Məhkəmə qərarları › İş №2(103)-4000/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4000/2024

07.06.2024 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4000/2024 07.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Məmməd Allahverdi oğlu Məmmədov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 15 aprel 2*24-cü il tarixli, 2(**6)-179*/2*24 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətdən imtinaya dair ərizəyə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq müəyyənetdi: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 19 mart 2*24-cü il tarixli 2(**6)-179*/2*24 nömrəli qətnaməsi ilə İddiaçı cavabdehlər Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə, Cavabdeh2 PHŞ-yə, Binəqədi rayonu Xocəsən Sağlamlıq Mərkəzinə və Qaradağ rayonu 13 saylı şəhər poliklinikasına qarşı (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər İdarəsi mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) «əmək müqaviləsinin bağlanması, buraxılan əmək haqqının hesablanaraq ödənilməsi, əmək müqaviləsinə xitam verilməsinə dair əmrin etibarsız hesab edilməsi və dəymiş ziyanın ödənilməsi» tələbinə dair iddiası təmin edilməmiş, ödənilmiş mediasiya xərci iddiaçıya aid edilmişdir. Daha sonra İddiaçı qətnaməyə izah verilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. İddiaçı həmçinin mülki iş üzrə əlavə qətnamə çıxarılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası qanunvericiliyinin tələbləri ilə öz şəxsi ərizəsi əsasında onunla kontrakt bağlanılan xxxxxxx***2** nömrəli əmək müqaviləsinin Qaradağ Rayon 13 saylı şəhər poliklinikasına bağlanılmasının təmin edilməsini, əmək haqlarının hesablanaraq Tibbi Ərazi Bölmələrinin idarə etmə birliyi Publik Hüquqi Şəxs tərəfindən ödənilməsinin təmin edilməsini, ona dəymiş 3.*** manat mənəvi ziyan, 6.*** manat maddi ziyanın cavabdehlər tərəfindən müştərək qaydada ödənilməsinin təmin edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(**6)-179*/2*24 nömrəli, 15 aprel 2*24-cü il tarixli qərardadı ilə İddiaçı qətnaməyə izah verilməsi barədə ərizəsi təmin edilməmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 15 aprel 2*24-cü il tarixli 2(**6)-179*/2*24 nömrəli qərardadı ilə əlavə qətnamə çıxarılması barədə İddiaçı ərizəsinin təmin edilməməsi qərara alınmışdır. İddiaçı ərizəsi ilə eyni məzmunda əsaslandırdığı şikayətində qətnaməyə izah verilməsindən imtina barədə qərardadın ləğv edilməsini və şikayətinin təmin edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(**6)-179*/2*24 nömrəli, 24 aprel 2*24-cü il tarixli qərardadı ilə qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün iş materialları ilə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İddiaçı həmçinin əlavə qətnamə çıxarılmasından imtina barədə qərardaddan şikayət verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 26 aprel 2*24-cü il tarixli 2(**6)-179*/2*24 saylı qərardadı ilə şikayətin təmin edilməməsi, şikayətin baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 27 may 2*24-cü il tarixli, 2(1*3)- 3526/2*24 nömrəli qərardadı ilə qətnaməyə izah verilməsindən imtina barədə qərardaddan İddiaçı tərəfindən verilmiş şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(**6)-179*/2*24 saylı, 15 aprel 2*24-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 2* gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Mülki iş üzrə İddiaçı *6.*6.2*24-cü il tarixdə yazılı ərizə ilə müraciət edərək bildirmişdir ki, 15 aprel 2*24-cü il tarixdə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən əlavə qətnamə çıxarılmasından imtina barədə qərardad qəbul edilmişdir. Həmin qərardadan şikayəti yoxdur, yenidən ümumi qaydada tələbi və sübutları əsasında məhkəməyə iddia ərizəsi təqdim etmişdir. Bu əsasla da qərardaddan şikayəti yoxdur. Nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və ərizənin dəlillərini araşdıraraq hesab edir ki, İddiaçı Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 15.*4.2*24-cü il tarixli, 2(**6)-179*/2*24 nömrəli qərardadından vermiş olduğu şikayətindən imtinasına dair ərizəsi qəbul edilməli və əlavə qətnamə çıxarılmasından imtina barədə qərardaddan verilmiş şikayət üzrə apellyasiya icraatına xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 365-ci maddəsinə görə apellyasiya icraatına bu fəslin və bu Məcəllənin müddəaları tətbiq olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 369.3-cü maddəsinə əsasən məhkəmə bu Məcəllənin 191-ci maddəsində nəzərdə tutulan əsaslar olduqda şikayətdən imtinanı rədd edə və işə apellyasiya qaydasında baxa bilər. Həmin Məcəlləsinin 369.4-cü maddəsinə görə şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verir. Prosessual qanunvericiliyin qeyd olunan müddəalarını rəhbər tutmaqla məhkəmə kollegiyası hesab edir ki, İddiaçı Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 15 aprel 2*24cü il tarixli 2(**6)-179*/2*24 nömrəli qərardadından vermiş olduğu şikayətindən imtina etməsi qanuna zidd deyil və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmur. Ona görə də, şikayətdən imtinaya dair ərizə qəbul edilməklə iş üzrə apellyasiya icraatına xitam verilməlidir. Kollegiya həmçinin qeyd etməyi zəruri hesab edir ki, hazırkı qərardadın mövcudluğu İddiaçı tərəfindən əlavə qətnamənin çıxarılması barədə ərizədə göstərdiyi tələblə ümumi məhkəməyə müraciət etmək hüququnu istisna etmir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 369, 4**, 4*2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 15.*4.2*24-cü il tarixli, 2(**6)- 179*/2*24 nömrəli qərardadından verilmiş şikayətdən imtinaya dair ərizə qəbul edilsin və əlavə qətnamə çıxarılmasından imtina barədə qərardaddan verilmiş şikayət üzrə apellyasiya icraatına xitam verilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar