Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3863/2020 14.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Atamaliyev Fərid Seyfulla oğlunun katibliyi ilə, İddiaçı cavabdeh “xxxxxxxxxxx” QSC-nə və maraqlı şəxs “xxxxxxxxxxx” QSC-nin Cəlilabad filialına qarşı “kredit müqaviləsinin ləğv edilməsi” tələbinə dairmülki iş üzrə Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin 2(004)-71/2020 saylı, xx.xx.2020-ci il tarixliqətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı X1 cavabdehlər Cavabdeh2 X3 və maraqlı şəxs Cavabdeh2 X2 Cəlilabad filialına qarşı “kredit müqaviləsinin ləğv edilməsi tələbinə dair” iddia ərizəsi ilə Yasamal rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh2 X2 Cəlilabad filialı ilə onun arasında bağlanmış xx.xx.2011-ci il tarixli, 20L00000389 saylı kredit xətti müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsindən ötrü məhkəməyə müraciət etmişdir. Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin 2(004)-71/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdeh “xxxxxxxxxxx” QSC-nə və maraqlı şəxs “xxxxxxxxxxx” QSC-nin Cəlilabad filialına qarşı “kredit müqaviləsinin ləğv edilməsi” iddia tələbinin rədd edilməsi qət edilmişdir. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İşə baxılması vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflər məhkəmə iclasına gələmiş və səbəbləri barədə məlumat verilməmişdir. Apellyasiya instansiyası məhkəməsi, işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməlidir. Belə ki, AR Mülki Prosessual Məcəllənin 149.2.4-cü məddəsinə əsasən iddia ərizəsində müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat əlavə edilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, iddia ərizəsinə və iş materiallarına əsasən iddiaçı tərəfindən cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsi öz təsdiqini tapmır. AR Mülki Prosessual Məcəlləsinin 152.1.6-cı maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Birinci instansiya məhkəməsi işə mahiyyəti üzrə baxıb, qətnamə qəbul edərkən haqlı olmadığından, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməli və iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.1-ci maddəsinə əsasən məhkəməyə müraciət etmiş iddiaçı işin qabaqcadan məhkəmədən kənar (pretenziya) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə, məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 391-ci maddəsinə əsasən bu Məcəllənin 19 və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanılmaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, İddiaçı apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin 2(004)-71/2020 saylı, xx.xx.2020-ci il tarixliqətnaməsi ləğv edilməli, İddiaçı cavabdeh “xxxxxxxxxxx” QSC-nə və maraqlı şəxs “xxxxxxxxxxx” QSC-nin Cəlilabad filialına qarşı “kredit müqaviləsinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 259.0.1, 391, 398-400, 405.2-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə r a r a a l d ı: İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin 2(004)-71/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı cavabdeh “xxxxxxxxxxx” QSC-nə və maraqlı şəxs “xxxxxxxxxxx” QSC-nin Cəlilabad filialına qarşı “kredit müqaviləsinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan, şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-3863/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3863/2020
14.08.2020 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver