Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3916/2021 17.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, İddiaçı1 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 MTK-ya qarşı “cavabdehlər arasında mübahisəli daşınmaz əmlaka dair bağlanmış alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxxxx 2021-ci il tarixli qərardaddan Cavabdeh2 verdiyi şikayət üzrə apellyasiyanın mümkünlüyü məsələsinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı tərəfindən cavabdehlərə qarşı irəli sürülmüş “cavabdehlər arasında mübahisəli daşınmaz əmlaka dair bağlanmış alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbi barədə” iddiasına dair mülki işə üzrə Binəqədi Rayon Məhkəməsi tərəfindən baxılarkən Cavabdeh2 vəsatətlə Rayon Məhkəməsinə müraciət edərək iş üzrə məhkəmə-xətşünaslıq ekspertizasının təyin edilməsini xahiş etmişdir. Rayon Məhkəməsi cavabdehin vəsatətinə baxaraq iş üzrə qəbul etdiyi xx.xx.2021-ci il tarixli qərardad ilə vəsatəti təmin etməmişdir. Cavabdeh2 həmin qərardaddan şikayət verərək qərardadın ləğv edilməsini və “ekspertizanın təyin edilməsi barədə” vəsatətinin təmin edilməsini xahiş etmişdir. Şikayətə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2021-ci il tarixli qərardadı ilə şikayəti geri qaytarmışdır. Cavabdeh2 xx.xx.2021-ci il tarixli qərardaddan verdiyi şikayətə baxmış Rayon Məhkəməsi şikayəti təmin etməmiş və baxılması üçün şikayəti, mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) hesab edir ki, şikayət üzrə apellyasiya icraatı qeyri-mümkündür. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 267-ci maddəsinin mənasına görə, məhkəmə tərəfindən ayrıca akt şəklində qəbul edilmiş qərardadlardan şikayət verilə bilər, lakin bu zaman nəzərə alınmalıdır ki, şikayətin verilməsi halları MPM-də nəzərdə tutulmuş olsun. MPM-nin 395-ci maddəsinin mənasına görə, işdə iştirak edən şəxslər qətnamədən ayrılıqda birinci instansiya məhkəmələrinin qərardadlarından o halda şikayət verə bilərlər ki, şikayətin verilməsi MPM-də nəzərdə tutulsun və ya qərardad işin sonrakı hərəkətinə mane olsun. Birinci instansiya məhkəmələrinin digər qərardadlarından şikayət verilmir. İşdə iştirak edən şəxslər bu qərardadlardan narazı qaldıqda qərardada olan etirazlarını apellyasiya şikayətlərinə daxil edə bilərlər. MPM-dən görünür ki, qanunverici, iş üzrə ekspertizanın təyin edilməsi və ya təyin edilməməsi ilə bağlı qərardadlardan şikayətin verilməsini nəzərdə tutmamışdır. Belə olan halda qeyd edilən qərardaddan şikayət verilə bilməz, verilsə də həmin şikayət üzrə icraatı qeyri-mümkündür. Buna baxmayaraq Rayon Məhkəməsi şikayətə qiymət vermiş, onu təmin etməmiş və baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərmişdir. MPM-nin 366.2-ci maddəsinə görə, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Buna görə də şikayət üzrə apellyasiya qeyri-mümkün hesab edilməli və şikayət mülki işlə birlikdə Rayon Məhkəməsinə qaytarılmalıdır. Odur ki, qeyd edilənlərə əsasən Məhkəmə hesab edir ki, apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdur. Şikayətin geri qaytarılması üçün iş Rayon Məhkəməsinə göndərilməlidir. Eyni zamanda yuxarıda göstərilən əsaslara görə hazırki qərardaddan da kassasiya şikayəti verilə bilməz. Məhkəmə Cavabdeh2 izah edir ki, o, iş üzrə məhkəmə ekspertizasının təyin edilməməsindən narazı qaldığı halda, bununla bağlı etirazını yekun məhkəmə qərarından – qətnamədən də narazı qaldığı halda apellyasiya şikayətinin dəlili kimi göstərə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 363 və 366cı maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: İddiaçı1 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 MTK-ya qarşı “cavabdehlər arasında mübahisəli daşınmaz əmlaka dair bağlanmış alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxxxx 2021-ci il tarixli qərardaddan Cavabdeh2 verdiyi şikayət üzrə apellyasiya icraatı qeyri-mümkün hesab edilsin və şikayət mülki işlə birlikdə Binəqədi Rayon Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-3916/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3916/2021
17.03.2021 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver