Məhkəmə qərarları › İş №2(103)-3961/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3961/2025

21.07.2025 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3961/2025 21.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X5rşı işi üzrə Açar sözlər: (“hər gecikdirilmiş gün üzrə əmək haqqının bir faizi məbləğində ödənişin edilməsi") hakimlər X2 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Həsənova Ləman Rasim qızının katibliyi, iddiaçının iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X5rşı “hər gecikdirilmiş gün üzrə əmək haqqının bir faizi məbləğində ödənişin edilməsi” tələbinə dair Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-2457/2025 saylı işi üzrə xx.xx.2025-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X5rşı "hər gecikdirilmiş gün üzrə əmək haqqının bir faizi məbləğində ödənişin edilməsi” tələbinə dair iddia ərizəsi və iddia tələbinə dəqiqləşdirmə barədə ərizə ilə məhkəməyə müraciət edərək, ödənilmiş dövlət rüsumunun və hər gecikdirilmiş gün üzrə əmək haqqının bir faizi məbləğində ödənişin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.1980-ci il tarixdə Bakı şəhər Texniki İnventarlaşdırma Bürosunda texniki inventarizator vəzifəsinə qəbul olunmuş, həmin tarixdən qeyd olunan təşkilatda və onun hüquqi varisi olan təşkilatlarda müxtəlif vəzifələrdə işləmiş, xx.xx.2016-cil tarixindən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin qeydiyyat sənədlərinin qəbulu, verilməsi və vətəndaşlara xidmətin təşkili şöbəsinin sənədlərin qəbulu sektorunda hüquqların dövlət qeydiyyatı üzrə baş ekspert vəzifəsində işləyir. Həmçinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasının xx.xx.2017-ci il tarixli rəyinə əsasən, ona İİ dərəcəli əlillik təyin edilmişdir. O, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X5rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 14 noyabr 2017-ci ildən 02 dekabr 2020-ci il tarixinədək 313 gün ərzində artıq işlədiyi 313 saatın, 09 dekabr 2019-11 dekabr 2019-cu il tarixinədək 3 gün işlədiyi tam iş vaxtının, 2012-2014-cü illərdə məzuniyyətdə olduğu vaxt işlədiyi 66 gün, 2015- 2016-cı illərdə məzuniyyətdə olduğu vaxt işlədiyi 30 gün üçün əmək haqqının və 50 min manat mənəvi ziyanın ona ödənilməsi, eləcə də, hazırda icra etdiyi əmək funksiyasına görə qısaldılmış iş vaxtı tətbiq edilməklə ounla bağlanmış əmək müqaviləsinə dəyişiklik edilməsi vəzifəsinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(103)- 572-/2023 saylı qətnaməsi ilə verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, yeni qətnamə qəbul edilməklə iddia qismən təmin edilmiş, 2012-2014-cü illər üzrə 66 gün, 2015-2016-cı illər üzrə 30 gün, xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək 3 gün məzuniyyətdə olduğu vaxt işlədiyi tam iş vaxtının və 313 gün ərzində (xx.xx.2017-ci il tarixindən xx.xx.2020-ci il tarixinədək) artıq işlədiyi 313 saat qeyd edilən illər üzrə əmək haqqına uyğun hesablanmaqla və mənəvi ziyana görə 500 manat cavabdehdən tutularaq ona ödənilməsi qət edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir. Bundan sonra, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 05 iyul 2023-cü il tarixli, 2(102)-2272/2023 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(103)-572-/2023 saylı qətnaməsi mübahisələndirilən hissədə iddianın təmin olunmuş hissəsində dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 20103)-572/2023 saylı icra vərəqəsi ilə məhkəmə qərarı Yasamal Rayon İcra Söbəsi tərəfindən tam icra edilməmişdir. Belə ki, borclu Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 2012-2014-cü illər üzrə 66 günün, 2015-2016-ci illər üzrə 30 günün, xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək 3 gün məzuniyyətdə olduğu vaxt işlədiyi tam iş vaxtın yeddi saat olmaqla bir qatı ödənilmiş, hər günüdə artıq işlədiyi bir saatin (3 gündə 3 saatin) görə ümumiyyətlə ödənilməmişdir. Baxmayaraq ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 164-cü və 165-ci maddələrinin tələbinə əsasən iki qat hesablanaraq ödənilməli idi. Yasamal Rayon İcra Şöbəsinin icra məmuru tərəfindən borcluya xx.xx.2023-cü il tarixli 17/72- 1964xx/xx-15618 saylı məktub ünvanlanmışdır. Bundan sonra, yuxarıda qeyd edilən qismən ödəniş həyata keçirilmişdir. xx.xx.2023-cü il tarixdə borclu tərəfindən ödənişlərin düzgün hesablanmayaraq ödənildiyi barədə Yasamal Rayon İcra Şöbəsinə tərəfindən müraciət edilmişdir. Lakin müraciətinə dair borclu tərəfindən hər hansı cavab verilməmişdir.

2. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsnin nümayəndəsi xx.xx.2025-ci il tarixdə ərizə təqdim edərək, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372-ci, 373 və 375-ci maddələrinə əsasən hazırki iddia ərizəsi əsassız olduğundan və iddia tələbi qanunvericilikdə nəzərdə tutulmuş iddia müddəti ötürülməklə verildiyindən, iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-2457/2025 saylı işi üzrə xx.xx.2025-ci il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Qətnamədə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2, 12, 68, 69, 83, 172, 296, 300; Mülki Prosessual Məcəllənin 14.2, 76.1, 76.2, 77.1, 217.3, 217.4, 119.1-ci maddələrinə; Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli Qərarına istinadən qeyd edilmişdir ki, xx.xx.2016-cil tarixindən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin qeydiyyat sənədlərinin qəbulu, verilməsi və vətəndaşlara xidmətin təşkili şöbəsinin sənədlərin qəbulu sektorunda hüquqların dövlət qeydiyyatı üzrə baş ekspert vəzifəsində işləyir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(103)-572-/2023 saylı qətnaməsi ilə verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, yeni qətnamə qəbul edilməklə iddia qismən təmin edilmiş, 2012-2014-cü illər üzrə 66 gün, 2015-2016-cı illər üzrə 30 gün, xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək 3 gün məzuniyyətdə olduğu vaxt işlədiyi tam iş vaxtının və 313 gün ərzində (xx.xx.2017-ci il tarixindən xx.xx.2020-ci il tarixinədək) artıq işlədiyi 313 saat qeyd edilən illər üzrə əmək haqqınına uyğun hesablanmaqla və mənəvi ziyana görə 500 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qət edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir. Bundan sonra Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 05 iyul 2023-cü il tarixli, 2(102)-2272/2023 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinion xx.xx.2023-cü il tarixli, 2(103)-572-/2023 saylı qətnaməsi mübahisələndirilən hissədə iddianın təmin olunmuş hissəsində dəyişdirilmədən saxlanılmışdır. Hazırda isə İddiaçı hər gecikdirilmiş gün üzrə əmək haqqının bir faizi məbləğində ödənişin cavabdeh tərəfindən ona ödənilməsini xahiş edir. Cavabdeh tərəf iddia müddətinin tətbiq edilməsi barədə ərizə təqdim edərək, iddia tələbinə 1 illik iddia müddətinin tətbiq edilərək iddianın rədd edilməsini xahiş edir. Göründüyü kimi, iddiaçı hər gecikdirilmiş gün üzrə əmək haqqının bir faizi məbləğində ödənişi ödənilməsi tələbi ilə məhkəməyə xx.xx.2025-ci il tarixdə müraciət etmişdir. iddia tələbindən göründüyü kimi iddiaçı 2020-ci ilə qədər olan dövr ərzində ona ödənilmiş əmək haqqının gecikdirilmiş hər gün üzrə əmək haqqının bir faizi məbləğində ödəniş tələb edir. Bu iddia tələbi üzrə iddia müddəti ötmüşdür. Belə ki, iddiaçı 2021-ci ilə qədər bu tələblə məhkəməyə müraciət etməli idi. Lakin iddiaçı sözügedən tələblə xx.xx.2025-ci il tarixdə etmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X5rşı "hər gecikdirilmiş gün üzrə əmək haqqının bir faizi məbləğində ödənişin edilməsi” tələbinə dair iddiası əsassız olduğundan rədd edilməlidir.

4. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki: - Bakı Apellyasiya Məhkəməsinin 2(103)-572/2023 saylı xx.xx.2023-ci il tarixli qətnaməsinə əsasən birinci intansiya məhkəməsinin qətnaməsi ləğv edilərək yeni qətnamə qəbul edilməklə iddia qismən təmin edilmiş, 2012-2014-cü illər üzrə 66 gün, 2015-2016-cı illər üzrə 30 gün, xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək 3 gün məzuniyyətdə olduğu vaxt işlədiyi tam iş vaxtının və 313 gün ərzində (xx.xx.2017-ci il tarixindən xx.xx.2020-ci il tarixinədək) artıq işlədiyi 313 saat qeyd edilən illər üzrə əmək haqqınına uyğun hesablanmaqla və mənəvi ziyana görə 500 manat cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsindən tutularaq İddiaçı ödənilməsi qət edilmişdir; - Azərbaycan Respublikası Ali Məhkəmənin xx.xx.2023-cü il tarixli 2(102)-2272/2023 saylı qərarına əsasən Bakı Apellyasiya Məhkəməsinin 2(103)-572/2023 saylı xx.xx.2023-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə-iddianını təmin olunmuş hissəsində dəyişdirilmədən saxlanılmışdır; - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubuna əsasən xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan məcburi işburaxma dövrü üçün 11095 manat əmək haqqı hesablanmış və xx.xx.2024-cü il tarixdə 855 nömrəli ödəniş tapşırığı ilə İddiaçı kart hesabına köçürülmüşdür; - xx.xx.2024-cü il tarixdə 855 nömrəli ödəniş tapşırığına əsasən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən İddiaçı kart hesabına 11095 manat ödəniş edilmişdir; - Yasamal Rayon İcra Şöbəsinin xx.xx.2024-cü il tarixli qərarına əsasən Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 572/2023 saylı xx.xx.2023-ci il tarixli icra sənədi üzrə icraata xitam verilmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

5. İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsi xx.xx.2025-ci il tarixli, 2(004)-2457/2025 saylı qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296.4, 175.2; Mülki Prosessual Məcəlləsnin 175.1, 175.2-cı maddələrinə; X1 Məhkəməsinin 11 aprel 2023-cü il tarixli qərarına istinadən qeyd edilmişdir ki, o, xx.xx.1980-ci il tarixdə Bakı şəhər Texniki İnventarlaşdırma Bürosunda texniki inventarizator vəzifəsinə işə qəbul edilmiş, həmin tarixdən qeyd olunan təşkilatda və onun hüquqi varisi olan təşkilatlarda müxtəlif vəzifələrdə işləmiş, xx.xx.2016-cı il tarixindən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin qeydiyyat sənədlərinin qəbulu, verilməsi və vətəndaşlara xidmətin təşkili şöbəsinin sənədlərin qəbulu sektorunda hüquqların dövlət qeydiyyatı üzrə baş ekspert vəzifəsində işləmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi Sosial Ekspert Komissiyasının xx.xx.2017-ci il tarixli rəyinə əsasən, ona İİ dərəcəli əlillik təyin edilmişdir. İİ dərəcəli əlil olması barədə həkim ekspert komissiyasının məlumatını iş yerinə təqdim edərək qısaldılmış iş gününün tətbiq edilməsini xahiş etsə də, cavabdeh təşkilat buna məhəl qoymamış, hamı kimi səkkiz saat işləməyə vadar edilmişdir. Tərəfindən bununla bağlı X3 xx.xx.2019-cu il, xx.xx.2020-ci il tarixlərdə elektron məktubla, bundan sonra isə Azərbaycan Respublikası Prezidentinə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinə şikayətlərlə müraciət etmiş, lakin bir nəticəsi olmamışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinə etdiyi şikayət cavabdeh quruma göndərilmiş, cavab olaraq bildirilmişdir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin (bundan sonra - Əmək Məcəlləsi) 91-ci maddəsinə riayət olunaraq ona 7 saatlıq iş günü tətbiq edilmiş və ona əmək müqaviləsinə dəyişikliyin edilməsi təklif olunmuş, o isə bu dəyişiklikləri qəbul etməmişdir. İşə gəlib-getməsi vaxtı idarənin girişində quraşdırılmış elektron qeydiyyatçıda (turniketdə) qeydə alınmışdır. Cavabdehə müraciətlərinə və qanunvericiliyin tələbinə məhəl qoymadan onu qanunsuz olaraq gündəlik 7 saat əvəzinə 8 saat işlətməsi xəstəliyinin pisləşməsinə səbəb olmuşdur. Həmçinin, xx.xx.2019-cu il tarixində ərizə ilə müraciət edərək, xx.xx.2019-cu il tarixdən etibarən əmək məzuniyyəti verilməsini xahiş etmiş, cavabdehin xx.xx.2019-cu il tarixli əmri ilə xx.xx.2019-cu il tarixindən xx.xx.2020-ci il tarixinədək 25 təqvim günü (xx.xx.2018-xx.xx.2019-cu ilindən qalan) əmək məzuniyyəti verilmişdir. Məzuniyyətə buraxılması barədə əmr xx.xx.2019-cu il tarixdə verilməsinə baxmayaraq, cavabdeh sözügedən əmrlə onu qərəzli olaraq tanış etməmiş, xx.xx.2019-cu il, xx.xx.2019-cu il və xx.xx.2019-cu il tarixlərində qanunsuz olaraq məcburi işlətmişlər. Məzuniyyət pulu gecikdirilərək ona xx.xx.2019-cu il tarixdə verilmişdir. Bu hal da təsdiq edir ki, məzuniyyət barədə əmri sonradan rəsmiləşdirilmiş, xx.xx.2019-cu il tarixdə, iş vaxtı ona məlumat verilmişdir ki, artıq xx.xx.2019-cu il tarixdən məzuniyyətdədir. Əmrlə tanış olmaq istəyərkən, lakin əmri ona təqdim etməmişlər. Şifahi verilən məlumata əsasən artıq üçüncü gündür ki, qanunsuz olaraq işlədiyini onlara irad tutduqda, verilən cavab aralarında narazılığa səbəb olmuşdur. Nəticədə səhhətində nasazlıq baş vermiş, halı pisləşmiş, iş yoldaşları durumu görərək təcili yardım çağırmışlar. Bakı Apellyaysiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(103)- 572/2023 nömrəli qətnaməsi ilə 2012-2014-cü illər üzrə 66 gün, 2015-2016-cı illər üzrə 30 gün, xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək 3 gün məzuniyyətdə olduğu vaxt işlədiyi tam iş vaxtının və 313 gün ərzində (xx.xx.2017-ci il tarixindən xx.xx.2020-ci il tarixədək) artıq işlədiyi 313 saatın qeyd edilən illər üzrə əmək haqqına uyğun hesablanmaqla və mənəvi ziyan görə 500 manat cavabdeh - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsindən tutularaq ona ödənilməsi qət edilmişdir. Göründüyü kimi sağlamlıqla əlaqədar dəymiş mənəvi zərər məhkəmə qərarı ilə təsdiq edilmişdir. Azərbaycan Respublikası Əmək Məclləsinin 296-cı maddəsinə və yuxarıda qeyd edilənlərə əsasən iddia müddəti mənə münasibətdə şamil edilməməlidir. Həmçinin hesab edir ki, sözügedən məhkəmə qərarı ilə əmək haqqının keçikdirilməsi təsdiqini tapdığı vaxtdan iddia müddətinin axımının başlanğıcı kimi qəbul edilməlidir. Məhkəmə tərəfindən düzgün qiymətləndirilməmişdir. Belə ki, xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət onunla əlaqədardır ki, bundan öncə “hər gecikdirilmiş gün üzrə əmək haqqının bir faizi məbləğində ödənişin edilməsi” barədə ərizə ilə cavabdehin özünə müraciət edilmişdir. Lakin öncəki məhkəmə qərarları qanuni qüvvəsini almamışdan əvvəl gecikdirilmiş əmək haqqının hansı məbləğdə və necə hesablanması barədə ağlabatan cavab mövcud olmamışdır. Həmçinin, məhkəmə iddia müddətinin hansı tarixdə başlamalı olduğunu müəyyən etmədən iddia müddəti barədə cavabdehin təqdim etdiyi iddia müddətini tətbiqi barədə ərizəni təmin etməməli idi. Həmçinin, Azərbayacan Respublikası Konstitusiya Məhkəməsinin 11 aprel 2023-cü il tarixli qərarı ilə Əmək münasibətlərinin subyektlərin hüquq və mənafelərinin bərabərliyi prinsipi əsasında nizamlanmasını nəzərə alaraq, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsində nəzərdə tutulmuş “hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir” müddəası fərdi əmək mübahisəsinin yarandığı hala və məhkəmə icraatında olan, yekun sözügedən məhkəmə qərarı ilə əmək haqqının geçikdirilməsi təsdiqini tapdığı vaxtdan iddia müddətinin axımının başlanğıcı kimi qəbul edilməlidir. Məhkəmə tərəfindən düzgün qiymətləndirilməmişdir. Belə ki, xx.xx.2025ci il tarixdə məhkəməyə müraciət onunla əlaqədardır ki, bundan öncə “hər gecikdirilmiş gün üzrə əmək haqqının bir faizi məbləğində ödənişin edilməsi ” barədə ərizə ilə cavabdehin özünə müraciət edilmişdir. Lakin öncəki məhkəmə qərarları qanuni qüvvəsini almamışdan əvvəl gecikdirilmiş əmək haqqının hansı məbləğdə və necə hesablanması barədə ağlabatan cavab mövcud olmamışdır. Həmçinin hesab edir ki, məhkəmə iddia müddətinin hansı tarixdə başlamalı olduğunu müəyyən etmədən iddia müddəti barədə cavabdehin təqdim etdiyi iddia müddətini tətbiqi barədə ərizəni təmin etməməli idi. Apellyasiya icraatında müəyyən edilən hallar

6. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə etmiş, apellyasiya şikayətinin məzmununa uyğun izahat verməklə, məhkəmənin iddia müddətinin hansı tarixdə başlamalı olduğunu müəyyən etmədən iddia müddətini tətbiq etdiyini qeyd etmiş, bildirmişdir ki, məhkəmə qərarları qanuni qüvvəsini almamışdan əvvəl gecikdirilmiş əmək haqqının hansı məbləğdə və necə hesablanması mümkün olmadığı üçün Ali Məhkəminin müvafiq qərarı qanuni qüvvəsini aldıqdan sonra məhkəməyə müraciət etmişdir.

7. Məlumatlandırılması üçün qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görülməsi nəticə vermədiyindən cavabdehin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri

8. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosesual Məcəllənin 372-ci maddəsinə əsasən: məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apellyasiya instansiyası məhkəməsinin mövqeyi

9. Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərinə əsasən: 292.1. İşçi bu Məcəllənin 288-ci maddəsində göstərilmiş məsələlərlə bağlı hüquqlarının və ya qanunla qorunan mənafeyinin pozulduğunu aşkar etdikdə, bu Məcəllədə nəzərdə tutulmuş qaydada fərdi əmək mübahisələrini həll edən orqanlara müraciət edərək pozulmuş hüquqlarının bərpa edilməsini tələb edə bilər. 296. 2. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. 296.3. Hüququnun pozulmasının aşkar edildiyi gün - işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi və ya əmrin (sərəncamın, qərarın) işçinin elektron informasiya sistemində yaradılan elektron kabinetinə göndərildiyi və bu barədə işçinin məlumatlandırıldığı (elektron poçt və SMS vasitəsilə), həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. 296.4. Pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir.

10. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə əsasən: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

11. Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə əsasən: 372.1. Bir şəxsdən hər hansı bir hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 372.2. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. 375.1. Hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir.

12. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını Mülki Prosesual Məcəllənin 385- 390-cı maddələrinə və iş üzrə təqdim edilmiş sübutlara müvafiq mübahisələndirilən dəlillərə (hissəyə) münasibətdə yoxlayan məhkəm kollegiyası hesab edir ki, apellyasiya şikayətinin sübuta yetirilməyən dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Qeyd edilənlərə görə məhkəmə kollegiyası birinci instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və yuxarıda qeyd olunanları nəzərə alıb hesab edir ki, işin faktiki halları birinci instansiyası məhkəməsi tərəfindən araşdırılaraq iddia müddətinin ötməsinə düzgün hüquqi qiymət verildiyi üçün apellyasiya şikayətində qeyd olunan dəlilləri təkrar araşdırmağa zərurət yoxdur. Bununla belə, hətta iddiaçının mövqeyindən çıxış etsək belə, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-2272/2023 saylı işi üzrə xx.xx.2023-cü il tarixli qərarı ilə əvvəlki mübahisə üzrə qanuni qüvvəyə malik qətnamədən və qeyd etdiyi dəlillərdən iddiaçı tam məlumatlı olsa da, məhkəməyə xx.xx.2025-ci il tarixdə müraciət edərək iddia müddətin ötürmüşdür.

13. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-572/2023 saylı xx.xx.2023-ci il tarixli qətnaməsinə əsasən birinci intansiya məhkəməsinin qətnaməsi ləğv edilərək yeni qətnamə qəbul edilməklə iddia qismən təmin edilmiş, 2012-2014-cü illər üzrə 66 gün, 2015-2016-cı illər üzrə 30 gün, xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək 3 gün məzuniyyətdə olduğu vaxt işlədiyi tam iş vaxtının və 313 gün ərzində (xx.xx.2017-ci il tarixindən xx.xx.2020-ci il tarixinədək) artıq işlədiyi 313 saat qeyd edilən illər üzrə əmək haqqınına uyğun hesablanmaqla və mənəvi ziyana görə 500 manat cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsindən tutularaq İddiaçı ödənilməsi qət edilmiş, Azərbaycan Respublikası Ali Məhkəmənin xx.xx.2023-cü il tarixli 2(102)-2272/2023 saylı qərarına əsasən Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmış və xx.xx.2023-cü il tarixində icraya yönəlmişdir.

14. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə birinci instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə nəzəri cəhətdən razılaşır və bu müstəvidə faktiki cəhətdən qeyd edir ki, qanunvericiliyin tələbinə əsasən hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi və ya əmrin (sərəncamın, qərarın) işçinin elektron informasiya sistemində yaradılan elektron kabinetinə göndərildiyi və bu barədə işçinin məlumatlandırıldığı (elektron poçt və SMS vasitəsilə), həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Gecikdirilmiş əmək haqqı tələbləri üzrə faiz tələbi 2020-qədər olan zamanı əhatə edir ki, müvafiq ilin pozuntu olan tarixi şəxsin hüquqlarının pozulmasından xəbərdar olmalı tarixdir və müddətin hesablanması bu tarixdən başlamalıdır. Lakin iddiaçının Azərbaycan Respublikası Ali Məhkəmənin xx.xx.2023-cü il tarixli 2(102)-2272/2023 saylı qərarına əsasən, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-572/2023 saylı xx.xx.2023-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə-iddianın təmin olunmuş hissəsində dəyişdirilmədən saxlanılmasını belə nəzərə aldıqda, iddiaçı 1 illik iddia müddətini ötürməklə xx.xx.2025-ci il tarixində iddia ərizəsi ilə məhkəmə müraciət etmişdir.

15. Birinci instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Bu səbəbdən apellyasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.

16. Apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və onun verilməsi üçün ödənilmiş dövlət rüsumu üzrə məhkəmə xərci (şikayətin əsassızlığı nəzərə alınaraq) onu ödəyən şəxsə aid edilməlidir.

17. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsizin 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)- 2457/2025 saylı işi üzrə xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən elektron qaydada Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar