Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4004/2021 22.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi ilə İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının azaldılması” tələbinə dair Bakı şəhəri Yasamal Rayon Мəhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən, həmçinin Cavabdeh İddiaçı qarşı “aliment məbləğinin artırılması” tələbinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətləri üzrə bir icraatda birləşdirilmiş mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə 2016-cı il tarixdə rəsmi nikaha daxil olduğunu, nikahlarından xx.xx.2017-ci il tarixdə Sənan adını verdikləri uşaqlarının dünyaya gəldiyini, Abşeron Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə nikahlarının pozulduğunu, uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün ondan Cavabdeh xeyrinə hər ay 154 manat məbləğində aliment tutulmasının qət edildiyini, Bakı şəhər Yasamal Rayon Məhkəməsinin xx.xx.2019cu il tarixli qətnaməsi ilə alimentin 160 manata artırıldığını və X5 3 yaşına çatana qədər 200 manat sabit pul məbləğində alimentin ondan tutulmasına qərar verildiyini, alimentin miqdarı təyin olunan vaxt əmək haqqı yaxşı olan işdə işlədiyini, lakin hazırda işsiz olduğunu irəli sürmüş, buna görə də Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən Sənan Səfərovun saxlanması üçün tutulan alimentin miqdarının azaldılması, ondan hər ay 150 (yüz əlli) manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Qətnamədən narazı qalan İddiaçı apelyasiya şikayəti verərək onun ləğv olunmasını və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmaqla, məhkəmənin işin hallarına və sübutlara düzgün qiymət vermədiyini, gəldiyi nəticü üçün əhəmiyyət kəsb edən halları aydınlaşdırmadığını irəli sürmüşdür. Bakı Apellyasiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv olunaraq yeni qətnamə çıxarılmış, həmin məhkəmənin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə X3 tutulan alimentin məbləğinin dəyişdirilərək xx.xx.2017-ci il təvəllüdlü X1 üçün hər ay X4 onun gəlirinin ¼ hissəsində və 97,5 (doxsan yeddi manat 50 qəpik) manat sabit pul məbləğində alimentin, X6 3 yaşına çatana qədər 50 (əlli) manat sabit pul məbləğində alimentin X4 tutularaq Cavabdeh verilməsi, alimentin yeni qayda ilə tutulmasınin qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan hesablanması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli qərarı ilə Cavabdeh kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilərək işin yenidən baxılması üçün apellyasiya instansiyasına qaytarılması qərara alınmışdır. İşə təkrar apellyasiya qaydasında baxılarkən Cavabdeh İddiaçı qarşı “aliment məbləğinin artırılması” tələbinə dair iddiasının Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə təmin olunduğu və həmin məhkəmənin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə müəyyənləşdirilən alimentin 170 manata artırıldığı, bu qətnamədən İddiaçı verdiyi apellyasiya şikayətinin də Bakı Apellyasiya Məhkəməsinin icraatında olduğu müəyyən edildiyindən sözügedən işlərin bir icraatda birləşdirilməsi qərara alınmışdır. İşə baxılmasının yeri və vaxtı barəsində məlumatlandırılmış tərəflər məhkəməyə gəlmədiklərindən, işə onların iştirakları olmadan baxılmasına qərar verilmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə isə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Kollegiya ilk növbədə qeyd edir ki, hazırkı halda Bakı şəhəri Yasamal Rayon Мəhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən verilən şikayət üzrə işə yeni apellyasiya qaydasında baxılır və bu zaman apellyasiya instansiyası məhkəməsinin həmin işlə bağlı əvvəlki qətnaməsini ləğv etmiş kassasiya məhkəməsinin mövqeyi nəzərə alınmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya instansiyası məhkəməsi sözügedən işin yeni apellyasiya baxışına göndərilməsi ilə bağlı xx xxxxxx 2021-ci il tarixli qərarında mövqeyinin hüquqi əsasını belə şərh etmişdir: “...Apellyasiya məhkəməsi iddia tələbi həddindən kənara çıxmaqla və apellyasiya məhkəməsində yeni tələbə baxmaqla iş üzrə düzgün olmayan qətnamə qəbul etmişdir. İddiaçı ilkin iddia ərizəsində yalnız Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 2(004)2292/2019 nömrəli xx.xx.2019-cu il tarixli qətnaməsi ilə cavabdehin xeyrinə xx.xx.2017-ci ildə anadan olmuş oğlu X2 üçün tutulan alimentin miqdarının azaldılmasını və həmin alimentin hər ay 150 (yüz əlli) manat sabit pul məbləğində tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsində ananın özü üçün tutulan 200 manat alimentin ləğv olunması tələbi irəli sürülməmiş və birinci instansiya məhkəməsində baxışın predmeti olmamışdır. Apellyasiya instansiyası isə iddiaçının xx.xx.2020-ci il tarixli ərizəsini əsas götürərək, xx.xx.2017-ci il təvəllüdlü X1 üçün Cavabdeh ödənilən alimentin əmək haqqının ¼ hissəsində müəyyən edilməsini və uşağın 3 yaşına çatanadək saxlanması üçün ondan Cavabdeh 200 manat məbləğində alimentin tutulmasının ləğv edilməsi tələbləri üzrə qətnamə qəbul etmişdir. Halbuki həmin tələblər birinci instansiyada məhkəmə baxışının predmeti olmamışdır. Eyni zamanda, alimentin azaldılması barədə tələbə baxılarkən “Аzərbаycаn Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxx 2016-cı il tarixli qərarı nəzərə alınmamışdır. Həmin qərarda qeyd edilmişdir ki, məhkəmə tərəfindən tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri (məsələn, vergi ödəyicisi kimi ödənilən verginin məbləği və s.), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və s.), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olubolmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və s. qanunvericiliyə müvafiq olaraq müəyyən edilməlidir. Ailə vəziyyətinin araşdırılması zamanı məhkəmə, tərəflərin yenidən ailə qurub-qurmaması, yeni ailədə uşaqların olubolmaması, başqa aliment ödəmələrinin olub-olmaması, tutulacaq alimentin miqdarının digər uşaqların təminatının əsaslı dərəcədə aşağı düşməsinə səbəb ola biləcəyinə və s. məsələlərə diqqət yetirməlidir. Diqqətəlayiq digər halların araşdırılması zamanı məhkəmə, tərəflərin əmək qabiliyyətini və sağlamlıq vəziyyətini, öhdəsində digər şəxslərin (əmək qabiliyyəti olmayan valideynlər və s.) olub-olmamasını və s. məsələləri nəzərə almalıdır”. Kassasiya instansiyası məhkəməsinin qərarında şərh olunanları da əsas götürməklə kollegiya iş materiallarını və apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, İddiaçı apellyasiya şikayətləri təmin edilməməli, birinci instansiya məhkəməsinin hər iki qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işin müəyyən olunmuş hallarına görə, tərəflər xx.xx.2016-cı il tarixdə rəsmi nikaha daxil olmuş, nikahlarından xx.xx.2017-ci il tarixdə Sənan adını verdikləri uşaqları dünyaya gəlmiş, Abşeron Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə nikahları pozulmuş və uşaq anasının himayəsində saxlanılmış, uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün İddiaçı Cavabdeh xeyrinə hər ay 154 manat məbləğində aliment tutulmuş, Bakı şəhər Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə aliment məbləği 160 manata artırılaraq eyni zamanda X5 3 yaşına çatana qədər 200 manat sabit pul məbləğində alimentin İddiaçı tutulmasına qərar verilmişdir. Beləliklə hər iki iş üzrə iddiaçıların iddia tələbləri, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının dəyişdirilməsindən ibarətdir. Belə növ iddia tələbinin həllinin qanuni əsasını isə Ailə Məcəlləsinin 112.1-ci maddəsi təşkil edir. Həmin maddəyə görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Qanunvericiliyin qeyd olunan müddəasının mənasına görə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra alimentin müəyyən olunmuş miqdarını dəyişdirilməsi üçün tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik baş verməlidir. İddiaçı alimentin Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi əsasında müəyyən olunmuş miqdarının azaldılmasını həmin qətnamə çıxarılarkən işlədiyi, hazırda isə işsiz olduğu arqumentinə istinad edərək irəli sürmüşdür – hansı ki, əvvəlki apellyasiya baxışı zamanı o, yenidən işə düzəlməsi barədə müvafiq arayışı təqdim etmiş, işə kassasiya instansiyasında baxıldığı zaman isə işdən çıxdığını bildirmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə İddiaçı əsaslandığı hal, aliment müəyyən olunduqdan sonra onun miqdarının azaldılmasını zəruri edən dəyişiklik kimi qəbul edilə bilməz. Çünkü işsiz olması, yaxud əmək haqqının az olması valideyni uşağının saxlanılmasında və getdikcə artan tələbatnın qarşılanmasında iştirak vəzifəsindən azad etmir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinə görə də, valideyn (valideynlər) və ya uşağı tərbiyə edən digər şəxslər özlərinin qabiliyyəti və maliyyə imkanları çərçivəsində uşağın inkişafı üçün zəruri olan həyat şəraitini təmin edilməsinə görə məsuliyyət daşıyırlar. “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” xx xxxx 2016-cı il tarixli Qərarında Konstitusiya Məhkəməsinin mövqeyi də ondan ibarət olmuşdur ki, “...uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir”. Məhkəmə kollegiyası onu da nəzərə alır ki, işin hallarından İddiaçı maddi imkanlarının normal olduğu, mülkiyyətində daşınmaz əmlakların və avtomobillərin mövcudluğu görünür; bu hal da özlüyündə onun iddia tələbinin əsassızlığına dəlalət edir. Yuxarıda şərh olunan qənaətinə əsaslanaraq kollegiya, Cavabdeh iddia tələbi üzrə gəlinən nəticəni də əsaslı hesab edir. Belə ki, o, alimentin miqdarının artırılmasını müəyyənləşdirilmiş aliment məbləğlərinin uşağın tələbatlarının çoxalması və ölkədə uşaqlar üçün müəyyənləşdirilmiş yaşayış minumumunun artırılmasına əsaslanmaqla tələb etmişdir; hansı ki, Yasamal Rayon Məhkəməsi xx.xx.2019-cu il tarixli qətnaməsi ilə onun xeyrinə 160 manat aliment tutulmasını müəyyənləşdirərkən müvafiq dövrün həyat standartlarını və uşağın ehtiyaclarının səviyyəsini əsas götürmüşdür - hazırda isə bu vəziyyət dəyişməklə həm uşaq böyümüş və ehtiyacları artmış, həm də uşaqlar üçün müəyyənləşdirilmiş yaşayış minumumu 2020-ci il üçün artırılaraq 170 manat nəzərdə tutulmuşdur. Kollegiyanın qənaətinə görə, göstərilənlər alimentin məbləğinin müəyyən olunduğu tarixdən bugünədək artmış həyat standartları və istehlak qiymətləri, eləcə də uşağın böyüdüyü də nəzərə alınmaqla, tərəflərin vəziyyətlərində yaranmış dəyişiklik kimi qəbul edilməlidir. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən isə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Bu baxımdan kollegiya, “uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması” prinsipini, tərəflərin maddi və ailə vəziyyətlərini, eləcə də işin konkret hallarını əsas götürərək cavabdehdən iddiaçının xeyrinə tutulacaq alimentin sabit pul məbləğində 170 (yüz yetmiş) manat müəyyən edilməsini ədalətli və ağlabatan hesab edir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Bakı şəhəri Yasamal Rayon Мəhkəməsinin xx xxxxxx 2019-cu il tarixli və xx xxxxxx 2020-ci il tarixli qətnamələrindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətləri təmin olunmasın. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-7280/2019 saylı iş üzrə xx xxxxxx 2019-cu il tarixli və 2(004)-1090/2020 saylı iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnamələri dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-4004/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4004/2021
22.04.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver