Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3872/2024 12.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Məmməd Allahverdi oğlu Məmmədov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-866/2023 nömrəli, xx.xx.2024cü il tarixli qərardadından cavabdeh “Buta Clinic" MMC tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Buta Clinic"dən və həkim Cavabdeh2 “Baku Clinic”in hesabına köçürəcəyi 4500 manat pulun ödənişini təmin edilməsini və vurulmuş mənəvi ziyana görə iddiaçının xeyrinə 10000 manat məbləğində pulun müştərək qaydada tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(005)- 866/2023 saylı qətnaməsinə əsasən iddia qismən təmin edilmiş, Cavabdeh1 MMC-dən maddi zərərə görə 4500 manat və mənəvi zərərə görə 500 manat məbləğində pulun İddiaçı xeyrinə tutulması, iddia qalan hissədə təmin edilməməsi qət edilmişdir. "xxxx" MMC-nin nümayəndəsi və vəkili Vəkil həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-866/2023 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(005)-866/2023 saylı qətnaməsindən "xxxx" MMC-nin nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apelyasiya şikayəti geri qaytarılmışdır. Həmin qərardaddan cavabdeh “Buta Clinic" MMC-nin nümayəndəsi Nümayəndə şikayət verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, mülki iş üzrə iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nəzdində fəaliyyət göstərən klinikanın adı “Buta Clinic"dir. İddia tələbinin yönəldiyi və cavabdeh kimi göstərilən “Buta Clinic" hüquqi şəxs olan klinika kimi mövcud deyil. Belə ki, “Buta Clinic" yalnız klinikanın şərti adıdır və “Buta Clinic" MMC kimi tibb xidmətlərinin göstərilməsi icazəsinə malik deyil. Klinikanın maddi texniki bazası və bank hesabları "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə aiddir. Klinikanın öhdəlikləri üçün məhz "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti məsuliyyət daşıyır. Bu səbəbdən məhkəmə qətnaməsi ilə maraqlarına toxunan və birmənalı olaraq klinikanın aid olduğu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti məhkəmə qətnaməsindən apellyasiya şikayəti vermişdir. “Buta Clinic" MMC başqa bir hüquqi şəxsdir və fəaliyyət istiqaməti tamam fərqlidir. Ən əsası klinika "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə aiddir və "xxxx" MMC-nin lisenziyası əsasında fəaliyyət göstərir. Belə ki, "xxxx" MMC 06 may 2016-cı il tarixli lisenziya əsasında özəl tibb fəaliyyət göstərir. “Buta Clinic" MMC isə tibbi fəaliyyət göstərmir və bu sahə üzrə lisenziyası yoxdur. Bakı şəhəri Nərimanov rayonu, Yəhya Bakuvi ünvanında ambulator və tibi xidməti göstərməsi barədə müvafiq sənədlər mövcuddur. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-866/2023 nömrəli, xx.xx.2024cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, şikayət mülki işlə birlikdə baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-866/2023 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. 357.2-ci maddəsinə əsasən həmin hüquqa, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər də malikdir. Prokuror bu Məcəllənin 50-ci və 306-cı maddələrində göstərilən hallarda məhkəmə baxışında iddiaçı və ya ərizəçi olarsa, məhkəmə aktlarından protest verə bilər. 363.1.1-ci maddəsinə əsasən apellyasiya şikayəti imzalanmamışdırsa və ya onu imzalamağa hüququ olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışdırsa, habelə apellyasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə birinci instansiya məhkəməsi tərəfindən qaytarılır; İş materialları müəyyən edilir ki, apellyasiya şikayəti verən şəxs iş üzrə tərəf və ya üçüncü şəxs deyil, maraqlı şəxs olmasına, iş üzrə qəbul olunmuş qətnamənin onun hüquqlarına toxunmasına dar əsaslandırılmış ərizə verməmişdir. Apellyasiya şikayətində şikayətçi Cavabdeh1 MMC-in mövcud olmadığını, yalnız "xxxx" MMC-nin tərkibində Cavabdeh1in mövcud olduğunu qeyd etmişdir. Lakin bu halı təsdiq edən heç bir sənəd apellyasiya şikayətinə əlavə edilmişdir. Belə olan halda birinci instansiya məhkəməsi apellyasiya şikayətini geri qaytarmaqda haqlı olmuşdur. Şikayətin dəlilinə gəldikdə isə kollegiya qeyd edir ki, şikayətə əlavə edilən sənədlər "xxxx" MMC-nin nizamnaməsi və ona verilmiş lisenziyadır. Bu sənədlər isə şikayətdə qeyd edilənləri, yəni Cavabdeh1in "xxxx" MMC-nin tərkibində fəaliyyət göstərməsini və klinikanın fəaliyyətinə görə "xxxx" MMC-nin cavabdehlik daşımasını sübut etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək, qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək, qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək, qərardaddan verilmiş şikayətdən imtina olunduqda, apellyasiya icraatına xitam vermək hüququ vardır. Belə olan halda kollegiya hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-866/2023 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 398, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh “Buta Clinic" MMC -nin şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-866/2023 nömrəli, xx.xx.2024cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-3872/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3872/2024
12.06.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver