Məhkəmə qərarları › İş №2(103)-3896/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3896/2021

04.06.2021 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3896/2021 04.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Emin Mehdiyev və Elşən Kazımovdan ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, iddiaçının vəkili İsgəndər İsrayilovun iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “müqavilənin ləğv edilməsi və zərərin əvəzinin ödənilməsi barədə” iddiasına dair mülki iş üzrə Xəzər Rayon Məhkəməsinin 01.05.2014-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə baxılması üzrə keçirilən açıq məhkəmə iclasında müəyyən etdi: Mülki-Prosessual Məcəllənin 360-cı maddəsinə görə apellyasiya şikayəti verilməsi müddəti 1 aydır, bu müddət qətnamənin rəsmi qaydada verildiyi vaxtdan başlayır. Qəbzdən (iş v. 91) görünür ki, qətnamə 05.02.2021-ci il tarixdə cavabdehə rəsmi qaydada verilib. Apellyasiya şikayəti isə 7 gün sonra – 12.02.2021-ci il tarixdə verilib. Lakin 360-cı maddə formal tətbiq edilməməli, işin halları, o cümlədən cavabdehin davranışı nəzərə alınmalıdır. Apellyasiya icraatı zamanı iddiaçının vəkili tərəfindən təqdim olunmuş sənədlərdən müəyyən olunur ki, cavabdehin qətnamədən daha əvvəl məlumatı olub. Belə ki, 2014-cü ildə qətnamə icraya yönədilib, 06.03.2015-ci ildə icra məmurunun təqdimatı əsasında məhkəmə borclunun (cavabdehin) məcburi gətirilməsi barədə qərardad qəbul edib, 28.07.2020-ci il tarixdə icra məmuru borcludan yazılı izahat alıb, habelə ona tələbin könüllü icrası barədə bildiriş verib. Bunlar isə onu təsdiq edir ki, cavabdehin qətnamədə məlumatı olub, lakin o, şikayətvermə hüququnu həyata keçirmək istəməyib. Beləliklə, apellyasiya şikayəti verilməsi müddəti ötürülüb. Müddət keçdiyinə görə apellyasiyanın mümkünlüyü üçün əsas yoxdur. MPM-in 366.2-ci maddəsinə görə belə halda apellyasiya qəbul olunmamış hesab edilə bilər. Bundan əvvəl apellyasiyanın mümkün hesab edilməsi sonradan apellyasiyanın qeyri-mümkün hesab edilməsinə mane olmur. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 366-cı maddəsinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qərara aldı: Hazırkı iş üzrə Xəzər Rayon Məhkəməsinin 01.05.2014-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyrimümkün hesab olunsun və iş apellyasiya baxışından çıxarılaraq Xəzər Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar