Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3848/2020 06.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəşad Məhəmməd oğlu Həsənovun sədrliyi və məruzəsi ilə, Məmməd Allahverdi oğlu Məmmədov və Şeyda Ədalət qızı Məhərrəmovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Elmir İlqar oğlu Murquzovun katibliyi, iddiaçının nümayəndəsi və vəkili X11, cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “birgə nikah dövründə yaranmış öhdəliyin bölünməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “birgə nikah dövründə yaranmış öhdəliyin bölünməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2019-cu il tarixdə məhkəməyə müraciət edərək, birgə nikah dövründə yaranmış borc öhdəliyinin bölünməsi tələbinə dair iddia tələbinin təmin edilməsini, Cavabdeh ümumi öhdəliklər üzrə yaranmış 54250 ABŞ dolları borcun yarısı - 27125 ABŞ dollarının Azərbaycan Respublikası Mərkəzi Bankının ödəniş gününə müəyyən etdiyi manat məzənnəsində uyğun alınıb İddiaçı verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Cavabdeh ilə xx.xx.2012-ci il tarixdə rəsmi nikaha daxil olmuş və nikahın bağlanması haqqında akt qeydləri kitabında 2818 nömrə ilə bu barədə qeyd edilmişdir. Həmin nikahdan xx.xx.2013-cü il təvəllüdlü X5 və xx.xx.2015- ci il təvəllüdlü X7 anadan olmuşdur. Aralarında olan nikah Bakı şəhər Xətai Rayon Məhkəməsinin 2(011)-590/2017 saylı xx xxx 2017-ci il tarixli qətnaməsi ilə pozulmuş, uşaqların İbrahimova (Məmmədova) Əsmər Ənvər qızının yanında qalması, uşaqların saxlanması üçün hər ay qazancının 1/3 hissəsi miqdarında və hər ay hər uşağa 63,52 manat sabit pul məbləğində aliment tutularaq X6 verilməsi qət edilmişdir. Birgə nikah dövründə olduqları müddətdə iddiaçının adına Xətai rayonu, Telnov küçəsi ev 17-də yerləşən 86 saylı mənzili xx xxxxxx 2014-cü il tarixdə alqı-satqı müqaviləsinə əsasən 93960 manata almışdır. Bakı şəhər Xətai Rayon Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli qətnaməsi ilə Xətai rayonu, Telnov küçəsi, ev 17, 86 saylı mənzilə və “Volkswagen Transporter” minik markalı **-ZL-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsinə İddiaçı və Cavabdeh 1/2 hissədə pay hüquqları tanınmışdır. Apellyasiya və Kassasıya instansiya məhkəmələrinin qərarları ilə qeyd olunan qətnamə dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh ilə birgə nikah dövründə, yəni (xx.xx.2012- ci il tarixdən xx.xx.2017-ci il tarixdək) 2014-cü ilin yanvar ayında ailənin ümumi ehtiyacları üçün, yəni mənzilin alınması(xx.xx.2014-cü ildə), aylıq əmək haqqı ortalama 435 manat olması, qızı Mehin İbrahimzadənin 5 aylıq olması ilə əlaqədar məsrəflərin çoxalması, keçmiş həyat yoldaşı Əsmər İbrahimovanın heç bir yerdə işləmədiyi üçün ailənin birgə təsərrüfatı və ehtiyacları üçün X1 iddiaçı atası Əhməd İbrahimovla birgə 125.000 ABŞ dolları məbləğində borca pul götürmüşdür. Həmin borc məbləğindən 16 500 ABŞ dolları ödənilmiş və qalan məbləği qalmışdır. Qanuni qüvvəyə minmiş Xətai Rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli qətnaməsi ilə 108.500 ABŞ dolları məbləğində pulun cavabdehlər X8 və İddiaçı X3 xeyrinə tutulması qət edilmiş və Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qətnaməsi ilə cavabdehlərin apellyasiya şikayəti təmin edilməmiş, Xətai Rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə Vaqif Abdullayev qarşısında iddiaçının birgə nikah dövründə əldə edilmiş 54.250 ABŞ dolları məbləğində öhdəliyi olmuşdur. 2013-cü ilin yanvar ayında polis orqanlarına işə qəbul olunmuşdur. Onun aylıq gəliri yalnız əldə etdiyi aylıq əmək haqqı olmuşdur. Çünki polis orqanında işləyə-işləyə başqa bir fəaliyyətlə məşğul olmaq onlara qadağan olunmuşdur. 2013-2014-cü illər ərzində onun illik əmək haqqı 5280 manat, aylıq ortalama isə 435 manat olmuşdur. Borcun götürülməsində Cavabdeh razılığı olmuşdur. Borcun götürülməsindən cəmi bir neçə gün sonra adına 93.960 manata Xətai rayonu Telnov küçəsi ev 17-də yerləşən 86 saylı mənzil alınmışdır. Həmin ərəfədə qızı Mehin İbrahimzadə 5 aylıq olmuş və keçmiş həyat yoldaşı Əsmər İbrahimova heç bir yerdə işləməməklə uşağa qulluq etmişdir. Maddi cəhətdən onların pula ehtiyacı olmuşdur. Bu səbəbdən mənzilin alınması, ailə məsrəflərin çoxalması ilə əlaqədar hər ikisinin razılığı əsasında birgə nikah dövründə pula ehtiyacları olduğundan borc öhdəliyi yaranmışdır. Bu o deməkdir ki, həmin vaxt ailə münasibətləri yaxşı səviyyədə olmuş, 2014-cü ilin yanvar ayının əvvəli borca pul götürülmüş və xx xxxxxx 2014-cü il tarixdə isə mənzil alınmışdır. Məhkəmə qətnamələri ilə birgə nikah dövründə əldə edilmiş mənzil və avtomobil bərabər paylar şəklində bölündüyündən, birgə nikah dövründə yaranmış öhdəlik də bölünməlidir. Ona görə də iddianın təmin olunmasını məhkəmədən xahiş edir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(004)- 577/2020 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir. İddiaçı apelyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə mənzilin əldə edilməsi və təmiri xərcləri ilə bağlı cavabdeh tərəfin söylədiklərinə əsaslanmaqla, söyləntiləri üstün qəbul etmişdir. Lakin cavabdehin söyləntilərinin, məhkəmədə tədqiq olunmuş sübutlardan üstün olduğunu şərh etməmiş, tərəflərin mübahisə ilə bağlı münasibətlərini nəzərə almadığından yanlış nəticəyə gəlmişdir. Məhkəmə iddianın rəddi ilə bağlı qənaətin əsaslarından biri kimi Xətai rayon məhkəməsinin xx xxxx 2017-ci il tarixli qətnaməsinin hazırkı iş üçün preyudisial əhəmiyyət kəsb etmədiyinə istinad etsə də, həmin qətnamənin bu iş üçün preyudisiallığı barədə tələb irəli sürülməmişdir. Həmin qətnamə əsasında irəli sürülən dəlil, adı çəkilən borcun onda müəyyən edildiyi barədədir. Göründüyü kimi maddi normaların tətbiqində yanlışlığla yol verilməklə yanaşı, məhkəmə işin nəticəsinə əsaslı təsir edən bir sıra prosessual normaların da pozulmasına yol verməklə qətnamə qəbul etmişdir. Bütün bunlarla yanaşı, qətnamənin sonuncu səhifəsinin 1-ci paraqrafında, məhkəmə mübahisə ilə bağlı gəldiyi qənaətinin nəticəsi olaraq, mübahisələndirilən borcun tərəflərin birgə nikah dövründə yarandığını müəyyən etmişdir. Lakin məhkəmə həmin 54.250 ABŞ dollar məbləğində pulun ailənin ümumi ehtiyaclarına sərf edildiyi barədə sübutun təqdim edilmədiyini göstərmiş və həmçinin bu məbləğin gündəlik xərclərinin ödənilməsi üçün götürüldüyünü inandırıcı hesab etməmişdir. Borcun mövcudluğu və onun tərəflərin birgə nikah dövründə yarandığı qənaətinə gəlməsində məhkəmə haqlı olsa da, borcun sərfi ilə bağlı mövqeyi iş üzrə dəlillərə ziddir. Borcun ailənin ehtiyacı olan mənzilin alınmasına və təmirinə sərf edildiyi iddia edilir və bununla bağlı işdə yetərincə dəlillər mövcuddur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili X15 apelyasiya şikayətininin dəlillərini müdafiə edərək, şikayətin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil2 apelyasiya şikayətinə etiraz edərək, şikayətin təmin olunmamasını xahiş etdi. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğu üçün təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(011)-1291/2017 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, cavabdehlər X2 və İddiaçı 108.500 ABŞ dolları ödəniş gününə qüvvədə olan məzənnədə Azərbaycan Respublikası manatı ilə və dövlət rüsumuna görə ödənilmiş 30 manat alınaraq iddiaçı X4 ödənilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(103)-6474/2017 saylı qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(011)-1291/2017 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. İddiaçı həmin borcun birgə nikah dövründə yarandığını əsas gətirərək Cavabdeh qarşı “birgə nikah dövründə yaranmış öhdəliyin bölünməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikah dövründə yaranmış öhdəliyinin bölünməsi tələbinə dair iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsi ilə razılaşır. Belə ki, “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxx 2019-cu il tarixli Qərarında irəli sürülmüş hüquqi mövqeyə əsasən mülki məhkəmə icraatında Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin “Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir” müddəası Konstitusiyanın 127-ci maddəsinin İİ, İV və Vİİ hissələrində, 129-cu maddəsinin İİİ hissəsində təsbit olunmuş ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi, faktlar əsasında və qanuna müvafiq keçirilməsi, məhkəmə qərarının qanuna və sübutlara əsaslanmasına dair ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri ilə əlaqəli şəkildə tətbiq olunmalıdır. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. X9 Məhkəməsi izah etmişdir ki, mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. ... Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əksinə bunu məhkəməyə qadağan edir. ... Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Hazırki iş üzrə iddiaçı iddia tələbinin əsaslı olması barədə heç bir sübut məhkəməyə təqdim etməmişdir. Məhkəmə kollegiyası iddiaçının apelyasiya şikayətinin dəlillərinə qanunvericiliyin və onun şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin yuxarıda qeyd edilən Qərarındakı hüquqi mövqeyi baxımından qiymət verərək hesab edir ki, iddiaçının apelyasiya şikayətində qeyd etdiyi dəlillər formal mülahizələrə əsaslanmaqla qətnamənin ləğv edilməsinə səbəb ola bilməz. Belə ki, iddiaçı öz iddiasında ondan və atası Ə.İbrahimovdan müştərək qaydada 108.500 ABŞ dolları məbləğində pulun tutulmasını müəyyən edən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(011)-1291/2017 saylı qətnaməsinə istinad edərək, həmin qətnamə ilə müəyyən edilmiş borc məbləğinin yarısının, yəni 54.250 ABŞ dolları hissəsinin ona aid olmasını, qeyd edilən borc məbləğinin cavabdehlə birgə nikah dövründə onların ümumi mənzilinin alınması məqsədi ilə götürüldüyünə istinad etməklə, həmin məbləğin ½ hissəsinin sonuncudan alınaraq ona verilməsini məhkəmədən xahiş etmişdir. Bununla bağlı məhkəmə kollegiyası izah edir ki, hazırkı iş üzrə Cavabdeh Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(011)-1291/2017 saylı qətnaməsi üzrə tərəf olmadığından, həmin qətnamə əsasında müəyyən edilmiş hallar Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinə əsasən hazırkı işə baxılarkən preyudisial əhəmiyyət daşımır. Başqa sözlə, hazırkı mübahisə çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, yalnız tərəflərin bu məhkəmə iclasında təqdim etdiyi sübutlar və faktlar əsasında tərəflərin təqdim etdikləri sübutlar əsasında həll edilməlidir. Lakin hazırkı məhkəmə mübahisəsinə birinci instansiya məhkəməsində baxılarkən iddiaçı qeyd edilən pul məbləğinin tərəflərin birgə nikahı zamanı onların ümumi ehtiyaclarına, o cümlədən mənzilin alınması üçün istifadə olunmasına dair hər hansı sübut təqdim edə bilməmişdir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan Məcəllənin 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3-ci maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(011)- 8196/2019 saylı qətnaməsi verilmiş apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rəşad Həsənov Hakimlər: Məmməd Məmmədov Şeyda Məhərrəmova
Məhkəmə qərarları › İş №2(103)-3848/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3848/2020
06.08.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver