Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3936/2020 04.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi X6 oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili X1, Cavabdeh1 iştirakları ilə , İddiaçı cavabdehlər Cavabdeh1 və Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin x şəhər Ərazi İdarəsinə qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı mənzilin alqı-satqı müqaviləsinin və çıxarışın ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Xətai rayonu N.Rəfiyev küçəsi 28 A saylı evin 22 saylı mənzili üzrə Cavabdeh1 ilə “X7” MMC arasında bağlanmış xx.xx.2012-ci il tarixli AQD22/2012 saylı alqı-satqı müqaviləsini və AR ƏMDK DƏDRX tərəfindən verilmiş RX seriyalı ******* saylı xx.xx.2016-cı il tarixli çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili İ.Şahməmmədov ərizə təqdim edərək Bakı şəhəri, Xətai rayonu, N.Rəfiyev küçəsi, 28 A saylı evin 22 saylı mənzili (hazırda N.Rəfiyev küçəsi 80, M7, m 2) üzrə Cavabdeh1 ilə “X7” MMC arasında bağlanmış xx.xx.2012-ci il tarixli AQD22/2012 saylı alqı-satqı müqaviləsinin ləğv edilməsi və “Mitsubishi” markalı **-LK-*** dövlət qeydiyyat nişanlı minik avtomaşına mülkiyyət hüququnun iddiaçının adına keçməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(011)-402/2020 saylı qətnaməsi ilə İddiaçı Bakı şəhəri, Xətai rayonu, N.Rəfiyev küçəsi, 28 A saylı evin 22 saylı mənzili (hazırda N.Rəfiyev küçəsi 80, M7, m 2) üzrə Cavabdeh1 ilə “X7” MMC arasında bağlanmış xx.xx.2012-ci il tarixli AQD22/2012 saylı alqı-satqı müqaviləsinin ləğv edilməsi və “Mitsubishi” markalı, **-LK-*** dövlət qeydiyyat nişanlı minik avtomaşınına mülkiyyət hüququnun iddiaçının adına keçməsi barədə iddia tələbi rədd edilmişdir. Həmin qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnamə çıxararkən prosessual tələbləri pozub və eyni zamanda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar araşdırılmayıb. Mübahisəli mənzil və “Mitsubishi Qutland” markalı, **-LK-*** dövlət qeydiyyat nişanlı avtomobil onun maddi vəsaiti hesabına alınmışdır. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən qeyd olunan halları araşdırmamışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili X2 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək apelyasiya şikayətinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını, birinci instansiya məhkəməsinin mübahisələndirilən qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsi səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə gəlməyən tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğu üçün təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarından görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2017ci il tarixli 2(011)-3657/2017 saylı qətnaməsi ilə İddiaçı ünvan 1 M7, m2 ünvanında yerlşən mənzildən çıxarılması, həmin mənzilin Cavabdeh1 istifadəsinə və sahibliyinə verilməsi barədə ilkin iddia tələbi təmin edilmiş, İddiaçı 168000 manat məbləğində pulun qaytarılması və ünvan 1 M7, m2 ünvanda yerləşən mənzilə onun mülkiyyət hüququnun tanınması barədə qarşılıqlı iddia tələbi təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(103)-178/2018 saylı qətnaməsi ilə Xətai Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(011)-3657/2017 saylı qətnaməsi dəyişdirilmədən saxlanmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-2479/2019 saylı xx.xx.2019-cu il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(103)-178/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(011)-3657/2017 saylı qətnaməsi ilə işin müəyyən olunmuş hallarılndan görünür ki, ünvan 1 M7, m2 ünvanda yerləşən mənzil xx.xx.2016-cı il tarixdə Cavabdeh1 adına ilkin qeydiyyatdan keçmişdir və hazırda onun mülkiyyətindədir. Həmin qətnamə ilə işin müəyyən olunmuş hallarından görünür ki, Cavabdeh1 ilə “X7” MMC arasında xx.xx.2012-ci il tarixdə AQD22/2012 saylı müqavilə bağlanmış, “X7” MMC tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli arayışa əsasən, ünvan 2 ünvanda yerləşən binanın 7-ci mərtəbəsində yerləşən 22 nömrəli mənzilin alqı-satqısı həyata keçirilmişdir, mənzil Cavabdeh1 məxsusdur. İş materiallarından görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2017ci il tarixli 2(011)-7894/2017 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh1, X3 və X7 MMC, “xxxxxxx” MMC, Bakı şəhəri 12 saylı notariat kontoru, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsinə qarşı Bakı şəhəri, Xətai rayonu, N.Rəfiyev küçəsi, 28 A saylı evin 7-ci mərtəbəsindəki 22 saylı mənzil üzrə Cavabdeh1 ilə X7 MMC arasında bağlanmış xx.xx.2012-ci il tarixli AQD22/2012 saylı alqı-satqı müqaviləsinin, X3 ilə “xxxxxxx” MMC arasında bağlanmış xx.xx.2015-ci il tarixli AN-İ ******* saylı alqı-satqı müqaviləsinin, X3 ilə “xxxxxxx” MMC arasında bağlanmış xx.xx.2015-ci il tarixli AN-İ ******* saylı alqı-satqı müqaviləsinin və RX seriyalı ******* saylı xx.xx.2016-cı il tarixli çıxarışın etibarsız hesab edilməsi barədə iddia tələbi təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(103)-1760/2018 saylı qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2017ci il tarixli 2(011)-7894/2017 saylı qətnaməsi dəyişdirilmədən saxlanmış, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli 2(102)- 6090/2018 saylı qərarı ilə kasasiya şikayəti təmin edilməyərək Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(103)-1760/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi düzgün hesab etmişdir ki, iddia tələbinin mübahisəli mənzilə dair müqavilənin ləğv edilməsi hissəsinə münasibətdə mübahisələndirilən mənzilə dair müqavilə Cavabdeh1 və “xxxxxxxxxxx” MMC arasında bağlandığından, iddiaçı həmin müqavilənin tərəfi kimi çıxış etmədiyindən iddiaçı subyektiv hüquqa malik deyildir. Belə olan halda məhkəmə doğru qeyd etmişdir ki iddia tələbi subyektiv hüququ olmayan şəxs tərəfindən qaldırıldığından onun təqdim etdiyi sübutlar da araşdırılmadan rədd olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx xxxx 2008-ci il tarixli qərarından görünən hüquqi mövqeyə əsasən, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimləmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ”. Məhkəmə kollegiyası apelyasiya şikayətində “Mitsubishi Qutland” markalı, **-LK-*** dövlət qeydiyyat nişanlı avtomobilin cavabdehin maddi vəsaiti hesabına alınması dəlili ilə əlaqədar qeyd edir ki, iddiaçı mübahisəli avtomobilin onun maddi vəsaiti hesabına alındığını qeyd etsə də, bu barədə sübutları məhkəməyə təqdim etməmişdir. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hazırkı işdə sübutetmə vəzifəsi iddiaçının üzərinə düşsə də, o, öz iddia tələbini sübuta yetirə bilməmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olduğundan, İddiaçı apelyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğv edilməsi üçün əsas olmamalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi Qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(011)-402/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: imza Hakimlər: imzalar Əsli ilə düzdür: Hakim: Rəşad Həsənov
Məhkəmə qərarları › İş №2(103)-3936/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3936/2020
04.06.2020 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver