Məhkəmə qərarları › İş №2(103)-3968/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3968/2020

17.06.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3968/2020 17.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Cəmilova Xəyalə Adil qızının sədrliyi və məruzəsi ilə, X13 və X12 ibarət tərkibdə, Alıcanlı-Yusifli Sevinc Mahir qızının katibliyi ilə, İlk iddia üzrə cavabdehin nümayəndəsi (oğlu) X4 iştirakı ilə, İlk iddia üzrə İddiaçı Cavabdeh qarşı “şərəf və ləyaqətin ləkələnməsinə görə vurulmuş zərərin alınması” barədə ilkin, qarşılıqlı iddia üzrə iddiaçı X4, Cavabdehlər İddiaçı və X5 qarşı “maddı və mənəvi zərərin ödənilməsi” barədə qarşılıqlı iddiası üzrə Bakı şəhəri Xətai rayon Məhkəməsinin qəbul etdiyi 2(011)-7989/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qətnamədən ilk iddia üzrə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə xx xxxx 2020ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İlkin iddia üzrə İddiaçı ilkin iddia üzrə Cavabdeh qarşı Cavabdeh İddiaçı vurulmuş zərər kimi 100000 manatın alınıb iddiaçıya verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı X1 qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı və X5 qarşı qarşılıqlı iddia verərək cavabdehlərin hərəsindən ayrılıqda 200000 (iki yüz min) manat maddi və mənəvi zərərə görə təzminatın onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlkin iddia üzrə İddiaçı iddiadan imtina edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh barədə qaldırdığı hazırki iddia tələbindən imtina etdiyini bildirmişdir. Bununla bağlı Bakı şəhər Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(011)-7989/2019 saylı qərardadı ilə ilkin iddia üzrə İddiaçı Cavabdeh qarşı şərəf və ləyaqətin ləkələnməsinə görə vurulmuş zərərin alınması tələbi barədə ilkin iddiası üzrə icraata xitam verilməsi, mülki işə qarşılıqlı iddia tələbinə dair hissədə qiymət verilməsi qərara alınmışdır. Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-7989/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi ilə qarşılıqlı iddia üzrə iddiaçı X1, Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və X5 qarşı qarşılıqlı iddia üzrə cavabdehlərin hərəsindən ayrılıqda 200000 manat maddi və mənəvi zərərə görə təzminatın tutulması barədə qarşılıqlı iddiasının rədd edilməsi qət edilmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı X1 tərəfindən apellyasiya şikayəti verilərək qətnamənin ləğv edilməsi və qarşılıqlı iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 2008-ci ilin may ayında Şahbuz Rayon İcra Hakimiyyətinin sabiq başçısı İddiaçı rayonda aparılacaq tikinti abadlıq işlərinin davamı kimi mülkiyyətində olan mənzili əvvəlcədən əvəzi ödənilmədən sökdürmüşdür. Mənzilin sökülməsi ilə əlaqədar ödəniləcək kompensasiyanı belə verməmişdir. Söküntü zamanı müəyyən tikinti materiallarını götürərək Şahbuz Rayon Mədəniyyət evinin alt hissəsində yerləşən torpaq sahəsində yaşamaq üçün ev tikmək istəsə də İddiaçı buna qərəzli olaraq icazə verməmiş və bu torpaq sahəsində guya İdman Kompleksinin tikiləcəyini bildirmişdir. Şahbuz rayon İcra Hakimiyyətinin xx.xx.2019-ci il tarixli 20/116 saylı Xətai rayon Məhkəməsinə ünvanladığı rəsmi məlumatlarda, ünvan 1 ünvanında yerləşən mənzilin sökülməsi, söküldüyü təqdirdə söküntü işlərinin aparılmasına icazənin verilməsi barədə Şahbuz Rayon İcra Hakimiyyətinin arxivində və Şahbuz Rayon Dövlət Arxivində sərəncam və yaxud da hər hansı bir məlumatın aşkar olunmadığı qeyd edilmişdir. Belə nəticəyə gəlmək olar ki, həmin dövrdə Şahbuz Rayon İcra Hakimiyyətinin başçısı işləmiş İddiaçı vəzifə səlahiyyətlərindən sui istifadə etmiş və vəzifə səlahiyyətlərini aşmışdır. Bu məsələ ilə bağlı heç bir vaxt iddialı olmamış və bunu mübahisələndirməmişdir. Lakin İddiaçı Xətai rayon Məhkəməsində iddia qaldıraraq maddi təzminat tələbi irəli sürməyi, tərəfindən adekvat addım atmağa onu məcbur etmişdir. 2019-cu ilin dekabr ayınadək söküntünün qanun əsasında aparıldığı zənn edilsə də, İddiaçı qaldırdığı iddiadan və Məhkəmənin gedişatında həqiqətlərin ortaya çıxması onu göstərdi ki, söküntü işləri tam qanunsuz aparılmışdır. Bir daha qeyd etmişdir ki, inzibati orqandan yəni, Şahbuz İcra hakimiyyətindən və hazırki İcra başçısından heç bir tələbi və iddiası yoxdur. Məlum qətnamədən belə görünür ki, torpaq sahəsi mübahisələndirilir. Bu belə deyil, qarşılıqlı iddia üzrə ilkin İddiaçı qarşılıqlı iddia tələbinin əsası ondan ibarətdir ki, X6 məxsus ünvan 2 ünvanında yerləşən mənzilin qeyri qanuni sökülməsi üçün göstəriş məhz İddiaçı tərəfindən verilib. Bunun da nəticəsində yaşayış yerinin məcburi dəyişdirilməsi və peşakar fəaliyyətlə məşğul olmaq üçün məhdudiyyətlər yaranmışdır. Beləliklə də ona və ailəsinə həm maddi və həm də mənəvi zərər dəymişdir. Məhkəmə proseslərində şahidlərin ifadələri və tərəfindən təqdim edilmiş mənzilin sənədləri, mənzilin CD formatında çəkilmiş video görüntülərində qarşılıqlı iddianın sübutu üçün yetərli qədər məlumatlar olsa da, işə baxan hakim qətnamədə heç bir mötəbər sənəd və ya sübut təqdim edilmədiyini bildirmişdir. Apellyasiya şikayəti mümkün sayılaraq icraata qəbul edilmiş və işə baxılması son olaraq xx.xx.2020-ci il tarixə təyin edilmişdir. Həmin tarixdə keçirilən məhkəmə iclasında İddiaçı, X11 iştiraklarını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. İşdə iştirak edən ilk iddia üzrə cavabdehin nümayəndəsi (oğlu) X9 hazırki işə həmin şəxslərin iştirakı olmadan baxılmasına etiraz etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinin tələbinə görə işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışı zamanı qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi apellyasıya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini və birinci intsansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, proses iştirakçısının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Hazırki iş üzrə apellyasiya şikayəti qarşılıqlı iddia üzrə cavabdeh tərəfindən verildiyi üçün məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı qarşılıqlı iddianın rədd edildiyi hissədə yoxlanılır. Belə ki, qətnamə digər hissədə mübahisələndirilməmişdir. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdi ki, Şahbuz Rayon Məhkəməsinin 2(090)-18/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən Cavabdeh Şahbuz qəsəbə XDM İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli qərarı ilə ona verilmiş Şahbuz qəsəbəsi, Mədəniyyət şöbəsinin aşağı hissəsində “Gənc Təbiətçilər” stansiyası ilə qonşuluqda olan 800 kv.metr sahəyə dair Şahbuz qəsəbə Bələdiyyəsinin xx.xx.2012-ci il tarixli 10 saylı qərarının ləğv edilməsi, X8 tərəfindən ona məxsus sahədə inşa edilmiş tikilinin cavabdehin hesabına sökülərək əvvəlki vəziyyətinin bərpa edilməsi, Şahbuz qəsəbəsi Mədəniyyət şöbəsinin aşağı hissəsində “Gənc Təbiətçilər” stansiyası ilə qonşuluqda olan ona məxsus torpaq sahəsində tikinti işləri apardıqlarına görə cavabdeh X2 5000 manat mənəvi zərərin onun xeyrinə tutulması barədə iddia tələblərinin təmin edilməməsi qət edilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(108)-57/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh apellyasiya şikayəti təmin edilməmiş, Şahbuz Rayon Məhkəməsinin 2(090)-18/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsinin “X10 tərəfindən ona məxsus sahədə inşa edilmiş tikilinin cavabdehin hesabına sökülərək əvvəlki vəziyyətinin bərpa edilməsi, Şahbuz qəsəbəsi Mədəniyyət şöbəsinin aşağı hissəsində “Gənc Təbiətçilər” stansiyası ilə qonşuluqda olan ona məxsus torpaq sahəsində tikinti işləri apardıqlarına görə cavabdeh X3 5000 manat mənəvi zərərin onun xeyrinə tutulması”na dair hissədə ləğv edilməsi, iddia tələbinin “X10 tərəfindən ona məxsus sahədə inşa edilmiş tikilinin cavabdehin hesabına sökülərək əvvəlki vəziyyətinin bərpa edilməsi, Şahbuz qəsəbəsi Mədəniyyət şöbəsinin aşağı hissəsində “Gənc Təbiətçilər” stansiyası ilə qonşuluqda olan ona məxsus torpaq sahəsində tikinti işləri apardıqlarına görə cavabdeh X3 5000 manat mənəvi zərərin onun xeyrinə tutulması”na dair hissədə rədd edilməsi qət edilmişdir. Naxçıvan Muxtar Respublikasının İnzibati-İqtisadi Məhkəməsinin 2-1(087)-71/2019 saylı xx.xx.2019-cu il tarixli Qərarı ilə iddiaçı Cavabdeh Şahbuz Bələdiyyəsinə qarşı Şahbuz qəsəbə X15 İcraiyyə Komitəsinin xx.xx.1991-ci il qərarı ilə ona verilmiş Şahbuz qəsəbəsi Mədəniyyət şöbəsinin aşağı hissəsində “Gənc Təbiətçilər” stansiyası ilə qonşuluqda olan 800 kv.metr sahəyə dair Şahbaz qəsəbə Bələdiyyəsinin xx.xx.2012-ci il tarixli 10 saylı qərarının ləğv edilməsi barədə iddia tələbinin təmin edilməsi qərara alınmışdır. Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MH seriyalı ******* nömrəli Çıxarışa əsasən Şahbuz şəhəri, Bakı küçəsi, ev 9 xüsusi mülkiyyət hüququ əsasında X5 məxsusdur. Şahbuz rayon XDM İcraiyyə Komitəsinin xx.xx.1988-ci il tarixli 61 nömrəli Sərəncamına əsasən qəsəbədə yerləşən 5 nömrəli yaşayış binası 1986-cı ilin iyun ayında baş vermiş təbii fəlakətlə əlaqədar olaraq yararsız hala düşdüyü üçün və istifadəyə tam yararsız olduğundan həmin binanın sakinlərini yerləşdirmək üçün rayon kommunal müəssisələri kombinatı nəzdində yataqxana binasının tikilməsi üçün layihə-smeta sənədləri 18 min manat məbləğində təsdiq edilmiş, balans dəyəri 25.6 min manat olan yaşayış binası xx.xx.1986-cı il tarixli akt əsasında rayon kommunal müəssisələri kombinatının balansından silnmiş, Rayon Kommunal müəssisələrinə ailəvi yataqxananın 1 ay müddətində tikilib istifadəyə verilməsinin təmin edilməsi tapşırılmış, bu binanın tikintisi üçün rayon büdcəsi qalığından 18 min manat vəsait ayrılmış, tikintiyə nəzarət rayon XDM İcraiyyə Komitəsinin kənd tikintiləri üzrə mühəndisi H.Baxşəliyev yoldaşa tapşırılmışdır. Qeydiyyat Vəsiqəsinə əsasən Şahbuz qəsəbəsi, N.Nərimanov küçəsində yerləşən, ümumi sahəsi 89.8 kv.metr olan bina 5/1 nömrəli yaşayış evi X4 şəxsi mülkiyyətindədir. Şahbuz qəsəbəsi XDM İcraiyyə Komitəsinin qərarından 9/3 nömrəli çıxarışa əsasən Şahbuz qəsəbə sakini Cavabdeh xahişi nəzərə alınmış, 1983-cü ildə ona verilmiş 600 kv.metr həyətyanı torpaq sahəsi fondda saxlanılmaqla Mədəniyyət şöbəsinin aşağı hissəsində “Gənc Təbiətçilər” stansiyası ilə qonşuluqda olan boş sahə ilə əvəz edilmişdir. 1992-ci il tarixdə imzalanmış akta əsasən Cavabdeh Şahbuz qəsəbə XDM İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli 9/6 nömrəli qərarına əsasən Mədəniyyət şöbəsinin alt hissəsində “Gənc Təbiətçilər” stansiyası ilə qonşuluqda olan boş sahədən 800 kv.metr həyətyanı torpaq sahəsi ölçülüb verilmişdir. Hazırki işdə qarşılıqlı iddia üzrə iddiaçı iddiasını onunla əsaslandırmışdır ki, 2008-ci ildə Şahbuz rayonunda qarşılıqlı iddia üzrə iddiaçıya məxsus 5 otaqlı fərdi yaşayış evi və həyətyanı sahəsi olan şəxsi mülkiyyət qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı göstərişi ilə qanunsuz olaraq sökdürülmüş və bununla da ona və ailəsinə maddi və mənəvi ziyan vurulmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1.-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin mülki hüquq pozuntusu törədilməsi nəticəsində əmlak sahəsində mənfi nəticələrin yaranması deməkdir. Bu mənfi nəticələr iki hissədən ibarətdir- real zərər və əldən çıxmış fayda. Mülki hüquq pozuntusundan öhdəliyin yaranmasının mühüm şərti zərərin özünün mövcudluğudur. Zərər yoxdursa, əmlak hüququ pozulmur və ya öhdəlik yaranmır. Bu hallar olmadıqda pozulmuş öhdəliklərə görə məsuliyyətin həcmini müəyyənləşdirmək olmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlik). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsulliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə, hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qarşılıqlı iddia üzrə iddiaçı iddiasını sübut etmək məqsədilə məhkəməyə 01 ədəd CD disk təqdim etmişdir. Həmin CD diskə birinci instansiya və apellyasiyası məhkəməsi tərəfindən baxış keçirilərkən görüntülərdə bağ sahəsində yerləşən, içərisində əşyalar olan fərdi yaşayış evinin bəzi hissələrinin söküldüyü aşkar edilmişdir. Lakin həmin görüntülərdə söküntü işlərinin qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı göstərişi əsasında aparıldığını müəyyən etmək mümkün olmamışdır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, qarşılıqlı iddia üzrə iddiaçı məhkəməyə iddiasının əsasını təşkil edən halları təsdiq edəcək hər hansı bir mötəbər sübutu təqdim edə bilməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu baxımdan birinci instansiya məhkəməsi qarşılıqlı iddia üzrə iddiaçının maddi ziyanın ödənilməsi ilə bağlı tələbinin rədd edilməsi barədə düzgün nəticəyə gəlmişdir. O ki qaldı qarşılıqlı iddia üzrə iddiaçının cavabdehlərə qarşı mənəvi ziyanla bağlı tələbinə, bu barədə də məhkəmə kollegiyası hesab edir ki, həmin tələb əsas tələb, yəni maddi ziyanın ödənilməsi barədə olan tələbə əlavə tələb olduğundan və əsas tələbin təmin olunmaması səbəbindən bu tələbin də təmin olunması üçün hər hansı əsas yoxdur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri formal mülahizələrdən ibarət olub, MPM-nin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsinin ləğvi üçün əsas yaratmadığından təmin olunmamalı, bununla da qətnamə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu qarşılıqlı iddia üzrə iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Qarşılıqlı iddia üzrə iddiaçı X1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-7989/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın . Qarşılıqlı iddia üzrə iddiaçı X1 tərəfindən ödənilmiş 15 (on beş) dövlət rüsumu ona aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Mirzə Tağızadə Ülvi Mayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar