Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3884/2023 16.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı ilkin, Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia tələblərinə dair mülki iş üzrə (Açar sözlər: nikahın pozulması, uşağın himayəyə verilməsi, uşağın saxlanılması üçün aliment tutulması) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və X5 ibarət tərkibdə, Qasımov Ramil Rəşid oğlunun katibliyi, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi (vəkili) X9 iştirakı ilə İddiaçı Cavabdeh qarşı “alimentin və əlavə xərcin tutulması” barədə ilkin, Cavabdeh İddiaçı qarşı “nikahın pozulması və uşağın atanın yanında qalması” barədə qarşılıqlı iddia tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 10 mart 2023-cü il tarixli qətnaməsindən Cavabdeh nümayəndəsi (vəkili) tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları
1. X10 ilə Cavabdeh xx.xx.2014-cü il tarixdə rəsmi nikaha daxil olmuş, nikahları 2 saylı Bakı “ASAN Xidmət” Mərkəzi qeydiyyat şöbəsində rəsmiləşdirilmiş, nikah bağlandıqdan sonra arvada “Əmiraslanova” soyadı verilmiş, nikahlarından xx.xx.2015-ci il tarixdə Fatimə, xx.xx.2017-ci il tarixdə Hüseyn adını verdikləri uşaqları anadan olmuşdur.
2. Onlar hazırda faktiki olaraq ayrı yaşayırlar və birgə təsərrüfat aparmırlar, azyaşlı uşaqlar analarının himayəsindədirlər.
3. xx.xx.2015-ci il təvəllüdlü X6 böyrək xəstəliyindən əziyyət çəkir, aparılan kantitativ kompyüter analizində ümumi renal kortikal toxuma funksiyasına qatqısı sol böyrəkdə %75, sağ böyrəkdə %25 olmuşdur. Nəticə: normal funksiya göstərən sol böyrək, ölçüləri kiçilmiş, funksiyası azalmış sağ böyrək.
4. Cavabdeh xx.xx.2023-cü il tarixindən etibarən "xxxx" MMC-də usta köməkçisi vəzifəsində işləyir, aylıq əmək haqqı məbləği 400 manat təşkil edir.
Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı
5. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, xx.xx.2015-ci il təvəllüdlü X3 və xx.xx.2017-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh sabit hər ay pul məbləğində hər uşağa görə 193 manat miqdarında alimentin, habelə xəstəliklə bağlı 400 manat əlavə xərcin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, Cavabdehla xx.xx.2014-cü il tarixdə rəsmi nikahla ailə qurmuşlar, nikahdan iki övladları var. Münasibətləri əvvəllər yaxşı olsa da, sonralar kəskinləşmiş, xasiyyətlərində uyğunsuzluq yaranmışdır. Cavabdeh həyat yoldaşı kimi ona hörmət etmir, ailənin saxlanması üçün heç bir müsbət davranış göstərmir. Uşaqlar onun himayəsindədir.
7. Cavabdeh isə İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi təqdim edərək, birgə nikahdan doğulmuş xx.xx.2017-ci il təvəllüdlü X4 onun himayəsinə verilməklə onunla cavabdeh İddiaçı arasındakı nikahın pozulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. Cavabdeh qarşılıqlı iddia tələbini belə əsaslandırmışdır ki, son dövrlər ailədaxili münasibətlərin pozulması faktiki olaraq ailənin ayrı yaşaması ilə nəticələnmiş, o, əşyalarını və qazanaraq topladığı 9000 manat həcmində olan ailə ehtiyatı vəsaitini də evdə qoyaraq evdən getmişdir. İlkin iddia ərizəsində göstərilən əsasız 400 manatlıq müalicə xərci tələbi istisna olmaqla, göstərilən digər hallar mövcud ailənin saxlanmasının qeyri- mümükünlüyünü sübut etməklə, faktiki olaraq dağılmış ailənin, nikahın pozulması ilə rəsmiləşdirilməsi ehitiyacının yaradır. xx.xx.2014-cü il tarixində Əmiraslanova (Vəliyeva) Fəxranə İlham qızı ilə nikaha daxil olmuşdır. Birgə nikahdan xx.xx.2015-ci il tarixində Fatimə, xx.xx.2017-ci il tarixində Hüseyn adlı övladları doğulmuşdur. Nikaha daxil olmalarından bir müddət sonra ailədaxili münaqişələr baş vermiş, xasiyyətlərində uyğunsuzluq üzə çıxmışdır. Artıq 4 aydan artıqdır ayrı yaşayırlar. Fəxranə ailə münasibətlərini faktiki olaraq dağıtmışdır, ailə münasibətlərinin bərpa olunması mümkün deyildir. Artıq nikahları formal xarakter daşıyır, barışıb bir ailə kimi yaşamaları mümkün olmadığından nikahları ləğv edilməli, xx.xx.2017-ci il təvəllüdlü X8 onun himayəsinə verilməlidir.
9. İddiaçı qarşılıqlı iddia ərizəsinə etiraz təqdim edərək bildirmişdir ki, ayrı yaşamağa başladıqları son 4 ay ərzində uşaqların bütün maddi və mənəvi ehtiyacları çətinliklə də olsa valideynləri tərəfindən təmin edilmişdir. Qızı 15 yanvar 2015-ci il təvəllüdlü Fatimə atasına bağlıdır, ayrı yaşadıqları müddətdə dəfələrlə Kamrandan uşaqla ünsiyyətdə olmasını xahiş etsə də, o bundan imtina etmişdir. Oğlu Hüseyn əqli cəhətdən problemləri olan uşaqdır. Onun istəmədən atası ilə birlikdə yaşaması xəstəliyinin şiddətlənməsinə səbəb olacaqdır. Həmçinin, qızı ilə oğlu bir-birlərinə bağlıdırlar, onların bir-birindən ayrılması həm qızının, həm də oğlunun psixologiyasına mənfi təsir edəcəkdir. X14 böyrəklərində olan pozuntulardan əziyyət çəkir. Belə ki, həkim müayinəsi əsasında onun sağ böyrəyinin ölçülərinin kiçildiyi, funksiyasının azalması müəyyən edilmişdir. Kamranla birlikdə yaşadıqları müüddətdə də o, uşaqlarla maraqlanmamışdır. Onların təhsili, gündəlik məişət qayğıları ilə hər zaman özü məşğul olmuşdur. Bütün bunlardan sonra Kamranın uşağın onun himayəsinə verilməsini istəməsi sadəcə olaraq “prinsip”, onu incitmək məqsədi daşıyır. Kamran bütün gün ərzində işdə olur, uşağın saxlanılması üçün onun nə uyğun yeri, nə də uşağa baxmağa şəraiti vardır. Kamranın uşağın ona verilməsi tələbinin icrası mümkünsüzdür. Hər iki övladının onun himayəsinə verilməsi, onun yanında saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş edir.
10. Cavabdeh nümayəndəsi (vəkili) X15 ilkin iddia ərizəsinə etiraz təqdim edərək bildirmişdir ki, Cavabdeh “Arcahan Mobilya" MMC-də “mebel ustasının köməkçisi” vəzifəsində işləyir və 400 manat əmək haqqı alır. Belə olan təqdirdə ondan sabit pul məbləğinin tutulması yolverilməzdir. Bundan başqa, iddia ərizəsində uşağın xəstəliyinə görə hər ay üzrə 400 manat ödənilməsini tələb edilir. Lakin ilkin iddiaçı məhkəməyə həmin vəsaitin hansı istiqamətdə xərclənməli olduğu barədə sübut təqdim etməmişdir. Eyni zamanda, işin məhkəmədə olduğu müddət ərzində də belə xərcləri çəkdiyinin, uşağın xəstəliyinin icbari tibbi sığorta vasitəsilə çəkilə bilinməməsi barədə sübutunu təqdim etməmişdir. Buna görə də ilkin iddia tələbi rədd olunmalıdır.
11. Məhkəmə iclasında İddiaçı ilkin iddia tələbini müdafiə etmiş, nikahın pozulmasına etiraz etmədiyini, uşaqların onun himayəsində olduğunu, xx.xx.2015-ci il təvəllüdlü Fatimə Əmiraslanovanın böyrək xəstəliyindən əziyyət çəkdiyini, əməliyyat edildiyini, onun müalicə xərcinin tələbdə göstəriləndən də çox olduğunu, hazırda ancaq uşağın xəstəliyi ilə məşğul olduğunu bildirmişdir.
12. Cavabdeh nümayəndəsi (vəkili) izahatında bildirmişdir ki, uşağın müalicəyə ehtiyacının olması və müalicəsi ilə bağlı çəkilmiş xərclərə dair heç bir sübut təqdim olunmamışdır. Uşağın bir böyrəyində çatışmazlıq var, bununla bağlı uşaq ildə bir dəfə müalicə olunur. Cavabdeh mebel ustasının köməkçisi vəzifəsində işləyir, aliment onun əmək haqqı məbləğinə uyğun tutulmalıdır. Uşaqda böyrək çatışmazlığı olduğunu inkar etmirlər, lakin ilkin iddia üzrə iddiaçı tərəflərin faktiki olaraq ayrı yaşadıqları müddətdə çəkilmiş xərclərə dair məhkəməyə sübut təqdim etməmişdir. 19 iyul 2017-ci il təvəllüdlü X4 atanın yanında qalmasını xahiş edirlər. Uşaqda əsəb xəstəliyi yoxdur. Olmasına dair sübut yoxdur. Rəydə uşağın əsəbi olduğu qeyd edilmişdir, lakin bunun heç bir əsası yoxdur. Hazırda Cavabdeh valideynləri ilə birlikdə yaşayır.
13. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə mübahisə həll olunana və qətnamə çıxarılanadək, xx.xx.2015-ci il təvəllüdlü X3 və 19 iyul 2017-ci il təvəllüdlü X1 üçün, 15 avqust 2022-ci il tarixdən başlayaraq, hər uşaq üçün hər ay 193 (yüz doxsan üç) manat olmaqla cəmi 386 (üç yüz səksən altı) manat sabit pul məbləğində alimentin Cavabdehdan tutulub İddiaçı verilməsi qərara alınmışdır.
14. Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısının aparatı yanında Qəyyumluq və Himayəçilik üzrə Komissiyanın xx.xx.2023-cü il tarixli xx-xx/1307 saylı rəyində göstərilmişdir ki, “...İddiaçı Gədəbəy rayonu, Düzrəsullu kəndində qeydiyyatda olsa da, faktiki ünvan 1 ünvanında 2 övlağı ilə birlikdə yaşayır. Onun yaşadığı fərdi yaşayış evi 0,04 ha torpaq sahəsində 1 mərtəbəli olmaqla 1 yataq otaği, mətbəx və dəhlizdən ibarətdir, evin ümumi sahəsi 25 kv.metrdir, kommunal şəraiti qənaətbəxşdir. İddiaçı 21 may 2022-ci il tarixində Cavabdehla aralarında olan mübahisədən sonra boşanmaq qərarına gəldiklərini, hazırda 2 uşağı ilə ayrı yaşadığını, qızı Fatimənin böyrək xəstəliyindən əziyyət çəkdiyini, Cavabdeh uşaqlarına baxmadığını, onlara maddi və mənəvi cəhətdən dəstək olmadığını qeyd edərək, boşanmadan sonra hər iki uşağın onun himayəsinə verilməsini komissiyadan xahiş etmişdir. Həmçinin məlum olmuşdur ki, Cavabdeh ünvan 2 ünvanında qeydiyyatdadır, həmin ünvanda valideynləri və qardaşı ilə birlikdə yaşayır. Onun yaşadığı fərdi yaşayış evi 4 otaqdan ibarətdir, orta təmirlidir, kommunal şəraiti qənaətbəxşdir. O, izahatında qarşı tərəfin uşaqları ilə görüşməsinə maneçilik törətdiyini, boşanmadan sonra övladlarından birinin, oğlu Hüseynin onun himayəsində saxlanılması barədə rəy verilməsini komissiyadan xahiş etmişdir. Rayon İcra Hakimiyyəti başçısı aparatı yanında yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın Uşaqlarla iş üzrə məsləhətçi-psixoloqu K.V.İsmayılova tərəfindən yetkinlik yaşına çatmayan xx.xx.2015-ci il təvəllüdlü X6 ilə söhbət aparılmış, barəsində psixoloji rəy verilmişdir. Rəydə Fatimənin valideynlərini çox istədiyi, onların barışmasının arzusunda olduğu, lakin boşanma olarsa anası ilə qalacağı bildirilmişdir. Nizami Rayon İcra Hakimiyyəti başçısı aparatı yanında Qəyyumluq və himayəçilik üzrə komissiya yuxarıda şərh olunanları, habelə uşaqların ana qayğısına daha çox ehtiyaclarının olduğunu və yetkinlik yaşına çatmayan Fatimənin fikrini də nəzərə alaraq, boşanmadan sonra xx.xx.2015-ci il təvəllüdlü X6 və xx.xx.2017-ci il təvəllüdlü X4 anaları İddiaçı himayəsində saxlanılmasını məqsədəuyğun sayır və Cavabdeh övladları ilə ünsiyyət hüququnun təmin olunmasını onlar arasında yaranmış mübahisənin ədalətli həlli hesab edir”.
15. Məhkəmənin 10 mart 2023-cü il tarixli qətnaməsi ilə ilkin və qarşılıqlı iddia tələblərinin qismən təmin edilməsi, Cavabdeh və İddiaçı arasında 2 saylı Bakı "ASAN” Xidmət mərkəzi Qeydiyyat şöbəsində bağlanmış və 27 yanvar 2014-cü il tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında 144 nömrə ilə qeyd edilmiş nikahın pozulması, tərəflərin birgə nikahından doğulmuş 15 yanvar 2015-ci il təvəllüdlü X3 və 19 iyul 2017-ci il təvəllüdlü X8 anaları İddiaçı yanında qalmaları, Cavabdeh 15 avqust 2022-ci il tarixdən başlayaraq 15 yanvar 2015-ci il təvəllüdlü X3 və 19 iyul 2017-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər uşağa hər ay 193 (yüz doxsan üç) manat olmaqla, cəmi 386 (üç yüz səksən altı) manat sabit pul məbləğində alimentin (Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(007)-2715/2022 saylı qərardadı ilə müvəqqəti tutulmuş alimentin məbləği çıxılmaqla) tutulub İddiaçı verilməsi, qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq 15 yanvar 2015-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək Cavabdeh əlavə xərc kimi hər ay 100 (yüz) manat məbləğində pul hesablanıb tutulmaqla İddiaçı verilməsi, ilkin və qarşılıqlı iddiaların qalan hissədə təmin edilməməsi, qətnamənin alimentin alınmasına dair hissədə dərhal icra edilməsi, qarşılıqlı iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun Cavabdeh aid edilməsi qət olunmuşdur.
16. Ailə Məcəlləsinin 19.1-ci, 21.1-ci, 22.2.1-ci, 22.2.2-ci, 75.1-ci, 75.4-cü, 78.1ci, 78.2-ci, 81.2-ci, 81.3-cü, 100.2-ci maddələrinə, “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 mart 2016-cı il tarixli 8- 2/2016 nömrəli Qərarına istinad edən məhkəmə mövqeyini aşağıdakı kimi əsaslandırmışdır: 16.1. Uşaqların yaş həddindən irəli gələrək ana qayğısına və nəvazişinə daha çox ehtiyacları olması, uşaqların ana himayəsində qalıb böyüməsinin onların mənafeyinə uyğunluğu, o cümlədən uşaqların hazırda analarının yanında olmaları, Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısının aparatı yanında Qəyyumluq və Himayəçilik üzrə Komissiyanın xx.xx.2023-cü il tarixli xx-xx/1307 saylı rəyi nəzərə alınmalı, 15 yanvar 2015-ci il təvəllüdlü X6 və 19 iyul 2017-ci il təvəllüdlü X8 ilkin iddia üzrə iddiaçının yanında saxlanılmalıdırlar. 16.2. Məhkəmə Ailə Məcəlləsinin müddəalarını, uşaqların mənafeyini və ilkin iddia üzrə iddiaçının onun himayəsində yaşayan uşaqlara təkbaşına baxmaqda maddi cəhətdən çətinlik çəkəcəyini nəzərə alaraq, habelə uşaqların minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüquqlarının təminatı baxımından azyaşlıların yetkinlik yaşına çatanadək saxlanılması üçün aliment tutulmasını məqsədə müvafiq hesab edir. 16.3. Məhkəmə ilkin iddia üzrə cavabdehdən tutulacaq aliment məbləğinin həddini müəyyən edərkən ilkin iddia tələbini, ölkə üzrə müəyyən edilmiş yaşayış minimumu məbləğini, uşaqların və tərəflərin mənafelərini, nəzərə alaraq, belə qənaətə gəlir ki, uşaqların saxlanılması üçün aliment məbləği hər ay hər uşaq üçün 193 manat olmaqla, cəmi 386 manat həddində müəyyən edilməlidir. 16.4. İlkin iddia ərizəsi məhkəməyə 15 avqust 2022- ci il tarixdə daxil olmuşdur. Ona görə məhkəmə hesab edir ki, aliment həmin tarixdən başlayaraq tutulmalıdır. Bununla belə, uşaqların saxlanılması üçün alimentin tutulmasının məhkəməyə müraciət edildiyi vaxtdan hesablanarkən Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı əsasında 15 avqust 2022-ci il tarixdən etibarən hər ay hər uşaq üçün 193 manat olmaqla, cəmi 386 manat məbləğində alimentin müvəqqəti tutulması faktı mütləq nəzərə alınmalıdır. Belə ki, 15 avqust 2022-ci il tarixdən etibarən hesablanmaqla, qətnamə ilə tutulması qət edilən 386 manat aliment məbləğindən qərardadla tutulmuş 386 manat aliment məbləği çıxılmalıdır. 16.5. xx.xx.2015-ci il təvəllüdlü X3 böyrək çatışmazlığı xəstəliyi var və sağ böyrəyinin ölçüsü kiçilmişdir. Xəstəlik 2017-ci ildə müəyyən edilmişdir, həmin vaxtdan uşaq müxtəlif tibbi müəssisələrdə müayinə olunmuşdur, hazırda da müayinə və müalicələri davam edir. Bütün bu müayinə və müalicələrin pulunu iddiaçının özü ödəyir, ilkin iddia üzrə cavabdeh buna görə ilkin iddia üzrə iddiaçıya maddi kömək göstərmir ki, qeyd edilənlər ilkin iddia üzrə iddiaçının çəkilən xərcləri ödəməsi barədə iddia tələbini əsaslı edir. 16.6. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd edilən normalarını, eyni zamanda X2 xəstəlikdən əziyyət çəkməsini, onun mənafeyini, habelə işin faktiki hallarını nəzərə almaqla yanaşı həmçinin ilkin iddia üzrə cavabdehin də mənafeyini nəzərə alır. İlkin iddia üzrə iddiaçı cavabdehdən hər ay 400 manat sabit məbləğdə əlavə xərc tələb etsə də (məhkəmə iclasında tələbinin 200 manat olduğunu bildirmişdir), ilkin iddia üzrə cavabdehin həmin məbləği ödəyə biləcək kifayət qədər maddi imkana malik olmasını təsdiq edən hər hansı sübut növünü məhkəməyə təqdim etməmişdir. Belə olan halda, məhkəmə qeyd edilənləri, o cümlədən ilkin iddia üzrə cavabdehin həmin uşağın yetkinlik yaşına çatanadək aliment ödəməli olmasını nəzərə alaraq, belə qənaətə gəlir ki, 400 manat məbləğində əlavə xərcin tutulması ilə bağlı iddia tələbi qismən təmin edilməli və uşağın yetkinlik yaşına çatanadək Cavabdeh əlavə xərc kimi hər ay 100 (yüz) manat məbləğində pul hesablanıb tutulmaqla İddiaçı verilməlidir.
17. Qətnamədən Cavabdeh nümayəndəsi (vəkili) apellyasiya şikayəti verərək onun “Cavabdeh 15 avqust 2022-ci il tarixdən başlayaraq, 15 yanvar 2015-ci il təvəllüdlü X3 və 19 iyul 2017-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər uşağa hər ay 193 (yüz doxsan üç) manat olmaqla, cəmi 386 (üç yüz səksən altı) manat sabit pul məbləğində alimentin (Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(007)-2715/2022 saylı qərardadı ilə müvəqqəti tutulmuş alimentin məbləği çıxılmaqla) tutulub İddiaçı verilməsi” hissəsində ləğv olunmasını xahiş etmiş, şikayətini ilkin iddia tələbinə etiraz ərizəsinin məzmununa uyğun əsaslandırmaqla, məhkəmənin sübutlara düzgün qiymət vermədiyini, Cavabdeh 400 manat əmək haqqı almasına əhəmiyyət vermədiyini, ondan sabit pul məbləğində aliment tutulmasının qanuna uyğun olmadığını irəli sürmüşdür.
Apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclası, verilən izahatlar
18. Cavabdeh məhkəmə iclasında iştirak edən nümayəndəsi (vəkili) apellyasiya şikayətini müdafiə etdiyini bildirərək uşaqlar üçün alimentin təmsil etdiyi şəxsin maaşından hissə kimi tutulmasını xahiş etmişdir.
19. İşə baxılmasının vaxtı (yeri) barədə lazımi qaydada məlumatlandırılmış İddiaçı məhkəməyə gəlməmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Ailə Məcəlləsi
20. Maddə 22.1. Nikah məhkəmə qaydasında pozularkən, ər-arvad məhkəməyə yetkinlik yaşına çatmayan uşaqlarının kiminlə qaldığını, uşaqların və (və ya) ehtiyacı olan və əmək qabiliyyəti olmayan ərin (arvadın) saxlanması üçün vəsaitin ödənilmə qaydasını, bu vəsaitin miqdarını və ər-arvadın ümumi birgə mülkiyyətinin bölünməsini müəyyən edən saziş təqdim edə bilərlər.
21. Maddə 22.2. Bu Məcəllənin 22.1-ci maddəsində göstərilən məsələlər üzrə ərarvad arasında saziş olmadıqda, eləcə də bu saziş uşaqların və ya tərəflərdən birinin marağını pozduqda, məhkəmə, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığını, həmçinin uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu, ərindən (arvadından) saxlanması üçün vəsait almaq hüququna malik olan arvadın (ərin) tələbi ilə ərdən (arvaddan) tutulmalı olan vəsaitin miqdarını müəyyən etməlidir.
22. Maddə 76.1. Aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur: 76.1.1. 1 uşağa görə - qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi; 76.1.2. 2 uşağa görə - qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi; 76.1.3. 3 və daha çox uşağa görə - qazancın (başqa gəlirlərin) yarısı.
23. Maddə 76.2. Bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər.
24. Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər.
25. Maddə 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Uşaq hüquqları haqqında” Qanun
26. Maddə 13. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.
“Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Qanun
27. Maddə 1. 2022-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 193 manat məbləğində müəyyən edilsin.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
28. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
29. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
30. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.
31. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
32. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
33. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.
34. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
35. Maddə 384.0.3. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər
36. Maddə 385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi.
37. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının həddi
38. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
39. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
40. İddia tələbləri “nikahın pozulması, uşaqların yaşayış yerinin müəyyənləşdirilməsi, alimentin tutulması və uşağın xəstəliyinə görə xərcin ödənilməsi” hissələrindən ibarət olmuş, müvafiq olaraq qətnamə də bütün tələblər üzrə çıxarılmışdır. İddiaçı qətnamədən şikayət vermədiyindən qətnamə onun iddia tələbinin təmin olunmaması ilə bağlı hissədə yoxlanılmır. Cavabdeh isə qətnaməni yalnız uşaqlar üçün aliment tutulması ilə bağlı hissədə mübahisələndirmişdir və şikayətin məzmunundan aydın olur ki, şikayətin dəlilləri yalnız aliment məbləğinin azaldılmasına, yəni qətnamənin dəyişdirilməsinə yönəlmişdir. Başqa sözlə, qətnamənin “nikahın pozulması, tərəflərin birgə nikahından doğulmuş 15 yanvar 2015-ci il təvəllüdlü X3 və 19 iyul 2017-ci il təvəllüdlü X8 anaları İddiaçı yanında qalmaları, qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq 15 yanvar 2015-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək Cavabdeh əlavə xərc kimi hər ay 100 (yüz) manat məbləğində pul hesablanıb tutulmaqla İddiaçı verilməsi, ilkin və qarşılıqlı iddiaların qalan hissədə təmin edilməməsi, qətnamənin alimentin alınmasına dair hissədə dərhal icra edilməsi, qarşılıqlı iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun Cavabdeh aid olunması” hissələri apellyasiya baxışının predmeti deyildir.
İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi
41. Qanunvericilik alimentin məbləğinin müəyyənləşdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir. Lakin bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar nəzərə alınmalıdır. Ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu isə özlüyündə müəyyən meyar kimi çıxış edərək minimum təminat səviyyəsini nəzərdə tutur (§ 26-27).
42. Məhkəmə kollegiyası hesab edir ki, qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutan birinci instansiya məhkəməsi Cavabdeh sabit pul məbləğində hər ay hər uşaq üçün 193 manat məbləğində aliment tutulmasını haqlı olaraq ağlabatan hesab etmişdir. Çünkü Cavabdeh ayda 400 manat olduğunu bildirdiyi maaşının 1/3 hissəsi 133 manat olmaqla uşaqların minimum təminat səviyyəsi baxımından onların mənafelərinə uyğun deyildir. Cavabdeh, 400 manat əmək haqqı alması və başqa gəlirinin olmaması dəlilinə münasibətdə isə nəzərə alınmalıdır ki, bu hal onun uşaqlarının saxlanılmasında və getdikcə artan tələbatlarının qarşılanmasında iştirak vəzifəsindən azad etmir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinə görə də, valideyn (valideynlər) və ya uşağı tərbiyə edən digər şəxslər özlərinin qabiliyyəti və maliyyə imkanları çərçivəsində uşağın inkişafı üçün zəruri olan həyat şəraitini təmin edilməsinə görə məsuliyyət daşıyırlar.
43. “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli Qərarında Konstitusiya Məhkəməsinin də mövqeyi ondan ibarət olmuşdur ki, “...nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir”.
44. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
Cavabdeh nümayəndəsinin (vəkilinin) apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-176/2023 saylı iş üzrə 10 mart 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə, yəni “Cavabdeh 15 avqust 2022-ci il tarixdən başlayaraq 15 yanvar 2015-ci il təvəllüdlü X3 və 19 iyul 2017-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər uşağa hər ay 193 (yüz doxsan üç) manat olmaqla, cəmi 386 (üç yüz səksən altı) manat sabit pul məbləğində alimentin (Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(007)-2715/2022 saylı qərardadı ilə müvəqqəti tutulmuş alimentin məbləği çıxılmaqla) tutulub İddiaçı verilməsi” hissəsində dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti verərkən ödədiyi dövlət rüsumunun məbləği cavabdehə aid olunsun. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Sabit Bəhrəmzadə