Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3870/2023 12.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı X19 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdehlər Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə və “Lənkəran Rayon Mərkəzi Xəstəxanası” X16rşı iş üzrə QƏTNAMƏ İş № 2(103)-3870/2023 (Açar sözlər: mənəvi ziyanın ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), X7 və X4 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Vəkil1 Ağaməmməd oğlunun, cavabdeh “Lənkəran Rayon Mərkəzi Xəstəxanası” X22 nümayəndəsi və vəkili Vəkil2, müstəqil tələb irəli sürməyən üçüncü şəxs X10 nümayəndəsi və vəkili Vəkil3 iştirakları ilə İddiaçı cavabdehlər Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə və “Lənkəran Rayon Mərkəzi Xəstəxanası” X23 (X19 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı mənəvi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-1411/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən İddiaçı, cavabdeh “Lənkəran Rayon Mərkəzi Xəstəxanası” PHŞ və 3-cü şəxs X19 tərəfindən verilmiş apellyasiya şikayətlərinə 12 iyul 2023-cü il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Lənkəran Rayon Mərkəzi Xəstəxanasının cərrah-ginekoloqu olan həkim X19 vəzifəli şəxs olmaqla işə laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini lazımi qaydada yerinə yetirməmiş və nəticədə fiziki şəxsin hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurmaqla ehtiyatsızlıqdan İddiaçı övladı X5 ölümünə səbəb olan səhlənkarlıq etmişdir.
2. Baş vermiş hadisə ilə əlaqədar Azərbaycan Respublikası CM-in 314.2-ci maddəsi ilə cinayət işinin ibtidai istintaqı aparılmış, iş üzrə Lənkəran Rayon Məhkəməsinin 27 avqust 2020-ci il tarixli hökmü çıxarılmış, hökmdən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, hökmə və qərara əsasən X19 Azərbaycan Respublikası CM-in 314.2-ci maddəsi ilə təqsirli bilinib 2 il müddətə müəyyən vəzifə tutma və müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə, yəni dövlət orqanlarında həkim peşəsi fəaliyyəti ilə məşğul olma hüququndan məhrum edilməklə 3 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməklə, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi göstərilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktı a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı X19 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdehlər Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə və “Lənkəran Rayon Mərkəzi Xəstəxanası” X16rşı “mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və Lənkəran rayon Mərkəzi xəstəxanasından müştərək qaydada onun xeyrinə 50.000 manat məbləğində mənəvi zərərə görə kompensasiyanın tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, X2 Rayon Mərkəzi Xəstəxanasının baş həkiminin xx.xx.2014-cü il tarixli, 16 nömrəli əmrinə əsasən Lənkəran Rayon Mərkəzi Xəstəxanasının cərrah-ginekoloqu olmuş, işə laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini lazımi qaydada yerinə yetirməmiş və səhlənkarlıq edərək ehtiyatsızlıqdan xx.xx.2020-ci il tarixdə, saat 09:15-də övladı X5 ölümünə səbəb olmuşdur. Belə ki, X19 Azərbaycan Respublikası Səhiyyə Nazirinin xx.xx.2012-ci il tarixli, 70 nömrəli əmri ilə təsdiq edilmiş “Həkim mama-ginekoloqun nümunəvi vəzifə təlimatı”nın 7-ci bəndinin tələblərini kobud surətdə pozaraq, yəni Lənkəran Rayon Mərkəzi X1 “Hamiləlik İİ. 38-39 həftə: baş gəlişi. FMA. uşaqlıqda çapıq” diaqnozu ilə daxil olmuş X8 təyin edilmiş diaqnoza uyğun olaraq, yəni uşaqlıqda çapıq olduğu üçün doğuşun operativ yolla başa çatdırılmasına qərar verib, qanın ümumi analizindən başqa hər hansı bir laborator və instrumental müayinələrin aparılmasını təmin etməyərək, hamiləliyin başa çatdırılmasında yalnız xx.xx.2020-cı il tarixdə digər klinikada (“Medical Hospital”) aparılmış transvaginal rəngli USM-ə əsaslanmaqla Gülnar Babayevanın üzərində “Kesar kəsiyi” cərrahiyyə əməliyyatı etmiş, əməliyyatdan sonra sonuncunun vəziyyəti ağırlaşmış və bu ağırlaşmada baş vermiş uşaqlıq qanaxmasının dayandırılması üçün o, tələb olunan təkrar operativ müdaxilə etməli olduğu halda işinə laqeyd münasibət göstərməklə öz xidməti vəzifəsini lazımi qaydada yerinə yetirməyərək səhiyyə müəssisələrinin fəaliyyətini tənzimləyən normativ-hüquqi aktların tələblərini pozaraq, baş vermiş qanaxmanın mənbəyini düzgün qiymətləndirməyərək, qeyri-peşəkarlıq nümayiş etdirməklə tələb olunan əməliyyatı gecikdirərək “Relaporatomiya. Uşaqlığın ekstrpasiyası” əməliyyatını effektsiz icra etməklə orqanizmin kompensator funksiyalarının pozulması nəticəsində uşaqlığın zədələnməsi ilə əlaqədar qanaxması baş vermiş, kəskin qanaxma ilə ehtiyatsızlıqdan X5 ölümünə səbəb olan səhlənkarlıq etmişdir. Qızının vəfatından sonra onun həmin vaxtı doğulan uşağına qızının adını qoymuş, qızından yadigar olaraq 2 uşaq qalmışdır. Qızının vəfatı zamanı dünyaya gələn uşağa o, digər uşağa isə qızının yoldaşı baxır. Hər dəfə ona baxanda, adını çəkəndə qızı gözlərinin önündə durur. Bir ana kimi onun nələr çəkdiyini hiss etmək çətin deyil. Son dönəmlər ana və uşaq ölümü ilə bağlı hadisələrin artması, həkim səhlənkarlığı cəmiyyətdə hiddətə səbəb olmuşdur. Cavabdeh orqanın məsul vəzifədə çalışan əməkdaşının qanunsuz və hüquqazidd cinayət xarakterli hərəkətləri və baş verən hadisə nəticəsində iddiaçıya mənəvi ziyan dəymiş və ona vurulmuş mənəvi ziyan ödənilməmişdir. Baş vermiş cinayət hadisəsi nəticəsində qızının faciəvi surətdə ölməsi ilə bağlı onun mənəvi sarsıntı keçirməsi mübahisəsizdir, bu hadisə nəticəsində və ondan sonrakı prosesslər zamanı yaşanan streslər, əzab və əziyyətlər ilə bağlı iddiaçının mənəvi ziyanın ödənilməsini tələb etmək hüququ vardır. Qanunverici isə bu halda mənəvi ziyanın pul məbləğində ifadə olunmasını mümkün sayır. Bu baxımdan mərhum qızının ölümü və ondan yadigar qalan uşağa baxmağı keçirdiyi stres, narahatlıq, məyusluq, mənəvi sarsıntı və s. kimi halları nəzərə alaraq, ona dəymiş 50.000 (əlli min) manat məbləğində mənəvi zərər cavabdehlərdən alınaraq ona ödənilməlidir. Göstərilənlərə əsasən, iddianın təmin edilməsini məhkəmədən xahiş edilmişdir.
5. Cavabdeh «Lənkəran Rayon Mərkəzi Xəstəxanası» X22 iddia ərizəsinə verdiyi etiraz onunla əsaslandırılmışdır ki, zərərçəkmiş şəxsin hüquqi varisi X11 cavabdehlər Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və “Lənkəran Rayon Mərkəzi Xəstəxanası” PHȘ-yə qarşı "mənəvi zərərin ödənilməsi" tələbinə dair iş üzrə Nəsimi Rayon Məhkəməsinin 2(006)-3677/2021 saylı qətnaməsi ilə iddia tələbi "Lənkəran Rayon Mərkəzi Xəstəxanası" PHŞ-yə münasibətdə qismən təmin edilərək, ondan X11 xeyrinə vurulmuş mənəvi zərərin əvəzi olaraq 40 000 (qırx min) manat məbləğində pul tutulmuş, iddia qalan hissədə rədd edilmişdir. Qeyd edilən məhkəmə qətnaməsi qanuni qüvvəyə minmiş və icarya yönəlmişdir. Hazırda isə zərərçəkmişin anası İddiaçı eyni iddia tələbi ilə eyni əsasla, eyni cavabdehlərə qarşı iddia qaldırmışdır. İddiaçı iddia tələbinin əsası X11 iddia tələbinin əsası ilə eynidir. Cavabdeh PHŞ-nin iddiaçıya qarşı heç bir hüquqazidd əməli olmamış, iddiaçının şəxsiyyətinə və ya əmlakına heç bir zərər vurmamışdır. Əməl ilə zərər arasında heç bir səbəbli əlaqə yoxdur. Hazırki mübahisə üzrə zərərçəkən şəxs artıq həyatda olmadığından onun istintaq və məhkəmə tərəfindən hüquqi varisi kimi atası X20 tanınmış, hüququndan istifadə edərək mənəvi zərərin ödənilməsi ilə bağlı məhkəmədə iddia qaldırmış və iddiası qismən də olsa təmin edilmişdir. Hal-hazırki mübahisə üzrə isə iddiaçının belə hüququ yoxdur. Yuxarıda qeyd edilənlərə əsasən, iddianın rədd edilməsi məhkəmədən xahiş edilmişdir.
6. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 03 aprel 2023-cü il tarixli, 2(006)- 1411/2023 nömrəli qətnaməsi ilə (hakim Günay Abidova) iddia qismən təmin edilmiş, cavabdeh “Lənkəran Rayon Mərkəzi Xəstəxanası” X17 mənəvi zərərin əvəzi olaraq 5.000 manat məbləğində pul, həmçinin 240 manat dövlət rüsumunun 24 manat hissəsinin İddiaçı xeyrinə ödənilməsi müəyyən edilmiş, qalan 216 manat hissəsi isə İddiaçı aid edilmiş, iddia qalan hissədə təmin edilməmişdir.
7. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 1096.1, 1097.1,1099, 1112-ci maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 82.4-cü maddəsinə, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli, «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 7 №-li 03 noyabr 2008-ci il tarixli, Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair 24 aprel 2020-ci il tarixli qərarlarına istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
8. Qətnamədən İddiaçı apeılyasiya şikayəti verərək, qətnamənin iddianın təmin edilməyən hissəsində ləğv edilməsini, iddianın tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. Apelyasiya şikayətində göstərilmişdir ki, məhkəmə mənəvi ziyan olaraq ona təyin etdiyi kompensasiyanın məbləğinin həcmini kifayət qədər əsaslandırmamışdır. Məhkəmə nəinki hadisə zamanı, hətta ondan sonrakı dövrlərdə bir ana kimi onun çəkdiyi stress, əzab əziyyətləri, qızının ölümündən sonra qulluğa ehtiyacı olan nəvəsini iztirabla böyütməsini, bundan sonra yenidən dünyaya uşaq gətirmək iqtidarında olmamasını nəzərə almamış, belə məsələlərə həssas yanaşmamış və 5000 manat məbləğ müəyyən etmişdir, hesab edir ki, məhkəmənin bu qənaəti çox ədalətsiz və işin hallarına uyğun deyildir.
10. Qətnamədən eyni zamanda cavabdeh “Lənkəran Rayon Mərkəzi Xəstəxanası” X27 tərəfindən apelyasiya şikayəti verilmiş, qətnamənin iddianın təmin edilən hissəsində ləğv edilməsini, iddianın tam rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. Cavabdeh apellyasiya şikayətində göstərmişdir ki, hazırki iş üzrə iddiaçının əri zərərçəkmiş şəxsin hüquqi varisi X20 bundan əvvəl cavabdehlər Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və “Lənkəran Rayon Mərkəzi Xəstəxanası” PHȘ-yə qarşı "mənəvi zərərin ödənilməsi" tələbinə dair qaldırdığı iddia Nəsimi Rayon Məhkəməsinin 2(006)-3677/2021 saylı qətnaməsi ilə qismən təmin edilmiş, 40.000 manat zərərin ödənilməsi müəyyəne dilmiş, qətnamə qanuni qüvvəyə minmiş və icraya yönəlmiş, qətnamə ilə müəyyən edilən məbləğ tam ödənilmişdir. Hər iki iddianın əsası və predmeti eynidir, bundan əvvəlki işdə X20 hadisə ilə bağlı başlanılmış cinayət işində zərərçəkmiş qismində tanınmış, onun belə bir iddia qaldırmaq hüququ olmuşdur, lakin hesab edirlər ki, hazırki işdə isə İddiaçı zərərin ödənilməsi tələbini irəli sürmək hüququ yoxdur. Bundan başqa faciəvi hadisə zamani delikt törətmiş şəxs məhz X13r, hadisəyə görə məsuliyyəti də elə həmin şəxs daşıyır. X19 işə qəbul edilən zaman Lənkəran Rayon Mərkəzi Xəstəxanası “TƏBİB”-in deyil, Səhiyyə Nazirliyinin tərkibində olmuşdur, Səhiyyə Nazirliyi tərəfindən həkimə verilmiş xx.xx.2021-ci ilədək qüvvədə olan sertifkasiya şəhadətnaməsindən görünür ki, onun mamalıqginekologiya ixtisası üzrə praktik fəaliyyətlə məşğul olmasına icazə verilmişdir. Xəstənin ölümü əməliyyatın təhlükəsiz aparılması üçün xəstəxananın şəraitinin olmaması ilə bağlı deyil, sırf həkimin işinə səhlənkar yanaşması ilə bağlı olmuşdur və bununla bağlı həkimin hərəkətinə hüquqi qiymət verilmişdir. 12.Qətnamədən müstəqil tələb irəli sürməyən Q.İsayev də apellyasiya şikayəti bildirmişdir ki, məhkəmə isə digər ailə üzvünün bundan əvvəl verdiyi iddiasının təmin olunduğunu, dəymiş zərərin artıq ödənildiyini nəzərə almamışdır, ona görə də qətnamənin ləğv edilməsini xahiş etmişdir. b) Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri
13. Apellyasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır. c) Proses iştirakçılarının izahatı
14. Apellyasiya baxışı zamanı iddiaçının nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətini müdafiə etdi və dəlillərinə uyğun izahat verərək onun təmin olunmasını, cavabdeh və 3-cü şəxsin apellyasiya şikayətinə etiraz edərək rədd edilməsini xahiş etmişdir.
15. Apellyasiya baxışı zamanı cavabdeh “Lənkəran Rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, iddiaçı və 3-cü şəxsin verdiyi apellyasiya şikayətinə etiraz edərək rədd edilməsini xahiş etmişdir.
16. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq digər cavabdeh AR Səhiyyə Naziriliyinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir və kollegiya işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi
17. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
18. Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
19. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
20. Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 21.Həmin Məcəllənin 1099-cu maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun.
22. Mülki Məcəllənin 1112-ci maddəsinin tələblərinə görə tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
27. MPM-in 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.
Apellyasiya baxışının hədləri
28. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
29. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
30. İddiaçı tərəfindən verilən apellyasiya şikayətində iddianın təmin edilməyən hissəsi, cavabdeh və 3-cü şəxs tərəfindən verilmiş apellyasiya şikayətlərində isə iddianın təmin olunan hissəsi, bir sözlə həmin təmin edilən, həm də təmin edilməyən hissə mübahisələndirildiyindən qətnamə tam yoxlanılır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
31. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, cavabdeh və 3-cü şəxsin apellyasiya şikayətləri təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mənəvi ziyanın təmin olunan hissəsində dəyişdirilməlidir.
34. Belə ki, işdə olan olan Lənkəran Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2014-cü il tarixli 16 №-li Əmrindən görünür ki, X19 xx.xx.2014-cü il tarixindən etibarən Mamusta kənd Xəstəxanasının həkim mama-ginekoloq vəzifəsindən X3 Mərkəzinin Doğum şöbəsinin həkim mama-ginekoloq vəzifəsinə keçirilmişdir.
35. Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olmaq hüququnu təsdiq edən AH seriyalı 019815 nömrəli sertifikasiya şəhadətnaməsindən görünür ki, X19 xx.xx.2016-cı il tarixdə həkimlərin sertifikasiyasından keçmiş və ona Azərbaycan Respublikasının ərazisində mamalıq-ginekologiya ixtisası üzrə praktik fəaliyyətlə məşğul olmaq üçün icazə verilmiş və şəhadətnamənin xx.xx.2021-ci il tarixədək etibarlı olması qeyd edilmişdir.
36. AZ-İV seriyalı 405090 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X14 xx.xx.2020-ci il tarixdə Lənkəran şəhərində anadan olmuş, atası qrafasında X6, anası qrafasında X15 göstərilmişdir.
37. AZ-İİ seriyalı 098967 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, iddiaçının övladı X15 xx.xx.2020-ci il tarixdə travmatik qanaxma səbəbindən ölmüş və bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2020-ci il tarixdə 328 nömrə ilə qeyd edilmişdir.
38. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 1(049)-180/2020 saylı hökmündən görünür ki, X19 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, ona bir il müddətə müəyyən vəzifə tutma və müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə, yəni dövlət orqanlarında həkim peşəsi fəaliyyəti ilə məşğul olma hüququndan məhrum edilməklə, 3 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir.
39. Mülki işin materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(006)-3677/2021-ci il tarixli qətnaməsindən görünür ki, “Lənkəran mərkəzi rayon xəstəxanası” X30dən X11 xeyrinə mənəvi zərərin əvəzi olaraq 40.000 manat məbləğində pul tutulmuş və xx.xx.2023-cü il tarixli “A” formatlı ödəniş tapşırığından isə aydın olur ki, Lənkəran Mərkəzi Rayon Xəstəxanası tərəfindən X11 hesabına 40.000 manat pul köçürülmüşdür.
40. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəql nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarateri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır.
41. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 7 №-li 03 noyabr 2008-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiya»nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər.
42. Həmçinin, Plenum yuxarıda adıçəkilən qərarda izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə qiymətləndirməsini aydınlaşdırmağa borcludur.
43. Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair 24 aprel 2020-ci il tarixli qərarına əsasən şəxsin yaxınlarının, o cümlədən ailə üzvlərinin ölməsi və ya sağlamlığına zərər vurulması halında mənəvi zərərə görə ödənilən təzminat şəxsin keçirdiyi sarsıntı və iztirabın müəyyən dərəcədə yumşaldılmasına, pozulan mənəvi tarazlığın bərpa edilməsinə yönəlmiş olur. Belə halda zərərçəkmiş şəxsi müəyyən miqdarda təzminat ilə təmin etməklə yaxınının itirilməsi nəticəsində keçirdiyi sarsıntı və iztirabın unutdurulması, yaşama sevincindəki azalma və mənəvi hüzursuzluğun aradan qaldırılması məqsədi ilə ona mənəvi cəhətdən dəstək olunmasına xidmət edilmiş olur. Mənəvi təzminatın həcmi (miqdarı, məbləği) müəyyən edilərkən iddia irəli sürən insanla ölən və ya sağlamlığına zərər vurulmuş şəxs arasındakı şəfqət və mənəvi bağlılığının möhkəmliyi, keçirilmiş iztirabın və sarsıntının dərəcəsi, onların birlikdə və ya ayrı yaşamaları, ər-arvad olduqları təqdirdə, həmçinin evlilik həyatının müddəti və s. amillər nəzərə alınmalıdır.
44. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, yuxarıda qeyd edilən preyudisial əhəmiyyət daşıyan hökmlə təsdiq olunmuşdur ki, həkim Qair İsayevin öz vəzifə öhdəliklərini düzgün icra etməməsi səbəbindən, ehtiyatsızlıq nəticəsində İddiaçı xx.xx.2020-ci il tarixdə övladı Gülnar Babayevanı itirmişdir, baş vermiş hadisə nəticəsində nəvələri anasız qalmış və bütün bu hallar onu dərin, sağalmaz kədərə sürükləmiş, mənəvi sarsıntıya gətirib çıxarmışdır. Bütün bunlar işin mübahisəsiz halıdır, ona görə də iddiaçı ona vurulmuş mənəvi zərərin ödənilməsini tələb etməkdə haqlıdır.
45. Göstərilənlərə əsasən kollegiya birinci instansiya məhkəməsi tərəfindən mənəvi zərərin miqdarını müəyyən edilməsinə münasibətdə qeyd edir ki, müəyyən olunmuş mənəvi zərərin miqdarı (5000 manat) iddiaçının keçirdiyi mənəvi sarsıntı, iztirabların ağırlığına və işin ümumi hallarına adekvat olmamışdır.
46. Ali Məhkəmənin Plenumunun yuxarıda qeyd olunan qərarında da, mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər, məhkəmələrin zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borclu olduqları tövsiyyə edilmiş, bununla həm də zərər məbləğinin müəyyənləşdirilməsinin meyarları təsbit edilmişdir.
47. Kollegiya qeyd edir ki, iddiaçı ölən şəxsin anasıdır, övladına bağlılığı, bir valideyn kimi övlad itkisinin, faciənin nəticələrinin ağırlığını (nəvəsinin mərhum anasının adını daşıması, böyüməkdə olan nəvələrinin hər cür ehtiyaclarını qarşılamaq) daşımaq onu dərin kədərə sürükləmiş və bu hallar ataya münasibətdə daha dözülməz, sarsıdıcı və iztirablıdır, sadəcə kollegiya zərərçəkmişin hüquqi varisi (atası) X11 2021-ci ildə mənəvi ziyanın ödənilməsinə dair iddiasının təmin olunmasını, valideynlərin hazırkı vaxtadək birgə nikahda olmalarını, həmin iş üzrə ödənilən 40.000 manat məbləğində pulun ailənin birgə ehtiyaclara sərf olunmasını (bu bir prezumpsiyadır), eləcə də hadisədən artıq bir neçə il keçdikdən sonra hazırki iddianın qaldırılmasını nəzərə alaraq hazırki iş üzrə mənəvi ziyanın həcminin 20.000 manat müəyyən edilməsini daha ədalətli və ağlabatan hesab edir.
48. Kollegiya cavabdeh Lənkəran Rayon Mərkəzi Xəstəxanası” X22 və 3-cü şəxs Q.İsayevin ayrılıqda verdikləri apellyasiya şikayətlərinə münasibətdə diqqətə çatdırır ki, iddiaçının cinayət işi üzrə zərərçəkənin hüquqi varisi kimi tanınmaması, eləcə də digər mülki işdə iddiaçının ərinə (R.Ağayevə) zərərin ödənilməsi, İddiaçı hazırki iddianı qaldırmaq hüququnu məhdudlaşdırmır.
49. Eyni zamanda kollegiya iddianın cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyindən mənəvi zərərin tutulmaması ilə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Belə ki, “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” X27n tabeliyindəki tibb müəssisələrinin Siyahısı”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 12 aprel tarixli 163 nömrəli Qərarına əsasən 2020-ci il yanvarın 1dən Lənkəran Rayon Mərkəzi Xəstəxanası Səhiyyə Nazirliyinin tabeliyindən çıxarılaraq TƏBİB-in tabeliyinə verilmişdir. Bu səbəbdən də Azərbaycan Respublikası Səhiyyə Nazirliyi iş üzrə cavabdeh qismində cəlb edilsə də, hazırki mübahisə ilə bağlı məsuliyyəti müəyyən edilmir və hər hansı öhdəliyin daşıyıcısı deyildir.
50. Beləliklə, qeyd olunanlar konteksində Kollegiya şikayətləri araşdıraraq belə nəticəyə gəlir ki, iddiaçının apelyasiya şikayəti qismən təmin edilməli, cavabdehin və 3-cü şəxsin apellyasiya şikayəti isə təmin olunmamalı, Nəsimi Rayon Məhkəməsinin 2(006)- 24/2023 saylı iş üzrə 25 aprel 2023-cü il tarixli qətnaməsi qismən - mənəvi zərərə görə pulun ödənilməsi hissəsində dəyişdirilməlidir.
51. Məhkəmə kollegiyası qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).
52. Məhkəmə kollegiyası onu da vurğulamağı zəruri hesab edir ki, Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
53. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür.
54. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
55. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Cavabdeh “Lənkəran Rayon Mərkəzi Xəstəxanası” X30 və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X10 apellyasiya şikayətləri təmin edilməsin. Nəsimi Rayon Məhkəməsinin e-2(006)-1411/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi cavabdehdən mənəvi ziyanın tutulması hissəsində dəyişdirilsin. Cavabdeh “Lənkəran Rayon Mərkəzi Xəstəxanası” X17 ödənilməli olan iddiaçıya vurulmuş mənəvi zərərin məbləği 20.000 (iyirmi min) manat müəyyən edilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. İddiaçının apellyasiya şikayəti ilə bağlı ödədiyi 120 (yüz iyirimi) manat dövlət rüsumunun 45 (qırx beş) manat hissəsi cavabdeh “Lənkəran Rayon Mərkəzi Xəstəxanası” X17 alınaraq İddiaçı ödənilsin, qalan hissəsi isə iddiaçının özünə aid edilsin. Cavabdeh “Lənkəran Rayon Mərkəzi Xəstəxanası” X27 və müstəqil tələb irəli sürməyən üçüncü şəxsin apellyasiya şikayətləri ilə bağlı ödədikləri dövlət rüsumları onların özlərinə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Günay Axundova