Məhkəmə qərarları › İş №2(103)-3897/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3897/2021

30.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3897/2021 30.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Cabbarlı Sahibə Məmmədbağı qızının katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı «sığorta məbləğinin ödənilməsi» tələbinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin, 2(006)- 1097/2020 saylı, 30.09.2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı «sığorta məbləğinin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Şirkətindən sığorta məbləği olaraq 6600 (altı min altı yüz) manatın tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Şəki RHK tərəfindən 1987-ci ildə hərbi toplanışa çağrılmışdır. Hərbi xidmət vəzifəsinin icrası zamanı Çernobıl faciəsinin nəticələrini aradan qaldırmaq üçün Çernobıl AES-ə göndərilmişdir. 13.09.1991-ciiltarixdə 551 №-li ekspert rəyi ilə radiasion ensefalopatiya, tez-tez baş verən qarışıq tip vegetativ damar krizi, dəmir defisiti xəstəliyi ilə ona Müdaifə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən "Xəstəlikdir, Çernobı lAES-də qəza ilə əlaqədar hərbi xidmət vəzifələrinin icrası zaman ıalınmışdır" qərarı verilmişdir. Həmin qəzada aldığı xəsarətə görə ona İİ qrup əlillik dərəcəsi verilmişdir. Lakin bugünə qədər 2-ci qrup əlillər üçün nəzərdə tutulan sığorta ödənişini ala bilməmişdir. 20 may 1997-ci ildə qüvvəyə minmiş “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun bəzi müddəalarının şərh olunmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 yanvar 2014-cü il tarixli qərarına əsasən, qanun qüvvəyə minənədək həlak olmuş, itkin düşmüş, xəsarət almış, lakin hal-hazıra qədər sığorta məbləğini almamış hərbi qulluqçulara qanunvericilikdə nəzərdə tutulmuş sığorta məbləği ödənməlidir. İddiaçıya sığorta pulunun ödənilməsi xahişi ilə o, Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya şirkətinə müraciət etmişdir. Dövlət Sığorta Kommersiya şirkəti iddiaçıya cavab olaraq ünvanladığı məktubunda siğorta məbləğinin ona verilməli olmadığını bildirmişdir. İddiaçı hesab edir ki, Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin məsələyə bu cür münasibəti əsassızdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin, 2(006)-1097/2020 saylı, 30.09.2020-ci il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi qət edilmişdir (Sədirlik edən: Ramin Xəlilov). Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin, 2(006)-1097/2020 saylı, 30.09.2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti və dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddia ərizəsində göstərilənlərə əsasən İddiaçı 29 may 1987-ci il tarixdən 03.09.1987-ci ilədək SSRİ dövründə Çernobl qəzasının aradan qaldırılmasında iştirak edərkən onun sağlamlığına zərər dəymişdir. Bununla əlaqədar olaraq iddiaçı "Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununa istinad edərək ona 6600 (altı min altı yüz) manat məbləğində sığorta ödənişinin verilməsi üçün Nəsimi rayon Məhkəməsinə müraciət etmişdir. Nəsimi rayon Məhkəməsi 30 sentyabr 2020-ci il tarixli qətnaməsilə cavabdeh Dövlət Sığorta Kommersiya Şirkətindən 6600 (altı min altı yüz) manat sığorta ödənişinin tutularaq ona ödənilməsini qət etmişdir. Cavabdeh bildirir ki, Nəsimi rayon Məhkəməsi qətnaməsində iş üçün əhəmiyyəti olan hallar tam sübut edilməmiş, əsassız qətnamə qəbul edilməklə maddi və prosessual hüquq normaları pozulmuşdur. Belə ki, Məhkəmə iddia ərizəsini təmin edərkən, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununa və Azərbaycan Respublikası Konstitusiyasımın 38-ci maddəsinin İİİ bəndinə əsaslanmışdır. Həmin maddə vətəndaşların müəyyən yaş həddinə çatdıqda və digər hallarda sosial təminat hüququna malik olması barədədir. İcbari sığorta hüququ isə sosial hüquqdan fərqli olaraq qanunla və ya müqavilə ilə müəyyən edilmiş müddət ərzində məhdud risklərə təminat verən hüquqdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 897.1.-ci maddəsinə görə icbari sığortanın həyata keçirilməsi qanunvericiliklə tələb olunur. "Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanunun 3.2.-ci maddəsinin tələbinə görə icbari sığortanın növləri, aparılması qaydaları və şərtləri sığorta qanunvericiliyi ilə müəyyən edilir. Hərbi qulluqçuların icbari sığorta qaydaları Çernobl qəzasından 9 il sonra, Azərbaycan Respublikası Müstəqil olduqdan sonra 20 may 1997-ci ildə qəbul edilmiş “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanunu ilə tənzimlənir. “Hərbi qulluqçuların dövlət icbari sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə görə bu Qanunun məqsədləri üçün hərbi qulluqçulara (sığorta olunanlara) Azərbaycan Respublikası Silahlı Qüvvələrinin, milli təhlükəsizlik orqanlarının şəxsi heyəti, habelə, Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq surətdə yaradılmış digər qoşun birləşmələrində hərbi xidmətdə olan şəxslər və toplanışlarda olan hərbi vəzifəlilər aid edilirlər. İddiaçının təqdim etdiyi sənədlərdən də aydın olur ki, o, Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi xidmət keçməmiş, SSRİ dövründə Çernobl qəzanın aradan qaldırılmasında iştirak etmişdir. Beləliklə, İddiaçı Ağasi oğlu icbari sığortalı olmadığından sığorta almaq hüququna malik deyil. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 883.1-ci maddəsinə (Sığorta və Təkrarsığorta müqaviləsi) əsasən, sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Həmin Məcəllənin 903.1-ci maddəsinə əsasən, sığorta haqqı risklərin qəbul edilməsi və ya bölüşdürülməsi müqabilində sığorta müqaviləsində nəzərdə tutulan qaydada sığortalının sığortaçıya ödəməli olduğu pul məbləğidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 922.1-ci maddəsinə (Sığorta hadisəsi) əsasən, sığorta hadisəsi qanunvericiliyə və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. İddiaçının istinad etdiyi “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanunu 20.05.1997-ci il tarixdə qəbul edilmiş, həmin qanunun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 25.07.1997-ci il tarixli Fərmanı qəbul edilmiş və həmin Qanun 10.08.1997-ci il tarixdən qüvvəyə minmişdir. Qeyd olunan Qanunun 2-ci maddəsinə görə, bu Qanunun məqsədləri üçün hərbi qulluqçulara (Sığorta olunanlar) Azərbaycan Respublikası Silahlı Qüvvələrinin, milli təhlükəsizlik orqanlarının şəxsi heyəti, habelə, Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq surətdə yaradılmış digər qoşun birləşmələrində hərbi xidmətdə olan şəxslər və toplanışlarda olan hərbi vəzifəlilər aid edilirlər. Həmin Qanunda müəyyən edilmiş sığorta ödənişinin Qanun qüvvəyə minənə kimi hərbi qulluqda olmuş və ya ehtiyatda olan şəxslərə şamil edilməsi və Qanunun normalarının geriyə qüvvəsi olması barəsində qeyd-şərt yoxdur. Azərbaycan Respublikası Konstitusiyanın 149-cu maddəsinin Vİİ hissəsi ümumi şəkildə aşağıdakı qaydaları müəyyən edir: normativ hüquqi akt yalnız gələcəyə dair qaydaları müəyyən edir, onun geriyə qüvvəsi yoxdur.Beləliklə, SSRİ dövründə hərbi xidmətdə olmuş və hal-hazırda ehtiyatda olan keçmiş hərbi qulluqçulara görə 1991-ci ildə yaranmış Dövlət Sığorta Kommersiya Şirkəti müqavilə öhdəliyi və sığorta haqqı ödəmək vəzifəsi daşımır. Dövlət Sığorta Şirkətinin bu kateqoriyada olan şəxslərin sığorta təminatının icra etməsinə dair heç bir qanun,sənəd və ya müqavilə mövcud deyildir. Belə ki, SSRİ-nın Nazirlər Kabinetinin 30 dekabr 1990-ci il tarixli 1393 saylı qərarına əsasən, hərbi qulluqçuların və hərbi vəzifəlilərinin dövlət icbari şəxsi sığortasının aparılması 1 yanvar 1991-ci il tarixdən etibarən qüvvəyə minmişdir. 18 oktyabr 1991-ci il tarixli ‘‘Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktına əsasən Azərbaycan Respublikasının Ali Soveti Azərbaycan Milli Şurasının 1918-ci il mayın 28-də qəbul etdiyi İstiqlal Bəyannaməsinə, Azərbaycan Respublikasının demokratik prinsiplərinin və ənənələrinin varisliyinə əsasllanaraq və "Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası haqqında" Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il 30 avqust tarixli Bəyannaməsini rəhbər tutaraq bu Konstitusiya Aktını qəbul edir və müstəqil Azərbaycan Respublikasının dövlət quruluşunun, siyasi və iqtisadi quruluşunun əsaslarım təsis edir. Yəni müstəqil Azərbaycan Respublikası SSRİ-nın hüquqi varisi deyil. Həmçinin, 24 yanvar 1994-cj il tarixli 23 saylı Nazirlər Kabinetinin qərarına əsasən, Azərbaycan Respublikası Dövlət Sığorta Kommerisya Şirkəti (Azərs.ğorta) müstəqil dövlət təşkilatıdır. Şirkət fəaliyyətini tam təsərrüfat hesabı və özünü maliyyələşdirmə əsasında həyata keçirilməklə, sığorta bazarında dövlət icbari, könüllü və təkrar sığorta əməliyyatları aparır. Məhkəmə nəzərə almamışdır ki, DSKŞ-nə 1987-ci ildə SSRİ dönəmində toplanışa cəlb edilmiş hərbi qulluqçuların və mülki vətəndaşların icbari sığortasının aparılması üçün müqavilə bağlanmamış və həmin şəxslərə görə sığorta haqqı DSKŞ-nə ödənilməmişdir. Beləliklə, «Hərbi qulluqçuların icbari şəxsi sığortası haqqında» Qanun qəbul edilənə qədər SSRİ dövründə xidmət elmiş və xəsarət almış hərbi qulluqçulara qeyd olunan qanunla müəyyən olunmuş məbləğdə sığorta ödənişinin həyata keçirilməsi mümkün deyildir. Oxşar iddia tələblərinin təmin olunmamasına dair Ali və Apellyasiya məhkəmələrinin onlarla qərarı mövcuddur. Vahid məhkəmə praktikasının olduğu halda belə əsassız qətnamələr dövlət büdcəsindən vəsaitlərin qanunazidd sərfinə zəmin yaradır. Tərəflərin izahatları: Kollegiya iclasında iştirak edən cavabdehin nümayəndəsi Ə.Mirzəyev apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddianın rədd edilməsini xahiş etdi. Kollegiya iclasının vaxtı və yeri barədə iddiaçıya lazımi qaydada məlumat verilməsinə bamayaraq iddiaçı məhkəməyə teleqram göndərərk bildirmişdir ki, səhhəti ilə əlaqədar olaraq iclasda iştirak edə bilmir. Bu səbəbdən mülki işə onun iştirakı olmadan baxılmasını və Nəsimi rayon Məhkəməsinin 2(006)-1097/2020 saylı, 30.09.2020-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən iddiaçının iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Kollegiya işin hallarını apellyasiya şikayətinin dəlilləri ilə birgə araşdırıb birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməlidir. Sübutların tədqiqi: İş materiallarında olan NZ № ******* saylı hərbi biletin surətindən görünür ki, İddiaçı 29.05.1987-ci ildən 03.09.1987-cı ilə qədər Çernobıl AES-də qəzanın nəticələrinin ləğv edilməsində iştirak etmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının 167 №-li 29.01.2009-cu il tarixli qərarından görünür ki, İddiaçı 1987-ci ildən Şəki RHK tərəfindən hərbi xidmətə çağırılmış, "radiasion ensefalopatiya, tez-tez baş verən qarışıq tip vegetativ damar krizi, dəmir defisiti xəstəliyi" diaqnozu qoyulmuş, xəstəlikdir, Çernobıl AES-də qəza ilə əlaqədar hərbi xidmət vəzifələrinin icrası zamanı alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 19 №-li Tibbi-Sosial Ekspert Komissiyasının SER TSE-01 700260 №-li Arayışına əsasən İddiaçı 2-ci qrup əlildir, əlilliyin səbəbi Çernobıl AES-də qəza ilə əlaqədar hərbi xidmət vəzifələrinin icrası zamanı alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin İddiaçı ünvanladığı 28.10.2019-cu il tarixli, 07-07-889 saylı məktubundan görünür ki, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununda Çernobıl hadisələri ilə əlaqədar sığorta ödənişinin verilməsi nəzərdə tutulmamışdır. Hüquqi dəyərləndirmə: İş materiallarından görünür ki, işə baxan birinci instansiya məhkəməsi hazırkı iddianı təmin edərkən iddiaçının hərbi xidmət dövründə xəsarət alması və nəticədə ikinci qrup əlil olması hallarına istinad etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, "Sığorta fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanunun 3.2-ci maddəsinin tələbinə görə icbari sığortanın növləri, aparılması qaydaları və şərtləri sığorta qanunvericiliyi ilə müəyyən edilir. Hərbi qulluqçuların icbari sığorta qaydaları “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanunu ilə tənzimlənir. İşə baxan birinci instansiya məhkəməsi tərəfindən istinad edilən “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanunu 20.05.1997-ci il tarixdə qəbul edilmiş, həmin qanunun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 25.07.1997ci il tarixli Fərmanı qəbul edilmiş və həmin Qanun 02.08.1997-ci il tarixdən qüvvəyə minmişdir. Qeyd olunan Qanunun 2-ci maddəsinə görə, bu Qanunun məqsədləri üçün hərbi qulluqçulara (Sığorta olunanlar) Azərbaycan Respublikası Silahlı Qüvvələrinin, Milli Təhlükəsizlik orqanlarının şəxsi heyəti, habelə, Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq surətdə yaradılmış digər qoşun birləşmələrində hərbi xidmətdə olan şəxslər və toplanışlarda olan hərbi vəzifəlilər aid edilirlər. Həmin Qanunda müəyyən edilmiş sığorta ödənişinin bu Qanun qüvvəyə minənə kimi hərbi qulluqda olmuş və ya ehtiyatda olan şəxslərə şamil edilməsi və Qanunun normalarının geriyə qüvvəsi olması barəsində qeyd-şərt yoxdur. İşin hallarından görünü ki, iddiaçı X2 Azərbaycan Respublikasının Silahlı Qüvvələrində toplanışda və ya hərbi xidmətdə olmamışdır. Onun “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” 20.05.1997-ci il tarixdə qəbul edilmiş Azərbaycan Respublikasının Qanunu ilə icbari sığorta olunmasını təsdiq edən hər hansı bir sənəd və ya sübut yoxdur. Məhkəmə Kollegiyası qeyd edir ki, Çernobıl AES-də baş vermiş qəza SSRİ dövründə baş vermişdir və həmin qəzada xəsarət almış hərbi qulluqçular ilə hazırkı cavabdeh şirkət arasında heç bir müqavilə olmamışdır. Həmçinin SSRİ dövründə hərbi xidmətdə olmuş və hal-hazırda ehtiyatda olan keçmiş hərbi qulluqçulara görə Dövlət Sığorta Kommersiya Şirkətinə sığorta haqqı ödənilməmişdir. İşə baxan birinci instansiya məhkəməsi nəzərə almamışdır ki, DSKŞ-nə 1987-ci ildə SSRİ dönəmində toplanışa cəlb edilmiş hərbi qulluqçuların və mülki vətəndaşların icbari sığortasının aparılması üçün müqavilə bağlanmamış və həmin şəxslərə görə sığorta haqqı DSKŞ-nə ödənilməmişdir. Dövlət Sığorta Kommersiya Şirkəti Azərbaycan Respublikası Prezidentinin 20.09.1991-ci il tarixli Fərmanı ilə yaradılmış və Əsasnaməsi 22.11.1991-ci il tarixdə təsdiq edilmişdir. 18 oktyabr 1991-ci il tarixli “Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktına əsasən Azərbaycan Respublikasının Ali Soveti Azərbaycan Milli Şurasının 1918ci il mayın 28-də qəbul etdiyi İstiqlal Bəyannaməsinə, Azərbaycan Respublikasının demokratik prinsiplərinin və ənənələrinin varisliyinə əsasllanaraq və "Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası haqqında" Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il 30 avqust tarixli Bəyannaməsini rəhbər tutaraq bu Konstitusiya Aktını qəbul edir və müstəqil Azərbaycan Respublikasının dövlət quruluşunun, siyasi və iqtisadi quruluşunun əsaslarını təsis edir. Yəni müstəqil Azərbaycan Respublikası SSRİ-nın hüquqi varisi deyil. Həmçinin, 24 yanvar 1994-cü il tarixli 23 saylı Nazirlər Kabinetinin qərarına əsasən, Azərbaycan Respublikası Dövlət Sığorta Kommerisya Şirkəti (Azərsığorta) müstəqil dövlət təşkilatıdır. Göründüyü kimi, «Hərbi qulluqçuların icbari şəxsi sığortası haqqında» Qanun qəbul edilənə qədər xidmət etmiş və xəsarət almış hərbi qulluqçulara qeyd olunan qanunla müəyyən olunmuş məbləğdə sığorta ödənişinin həyata keçirilməsi mümkün deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 935.1.8.-ci maddəsinə görə baş vermiş hadisənin qanunvericiliyə və ya sığorta müqaviləsinə görə sığorta hadisəsi hesab edilməməsi və həmin məcəllənin 935.1.10.-cu maddəsinə görə icbari sığorta qanunvericiliyində və ya sığorta qaydalarında nəzərdə tutulmuş digər hallarda sığorta ödənişinin verilməsindən imtina edilir. Məhkəmə kollegiyası sadalanan xüsusatlara və hüquq normalarına əsasən hesab edir ki, işə baxan birinci instansiya məhkəməsi iddia ərizəsini təmin edərkən yuxarıda qeyd olunanları nəzərə almamaqla səhv nəticəyə gəlmişdir. Belə olan halda Nəsimi Rayon Məhkəməsinin 2(006)-1097/2020 saylı, 30.09.2020-ci il tarixli qətnaməsi ləğv edilməli, cavabdehin apellyasiya şikayəti təmin edilərək, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı «sığorta məbləğinin ödənilməsi» barədə iddia ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0. və 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1. və 385.1.2-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Həmin Məcəllənin 388-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə, bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir. Nəticə: Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməli və birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iddia tələbi rədd edilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: Cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Hazırki iş üzrə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin, 2(006)-1097/2020 saylı, 30.09.2020ci il tarixli qətnaməsi ləğv edilsin. Yeni qətnamə qəbul edilsin. İddia tələbi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar