Məhkəmə qərarları › İş №2(103)-3799/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3799/2024

24.05.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3799/2024 24.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “aliment ödənilməsi barədə” iddiasına dair mülki iş üzrə Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(011)-3058/2024 nömrəli qətnaməsindən Cavabdeh apellyasiya şikayəti üzrə apellyasiyanın mümkünlüyünü yoxlayaraq müəyyən etdi: Apellyasiya şikayətinin verilməsinə görə dövlət rüsumu ödənilməyib. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə görə, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azaddır. Göründüyü kimi, bu maddənin göstərişi iddiaçılara şamil olunur, apellyasiya şikayəti verən şəxs isə cavabdehdir. Odur ki, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 363.1.2 və 366-cı maddələrinin göstərişlərinə əsaslanaraq hesab edir ki, apellyasiya qeyri-mümkün hesab edilməli və apellyasiya şikayəti geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə qərara aldı: Hazırkı iş üzrə Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(011)-3058/2024 nömrəli qətnaməsindən Cavabdeh apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilsin və apellyasiya şikayəti geri qaytarılsın. Mülki iş Xətai Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar