Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-381/2023 26.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iddia tələbinə dair iş üzrə (Açar sözlər: birgə nikah dövründə əldə olunmuş əmlaka görə ödənilmiş pul vəsaitinin paya uyğun hissəsinin qaytarılması, əmlakın ümumi gəlir hesabına əldə olunması, əşyaların qaytarılması, hərbi qulluqçulara verilən sığorta ödənişi, vərəsəlik) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və X1 ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, İddiaçı və onun nümayəndəsi (vəkili) Vəkil, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı “birgə nikah dövründə əldə edilmiş əmlaka görə ödənilmiş pul vəsaitinin paya uyğun hissəsinin tutulması, əşyaların, habelə cavabdehə verilmiş sığorta ödənişinin yarısının qaytarılması” tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 07 iyul 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları
1. İddiaçı və Cavabdeh xx.xx.1998-ci il tarixdə rəsmi nikaha daxil olmuş, nikahlarından 28 yanvar 2022-ci il tarixdə Coşqun adını verdikləri uşaqları dünyaya gəlmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə nikahları pozulmuşdur.
2. Cavabdeh ilə “R+N İnşaat” MTK arasında 24 may 2020-ci il tarixdə müqavilə bağlanmış, müqaviləyə əsasən MTK, Bakı şəhəri, Xətai rayonu, S.Ə.Şirvani küçəsi ev 3 ünvanında tikilməkdə olan yüksək mərtəbəli binanın A blokunun 11-ci mərtəbəsindəki 173 nömrəli mənzili (ümumi sahəsi 62,40 m2) tikib Cavabdeh verməyi, Cavabdeh isə mənzilin dəyəri olan 62 400 manatı (hər kvadratmetri üçün 1000 manat) ilkin ödəniş 29 000 manat, növbəti 10 gün ərzində 11 000 manat, 12 ay ərzində qalıq 22 400 manat olmaqla ödəməyi öhdələrinə götürmüşlər.
3. Cavabdeh tərəfindən “R+N İnşaat” MTK-ya xx.xx.2020-ci il tarixdə 29 000 manat, xx.xx.2020-ci il tarixdə 11 000 manat, xx.xx.2020-ci il tarixdə 2400 manat, xx.xx.2020-ci il tarixdə 3000 manat, xx.xx.2020-ci il tarixdə 2000 manat, xx.xx.2020-ci il tarixdə 1600 manat, xx.xx.2020-ci il tarixdə 2400 manat, xx.xx.2020-ci il tarixdə 450 manat, xx.xx.2020-ci il tarixdə 3000 manat, xx.xx.2021-ci il tarixdə 3550 manat, xx.xx.2021-ci il tarixdə 1000 manat, xx.xx.2021-ci il tarixdə 1000 manat, xx.xx.2021-ci il tarixdə 1000 manat ödəniş həyata keçirilmişdir.
4. 11 noyabr 2020-ci il tarixdə İddiaçı ilə “İrşad” Elektroniks arasında bağlanmış nisyə alqı-satqı müqaviləsi əsasında İddiaçı dəyəri 219 manat olan stolüstü soba əldə etmişdir.
5. İddiaçı ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2020-ci il tarixli nisyə alqısatqı müqaviləsinə görə, İddiaçı MMC-dən kredit yolu ilə ümumi dəyəri 3379 manat olan “Bosch” markalı soyuducu və “Vestel” markalı paltaryuyan əldə etmişdir.
6. X5 xx.xx.2020-ci il tarixdə “döyüş meydanı”nda şəhid olmuşdur.
7. xx.xx.2021-ci il tarixli “Qanun üzrə vərəsəlik haqqında şəhadətnamə”yə əsasən, xx.xx.2020-ci il tarixdə vəfat etmiş X2 vərəsəsi ünvan 1 ünvanında qeydiyyatda olan anası - Cavabdehdır və o, Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən mərhum X2 varisinə verilməli olan 11 000 manat sığorta ödənişindən tam hissədə pay almalıdır.
8. X2 şəhid olmasına görə ödənilməli olan 11 000 manat sığorta ödənişi “Naxçıvan Muxtar Respublikasının Dövlət Sığorta Xidməti” publik hüquqi şəxsi tərəfindən xx.xx.2021-ci il tarixli ödəniş tapşırığı əsasında Cavabdeh bank hesabına köçürülmüşdür.
9. İddiaçı Cavabdeh qarşı “ünvan 2 ünvanında yerləşən 10 saylı mənzilə köçürülməsi” tələbi Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə təmin olunmamış, həmin qətnamədən İddiaçı verdiyi apellyasiya şikayəti əsasında işə baxan Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə tərəflər arasında bağlanmış barışıq sazişi təsdiq edilərək qətnamə ləğv olunmuş və işin icraatına xitam verilmişdir.
10. Sözügedən barışıq sazişinə görə, İddiaçı iddia tələbindən imtina etmiş, Cavabdeh isə bunun müqabilində onun, “R+N İnşaat” MTK tərəfindən inşa olunmuş ünvan 4 ünvanına köçüb yaşamasına razılıq vermişdir.
Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı
11. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ümumilikdə 38 000 (otuz səkkiz min) manatın, eyni zamanda dəyəri 219 (iki yüz on doqquz) manat olan 1 ədəd stolüstü sobanın, dəyəri 3379 (üç min üç yüz yetmiş doqquz) manat olan 1 ədəd soyuducunun (“BOSCH KGN56LB30U”) və 1 ədəd “Vestel W914TDS” markalı paltaryuyan əşyaların və ya onların dəyəri olan 3598 (üç min beş yüz doxsan səkkiz) manatın alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
12. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, cavabdehlə aralarında bağlanmış nikah Suraxanı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə ləğv edilmiş, nikah dövründə müqavilə əsasında “R+N İnşaat” Mənzil-Tikinti Kooperativindən əldə etdikləri mənzil üçün 65 000 (altmış beş min) manat ödəniş etmiş, nikahları pozulduqdan sonra məcburiyyət qarşısında qalıb evi tərk etməli olmuşdur. Birgə yaşamaları mümkün olmadığına görə, həmin mənzilə sərf olunmuş 65 000 manatın yarısı, yəni 32 500 (otuz iki min beş yüz) manat cavabdehdən alınıb ona verilməlidir. Hazırda mənzildən cavabdeh istifadə edir. Göstərilən məbləği birgə nikah dövründə əldə etmişdir. X7 xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrundə gedən döyüşlərdə şəhid olmuş, Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti şəhidə görə 11 000 (on bir min) manat sığorta ödənişini keçmiş arvadı Cavabdeh ödəmişdir. Aralarındakı razılaşmaya görə cavabdeh aldığı sığorta məbləğinin yarısını ona ödəməli idi, lakin üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Buna görə də həmin məbləğin 5500 (beş min beş yüz) manat hissəsi cavabdehdən alınıb ona ödənilməlidir. Bundan əlavə, nikahları pozulduqdan sonra dəyəri 219 (iki yüz on doqquz) manat olan 1 ədəd stolüstü sobanı, dəyəri 3379 (üç min üç yüz yetmiş doqquz) manat 1 ədəd soyuducunu (“BOSCH KGN56LB30U) və 1 ədəd “Vestel W914TDS” paltaryuyanı öz istifadəsi üçün almış və həmin evdə yerləşdirmişdir. Lakin keçmiş arvadı Cavabdeh onu evə buraxmadığı üçün həmin əşyalardan istifadə edə bilmir. Buna görə də həmin əşyalar və ya onların ümumi dəyəri olan 3598 manat cavabdehdən alınıb ona verilməlidir.
13. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 07 iyul 2022-ci il tarixli qətnaməsi ilə iddia tələblərinin təmin edilməməsi qət olunmuşdur.
14. Məhkəmə mövqeyini aşağıdakı kimi əsaslandırmışdır:
14.1 İddiaçı, iddiasının mənzilin dəyəri ilə bağlı hissəsində ailə qanunvericiliyinin ər-arvadın ümumi əmlakının bölünməsini tənzimləyən normalarına, sığorta ödənişi ilə bağlı hissəsində vərəsəlik hüquq münasibətlərinə, məişət əşyaları ilə bağlı hissəsində isə mülkiyyət hüququnu tənzimləyən normalara istinad edir. 14.2 İddia tələbinin Bakı şəhəri, Xətai rayonu, S.Ə.Şirvanı küçəsi, ev 3, 173 nömrəli mənzilin dəyərinin yarısının – 32 500 manat pul vəsaitinin iddiaçıya ödənilməsi hissəsinə qiymət verərkən məhkəmə, həmin əmlakın birgə nikah dövründə əldə edilmiş əmlak olub- olmaması məsələsinə aydınlıq gətirilməsini zəruri hesab edir. 14.3 İddiaçının izahatları əsasında işin məhkəmə tərəfindən müəyyən edilən halları ondan ibarətdir ki, tərəflər 1998-ci ildə nikaha daxil olub, xx.xx.2020-ci ildə nikahlarını məhkəmə qaydasında pozdursalar da, onların ailədə münasibətləri daima gərgin olmuş, son illərdə isə mübahisəli ailə səviyyəsində olmuşdur. Belə ki, iddiaçı izahatlarında cavabdehin onunla yola getmədiyini, ondan bir neçə dəfə polisə şikayət etdiyini, onu həyat yoldaşı kimi saya almadığını bildirmişdir. Müəyyən edilmişdir ki, tərəflər mübahisəli ailə olmaqla birgə təsərrüfat aparmamışlar, birgə ailə büdcəsi formalaşdırmamışlar. Ona görə də, mübahisəli mənzilin birgə vəsait hesabına ailə ehtiyacları üçün alınması öz təsdiqini tapmır. Bunun davamı olaraq qeyd edilməlidir ki, iddiaçının məhkəmə prosesi zamanı mənzilin alqı-satqı şərtləri və mənzilə görə ilkin ödənişin məbləğindən məlumatsız olması da yuxarıda qeyd edilən halın göstəricisi kimi qəbul edilməlidir. 14.4 İddiaçı tərəfin məhkəmə iclasında izahatı zamanı müəyyən olunmuşdur ki, hazırki iddia tələbi ilə yanaşı, iddiaçının cavabdehə qarşı “mənzilə köçürülmə” tələbinə dair məhkəmənin icraatında iş olmuş, lakin həmin iddia tələbi təmin edilməmişdir. Həmin iş üzrə apellyasiya şikayəti verilmiş və işin apellyasiya məhkəməsində icraatı zamanı tərəflər arasında İddiaçı Cavabdeh ona "R+N İnşaat” MTK tərəfindən inşa edilmiş Bakı şəhəri, Xətai rayonu, X8 küçəsi, ev 3, mənzil 173 ünvanına köçüb yaşamasına razılıq verməsi müqabilində, digər iddia ərizəsindən imtina etməsi barədə barışıq əldə olunmuşdur. 14.5 İddia tələbi birgə nikahdan doğulmuş və xx.xx.2020-ci il tarixdə vəfat etmiş X5 üçün ödənilməli olan 11 000 manat sığorta ödənişinin yarısının, yəni 5500 manatın iddiaçıya ödənilməsi hissəsində də əsaslı deyildir. 14.6 Belə ki, iş materillarında olan xx.xx.2021 -ci il tarixli “qanun üzrə vərəsəlik haqqında şəhadətnamə”dən görünür ki, xx.xx.2020-ci il tarixdə vəfat etmiş X2 vərəsəsi ünvan 1 ünvanında qeydiyyatda olan anası - Cavabdehdır və o, Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən mərhum X2 varisinə verilməli olan 11 000 manat sığorta ödənişindən tam hissədə pay almalıdır. 14.7 Göründüyü kimi, Cavabdeh hüquqmüəyyənedici sənəddə yeganə vərəsə kimi qeyd edilmiş və miras əmlakı təşkil edən 11 000 manat sığorta pulunu almışdır. İddiaçının mərhum oğlunun vərəsəsi olmasını sübut edəcək hər hansı bir dəlil məhkəməyə təqdim edilməmişdir. Ona görə də, məhkəmə hesab edir ki, hazırkı vəziyyətdə tələb bu hissədə də əsassızdır. 14.8 İddia tələbinin 219 (iki yüz on doqquz) manat olan 1 ədəd stolüstü soba və dəyəri 3379 (üç min üç yüz yetmiş doqquz) manat 1 ədəd soyuducu “BOSCH” KGN56LB30U və 1 ədəd “Vestel” W914tdS paltaryuyandan ibarət olan əşyaların və ya onların dəyəri - 3598 ( üç min beş yüz doxsan səkkiz) manat pulun cavabdehdən alınıb iddiaçıya verilməsi hissəsi də əsaslı deyildir. Belə ki, həmin əşyaların iddiaçı tərəfindən alındığını göstərən sənədlər təqdim edilsə də, tələb edilən əşyaların cavabdehdə olması iş materialları ilə sübut edilmir. 14.9 İddiaçının həmin əşyaları aldığını təsdiq edən sübutları təqdim etməsi həmin əşyaların hazırda cavabdehdə olması anlamına gəlmir. İddiaçı bununla bağlı sübut təqdim etməmiş, cavabdeh tərəfin də bu halı etiraf edəcək ifadəsi yoxdur (cavabdeh məhkəmə iclaslarına gəlməkdən imtina etmişdir).
15. Gəldiyi nəticənin hüquqi əsaslandırması zamanı məhkəmə, Ailə Məcəlləsinin 32-ci, Mülki Məcəllənin 225-ci, 1133.1-ci, 1274-cü, 1321.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32 və 36-cı maddələri baxımından həmin Məcəllənin 37.3cü maddəsinin şərh edilməsinə dair” 23 iyul 2021-ci il tarixli Qərarına istinad etmişdir.
16. Həmin qətnamədən iddiaçı apellyasiya şikayəti verərək onun ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmaqla, məhkəmənin sübutlara düzgün qiymət vermədiyini, maddi hüquq normasını səhv tətbiq etdiyini, gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmadığını, nəticəsinin işin hallarına uyğun olmadığını irəli sürmüşdür.
Apelyasiya baxışı zamanı keçirilən məhkəmə iclasları, verilən izahatlar
17. Məhkəmə iclaslarında iştirak edən İddiaçı və onun nümayəndəsi (vəkili) Vəkil apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin olunmasını xahiş etmişlər.
18. Məhkəmə iclasında iştirak edən cavabdeh apellyasiya şikayətinin əsassız olduğunu bildirərək izahatında göstərmişdir ki, iddiaçı ilə 2019-cu ildən etibarən birlikdə yaşamamış, mənzili özü alaraq ödənişləri bilavasitə özü həyata keçirmiş, şəhid oğlunun yeganə vərəsəsi olduğu üçün şəhidə verilən pulu özü almışdır. İddiaçıya həmin puldan hər hansı hissə verilməməlidir, eyni zamanda iddiaçı ona məxsus mənzilə heç bir əşya alıb gətirməmişdir.
19. Apellyasiya baxışı zamanı, məhkəmə praktikasında şəhid ailələrinə verilən sığorta ödənişinin mahiyyəti və onun kimlərə ödənilməli olması ilə bağlı müxtəlif yanaşmaların olduğu müəyyən edilmiş, bu səbəblə “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Qanunun 2.1.5-ci maddəsinin Mülki Məcəllənin 1151.1-ci, 1152-ci, 1243-cü, 1255-ci və 1321-ci maddələri kontekstində şərh edilməsi üçün Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə müraciət olunması qərara alınaraq işin icraatı dayandırılmışdır.
20. Sözügedən müraciət üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarı xx.xx.2022-ci il tarixdə dərc olunmuşdur.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
21. Maddə 152.1. Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur.
22. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
23. Maddə 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir.
24. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.
25. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.
26. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.
27. Maddə 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər).
28. Maddə 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir.
29. Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.
30. Maddə 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir.
31. Maddə 1246. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir.
Azərbaycan Respublikasının Ailə Məcəlləsi
32. Maddə 32.1, 32.2. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Ər-arvadın ümumi birgə mülkiyyətinə onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s); ər arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzrlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir.
33. Maddə 34.1. Nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır).
34. Maddə 37.1-37.2. Ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Ayrı-ayrı hallarda məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və (və ya) ərin (arvadın) diqqətəlayiq mənafeyini, o cümlədən ər-arvaddan biri üzürsüz səbəbdən gəlir əldə etmədiyi və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyi hallarda nəzərə alıb onların birgə mülkiyyətinin bölünməsi zamanı payları bərabər bölməyə bilər.
35. Maddə 37.3. Ümumi əmlak bölünərkən ər-arvadın ümumi borcları onların payına uyğun olaraq müəyyən edilir.
36. Maddə 41.2-ci. Ər-arvadın ümumi öhdəlikləri üzrə, habelə ər-arvaddan birinin öhdəlikləri üzrə alınan vəsaitin ailə ehtiyacları üçün istifadə olunduğunu məhkəmə müəyyən etdikdə, həmin ərin (arvadın) öhdəlikləri üzrə ödəmə onların ümumi əmlakına yönəldilə bilər.
“Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Qanun
37. Maddə 2.1. Bu Qanunda istifadə edilən əsas anlayışlar aşağıdakı mənaları ifadə edir: 2.1.1. dövlət icbari şəxsi sığorta – sığortaolunanların həyat və sağlamlığının bu Qanunda nəzərdə tutulmuş qaydada icbari formada sığorta olunmasına yönəldilmiş münasibətlər sistemi; 2.1.3. sığortaolunan – barəsində sığorta fəaliyyəti həyata keçirilən Azərbaycan Respublikası Silahlı Qüvvələrində, dövlət təhlükəsizliyi, xarici kəşfiyyat orqanlarında, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərində, habelə hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) hərbi xidmətdə olan şəxslər və toplanışlarda olan hərbi vəzifəlilər; 2.1.5. sığorta ödənişi almaq hüququ olan şəxs – bu Qanunla müəyyən edilmiş qaydada sığorta ödənişini almaq hüququ olan sığortaolunan və ya onun vərəsəsi.
38. Maddə 4.1. Sığortaolunan on bir min manat məbləğində sığorta edilir.
39. Maddə 5. Aşağıdakılar sığorta hadisələri hesab edilir və onlara görə sığorta ödənişləri bu Qanunun 4.1-ci maddəsi ilə müəyyən edilmiş sığorta məbləğlərinin müvafiq faiz nisbətlərində verilir: a) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman həlak olduqda, öldükdə və ya xəbərsiz itkin düşdüyünə görə məhkəmə qərarı ilə ölmüş elan edildikdə — 100 faiz.
40. Maddə 7.1. Sığortaçı sığorta ödənişi almaq hüququ olan şəxsə sığorta ödənişini sığorta hadisəsi ilə bağlı məlumatın müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu, bu mümkün olmadıqda isə sığorta ödənişi almaq hüququ olan şəxs müraciətinin daxil olduğu gündən 10 iş günü müddətində verir. Sığorta ödənişinin verilməsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunur.
41. Maddə 7 (31 dekabr 2021-ci il tarixinə qədər qüvvədə olmuş redaksiyada). Sığorta ödənişlərinin alınması üçün sığorta olunan, yaxud onun vərəsələri dövlət sığorta orqanlarına və ya yaşadığı ərazi üzrə həmin orqanın bölmələrinə müəyyən olunmuş formada ərizəsi və şəxsiyyətini təsdiq edən sənədi ilə birlikdə aşağıdakı sənədləri təqdim edir: a) həlak olması (ölüm) halında; sığorta olunanın ölümü haqqında müvafiq icra hakimiyyəti orqanının notariat qaydasında təsdiq olunmuş şəhadətnaməsinin surəti; vərəsəlik hüququnu təsdiq edən sənəd; sığorta olunan xidmətdə (toplanışda) olduğu zaman xəsarət (yaralanma, travma, kontuziya) alması, xəstələnməsi nəticəsində xidmətdən (toplanışdan) buraxıldıqdan sonra üç il müddətində öldükdə yuxarıda göstərilən sənədlərdən əlavə, həkim komissiyasının həmin faktı təsdiq edən rəyi.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
42. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
43. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
44. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
45. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi.
46. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının həddi
47. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsi).
48. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi
49. Kollegiya ilk növbədə qeyd edir ki, iddianın əsasını irəli sürülən iddia tələblərinin əsaslandırıldığı hüquqi faktlar təşkil edir və məhkəmənin vəzifəsi iddiaçının bildirdiyi faktiki halların iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Başqa sözlə, mülki hüquqda hamılıqla qəbul edilmiş prinsiplərdən biri olan “iura novit curia” (“məhkəmə hüququ bilir”) prinsipinə əsasən hüququn tətbiqinə hakim bilavasitə cavabdehlik daşısa da, o, iddiaçının bildirdiyi (iddiasını əsaslandırdığı) faktlarla bağlıdır və qərarını iddianın faktiki tərkibi adlanan faktların məcmusuna istinadən qəbul edir.
50. Beləliklə, mülki mühakimə icraatında hüququn tətbiqi üçün ilkin başlanğıc nöqtə tələbin qanuni əsasının tapılmasından ibarətdir – iddia tələbinin düzgün qanuni əsasını tapmaq üçün isə 4 sual cavablandırılmalıdır: kim kimdən nəyi və nəyə əsasən tələb edir?.
51. Bu zaman həm də nəzərə alınmalıdır ki, mülki mühakimə icraatında hakimin işinə yarayan, yəni yekun qərarın çıxarılmasını asanlaşdıran bir qayda var – iddiaçının dediklərinə əsasən iddia təmin olunan deyilsə, qarşı tərəfin etirazları ilə bağlı araşdırma aparmadan mübahisəni bitirmək olar.
52. İddiaçının tələblərinin qanuni əsası kimi Mülki Məcəllənin 157.2-ci, 225.1-ci, 1091-ci, 1092-ci, Ailə Məcəlləsinin 32-ci, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Qanunun 2.1.5-ci maddələri nəzərdən keçirilə bilər; bununla yanaşı qeyd olunmalıdır ki, iddia tələbləri üzrə sübutetmə yükü bilavasitə onu irəli sürən şəxsin üzərinə düşür və məhz iddiaçı, iddiasını əsaslandırdığı faktiki halların mövcudluğunu sübuta yetirməlidir.
53. “R+N İnşaat” MTK-nın inşa etdiyi Bakı şəhəri, Xətai rayonu, S.Ə.Şirvani küçəsi ev 3 ünvanında yerləşən binanın A blokunun 11-ci mərtəbəsindəki 173 nömrəli mənzilə dair həmin MTK ilə Cavabdeh arasında tərəflərin nikahları pozulmamışdan əvvəl - 24 may 2020-ci il tarixdə - müqavilə bağlandığı və mənzilin dəyərinin bir hissəsinin nikah pozulanadək Cavabdeh tərəfindən ödənildiyi işin mübahisələndirilməyən halıdır (§ 2-3).
54. Bununla belə müəyyən olunmuşdur ki, tərəflər arasındakı nikahın pozulmasına dair məhkəmə icraatı 2020-ci ilin avqust ayında başlanmış, lakin bundan əvvəl də onların münasibətləri gərgin olmuşdur. İddiaçının özünün bildirdiklərindən aydın olur ki, yola getmədikləri üçün Cavabdeh bir neçə dəfə ondan polisə şikayət etmiş, ona həyat yoldaşı kimi hörmət göstərməmiş, 2019-cu ildən etibarən onlar faktiki olaraq birgə təsərrüfat aparmamışlar.
55. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin mövqeyinə görə, əmlakın ər-arvadın birgə mülkiyyəti sayılması üçün iki şərtin eyni zamanda mövcud olması vacibdir: əmlakın ər-arvadın nikah müddətində əldə olunması və ər-arvadın ümumi gəlirləri əsasında əldə olunması. İkinci şərt əmlakın nikah müddətində ər-arvad tərəfindən əvəzli əqdlər əsasında əldə edilməsini tələb edir (“Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair” 21 dekabr 2012-ci il tarixli və “Q.Məmmədova və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 15 iyul 2015-ci il tarixli Qərarlar).
56. “...Ər-arvadın bir-birinə qarşı ümumi öhdəliklər üzrə borcun bölünməsi tələbi ilə bağlı işlərə baxılarkən tərəflər çəkişmə prinsipinə uyğun olaraq tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidirlər. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz”. (Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2019-cu il 18 mart tarixli Qərarı).
57. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32 və 36-cı maddələri baxımından həmin Məcəllənin 37.3-cü maddəsinin şərh edilməsinə dair” 23 iyul 2021-ci il tarixli Qərarında isə Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, “...Ümumi əmlakın bölünməsi dedikdə ər-arvadın nikah dövründə birgə ailə təsərrüfatı nəticəsində əldə etdikləri bütün hüquq və öhdəliklərin məcmusunun bölünməsi nəzərdə tutulur”.
58. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə və müvafiq əsaslandırma ilə razılaşaraq hesab edir ki, iddiaçı, “mənzilə sərf olunmuş 65 000 manatın yarısının, yəni 32 500 (otuz iki min beş yüz) manatın cavabdehdən alınıb ona verilməsi” tələbini əsaslandırdığı faktiki halların mövcudluğunu sübuta yetirə bilməmişdir. İddiaçı, dəyərinin ½ hissəsini tələb etdiyi mənzilə dair nikah müddətində əqd bağlanmş olsa da, mənzil birgə ailə təsərrüfatı nəticəsində əldə edilməmişdir və onun nikah dövründə əldə edilmiş ümumi mülkiyyət kimi qəbul edilməsi ailə qanunvericiliyinin tələblərinə uyğun deyildir.
59. İddiaçının mənzilin alqı-satqı şərtləri, habelə mənzilə görə ilkin ödənişin məbləğindən məlumatsız olması, dəyəri 62 400 manat olan mənzil üçün 65 000 manat ödənildiyini irəli sürməsi də müvafiq qənaətə gəlməyə əsas verir.
60. Bununla yanaşı kollegiya qeyd edir ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı əsasında tərəflər arasında bağlanmış barışıq sazişinə görə, İddiaçı ünvan 4 ünvanına köçüb yaşamaq hüququ vardır və o, həmin hüququnun təmin olunmasını icra qaydasında tələb edə bilər.
61. Kollegiya, İddiaçı “dəyəri 219 (iki yüz on doqquz) manat olan 1 ədəd stolüstü sobanın, dəyəri 3379 (üç min üç yüz yetmiş doqquz) manat olan 1 ədəd soyuducunun (“BOSCH KGN56LB30U”) və 1 ədəd “Vestel W914TDS” markalı paltaryuyan əşyaların və ya onların dəyəri olan 3598 (üç min beş yüz doxsan səkkiz) manatın alınıb ona verilməsi” tələbi üzrə gəlinən nəticə ilə də razılaşır.
62. Belə ki, həmin iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 157.2-ci maddəsi təşkil edir; bu maddi hüquq normasına əsaslanan iddianın təmin edilməsi üçün isə, maddənin özündə sadalanmış üç dispozisiya şərtinin birgə mövcudluğu tələb olunur: 1) iddiaçı cavabdehdən qaytarılmasını tələb etdiyi əşyaların mülkiyyətçisi olduğunu sübut etməlidir; 2) iddiaçı tələb edilən anda əşyaların cavabdehin sahibliyində olduğunu sübut etməlidir və 3) cavabdehin əşyaya sahiblik hüququ qanunsuz olmalıdır.
63. Həmin iddia tələbləri ilə bağlı həmçinin nəzərə alınmalıdır ki, müvafiq iddianı sübut etmə yükü iddia edənin üzərinə düşür və məhz iddiaçı, qaytarılmasını tələb etdiyi əşyaların özünün mülkiyyətində olduğunu, iddia irəli sürülən anda isə cavabdehin qanunsuz sahibliyində saxlanıldığını sübut etməlidirlər (§ 22).
64. Sübutetmə yükünün bölüşdürülməsi qaydasına dair göstərilən yanaşma baxımından məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tələb etdiyi sözügedən əşyaların digər tərəfin qanunsuz sahibliyində saxlanıldığını sübuta yetirə bilməmişdir. Buna görə kollegiyanın qənaətinə görə, birinci instansiya məhkəməsinin həmin tələb üzrə gəldiyi nəticə də qanuni hesab olunmalıdır.
65. İddiaçının, “oğlunun şəhid olmasına görə Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən cavabdehə ödənilmiş 11 000 (on bir min) manat sığorta pulunun yarısının, yəni 5500 (beş min beş yüz) manatın cavabdehdən xeyrinə tutulması” tələbi üzrə gəlinən nəticəni isə kollegiya əsaslı hesab etmir.
66. Belə ki, sözügedən iddia tələbi üzrə “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 2.1.5-ci maddəsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.1, 1152, 1243, 1255 və 1321-ci maddələri baxımından şərh edilməsinə dair” Bakı Apellyasiya Məhkəməsinin müraciəti əsasında Konstitusiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında" Azərbaycan Respublikası Qanununun 2.1.5 və 4-1.3-cü maddələrində “vərəsə” müddəası sığortaolunanın (hərbi xidmətdə olan şəxslər və toplanışlarda olan hərbi vəzifəlilərin) ailə üzvlərini nəzərdə tutur və adıçəkilən Qanunda nəzərdə tutulan sığorta ödənişi sığortaolunanın miras əmlakına daxil olmadığından, həmin Qanunun 2022-ci il yanvarın 1-dək qüvvədə olmuş 7-ci maddəsinin 1-ci hissəsinin a) bəndinin “vərəsəlik hüququnu təsdiq edən sənəd” müddəasının sığortaolunanın (hərbi xidmətdə olan şəxslər və toplanışlarda olan hərbi vəzifəlilərin) ailə üzvlərinə münasibətdə tətbiq edilməsi istisna edilir.
67. Başqa sözlə iddiaçının, mərhum oğlunun vərəsəsi olduğuna dair vərəsəlik şəhadətnaməsi almaması, onu müvafiq pul vəsaitinə hüquq irəli sürməkdən məhrum etmir və buna görə də o, oğlunun ailə üzvü olaraq həmin vəsaitdən ona çatası hissəni cavabdehdən tələb etməkdə haqlı olmuşdur.
68. Bu kontekstdə kollegiyanın qənaətinə görə, cavabdeh hüquqi əsas olmadan iddiaçının hesabına əldə etdiyi əmlakı, yəni 5500 manat pul vəsaitini iddiaçıya qaytarmalıdır.
69. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-2606/2022 saylı iş üzrə 07 iyul 2022-ci il tarixli qətnaməsi İddiaçı “oğlunun şəhid olmasına görə Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən cavabdehə ödənilmiş 11 000 (on bir min) manat sığorta pulunun yarısının, yəni 5500 (beş min beş yüz) manatın cavabdehdən xeyrinə tutulması” tələbinin təmin edilməməsi ilə bağlı hissədə ləğv olunsun. Həmin iddia tələbi təmin edilsin. Cavabdeh 5500 (beş min beş yüz) manat alınaraq İddiaçı verilsin. Qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Sabit Bəhrəmzadə