Məhkəmə qərarları › İş №2(103)-3916/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3916/2022

23.05.2022 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3916/2022 23.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X3 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Əsgərov Qürbət Ağa oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Nizamlı Aygün Ülviyyət qızının katibliyi, İddiaçı, cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh3 vəkili X1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Azərbaycan Respubikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 Saylı Bakı Şəhəri Ərazi İdarəsi, Bakı Şəhəri Səbail Rayonu Badamdar Bələdiyyəsinə qarşı "çıxarışın və alğı-satqı müqavilələrinin etibarsızlığı” tələbinə dair Bakı şəhəri Səbail Rayon Məhkəməsi 2(009)-2546/21 saylı işi üzrə 29.11.2021-ci il tarixli qətnamədən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə müraciət edərək, məhkəmədən cavabdehlər Cavabdeh3, X8, X7, X4 adına verilmiş RX seriyalı, ******* saylı, ********** qeydiyyat nömrəli, **********47 resyetr nömrəli 20.04.2016-cı il tarixli çıxarışın etibarsız hesab edilməsi, həmin şəxslər ilə Cavabdeh1 arasında 09 avqust 2016cı il tarixdə bağlanmış AN-İ N° ******* saylı alğı-satqı müqaviləsi və Cavabdeh1 adına 25 avqust 2016-cı il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış çıxarışın, eləcə də Cavabdeh1 ilə Cavabdeh2 arasında 17.02.2021-ci il tarixdə bağlanmış 4 Ə-118 saylı alğı-satqı müqaviləsi və Cavabdeh2 adına 22 fevral 2021-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsi 2(009)- 2546/21 saylı işi üzrə 29.11.2021-ci il tarixli qətnaməsi ilə iddianın tələbi Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 20.04.2016-cı il tarixli, **********47 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışın etibarsız hesab edilməsi hissəsində xitam edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, iddiaçı tərəfindən ödənilmiş 10 manat dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət edilmişdir. İddiaçı apellyasiya şikayətini verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətdə qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261-ci maddəsinə görə iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Məcəllənin 262.3-cü maddəsinə görə bu Məcəllənin 261.0.1-ci və ya 261.0.8-ci maddələrində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. Cavabdehlər Cavabdeh3, X8, X7, X4 adına verilmi RX seriyalı, ******* saylı, ********** qeydiyyat nömrəli, **********47 reyestr nömrəli 20.04.2016-cı il tarixli çıxarışın etibarsız hesab edilməsi ilə bağlı iddia tələbinin hüquqi təbiəti məhkəmə tərəfindən düzgün müəyyənləşdirilməmişdir. Belə ki, mübahisəli çıxarışın verilməsinə əsas inzibati akt (sərəncam, qərar və s.) deyil, qanuni qüvvəyə minmiş məhkəmə aktına əsaslanan Cavabdeh3 adına hazırlanmış 25.05.2006-cı il tarixli JN-30391D saylı Şəhadətnamə olmuşdur. Lakin, sonradan qeyd edilən Şəhadətnamənin hazırlanmasına əsas olmuş bütün məhkəmə aktları saxta sərəncama əsasən qəbul edildiyi müəyyən olunduğundan AR Ali Məhkəməsi Plenumunun 30.06.2008-ci il tarixli Qərarı ilə ləğv edilmiş və sonrakı məhkəmə aktları ilə Cavabdeh3 iddiası rədd olunmuş və bu aktlar öz qanuni qüvvəsini almışdır. Məhkəmə işin sadalanan hallarını nəzərə almadan iddiaçının iddia tələbinin mahiyyətini səhv olaraq inzibati-hüquqi tələb kimi qiymətləndirmiş, bununla da iş üzrə müəyyən etdiyi hallardan səhv nəticəyə gəlmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı çıxarışı mübahisələndirdiyi üçün İnzibatı Məhkəməyə müraciət etdiyini və işin icraata qəbul edildiyini,iddia tələbinin qətnamə ilə xitam verilmə hissəsindən narazı olduğundan apellyasiya şikayətini verdiyini bildirmiş və qətnamənin ləğv edilərək, iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edənCavabdeh3 vəkili X2 iddiaçı Cavabdeh3 verilmiş çıxarışı mübahisələndirmək üçün İnzibatı Məhkəməyə müraciət etdiyini və işin icraata qəbul edildiyini, eyni iddiaya həm inzibati həm də mülki məhkəmə icraatında baxılmanın absurd olduğunu bildirmiş və iddianın rədd edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını yoxlayan məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiyasının 60, 71; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 6 oktyabr 2012-ci il tarixli İnzibati icraat haqqında Azərbaycan Respublikası Qanununun 2.0.1 və 2.0.2-ci maddələrinin şərh edilməsinə dair Qərarı; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2, 9, 153.2.1, 261.0.1; İnzibati Prosessual Məcəlləsinin 2.2.1, 3; "İnzibati icraat haqqında” Qanunun 2, 4, 28-ci maddələrini rəhbər tutaraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, mülki prosessual əsaslarla Bakı şəhəri Səbail Rayon Məhkəməsi 2(009)- 2546/21 saylı işi üzrə 29.11.2021-ci il tarixli qətnaməsi, iş üzrə icraata xitam verilməklə, ləğv edilməlidir. Belə ki, cavabdehlər Cavabdeh3, X8, X7, X4 adına verilmi RX seriyalı, ******* saylı, ********** qeydiyyat nömrəli, **********47 reyestr nömrəli 20.04.2016-cı il tarixli çıxarışın etibarsız hesab edilməsi ilə bağlı iddia tələbinin əsası daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyasına əsaslanır və bu prezumpsiyasının təminatçısı (qeydiyyatçısı) inzibati orqandır. Bundan əlavə, əgər qeyd edilən qeydiyyatlar məhkəmə qərarlarına əsaslanırsa bu qərarların mübahisələndirilməsi zərurəti ilə də hazırki mülki iş üzrə icraat istisna edilir. Digər tələblər 20.04.2016-cı il tarixli çıxarışın müqəddaratı ilə bağlı olduğundan, təbii ki onlarada hazırki mülki icraat proseduru həddində (bir icraatda) baxıla bilməz. Ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməsi baxımından qeyd edilməlidir ki, işdə iştirak edən şəxslər öz tələblərini əsaslandırdıqları dəlillər, sübutlar və hüquqi nəticələr barədə birbirlərinə məlumat verməyə borcludur ki, digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun10 aprel 2015-ci il tarixli Qərarına (10.1, 14, 15.4, 16.1, 16.3, 16.4, 17-ci bəndlərinə) əsasən diqqətə çatdırılmalıdır ki, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin (bundan sonra mətndə “ŞTM”) müddəalarına uyğun olaraq tikintiyə icazə verilməsi, tikintiyə nəzarətin həyata keçirilməsi, tikinti fəaliyyətinin həyata keçirilməsi (tikinti obyektlərinin inşası, cari və əsaslı təmiri, yenidən qurulması, bərpası və ya sökülməsi), tikinti obyektlərinin istismarına icazə verilməsi ilə əlaqədar inzibati orqanların qərarlarından və hərəkətlərindən (hərəkətsizliyindən) verilən iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Tikinti fəaliyyətinin həyata keçirilməsinə icazə verilməsi barədə inzibati orqanın qərarı üçüncü şəxslərin hüquqlarına və qanunla qorunan maraqlarına toxunduğu hallarda da eyni qayda tətbiq olunur. Tərəflərin mülki (öhdəlik) hüquq münasibətlərində olduqları hallardan başqa, təbii inhisar subyektlərinin ümumi (publik) hüquq sahəsindəki qərarlarından, hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə İPM-in 2.1-ci maddəsinə uyğun olaraq inzibati məhkəmə icraatı qaydasında məhkəmələr tərəfindən baxılır. Eyni ilə, inzibati və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi MPM-də nəzərdə tutulmamışdır. Bu səbəblə nəzərə alınmalıdır ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi və ya kommersiya məhkəməsinə verilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi və ya kommersiya məhkəməsində baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən məhkəmənin ümumi və ya kommersiya məhkəməsinin icraatına qəbul edilmişdirsə, MPMnin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. İnzibati mübahisələr hüquqi təbiətinə görə mülki mübahisələrdən (kommersiya mübahisələrindən) fərqli olduğundan mülki tələblər (kommersiya mübahisələri üzrə tələblər) inzibati məhkəmə icraatı qaydasında qaldırılan iddialarla, inzibati iddia tələbləri isə mülki məhkəmə icraatı qaydasında qaldırılan iddialarla birləşdirilə və onlara birgə baxıla bilməz. “Ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə” verilmiş iddia ərizəsindəki tələblərdən birinə mülki məhkəmə icraatı qaydasında, digərinə isə inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduqda, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə həmin (inzibati tələbə aid) hissədə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin inzibati tələbə aid hissəsinin qəbulundan imtina olunmalı, həmin tələb üzrə ərizə məhkəmənin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə inzibati tələbə aid hissədə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Bir-biri ilə əlaqədar olan və bir iddiada birləşdirilən mülki və kommersiya mübahisələri üzrə tələblərin aidiyyəti MPM-in 30-cu maddəsinə əsasən həll edilir. “Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edilə bilər. Konkret mübahisənin hallarından asılı olaraq bəzən inzibati aktın və mülki-hüquqi əqdin hər ikisi reyestrdəki qeydiyyatın aparılması üçün birgə hüquqi əsas təşkil edirlər. Bu kimi hallarda iddiaçının hüquqi marağı və iddia tələblərinin hüquqi təbiəti nəzərə alınmaqla inzibati aktın mübahisələndirilməsinə inzibati məhkəmə icraatı qaydasında, mülki-hüquqi əqdin mübahisələndirilməsinə isə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat hər hansı mülki-hüquqi əqdə və ya inzibati akta əsaslanmadan aparılmışdırsa, bu hal, inzibati orqanın ümumi (publik) hüquqdan irəli gələn səlahiyyətlərinin icrası çərçivəsində həyata keçirilən faktiki xarakterli fəaliyyətin nəticəsidir. Bu qaydada aparılmış qeydiyyatın mübahisələndirilməsi zamanı inzibati orqanın publik hüquqdan irəli gələn vəzifə və səlahiyyətlərinin qanuni və əsaslı olaraq həyata keçirilib-keçirilmədiyinə qiymət verilməli olduğu üçün həmin mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat mülki-hüquqi əqdə və yaxud inzibati akta əsaslansa da, iddiaçı həmin hüquq müəyyənedici sənədləri deyil, onlardan irəli gələn qeydiyyatın özünün inzibati orqan tərəfindən düzgün aparılmadığını mübahisələndirdiyi hallarda da işə inzibati məhkəmələrdə baxılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.5-ci maddəsində: qətnamə və ya qərardadın tamamilə, yaxud qismən ləğv edib, Məcəllənin 261-ci maddəsinə müvafiq olaraq iş üzrə icraata xitam verilməsi apellyasiya instansiyası məhkəməsinin səlahiyyətlərinə aid edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1 və 262.0.1-ci maddəsinə görə: iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Qeyd edilən mübahisəli məsələlərin həlli ilə bağlı iddiaçıya izah edilməlidir ki, ilk növbədə, o öz hüquqlarının müvafiq qeydiyyatı (təsbit edilməsi) üçün buna məsul müvafiq icra hakimiyyəti orqanına (inzibati icraat qaydasında) müraciət etməli və hüquqlarının həlli mümkünsüzlüyü əsnasında tələbləri və cavab verməli şəxsləri qanuna müvafiq müəyyən etməklə, iddialarını müvafiq məhkəmə instansiyalarına yönəltməlidr. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı apellyasiya şikayəti qismən təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsi 2(009)-2546/21 saylı işi üzrə 29.11.2021-ci il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar