Məhkəmə qərarları › İş №2(103)-3823/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3823/2021

10.03.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3823/2021 10.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri – Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Şirinov Ziya Allahverdi oğlu və X1 ibarət tərkibdə Məhkəmə iclas katibi Türkmənli Lamiyə Elman qızının katibliyi ilə, İddiaçı Alcanova (Cəfərova) Mətanət Molla qızının Cavabdeh qarşı «uşağın saxlanması üçün alimentin sabit pul məbləğində tutulması» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(007)-2219/2020 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiyanın mümkünlüyünü açıq məhkəmə iclasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Alcanova (Cəfərova) Mətanət Molla qızı Cavabdeh qarşı «uşağın saxlanması üçün alimentin sabit pul məbləğində tutulması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(007)- 2219/2020 saylı qətnaməsi ilə (hakim Fikrət Mirzəyev) iddia qismən təmin edilmişdir. Həmin qətnamədən narazı qalan Cavabdeh ondan apellyasiya şikayəti vermiş, şikayət Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının xx xxxxxxx 2020-ci il tarixli, 2(103)-7895/2020 saylı qərardadı ilə qeyri-mümkün (rüsum və s.) hesab edilmişdir. Bundan sonra, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(007)-2219/2020 saylı qərardadı ilə cavabdehin apellyasiya şikayəti qaytarılmışdır. Cavabdeh Nizami Rayon Məhkəməsinə buraxılmış prosessual müddətin bərpa edilməsinə dair ərizə ilə müraciət etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 2(007)- 2219/2020 saylı qərardadı ilə prosessual müddət üzrlü sayılaraq bərpa olunmuş və şikayət mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətini nəzərdən keçirib, iş materiallarını araşdıraraq hesab edir ki, cavabdehin apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilməli, mülki iş apellyasiya şikayətinin mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Belə ki, Nizami Rayon Məhkəməsi cavabdehin apellyasiya şikayətini geri qaytardıqdan sonra, həmin tərəf yalnız buraxılmış prosessual müddətin bərpa edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmiş, ərizəsinə yeni apellyasiya şikayətini əlavə etməmişdir. Halbuki, MPM-in 133-cü maddəsi müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkətlərin (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.) edilməli olmasını tənzimləyir. Əks halda, müddətin bərpasına dair ərizəyə mahiyyəti üzrə baxıla bilməz. Bu səbəbdən də, müddətin bərpasına dair ərizəyə qanunvericiliyin tələblərinə uyğun tərtib olunmuş yeni apellyasiya şikayəti əlavə olunmalı idi. Çünki, əvvəlki apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılmışdır (işdə əvvəlki, yəni qaytarılmış apellyasiya şikayətinin surətinin qalması vəziyyəti dəyişdirmir). Birinci instansiya məhkəməsi bu hala diqqət yetirməmiş, əsassız olaraq müddətin bərpasına dair ərizəyə mahiyyəti üzrə baxmışdır. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya qeyri-mümkün hesab edilməli, mülki iş şikayətin mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Şərh olunanlara əsasən və MPM-in 263-264, 357-358, 366 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı Alcanova (Cəfərova) Mətanət Molla qızının Cavabdeh qarşı «uşağın saxlanması üçün alimentin sabit pul məbləğində tutulması» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(007)-2219/2020 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyrimümkün hesab edilsin. Mülki iş apellyasiya şikayətinin mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması üçün Bakı şəhəri Nizami Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar