Məhkəmə qərarları › İş №2(103)-3851/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3851/2025

20.06.2025 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3851/2025 20.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Hakimlər Səlimova Səadət Rəşid qızından və X1 ibarət tərkibdə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 08 may 2025-ci il tarixli qərardadından ərizəçi Namazova (Məmmədova) Şəhla Məmməd qızı tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Kreditor KB ASC cavabdeh Borclu qarşı “pul” tələbinə dair məhkəmə əmri verilməsi haqqında ərizə ilə məhkəməyə müraciət edərək cavabdeh Borclu iddiaçı Kreditor ASC xeyrinə xx.xx.2019-cu il tarixli müqavilə üzrə 3756 (üç min yeddi yüz əlli altı) manat əsas borc və dövlət rüsumu olaraq ödənilmiş 20 manat məbləğində vəsaitin tutulması barədə məhkəmə əmrinin verilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən xx.xx.2020-ci il tarixdə məhkəmə əmri verilmişdir. Daha sonra cavabdeh Namazova (Məmmədova) Şəhla Məmməd qızı Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3898/2020 saylı xx.xx.2020-ci il tarixli məhkəmə əmrini ləğv edib işin iddia icraatına keçirilməsinə dair qərardad qəbul olunmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(005)- 3898/2020 saylı qərardadı ilə cavabdeh Namazova (Məmmədova) Şəhla Məmməd qızının Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3898/2020 saylı, xx.xx.2020-ci il tarixli məhkəmə əmrinin ləğv edilərək iddia icraatına keçirilməsinə dair etirazı geri qaytarılmışdır. Həmin qərardaddan cavabdeh tərəfindən verilmiş şikayət Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(005)-3898/2020 saylı qərardadı ilə təmin edilməmiş və mülki işlə birlikdə Bakı Apellyasiası Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2(103)- 2061/2025 saylı qərardadı ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(005)-3898/2020 saylı qərardadının ləğv edilməsi və əmrə etiraza yenidən baxılması üçün iş materiallarının Bakı şəhəri Nərimanov Rayon məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3898/2020 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə, cavabdeh Məmmədova (Namazova) Şəhla Məmməd qızının Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3898/2020 saylı xx.xx.2020-ci il tarixli məhkəmə əmrinin ləğv edilərək iddia icraatına keçirilməsinə dair ərizəsi geri qaytarılmışdır. Namazova (Məmmədova) Şəhla Məmməd qızı sonuncu qərardaddan şikayət verərək, məhkəmə əmrinin ləğv edilərək iddia icraatına keçirilməsinə dair ərizənin təmin olunmasını xahiş etmişdir. Şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə əmrinin mövcudluğundan icra şöbəsinə dəvət edildikdən sonra məlumatı olmuşdur. Məhkəmə əmrinə etiraz edir, belə ki, onun Kreditor MMC-yə borcu yoxdur. Ona icra şöbəsində məhkəmə əmri təqdim edilməyib. O, heç bir iltizama imza edərək əmrin surətini əldə etməmişdir. İltizam imzalamayıb. İcra işində o, heç bir sübut, könüllü icra barədə bildiriş, icraata başlamaq haqqında qərarın təqdim edilməsi barədə sənəd yoxdur. Bundan başqa iş materiallarından görünür ki, Bakı şəhəri Nərimanov Rayon İcra və probasiya şöbəsi tərəfindən xx.xx.2020ci il tarixdə icraata başlanılmışdır. xx.xx.2020-ci il tarixdə icraata başlanılması borclu tərəfindən rəsmi qaydada əmrin alınmasını dəlalət edə bilməz. Məhkəmə qərardadının özündən belə görünür ki, mülki işin materiallarında qərarın tərəfindən alınmasına dair sənəd yoxdur. Göründüyü kimi, Nərimanov Rayon Məhkəməsi əsassız olaraq etirazı təmin etməmiş, bununla da maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası sədrlik edənin məruzəsini dinləyərək, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. Birinci instansiya məhkəməsi etirazı (ərizəni) geri qaytararkən qeyd etmişdir ki, icra işinin materialları ilə müəyyən edilmişdir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3898/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədi üzrə icra şöbəsində icraat başlanılmış, borcluya rəsmi bildiriş göndərilmiş, icra hərəkətləri həyata keçirilərək borclu Məmmədova (Namazova) Şəhla qızının mülkiyyətində olan avtonəqliyyat vasitələrinin üzərinə həbs qoyulmuşdur. Borclu özü icra şöbəsində iltizam təqdim edərək, icra sənədi üzrə borcunu qısa müddət ərzində ödəyəcəyini bildirmişdir. Beləliklə, cavabdehin məhkəmə əmrindən məlumatlı olmaması barədə bildirdikləri icra işinin materialları ilə təkzib edilir. Cavabdeh məhkəmə əmri barədə ən azı 20 iyun 2023-cü il tarixdən məlumatlı olmuş, əmrə etiraz barədə ərizəni isə 16 dekabr 2024-cü il tarixdə məhkəməyə təqdim etmişdir. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi ərizəni qanunvericilikdə nəzərdə tutulmuş müddət ötrürülməklə təqdim edilməsi, ötürülmüş müddətin üzrlü hesab edilərək bərpa edilməsi barədə ərizə verilmədiyi əsası ilə geri qaytarmaqda haqlı olmuşdur. Azərbaycan Respublikası MPM-ə əsasən borclu məhkəmə əmrini aldığı gündən 10 gün müddətində verilmiş tələbə və ya onun hissəsinə qarşı əmri vermiş məhkəməni yazılı xəbərdar etməklə etiraz edə bilər (maddə 282). Borclunun etirazı vaxtında verilmişdirsə, hakim əmrin ləğv edilməsi və işə iddia icraatı qaydasında baxılması barədə qərardad çıxarır. Həmin qərardaddan şikayət verilə bilməz (maddə 283). Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 398.0.1, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Şikayət təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 08 may 2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar