Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(103)-388/2025 01.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri – Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), X3 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Cəfərli Pəri Ilham qızının katibliyi, Iddiaçı İddiaçı və onun nümayəndəsi (vəkili) vəkil1, Cavabdehin nümayəndəsi (vəkili) vəkil2 iştirakları ilə, Iddiaçı İddiaçı cavabdeh “xxxx” Şirkətinə qarşı “əmək haqqının və dəymiş ziyanın ödənilməsi” tələbinə dair mülk iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-*(***)-**/**** nömrəli, ##.##.2024-cü il tarixli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDI: Iddiaçı İddiaçı (bundan sonra, iddiaçı) cavabdeh “xxxx” Şirkətinə (bundan sonra, cavabdeh) qarşı “əmək haqqının və dəymiş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, karantində olduğu müddət üçün ödənilməmiş 17000 manat, istirahət günü işə cəlb edildiyi üçün 20953 manat, həmçinin əmək haqqından heç bir qanuni əsas olmadan çıxılmış 27575,30 manat, cəmi 65528,30 manat maddi ziyanın, həmçinin 15000 manat mənəvi ziyanın, ümumilikdə 80528,30 manat pul vəsaitinin və iddianın qaldırılması ilə bağlı mediasiya təşkilatına ödənilmiş 50 manat rüsumun, dövlət büdcəsinə ödənilmiş 332 manat dövlət rüsumunun, hüquqi yardım göstərilməsi ilə bağlı vəkilə ödənilmiş 500 manat müqavilə məbləğinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Iddiaçı tələbini onunla əsaslandırılmışdır ki, o, “xxxx” Şirkətində ##.##.2011-ci il tarixdən əmək müqaviləsinə əsasən əvvəlcə matros, daha sonra Rın 2-ci köməkçisi, 2012-ci ildən hal-hazıradək R baş köməkçisi vəzifəsinə çalışır. O, “xxxx” Şirkətində işlədiyi müddətədə əmək hüquqları pozulmuş, həmçinin şirkət tərəfindən ona əmək haqları tam ödənilməmişdir. Belə ki, qanunun tələbinə uyğun olaraq onun aylıq əmək haqqısı dəniz əmsalı, gecə pulu və sair ödənişlər də nəzərə alınmaqla 7395 manat təşkil edir. Yəni, işçinin işdə olduğu günlük əmək haqqı və istirahətdə olduğu günlük əmək haqqı fərqli olmaqla iş günlərinə görə günlük 399 manat, istirahət günlərinə görə günlük 94 manat müəyyən edilir. Pandemiya dövründə karantin qaydalarına müvafiq olaraq istirahətdə olan, yəni gəmidən çıxmış işçinin yenidən gəmiyə qayıda bilməsi üçün onları müxtəlif müddətlərə karantində saxlamış və bundan sonra işə buraxmışlar. Beləliklə, onun yenidən işə çıxa bilməsi üçün onun karantinə salınması müddəti istirahət hüququ pozulmaqla iş günlərinin sayında deyil, istirahət günlərinin müddətində həyata keçirilmiş, buna baxmayaraq həmin günlərə görə əmək haqqı ödənilərkən istirahət gününün əmək haqqı kimi hesablanmışdır. Halbuki, işçinin əvvəla istirahət hüququ pozulmuş, yəni o saxlanıldığı oteldə istirahətdə deyil, işəgötürənin tələbi ilə dörd divar arasında karantində olmuş, həmçinin onun işə çıxa bilməməsi özündən asılı olmayan səbəblərdən olmuşdur. Yəni, karantin qaydalarına əməl edilməsi işəgötürənin tələbi ilə həyata keçirilmiş, bu səbəbdən işçi nə istirahətdə olmamış, nə də işdə olmamasına baxmayaraq, ona əmək haqqı istirahət günləri kimi ödənilmişdir. Onun istirahət günlərində karantində olması və ona həmin günlərə görə əmək haqqının istirahət tariflərinə uyğun hesablanması, karantində saxlandığı otellərin məktubları, Şirkətin əmək haqqı cədvəli (iş və istirahət günləri göstərilməklə), habelə bank çıxarışı ilə təsdiq olunur. “SAPPHIRE Marine Hotel”in arayışından göründüyü kimi İddiaçı ##.##.2020-##.##.2020, 29.10.21-10.11.21, 27.01.22-05.02.22-ci il tarixlərdə həmin hoteldə Covid19 əlaqədar karantində olmuş, bütün ödənişlər Şirkən tərəfindən həyata keçirilmişdir. “X1 Hotel”inin arayışından göründüyü kimi, İddiaçı ##.##.2020 -##.##.2021-ci il tarixlərdə həmin hoteldə Covid-19 əlaqədar karantində olmuş, bütün ödənişlər Şirkən tərəfindən həyata keçirilmişdir. Həmçinin “SAPPHIRE Bayıl Hotel”in arayışından göründüyü kimi, İddiaçı ##.##.2021-30-05.2021-ci il tarixlərdə həmin hoteldə Covid-19 əlaqədar karantində olmuş, bütün ödənişlər Şirkət tərəfindən həyata keçirilmişdir. Qeyd etdiyi kimi, o, istrahətdə olmamış, karantin müddətində də özündən asılı olmayan səbəblərdən işəgötürənin daxili qaydalarına görə karantində saxlanmaqla boşdayanmada olmuşdur. Ona görə də hesab edir ki, ona yuxarıda qeyd olunan müddətlərdə karantində olduğu günlərin əmək haqları qanunun tələbinə uyğun boşdayanma günləri kimi hesablanmaqla verilməlidir. Beləliklə, o, ümumilikdə 75 gün karantində olmuş, həmin müddətində 7 günü bayram günlərinə təsadüf etmiş, Qanunun tələbinə uyğun olaraq bu halda həmin günlər işçinin özündən asılı olmayan səbəblərdən işləməmiş boşdayanma olduğundan əmək haqqı 2/3 hesablanmaqla, 24000 manat həddində ödənilməli olmasına baxmayaraq Şirkət tərəfdən ona cəmi 7000 manat ödənilmiş, yəni istirahət gününün əmək haqqı əmsalları əsas götürülmüşdür. Ona görə də qeyd olunan karantində olma müddətinə görə ona ödənilməmiş qalan 17000 manat ödənilməlidir. Bundan başqa, o, əmək müqaviləsinə əsasən 42 gün işdə, yəni gəmidə, növbəti 42 gün istirahətdə, yəni evdə və yenidən 42 gün işdə olur. Lakin, o, 28 apreldən ## ######## 2022-ci il tarixlərdə istirahət verilmədən işləmişdir. Belə ki, 28 apreldən ## #### 2022-ci il tarixlərdə 42 gün öz iş vaxtını işləmiş, növbəti 42 günü istirahətə getmək əvəzinə işdə olmayan Rın baş köməkçisini əvəz etməklə ## #### 2022-ci il tarixdən ## #### 2022-ci tarixədək işdə olmaqla istirahət hüququ pozulmuş, istirahət vaxtı işdə olmayan işçinin əvəz etməklə işə cəlb edilməsinə baxmayaraq, bununla bağlı əmək haqqı hesablanarkən yenə də qanunvericiliyin tələbləri pozulmuşdur. Onun istirahət vaxtı işlədilməsi həmin aylara görə ödənilmiş əmək haqları cədvəli ilə tam təsdiq olunur. Belə ki, həmin cədvəldən göründüyü kimi o, may ayının tam əmək haqqını ## #### 2022-ci il tarixdə 10015 manat, iyun ayının tam əmək haqqını ## #### 2022-ci il tarixdə 10911 manat, iyul ayının tam əmək haqqını ## ###### 2022-ci il tarixdə 9397 manat almış, avqust ayını əmək haqqını ## ######## 2022-ci il tarixdə tam olaraq 10700 manat almış, beləliklə onun ardıcıl olaraq hər ay işləməsi ona ödənilən əmək haqqlarının siyahısı və məbləği ilə təsdiq olunur. Bundan başqa, onun istirahət vaxtında işdə olmayan işçini əvəz etməklə işə cəlb edilməsi gəmi jurnalı ilə də təsdiq olnur. Belə ki, həmin jurnalda o, növbə vaxtını təhvil təslim verməsini və gündəlik gəmidə yerinə yetirilən əməliyyatları qeyd edərək həmin qeydi ad, soyad və vəzifəsini qeyd etməklə öz imzası və təsdiq etmişdir. Bundan başqa, onun qeyd olunan müddətdə gəmidə olması həmin vaxt (15-## #### 2022-ci il) gəminin göyərtəsində çəkdirdiyi fotoşəkillərlə də təsdiq olunur. Beləliklə, onun istirahətə getmək əvəzinə işdə olmayan Rın baş köməkçisini əvəz etməklə ## #### 2022-ci il tarixdən ## #### 2022-ci tarixədək işdə olmasına baxmayaraq ona əmək haqqı Qanunun tələbinə uyğun olaraq ikiqat ödəmək əvəzinə 42 günün əvəzinə ümumilikdə 12563 manat ödənmişdir. Bu hal da özü-özlüyündə onun yuxarıda qeyd edildiyi kimi ## #### 2022-ci il tarixdən ## #### 2022-ci tarixlərdə istirahətdə deyil, məhz işdə olmasını təsdiq edir. Əks halda ona əmək haqqı istirahət gününü əmək haqqı kimi günü 94 manat olmaqla, 42 gün üçün 3977 manat hesablanmalı olardı. Beləliklə, ona istirahət günlərində işə cəlb edilməsinə görə 42 gün üçün 33516 manat ödənilməli olmasına baxmayaraq, həmin günlərin əvəzinə ona 12563 manat ödənildiyindən, ödənilməmiş qalan 20953 manat da işəgötürən tərəfindən ödənilməlidir. Bundan başqa, ona hesablanmış əmək haqlarından müxtəlif vaxtlarda heç bir qanuni əsas olmadan müəyyən məbləğlər çıxılmışdır. Belə ki, 2019-cü ilin may ayı üçün hesablanmış 6846 manat əmək haqqından 1690 manat, 2019-cu il iyun ayı üçün hesablanmış 3997,18 manat əmək haqqından 1430 manat, 2019-cu il iyul ayı üçün hesablanmış 5131,47 manat əmək haqqından 1691 manat, 2019-cu il avqust ayı 5114 manat əmək haqqından 1890,50 manat, 2019-cu il sentyabr ayı üçün 8035,5 manat əmək haqqından 895,50 manat, 2021-ci il mart ayı üçün 17171 manat əmək haqqından 1449 manat, 2021-ci il aprel ayı üçün hesablanmış 3350 manat əmək haqqından 577,20 manat, 2021-ci il iyun ayı üçün 12384 manat əmək haqqından 3463,20 manat, 2021-ci il iyul ayı üçün 5903,50 əmək haqqından 3030,30 manat, 2021-ci ilin avqust ayı üçün 5608,50 manat əmək haqqından 2741,70 manat, 2021-ci ilin sentyabr ayı üçün 9941,50 manat əmək haqqından 6926,40 manat, 2022-ci ilin iyul ayı üçün 16081 manat əmək haqqından 2686 manat, ümumilikdə 27575,30 manat əmək haqqımdan heç bir qanuni əsas olmadan çıxmışlar. Beləliklə, ona ödənilməmiş karatində olduğu müddət üçün 17000 manat, istirahət günü işə cəlb edildiyi üçün 20953 manat, həmçinin əmək haqqından heç bir qanuni əsas olmadan çıxılmış 27575,30 manat, ümumilikdə 65528,30 manat maddi ziyan cavabdeh tərəfindən ödənilməlidir. Həmçinin, cavabdehin əmək haqqını düzgün hesablayıb ödəməməsi və hesablanmış əmək haqlarımdan əsassız tutmalar etməsi ona mənəvi ziyan vurulması ilə də nəticələnmişdir. O, aylıq əmək haqqına uyğun olaraq bankdan və digər kredit təşkilatlarından şəxsi ehtiyacları ilə bağlı kreditlər götürmüş, cavabdehin yuxarıda qeyd etdiyi kimi əmək haqqını düzgün ödəməməsinə görə həmin təşkilatlara kredit borcları yaranmış, həmin təşkilatlar tərəfindən dəfələrlə zənglər edilməklə nahatlıq verilmiş, hətta onunla kobud rəftar da etmişlər. Bu səbəbdən də o, məcbur olub dost tanışlardan borc alıb borcunu qismən ödəsə də, bu günədək də borcunu tam ödəyə bilməmişdir. Qeyd etdiyi bu hallar onun mənəvi izdirab çəkməsi ilə nəticələnmiş, ona görə də ona vurulmuş mənəvi ziyanın 15000 manat qiymətləndirilib həmin məbləğ də cavabdehdən tutularaq ona ödənilməsini xahiş edir. Həmçinin iddianın qaldırılması ilə bağlı mediasiya təşkilatına ödənilmiş 50 manat rüsum, dövlət büdcəsinə ödənilmiş 332 manat dövlət rüsumu, həmçinin hüquqi yardım göstərilməsi ilə bağlı vəkilə ödənilmiş 500 manat müqavilə məbləği də cavabdehdən tutularaq ona ödənilməlidir. O, hüquqlarının pozulması ilə bağlı işəgötürənə, həmçinin X5 Xidmətinin Bakı şəhər idarəsinə ##.##.2022-ci il tarixdə müraciət etmiş, onun müraciəti ilə bağlı verilmiş ##.##.2022-ci il tarixli *********** saylı məktubda işəgötürənin müraciətdə qeyd olunan halları qəbul etməməsini, bununla belə ilin sonunda iş norması vaxtından artıq saatlarda işləməsi halının mövcudluğu müəyyən olunarsa həmin saatlara görə ikiqat əmək haqqının ödəniləcəyi bildirmələri göstərilərək, bununla belə müəssisə rəhbərliyi tərəfindən müvafiq sənədlər təqdim edilmədiyindən müraciətinin araşdırılmasının mümkün olmaması qeyd edilmişdir. Beləliklə, onun hüquqlarının pozulması ilə bağlı işəgötürənə və müvafiq dövlət orqanına müraciətləri nəticəsiz qaldığından və hal-hazırda da cavabdehlə əmək münasibətlərində olduğundan pozulmuş hüquqlarının bərpası ilə bağlı məhkəməyə iddia vermək müddətini ötürməmişdir. Qeyd edilənlərə əsasən məhkəmədən iddianın təmin olunması xahiş edilmişdir. Cavabdeh iddiaya qarşı etiraz təqdim edərək göstərmişdir ki, iddia tələbi əsassız və qanunsuz olduğundan təmin edilməməlidir. Belə ki, tərəflər arasında ##.##.2011-ci il tarixdə əmək müqaviləsi bağlanmış, iddiaçı əmək müqaviləsi ilə gəmi idarəçiliyi təminatını yerinə yetirmək üçün matros vəzifəsinə işə götürülmüşdür. Əmək müqaviləsinə sonradan bir neçə dəfə əlavə və dəyişikliklər edilmişdir. Tərəflər arasında ##.##.2011-ci il tarixdən qüvvəyə minmiş əmək müqaviləsinin 3-cü maddəsinə əsasən işçinin iş yerinin şirkətin gəmilərində və sahil obyektində olması müəyyən edilmişdir. Əmək müqaviləsinə sonradan əlavələr və dəyişikliklər edilsə də, 3-cü maddə dəyişilməmişdir. Işçinin iş yerinə gəlməsi və əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyalarını yerinə yetirməsi üçün Covid-19 pandemiyası ilə əlaqədar olaraq Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## #### 2020-ci il tarixli № ***-li Qərarı ilə fəaliyyətinə icazə verilən sahələr müəyyən edilmişdir. Həmin qərarın 3-cü bəndi ilə nəqliyyat və logistika sahəsi üzrə hava, dəniz, dəmir yolu və avtomobil nəqliyyatı ilə yük daşımalarına, dəmir yolu, dəniz gəmiçiliyi, liman və avtomobil yolları xidmətlərinin, logistika xidmətlərinin fəaliyyətinə icazə verilmişdir. Covid-19 epidemiyası ilə əlaqədar olaraq şirkət daxili və sifarişçi şirkətin tələblərinə əsasən gəmi heyəti vaxtaya getməmişdən əvvəl 2 həftə və digər müddətə təyin edilmiş otellərdə karantində olmuşlar. Bu müddət ərzində karantində olan bütün gəmi heyəti üzvlərinə vaxtadan kənar müddət üçün təyin edilmiş gündəlik tarif maaşları hesablanaraq ödənilmişdir. Karantində olma müddəti onun və digər dənizçilərin əmək vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədar olmadığından, “vaxtada” olma sayılmadığından ona ev günləri üçün təyin edilmiş tarif maaşı hesablanmamış və ödənilməmişdir. Iddiaçıya tarif maaşı gündəlik 94 manat məbləğində müəyyən edilmişdir. Əmək müqaviləsinə əsasən işçinin iş yeri şirkətin gəmiləri və sahil obyektinin olması müəyyən edildiyindən, iddiaçının karantində olduğu yerin onun iş yeri deyil müxtəlif otellərdə karantində olması olduğundan həmin yer iş yerləri hesab edilə bilməz və həmin otellerdə karantində olduğu müddət işçinin boş dayanma müddəti kimi hesablana bilməz. X13 təlimatlarına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## #### 2020-ci il tarixli qərarı və bununla bağlı digər qərarlarının icrası ilə əlaqədar Xəzər hövzəsində yerləşən gəmilərin iş qaydası müəyyən edilmişdir. Cavabdeh şirkət sifarişçilərin müəyyən etdiyi şərtlər əsasında gəmi heyəti üzvlərinin işə çıxmaları üçün tələb edilən müddətlərdə karantin rejimi qaydalarına əməl etmişdir. Işçilərin işə çıxmaları üçün tələb edilən müddətdə karantində saxlanma müddətləri tətbiq edilmişdir. “X14 B. V.” Azərbaycan şöbəsinin Koronavirus xəstəliyi (COVID -19 yayılması zamanı) CR-SCONA-HLT-002- E nömrəli izolyasiya təlimatlarına əsasən karantin rejimi qaydası müəyyən edilmişdir. Sifarişçinin tələbinə əsasən gəmi heyətinin yerli işçiləri üçün oteldə 14 günlük mobilizasiya, otelə çatanda Svab testi, izolyasiya bitməmişdən əvvə 1 Svab testi və oteldə təcrid olunarkən açıq havada 1 saatlıq fəaliyyətə icazə verilmişdir. X13 (ÜST), Azərbaycan Respublikası Nazirlər Kabinetinin koronavirus pandemiyasının yayılmasının qarşısının alınmasına dair qərarlarına, tələmatlarına, göstərişlərinə,“Azərbaycan Respublikasında Dəniz Nəqliyyatı gəmilərində xidmət” Nizamnaməsinə əsasən işçilərin xəstəlikdən təcrid olunmasına dair “xxxx” Şirkəti tərəfindən ##.##.2020-ci il tarixli şirkət daxili memorandum imzalanmışdır. Həmin Memoranduma əsasən gəmiyə işə çıxan işçilərin karantində olma müddətləri və qaydaları müəyyən edilmişdir. Covid-19 pandemiyası ilə əlaqədar olaraq karantin qaydalarına müvafiq olaraq E. Sultanovun gəmiyə işə çıxıb əmək funksiyalarını yerinə yetirməsi üçün 63 gün karantində olmuşdur. 2020-ci ilin noyabr ayında 17 gün, dekabr ayında 14 gün, 2021-ci ilin yanvar ayında 4 gün, may ayında 8 gün, oktyabr ayında 3 gün, noyabr ayında 9 gün, 2022-ci ilin yanvar ayında 5 gün, fevral ayında 3 gün müddətində karantində olmuşdur. Tərəflər arasında bağlanmış əmək müqaviləsinə edilmiş ##.##.2019-cu il tarixli, * nömrəli əlavənin 1.3-cü maddəsi ilə müəyyən edilmişdir ki, “ Işçiyə gəmidə işlədiyi hər günə görə 372 manat və növbədənkənar olduğu hər günə görə isə 88 manat məbləğində maaş ödənilir”. Iddiaçınnı karantində olduğu günlər növbədənkənar olduğu hər günün əmsalı ilə əmək haqqı ödənilmişdir. 2020-ci ilin noyabr ayı üçün növbədənkənar olduğu hər günün əmsalı 88 manat olmaqla 17 gün üçün 1496 manat, 2020-ci ilin dekabr ayı üçün ev gününün əmsalı 88 manat olmaqla 14 gün üçün 1232 manat, 2021-ci ilin ev gününün əmsalı 92 manat olmaqla yanvar ayı 4 gün üçün 368 manat, oktyabr ayı 3 gün üçün 276 manat, noyabr ayı 9 gün üçün 828 manat, 2022-ci ilin ev gününün əmsalı 92 manat olmaqla yanvar ayı 5 gün üçün 460 manat, fevral ayı 3 gün üçün 276 manat pul hesablanıb ödənilmişdir. Bundan başqa, iddiaçının karantində qaldığı 2022-ci ilin yanvar ayında ona əlavə olaraq 1327,50 manat pul hesablanmışdır. Iddiaçının gəmidə olduğu və sahildə olduğu günlər hesablanarkən müəyyən olunur ki, onun iddia ərizəsində göstərdiyi ümumilikdə 75 gün karantində olması həqiqət deyil, iddiaçının karantində olduğu müddət cəmi 63 gün müddətində olmuşdur. Iddia ərizəsində iddiaçının karantində olma müddətinin özündən asılı olmayan səbəblərdən işəgötürənin daxili qaydalarına görə karantində saxlanmaqla boşdayanmada olma hesab edilməsi, karantində olduğu günlərin əmək haqqının boşdayanma günləri kimi hesablanmaqla ona verilməsi əsassız və qanunsuzdur. Tərəflər arasında bağlanmış ##.##.2011-ci il tarixli müqavilənin 4-cü və ##.##.2013-cü il tarixli ****R nömrəli əmək müqavilələrinin 4-cü maddəsi ilə müəyyən edilmişdir ki, “Işçi iş vaxtı metodu ilə işləyir. Növbə vaxtları adətən 6 (aktı) həftə təşkil edir. Ancaq işin xarakteri və ya istehalat zərurəti tələb edərsə, növbə vaxtı Şirkətin nümayəndəsi tərəfindən uzadıla və ya qısaldıla bilər. Işçi üçün (üzən heyət) iş vaxtının cəmlənmiş uçotu qaydaları tətbiq edilir. Bu zaman gündəlik iş vaxtının müddəti 12 saatdan çox, iş günləri arasında istirahət müddəti isə 12 saatdan az ola bilməz. Iş vaxtının cəmlənmiş uçotunun tətbiqi zamanı qeydiyyat dövrü 1 ildən artıq dövr üçün tətbiq edilə bilməz. Həmçinin, yuxarıda qeyd etdiyi tərəflər arasında bağlanmış əmək müqavilələrinin 4-cü maddəsi ilə müəyyən olunmuşdur ki, “Iş vaxtı metodu ilə işləyən zaman iş günləri ancaq bayram və ümumxalq hüzün gününə düşərsə bu günlər üçün əmək haqqı işçinin razılığı ilə ya 2 qat ölçüdə ödənilir ya da ona başqa istirahət günü-əvəzgün verilir. Işçiyə vaxtada işlədiyi hər bir gün üçün vaxtadan sonra haqqı ödənilən istirahət günü verilir. Haqqı ödənilən istirahət günü işçiyə aşağıdakı hallarda verilir: - Işçi gəmiyə daxil olur saat 12:00-a qədər; - Işçi işi qurtararaq gəmini tərk edir saat 12:00-dan sonra. Digər hallarda işçiyə ancaq işlədiyi günlərə görə əmək haqqı ödənilir. Istirahət günləri ödənişsiz olur”. Bundan başqa tərəflər arasında bağlanmış ##.##.2011-ci il tarixli müqavilənin 2-ci və 29. 10. 2013-cü il tarixli ****R nömrəli əmək müqavilələrinin 2-ci maddəsi ilə işçinin vəzifələrinə aid edilmişdir ki, “müəyyən hallarda istehsalat zərurəti olduqda, şirkət və onun nümayəndəsinin göstərişi əsasında, işçi öz vəzifəsinə və ixtisasına uyğun əlavə işləri və xidmətləri yerinə yetirməlidir. Işçi ilə razılaşdırıldıqda qanunvericiliyə uyğun olaraq ona başqa vəzifələrin yerinə yetrilməsi də tapşırıla bilər”. Iddiaçının ## #### 2022-ci il tarixdən ## #### 2022-ci tarixinədək 42 günü işdə olmayan Rın baş köməkçisini əvəz etməklə işə cəlb edilməsinə görə əmək haqqının istirahət gününün əmək haqqı ilə iki qat hesablanması barədə tələbi tərəflər arasında bağlanmış müqaviləyə uyğun deyildir. Belə ki, tərəflər arasında bağlanmış müqavilə ilə iş vaxtı, iş günləri, iş saatları və istirahət günləri (istirahət günləri üçün əmək haqqının hesablanması) Əmək Məcəlləsinə uyğun razılaşdırılmışdır. Əmək müqaviləsinə ##.##.2022ci tarixdə edilmiş dəyişikliyə əsasən iddiaçı “xxxx” şirkətinin Azərbaycan Respublikası Nümayəndəliyində Rın baş köməkçisi SDPO vəzifəsində işləmiş, aylıq əmək haqqının məbləği 7395 manat məbləğində müəyyən edilmişdir. Iddiaçı ## #### 2022-ci il tarixdən ## #### 2022-ci tarixinədək 42 günü işdə olmayan gəmi Rının baş köməkçisi vəzifəsində DPO işləyən X2 əvəz etməklə onun vəzifəsini icra etmişdir. Xəzər dənizi hövzəsində olan gəmilərdə əmək vəzifələrinin icrası “Azərbaycan Respublikasında Dəniz Nəqliyyatı gəmilərində xidmət” Nizamnaməsinə əsasən yerinə yetirilir. Nizamnamənin İ Fəslinin 7-ci bəndində göstərilir ki, iş vaxtı və istirahət vaxtı gəmi Rı tərəfindən müəyyən edilir. Həmin Nizamnamənin XV Fəslində gəmi heyətinin iş vaxtı və istirahət vaxtı müəyyən olunmuşdur. Azərbaycan Respublikası Nazirlər kabinetinin # ### 2000-ci il tarixli, ** saylı qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dəniz Nəqliyyatı Gəmilərində Xidmət” Nizamnaməsinin 5-ci bəndi ilə müəyyən edilmişdir ki, “Gəmi heyət üzvünün işə qəbulu, vəzifəyə təyin edilməsi, xidmət yerlərinin dəyişdirilməsi qaydaları, onların hüququ və vəzifələri, gəmidə xidmət şəraiti, həmçinin işdən azad edilmənin əsaslandırılması və qaydası aşağıdakı kimi müəyyən olunur: Azərbaycan Respublikasının Əmək haqqında qanunları; Ticarət Gəmiçilik Məcəlləsi; Bu Nizamnamə və Azərbaycan Respublikası dəniz nəqliyyatı işçilərinin intizamı haqqında Nizamnamə; Dəniz nəqliyyatının texniki istismarı haqqında Əsasnamə və Gəmi texniki vasitələrinin texniki istismarı qaydaları; Dəniz Nəqliyyatı gəmilərində təhlükəsizlik texnikası Qaydaları və Dəniz gəmiləri üçün Sanitar qaydaları; Gəmi sahiblərinin əmrləri, dərc olunan təlimatları və Əsasnamələri; Vəzifə təlimatları; Kollektiv müqaviləsi; SOLAS-74-ün, IX yeni fəslin (TIBK) tələbləri”. Həmin Nizamnamənin 7-ci bəndinə əsasən heyətin əməyi əmək qanunçuluğuna və Dəniz nəqliyyatı gəmiləri üzücü heyətinin iş vaxtı və istirahət günləri haqqında qüvvədə olan Əsasnaməyə müvafiq surətdə R tərəfindən təşkil olunur. “Azərbaycan Respublikası Dəniz Nəqliyyatı Gəmilərində Xidmət” Nizamnaməsinin 379-cu bəndinə görə gəmidə aşağıdakı nümunəvi gündəlik qaydalar müəyyən edilir: Gündəlik qaydalar gəmi vaxtı, saat, dəqiqə hərəkətdə dayananda Əmələnin qalxması 7.00, Səhər yeməyi 7.30 - 8.30; 7.30 - 8.30; Gəmi işləri 8.00 - 12.00; 8.00 -12.00; Nahar 11.30 -12.30; 12.00 -13.00 Gəmi işləri 12.30 -15.30; 13.00 -17.00; Axşam çayı 15.30 -16.30; 20.00 -20.30; Gəmi işləri 16.00 -17.00 - Axşam yeməyi 19.30 -20.30; 17.00.-18.00; Mədəni-kütləvi tədbirlər və istirahət 17.00 -20.00; 18.00 - 22.00; Yatmaq 23.00- 23.00; Növbə çəkməyə və texniki qulluq xidməti göstərən şəxslər üçün hərəkətdə yemək qəbulu üçün vaxtlar: səhər yeməyi 7.30-dan 8.00-dək, nahar 12.00-dan 12.30-dək, axşam çayı 15.30-dan 16.00-dək, axşam yeməyi 19.00-dan 19.30-dək ayrılır. Lazımi hallarda gəminin konkret iş şəraitinə uyğun olaraq Ra ixtiyar verilir ki, gəmi həmkarlar ittifaqı komitəsinin razılığı ilə göstərilən gündəlik qaydanı dəyişsin. Aşpazın, bufetçinin və növbətçinin iş cədvəli R tərəfindən təsdiq olunur. “xxxx” şirkətində gəmi Rının baş köməkçisi vəzifəsində işləyən X2 xəstəliyi ilə əlaqədar olaraq ## #### 2022-ci il tarixdən işə çıxmamışdır. Xəstə olması və ##.##.2022-ci il tarixdən ##.##.2022-ci il tarixədək işdən azad edilməsinə dair əmək qabiliyyətinin olmaması vərəqəsini təqdim etmişdir. Gəmi Rının baş köməkçisi vəzifəsində işləyən X2 ##.##.2022-ci il tarixdə vəfat etmişdir. Gəmi Rının baş köməkçisi vəzifəsində DPO işləyən X2 öldüyündən iddiaçı gəmi Rından ailə vəziyyəti ilə əlaqədar pul lazım olduğunu bildirib iş yerində olmayan, ölmüş gəmi Rının baş köməkçisi vəzifəsini icra etməsini xahiş etmişdir. Iddiaçının xahişi gəmi Rı Yaşar Fətullayev tərəfindən Gəmi Heyyət Departamenti ilə razılaşdırıldıqdan sonra onun xahişi nəzərə alınaraq gəmi Rının baş köməkçisi DPO üzrə vəzifəsini icra etməyə razılıq verilmişdir. Faktiki olaraq isə iddiaçı 1-# #### 2022-ci il tarixlərində öz vəzifəsini gəmi Rın baş köməkçisi SDPO vəzifəsində, ##.##.2022-ci il tarixdən ##.##.2022-ci il tarixinədək isə Rın baş köməkçisi DPO boş vəzifəsini icra etmişdir. Iyun ayında 30 iş günü üçün 11970 manat (30 x 399= 11970), 30 iş gününə əsasən qazanılmış 30 ev günü üzrə 2820 manat (30 X 94 = 2820), 15 iyun və 26 iyun bayram günləri qeyri iş günləri olduğundan həmin günlər işlədiyi üçün 2 qat əmək haqqı hesablanmaqla 798 (2 X 399 = 798) manat, iyun ayı üçün 15588 manat əmək haqqı hesablanmışdır. Iddiaçıya 2022-ci ilin iyun ayı üçün hesablanmış əmək haqqından 3622 manat gəlir vergisi, 467,64 manat (3%) məcburi dövlət sosial sığorta haqqı, 77,94 manat (0,5%) işsizlik sığorta haqqı, 197,94 manat (0.5%- 2%) icbari tibbi sığorta üzrə tutma, 311,76 manat həmkərlar ittifaqı üzrə (2%) köçürmə çıxıldıqdan sonra 10910,72 manat ödənilmişdir. Iddiaçı 1-# #### 2022-ci il tarixlərində öz vəzifəsini gəmi Rın baş köməkçisi SDPO vəzifəsində işlədiyi üçün həmin günlər üçün iş günü üçün 399 manat, ##.##.2022-ci il tarixdən ##.##.2022-ci il tarixinədək isə Rın baş köməkçisi DPO vəzifəsinə uyğun olaraq dəniz günləri üçün hər günə görə 226 manat, ev günləri üçün 54 manat əmək haqqı hesablanmalıdır. Gəmi Rının baş köməkçisi DPO vəzifəsinə uyğun olaraq əmək haqqı hesablandığı halda 10689 manat əmək haqqı hesablanmalıdır. Əmək haqqından tutmalar aşağıdakı hesablamalar aparılmaqla tutulmalıdır. 2397,25 manat gəlir vergisi, 320,67 manat (3%) məcburi dövlət sosial sığorta haqqı, 5345 manat (0,5%) işsizlik sığorta haqqı, 173,45 manat (0.5%-2%) icbari tibbi sığorta üzrə tutma, 213,78 manat həmkərlar ittifaqı üzrə (2%) köçürmə çıxıldıqdan sonra 7530,41 manat əmək haqqı ödənilməlidir. 2022-ci ilin iyun ayında iddiaçıya 3380,31 manat artıq əmək haqqı hesablanmış və ödənilmişdir. Iddiaçı 2022-ci ilin iyul ayının 1-20 tarixlərinə çalışdığı 19 iş günü üçün gəmi Rının baş köməkçisi SDPO vəzifənin dəniz günləri üçün 399 manat, ev günləri üçün 94 manat əmsalına və 9-10 iyul tarixlərindəki qeyri işgünlərinə uyğun olaraq 10035 manat hesablanmışdır. Iddiaçı iyul ayında BUE kaspian LLC Şirkətinin Əməliyyat departamentinin tələbinə uyğun olaraq 20-31 iyul tarixlərində Rın baş köməkçisi DPO vəzifəsini icra etmişdir. Icra etdiyi 12 iş günü üzrə işçinin icra etdiyi vəzifənin (Rın baş köməkçisi DPO) dəniz günləri üçün 226 manat, ev günləri üçün 54 manat hesablanmaqla 3360 manat hesablanmışdır. Iyul ayı üzrə 13395 manat əmək haqqı hesablanmışdır. 3073,75 manat gəlir vergisi, 401,85 manat (3%) məcburi dövlət sosial sığorta haqqı, 66,98 manat (0,5%) işsizlik sığorta haqqı, 186,98 manat (0.5%-2%) icbari tibbi sığorta üzrə tutma, 267,90 manat Həmkarlar Ittifaqı üzrə (2%) köçürmə çıxıldıqdan sonra 9397,55 manat əmək haqqı ödənilmişdir. 2022-ci ilin iyun ayında Iddiaçıya 3380,31 manat artıq əmək haqqı hesablanmış və ödənilmişdir. Iddiaçı 2022-ci ilin iyul ayının 1-19 tarixlərində Rın baş köməkçisi DPO boş vəzifəsini, 20-31 iyul tarixlərində isə öz vəzifəsini Rın baş köməkçisi SDPO vəzifəsini icra etmişdir. Iddiaçıya əmək haqqı icra etdiyi işə görə hesablanmalı idi. Qeyd olunanları nəzərə alaraq 2022-ci ilin iyul ayında ona 11608 manat əmək haqqı hesablanmalı idi. 2627 manat gəlir vergisi, 348,24 manat (3%) məcburi dövlət sosial sığorta haqqı, 58,04 manat (0,5%) işsizlik sığorta haqqı, 178.04 manat (0.5%- 2%) icbari tibbi sığorta üzrə tutma, 232,16 manat həmkarlar ittifaqı üzrə (2%) köçürmə çıxıldıqdan sonra 8164,52 manat əmək haqqı ödənilməli idi. 2022-ci ilin iyul ayında iddiaçıya 1233,03 manat artıq əmək haqqı hesablanmış və ödənilmişdir. Yekun olaraq 2022-ci ilin iyun-iyul aylarında iddiaçıya 6686 manat artıq əmək haqı hesablanmış və ona 4613,34 manat artıq ödəmə olmuşdur. Iddia ərizəsindən və işin faktiki halları ilə tam sübut olunur ki, iddiaçı ## #### 2022-ci il tarixdən ## #### 2022-ci il tarixinə və ## #### 2022-ci il tarixdən ## #### 2022-ci il tarixinədək olan müddətdə Rın baş köməkçisi DPO vəzifəsində işləmiş X2 əmək funksiyalarını icra etmişdir. Əmək Məcəlləsinin 61-ci maddəsinə görə işçi müəyyən səbəblərdən işdə olmayan işçini əvəz etməsi ancaq tərəflərin razılığı əsasında ola bilər. Iddiaçı Rın baş köməkçisi DPO vəzifəsində işləmiş X2 əmək funksiyalarını icra etməsini özü xahiş etmişdir və işdə olmayan işçinin əmək funksiyasını icra etmişdir. Əmək Məcəlləsinin 61-ci maddəsinə əsasən əvəz edilən işçinin taarif maaşı əvəz edən işçinin maaşı ilə eyni və ya ondan az olduqda isə əmək haqqına əlavə müəyyən edilib verilir. Bu əlavə işçinin və işə götürənin qarşılıqlı razılığı ilə müəyyən edilir. Əmək Məcəlləsinin 61-ci maddəsinin 1-ci hissəsinə görə müəyyən səbəbdən iş yerində olmayan işçinin əmək funksiyasının icrasına tərəflərin razılığı ilə yol verilir. Bu zaman əmək haqqı bu Məcəllənin 162-ci maddəsində nəzərdə tutulan qaydada ödənilir. Əmək Məcəlləsinin 162-ci maddəsinin 1-ci hissəsinə gör özünün əmək funksiyasım yerinə yetirməklə yanaşı müəyyən səbəbdən müvəqqəti işə çıxmayan işçini əvəz edən işçiyə, əvəz edilən işçinin tarif (vəzifə) maaşı ilə onun maaşı arasındakı fərq ödənilir. Əmək Məcəlləsinin 162-ci maddəsinin 2-ci hissəsinə gör əvəz edilən işçinin tarif (vəzifə) maaşı əvəz edən işçinin maaşı ilə eyni və ya ondan az olduqda isə əmək haqqına əlavə müəyyən edilib verilir. Bu əlavə işçinin və işgötürənin qarşılıqlı razılığı ilə müəyyən edilir. Həmçinin, iddiaçının işdə olmayan işçini əvəz etməsinə görə ## #### 2022-ci il tarixdən ## #### 2022-ci il tarixinədək istirahət etməli olduğu müddət üçün iki qat əmək haqqı ödənilməsini tələb etməsi Əmək Məcəlləsinin tələblərinə ziddir. Əmək Məcəlləsi ilə istirahət günləri (ƏM-nin 104-cü maddəsi), bayram günləri (ƏM-nin 105-ci maddəsi), ümumxalq hüzün günü ( ƏM-nin 108-ci maddəsi) müəyyən edilmişdir. Iddiaçı ilə cavabdeh arasında bağlanmış əmək müqavilələrinin 4-cü maddəsinə əsasən işçi iş vaxtı metodu ilə işləyir. Növbə vaxtları adətən 6 (altı) həftə təşkil edir. Əmək Məcəlləsinin 96cı maddəsinə görə bu halda iş vaxtının cəmlənmiş uçotu aparılmalıdır. Əmək Məcəlləsinin 96cı maddəsinə görə qeydiyyat (uçot) dövründə iş vaxtının müddəti qanunvericiliklə müəyyən olunmuş iş saatlarının sayından çox olmamaq şərti ilə iş vaxtının cəmlənmiş uçotu tətbiq edilə bilər. Bu halda qeydiyyat (uçot) dövrü bir ildən artıq, gündəlik işin (növbənin) müddəti isə 12 saatdan çox ola bilməz. Iddiaçı hesablanmış əmək haqqında müxtəlif vaxtlarda heç bir qanuni əsas olmadan müəyyən məbləğdə çıxılmasını bildirərək cavabdehdən 27575,30 manat məbləğində qanunsuz tutulmuş pulun ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflər arasında bağlanmış ****R saylı ##.##.2013-cü il tarixli əmək müqaviləsinə edilmiş * №-li əlavənin 1.2-ci bəndi ilə razılığa gəlinmişdir ki, işçi qeyri-müəyyən müddətə icarədən çıxarılmış gəmidə işsiz qalarsa işçiyə onun sosial maddi vəziyyətini müdafiə məqsədi ilə ƏM-nin 169-cu maddəsini rəhbər tutaraq “Işçinin təqsiri olmadan boşdayanma” hesab edilərək tarif (vəzifə) maaşının üçdə iki hissəsindən az olmayaraq əmək haqqı ödənilir. Işçinin təqsiri olmadan aşağıda qeyd olunan boşdayanma hallarında tarif (vəzifə) maaşının üçdə iki hissəsindən az olmayaraq əmək haqqı ödənilmişdir: -Işçinin qeyri-müəyyən müddətə icarədən çıxarılmış gəmidə işsiz qalması; -Hər hansı gəmi texniki nasazlığı, insident, əməliyyat uğursuzluğu və ya başqa planlaşdırılmamış səbəbə görə (tərsanə təmiri müddəti istisna təşkil edir) 24 saatdan artıq müvəqqəti icarədən çıxarıldığı hal; -Hər hansı gəmi icarədən çıxmadan işə hazır vəziyyətdə gözləmə rejiminə keçrildiyi hal; -Gəmilərin qeyrimüəyyən müddətə gözləmə rejiminə keçrildiyi hal; -Gəmilərin heç bir layihədə təyinatı olmadığı hal; -Gəmilərin (təyinatından asılı olmayaraq DP (dinamik pozisiya) və ya qeyri DP) illik tərsanə təmiri hallarıdır. Tərəflər arasında bağlanmış ****R saylı ##.##.2013-cü il tarixli əmək müqaviləsinə edilmiş ##.##.2019-cu il tarixli * №-li əlavənin 1.2-ci bəndi ilə iddiaçı gəmi Rının baş köməkçisi DP üzrə baş operator vəzifəsində işləmişdir. Müqavilənin 1.3-cü bəndinə əsasən işçiyə gəmidə işlədiyi hər günə görə 372 manat, növbədənkənar olduğu hər günə görə isə 88 manat məbləğində əmək haqqı ödənilməsi razılaşdırılmışdır. Əmək müqaviləsinin həmin bəndi ilə müəyyən edilmişdir ki, işçinin işlədiyi DP (dinamik mövqe tutma) gəmisi müştəri tərəfindən qeyri müəyyən müddətə icarədən çıxarılıb işsiz dayanarsa onda gəminin təhlükəsizliyinin təmin edilməsi üçün gəmidə saxlanılan gəmi heyətinin əmək haqqları DP sistemi olmayan gəmi heyətinin əmək haqlarına ekvivalent olaraq ödənilir. Iddiaçının 2019-cu ilin may-avqust aylarında işlədiyi “Topaz Arrow” gəmisi ## ### 2019-cu il tarixdən etibarən heç bir layihədə təyinatı olmamış, iyun-avqust aylarında gəminin heç bir layihə təyinatı olmamışdır. Iddiaçının 2020-ci ilin sentyabr ayında və 2021-ci ilin mart-aprel aylarında işlədiyi “Caspian Supporter” gəmisində 2020-ci ilin sentyabr ayında gəmi mexanizmində texniki nasazlıq baş vermişdir. Iddiaçının işlədiyi “Caspian Supporter” gəmisi ## #### 2021-ci il tarixdən # ##### 2021-ci il tarixinədək olan dövr ərzində heç bir layihə təyinatında olmamışdır. Iddiaçının 2021-ci ilin aprel ayında işlədiyi “Caspian Supporter” gəmisi 13 apreldən etibarən dövr ərzində heç bir layihə təyinatında olmamışdır. İddiaçı 2021-ci ilin iyun-sentyabr aylarında “Topaz Arrow” gəmisində işləmişdir. Onun işlədiyi “Topaz Arrow” gəmisi 19 iyun tarixindən iştirak etdiyi layihə yekunlaşmışdır. 2021-ci ilin iyul, avqust ayları ərzində və 01 sentyabr tarixindən 25 sentyabr tarixinədək olan dövr ərzində gəminin heç bir layihə təyinatı olmamışdır. Iddiaçının 2022-ci ilin iyul ayında işlədiyi “Topaz Arrow” gəmisi 01 iyul tarixindən ## #### 2022-ci il tarixinədək olan dövr ərzində heç bir layihə təyinatı olmamışdır. Iddiaçı 2019-cu ilin may ayı üçün hesablanmış 6846 manat əmək haqqından 1690 manat, 2019-cu ilin iuyn ayı üçün hesablanmış 3997,18 manat əmək haqqından 1430 manat, 2019-cu ilin iuyl ayı üçün hesablanmış 5131,47 manat əmək haqqından 1691 manat, 2019-cu ilin avqust ayı üçün hesablanmış 5114 manat əmək haqqından 1890,50 manat - gəminin heç bir layihə təyinatı olmaması əsasına görə, 2019-cu ilin sentyabr ayı üçün hesablanmış 8035,5 manat əmək haqqından 895,50 manat, 2021-ci ilin mart ayı üçün 17171 manat əmək haqqından 1449 manat, 2021-ci ilin aprel ayı üçün hesablanmış 3350 manat əmək haqqından 577,20 manat həmin dövrdə gəminin iştirak etdiyi layihənin yekunlaşması və heç bir layihə təyinatında olmaması əsasına görə, 2021-ci ilin iyun ayı üçün hesablanmış 12384 manat əmək haqqından 3463,20 manat, 2021-ci ilin iyul ayı üçün hesablanmış 5903,50 manat əmək haqqından 3030,30 manat, 2021-ci ilin avqust ayı üçün hesablanmış 5608,50 manat əmək haqqından 2741,70 manat, 2021-ci ilin sentyabr ayı üçün hesablanmış 9941,50 manat əmək haqqından 6926,40 manat gəminin heç bir layihə təyinatı olmaması əsasına görə, 2022-ci ilin iyul ayı üçün hesablanmış 16181 manat əmək haqqından 2686 manat pulun tutulması həmin dövrdə gəminin heç bir layihə təyinatı olmaması əsasına görə tutulmuşdur. Belə ki, şirkətin daxili siyasətinə əsasən gəmilərin məşğulluq vəziyyətindən asılı olaraq gəmi heyyətinə ödənilən əmək haqqı hesablanarkən yuxarıda qeyd etdiyim müvafiq düzəlişlər edilməklə əmək haqqı hesablanmışdır. Iddiaçının ona hesablanmış əmək haqqından heç bir qanuni əsaslar olmadan pulunun tutulması barədə tələbi, tərəflər arasından bağlanmış müqaviləyə və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 169-cu maddəsinin 1-ci hissəsinə əsasən qanunsuzdur. Bundan başqa Əmək Məcəlləsinin 296-cı maddəsi ilə fərdi əmək mübahisələrinin həllində iddia müddətləri müəyyənləşdirilmişdir. Əmək Məcəlləsinin 296-cı maddəsinin 1-ci hissəsinə görə bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər. Iddia ərizəsindən göründüyü kimi iddiaçı əmək haqqından tutulmasına dair tələbi 2019-cu ilin may ayından başlayarq 2022-ci ilin iyul ayınadək olan dövrü əhatə etmişdir. Iddiaçı ## ###### 2022-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Iddia tələbinin 2019-cu ilin may ayından başlayarq əmək haqqından tutulmasının 2021-ci ilin sentyabr ayınadək olan müddət üçün Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsi ilə müəyyən edilmiş (Pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələri) 1 illik iddia müddəti buraxılmışdır. Eyni zamanda, cavabdehin nümayəndəsi mübahisə üzrə iddia müddətinin tətbiq edilməsi barədə ərizə təqdim edərək göstərmişdir ki, iddiaçı E.Sultanovun iddia ərizəsindən göründüyü kimi ##.##.2020-ci il tarixdən-##.##.2020-ci il tarixinə, ##.##.2020-ci il tarixdən - ##.##.2020-ci il tarixinə, ##.##.2020-ci il tarixdən-##.##.2021-ci il tarixinə, ##.##.2021-ci il tarixdən-##.##.2021-ci il tarixinə ##.##.2022-ci il tarixdən-##.##.2022-ci il tarixinədək olan dövrdə karantində olduğu üçün 17000 manat pulun, əməkhaqqından heç bir qanuni əsas olmadan 2019-cu ilin may ayından başlayaraq 2022-ci ilin iyulayınadək olan dövr üçün 27575,30 manat məbləğinin pulun ödənilməsinə dair qətnaməçıxarılmasını məhkəmədən xahiş etmişdir. Belə ki, İddiaçı 2019-cu ilin may ayı üçünhesablanmış 6846 manat əmək haqqında 1690 manat, 2019-cu ilin iuyn ayı üçün hesablanmış3997,18 manat əmək haqqından 1430 manat, 2019-cu ilin iuyl ayı üçün hesablanmış 5131,47manat əmək haqqından 1691 manat, 2019-cu ilin avqust ayı üçün hesablanmış 5114 manat əməkhaqqından 1890,50 manat, 2019-cu ilin sentyabr ayı üçün hesablanmış 8035,5 manat əmək haqqından 895,50 manat, 2021-ci ilin mart ayı üçün 17171 manat əmək haqqından 1449 manat, 2021-ci ilin aprel ayı üçün hesablanmış 3350 manat əmək haqqından 577,20 manat, 2021-ci ilin iyun ayı üçün hesablanmış 12384 manat əmək haqqından 3463,20 manat, 2021-ci ilin iyul ayı üçün hesablanmış 5903,50 manat əmək haqqından 3030,30 manat, 2021ci ilin avqust ayı üçün hesablanmış 5608,50 manat əmək haqqından 2741,70 manat, 2021-ci ilin sentyabr ayı üçün hesablanmış 9941,50 manat əmək haqqından 6926,40 manat, 2022-ci ilin iyul ayı üçün hesablanmış 16181 manat əmək haqqından 2686 manat pulun qanunsuz olaraq tutulduğunu iddia etmişdir. Iddia ərizəsindən göründüyü kimi iddiaçı İddiaçı əmək haqqından tutulmasına dair tələbi 2019-cu ilin may ayından başlayarq 2022-ci ilin iyul ayınadək olan dövrü əhatə etmişdir. E. Sultanovun karantində olduğu müddət ##.##.2020-ci il tarixdən-##.##.2020-ci il tarixinə, ##.##.2020-ci il tarixdən -##.##.2020-ci il tarixinə, 18.12. 2020-ci il tarixdən - ##.##.2021-ci il tarixinə, ##.##.2021-ci il tarixdən - ##.##.2021-ci il tarixinə, ##.##.2022-ci il tarixdən - ##.##.2022-ci il tarixinədək olan dövrləri əhatə etmişdir. E. Sultanovun əmək haqqından tutulmalar və karantində olduğu müddət üçün əmək haqqının hesablanması bağlı müddətlə üçün iddia müddəti aylarla ölçülən iddia müddətləri tətbiq edilməlidir. Yəni əmək haqqının hesblandığ hər bir ay üzrə fərdi qaydada iddia müddəti hesablanmalıdır. Işçinin (iddiaçının) hüququnun pozulması əmək haqqının verildiyi aydan hesablanmalıdır. Iddiaçı Elçin Sultanov ## ###### 2022-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Iddia tələbinin 2019-cu ilin may ayından başlayarq əmək haqqından tutulmasının 2021-ci ilin ## ###### tarixinədək olan müddət üçün Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsi ilə müəyyən edilmiş (Pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələri) 1 illik iddia müddəti buraxılmışdır. Iddiaçı X4 cavabdeh “xxxx” şirkətinə qarşı pul tələbinə dair iddia ərizəsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsi və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla iddia müddətini tətbiq edilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-*(***)-**/**** nömrəli, ##.##.2024-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin olunaraq, cavabdeh “xxxx” şirkətindən istirahət günü işə cəlb edildiyi üçün 12114 (on iki min bir yüz on dörd) manat (qanunvericiliyə əsasən tutulmalar nəzərə alınmaqla), əmək haqqından heç bir qanuni əsas olmadan çıxılmış 130 (bir yüz otuz) manat, mənəvi zərərin əvəzi olaraq 3000 (üç min) manat məbləğində pul vəsaitinin tutularaq iddiaçı İddiaçı ödənilməsi, ödənilmiş dövlət rüsumunun 135 manat hissəsi, mediasiya xərcinin 20 manat hissəsi, vəkil xərcinin 200 manat hissəsinin cavabdeh “xxxx” şirkətindən tutularaq iddiaçı İddiaçı ödəniməsi, iddianın qalan hissədə təmin edilməməsi, eləcə də Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış məhkəmə-mühasibatlıq ekspertizasının dəyəri olan cəmi 250 manatın 100 manat hissəsinin cavabdehdən, 150 manat hissəsinin iddiaçıdan tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN1700326621; AZ34CTRE00000000000002088501, X15, KOD210005; VÖEN1401555071; Müxbir hesAz41NABZ013601000000000003944; S.W.İ.F.T. Bik: CTREAZ 22) köçürülməsi qət edilmişdir. Iddiaçı və cavabdeh qeyd olunan qətnamədən ayrı-ayrılıqda apellyasiya şikayətləri vermişlər. APELLYASIYA ŞIKAYƏTININ DƏLILLƏRI: Iddiaçı apellyasiya şikayətində qətnamənin iddianın təmin olunmayan hissəsində ləğv olunması, tələbin tam təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmiş, şikayətini iddia ərizəsində göstərilənlərə uyğun, eyni məzmunda əsaslandırmış, əlavə olaraq göstərmişdir ki, işə baxan birinci instansiya məhkəməsi qətnaməsində iddiaçının əmək haqqından heç bir qanuni əsas olmadan çıxılmış düzəliş məbləğlərinin qanuni əsasının olmadığını qeyd etsə də, iddia müddətinin tətbiqində yanlışlığa yol vermiş, iddia müddətinin axımının hansı tarixdən başlamalı olmasını müəyyən etməmiş, tərəflər arasında hazırda da əmək münasibətlərinin davam etdiyini nəzərə almamış, bundan başqa məhkəmənin karantin zamanı iddiaçının iş fəaliyyətini dayandırmasında cavabdehin təqsirinin olmaması, işçinin iş yerinin otellər olmaması barədə yalnış nəticəyə gəlməsi, eləcə də işçilərin məcburi karantində saxlanması ilə onlara iş vaxtı və ya boşdayanmaya görə deyil, ev haqqı məbləğində əmək haqqının ödənilməsinin əsassız olması, mənəvi zərərlə bağlı iddia qismən təmin edilərkən, dəymiş zərərin cavabdehindən tutulan vəsait hesabına aradan qalıdırlmasının mümkünlüyünü əsaslandırmamışdır. Cavabdeh apellyasiya şikayətində qətnamənin iddianın təmin olunan hissəsində ləğv olunması, həmin hissədə iddianın rədd olunması barədə yeni qətnamənin çıxarılmasını xahiş etmiş və şikayətini iddiaya qarşı etirazda ifadə olunmuş mövqeylə oxşar məzmunda əsaslanıdırmış, bundan başqa qətnamənin əsassız olması, maddi və prosessual hüquq normalarının tələblərini pozmaqla çıxarılması, məhkəmə tərəfindən işin faktiki hallarına düzgün hüquqi qiymətin verilməməsi kimi əsaslandırlmış, həmçinin iddiaçının özünün də xahişi nəzərə alınmaqla gəmi kaptanın razılaşdırılmış qərarı ilə ##.##.2022-ci il tarixdən ##.##.2022-ci il tarixədək səhhəti ilə əlaqədar işdə olmayan Rı əvəz etməsini, iddiaçının əmək haqqından tutmaların tərəflər arasındakı razışlamaya əsasən həyata keçirilməsini, əlavə qanunsuz tutulmaların aparılmamasını, ümumiyyətlə iddiaçının bütün ödəmələrinin qanuni tutulma halları çıxıldıqdan sonra aparılmasını, belə olan halda iddiaçıya hər hansı mənəvi zərər dəyməməsini, lakin heç bir əsas olmadan iddiaçının xeyrinə mənəvi zərərin tutulmasının qanunsuz olmasını və s. göstərmişdir. IZAHATLAR, PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi (vəkili) apellyasiya şikayətini müdafiə edib cavabdehin apellyasiya şikayətinə etiraz edərək, iddia ərizəsində və şikayətdə göstərilən dəlillərə və birinci instansiya məhkəməsində verilmiş izahata uyğun izahat vermişdir. Məhkəmə baxışında iştirak edən cavabdehin nümayəndəsi (vəkili) apellyasiya şikayətini müdafiə edib iddiaçının apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək, birinci iddiaya qarşı verilmiş etirazda göstərilənlərə və izahatına uyğun, eyni məzmunlu izahat vermişdir. Işə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə üçüncü şəxsə rəsmi qaydada məlumat verilmiş, lakin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 376.2-ci maddəsinə əsasən işə həmin şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQI MƏSƏLƏLƏR: MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və izahatları dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətlərinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, iddiaçının və cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv olunmalı, iddia qismən təmin olunmalıdır. Ilkin olaraq qeyd edilməldir ki, işdə olan sübutlara əsasən - tərəflər arasında ##.##.2011-ci il tarixli *** saylı əmək müqaviləsi bağlanmış, iddiaçı ilk dəfə matros vəzifəsinə işə qəbul edilmiş, son olaraq Rın baş köməkçi, SDPO vəzifəsinə qəbul edilmiş, iş yerinin şirkətin gəmilərində və sahil obyektində olması müəyyən edilmişdir. Əmək müqaviləsinə əsasən işçi iş vaxtı metodu ilə işləyir. Növbə vaxtları adətən 6 (aktı) həftə təşkil edir. Ancaq işin xarakteri və ya istehsalat zərurəti tələb edərsə, növbə vaxtı Şirkətin nümayəndəsi tərəfindən uzadıla və ya qısaldıla bilər. Işçi üçün (üzən heyət) iş vaxtının cəmlənmiş uçotu qaydaları tətbiq edilir. Müqavilənin 1.3-cü bəndinə əsasən işçiyə gəmidə işlədiyi hər günə görə 372 manat, növbədənkənar olduğu hər günə görə isə 88 manat məbləğində əmək haqqı ödənilməsi razılaşdırılmışdır. Işdə olan otel arayışlarından görünür ki, iddiaçı “Covid 19” pandemiyası zamanı - ##.##.2021-##.##.2021, ##.##.2020-##.##.2020, ##.##.2022-##.##.2022, ##.##.2021- ##.##.2021, ##.##.2020-##.##.2021 tarixlərində karantində olmuş, bu müddətlər üçün bütün xərclər cavabdeh şirkət tərəfindən ödənilmişdir. Işdə olan “Əmək qabiliyyətinin olmaması vərəqəsi”ndən görünür ki, “xxxx” şirkətində gəmi Rının baş köməkçisi vəzifəsində işləyən X2 xəstəliyi ilə əlaqədar olaraq ## #### 2022ci il tarixdən ## ### 2022-ci il tarixədək işə çıxmamışdır. Işdə olan "xxxx“ Şirkətinin ## #### 2022-ci il tarixli əmrindən görünür ki, gəmi Rının baş köməkçisi vəzifəsində işləyən X2 əmək müqaviləsinə (işçi vəfat etdikdə) xitam verilmişdir. Işdə olan ##.##.2022-ci il tarixli aktdan görünür ki, "Topaz Arrow" gəmisində, DP üzrə baş operator Rın baş köməkçisi İddiaçı gəmidə vaxta dəyişməsindən öncə gəmi Rı Yaşar Fətullayevdən rəhmətə gedmiş Nadir Musayevi əvəz etmək üçün gəmidə qalıb işləməyi xahiş etmişdir. Onun bu xahişi heyət üzrə şöbə tərərfindən qəbul edilməmişdir. Sonra İddiaçı birbaşa heyət üzrə menecerə telefon açmış və pula ehtiyacı olduğundan (Ipoteka) gəmidə qalıb Rın baş köməkçisi vəzifəsini icra etməyi xahiş etmişdir. Onun xahişi qəbul edilmiş və ona ##.##.2022-ci il tarixdən Rın baş köməkçisi - DP üzrə operator vəzifəsini bir növbə müddətinə yerinə yetirməsinə razılıq verilmişdir. Işdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin ## ###### 2024-cü il tarixli */**** nömrəli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərildiyi kimi, iş materiallarında olan məlumatları və Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs təqdim etdiyi məlumatları nəzərə alaraq, bir iş gününə görə əmək haqqı məbləği nəzərə alınmaqla günlük əmək haqqının 2/3 hissəsi (399/3*2 = 266) 266 manat müəyyən edilir. Digər işçinin əvəzinə işlədiyi günlər hesablanmaqla bir iş gününə görə əmək haqqı məbləği nəzərə alınmaqla ikiqat əmək haqqı (399*2=798) 798 manat hərgünə və 42 gün işləyi nəzərə alınmaqla (42*798=33 516) 33516 manat hesblanmalı olduğu müəyyən edilir. Ümumi vergilər tutulduqdan sonra ödənilməli məbləğ 23951,36 manat olduğu müəyyən edilir. İddiaçı 2019-cu ilin may, iyun, iyul, avqust, sentyabr ayları, 2021- ci ilin mart, aprel, iyun, iyul ayları üçün hesablanmış əmək haqqından qanunla müəyyən edilmiş və ya dövlət hesabına tutulmalı olan məbləğlərdən başqa digər tutulmalar 13222.50 manat olduğu müəyyən edilir. Işdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin ## ##### 2024-cü il tarixli */**** nömrəli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərildiyi kimi, iş materiallarında olan məlumatları və Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs təqdim etdiyi məlumatları nəzərə alaraq, ekspertiza təyini haqqında qərarın ekspert qarşısında qoyulmuş suallar üzrə qüvvədə olan Azərbaycan Respublikasında əmək haqqının hesablanması, əmək haqqından tutulmalar üzrə Qanuna əsasən İddiaçı 2019-cu ilin may, iyun, iyul, avqust ayları üzrə 6702,00 manat, 2020-ci ilin sentyabr ayı üzrə 895,50 manat, 2021 -ci ilin mart, aprel, iyun, iyul, avqust, sentyabr ayları üzrə 13455.00 manat, 2022-ci ilin iyul ayı üzrə 130,00 manat olmaqla, hesablanmış əmək haqqından dövlət hesabına tutulmalı olan məbləğlərdən başqa digər tutulmalar ümumilikdə 21182,50 manat təşkil etdiyi müəyyən edilmişdir. -“X14 B. V.” Azərbaycan şöbəsinin Koronavirus xəstəliyi (COVID -19 yayılması zamanı) CR-SCONA-HLT-***-E nömrəli izolyasiya təlimatlarına əsasən karantin rejimi qaydası müəyyən edilmişdir. Sifarişçinin tələbinə əsasən gəmi heyətinin yerli işçiləri üçün oteldə 14 günlük mobilizasiya, otelə çatanda Svab testi, izolyasiya bitməmişdən əvvəl 1 Svab testi və oteldə təcrid olunarkən açıq havada 1 saatlıq fəaliyyətə icazə verilmişdir. Işin materiallarından görünür ki, iddiaçı karantində olduğu müddətdə oteldə qaldığı günlərə görə ödənilməyən, istirahət günü işə cəlb edildiyi üçün pul və əmək haqqından heç bir qanuni əsas olmadan çıxılmış məbləğləri, ümumilikdə 65528,30 manat maddi ziyanın, eləcə də 15000 manat mənəvi ziyanın, cəmi 80528,30 manat pulun və məhkəmə xərcləri üçün ödənilmiş pul vəsaitlərinin cavabdehdən tutulmasını iddia edərək tələblərinin əsası kimi cavabdeh tərəfindən onun əmək qanunvericiliyi ilə müəyyən edilmiş hüquqlarının pozulmasına istinad edir. Bu pozulma onun ümumilikdə 75 gün karantində olması, həmin müddətin də 7 gününün bayram günlərinə təsadüf etməsi ilə əlaqədar 24000 manat ödənilməli olmasına baxmayaraq 7000 manat ödənilməsi, ## #### 2022-ci il tarixdən ## #### 2022-ci tarixədək işdə olmaqla istirahət hüququ pozulmaqla istirahət günlərində işə cəlb edilməsinə görə 42 gün üçün 33516 manat ödənilməli olmasına baxmayaraq, həmin günlərin əvəzinə ona 12563 manat ödənilməsi, əvvəllər müxtəlif vaxtlarda əmək haqqından heç bir qanuni əsas olmadan çıxılmış 27575,30 manat pul vəsaiti, həmçinin, əmək hüquqlarının pozulması nəticəsində ona dəymiş mənəvi zərərlə əhatə olunmuşdur. Beləliklə, iddiaçının maddi tələbləri əsasən üç hissədən ibarət olmaqla, aşağıdakılardan ibarətdir. 1) “Covid-19” pandemiyası ilə əlaqədar işə buraxılmasından əvvəl müxtəlif vaxtlarda hotel otaqlarında məcburi karantində qalması ilə bağlı ona ödənilməmiş – 17000 manat əmək haqqı tələbi, 2) Istirahət dövründə başqa işçini əvəz etməsi səbəbindən ona ödənilməli olan – 20953 manat əmək haqqı tələbi, 3) 2019-cu ilin may - 2022-ci ilin iyul ayları arasında müəyyən dövrlərdə əmək haqqından əsassız tutulmuş 27575,3 manat pul vəsaitinin qaytarılması tələbi. Bununla yanaşı, iddiaçı əmək hüquqlarının pozulması ilə əlaqədar 15000 manat mənəvi, həmçinin məhkəmə xərcəlrini tələb etmişdir. Birinci instansiyasiya məhkəməsi tələbin karantində olduğu dövr üçün 17000 manat pul tələb etməsinə dair hissəsi ilə bağlı qeyd etmişdir ki, X13 Təlimatlarına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## #### 2020-ci il tarixli qərarı və bununla bağlı digər qərarlarının icrası ilə əlaqədar Xəzər hövzəsində yerləşən gəmilərin iş qaydası müəyyən edilmişdir. Həmçinin, işçinin iş yerinə gəlməsi və əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyalarını yerinə yetirməsi üçün Covid-19 pandemiyası ilə əlaqədar olaraq Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## #### 2020-ci il tarixli № ***-li qərarı ilə fəaliyyətinə icazə verilən sahələr müəyyən edilmişdir. Həmin qərarın 3-cü bəndi ilə nəqliyyat və logistika sahəsi üzrə hava, dəniz, dəmir yolu və avtomobil nəqliyyatı ilə yük daşımalarına, dəmir yolu, dəniz gəmiçiliyi, liman və avtomobil yolları xidmətlərinin, logistika xidmətlərinin fəaliyyətinə icazə verilmişdir. X13 (ÜST), Azərbaycan Respublikası Nazirlər Kabinetinin koronavirus pandemiyasının yayılmasının qarşısının alınmasına dair qərarlarına, tələmatlarına, göstərişlərinə,“Azərbaycan Respublikasında Dəniz Nəqliyyatı gəmilərində xidmət” Nizamnaməsinə əsasən işçilərin xəstəlikdən təcrid olunmasına dair “xxxx” Şirkəti tərəfindən ##.##.2020-ci il tarixli şirkət daxili memorandum imzalanmışdır. Həmin Memoranduma əsasən gəmiyə işə çıxan işçilərin karantində olma müddətləri və qaydaları müəyyən edilmişdir. Covid-19 pandemiyası ilə əlaqədar olaraq karantin qaydalarına müvafiq olaraq E. Sultanovun gəmiyə işə çıxıb əmək funksiyalarını yerinə yetirməsi üçün 2020-ci ilin noyabr ayında, dekabr ayında, 2021-ci ilin yanvar ayında, may ayında, oktyabr ayında, noyabr ayında, 2022-ci ilin yanvar ayında, fevral ayında müəyyən günlər ərzində karantində olmuşdur. Işin materiallarından görünür ki, cavabdeh tərəfindən Covid-19 pandemiyası ilə əlaqədar olaraq şirkət daxili və sifarişçi şirkətin tələblərinə əsasən gəmi heyəti vaxtaya getməmişdən əvvəl 2 həftə və digər müddətə təyin edilmiş otellərdə karantində olmuşlar. Bu müddət ərzində karantində olan bütün gəmi heyəti üzvlərinə vaxtadan kənar müddət üçün təyin edilmiş gündəlik tarif maaşları hesablanaraq ödənilmişdir. Məhkəmə qeyd etmişdir ki, “xxxx” şirkəti ilə X4 arasında bağlanmış əmək müqaviləsinə əsasən işçinin iş yeri şirkətin gəmiləri və sahil obyektinin olması müəyyən edildiyindən, Elçin Sultanovun karantində olduğu yerin onun iş yeri deyil müxtəlif otellərdə karantində olması olduğundan həmin yer iş yerlərin hesab edilə bilməməsinə və həmin otellerdə karantində olduğu müddət işçinin boş dayanma müddəti kimi hesablana bilməməsinə dair cavabdehin iddiaya olan etirazın dəlilləri əsaslıdır. 2020-ci ilin mart ayından başlayaraq koronavirus (Covid 19) pandemiyası ilə əlaqədar ölkədə xüsusi karantin rejimi tətbiq edilmişdir. Pandemiya dünya miqyasında olmaqla hazırki iş üzrə təkcə iddiaçıya deyil, cavabdehin bütün işçi heyətinə aid olmuşdur. Cavabdehin izahatında və etirazında da qeyd edildiyi kimi “X14 B. V.” Azərbaycan şöbəsinin Koronavirus xəstəliyi (COVID-19 yayılması zamanı) CR-SCONA-HLT-002- E nömrəli izolyasiya təlimatlarına əsasən karantin rejimi qaydası müəyyən edilmişdir. Sifarişçinin tələbinə əsasən gəmi heyətinin yerli işçiləri üçün oteldə 14 günlük mobilizasiya, otelə çatanda Svab testi, izolyasiya bitməmişdən əvvə 1 Svab testi və oteldə təcrid olunarkən açıq havada 1 saatlıq fəaliyyətə icazə verilmişdir. “xxxx” Şirkəti sifarişçilərin müəyyən etdiyi şərtlər əsasında gəmi heyəti üzvlərinin işə çıxmaları üçün tələb edilən müddətlərdə tətbiq edilmişdir və iddiaçı da digər işçilər kimi tələb edilən müddətlərdə karantin rejimi qaydalarına əməl etmişdir. Iddiaçı cavabdehin işçisi olmaqla pandemiya şəraitində iş fəaliyyətini sağlam şəraitdə davam etdirmək üçün tətbiq edilmiş rejim qaydalarına könüllü olaraq riayət etmişdir. Başqa sözlə, iddiaçı bundan imtina da edə bilərdi. Görülmüş tədbirlər, yəni karantin rejimi eyni zamanda iddiaçının sağlamlığı ilə də bağlı olmuşdur və göstərilən müddətlərdə karantində olmaqla iş fəaliyyətinin dayandırılmasında cavabdeh işəgötürən təqsirli olmamışdır. Məhkəmə kollegiyası qeyd edilən tələblə bağlı hissədə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinə əsasən hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Əmək müqavilələri sərbəst bağlanır, heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır (35-ci maddənin II, IV, VI hissələri). Konstitusiyanın 71-ci maddəsinin İ və II hissələrinə görə, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 2011-ci il ## #### tarixli Qərarında bu hüquqla bağlı formalaşdırdığı hüquqi mövqeyə görə, əməyin iqtisadi və sosial ölçüləri vardır. Bu baxımdan əmək hüququ fərdin və onun ailəsinin rifahına və inkişafına, habelə cəmiyyətdə özünü dərk etməsinə təsir edir. Əmək hüququnun bu təyinatları hər kəsin sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçməsi ilə xarakterizə olunur. Ədalətli sosial quruluşun təmin edilməsi prinsipi ədalətli, iqtisadi və sosial qaydalara uyğun olaraq hamının layiqli həyat səviyyəsinin təmin edilməsini bəyan edən Konstitusiyanın preambulasından irəli gəlir. Məhz dövlətin effektli sosial siyasəti cəmiyyətdə rifahın və firavanlığın bərqərar edilməsini təmin edir. Hər hansı ayrı-seçkilik olmadan əmək hüquqlarının həyata keçirilməsi beynəlxalq hüquqi aktlarda da aparıcı yer tutur. Insan hüquqları haqqında Ümumi Bəyannamənin 23-cü maddəsinin ikinci bəndində, Iqtisadi, sosial və mədəni hüquqlar haqqında Beynəlxalq Paktın 7-ci maddəsində hər kəsin hər hansı ayrı-seçkilik olmadan bərabər əməyə görə bərabər haqq almaq hüququ təsbit olunmuşdur. Milli qanunvericilikdə fiziki şəxslərin əməyə olan qabiliyyətlərinin tətbiqi ilə bağlı yaranan əmək münasibətlərini tənzimləyən aparıcı normativ-hüquqi akt Əmək Məcəlləsidir. Bu Məcəllə fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsini təmin edən qaydaların minimum normalarını müəyyən edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin (bundan sonra, ƏM) 2-ci maddəsi Məcəllənin əsasını təşkil edən prinsipləri, o cümlədən, əmək münasibəti tərəflərinin hüquq bərabərliyini, onların mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunmasını əks etdirir. Qeyd olunan prinsiplərə əsasən, əmək münasibətlərində tərəflər – işçi və işəgötürən bərabər hüquq və vəzifələrə malikdir. ƏM, həm işçinin, həm də işəgötürənin hüquqlarını müdafiə edir və tərəflərdən hər hansı birinə üstünlük verilməsi yolverilməzdir. ƏM-in 12-ci maddəsində əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələri sadalanmış və onlardan biri kimi əmək müqaviləsinin şərtlərinə və onlarda nəzərdə tutulan öhdəliklərə əməl etmək vəzifəsi qeyd olunmuşdur. ƏM-in 154.1-ci maddəsinə əsasən, əmək haqqı - müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. ƏM-in 172.1-ci maddəsinə əsasən, aylıq əmək haqqı işçilərə, bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməlidir. Əmək haqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir. ƏM-nin 173-cü maddəsinə əsasən, işəgötürən əmək haqqının hesablanması, ödənilməsi və ondan tutulmaların aparılması barədə bütün mühasibat hesablamaları əks etdirilən işçilərin haqq-hesab sənədlərini (kitabçalarını, vərəqələrini, çeklərini) tərtib edir. Işçilərin haqq-hesab sənədlərində (kitabçalarında, vərəqələrində, çeklərində) əmək haqqından tutulan məbləğlər — tutulmanın adı, növü, səbəbi və məbləği, tərəflərin birinin digərinə ödənilməmiş pul borcu və onun məbləği göstərilir. Haqq-hesab sənədləri (kitabçaları, vərəqələri, çekləri) onları tərtib edən mühasib tərəfindən imzalanır və hər dəfə əmək haqqı verilərkən işçiyə təqdim edilir. Bu maddə ilə müəyyən edilmiş əmək haqqının hesablanması, ödənilməsi və ondan tutulmaların aparılması barədə bütün mühasibat hesablamaları kompüter proqramları vasitəsilə də aparıla bilər. Hər dəfə əmək haqqı verilərkən işçinin tələbi ilə o, kompüter yaddaşında saxlanılan bu hesablamalarla tanış edilir. Bu məlumatlar işçinin xahişi ilə çap edilib ona verilə bilər. ƏM-nin 195-ci maddəsinin d bəndinə əsasən, işəgötürən əmək münasibətləri prosesində işçinin əmək haqqı və digər ödənişləri işəgötürən tərəfindən düzgün müəyyən edilmədikdə, habelə əsassız və qanunsuz olaraq verilmədikdə işçiyə vurulan ziyana görə tam maddi məsuliyyət daşıyır. ƏM-nin 146-cı maddəsinin 1-ci hissəsinə əsasən, kollektiv müqavilələrdə, belə müqavilələr bağlanmadığı hallarda əmək müqavilələrində nəzərdə tutulan şərtlərlə və qaydalarda, işin normal ahəngini pozan amillər — təbii fəlakət, istehsalat qəzaları və operativ surətdə qarşısı alınmayan digər hallar mövcud olduqda, işəgötürənin təqsiri olmadan istehsalın, axın xəttinin və işin dayandırılması ilə əlaqədar olaraq işçilər qrup halında ödənişli, yaxud ödənişsiz məzuniyyətə buraxıla bilərlər. Bu halda ödənişsiz məzuniyyətin müddəti, işçinin bu Məcəllədə nəzərdə tutulmuş qaydada müəyyən edilmiş əsas məzuniyyətinin iki illik müddətinin cəmindən çox olmamalıdır. ƏM-nin 146-cı maddəsinin 2-ci hissəsinə əsasən, işəgötürənin təqsiri üzündən istehsalın, axın xəttinin və işin dayandırıldığı hallarda işçilərin qrup halında ödənişsiz məzuniyyətə buraxılması yolverilməzdir. Bu hal işəgötürənin təqsiri üzündən boşdayanma hesab edilir və işçilərə bu Məcəllənin 169-cu maddəsində nəzərdə tutulmuş məbləğdə əmək haqqı ödənilir. ƏM-nin 169-cu maddəsinə əsasən, boşdayanmanın başlanması haqqında işçi işəgötürənə və ya iş yeri üzrə rəhbərinə (briqadirə, ustaya, digər vəzifəli şəxslərə) xəbərdarlıq etdikdə, işçinin təqsiri olmadan boşdayanma vaxtı işçi üçün müəyyən edilmiş dərəcənin tarif (vəzifə) maaşının üçdə iki hissəsindən az olmayaraq ödənilir. Işçinin təqsiri üzündən boşdayanma vaxtı ödənilmir. Qeyd edilməlidir ki, boşdayanmanın hüquqi mahiyyəti ondan ibarətdir ki, işçi əmək funksiyasını yerinə yetirməyə hazır olduğu və əmək münasibətləri davam etdiyi halda, ondan asılı olmayan səbəblərdən faktiki olaraq işlə təmin edilmir və əmək vəzifələrini icra edə bilmir. Bu institutun məqsədi işin yerinə yetirilməməsi riskinin işçinin üzərinə qoyulmasının qarşısını almaq və onun minimum əmək təminatını qorumaqdan ibarətdir. Kollegiya işin faktiki hallarını, qanunvericiliyin tələblərini və toplanmış sübutları məcmu halda qiymətləndirərək hesab edir ki, iddiaçının növbəyə başlamazdan əvvəl karantin şəraitində saxlanıldığı müddət adi istirahət və ya qeyri-iş günü kimi deyil, əmək münasibətləri çərçivəsində yaranmış məcburi gözləmə müddəti kimi qiymətləndirilməlidir. Belə ki, iddiaçı həmin dövrdə əmək münasibətlərinin iştirakçısı olaraq qalmış, əmək funksiyasını yerinə yetirməyə hazır olmuş, lakin pandemiya ilə əlaqədar tətbiq edilən məhdudiyyətlər və işəgötürən tərəfindən müəyyən edilmiş qaydalar səbəbindən faktiki olaraq işə buraxılmamışdır. Bu halın yaranmasında işçinin hər hansı təqsirli davranışının mövcudluğu müəyyən edilmir. Əmək Məcəlləsinin 146.1-ci maddəsinə əsasən işin normal ahəngini pozan və operativ surətdə qarşısı alınmayan hallar nəticəsində işin dayandırılması ilə əlaqədar xüsusi əməkhüquqi rejim tətbiq edilir. COVID-19 pandemiyası və onunla əlaqədar tətbiq olunmuş məcburi karantin tədbirləri məhz belə hallara aid edilməlidir. Iş materiallarından görünür ki, iddiaçının karantində saxlanılması onun şəxsi təşəbbüsü ilə deyil, əmək fəaliyyətinə başlamasının zəruri şərti kimi həyata keçirilmişdir. Buna görə də həmin müddətin işçinin növbələrarası istirahət vaxtı və ya adi qeyri-iş günü kimi qiymətləndirilməsi işin faktiki hallarına uyğun gəlmir. Belə şəraitdə Kollegiya hesab edir ki, iddiaçının karantində saxlanıldığı müddət işçinin təqsiri olmadan yaranmış boşdayanma kimi qiymətləndirilməlidir. Əmək Məcəlləsinin 169.1-ci maddəsinə əsasən işçinin təqsiri olmadan baş vermiş boşdayanma vaxtı üçün işçiyə müəyyən edilmiş tarif (vəzifə) maaşının üçdə iki hissəsindən az olmayaraq əmək haqqı ödənilməlidir. Cavabdeh tərəfindən həmin dövrə görə iddiaçıya yalnız qeyri-iş günləri üçün nəzərdə tutulmuş ödənişin hesablanması əmək qanunvericiliyinin qeyd olunan tələblərinə uyğun olmadığından, iddiaçının əmək haqqının boşdayanma qaydalarında yenidən hesablanması barədə tələbi əsaslı hesab edilməlidir. Kollegiya həmçinin hesab edir ki, birinci instansiya məhkəməsinin iddiaçının karantin rejiminə “könüllü olaraq” riayət etməsi barədə nəticəsi işin hallarına uyğun deyildir. Iş materiallarından görünür ki, karantin rejimi işçinin sərbəst seçimi deyil, gəmiyə buraxılmasının və əmək funksiyasını yerinə yetirməsinin zəruri şərti olmuşdur. Iddiaçının həmin tələblərə əməl etməkdən imtina etməsi faktiki olaraq onun növbəyə buraxılmamasına və əmək vəzifələrini yerinə yetirə bilməməsinə səbəb olacaqdı. Buna görə də karantində qalmanın könüllü davranış kimi qiymətləndirilməsi mümkün deyildir. Əksinə, iddiaçı həmin müddətdə işəgötürənin müəyyən etdiyi qaydalara tabe olmuş, əmək fəaliyyətinə başlamaq məqsədilə onların göstərişlərini yerinə yetirmişdir. Birinci instansiya məhkəməsi pandemiyanın yaranmasında və karantin tədbirlərinin tətbiqində işəgötürənin təqsiri olmamasını qeyd etsə də, bu hal özlüyündə mübahisəli müddətin boşdayanma kimi qiymətləndirilməsini istisna etmir. Belə ki, COVID-19 pandemiyasının qlobal xarakter daşıması və karantin tədbirlərinin tətbiq edilməsi özlüyündə işçinin əmək-hüquqi təminatlarının məhdudlaşdırılması üçün əsas ola bilməz. Əksinə, əmək qanunvericiliyində boşdayanma institutu məhz işçinin iradəsindən asılı olmayan obyektiv səbəblər nəticəsində əmək funksiyasını yerinə yetirə bilmədiyi hallarda onun minimum sosial müdafiəsini təmin etmək məqsədi daşıyır. Pandemiyanın universal xarakter daşıması işçinin əmək funksiyasını icra edə bilməməsi faktını dəyişdirmədiyi kimi, həmin vəziyyətlə bağlı yaranan iqtisadi və təşkilati risklərin də işçinin üzərinə qoyulmasına əsas vermir. Buna görə də karantin tədbirlərinin dövlət və ya beynəlxalq səviyyədə tətbiq edilməsi mübahisəli müddətin boşdayanma kimi qiymətləndirilməsini istisna edən hal hesab edilə bilməz. Işdə olan sübutlara, ekspertiza audit rəylərinə əsasən - iddiaçı 2020-2022-ci illəri əhatə edən dövr ərzində (2020-ci ilin oktyabr ayı üzrə 6 gün, noyabr ayı üzrə 11 gün və dekabr ayı üzrə 14 gün, 2021-ci ilin yanvar ayı üzrə 4 gün, may ayı üzrə 8 gün, oktyabr ayı üzrə 3 gün, noyabr ayı üzər 9 gün, 2022ci ilin yanvar ayı üzrə 5 gün və fevral ayı üzrə 3 gün) 63 gün əmək funksiyalarının icrasına başlamazdan əvvəl karantində olmuş, həmin dövr üzrə əmək haqqı ev günü olaraq, oktyabr, noyabr və dekabr 2020-ci il tarixlərdə 88.00 manat, 2021-2022-ci illərdə isə 92.00 manat olmaqla hesablanmışdır. Əmək haqqı ev günlərinə uyğun olaraq, 2020-ci ilin oktyabr ayı üzrə 528 manat, noyabr ayı üzrə 968 manat və dekabr ayı üzrə 1232 manat, 2021-ci ilin yanvar ayı üzrə 368 manat, may ayı üzrə 736 manat, oktyabr ayı üzrə 276 manat, noyabr ayı 828 manat, 2022-ci ilin yanvar ayı üzrə 460 manat və fevral ayı üzrə 276 manat, ümumilikdə isə 5672,00 manat formasında hesablanmışdır. Iddiaçının karantində qaldığı həmin günlər hesab edilib-edilməməsinin dəqiqləşdirilməsi məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə sorğu ünvanlanmış, sorğuya cavab olaraq “COVID-19” pandemiyası dövründə işçilərin işə çıxması keçdikləri karantin günlərində işçilərin boş dayanması hesab edilməsi və işçiyə boşdayanma əmək haqqının ödənilməsi məqbul hesab edildiyi bildirilmişdir. Karantin günləri işçilərin boşdayanması hesab edildiyi üçün iddiaçıya 63 gün, iş günü əmsalı tətbiq edilməklə 2/3 hissəsi 2020-ci ilin oktyabr ayı üzrə 1488 manat, noyabr ayı üzrə 2728 manat və dekabr ayı üzrə 3472 manat, 2021-ci ilin yanvar ayı üzrə 1032 manat, may ayı üzrə 2064 manat, oktyabr ayı üzrə 774 manat, noyabr ayı 2322 manat, 2022-ci ilin yanvar ayı üzrə 1290 manat və fevral ayı üzrə 774 manat, ümumilikdə isə 15944,00 manat formasında hesablanmalıdır. Beləliklə, hesablanmalı olan 15944,00 manat pul vəsaitindən, hesablanmış 5672,00 manat pul vəsaiti çıxıldıqdan sonra iddiaçıya 10272,00 manat əlavə pul vəsaiti hesablanmalıdır. Qeyd edilməlidir ki, iş üzrə bir neçə ekspertiza rəyi olsa da, audit rəyi daha dolğun, hərtərəfli əsaslandırılmış formada tərtib edildiyin məhkəmə kollegiyası həmin rəyi mübahisənin həlli istiqamətində digər sübutlarla birlikdə daha mötəbər hesab edir (bununla yanaşı audit rəyi ilə ekspertiza rəyləri arasından kəskin ziddiyyət və ya uyğunsuzluq da mövcud olmamışdır). Yuxarıda da qeyd edildiyi kimi, cavabdeh mübahisəyə 1 illik iddia müddətinin tətbiqi barədə ərizə vermişdir. Belə olan halda, Kollegiya iddiaçı tərəfindən müvafiq iddia müddətinin ötürülüb-ötürülməməsinin yoxlamasını zəruri hesab edir. Işdən görünür ki, iddiaçı məhkəməyə müraciət etməməmişdən əvvəl məcburi mediasiya tələblərinə uyğun olaraq ## ####### 2022-ci il tarixdə cavabdehə mediasiyanın tətbiqi barədə təklif göndərmiş, ## ###### 2022-ci il tarixdə “ilkin mediasiya sessiyasında iştirak etməmə barədə” arayış verilmiş, ## ###### 2022-ci il tarixdə isə iddiaçı müvafiq tələblərlə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi, iddiaçı mediasiyanın tətbiqi barədə təklifin tarixindən 1 il əvvələ, yəni 2021-ci ilin oktyabr ayından etibarən müvafiq tələb hüququna malik olmuşdur. Audit rəyindən də göründüyü kimi, 2021-ci ilin oktyabr ayı üzrə 774 manat, noyabr ayı 2322 manat, 2022-ci ilin yanvar ayı üzrə 1290 manat və fevral ayı üzrə 774 manat olmaqla cəmi 5164 manat əmək haqqı heablanmalı olduğu halda, həmin dövr üzrə əmək haqqı ev (istirahət) gününə uyğun olaraq 1840 manat ödənilmişdir. Belə olan halda cavabdeh iddiaçıya əlavə olaraq 3320 manat fərqi də ödəmək vəzifəsini daşıyır. Birinci instansiya məhkəməsi isə qeyd edilənləri nəzərə almamış, maddi hüquq normasının təfsirində səhvə yol vermişdir. Bu səbəbdən də, qətnamə qeyd edilən iddia tələbinin rədd olunması hissədə ləğv olunmalı, iddia həmin hissədə qismən, yəni 3320 manat həddində təmin olunmalıdır. Bununla yanaşı, həmin iddia tələbi 2021-ci ilin oktyabr ayından əvvəlki dövrlər üzrə iddia müddətinin keçməsinə görə əsassızdır və təmin oluna bilməz. Iddiaçı tərəf bunun əksini əsaslandıra, habelə müddətin üzrlü səbəblərdən ötürülməsi ilə bağlı məhkəməyə ərizə və hər hansı sübut təqdim etməmişdir. ƏM-nin 296.3-cü və 296.4-cü maddələrinə əsasən, pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. MM-in 375.1-ci və 375.2-ci maddələrinə görə, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Birinci instansiya məhkəməsi iddia tələbinin - işdə olmayan işçini əvəz etməklə işə cəlb edilməsinə görə 20953 manat pul tələbi hissədə qeyd etmişdir ki, əmək müqaviləsinə əsasən iddiaçı 42 gün işdə, yəni gəmidə, növbəti 42 gün istirahətdə, yəni evdə və yenidən 42 gün işdə olmalıdır. O, ## #### 2022-ci il tarixinədək olan müddət ərzində 42 gün öz iş vaxtına görə işləmiş, ## #### 2022-ci il tarixdən ## #### 2022-ci tarixinədək 42 günü işdə olmayan Rın baş köməkçisi vəzifəsində DPO işləyən X2 əvəz etməklə onun vəzifəsini icra etmişdir. Belə ki, “xxxx” şirkətində gəmi Rının baş köməkçisi vəzifəsində işləyən X2 xəstəliyi ilə əlaqədar olaraq ## #### 2022-ci il tarixdən işə çıxmamışdır. Xəstə olması və ##.##.2022-ci il tarixdən ## ### 2022-ci il tarixədək işdən azad edilməsinə dair əmək qabiliyyətinin olmaması vərəqəsini təqdim etmişdir. Gəmi Rının baş köməkçisi vəzifəsində işləyən X2 ##.##.2022-ci il tarixdə vəfat etmişdir. Iddiaçı İddiaçı istirahətə getmək əvəzinə ## #### 2022-ci il tarixdən ## #### 2022-ci tarixi də daxil olmaqla özünün istirahət günlərinə təsadüf edən 42 gün müddətində işdə olmayan Rın baş köməkçisinin vəzifəsini icra etmişdir. Cavabdeh tərəf bu halın digər işçini əvəzetmə olduğunu bildirsə də, məhkəmə bunu əvəzetmə kimi qiymətdəndirmir. Belə ki, işin materiallarından görünür ki, gəmi Rının baş köməkçisi vəzifəsində DPO işləyən X2 öldüyündən X4 gəmi Rından ailə vəziyyəti ilə əlaqədar pul lazım olduğunu bildirib iş yerində olmayan, ölmüş gəmi Rının baş köməkçisi vəzifəsini icra etməsini xahiş etmiş və onun xahişi gəmi Rı Yaşar Fətullayev tərəfindən Gəmi Heyyət Departamenti ilə razılaşdırıldıqdan sonra onun xahişi nəzərə alınaraq gəmi Rının baş köməkçisi DPO üzrə vəzifəsini icra etməyə razılıq verilməklə tərəflər arasında ##.##.2022-ci il tarixli akt tərtib edilmişdir. Başqa sözlə, Elçin Sultanov Rın baş köməkçisi DPO vəzifəsində işləmiş X2 əmək funksiyalarını icra etməsini özü xahiş etmişdir və işdə olmayan işçinin əmək funksiyasını icra etmişdir. Lakin bu hal əmək qanunvericiliyində nəzərdə tutulmuş qaydada rəsmiləşdirilməmişdir. Həmçinin həmin günlər üçün iddiaçıya nə qədər məbləğdə və hansı meyarla əmək haqqı ödəniləcəyinə dair razılıq əldə edilməsi iş materiallarından görünmür. Beləliklə də, müəyyən edilmişdir ki, E. Sultanov 1-# #### 2022-ci il tarixlərində öz vəzifəsini gəmi Rın baş köməkçisi SDPO vəzifəsində, ##.##.2022-ci il tarixdən ## #### 2022-ci il tarixinədək isə Rın baş köməkçisi DPO boş vəzifəsini rəsmi əmr əsasında deyil, tərəfərin qarşılıqlı razılaşması əsasında tərtib edilmiş akt əsasında icra etmişdir. Məhkəmə hesab edir ki, E.Sultanovun işdə olmayan işçinin əmək vəzifələrini icra etməsinə görə ## #### 2022-ci il tarixdən ## #### 2022-ci il tarixinədək istirahət etməli olduğu müddət üçün iki qat əmək haqqı ödənilməsini tələb etməsi heç də əsassız olmamışdır. Belə ki, müəyyən edilmişdir ki, cavabdeh-işəgötürən tərəfindən 2022-ci ilin iyun-iyul aylarında Elçin Sultanova əmək haqqı əmək qanunvericiliyinə və əmək müqaviləsinə müvafiq qaydada ödənilməmiş, bununla da əmək qanunvericiliyinin pozulmasına yol verilmişdir. Birinci instansiya məhkəməsi Məhkəmə Ekspertiza Mərkəzinin ## ###### 2024-cü il tarixli */**** nömrəli rəyini də nəzərə almaqla hesab etmişdir ki, cavabdeh tərəfindən istirahət günü işə cəlb edildiyi üçün hesablanmayan 12114 manat (qanunvericiliyə əsasən tutulmalar nəzərə alınmaqla) iddiaçıya ödənilməlidir. Məhkəmə kollegiyası qeyd edilən hissədə birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşaraq hesab edir ki, həqiqətən cavabdeh tərəfindən iddiaçının əmək hüquqları pozulmuş, əmək haqqı düzgün hesablanmamışdır. Belə ki, ƏM-nin 107-ci maddəsinə əsasən, Bu Məcəllənin 101-ci maddəsinin “a” və “b” bəndlərində nəzərdə tutulmuş müstəsna hallar, habelə fasiləsiz istehsalatlar, ticarət, ictimai iaşə, rabitə, nəqliyyat və digər xidmət sahələri istisna olunmaqla istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günlərində və ümumxalq hüzn günündə işçilərin işə cəlb olunması yolverilməzdir. ƏM-nin 109-cu maddəsinə əsasən, Bu Məcəllənin 107-ci maddəsi ilə yol verilən müstəsna hallarda istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü işə cəlb edilən işçilərin əməyi 164-cü maddədə nəzərdə tutulan qaydada ödənilir. ƏM-nin 164-cü maddəsinə əsasən, istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü görülən işə görə əməkhaqqı aşağıdakı kimi ödənilir: - əməyin vaxtamuzd ödənilmə sistemində gündəlik (saatlıq) tarif maaşının iki mislindən aşağı olmamaqla; - əməyin işəmuzd ödənilmə sistemində ikiqat işəmuzd qiymətlərindən aşağı olmamaqla; - aylıq maaş alan işçilərə iş aylıq iş vaxtı norması çərçivəsində görülmüşsə, maaşdan əlavə gündəlik (saatlıq) vəzifə maaşı məbləğindən aşağı olmamaqla, əgər iş aylıq iş vaxtı normasından artıq vaxtda görülmüşsə, maaşdan əlavə gündəlik (saatlıq) vəzifə maaşının ikiqat məbləğindən aşağı olmamaqla. Qanunvericiliyin qeyd edilən tələblərindən göründüyü kimi, qanunverici istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn gününü işçinin istirahət hüququnun təmin edilməsinə xidmət edən xüsusi hüquqi rejim kimi müəyyən etmiş, həmin günlərdə işə cəlb olunmanı yalnız məhdud və müstəsna hallarda mümkün hesab etmişdir. Bununla əlaqədar olaraq, qanun işçinin belə günlərdə əməyindən istifadə edilməsinin əlavə kompensasiya ilə müşayiət olunmasını tələb edir. Bu normaların məqsədi işçinin istirahət hüququnun məhdudlaşdırılması nəticəsində yaranan əlavə əmək yükünü balanslaşdırmaq və işəgötürənin həmin günlərdə işçi əməyindən istifadəsini iqtisadi baxımdan əsaslandırılmış hədlərlə məhdudlaşdırmaqdan ibarətdir. Bu baxımdan, işçinin istirahət və ya iş günü hesab edilməyən bayram günündə faktiki olaraq əmək funksiyasını yerinə yetirməsi müəyyən edildikdə, həmin işin adi iş günü kimi ödənilməsi yolverilməzdir. Belə hallarda, işçinin əməyinin hansı əməkhaqqı sistemi üzrə ödənilməsindən asılı olaraq Əmək Məcəlləsinin 164-cü maddəsində nəzərdə tutulmuş artırılmış tariflər tətbiq edilməlidir. Qanunvericinin imperativ qaydada müəyyən etdiyi bu təminatlar tərəflərin razılığı ilə məhdudlaşdırıla və ya daha aşağı məbləğdə əvəz edilə bilməz. Buna görə də işçinin istirahət və ya bayram günündə işə cəlb edilməsi sübuta yetirildiyi halda, həmin iş vaxtına görə əmək haqqının artırılmış qaydada hesablanması işəgötürənin qanunla müəyyən edilmiş vəzifəsi hesab olunur. Işin hallarından, toplanmış sübutlardan və audit rəyindən də göründüyü kimi, iddiaçının ##.##.2022-##.##.2022-ci il tarixlərdə başqa işçini (Rın baş köməkçisi vəzifəsində DPO işləyən X2) əvəz etməsi ilə bağlı göstərilən hal (işçini əvəz edə biləcək başqa işçi olmaması ilə əlaqədar işə fasilə verilməsinə yol vermək mümkün olmadıqda, işçi 42 gün öz növbəsində işlədikdən sonra öz razılığı ilə vaxtlararası istirahət günündə növbəyə çıxmalı olan başqa işçinin yerinə işləməsi) əvəz etməsi ilə bağlı cavabdeh tərəfindən iyun 2022-ci il üçün ümumilikdə 15588.00 manat əmək haqqı hesablanmışdır. Bundan 11970,00 manat 30 gün iş günlərinə görə, 2820,00 manat ev günlərinə görə, 798,00 manat isə bayram günlərinə görə hesablanmışdır. Nəzərə alsaq ki, 07 iyun tarixi də daxil olmaqla iyun ayı üçün (24 gün iş günü) 07-30 iyun aralığına təsadüf edir və iş günü əmsalı 387,00 manatdır, o zaman ## #### 2022- ## #### 2022-ci il tarixlərində iyun ayı üçün (bayram günləri nəzərə alınmaqla) 11970,00:30 iş günü X 24 gün =9576,00+798.00=10374,00, 01-19 iyul aralığında isə 19 iş günü üçün 7581,00 manat hesablanma olmuşdur. Nəticə olaraq, işdə olan sənədlərə əsasən iddiaçının ##.##.2022-##.##.2022-ci il tarixlərində başqa işçini Rın baş köməkçisi vəzifəsində DPO işləyən X2) əvəz etməsi ilə bağlı 10374,00+7581,00=17955,00 manat əmək haqqı hesablanmışdır. Lakin, yuxarıda qeyd olunanlar nəzərə alınmaqla iddiaçının ##.##.2022-##.##.2022-ci il tarixlərində (2 qat əmək haqqı əmsalı olmaqla, 42 gün X 387,00 manat (iş günü əmsalına) X 2=35508,00 manat) 35508,00 manat hesablanmalıdır. Əmək müqaviləsinin şərtlərinə və əmək qanunvericliyinin şərtlərinə əsasən iddiaçının işdən sonra 42 gün müddətində istirahət hüququnun olması nəzərə alınmaqla, onun istirahət vaxtına təsadüf edən ## #### 2022-## #### 2022-ci il tarixlərində başqa işçini əvəz etməsi ilə bağlı ona 35508,00 manat əmək haqqı hesablanmalı idi, faktiki hesablanmış17955,00 manat və hesablanmalı olan 35508,00 manat arasındakı fərq 14553,00 manat təşkil edir. Qüvvədə olan Vergi Məcəlləsinə və Sosial Sığorta haqqında qanuna uyğun olaraq, işçinin aylıq gəlirləri cəmləndikdən sonra müvafiq qaydada vergi və icbari ödənişlər hesablanaraq, işçinin əmək haqqından tutularaq büdcəyə, qalıq məbləğ isə işçiyə ödənilməlidir. Nəzərə alınmalıdır ki, əmək münasibətləri tərəflərin bərabərliyi və iradə azadlığı prinsiplərinə əsaslansa da, bu münasibətlərin tənzimlənməsində bir qayda olaraq imperativ xarakterli normalar üstünlük təşkil edir. Xüsusən iş vaxtı, əmək şəraiti, əmək haqqının hesablanması qaydası, işdən çıxarılma prosedurları və s. kimi məsələlərdə qanunvericinin imperativ tələbi əsas götürülür. Bu, işçinin əmək münasibətlərinin zəif tərəfi olaraq əmək hüquq normaları ilə daha üstün müdafiə və təminat altına alınması zərurətindən irəli gəlir. Işçinin əmək haqqı bir qayda olaraq onun və ailə üzvlərinin yaşaması üçün əsas gəlir mənbəyidir. Işəgötürən isə işçidən fərqli olaraq iqtisadi baxımdan daha güclü tərəf olmaqla, təşkilati-sərəncamverici səlahiyyətlərə malik olur. Məhz bu baxımdan qanunvericilikdə işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verərkən əmək qanunvericiliyinin tələblərinə ciddi əməl edilməli olması müəyyən edilmişdir. Bu sahədə işəgötürənən əmri qanunvericilikdə nəzərədə tutulmuş maddi və formal tələblərə cavab verməlidir. Yəni, faktiki cəhətdən bərabər olmayan subyektlər arasında yaranan münasibətlərdə daha zəif tərəfin (işçinin) müdafiəsi, qanuni maraq və mənafelərinin qorunması məqsədilə qanunverici bir çox hallarda imperativ xarakterli əmək hüquq normaları vasitəsilə bu münasibətləri tənzimləyir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-3.4 və 2-4-cü hissələrinin Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin III və IV hissələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2023-cü il ## ####### tarixli Qərarı). Göründüyü kimi, birinci instansiya məhkəməsinin hüquqi mövqeyi düzgün olsa da, iddiaçıya ödənilməli olan əmək haqqının məbləğində səhvə yol vermişdir. Bu səbəbdən də, qətnamə həmin hissədə iddiaçının apellyasiya şikayətinə əsasən dəyişdirilməli, iddiaçıya ödənilməli olan pul vəsaitinin məbləği 14553 manat (qanunvericiliyə əsasən tutulmalar nəzərə alınmaqla) müəyyən edilməlidir. Cavabdehin etirazları (iddiaçının könüllü olaraq istirahət vaxtı işə çıxması və s.) isə qanuvericiliyin qeyd edilən imperativ tələblərini istisna etməməklə onların tətbiqini aradan qaldıra bilməz, cavabdehin apellyasiya şikayətinin dəlilləri qeyd edilən hissədə əsassızdır. Birinci instansiya məhkəməsi iddianın - əmək haqqından heç bir qanuni əsas olmadan çıxılmış 27575,30 manat pul məbləğinin ödənilməsinə dair hissəsi üzrə qeyd etmişdir ki, cavabdehin etirazları tərəflər arasında bağlanmış əmək müqaviləsində nəzərdə tutulmadığı üçün iddiaçıya hesablanmış əmək haqqından iddiada qeyd edilən aylar üçün düzəliş məbləğlərinin çıxılması heç bir qanuni əsasa və ya müqavilə şərtlərinə söykənmir. Belə ki, iş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin ## ##### 2024-cü il tarixli */**** nömrəli ekspert rəyindən görünür ki, iş materiallarında olan məlumatları və Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs təqdim etdiyi məlumatları nəzərə alaraq, qüvvədə olan Azərbaycan Respublikasında əmək haqqının hesablanması, əmək haqqıdan tutulmalar üzrə Qanuna əsasən iddiaçının 2019-cu ilin may, iyun, iyul, avqust ayları üzrə 6702,00 manat, 2020-ci ilin sentyabr ayı üzrə 895,50 manat, 2021-ci ilin mart, aprel, iyun, iyul, avqust, sentyabr ayları üzrə 13455,00 manat, 2022-ci ilin iyul ayı üzrə 130,00 manat olmaqla, hesablanmış əmək haqqından dövlət hesabına tutulmalı olan məbləğlərdən başqa digər tutulmaların ümumilikdə 21182,50 manat təşkil etdiyi müəyyən edilmişdir. Məhkəmə, iddianın bu hissədə əsaslı olması qənaətinə gəlir, lakin buna baxmayaraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, işin materiallarından görünür ki, iddiaçının əmək haqqından qanunsuz tutulmalar 2019-cu ilin may, iyun, iyul, avqust, 2020-ci ilin sentyabr, 2021-ci ilin mart, aprel, iyun, iyul, avqust, sentyabr və 2022-ci ilin iyul ayı üzrə olmuşdur. Başqa sözlə, iddiaçının hüququnun pozulması əmək haqqının verildiyi aydan hesablanmalıdır. Lakin, işin materiallarından görünür ki, iddiaçı ## ###### 2022-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Iddia tələbinin 2019-cu ilin may ayından başlayarq əmək haqqından tutulmasının 2021ci ilin sentyabr ayınadək olan müddət üçün Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsi ilə müəyyən edilmiş (Pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələri) 1 illik iddia müddəti buraxıldığından məhkəmə tərəfindən iddia müddətini tətbiq edilməklə həmin müddətlərə münasibətdə iddia rədd edilməlidir. Məhkəmə eyni zamanda hesab etmişdir ki, iddia 2022-ci ilin iyul ayı üzrə iddia müddəti daxilində verildiyindən iddia əmək haqqından heç bir qanuni əsas olmadan çıxılmış 130 manatın tutulması hissəsində təmin edilməlidir. Məhkəmə kollegiyası qeyd edilən hissədə iddia müddətinin tətbiqi ilə bağlı birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və iddiaçının apellyasiya şikayətinin əsassız olması nəticəsinə gəlir (iddia müddətinin tətbiqi ilə bağlı yuxarıda ətraflı qeyd olunmuşdur). Eyni zamanda həmin hissədə cavabdehin apellyasiya şikayətinin dəllilləri (tərəflər arasında müvafiq razılaşmanın olması) ilə də razılaşmayaraq hesab edir ki, sonuncu etirazının əsası kimi istinad etdiyi halları əsaslandıra və sübut edə biliməmişdir. Müvafiq tutulmanın əsassız olması işdə olan sübutlarla (ekspertiza rəyi və s.) müəyyən edilir. Audit rəyi isə həmin hissədə əsaslandırılmamışdır. Bu səbəbdən də, qətnamə yoxlanılan hissədə əsaslı və qanunidir. Məhkəmə cavabdehdən iddiaçının xeyrinə 15.000 manat mənəvi ziyanın tutulması hissəsinə münasibətdə aşağıdakıları qeyd edir. MM-nin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. MM-nin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. ƏM-nin 290.3-cü maddəsinə əsasən işəgötürən əmək münasibətləri prosesində işçiyə vurduğu mənəvi ziyana görə maddi məsuliyyət daşıyır. Mənəvi ziyan vurulduğunu iddia edən işçi həmin ziyana görə iddiasının məbləğini ərizəsində göstərməlidir. Işçiyə dəyən mənəvi ziyanın pul hesabı ilə məbləği onun ərizəsi əsasında vurulan mənəvi ziyanın ictimai təhlükəlilik dərəcəsinə, işçinin və işəgötürənin şəxsiyyətinə, işin faktik hallarına və ədalətli qərar qəbul edilməsi üçün zəruri olan digər obyektiv hallara uyğun olaraq məhkəmə tərəfindən müəyyən edilir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ##.##.2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəql nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarateri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. “Şəxsiyyət hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2025-ci il tarixli, ** nömrəli Qərarında qeyd olunmuşdur ki, Əmək Məcəlləsinin 290-cı maddəsinin 3-cü hissəsinin qeyd hissəsinin tətbiqi zamanı nəzərə alınmalıdır ki, həmin maddənin qeyd hissəsindən göründüyü kimi, işçinin şərəf və ləyaqətinin ləkələnməsi, alçaldılması, ona böhtan atılması, şəxsiyyətinin təhqir edilməsi, mənəviyyatına, əxlaq normalarına, milli qürur hissinə, etiqadına zidd olan əməllərin mövcudluğu faktı əksi sübuta yetirilməyincə mənəvi zərərin tutulması üçün yetərli olacaqdır. Bundan fərqli olaraq, işçinin barəsində yalan məlumatların yayılması o zaman mənəvi zərərin vurulması ilə nəticələnə bilər ki, bu əməllər işçinin kollektiv arasında gözdən salınması məqsədi ilə edilmiş olsun. Nəzərə alınmalıdır ki, sözügedən faktların mövcudluğu üzrə sübutetmə yükü işçinin, onların əksini sübutetmə yükü isə işəgötürənin üzərindədir. Lakin işçi barəsində yalan məlumatların yayılması faktına istinadən mənəvi zərərin ödənilməsini tələb edərsə, bu faktın mövcudluğu ilə yanaşı, yayılmanın onun kollektiv arasında gözdən salınması məqsədi ilə edilməsi halını da sübut etməlidir. Bununla belə qeyd olunmalıdır ki, əməlin mənəvi zərərin yaranması əsasını təşkil etdiyi Əmək Məcəlləsində birbaşa göstərilən hallarla yanaşı, işçinin və işəgötürənin şəxsiyyət hüquqlarına hüquqazidd müdaxilə ilə nəticələnən digər hallar da mənəvi zərərin yaranması əsası kimi çıxış edə bilər. Məsələn, Əmək Məcəlləsinin 189-cu maddəsinin 4-cü hissəsi və 195-ci maddəsinin “c” və “g” bəndlərində nəzərdə tutulmuş əməllər, habelə işçinin şəxsi və ailə sirri təşkil edən məlumatların kollektivdə yayılması onun müvafiq olaraq şərəf və ləyaqət, sağlamlıq və şəxsi toxunulmazlıqla bağlı şəxsiyyət hüquqlarına hüquqazidd müdaxiləyə səbəb olduğundan, mənəvi zərərin yaranması əsasını təşkil edəcəkdir. Insan Hüquqları üzrə Avropa Məhkəməsinin «mənəvi ziyanla» bağlı təcrübəsi göstərir ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri–inamsızlıq, narahatlıq, məyusluq hisslərini, stressləri, əzab və əziyyətləri nəzərə alır. Məsələn, Avropa Məhkəməsi «Koinq Almaniyaya qarşı» işdə ərizəçiyə «mənəvi narahatlıq yetirilməsinə», «Artiko Italiyaya qarşı» işdə «tənhalıq və kimsəsizlik hisslərinə», «Younq, Cames və X7rşı» işdə «alçaldıcı və təhqiredici hərəkətlərə» görə mənəvi zərərin ödənilməsi qərarına gəlmişdir. Avropa Məhkəməsinin «Ədalətli kompensasiya tələbləri barədə Praktiki Qaydaları»nın 13-cü bəndinə əsasən, mənəvi zərərə aid Məhkəmənin təyin etdiyi kompensasiya qeyri-maddi zərərə, məsələn, əqli və ya fiziki əziyyətə görə maliyyə kompensasiyasının təmin olunmasına yönəlib. Iddianın qeyd olunan hissəsində birinci instansiya məhkəməsi tələbi qismən təmn edərək, cavabdehin qanunsuz hərəkətləri nəticəsində iddiaçının mənəvi zərər çəkdiyi, bunun qarşılığı olaraq isə cavabdehdən 3000 manat pulun tutularaq iddiaçıya ödənilməsi qənaətinə gəlmişdir. Lakin, qanunvericliyin yuxarıda qeyd olunan tələblərindən göründüyü kimi iş materiallarından iddiaçının şərəf və ləyaqətinin, eləcə də digər şəxsiyyət hüquqlarına müdaxilənin olunması, onun barəsində yalan və həqiqətə uyğun olmayan məlumatların yayılması və s. hallar öz təsdiqini tapmır. Həmçinin, qeyd olunan halın sübut olunması yükü iddiaçının üzərinə düşür. Məhkəmə kollegiyası hesab edir ki, iddia tələbinin əsaslandırıldığı faktiki hallar, eləcə də bunun nəticəsi olaraq iddiaçının mənəvi sarsıntı və iztirab keçirmiş olmasına dair iddiaçı tərəfindən hər hansı mötəbər və əsaslı sübut təqdim olunmamışdır. Belə olan halda, birinci instansiya məhkəməsi tərəfindən iddiaçının əmək hüquqlarının pozulması (onun əmək haqqının düzgün hesablanmaması, əmək haqqından qanunsuz tutulmaların olunması və s.) və nəticədə, iddiaçının psixoloji iztirab və sarsıntı keçirməsi, buna müvafiq ona mənəvi zərər dəyməsi barədə gəldiyi qənaəti əsaslı olmamışdır. Qeyd olunanlara əsasən kollegiya cavabdehin apellyasiya şikayətinin dəlilləri ilə razılaşaraq hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi iddianın 3000 manat mənəvi zərər tutulması hissəsində əsaslı olmadığından ləğv olunmalı və iddia həmin hissədə təmin olunmamalıdır. MPM-in 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. «Qavazov Bolqarıstana qarşı» iş üzrə ## #### 2008-ci il tarixli Qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. «Insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin tələbinə görə, məhkəməyə müraciət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şikayət vermə hüququndan sui-istifadə edilmiş hesab edirsə, qəbul olunmayan elan edilə bilər. Beləliklə, qeyd olunanlara əsasən iddiaçının və cavabdehin apellyasiya şikayətləri qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi “Covid-19” pandemiyası ilə əlaqədar işə buraxılmasından əvvəl müxtəlif vaxtlarda hotel otaqlarında məcburi karantində qalması ilə bağlı ona ödənilməmiş 17000 manat əmək haqqı tələbinin rədd olunması hissədə ləğv olunmalı, həmin hissədə iddia qismən təmin olunmalı, cavabdehdən iddiaçının xeyrinə 3320 (üç min üç yüz iyrimi) manat pul vəsaiti tutulmalı, həmçinin qətnamə cavabdehdən iddiaçının xeyrinə 12114 (on iki min bir yüz on dörd) manat (qanunvericiliyə əsasən tutulmalar nəzərə alınmaqla) pulun tutulması hissəsində dəyişdirilməli, iddiaçının xeyrinə tutulmalı olan pul vəsaitinin məbləği 14553 (on dörd min beş yüz əlli üç) manat (qanunvericiliyə əsasən tutulmalar nəzərə alınmaqla) müəyyən olunmalı, qətnamə həmçinin cavabdehdən iddiaçının xeyrinə mənəvi zərərin əvəzi olaraq 3000 (üç min) manat pul vəsaitinin tutulması hissədə ləğv olunmalı, həmin hissədə təmin olunmamalı, qətnamə yoxlanılan qalan hissədə dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə kollegiyası həmçinin, məhkəmə xərclərinə də hüquqi qiymət verərək, qeyd edir ki, MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” qanunun 9.1.1-ci maddəsinə əsasən əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə iddiaçılar dövlət rüsmunu ödəməkdən azaddırlar. Hazırkı halda isə, iş üzrə müəyyən olunur ki, iddiaçı tərəfindən iddianın verilməsinə görə 332 manat dövlət rüsumu, 50 manat mediasiya xərci, 500 manat hüquqi yardım üçün vəkilə xidmət haqqı ödənilmişdir. Eyni zamanda, iş üzrə birinci instansiya məhkəməsində keçirilmiş ekspertizaların tədqiqat dəyərləri 250 manat, apellyasiya baxışı zamanı keçirilmiş ekspertiza tədqiqatının dəyəri 100 manat olmaqla, ümumilikdə 350 manat ekspertiza tədqiqatının dəyəri müəyyən olunmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, iddia qismən təmin edildiyindən müvafiq xərclər bərabər hissədə tərəflərə aid edilməli, iddiaçının hazırki iddianı qaldırması üçün ödədiyi dövlət rüsmunun 166 manat hissəsi, mediasiya xərcinin 25 manat hissəsi, vəkilə ödənilmiş hüquqi yardımın dəyərinin yarısı, yəni 250 manat hissəsi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Həmçinin, aparılmış məhkəmə ekspertiza tədqiqatlarının dəyəri olan cəmi 350 (üç yüz əlli) manatın 175 (bir yüz yetmiş beş) manat hissəsi cavabdehdən, 175 (bir yüz yetmiş beş) manat hissəsi isə iddiaçıdan tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.2, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDI: Iddiaçı İddiaçı cavabdeh “xxxx” Şirkətinə qarşı “əmək haqqının və dəymiş ziyanın ödənilməsi” tələbinə dair mülk iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-*(***)-**/**** nömrəli, ##.##.2024-cü il tarixli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin olunsun. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-*(***)-**/**** nömrəli, ##.##.2024-cü il tarixli qətnaməsi “Covid-19” pandemiyası ilə əlaqədar işə buraxılmasından əvvəl müxtəlif vaxtlarda hotel otaqlarında məcburi karantində qalması ilə bağlı ona ödənilməmiş 17000 manat əmək haqqı tələbinin rədd olunması hissədə ləğv olunsun, həmin hissədə iddia qismən təmin olunsun, cavabdehdən iddiaçının xeyrinə 3320 (üç min üç yüz iyrimi) manat pul vəsaiti tutulmalı, həmçinin qətnamə cavabdehdən iddiaçının xeyrinə 12114 (on iki min bir yüz on dörd) manat (qanunvericiliyə əsasən tutulmalar nəzərə alınmaqla) pulun tutulması hissəsində dəyişdirilməli, iddiaçının xeyrinə tutulmalı olan pul vəsaitinin məbləği 14553 (on dörd min beş yüz əlli üç) manat (qanunvericiliyə əsasən tutulmalar nəzərə alınmaqla) müəyyən olunmalı, qətnamə həmçinin cavabdehdən iddiaçının xeyrinə mənəvi zərərin əvəzi olaraq 3000 (üç min) manat pul vəsaitinin tutulması hissədə ləğv olunmalı, iddia həmin hissədə təmin olunmamalı, qətnamə yoxlanılan qalan hissədə dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə xərci bərabər hissədə tərəflərə aid edilsin. Iddiaçı tərəfindən ödənilmiş dövlət rüsmunun 166 (bir yüz altımış altı) manat hissəsi, mediasiya xərcinin 25 (iyrimi beş) manat hissəsi, vəkilə ödənilmiş hüquqi yardımın 250 (iki yüz əlli) manat hissəsi cavabdehdən iddiaçının xeyrinə tutulsun. Həmçinin, Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış məhkəmə-mühasibatlıq ekspertizalarının dəyəri olan cəmi 350 (üç yüz əlli) manatın 175 (bir yüz yetmiş beşi) manat hissəsi cavabdehdən, 175 (bir yüz yetmiş beş) manat hissəsi isə iddiaçıdan tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (ekspertiza xərclərinə dair bildirişlərə əsasən xərcin keçiriləcəyi hesab – X16, KOD 210005 VÖEN 1401555071 Müxbir hesab AZ41NABZ01360100000000003944, SWIFT BIK CTREAZ 22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN 1700326621, hesab AZ34CTRE00000000000002088501) ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-388/2025
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-388/2025
01.05.2026 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver