Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3907/2020 24.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Кollegiyası Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, Cavabdeh "Cavabdeh1" QSC-nin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdehlər "Cavabdeh1" QSC-yə və Bakı şəhəri Cavabdeh2nə qarşı “ipotekaya xitam verilməsi” tələbinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-378/2020 saylı mülki iş üzrə qəbul etdiyi xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər "Cavabdeh1" QSC-yə və Bakı şəhəri Cavabdeh2nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nərimanov rayonu, X9 küçəsi, ev 78A ünvanında yerləşən 7 saylı mənzillə bağlı ipotekaya xitam verilməklə, həmin mənzilin ipotekadan azad edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2017-cı il tarixli, 2(041)-951/2017 saylı icra vərəqəsinə əsasən, cavabdehlər X5, X6, X7 və İddiaçı müştərək qaydada ”xxxxxxxxxx” ASC-nin xeyrinə 26R000003374 saylı kredit razılaşması üzrə 29004 ABŞ dolları əsas, 9508,47 ABŞ dolları faiz borcu və 3000 ABŞ dolları cərimə olmaqla, 41512,47 ABŞ dolları məbləğində borcun, 26R00005111 saylı kredit razılaşma üzrə isə 20788,57 ABŞ dolları əsas, 4538,84 ABŞ dolları faiz borcu və 2000 ABŞ dolları cərimə olmaqla, 27327,41 ABŞ dolları, ümumilikdə 85839,88 ABŞ dolları məbləğində borcun tutulması, tutmanın X3 məxsus Kürdəmir şəhəri, Aeroport yolu, 2-ci dalanda xüsusi mülkiyyətdə olan 0,05 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 1 nömrəli fərdi yaşayış evinə və X2 məxsus Bakı şəhəri, Nərimanov rayonu, X9 küçəsi, ev 78A ünvanında xüsusi mülkiyyətdə olan 7 nömrəli mənzilə yönəldilməsi, qeyd edilən fərdi yaşayış evinin torpaq sahəsi ilə birgə və mənzilin açıq hərracdan satılması, ümumilikdə 85.839,88 ABŞ dolları məbləğində borcun və 92 manat məhkəmə xərclərinin ipoteka predmetinin hərracda satışından əldə olunan vəsait hesabına iddiaçıya ödənilməsi, satışdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin ümumi qaydada tutulması, Kürdəmir şəhəri, Aeraport yolu, 2-ci dalanda xüsusi mülkiyyətdə olan 0,05 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 1 nömrəli fərdi yaşayış evinə tutma yönəldikdə və satıldıqdan sonra Abbasov Həmid iabir oğlunun həmin evə istifadə hüququnun itirilməsi, evdənçıxarılması, həmin fərdi yaşayış evinin və torpaq sahəsinin boşaldılması və alıcıya təhvil verilməsi, Bakı şəhəri, Nərimanov rayonu, X9 küçəsi, ev 78A ünvanında xüsusi mülkiyyətdə olan 7 nömrəli mənzilə tutma yönəldikdə və satıldıqdan 1 ay sonra İddiaçı həmin mənzilə istifadə hüququnun itirilməsi, mənzildən çıxarılması, həmin mənzilin boşaldılması və alıcıya təhvil verilməsi qət edilmişdir. Həmin qətnamə qanuni qüvvəsini almış və icra edilməsi üçün Cavabdeh2nə göndərilmişdir. Nərimanov İcra və Probasiya Şöbəsi Bakı şəhəri, Nərimanov rayonu, X9 küçəsi, ev 78A ünvanında yerləşən 7 nömrəli mənzilin açıq-hərracdan satılması məqsədi ilə Hərrac Mərkəzi “xxxxx” MMC-yə müraciət etmişdir. Hərrac Mərkəzi “xxxxx” MMC onun mülkiyyətində olan mənzili ilkin satış qiyməti 120000 manat olmaqla satılması üçün xx.xx.2019-cu il tarixdə açıq hərraca çıxartmışdır. Hərrac baş tutmadığı üçün ikinci hərracın keçirilməsi xx.xx.2019-cu il tarixə təyin edilmiş və əmlakın qiyməti ilkin satış qiymətindən 15 faiz aşağı yəni, 102000 manat müəyyən edilmişdir. Bundan sonra xx.xx.2019-cu il tarixdə tələbkar “xxxxxxxxx” QSC-ə təklif göndərilərək, ipoteka predmeti təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə, yəni 76500 manat olİmaqla ipoteka saxlayana təklif olunmuşdur. Beləliklə, tələbkar həmin əmlakı 30 gün müddətində qəbul etməli olduğu halda bunu etməmişdir. Hərrac Mərkəzi “xxxxx” MMC tərəfindən iki dəfə əmlakın satılması ilə bağlı hərrac təyin edilmiş, ikinci hərracdan sonra tələbkara əmlakın qəbul edilməsi təklif edilmiş və bu barədə müvafiq qaydada elan verilmişdir. Lakin, 30 gün müddət keçməsinə baxmayaraq Cavabdeh1 ASC həmin əmlakı əldə etməmişdir. Bunu da qeyd edir ki, bankdan kredit onun tərəfindən götürülməsə də, mənzili təminat qoyulmuş krediti özü ödəmiş və həmin kredit tam bağlanmışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-378/2020 saylı mülki iş üzrə qəbul etdiyi xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbləri təmin olunmamışdır. Qətnamədən apellyasiya şikayəti verən iddiaçı onun ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmiş, apellyasiya şikayətinin iddia ərizəsinin məzmununa uyğun əsaslandırmışdır. Məhkəmə iclasında iştirak edən cavabdeh bankın nümayəndəsi apellyasiya şikayətinin əsassız olduğunu bildirərək, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış iddiaçı, həmçinin üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, kollegiya onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Kollegiya izahatları dinləyib, şikаyətin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq aşağıdakı nəticəyə gəlir. İş materiallarından görünür ki, Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2017-cı il tarixli, 2(041)-951/2017 saylı icra vərəqəsinə əsasən, cavabdehlər X5, X6, X7 və İddiaçı müştərək qaydada ”xxxxxxxxxx” QSC-nin xeyrinə 26R000003374 saylı kredit razılaşması üzrə 29004 ABŞ dolları əsas, 9508,47 ABŞ dolları faiz borcu və 3000 ABŞ dolları cərimə olmaqla, 41.512,47 ABŞ dolları məbləğində borcun, 26R00005111 saylı kredit razılaşma üzrə isə 20.788,57 ABŞ dolları əsas, 4538,84 ABŞ dolları faiz borcu və 2000 ABŞ dolları cərimə olmaqla, 27.327,41 ABŞ dolları, ümumilikdə 85.839,88 ABŞ dolları məbləğində borcun tutulması, tutmanın X3 məxsus Kürdəmir şəhəri, Aeraport yolu, 2-ci dalanda xüsusi mülkiyyətdə olan 0,05 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 1 nömrəli fərdi yaşayış evinə və İddiaçı məxsus Bakı şəhəri, Nərimanov rayonu, X9 küçəsi, ev 78A ünvanında xüsusi mülkiyyətdə olan 7 nömrəli mənzilə yönəldilməsi, qeyd edilən fərdi yaşayış evinin torpaq sahəsi ilə birgə və mənzilin açıq hərracdan satılması, ümumilikdə 85.839,88 ABŞ dolları məbləğində borcun və 92 manat məhkəmə xərclərinin ipoteka predmetinin hərracda satışından əldə olunan vəsait hesabına iddiaçıya ödənilməsi, satışdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin ümumi qaydada tutulması, Kürdəmir şəhəri, Aeraport yolu, 2-ci dalanda xüsusi mülkiyyətdə olan 0,05 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 1 nömrəli fərdi yaşayış evinə tutma yönəldikdə və satıldıqdan sonra Abbasov Həmid iabir oğlunun həmin evə istifadə hüququnun itirilməsi, evdən çıxarılması, həmin fərdi yaşayış evinin və torpaq sahəsinin boşaldılması və alıcıya təhvil verilməsi, Bakı şəhəri, Nərimanov rayonu, X9 küçəsi, ev 78A ünvanında xüsusi mülkiyyətdə olan 7 nömrəli mənzilə tutma yönəldikdə və satıldıqdan 1 ay sonra İddiaçı həmin mənzilə istifadə hüququnun itirilməsi, mənzildən çıxarılması, həmin mənzilin boşaldılması və alıcıya təhvil verilməsi qət edilmişdir. İş materiallarında olan Kürdəmir Rayon Məhkəməsinin 1xx.xx.2017-cı il tarixli, 2(041)-951/2017 saylı icra vərəqəsinin surətindən görünür ki, qeyd olunan qətnamə xx.xx.2018-ci il tarixdə qanuni qüvvəsini almış və icraya yönəldilmişdir. İş materiallarında olan Hərrac Mərkəzi “xxxxx” MMC-nin “açıq hərracın keçirilməsinə dair” xx.xx.2019-cu il tarixli, 01/1249 saylı və xx.xx.2019-cu il tarixli, 01/1665 saylı bildirişlərindən görünür ki, Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2017-cı il tarixli, 2(041)- 951/2017 saylı icra vərəqəsi üzrə ipoteka predmeti olan Bakı şəhəri, Nərimanov rayonu, X9 küçəsi, ev 78A ünvanında yerləşən 7 saylı mənzilin ilkin satış qiyməti 120000 manat olmaqla xx.xx.2019-cu il tarixdə birinci və xx.xx.2019-cu il tarixdə isə təkrar hərraca çıxarılmış və alıcı olmadığından satılmamışdır. İş materiallarında olan Hərrac Mərkəzi “xxxxx” MMC tərəfindən ”xxxxxxxxxx” QSC-yə ünvanlanmış xx.xx.2019-cu il tarixli, 01/1917 saylı “İpoteka predmetinin əldə olunmasına dair” Təklif məktubunun surətindən görünür ki, Cavabdeh2 4290-15- 2B saylı, xx.xx.2019cı il tarixli sifariş məktubuna əsasən borclu İddiaçı məxsus ipoteka yüklü Bakı şəhəri, Nərimanov rayonu, X9 küçəsində yerləşən 78a saylı evin 7 saylı mənzilinin təkrar hərracının baş tutmaması barədə “Birja yenilikləri” qəzetinin xx.xx.2019-cu il tarixli nömrəsində elan dərc edilmişdir. “İpoteka haqqında” Qanunun 43.7-ci maddəsinə müvafiq olaraq ipoteka predmeti təkrar hərracdakı/ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə, yəni 76500 manat olmaqla ipoteka saxlayana təklif olunur. “İpoteka haqqında” qanunun 43.7. və 43.8-ci maddələrinə uyğun olaraq ipoteka saxlayan 30 təqvim günü ərzində ipoteka predmetini əldə etdiyi halda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 298.2 və 319.3.5-ci maddələrinə müvafiq isə hərracın xidmət haqqını ödədikdən sonra protokol tərtib olunur. Nəzərə alınsın ki, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” xx.xx.2018-ci il tarixli, 1356 VQD nömrəli qanunun 150.1.13 və 150.3-1 həmçinin 220.8 və 220.8.1-ci maddələrinə uyğun olaraq alıçı və ya ipoteka predmetini əldə edən yaşayış, qeyriyaşayış və torpaq sahələrinin ödəmə mənbəyindən tutulan sadələşdirilmiş vergini protokol əldə etməzdən öncə ödəməlidir. İş materiallarında olan “xxxxxxxxxx” QSC tərəfindən Hərrac Mərkəzi “xxxxx” MMC-yə ünvanlanmış xx.xx.2019-cu il tarixli, 7076 saylı məktubun surətindən görünür ki, ipoteka saxlayan hərrac mərkəzinin xx.xx.2019-cu il tarixli, 01/1917 nömrəli məktubuna cavab olaraq bildirmişdir ki, ona təklif edilən Bakı şəhəri, Nərimanov rayonu, X9 küçəsi, ev 78a da yerləşən 7 saylı mənzili məhkəmə qətnaməsi ilə tanınmış borcun əvəzində, yəni 76500 manat məbləğində qəbul etməyə razıdır. Ona görə də, həmin mənzili əldə edə bilməsi üçün müvafiq sənədləşmənin aparılmasını xahiş edir. İş materiallarında olan Hərrac Mərkəzi “xxxxx” MMC tərəfindən ”xxxxxxxxxx” QSC-yə və Cavabdeh2nə ünvanlanmış xx.xx.2019-cu il tarixli, 01/2108 saylı məktubun və “Hərracın Yekunları barədə”xx.xx.2019cu il tarixli, 30/02 saylı protokolun surətindən görünür ki,İcra şöbəsinin 4290-15-2B saylı, xx.xx.2019-cu il tarixli sifariş məktubuna əsasən İddiaçı məxsus Bakı şəhəri, Nərimanov rayonu, X9 küçəsi, 78a saylı evin 7 saylı mənzilin qiyməti - 76500 manat olmaqla “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.7-ci maddəsinə əsasən “xxxxxxxxxxx” QSC tərəfindən (17705 saylı, xx.xx.2018-ci il tarixli etibarnamə əsasında nümayəndəsi X4) əldə edildiyi müəyyən olunmuşdur. İş materiallarına əlavə olunmuş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, X9 küçəsi, 78a saylı evin 7 saylı mənzili ”xxxxxxxxxx” QSC-nin adına tam mülkiyyət hüququ ilə xx.xx.2019-cu il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 41.2-ci maddəsinə əsasən, məhkəmənin qərarı... əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən həyata keçirilir və ipoteka predmeti hərracda satılır. İcra məmuru hərracın keçirilməsini əmtəə birjalarının nəzdində yaradılmış ixtisaslaşdırılmış təşkilata (hərracın təşkilatçısı) sifariş verir. Həmin Qanunun 43.7-ci maddəsinə görə, bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal (hərraca iki nəfərdən az alıcı gəldikdə) istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər. Qanunun 43.8-ci maddəsinə görə isə, ipoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “... “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair” xx xxxxxxx 2014-cü il tarixli qərarında qeyd etmişdir ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43-cü maddəsində yalnız iki hərracın keçirilməsi nəzərdə tutulduğundan, hər hansı əsasla yeni hərracların keçirilməsi həmin Qanuna zidd hesab edilməlidir. Həmin Qanunun 43.8-ci maddəsinin tələblərinə uyğun olaraq, ipoteka saxlayanın yalnız bir dəfə təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etmək imkanı vardır. İkinci hərrac keçirildikdən sonra 30 təqvim günü ərzində ipoteka saxlayan ipoteka predmetini əldə etmədikdə, ipoteka qoyan mülki məhkəmə icraatı qaydasında ipotekaya xitam verilməsini tələb edə bilər. Yuxarıda qeyd olunduğu kimi, hərracın təşkilatçısı Hərrac Mərkəzi “xxxxx” MMC xx.xx.2019-cu il tarixdə Banka təklif məktubu göndərmişdir; iş materiallarından isə aydın olur ki, bankın bu təklifi qəbul etdiyi barədə məktub is xx.xx.2019-cu il tarixdə Hərrac Mərkəzi “xxxxx” MMC tərəfindən qəbul edilmiş və müvafiq alqı-satqı müqaviləsi bağlanmışdır. Göründüyü kimi cavabdeh bankın “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsində müəyyənləşdirilmiş 30 günlük müddəti ötürmüş olması nəticəsinə gəlmək mümkün deyildir. Nəzərə alınmalıdır ki, hər hansı müddətin, o cümlədən ipoteka predmetini əldə etmə müddətinin ötürülüb-ötürülməməsi nəticəsinə gəlmək üçün, mütləq qaydada həmin müddətin başlama, yəni müddətin axımının başlanğıc günü müəyyən olunmalıdır. Bunu, yəni müddətin axımı gününü müəyyən etmədən hər hansı bir müddətin ötürülübötürülməməsi nəticəsinə gəlmək isə qeyri-mümkündür. Kollegiyanın qənaətinə görə, “İpoteka haqqında” Qanunda göstərilən həmin müddətin başlanması üçün satıcının təklifinin (ofertasının) alıcıya çatdırılmış olması lazımdır – çünkü Mülki Məcəllənin 405.2-ci maddəsinə görə,müqavilə tərəflərdən birinin oferta (müqavilə bağlamaq təklifi) göndərməsi və digər tərəfin onu aksept etməsi (təklifin qəbulu) vasitəsi ilə bağlanır; 409.4-cü maddəsinə görə isə,əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya ofertada ayrı qayda göstərilməyibsə, oferta almış şəxsin onun aksepti üçün müəyyənləşdirilmiş müddətdə ofertada göstərilən müqavilə şərtlərini yerinə yetirmək (malları yola salmaq, xidmətlər göstərmək, işlər görmək, müvafiq məbləği ödəmək və s.) üçün hərəkətlər etməsi aksept sayılır. Əks yanaşma, yəni sözügedən 30 günlük müddətin hərracın baş tutmaması barədə elanın dərc olunduğu gündən hesablanmalı olması yanaşması, qanunvercinin məqsədinin həddindən artıq formal təfsir edilməsi demək olardı. Şərh olunanlara əsasən kollegiyanın qənaəti ondan ibarətdir ki, əmlakın üzərindəki ipoteka yüklülüyünə xitam verilməsi üçün qanunda nəzərdə tutulan dispozitiv şərtlər mövcud olmamışdır. Nəzərə alınmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin onu mübahisələndirən hissədə ləğvi, yaxud dəyişdirilməsi üçün əsas təşkil etmir. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumu cavabdehlərə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 382, 384.0.1, 392 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-378/2020 saylı mülki iş üzrə qəbul etdiyi xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumu onu ödəmiş şəxsin özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Rəşad Həsənov
Məhkəmə qərarları › İş №2(103)-3907/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3907/2020
24.08.2020 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver