Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3953/2021 19.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, X4 və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi ilə, Bakı Apelyasiya Məhkəməsinin binasında Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-857/2021 saylı, 29 yanvar 2021-ci il tarixli qətnaməsindən iddiaçının nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı “alimentin azaldılması tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 822/2020 saylı 10.01.2020-ci il tarixli qətnaməsinə əsasən 14.03.2003-cü il təvəllüdlü X2 və 15.07.2008- ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanmaları üçün tərəfindən hər ay hər bir uşağa görə ödənilən 300 manat, cəmi 600 manat məbləğində alimentin azaldılaraq hər ay hər bir uşaq üçün 170 manat, cəmi 340 manat müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-6075/2020 saylı, 16.10.2019-cu il tarixli qətnaməsi ilə İddiaçı hər uşaq üçün 250 manat, cəmi 500 manat alimentin tutularaq Cavabdeh ödənilməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti Bakı Apelyasiya Məhkəməsinin 2(103)-822/2020 saylı 10.01.2020-ci il tarixli qətnaməsi ilə qismən təmin edilmiş və qətnamə alimentin məbləğinə aid hissədə dəyişdirilmiş və hər ay hər uşaq üçün 300 manat, cəmi 600 manat sabit pul məbləğində alimentin İddiaçı alınaraq Cavabdeh ödənilməsi qət edilmişdir. Həmin vaxt İddiaçı Müdafiə Sənayesi Nazirliyində nazirin müşaviri vəzifəsində işləyirdi və aylıq gəliri 1471 manat idi. Lakin hal-hazırda işsizdir. Bu səbəbdən də hər uşaq üçün hər ay 300 manat alimenti ödəməkdə çətinlik çəkir. Halhazırda bir uşağın saxlanma xərcləri 170 manat müəyyən edilib. Bu səbəbdən də alimentin məbləğinin azaldılması zərurəti yaranmışdır. Qeyd edilənləri nəzərə alaraq məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-857/2021 saylı, 29 yanvar 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmiş, iddia tələbi rədd edildiyindən ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. Qətnamədən iddiaçının nümayəndəsi və vəkili Vəkil apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və 14.03.2003-cü il təvəllüdlü X5 və 15.07.2008-ci il təvəllüdlü X1 üçün sabit pul məbləğində hər bir uşaq üçün 170 ( bir yüz yetmiş) manat miqdarında müəyyən edilməsi barədə yeni qətnamə qəbul edilməini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırmışdır ki, qətnamə maddi hüquq normalarının pozulması və iddiaçı tərəfin təqdim etdiyi sübutlara qiymət verilməyərək qəbul edildiyindən ləğv edilməlidir. Belə ki, məhkəmə prosesində cavabdeh də təsdiq etmişdir ki, həqiqətən iddiaçı hal-hazırda işsizdir. Məhkəmə prosesində İddiaçı işdən çıxdığını və hal- hazırda işsiz olduğunu göstərən sübutları təqdim edilmişdir. Lakin məhkəmə tərəfindən bu məsələ araşdırılmamış və iddiaçının hüquqları pozularaq qətnamə qəbul edilmişdir. Məhkəmə tərəfindən maddi hüquq normaları subyektiv mülahizələr əsasında səhv tətbiq və təfsir edilmiş sübutlara düzgün qiymət verilməmişdir. Buna görə də həmin qətnamə tamamilə ləğv edilməli və yeni qətnamə qəbul edilməlidir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmiş və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-857/2021 saylı, 29 yanvar 2021-ci il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi qismən təmin edilməli, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-822/2020 saylı 10.01.2020-ci il tarixli qətnaməsinə əsasən 14.03.2003-cü il təvəllüdlü X2 və 15.07.2008-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanmaları üçün İddiaçı tərəfindən hər ay hər bir uşağa görə ödənilən 300 manat, cəmi 600 manat məbləğində aliment azaldılaraq hər ay hər bir uşaq üçün 175 manat, cəmi 350 manat müəyyən edilməlidir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri ilə əlaqədar iş materiallarını araşdıraraq aşağıdakı sübutları müəyyən etmişdir: Belə ki, iş materiallarında olan Bakı Apelyasiya Məhkəməsinin 2(103)-822/2020 saylı 10.01.2020-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-6075/2020 saylı, 16.10.2020-ci il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh İddiaçı qarşı “sabit pul məbləğində aliment tutulması” tələbinə dair iddia tələbi qismən təmin edilərək 14.03.2003-cü il təvəllüdlü X5 və 15.07.2008-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanmaları üçün 18.09.2019-cu il tarixdən başlayaraq cavabdeh İddiaçı hər ay hər uşaq üçün 250 manat olmaqla, cəmi 500 (beş yüz) manat sabit pul məbləğində alimentin tutularaq iddiaçı Cavabdeh ödənilməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilmiş, qətnamə alimentin məbləğinə aid hissədə dəyişdirilərək, 14.03.2003-cü il təvəllüdlü X5 və 15.07.2008-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanmaları üçün 18.09.2019-cu il tarixdən başlayaraq cavabdehdən hər ay hər uşaq üçün 300 manat, ümumilikdə hər ay 600 manat sabit pul məbləğində aliment alınaraq iddiaçıya ödənilməsi, qətnamənin qalan hissədə onun apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Birinci instansiya məhkəməsi iddianı rədd edərkən qənaətini onunla əsaslandırmışdır ki, Bakı Apelyasiya Məhkəməsinin 2(103)-822/2020 saylı 10.01.2020-ci il tarixli qətnaməsi ilə təyin edilmiş hər ay hər uşağa görə 300 manat, cəmi 600 manat sabit pul məbləğində alimentin azaldılaraq 170 manat müəyyən edilməsi uşaqların saxlanılması və əvvəlki yaşayış səviyyəsinin təmin olunması üçün yetərli deyildir. Bu səbəbdən, həmçinin iddia tələbi kifayət qədər əsaslandırılmadığına görə məhkəmə hesab edir ki, iddia tələbi əsassız olub rədd edilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə mövqeyi ilə razılaşmır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin 4-cü hissəsinə görə, uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə və “Uşaq hüquqları haqqında” BMT konvensiyasının (12 noyabr 1989-c il tarixdə qəbul edilmişdir) 27-ci maddəsinə əsasən uşağın AzərbaycanRespublikası qanunvericliyi ilə müəyyən olunmuş yaşayış minimumun səviyyəsindən aşağı olmamaq şərtilə maddi təminat hüququ vardır. “Uşaq hüquqları haqqında” Azərbaycn Respublikası Qanununun 19-cu maddəsinə görə valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağın sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) məhkəmə qaydasında tutulmalıdır. (Ailə Məcəlləsinin 56.1.,75.1.,75.4-cü mad.) Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Məhkəmə kollegiyası xüsusilə vurğulayır ki, hər bir uşağın layiqli həyat tərzi yaşamağa hüququ vardır və uşağın inkişafı üçün valideynlərin maddi və mənəvi dəstək olmaları onların vəzifəsi və borcudur. Mövcüd qanunvericilik normaları istənilən yaranmış vəziyyətdə uşağın mənafelərinin daha üstün tutulmasını imperativ olaraq göstərir. Məhkəmə araşdırmalar zamanı azyaşlı uşaqların saxlanılması üçün tərəflər arasında razılaşma və sazişin olmaması müəyyən edilmişdir. Kollegiya qeyd edir ki, hazırki iddia tələbi iş materiallarında olan Bakı Apelyasiya Məhkəməsinin 2(103)-822/2020 saylı 10.01.2020-ci il tarixli qətnaməsinə əsasən tutulan alimentin miqdarının dəyişdirilməsinə (azaldılmasına) dairdir. Tərəflər arasındakı hazırki mübahisənin həlli qaydası Ailə Məcəlləsinin 112.1-ci maddəsi ilə tənzimlənir. Həmin maddəyə görə aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Beləliklə, qanunverici prinsip etibarı ilə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra onun miqdarının dəyişdirilməsinin (artırılmasının və ya azaldılmasının) və ya aliment ödəməkdən ümumiyyətlə azad edilmənin mümkünlüyünü nəzərdə tutur. Lakin bunun ən əsas şərti məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğunun sübuta yetirilməsidir. İş materiallarından olan əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, 102/k nömrəli əmr ilə 29.06.2020-ci il tarixindən İddiaçı əmək müqaviləsinə xitam verilmiş və Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyində tutmuş olduğu dövlət qulluğu vəzifəsindən azad edilmişdir. Yəni iddiaçının maddi vəziyyətində dəyişiklik olmuşdır. Eyni zamanda qeyd edilməlidir ki, Bakı Apelyasiya Məhkəməsinin 2(103)-822/2020 saylı 10.01.2020-ci il tarixli qətnaməsi qəbul edilərkən, məhkəmə İddiaçı məhz Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyində çalışdığına və aylıq qazancının yüksək olmasına əsaslanaraq alimentin miqdarını dəyişmişdir. Göründüyü kimi, birinci instansiya məhkəməsi hazırki halda Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə istinad etməklə, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsini mahiyyət etibarı ilə əhimiyyətsiz hesab etmişdir. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən hesab edir ki, iddiaçının əvvəlki məhkəmə qətnaməsi ilə müəyyə edilmiş alimentin miqdarının müəyyən edilməsindən sonra və hazırda da maddi vəziyyətində dəyişiklik olması iş materialları ilə sübut olunduğundan, alimentin miqdarının azaldılmasını tələb etməkdə qismən haqlı olmuşdur. Belə ki, “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa görə 2021-ci il üçün yaşayış minimumu uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Bu halda məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-857/2021 saylı, 29 yanvar 2021-ci il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi qismən təmin edilməli, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 822/2020 saylı 10.01.2020-ci il tarixli qətnaməsinə əsasən 14.03.2003-cü il təvəllüdlü X2 və 15.07.2008- ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanmaları üçün İddiaçı tərəfindən hər ay hər bir uşağa görə ödənilən 300 manat, cəmi 600 manat məbləğində aliment azaldılaraq hər ay hər bir uşaq üçün 175 manat, cəmi 350 manat müəyyən edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: İddiaçının nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-857/2021 saylı, 29 yanvar 2021-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi qismən təmin edilsin. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-822/2020 saylı 10.01.2020-ci il tarixli qətnaməsinə əsasən 14.03.2003-cü il təvəllüdlü X2 və 15.07.2008ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanmaları üçün İddiaçı tərəfindən hər ay hər bir uşağa görə ödənilən 300 manat, cəmi 600 manat məbləğində aliment azaldılaraq hər ay hər bir uşaq üçün 175 manat, cəmi 350 manat müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apelyasiya Məhkəməsi vasitəsilə kasasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-3953/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3953/2021
19.05.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver