Məhkəmə qərarları › İş №2(103)-3800/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3800/2021

17.05.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3800/2021 17.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Səmədov Tofiq Səməd oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Həsənov Orxan Qəhrəman oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili X8, Cavabdeh Yusifova (Abdullayeva) Təyminə Şamil qızı və onun vəkili X6 iştirakları ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1835/2019 saylı, 04 dekabr 2019-cu il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı (bundan sonra iddiaçı) iddia ərizəsi ilə Səbail Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh Yusifova (Abdullayeva) Təyminə Şamil qızı (bunda sonra cavabdeh) ilə birgə nikah dövründə yaranmış borca görə 212.500 ABŞ dollarının (Bakı şəhəri, Nəsimi rayon Məhkəməsinin 2(006)-3201/2016 saylı, 20.04.2016-cı il tarixli qətnaməsi ilə müəyyən edilmiş 425.000 ABŞ dollarının 1/2 hissəsi) və 375.000 ABŞ dollarının (Bakı şəhəri, Nəsimi rayon Məhkəməsinin 2(006)-3775/2016 saylı, 23.05.2016-cı il tarixli qətnaməsi ilə müəyyən edilmiş 750.000 ABŞ dollarının 1/2 hissəsi), cəmi 587.500 ABŞ dollarının (ödəniş gününə Azərbaycan manatına olan məzənnə ilə) Cavabdeh alınaraq İddiaçı ödənilməsi, qeyd edilən pul məbləğinin ödənilməsinin Cavabdeh Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-430/2017 saylı, 06.03.2017-ci il tarixli qətnaməsi ilə mülkiyyət hüququ müəyyən edilmiş əmlaklara yönəldilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1835/2019 saylı, 04 dekabr 2019-cu il tarixli qətnaməsi ilə iddiа qismən təmin edilmiş, Bakı şəhər Nəsimi rayon Məhkəməsinin 2(006)-3201/2016 saylı 20.04.2016-cı il tarixli və Bakı şəhər Nəsimi rayon Məhkəməsinin 2(006)-3775/2016 saylı 23.05.2016-cı il tarixli qətnamələri ilə tutulması müəyyən edilmiş pul məbləğlərinin (1175000 ABŞ dolları) 1/2 hissəsi (587500 ABŞ dolları) Cavabdeh aid edilməklə həmin məbləğin – 587500 (beş yüz səksən yeddi min beş yüz) ABŞ dollarının Cavabdeh İddiaçı xeyrinə tutulduğu anda ABŞ dollarının Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş manata məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə tutulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. İddiaçı həmin qətnaməni mübahisələndirməmişdir. Cavabdeh apellyasiya şikayəti vermiş və şikayətinin dəlilləri ondan ibarət olmuşdur ki, məhkəmə tərəfindən 450000 ABŞ dollarının və 750000 ABŞ dollarının ailənin hansı ehtiyaclarına yönəldilməsi, xərclənməsi və ya həmin borcların hansı qaydada və hansı şəraitdə İddiaçı verilməsi müəyyən edilməmişdir. Qətnamədə qeyd olunur ki, İddiaçı həmin 450000 ABŞ dollarını “Nemi” otelinin tikintisini başa çatdırmaq üçün almışdır. Məhkəmə həmin otelin hansı tarixdə tikilib başa çatdığını və hansı tarixdə istismara qəbul edilməsini araşdırmamışdır. Borcun alındığı iddia edilən 07.01.2012-ci il tarixində həmin otel tikilib başa çatdırılmış, 19.12.2012-ci il tarixində istimara qəbul edilmişdi. 2013-cü il tarixindən isə otel kimi fəaliyyət göstərir. Məhkəmənin həmin qətnaməsində eyni zamanda göstərilir ki, otel binası tikilib qurtardıqdan sonra guya satılmalı və İmanov Rövşənin pulu qaytarılmalı idi. Lakin həmin bina tikilir və 2013-cü il tarixindən otel kimi tərəfindən işlədilərək qazanc əldə edilir. Həmin tarixdən 2016-cı ilin əvvəllərinə kimi İddiaçı borc verdiyini iddia edən şəxslərin heç birinin səsi çıxmamış, yalnız iddiaçı ilə onun arasında mübahisələr başladıqdan sonra onlar pullarını istəməyə başladılar. Nəyə görəsə, obyekt otel kimi istifadə edilən zaman, təxminən 4 ildən çox bir müddətdə həmin şəxslər Barata pretenziya edərək onların vəsaiti hesabına tikildiyini iddia etdikləri obyektin satılmadığını soruşmamış, borc məbləğinin qaytarılmasını tələb edən borc verənlər borcun otelin satışı əsasında qaytarılmasını tələb etməmişlər. Səbail Rayon Məhkəməsinin 06.03.2017-ci il tarixli 2(009)-430/2017 saylı qətnəməsi ilə birgə nikah dövründə əldə edilmiş əmlakların heç biri 2012-ci ildə əldə edilməmiş, əmlakların hamısı 2012-ci ilə kimi əldə edilmişdi. Göstərilənlərə əsasən qətnamənin iddianın təmin olunan hissəsində ləğv edilməsi, həmin hissədə iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1936/2020 nömrəli, 05 avqust 2020-ci il tarixli qətnaməsi ilə cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1835/2019 saylı, 04 dekabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti Ali Məhkəmənin 2(102)-172/2021 saylı, 08 dekabr 2021-ci il tarixli qərarı ilə təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 05 avqust 20120-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yeni apellyasiya baxışına qaytarılmışdır. Tərəflərin izahatı: Məhkəmə kollegiyasının iclasında cavabdeh T.Yusifova (Abdullayeva) apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək göstərdi ki, iddiçının hazırkı tələbinin əsası kimi istinad etdiyi birgə nikah dövründə alınmış iki borcla bağlı bildirdikləri uydurmadır, iddiaçının tanışları Q.Həsənağa və R.İmanovdan biznesinin inkişafı üçün borc pul alması süni şəkildə düşünülmüşdür ki, məqsəd də birgə nikah dəvründə əldə etdikləri və məhkəmə qətaməsi ilə bölünərək onun payına düşən əmlakları onun əlindən almaqdan ibarətdir, təssüf ki, həmin borcu müəyyən edən məhkəmələr də bu məsələləri tam araşdırmamışdır, odur ki, şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında cavabdehin vəkili R.Vəliyev apellyasiya şikayətini müdafiə və cavabdehin izahatına uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili B.Məmişov apellyasiya şikayəti ilə razılaşmayaraq apellyasiya şikayətinin əsassız olduğunu qeyd etdi və göstərdi ki, rayon məhkəməsinin qətnaməsi ilə bölünən borc tərəflərin birgə nikahda olduqları vaxt ailə biznesinin inkişafı mədsədi ilə aldıqları qüvvədə olan məhkəmə qətnamələri ilə müəyyən olunmuşdur, işin mübahisəsiz haldır ki, nə iddiaçı, nə də cavabdeh heç baxt işləməmişlər, lakin tərəflərin əldə etdikləri əmlaklarına diqqət yetirdikdə məlum olur ki, həmin əmlakların dəyəri milyonlarla ölçülür, belə olan halda bəlli olur ki, həmin əmlakların əldə olunması mütləq qaydada kənar vəsaitlərin cəlb olunması – borc alınması yolu ilə əldə olunmuş, müəyyən müddət sonra əldə olunmuş əmlakların bərpa, təmir və rekonstruksiya edilməklə baha qiymətə satılmaqla ailə biznesi inkişaf etdirilmişdir, məhkəmə qətnaməsi ilə bölünən borc da məhz bu məqsədlə alınan borc olmuşdur, Cavabdeh da yaxşı bilir ki, ailə biznesinin inkişafı üçün həmin şəxslərdən məhkəmə qətnamələri ilə müəyyən olunmuş borc pullar alınmışdır, hətta həmin borcu vaxtında qaytara bilmədikləridən razılığa gəlmişlər ki, borcun bağlanması üçün onlara məxsus müəyyən əmlakları cavabdeh R.İmanovun sərəncamına versinlər və bu niyyətlə də cavadeh özü borclu olduqları R.İmanova baş etibarnamə vermişdir, lakin sonradan ərarvad arasında münasibətlər pozulduğundan cavabdeh həmin etbarnaməni ləğv etdirmişdir. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin olunmadan, qətnamənin isə dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Sübutların tədqiqi: Mülki iş materiallarında olan Nəsimi Rayon Məhkəməsinin 2(006)-3201/2016 saylı, 20.04.2016-cı il tarixli qətnamənin kserosurətindən görünür ki, iddiaçı X2 cavabdeh İddiaçı qarşı pul tələbinə dair iddiasının qismən təmin olunması, cavabdeh İddiaçı X2 xeyrinə 425000 ABŞ dolları məbləğində pulun və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 31 manat məbləğində pulun tutulması qət edilmişdir. Nəsimi Rayon Məhkəməsinin 2(006)-3775/2016 saylı, 23.05.2016-cı il tarixli qətnamənin kserosurətindən görünür ki, iddiaçı X7 cavabdeh İddiaçı qarşı pul tələbinə dair iddiasının qismən təmin edilməsi, cavabdeh İddiaçı 750000 ABŞ dolları məbləğində pul tutulduğu andan Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə cavabdeh İddiaçı alınaraq iddiaçı X3 verilməsi qət edilmişdir. Səbail Rayon Məhkəməsinin 2(009)-2386/2017 saylı, 01.06.2017-ci il tarixli qətnaməsi ilə Cavabdeh ilə İddiaçı arasında 26.12.1990-cı il tarixdə Baekı şəhəri Səadət Sarayında bağlanaraq, 3974 saylı akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması, 09.12.2003-cü il tarixdə anadan olmuş X4 anası Cavabdeh yananında qalması qət edilmişdir. Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Dövlət Əmlakın Özəlləşdirilməsi Departamenti tərəfindən 08.04.2002-ci il tarixdə verilmiş özəlləşdirilmiş müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələri üzərində mülkiyyət hüququnu təsdiq edən şəhadətnamənin notarial qaydada təsdiq edilmiş kserosurətinə əsasən Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, 2392/99-cu məhəllədə yerləşən başa çatdırılmamış yaşayış evinin yerləşdiyi 3710,0 kv.m. torpaq sahəsi İddiaçı mülkiyyətindədir. Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi tərəfindən 22.03.2006-cı il tarixdə verilmiş dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş kserosurətinə əsasən Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, 2392-99-cu məhəllədə yerləşən tikintisi başa çatdırılmamış su anbarı (yarımçıq tikili) İddiaçı mülkiyyətindədir. Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi tərəfindən 30.05.2006-cı il tarixdə verilmiş özəlləşdirilmiş müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələri üzərində mülkiyyət hüququnu təsdiq edən şəhadətnamənin notarial qaydada təsdiq edilmiş kserosurətinə əsasən Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, 2392-99-cu məhəllədə yerləşən su anbarının yarımçıq tikilisini yerləşdiyi 284,7 kv.m. torpaq sahəsi İddiaçı mülkiyyətindədir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən 03.04.2007-ci il tarixdə verilmiş MH seriyalı ******* №-li çıxarışın notarial qaydada təsdiq edilmiş kserosunətinə əsasən Bakı şəhəri, Nəsimi rayonu, Mirzə İbrahimov küçəsində yerləşən 18 saylı binanın 41,1 kv.m. ümumi sahədən ibarət qeyri-yaşayış sahəsi tam mülkiyyət hüququ üzrə İddiaçı mülkiyyətindədir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən 03.04.2007-ci il tarixdə verilmiş MH seriyalı ******* №-li çıxarışın notarial qaydada təsdiq edilmiş kserosunətinə əsasən Bakı şəhəri, Nəsimi rayonu, Mirzə İbrahimov küçəsində yerləşən 18 saylı binanın 1-ci mərtəbəsində 29,6 kv.m. ümumi sahədən ibarət qeyri-yaşayış sahəsi tam mülkiyyət hüququ üzrə İddiaçı mülkiyyətindədir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş 20.04.2013-cü il tarixli, RX seriyalı ******* №-li çıxarışın notarial qaydada təsdiq edilmiş kserosunətinə əsasən Bakı şəhəri, Səbail rayonu, Əhməd Cavad küçəsində yerləşən 14 saylı evin 12,13,14 saylı mənzili tam mülkiyyət hüququ üzrə İddiaçı mülkiyyətindədir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş 26.04.2013-cü il tarixli, RX seriyalı ******* №-li çıxarışın notarial qaydada təsdiq edilmiş kserosunətinə əsasən Bakı şəhəri, Nəsimi rayonu, Mirzə İbrahimov küçəsində yerləşən 18/49 saylı evin 23 saylı mənzili tam mülkiyyət hüququ üzrə İddiaçı mülkiyyətindədir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş 03.06.2014-cü il tarixli, RX seriyalı ******* №-li çıxarışın notarial qaydada təsdiq edilmiş kserosunətinə əsasən Bakı şəhəri, Nəsimi rayonu, Mirzə İbrahimov küçəsində yerləşən 18 saylı evin ümumi sahəsi 290,9 kv.m. olan 1-ci mərtəbəsi tam mülkiyyət hüququ üzrə İddiaçı mülkiyyətindədir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-10790/2019 saylı, 15.10.2019-cu il tarixli qətnamənin kserosurətindən görünür ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 06.03.2017-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək, Cavabdeh və İddiaçı birgə nikahı dövründə əldə edilmiş, İddiaçı adına rəsmiləşdirilmiş əmlakların (Bakı şəhəri, Səbail rayonu, Ə.Cavad küçəsi, ev 14-də yerləşən 5 otaqlı 12,13,14 saylı mənzil; Bakı şəhəri, Nəsimi rayonu, Mirzə İbrahimov küçəsi, ev 18/49-da yerləşən 159,78 kv.m. sahəli, 4 otaqlı 23 saylı mənzil; Bakı şəhəri, Nəsimi rayonu, Mirzə İbrahimov küçəsi, ev 18-də yerləşən 290,9 kv.m. sahəli qeyri-yaşayış sahəsi; Bakı şəhəri, Nəsimi rayonu, Mirzə İbrahimov küçəsi, ev 18-də yerləşən 29,6 kv.m. sahəli qeyri-yaşayış sahəsi; Bakı şəhəri, Nəsimi rayonu, Mirzə İbrahimov küçəsi, ev 18-də yerləşən 41,1 kv.m. sahəli qeyri-yaşayış sahəsi; Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev (Darvin) küçəsi, 2379-8182-ci məhəllədə yerləşən qeyri-yaşayış sahəsi; Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, 2392/99-cu məhəllədə yerləşən, başa çatdırılmamış yaşayış evinin yerləşdiyi 3710 kv.m. torpaq sahəsi; Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, 2392/99-cu məhəllədə yerləşən, tikintisi başa çatdırılmamış su anbarı (yarımçıq tikili); Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, 2392/99-cu məhəllədə yerləşən, 284,7 kv.m. sahəsi olan su anbarının yarımçıq tikilisi; 2003 buraxılışlı, gümüşü metal rəngli, 1G6DM57N530159883 ban nömrəli, “Cadillac CTS” markalı, ** LO *** dövlət qeydiyyat nişanlı avtomobil; 2013 buraxılışlı, qara rəngli, WP1ZZZ92ZDLA12964 ban nömrəli, “Porsche Cayenne” markalı, ** ZE *** dövlət qeydiyyat nişanlı avtomobil) İddiaçı ilə Cavabdeh birgə nikah dövründə əldə edilmiş, bərabər paylarda ümumi əmlakları hesab edilməsi və həmin əmlakların 1/2 hissəsinə Cavabdeh mülkiyyət hüquqlarının müəyyən edilməsi qət olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 23.11.2018-ci il tarixli qətnaməsi ilə cavabdehin nümayəndəsinin, X2, X1 apellyasiya şikayətləri təmin edilməmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 06.03.2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 07.06.2019-cu il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 23.11.2018-ci il tarixli qətnaməsi ləğv edilərək, işin yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-10790/2019 saylı, 15.10.2019-cu il tarixli qətnaməsi ilə Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)- 06.03.2017-ci il tarixli qətnaməsi apellyasiya şikayəti verən tərəflərə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Mülki işin 207-ci səhifəsində olan 26.01.2015-ci il tarixli etibarnamənin təsdiq olunmuş surətindən müəyyən olunur ki, Cavabdeh etibar edən kimi X5 harada yerləşməsi və nədən ibarət olmasından asılı olmayaraq bütün əmlakları barədə sərəncam vermək hüququ da daxil olmaqla 5 il müddətinə etibarnamə vermiş,16.07.2015-ci il tarixində isə həmin etibarnaməni ləğv etmişdir. Məhkəmə kollegiyası tərəfindən 08 may 2021-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Mirzə İbrahimov küçəsi, ev 18-də yerləşən 290,9 kv.m; Bakı şəhəri, Nəsimi rayonu, Mirzə İbrahimov küçəsi, ev 18-də yerləşən 29,6 kv.m; Bakı şəhəri, Nəsimi rayonu, Mirzə İbrahimov küçəsi, ev 18-də yerləşən 41,1 kv.m. sahəli qeyri-yaşayış sahələrində aparılmış yerli müayinə zamanı müəyyən olunmuşdur ki, həmin ünvanda yerləşən hər üç qeyri-yaşayiş sahəsi vahid bir sahə olmaqla hazırda M.İbrahimov 18 ünvanında mövcud yüksək mərtəbəli binanın alt mərtəbələrində fəaliyyət göstərən “Nemi Museum” otelinin sahəsinə daxildir və otelin sahəsini təşkil edir. Hüquqi dəyərləndirmə: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı halda məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini cavabdehin şikayətinə münasibətdə birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddianın təmin olunan, yəni Bakı şəhər Nəsimi rayon Məhkəməsinin 2(006)-3201/2016 saylı 20.04.2016-cı il tarixli və Bakı şəhər Nəsimi rayon Məhkəməsinin 2(006)-3775/2016 saylı 23.05.2016-cı il tarixli qətnamələri ilə tutulması müəyyən edilmiş pul məbləğlərinin (1175000 ABŞ dolları) 1/2 hissəsi (587500 ABŞ dolları) Cavabdeh aid edilməklə həmin məbləğin – 587500 (beş yüz səksən yeddi min beş yüz) ABŞ dollarının Cavabdeh İddiaçı xeyrinə tutulduğu anda ABŞ dollarının Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş manata məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə tutulması hissəsində tam yoxlayır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, hazırkı halda işə yeni apellyasiya qaydasında baxılır və bu zaman apellyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnaməsini ləğv etmiş kassasiya məhkəməsinin mövqeyi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin tələbinə görə kasassiya qaydasında işə baxan məhkəmənin qərarında şərh olunan göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsi”nə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28.02.2012-ci il tarixli Qərarında da müəyyən edilmişdir ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsində təsbit edilmiş kassasiya instansiya məhkəməsinin göstərişləri həmin Məcəllənin 416, habelə 407.1.4, 407.2 və 408.1.5-ci maddələrində nəzərdə tutulmuş qanuni hədlər daxilində olduqda və həmin Məcəllənin 419.2.9-cu maddəsinin tələbinə uyğun əsaslandırıldıqda, işə yenidən baxan apellyasiya instansiya məhkəməsi üçün məcburidir. Hazırkı halda Məhkəmə Kollegiyası hazırkı mülki işlə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının qərarındakı göstərişləri Konstitusiya Məhkəməsinin qeyd edilən qərarında nəzərdə tutulmuş “qanuni hədlər daxilində” olmasına dair hüquqi mövqeyi kontekstindən nəzər alır. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyərək, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Kollegiya qeyd edir ki, iş üzrə apellyasiya məhkəməsinin əvvəlki qətnaməsini ləğv etmiş Ali Məhkəmə 08.02.2021-ci il tarixli qərarında göstərmişdir ki, ...Səbail Rayon Məhkəməsinin 06.03.2017-ci il tarixli qətnaməsi ilə tərəflərin bərabər pay hüququ müəyyən edilmiş əmlaklar sırasında Bakı şəhəri, Nəsimi rayonu, Mirzə İbrahimov küçəsi, ev 18-də yerləşən 290,9 kv.m; Bakı şəhəri, Nəsimi rayonu, Mirzə İbrahimov küçəsi, ev 18-də yerləşən 29,6 kv.m; Bakı şəhəri, Nəsimi rayonu, Mirzə İbrahimov küçəsi, ev 18-də yerləşən 41,1 kv.m. sahəli qeyri-yaşayış sahələri qeyd edilsə də, həmin qeyri-yaşayış sahələrinin otel olub-olmaması qeyd edilməyib, iddiaçının 2010, 2012-ci illərdə “Nemi” otelinin tikintisi üçün aldığı borcun qətnamə ilə onların arasında bölünmüş əmlakların əldə edilməsinə sərf edilmiş vəsait olması nəticəsinə gəlmək əsaslı sayıla bilməz. Çünki borc otel tikintisi üçün alınıb, tərəflərin payı bərabər müəyyən edilən əmlaklar içərisində isə həmin otelin olub-olmaması müəyyən edilməyib. Birinci instansiya məhkəməsi iddia tələbini təmin edərkən iddiaçıdan məhkəmə qətnamələri əsasında tutulan borc məbləğinin tərəflər arasında payları bərabər müəyyən edilən əmlakların alınmasına sərf edilibedilməməsi məsələsinə qiymət verməmiş, apellyasiya instansiyası məhkəməsi də bununla bağlı apellyasiya şikayətinin dəlilini araşdırmamışdır. Məhkəmə kollegiyası hazırkı iş üzrə Ali Məhkəmənin qərarındakı həmin göstərişlə bağlı müvafiq araşdırmalar aparmışdır. Həmin xüsusat araşdırılarkən həm iddiaçı, həm də cavadeh təsdiq etmişlər ki, Səbail Rayon Məhkəməsinin qətnaməsi ilə tərəflər arasında payları bərabər bölünən Bakı şəhəri, Nəsimi rayonu, Mirzə İbrahimov küçəsi, ev 18-də yerləşən 290,9 kv.m; Bakı şəhəri, Nəsimi rayonu, Mirzə İbrahimov küçəsi, ev 18-də yerləşən 29,6 kv.m; Bakı şəhəri, Nəsimi rayonu, Mirzə İbrahimov küçəsi, ev 18-də yerləşən 41,1 kv.m. sahəli qeyri-yaşayış sahələri məhz “Nemi” oteli kimi fəliyyət göstərən sahədir. Bundan başqa, Ali Məhkəmənin qeyd olunan göstərişinin araşdırılması üçün Məhkəmə kollegiyası tərəfindən tərəflərin iştirakı ilə 08 may 2021-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Mirzə İbrahimov küçəsi, ev 18-də yerləşən 290,9 kv.m; Bakı şəhəri, Nəsimi rayonu, Mirzə İbrahimov küçəsi, ev 18-də yerləşən 29,6 kv.m; Bakı şəhəri, Nəsimi rayonu, Mirzə İbrahimov küçəsi, ev 18-də yerləşən 41,1 kv.m. sahəli qeyri-yaşayış sahələrində yerli müayinə aparılmış və müayinə zamanı müəyyən olunmuşdur ki, həmin ünvanda yerləşən hər üç qeyri-yaşayiş sahəsi vahid bir sahə olmaqla hazırda M.İbrahimov 18 ünvanında mövcud yüksək mərtəbəli binanın alt mərtəbələrində fəliyyət göstərən “Nemi Museum” otelinin sahəsini təşkil edir, başqa sözlə, həmin otel tərəflər arasında payları bərabər bölünmüş M.İbrahimov 18 -dəki üç qeyri-yaşayış sahəsinidə yerləşir, onları əhatə edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 37.1-ci mdəsinə əsasən ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Həmin Məcəllənin 37.3-cü maddəsinə əsasən ümumi əmlak bölünərkən ər-arvadın ümumi borcları onun payına uyğun olaraq müəyyən edilir. Qeyd edilən Məcəllənin 41.2-ci maddəsinə əsasən ər-arvadın ümumi öhdəlikləri üzrə, habelə ər-arvaddan birinin öhdəlikləri üzrə alınmış vəsaitin ailə ehtiyacları üçün istifadə olunduğu məhkəmə tərəfindən müəyyən edildikdə, həmin ərin (arvadın) öhdəlikləri üzrə ödəmə onların ümumi əmlakına yönəldilir. Bu əmlak kifayət olmadıqda, həmin öhdəliklər üzrə ər-arvad onların hər birinin əmlakı ilə birgə məsuliyyət daşıyırlar. Beləliklə də müəyyən olunur ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır, mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (MPM-in 14.2 və 77.1-ci maddələri). Nəticə: Göstərilənlərə əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin etməkdə haqlı olmuş, qətnamə qanuni və əsaslı, apellyasiya şikayəti isə əsassız olmaqla, qətnamənin ləğvinə səbəb olmadığından şikayət təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsində göstərilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, hazırda apellyasiya şikayəti təmin olunmadığından şikayətin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş iddiaçının özünə aid edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1835/2019 saylı, 04 dekabr 2019-cu il tarixli qətnaməsi onun apellyasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu cavabdeh özünə aid edilsin. Qətnamə rəsmən təqdim edildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İkram Şirinov Hakimlər: Tofiq Səmədov Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar