Məhkəmə qərarları › İş №2(103)-3911/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3911/2023

07.06.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3911/2023 07.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X7 Sarıyevin sədrliyi ilə, X6 və X1 ibarət tərkibdə, Bakı şəhər Xətai Rayon Məhkəməsinin 05 aprel 2023-cü il tarixli, 2(011)-1955/2023 saylı qərardadından Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş şikayətə dair mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “sabit pul məbləğində alimentin tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının nümayəndəsi və vəkili sonradan məhkəməyə iddia tələblərinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, xx.xx.2005-ci il təvəllüdlü X5 və xx.xx.2008-ci il təvəllüdlü X2 iddiaçının yanında saxlanması, iddia ərizəsinin məhkəməyə təqdim edildiyi tarixdən hesablanaraq hər uşaq üçün - xx.xx.2005-ci il təvəllüdlü X3 ali təhsil aldığı müddət ərzində, xx.xx.2008-ci il təvəllüdlü X4 isə yetkinlik yaşına çatanadək hər ay 220 manat, ümumilikdə 440 manat sabit məbləğində alimentin Cavabdeh tutularaq, İddiaçı verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 məhkəməyə vəsatət ilə müraciət edərək, işin aidiyyəti üzrə göndərilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə onun vəsatəti təmin edilməmişdir. Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 məhkəmənin həmin qərardadından şikayət verərək, qərardadın ləğv edilməsini, ləğv edilmədiyi təqdirdə qərardaddan şikayət verilməsi üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, iddia tələbinin 1-ci hissəsi uşaqların iddiaçının yanında saxlanılması ilə bağlı olsada məhkəmə Azərbaycan Respublikası MPM-nin 35.1, 36.3 və 35.5-ci maddələrinə istinad edərək vəsatətin təmin edilmədiyini qət etmişdir. Halbuki, MPM-nin 36.3-cü maddəsi alimentin alınması ilə bağlı, 36.5-cimaddəsi isə nikahın pozulması ilə bağlı normalardır və məhkəmə yalnız MPM-nin 35.1-ci maddənin tələblərinə istinad etməklə iddia ərizəsinin icraata aidiyyat qaydaları pozulmaqla qəbul etdiyi qənaətinə gəlməli idi. Çünki uşaqların yanında saxlanılması tələbindən sonra aliment tələbinin əsaslılığı yarandığından iddia ərizəsi ancaq cavabdehin yaşayış yeri üzrə verilə bilərdi. Məhkəmə hesab etmişdir ki, iş materiallarına əlavə olunmuş CMS “Azemis” Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılan şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. xx.xx.2005-ci il təvəllüdlü X5 hal hazırda ananın yanındadır. Həmin məlumatların məhkəməyə nə vaxt verildiyi onlara məlum olmasada iddia ərizəsi 01 fevral 2023-cü il tarixdə məhkəməyə verilərkən iddiaçının məhkəməyə təqdim etdiyi övladları Nihad Həşimzadə və Leyla Həşimzadələrə məxsus şəxsiyyət vəsiqəsindən görünür ki, hər iki övladın yaşayış yeri Mingəçevir şəhəri R.Rza üçəsi 18 saylı evin 17 saylı mənzildir. Göründüyü kimi İddiaçı iddia qaldıranda onun ünvanı ünvan 2ingəçevir şəhəri R.Rza küçəsi 18 saylı evin 17 saylı mənzildir. İddia ərizəsinə təqdim edilmiş 16 yanvar 2023-cü il tarixli ilkin mediassiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, mediasiya Bakı şəhəri Yasamal rayonu Ağadadaş Qurbanov 1 ünvanda fəaliyyət göstərən Vəfa Qurbanova tərəfindən aparılmışdır.Yasamal rayonunda fəaliyyət göstərən mediatorun arayışı isə bu iş üzrə əsassız sübutdur və Azərbaycan Respublikası MPM-nin 150.1.7-ci maddəsinə riayət olunduğunu təsdiq edən arayış deyildir. Digər tərəfdən tərəflər arasında uşaqların iddiaçının yanında saxlanılması ilə bağlı mediasiya prosesi keçirilməmişdir. Təqdim olunmuş arayış isə ancaq aliment tələbi ilə bağlıdır. İddiaçı nəinki aidiyyat qaydalarına riayət etməmiş, həmçinin iddia ərizəsi məhkəmənin icraatına qəbul edilərkən MPM-nin 152.1.6-1-ci maddənin təblərini də pozmuşdur. Halbuki, həmin maddəyə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəlmediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd təqdim etməlidirlər. Bakı şəhər Xətai Rayon Məhkəməsinin 05 aprel 2023-cü il tarixli, 2(011)-1955/2023 saylı qərardadından cavabdehin nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş şikayət həmin məhkəmənin 14 aprel 2023-cü il tarixli qərardadı ilə təmin edilməmiş və mülki iş şikayətə baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini araşdırıb, iş materiallarını tədqiq edərək hesab edir ki, iş üzrə Bakı şəhər Xətai Rayon Məhkəməsinin 05 aprel 2023-cü il tarixli, 2(011)-1955/2023 saylı qərardadı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş CMS “Azemis” Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılan şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. Həmçinin məhkəmə iclasında dindirilmiş tərəflərin birgə nikahından olan xx.xx.2005-ci il təvəllüdlü X5 izahatında bildirmişdir ki, o, valideynləri arasında olan nikah pozulduqdan sonra anasının yanında yaşamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 35.1. maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 36.3-cü maddəsinə alimentin alınması və atalığın müəyyən edilməsi haqqında iddialar iddiaçı tərəfindən özünün yaşadığı yerə görə də verilə bilər. Buna görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsninin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, iddiaçının irəli sürdüyü tələb üzrə iddialara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 36.3-cü maddələrinə əsasən iddiaçının yaşadığı yerin məhkəməsində baxılmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi vəsatəti təmin etməyərkən düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mülki prosessual qanunvericiliyinin tələblərinə düzgün əməl olunmuş, ona görə də, məhkəmə qərardadı qanuni və əsaslıdır, onun ləğv edilməsi üçün əsas yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2, 398.0.1, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş şikayət təmin edilməsin. Hazırkı iş üzrə Bakı şəhər Xətai Rayon Məhkəməsinin 05 aprel 2023-cü il tarixli, 2(011)- 1955/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Fuad Abdıyev Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar