Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3878/2025 06.08.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Məmməd Allahverdi oğlu Məmmədov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Fuad Vahid oğlu Qəşəmzadənin katibliyi, İddiaçı nümayəndəsi X2, Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə1 iştirakı ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-1553/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsindən Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi və dəqiqləşmə ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 21.000 (iyirmi bir min) manat pulun onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh bir neçə ildir ki, tanıyır. Bu müddət ərzində aralarında dostluq-yoldaşlıq münasibətləri formalaşmış və bir-birinin etibarını qazanmışlar. Hazırki iddianın mahiyyəti ondan ibarətdir ki, cavabdeh ondan ümumilikdə 21.000 (iyirmi bir min) manat (o cümlədən, ayrıayrı vaxtlarda 10.000 (on min) və 11.000 (on bir min) manat) pulu onu işə düzəltmək adı ilə digər hissəsini isə özünə ev əşyaları alacağını və qısa müddətdə pulu qaytaracağını söyləyərək almış, lakin aradan uzun müddət keçməsinə baxmayaraq, dəfələrlə xəbərdarlıqlar etməsinin qarşılığında ondan hüquq mühafizə orqanlarına da şikayət etmişdir. Şikayətini də onunla əsaslandırmışdır ki, guya ona hədə qorxu gəlib, pulu tələb etmişdir. Halbuki, onun şikayəti tamamilə əsassız və qanunsuz olmuşdur. Bununla bağlı Yasamal rayon Polis İdarəsinin 29-cu polis bölməsində izahatda vermişdir. Hazırkı iddiasının əsaslılığı ilə bağlı kifayət qədər sübutları mövcuddur. Qətnamədən Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə1 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Hazırda Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1553/2025 nömrəli, 17 iyul 2025-ci il tarixli məktubu ilə mülki iş üzrə Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə1 tərəfindən verilmiş məhkəmə iclas protokolları audio və video yazıları ilə tanış olma barədə ərizəsinə baxılması üçün mülki işin Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilməsi xahiş olunmuşdur. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə1 mülki işin apellyasiya baxışından çıxarılaraq ərizəyə baxılması üçün Bakı şəhəri Binəqədi rayon Məhkəməsinə göndərilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı X3 nümayəndəsi X4 mülki işin apellyasiya baxışından çıxarılması məsələsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə kollegiyası Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə1 tərəfindən verilmiş məhkəmə iclas protokolları audio və video yazıları ilə tanış olma barədə ərizəsinə baxılması üçün mülki işin sorğu edilməsi barədə məktubu nəzərə alaraq hesab edir ki, mülki iş apellyasiya baxışından çıxarılmaqla Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3878/2025 nömrəli, 19 iyun 2025-ci il tarixli apellyasiya şikayətinin mümkünlüyünə dair qərardadı ləğv edilsin. Mülki iş apellyasiya baxışından çıxarılmaqla Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-3878/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3878/2025
06.08.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver