 2, 3, 4, 5-ci maddələrinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun bəzi müddəalarının şərh olunmasına dair” xx.xx.2014-cü il tarixli qərarının hüquqi mövqeyi nəzərə alınaraq iddiaçının həyat yoldaşı olmuş və kəskin ürək-damar çatışmazlığı nəticəsində xx.xx.1992-ci il tarixdə ölmüş X11 “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının xx xxx 1997-ci il tarixli Qanunu qüvvəyə minənədək həlak olmuş, itkin düşmüş, xəsarət almış hərbi qulluqçular kateqoriyasına aid deyildir. Bu səbəbdən iddia təmin edilə bilməz. Daha sonra apellyasiya şikayətinin nəinki həlak olmuş, həmçinin hərbi xidmət dövrü (vaxtı) ölmüş hərbi qulluqçunun vərəsələrinə 11.000 manat ödəniş verildiyi halda, onun hazırkı tələbi rədd olunması əsassız sayılması dəlili ilə bağlı apellyasiya kollegiyası qeyd etmişdir ki, “Azərbaycan Respublikasının Ərazi Bütövlüyü ugrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar, xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx xxxxx 2018-ci il tarixli Fərmanına əsasən həmin birdəfəlik ödəmələrlərlə bağlı iddialara Əmək və X9 Nazirliyinə qarşı yönəldilməklə inzibati icraat qaydasında baxılması nəzərdə tutulmuşdur. Kassasiya kollegiyası apellyasiya kollegiyasının qeyd edilən mövqeyi ilə razılaşmayaraq bildirir ki, ilk olaraq kassasiya kollegiyasının birdəfəlik ödəmələrlərlə bağlı iddialara Əmək və X9 Nazirliyinə qarşı yönəldilməklə inzibati icraat qaydasında baxılmasının nəzərdə tutulması ilə bağlı qeyd edilməlidir ki, apellyasiya kollegiyası iş materiallarını mülki porsessual qanunvericiliyin tələblərinə uyğun olaraq tam və hərtərəfli araşdırmamışdır. Belə ki, iş materiallarından görünür ki, cavabdeh təşkilat məhkəmə aidiyyətini işə birinci instansiya məhkəməsində baxarkən vəsatətlə məhkəməyə müraciət edib mübahisələndirmiş, birinci istansiya məhkəməsi vəsatətin təmin edilməməsi qərarına gəlmiş, yekun olaraq Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 4143/2018 saylı, xx.xx.2018-ci il tarixli qərardadı (səh 46) ilə birinci instansiya məhkəməsinin vəsatətin təmin edilməməsi barədə qərardadının dəyişdirilmədən saxlanması qərara alınmışdır. Digər tərəfdən apellyasiya kollegiyası iddianın təmin edilməməsi qənaətini “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 2.1, 27-ci, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 2, 3, 4, 5-ci maddələrinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun bəzi müddəalarının şərh olunmasına dair” xx.xx.2014-cü il tarixli qərarının hüquqi mövqeyi nəzərə alınaraq qəbul etdiyini göstərmişdir. Lakin apellyasiya kollegiyası qəbul etdiyi qətnamədə iş materiallarında olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Xəzər Rayon İdarəsinin xx.xx.2017ci il tarixli 58 nömrəli arayışı vurğulasa da, həmin arayışa hüquqi mövqe nümayiş etdirməmiş, iddiaçının mərhum həyat yoldaşının hərbi xidmətdə gizir olduğu zaman ölməsini nəzərə almamışdır. Belə ki, adıçəkilən arayışa əsasən 1955-ci il təvəllüdlü, arxiv qeydiyyatında olan mərhum gizir X12 xx.xx.1973-cü ildən xx.xx.1975-ci ilədək müddətli həqiqi hərbi xidmət, xx.xx.1983-cü ildən xx.xx.1990-cı ilədək SSRİ Silahlı Qüvvələrində, xx.xx.1992-ci ildən xx.xx.1993-cü il tarixədək N nömrəli hərbi hissədə həqiqi hərbi xidmətdə olmuş və ölümü ilə əlaqədar N nömrəli hərbi hissə komandirinin N nömrəli, xx.xx.1993cü il tarixli əmri ilə hərbi hissəsinin siyahısından silinmişdir. Apellyasiya kollegiyasının qəbul etdiyi qətnamədə istinad etdiyi “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 2.1, 27-ci maddələrində də kimlərin hərbi qulluqçu hesab edilmələri, onların sığorta olunmaları barədə göstərişlər öz əksini tapmışdır. Apellyasiya kollegiyasının digər istinad etdiyi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun bəzi müddəalarının şərh olunmasına dair” xx.xx.2014-cü il tarixli qərarında da qeyd edilmişdir ki, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq maddələrində birdəfəlik sığorta məbləğinin artırılması hərbi qulluqçuların qanunvericiliklə müəyyən edilmiş hüquq və azadlıqlarının mahiyyətinə və həcminə təsir etmir, həmin hüquq və azadlıqlar olduğu kimi qalır. Bu baxımdan, birdəfəlik sığorta məbləğinin artırılması hərbi qulluqçuların Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş “hüquqi vəziyyətini yaxşılaşdıran” hal kimi qəbul oluna bilməz. Eyni zamanda, həmin qərarla Azərbaycan Respublikası Konstitusiyasının 12, 16 və 25-ci maddələrinin tələblərinə uyğun olaraq “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının xx xxx 1997-ci il tarixli Qanunu qüvvəyə minənədək həlak olmuş, itkin düşmüş, xəsarət almış, lakin hal-hazıra qədər sığorta məbləğini almamış hərbi qulluqçulara qanunvericilikdə nəzərdə tutulmuş sığorta məbləği ödənilməlidir. İşə mahiyyəti üzrə baxan apellyasiya kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun bəzi müddəalarının şərh olunmasına dair” xx.xx.2014-cü il tarixli qərarına istinad etmiş olsa da, həmin qərarda göstərilən bütün halları qeyd etməmiş və nəzərə almamışdır. Belə ki, apellyasiya kollegiyası həmin qərarın qərara aldı hissəsini, yəni“Azərbaycan Respublikası Konstitusiyasının 12, 16 və 25-ci maddələrinin tələblərinə uyğun olaraq “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının xx xxx 1997-ci il tarixli Qanunu qüvvəyə minənədək həlak olmuş, itkin düşmüş, xəsarət almış, lakin hal-hazıra qədər sığorta məbləğini almamış hərbi qulluqçulara qanunvericilikdə nəzərdə tutulmuş sığorta məbləği ödənilməlidir.” vurğulamış olsa da, qətnamə qəbul edərkən Konstitusiya Məhkəməsinin bu mövqeyini nəzərə almamışdır. Qeyd etmək lazımdir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun bəzi müddəalarının şərh olunmasına dair” xx.xx.2014-cü il tarixli qərarında həmçinin qeyd edilmişdir ki, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Qanun qüvvəyə minənədək həlak olmuş, itkin düşmüş, xəsarət almış və bu əsaslara görə sığorta məbləğini almamış hərbi qulluqçulara və ya onların vərəsələrinə bu məbləğin ödənilməsindən imtina konstitusiya prinsipi olan bərabərlik hüququnu pozmuş olur. Belə ki, hərbi qulluqçular eyni kateqoriyaya aid və bərabər statusa malikdirlər və “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Qanuna əsasən onlara eyni sığorta riskinə qarşı eyni təminatlar verilir. Konstitusiya prinsipi olan bərabərlik prinsipi isə bərabər şərtlər daxilində hüquq subyektlərinin bərabər vəziyyətdə olmalarını nəzərdə tutur və ən əsası eyni kateqoriyaya aid şəxslərə hər hansı obyektiv və ağlabatan izah olmadan ayrıseçkiliyin tətbiq olunmasını qadağan edir. Şəxsin hərbi qulluqda olma, hərbi xidmət zamanı həlak olma (ölmə), itkin düşmə, xəsarət və əlillik qrupu alma, həmçinin yararsız kimi tərxis olunma tarixləri sığorta hadisəsinin baş vermə faktını inkar etmir və bu, sığorta ödənişinin ödənilməsindən imtina üçün müstəqil əsas ola bilməz. Əks təqdirdə, bu hal hərbi xidmət zamanı həlak olmuş (ölmüş), itkin düşmüş və sağlamlığını itirmiş şəxslər arasında sadəcə tarixə əsaslanmaqla ağlabatan olmayan differensasiyanın aparılmasına səbəb olar. Bu isə eyni kateqoriyaya aid olan şəxslərin sosial hüquqlarının fərqləndirilməsinə gətirib çıxararaq, insan və vətəndaş hüquq və azadlıqlarının mümkün məhdudlaşdırılmasına dair konstitusiya məqsədlərilə uyğunlaşmır və konstitusiya prinsipi olan bərabərlik hüququnun tələblərini pozur. Əlavə olaraq qeyd edilməlidir ki, Konstitusiya Məhkəməsi “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” xx xxx 1997-ci il tarixli Qanun qüvvəyə minənədək həlak olmuş, itkin düşmüş, xəsarət almış, lakin hal-hazıra qədər sığorta məbləğini almamış hərbi qulluqçulara, həmin məbləğin ödənilməsi qaydasının və şərtlərinin müəyyən edilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilməli olduğunu hesab edərkən, qanunvericinin bu mexanizmin qaydasını və şərtlərini tənzimləyərkən, sığorta məbləğinin ödənilməsinin müxtəlif üsullarını seçə bilməsi imkanını, lakin qanunvericiliklə 2006-cı ildə artıq müəyyən edilmiş sığorta məbləğinin ödənilməsi həcmi ləğv edilə və ya azaldıla bilməməzliyini də göstərmişdir. Buradan da aydın olur ki, Konstitusiya Məhkəməsi Milli Məclisə “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” xx xxx 1997-ci il tarixli Qanun qüvvəyə minənədək həlak olmuş, itkin düşmüş, xəsarət almış, lakin hal-hazıra qədər sığorta məbləğini almamış hərbi qulluqçulara, həmin məbləğin ödənilməsi qaydasının və şərtlərinin müəyyən edilməsi tövsiyyə edilməli olmasını göstərməklə, həmin şəxslərin sığorta ödənişi almalı olduğunu bildirmişdir. Göründüyü kimi, apellyasiya kollegiyası işin hallarını tam, hərtərəfli və obyektiv araşdırmamış, ədalətli məhkəmə araşdırması hüququnu tam həyata keçirməmiş, ədalətli məhkəmə araşdırması hüququ ilə yanaşı, tərəflərin bərabərliyi prinsipini də pozmuşdur. Məhkəmə iclasında iddiaçı X7 apellyasiya şikayətini müdafiə etdi, həmçinin bildirdi ki, əri hərbi hissədə xəstələndiyindən hospitalda vəfat etmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi X10 şikayətin təmin olunmamasını xahiş etdi. İş üzrə cavabdeh və digər üçüncü şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndələri məhkəmə iclasında iştirak etməmiş və səbəbi barədə hər hansı bir məlumat verməmişlər. Məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməlidir. Belə ki, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası bu Qanunla, Azərbaycan Respublikasının Mülki Məcəlləsi, “Sığorta fəaliyyəti haqqında” Qanunu və digər qanunları ilə, müvafiq icra hakimiyyəti orqanlarının bu Qanuna uyğun olaraq qəbul etdikləri normativ aktlarla tənzimlənir. Həmin Qanunun 4-cü maddəsinə əsasən, bu Qanuna uyğun olaraq hərbi qulluqçu on bir min manat məbləğində sığorta edilir. Həmin Qanunun 5-ci maddəsinə görə sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman həlak olduqda, öldükdə və ya xəbərsiz itkin düşdüyünə görə məhkəmə qərarı ilə ölmüş elan edildikdə - 100 faiz sığorta ödənişləri verilir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillər əsaslı olduğundan qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi üçün əsasdır. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki iş üzrə, iddia tələbinin faktiki əsası(faktiki) halar, tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dizpozisiya əlamətləri ilə uzlaşdığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmuşdur. İddiaçının mərhum ərinin hərbi xidmət dövründə ölməsi işin mübahisəsiz halıdır. İşin mübahisəli halı isə ondan ibarətdir ki, cavabdeh iddiaçının sığorta ödənişi barədə müraciətinə ümumiyyətlə cavab vermir, nümayəndəsi isə birinci instansiya məhkəməsində iştirak edərək iddiaçının mərhum ərinə sığorta ödənişinin düşmədiyini bəyan edir. Əvvəla, cavabdehin iddiaçının müraciətinə cavab verməməsi və nümayəndəsinin iddiaçıya sığorta ödənişi düşməməsi barədə fikrinin iddianın əsaslılığına heç bir təsiri yoxdur. Çünki, iddiaçının mərhum ərinin hərbi xidmət zamanı ölməsi istsna edilmir. İkincisi, birinci instansiya məhkəməsinin iddianı rədd edərkən gəldiyi qənaətlə maddi hüquq normalarının tələblərini pozmuşdur. Belə ki, cavabdeh “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Qanunun 8-ci maddəsinə əsasən sığorta olunanın vərəsəsinə sığorta ödənişini verməkdən yalınz həmin maddədə göstərilən hallarda imtina edə bilərdi. Həmin hallar isə hazırki iş üzrə müəyyən edilməmişdir. Belə ki, mərhum sığorta edilənin sığorta hadisəsi ilə birbaşa bağlı olan qəsdən cinayət törətdiyi barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdur, yaxud alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə hərəkət etməmişdir. Üçüncüsü, mərhum sığortalının məhz sığorta hadisəsinin baş verməsi və bunun nəticəsi olaraq sığorta ödənişinin alınmasına yönələn qəsdən hərəkət etməsi ümumiyyətlə inandırıcı və ağlabatan deyildir. Çünki, normal, anlaqlı bir insanın yalnız ona görə ki, özünü öldürməsi nəticəsində vərəsəsi sığorta ödənişi alacaq, bu məqsədlə özünü öldürməsinə yönələn qəsdən hərəkət etməsi qəbuledilməz bir yanaşmadır. Birinci instansiya məhkəməsi baş vermiş hadisədə mərhum sığortalının mülki, inzibati yaxud cinayət məsuliyyətinin istisna olunduğuna da əhəmiyyət verməmişdir. Dördüncüsü, Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2014-cü il tarixli qərarında sığorta məbləğinin ödənilməsi qaydasının və şərtlərinin qısa müddətdə müəyyən edilməsinin Milli Məclisə tövsiyyə edilməsi və bu məsələyə baxılmaması da iddianın təmin edilməməsi üçün əsas deyildir. Çünki, hazırki iddia tələbinin qanuni əsası “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 4 və 5-ci maddələrində nəzərdə tutulmuşdur. Sığorta məbləğinin ödənilməsi qaydasının və şərtlərinin müəyyən edilməsi isə daha çox qətnamənin icrası ilə bağlı olan bir məsələdir. Ona görə də, bu hal da iddianın təmin edilməməsi üçün əsas hesab edilə bilməz. Mülki Prosessual Məcəlləsinin 384.0. və 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Şərh olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməli, hazırki iş üzrə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(001)- 221/2019 saylı qətnaməsi ləğv edilməli, iddia təmin edilməli, cavabdeh Dövlət X4 11.000 (on bir min) manat sığorta ödənişi tutularaq İddiaçı ödənilməlidir. Şərholunanlaraəsasən vəMülkiProsessualMəcəllənin 382, 384.0.2, 392, 393 və 405cimaddələrinirəhbərtutaraq, apellyasiyainstansiyasıməhkəməsi q ə t e t d i: İddiaçı oğlunun apellyasiya şikayəti təmin edilsin. Hazırki iş üzrə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(001)- 221/2019 saylı qətnaməsi ləğv edilsin. İddiaçı oğlunun iddiası təmin edilsin. Cavabdeh Dövlət X4 11.000 (on bir min) manat məbləğində sığorta ödənişi tutularaq İddiaçı oğluna ödənilsin. Qətnamə, rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar