Məhkəmə qərarları › İş №2(103)-4009/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4009/2021

27.05.2021 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4009/2021 27.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Cabbarlı Sahibə Məmmədbağı qızının katibliyi, İddiaçının vəkili Vəkil və Cavabdeh1 vəkili Nümayəndə1 iştirakları ilə, İddiaçı MTK-nın Cavabdeh1 və Cavabdeh2 qarşı “müqavilənin və maliyyə arayışının etibarsız hesab edilməsi” barədə ilkin, Cavabdeh1 İddiaçı MTK-ya, X9 və X16 qarşı “müqavilənin etibarsız hesab edilməsi” barədə qarşılıqlı iddia tələbləri üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 20 may 2019-cu il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İşin halları: İddiaçı Mənzil Tikinti Kooperativi (MTK) Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi, sonradan isə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, MTK və Cavabdeh1 arasında bağlanmış 02 aprel 2016-cı il tarixli müqavilənin və həmin tarixli maliyyə arayışının etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlkin iddia tələbi onunla əsaslandırılmışdır ki, MTK Bakı şəhərinin Yasamal rayonunun Şərifzadə küçəsi ərazisində yüksək mərtəbəli yaşayış evinin tikintisini layihələşdirmiş, layihə müvafiq dövlət orqanlarında təsdiq olunmuş, tikintiyə başlamaq üçün maliyyə vəsaiti çatışmadığından bəzi dost-tanışlara müraciət olunaraq maliyyə köməkliyi istənilmiş, məhz bu məqamda MTK-nın sədri ilə yaxın dostluq münasibətlərində olan Cavabdeh2 məsləhətinə və təqdimatına əsasən MTK ilə Cavabdeh1 arasında 02 aprel 2016-cı il tarixli müqavilə bağlanmışdır. Cavabdeh1la belə bir razılaşma əldə olunmuşdur ki, tikintiyə 150 000 manat pul ödəyir və MTK-nın Bakı şəhəri, Yasamal rayonu Şərifzadə küçəsi ərazisində tikəcəyi yüksək mərtəbəli binadan 950 kv.metr qeyri-yaşayış sahəsi pay qismində ona verilir. Cavabdeh1 qeyd olunan şərtlərlə müqavilə bağlamağa razılaşmış, pulu 1 həftəyə ödəməyə söz vermiş, lakin həmin vaxt ərzində pulu verməmişdir. Bundan sonra MTK-nın sədri Cavabdeh1 yenidən qəbul etmiş, təcili pul lazım olduğunu bildirmiş, Cavabdeh1 demişdir ki, hansısa bir bankdan külli miqdarda pul götürmək istəyir, lakin bankdan pulu o, şərtlə verirlər ki, banka MTK ilə bağlanmış müqavilə və həmin müqavilə üzrə pulun MTK-ya ödənilməsi nəticəsində MTK-dan pay əldə olunmasını təsdiq edən arayış verməlidir. MTK-nın rəhbərliyi təcili pul lazım olduğunu, həmin şəxsin müsbət xarakterizə edildiyini, özünün də olduqca inamlı danışdığını nəzərə alaraq bir manat da pul ödənişi olmadığı halda onunla rəsmi müqavilə bağlamış, dərhal da 150 000 manat pulun tam ödənilməsi barədə maliyyə arayışı vermişdir. Buna baxmayaraq Cavabdeh1 öz vədinə əməl etməmiş, qeyd olunan sənədləri əldə etdikdən sonra yoxa çıxmış, MTK ilə əlaqə saxlamamış, pulu ödəyib-ödəməyəcəyi barədə məlumat verməmişdir. İddiaçı MTK-da pul ödənişləri ciddi mühasibat sənədləri ilə aparılır, vətəndaşlar tərəfindən yaşayış və ya qeyri-yaşayış sahələri alınarkən onlardan alınan pul mühasibatlığa daxil olur və mühasibatlıq həmin şəxslərə müvafiq ödəniş qəbzləri verir. Cavabdeh1 bu cür qəbz verilməmişdir. Bu da onun göstəricisidir ki, əslində o, heç bir pul ödəməmişdir. Buna görə də onunla bağlanmış müqavilə və verilmiş maliyyə arayışı etibarsız hesab olunmalıdır. Cavabdeh1 isə İddiaçı MTK-ya, X9 və X16 qarşı qarşılıqlı iddia ərizəsi təqdim edərək, MTK ilə X13 arasında ünvan 1də inşa edilən yüksək mərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 1250 kv.metr olan qeyri-yaşayış sahəsinin pay kimi verilməsinə dair bağlanmış 15.09.2006-cı il tarixli müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, 02.04.2016-cı il tarixdə ünvan 1 ünvanında yerləşən binanın 1-ci mərtəbəsində ümumi sahəsi 950 kv.metr olan qeyri-yaşayış sahəsinin tam mülkiyyətinə verilməsinə dair MTK ilə müqavilə bağlamış, eyni tarixdə əmlakın dəyəri olan 150 000 manatı tam ödədiyinə dair ona maliyyə arayışı verilmişdir. İlkin iddiada adı göstərilən Cavabdeh2 tanımır. İlkin iddiada qeyd edilir ki, guya o, maliyyə arayışını alandan sonra “xxxx”, əslində isə vəziyyət tam tərsinədir. O, dəfələrlə MTK-ya gedib, Rauf Əliyevlə telefon vasitəsilə danışıb və görüşüb. Lakin hər dəfə Rauf Əliyev məsələni həll edəcəyinə söz versə də, vədinə əməl etməyib. Sual oluna bilər ki, “bəs Cavabdeh1 nə üçün R.Əliyevin əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsinin tərkib hissəsinin olub-olmamasının yoxlanılması üçün müvafiq orqanlara müraciət etməyib?”. Bu sualın cavabı odur ki, ona Rauf Əliyevin tutulması deyil, əmlakının adına rəsmiləşdirilməsi və pullarının qaytarılması əhəmiyyətlidir. MTK-nın rəhbəri S.R.Əhmədov isə hazırda üzə çıxmır. Mübahisəli qeyri-yaşayış sahəsini öz adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata aldırmaq istədiyi zaman şifahi olaraq bildirilmişdir ki, həmin binanın birinci mərtəbəsindəki 1250 kv.metr qeyri-yaşayış sahəsi bütövlükdə 1 saylı Bakı inzibatiiqtisadi Məhkəməsinin 19.12.2014-cu il tarixli 21(81)-5236/2014 saylı qərarı ilə X8 adına rəsmiləşdirildiyi üçün qeydiyyat aparıla bilməz. Bununla bağlı DƏDRX-nin 1 saylı Bakı Ərazi idarəsi tərəfindən 1 saylı Bakı İnzibati-iqtisadi Məhkəməsinin 19.12.2014-cü il tarixli qərarının surəti ona təqdim edilmiş, bu qərar maraqlarına toxunduğundan həmin məhkəməyə müraciət edərək iş üzrə üçüncü şəxs qismində cəlb olunmasını, 19.12.2014-cü il tarixli qərarın ünvan 1 ünvanında yerləşən binanın 1-ci mərtəbəsində ümumi sahəsi 950 kv.metr olan qeyri-yaşayış sahəsinə aid hissədə ləğv edilərək həmin hissədə işə iştirakı ilə yenidən baxılması və iddianın həmin hissədə rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, 17.10.2018-ci il tarixdə ərizəsi təmin edilərək, 19.12.2014-cü ıl tarixli qərar ləğv olunmuş və həmin işə üçüncü şəxs qismində cəlb edilmişdir. İş materialları ilə tanış olduqda 1-ci mərtəbə ilə bağlı məhkəmə qərarının qəbul edilməsinə əsas olacaq hər hansı müqavilənin işdə olmadığı müəyyən edilmişdir. Ərizəyə baxılması üçün təyin edilən məhkəmə iclasına iddiaçı tərəf nə gəlməmiş, nə də hər hansı müqaviləni göndərməmiş, məhkəmə iclasında məlum olmuşdur ki, qarşı tərəf məhkəməyə ərizə ilə müraciət edərək, ərizəyə baxılması ilə bağlı məhkəmə icraatının dayandırılmasını xahiş etmişdir. Həmin ərizəyə isə Nizami Rayon Məhkəməsinin 09.10.2018-ci il tarixli bildirişini əlavə etmişdir. Bundan sonra məlum olmuşdur ki, İddiaçı MTK hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Həmçinin Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin icraatında olan iş üzrə məhkəmənin sorğusuna əsasən DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş 19.10.2018-ci il tarixli, **********45 saylı məktuba əlavə edilmiş sənədlərlə məlum olmuşdur ki, “İddiaçı" MTK ilə X13 arasında Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, 571-ci məhəllədə inşa edilən yüksək mərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 1250 kv.metr olan qeyriyaşayış sahəsinin pay kimi verilməsinə dair 15.09.2006-cı il tarixli müqavilə bağlanmışdır. Həmin müqavilə mövcud olduğu halda onun adına eyni yerin 2016-cı ildə müqavilə ilə başqa şəxsə ayrılması barədə müqavilə bağlanması özü cinayət əməlidir. Ona görə də, MTK-nın rəhbərliyi və o cümlədən bu hadisədə birgə iştirakçı kimi çıxış edən hər bir şəxsin barəsində xüsusi qərardad qəbul edilməli və Tamara Əliyevanın adına verilmiş 2006-cı il tarixli müqavilə etibarsız hesab edilməlidir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 20 may 2019-cu il tarixli qətnaməsi ilə ilkin iddia tələbi təmin edilmiş, ünvan 1də inşa edilən yüksək mərtəbəli yaşayış binasından Cavabdeh1 950 kv.metr qeyri-yaşayış sahəsinin pay verilməsinə dair “xxxx” MTK ilə Cavabdeh1 arasında bağlanmış 02 aprel 2016-cı il tarixli müqavilənin və 02 aprel 2016-cı il tarixli maliyyə arayışının etibarsız hesab edilməsi, qarşılıqlı iddianın isə təmin olunmaması qət edilmişdir (sədrlik edən: Fikrət Mirzəyev). Qətnamədən Cavabdeh1 apellyasiya şikayəti verərək onun ləğv, ilkin iddia tələbinin rədd, qarşılıqlı iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun əsaslandırmaqla məhkəmənin, işin hallarına və sübutlara düzgün hüquqi qiymət vermədiyini, MTK-nın iddia tələbi üzrə iddia müddətinin ötürülmüş olmasını nəzərə almadığını, MTK-nın təsisçisi X14 qayınanası olan X8 qeyri-yaşayış sahəsinin öz adına özəlləşdirilməsi ilə bağlı 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsində iddia qaldırdığı zaman təqdim etdiyi sənədlər sırasında onunla MTK arasında bağlanmış 15.09.2006-cı il tarixli müqavilənin təqdim edilməməsinin həmin müqavilənin sonradan tərtib edildiyini təsdiq etdiyinə əhəmiyyət vermədiyini irəli sürmüşdür. Bakı Apellyasiya Məhkəməsinin 27 avqust 2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh1 apellyasiya şikayəti qismən təmin edilərək Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 20 may 2019cu il tarixli qətnaməsi ləğv olunmuş, ilkin və qarşılıqlı iddia tələblərinin təmin edilməməsi qət olunmuşdur (sədrlik edən: Şərafət Məmmədova). Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 22 yanvar 2020-ci il tarixli qərarı ilə “xxxx” MTK və Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətləri qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 27 avqust 2019-cu il tarixli qətnaməsi ləğv edilərək iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmışdır (sədrlik edən: Elşanə Vəliyeva). Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3903/2020 saylı, 11 iyun 2020-ci il tarixli qətnaməsi ilə, Cavabdeh1 apellyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)-325/19 saylı, 20 may 2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir (sədrlik edən: Elnur Həsənov). Cavabdeh1 tərəfindən kassasiya şikayəti verilərək, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 3903/2020 saylı, 11 iyun 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi, ilkin iddianın rədd edilməsi, qarşılıqlı iddianın təmin edilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 02 fevral 2021-ci il tarixli qərarı ilə Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 11 iyun 2020-ci il tarixli qətnaməsi ləğv edilərək iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmışdır (sədrlik edən: Əhməd Əhmədov). Tərəflərin izahatları: Kollegiya iclasında iştirak edən iddiaçının vəkili Vəkil apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Kollegiya iclasında iştirak edən Cavabdeh1 oğlnunun vəkili Nümayəndə1 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etdi. İşə baxılasının vaxtı və yeri barədə digər cavabdehlərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, həmin şəxslər kollegiya iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən digər cavabdehlərin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Kollegiya işin hallarını apellyasiya şikayətinin dəlilləri ilə birgə araşdırıb iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməlidir. Sübutların tədqiqi: Belə ki, iş materiallarında olan 02 aprel 2016-cı il tarixli notarial qaydada təsdiq olunmuş müqavilənin məzmunundan görünür ki, "İddiaçı" MTK Bakı şəhərinin Yasamal rayonunun Şərifzadə küçəsində 571-ci məhəllədə inşa edilən yüksək mərtəbəli yaşayış binasının 950 kv.m qeyri yaşayış sahəsini pay qismində Cavabdeh1 verir. Müqavilə üzrə qeyri-yaşayış sahəsinin dəyəri bir kv.m sahə üçün 158 manat təyin edilir. Cəmi 950 kv.m sahə üçün 150000 manat təşkil edir. İş materiallarında olan 02 aprel 2016-cı il tarixli notarial qaydada təsdiq olunmuş arayışın məzmunundan görünür ki, Cavabdeh1 950 kv.m olan qeyri yaşayış sahəsinin dəyərini tam ödəmişdir. Bu arayış 02.04.2016-cı il tarixli müqavilənin tərkib hissəsidir. Bakı Apelyasiya Məhkəməsinin sorğusuna əsasən Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsindən daxil olmuş materiallardan aydın olur ku, 15 sentyabr 2006-cı il tarixli qeyri yaşayış sahəsinin alqı-satqı müqaviləsi əsasında Tamara Əliyevaya satılmış 1250 kv. metr qeyri-yaşayış sahəsinə dair çıxarış verilməsi öhdəliyinin qoyulması barədə 1 saylı Bakı inzibati-İqtisad Məhkəməsinin 2-1(81)5236/2014 saylı işi üzrə qəbul edilmiş 19.12.2014-cü il tarixli qərarın ləğv edilməsi ilə bağlı Cavabdeh1 ərizəsi üzrə inzibati işə baxılır. İş materiallarında olan RX seriyalı, ******* saylı, 14.02.2015-ci il tarixli çıxarışdan görünür ki, ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsi X8 xüsusi mülkiyyətindir. İş materiallarında olan AN-İ№ ******* saylı, 21.10.2016-cı il tarixli alqı-satqı müqaviləsindən görünür ki, X13 ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsini X1. İş materiallarında olan AN-İ№ ******* saylı, 24.01.2018-ci il tarixli alqı-satqı müqaviləsindən görünür ki, X7 ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsini X3. İş materialında olan RX seriyalı, ******* saylı, 01.02.2018-ci il tarixli çıxarışdan görünür ki, ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsi X10 xüsusi mülkiyyətindədir. İş materiallarında olan 04.03.2016-cı il tarixli kredit müqaviləsindən görünür ki, Cavabdeh1 X16 04.09.2016-cı il tarixinədək 30000 ABŞ dolları məbləğində borc pul faizsiz vermək barədə öhdəlik götürmüşdür. İş materiallarında olan 07.04.2016-cı il tarixli kredit müqaviləsindən görünür ki, Cavabdeh1 X16 07.10.2016-cı il tarixinədək 95000 ABŞ dolları məbləğində borc pul faizsiz vermək barədə öhdəlik götürmüşdür. İş materiallarında olan 12.04.2016-cı il tarixli kredit müqaviləsindən görünür ki, Cavabdeh1 X16 58000 ABŞ dolları məbləğində borc pul faizsiz vermək barədə öhdəlik götürmüşdür. 2(103)-3903/2020 saylı, 11.06.2020-ci il tarixli qətnamədən görünür ki, işə apellyasiya instansiyası məhkəməsində baxılan zaman ifadəsi alınan Şahid3 ifadəsində göstərmişdir ki, onun yanında Rəcəbəlinin Rəsulzadə qəsəbəsində (əvvəlki Kirov qəsəbəsi) olan evinin həyətində Rəcəbəli Raufa 100 000 ABŞ dolları borc pul vermiş, bundan sonra onların arasında 950 kv.m. qeyri-yaşayış sahəsinin alqı-satqısı ilə bağlı müqavilə bağlanmışdır. 2(103)-3903/2020 saylı, 11.06.2020-ci il tarixli qətnamədən görünür ki, işə apellyasiya instansiyası məhkəməsində baxılan zaman ifadəsi alınan Şahid1 ifadəsində göstərmişdir ki, İddiaçı MTK-dan Elşad və Rauf Rəcəbəli ilə görüşüb demişlər ki, tikintini başa çatdırmaq üçün pulları çatmır. Rəcəbəli də 54 saylı notariat kontorunda Raufla borc müqaviləsi bağlamış, Raufa 100 000 ABŞ dolları pul vermiş, notariat kontorunda özü də iştirak etmişdir. Bundan sonra Rauf əlavə borclar alaraq qarşılığında 3 ədəd mənzili girov qoymuş, bununla bağlı əlavə müqavilələr bağlanmışdır. Pul qaytarılmadığı halda mənzillər Rəcəbəlidə qalmalı idi. Rəcəbəli Raufa ayrayrılıqda 30 000 ABŞ dolları, 100 000 ABŞ dolları, 96 000 ABŞ dolları pul, “Mercedes-S klass”, və “Nissan Patrool” markalı avtomobillər vermişdir. Bundan başqa, 3 mənzildən başqa bir qeyri yaşayış sahəsini də Rauf həmin pulların əvəzində girov qoymuşdur. Pullar qaytarılmadıqda həmin mənzillər və qeyri-yaşayış sahəsi Rəcəbəliyə qalmalı idi. O da yadındadır ki, borc müqavilələri bağlanarkən notariat kontorunda dollar qəbul olunmadığı üçün müqavilədə 150 000 manat yazılmışdır. 2(103)-3903/2020 saylı, 11.06.2020-ci il tarixli qətnamədən görünür ki, işə apellyasiya instansiyası məhkəməsində baxılan zaman ifadəsi alınan Şahid2 ifadəsində göstərmişdir ki, Rəcəbəli Yasamalda yerləşən notariat kontorunda Raufa 30 000 ABŞ dolları vermişdir. Bir müddət sonra Rəsulzadə qəsəbəsində (əvvəlki Kirov qəsəbəsində) Rəcəbəliyə məxsus evdə Raufa 100 000 ABŞ dolları verilmiş, bundan sonra “Nissan Patrool” markalı avtomobil satılmış, onun dəyəri olan 55 000 ABŞ dolları və “Mercedes-S klass” markalı avtomobilin dəyəri olan 98 000 ABŞ dolları pul da Raufa verilmişdir. Həmin pullar da Rəcəbəlinin yaşadığı evin həyətində verilmişdir. 2016-cı ilin mart ayının 26-da Raufa 30 000 ABŞ dolları, 03-06 aprel tarixlərində 55 000, 98 000 ABŞ dolları, may ayında 100 000 ABŞ dolları, cəmi 293 000 ABŞ dolları verilmişdir, o, hamısında iştirak etmişdir. Notariusda qeyri-yaşayış sahəsi yazılmış, buna görə də 100 000 ABŞ dolları verilmişdir. Müqavilələr hər pul götürülən gün notariusda bağlanmışdır, o, özü 4 dəfə notariusda iştirak etmişdir”. Hüquqi dəyərləndirmə: Kollegiya ilk növbədə qeyd edir ki, hazırkı halda işə yeni apellyasiya qaydasında baxılır və bu zaman apellyasiya instansiyası məhkəməsinin qətnaməsini ləğv etmiş kassasiya məhkəməsinin mövqeyi nəzərə alınmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya instansiyası məhkəməsi işin yeni apellyasiya baxışına göndərilməsi ilə bağlı 22 yanvar 2020-ci il tarixli qərarında mövqeyinin hüquqi əsasını belə şərh etmişdir: “...İş materiallarından görünür ki, 02 aprel 2016-cı il tarixli müqaviləyə əsasən İddiaçı MTK Bakı şəhərinin Yasamal rayonunun Şərifzadə küçəsində 571-ci məhəllədə inşa edilən yüksəkmərtəbəli yaşayış binasının 950 kv.metr qeyri yaşayış sahəsini pay qismində Cavabdeh1 verməyi öhdəsinə götürmüş, müqavilə üzrə qeyri-yaşayış sahəsinin dəyəri bir kv.metr sahə üçün 158 manat, ümumilikdə 950 kv.metr sahə üçün 150 000 manat müəyyənləşdirilmiş, 02 aprel 2016-cı il tarixli arayışa görə Cavabdeh1 950 kv.metr qeyri yaşayış sahəsinin dəyərini tam ödəmişdir. Həmçinin işin materiallarında olan 04.03.2016-cı il tarixli kredit müqaviləsindən görünür ki, Cavabdeh1 X16 04.09.2016-cı il tarixinədək 30 000 ABŞ dolları məbləğində borc pul faizsiz vermək barədə öhdəlik götürmüşdür. İş materiallarında olan 07.04.2016-cı il tarixli kredit müqaviləsindən görünür ki, Cavabdeh1 X16 07.10.2016-cı il tarixinədək 95 000 ABŞ dolları məbləğində borc pulu faizsiz vermək barədə öhdəlik götürmüşdür. İş materiallarında olan 12.04.2016-cı il tarixli kredit müqaviləsindən görünür ki, Cavabdeh1 X16 58000 ABŞ dolları məbləğində borc pul faizsiz vermək barədə öhdəlik götürmüşdür. 1 saylı Bakı inzibati-İqtisad Məhkəməsindən təqdim edilmiş materiallardan aydın olur ki, 15 sentyabr 2006-cı il tarixli qeyri yaşayış sahəsinin alqı-satqısı müqaviləsi əsasında Tamara Əliyevaya satılmış 1250 kv.metretr qeyri-yaşayış sahəsinə dair çıxarış verilməsi öhdəliyinin qoyulması barədə 1 saylı Bakı inzibati-İqtisad Məhkəməsinin 2- 1(81)5236/2014 saylı işi üzrə qəbul edilmiş 19.12.2014-cü il tarixli qərarın ləğv edilməsi ilə bağlı Cavabdeh1 ərizəsi üzrə inzibati işə baxılır. Beləliklə də işin materiallarından görünür ki, İddiaçı MTK 02.04.2016-cı il tarixdə ünvan 1 ünvanında yerləşən binanın 1-ci mərtəbəsində ümumi sahəsi 950 kv.metr olan qeyri-yaşayış sahəsinin tam mülkiyyətinə verilməsinə dair MTK ilə Cavabdeh1 bağladığı müqavilənin və həmin tarixli 30 saylı maliyyə arayışının qanuniliyini, Cavabdeh1 isə MTK ilə X13 arasında ünvan 1də inşa edilən yüksək mərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 1250 kv.metr olan qeyri-yaşayış sahəsinin pay kimi verilməsinə dair bağlanmış 15 sentyabr 2006-cı il tarixli müqavilənin qanuniliyini mübahisələndirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi ilk iddianın predmeti olan qeyriyaşayış sahəsinə dair müqavilənin etibarsızlığını Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 353.2-ci maddəsində nəzərdə tutulan kəsici müddətin ötürülməsi ilə, qarşılıqlı iddianı isə qarşılıqlı iddiaçının əqdin etibarsız əqd olmasını əsaslandıra bilməməsi əsası ilə rədd etməklə faktiki olaraq mübahisəni həll etməmiş, eyni sahəyə dair iki müqavilənin hüquqi qüvvəli olmasına bir növ şərait yaratmaqla ziddiyyət yaratmışdır.... Bundan əlavə kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi 15 sentyabr 2006-cı il tarixli qeyri-yaşayış sahəsinin alqı-satqısı müqaviləsi əsasında Tamara Əliyevaya satılmış 1250 kv.metr qeyri-yaşayış sahəsinə dair çıxarış verilməsi öhdəliyinin qoyulması barədə 1 saylı Bakı inzibati-İqtisad Məhkəməsinin 2-1(81)5236/2014 saylı işi üzrə qəbul edilmiş 19.12.2014-cü il tarixli qərarının 17.10.2018- ci il tarixdə ləğv edilməsi ilə bağlı Cavabdeh1 ərizəsi üzrə inzibati işə baxılmasını qətnaməsində əks etdirsə də, həmin iş üzrə icraatın hansı mərhələdə olubolmamasını aydınlaşdırmamış, eləcə də, sözügedən məhkəmə qərarının əsasında Tamara Əliyevanın 1250 kv.metr qeyri-yaşayış sahəsinə dair 14.02.2015-ci il tarixdə çıxarış aldıqdan sonra həmin sahəni nümayəndəsi X14 vasitəsilə 2016-cı ildə Cavabdeh2 Həsən oğluna satması, sonuncunun da sözügedən sahəni 2018- ci ildə X4, sonuncuların adına həmin sahəyə dair “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış”lar verilməsinə diqqət yetirməyərək onların hazırki iş üzrə cəlb edilməsinin zəruriliyini müzakirə etməmişdir. Belə ki, işin materiallarından görünür ki, qarşılıqlı iddiaçının mübahisələndirdiyi sahə hazırda 24.01.2018-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən 01.02.2018-ci il tarixdən X10 mülkiyyətindədir. Məhkəmə kollegiyası daha sonra hesab edir ki, apellyasiya instansiyası məhkəməsi "İddiaçı" MTK-nın mübahisəli sahəyə dair Cavabdeh1 ilə 02 aprel 2016-cı il tarixli müqavilə bağlayarkən həmin sahəyə dair Tamara Əliyevanın adına artıq 15 sentyabr 2006cı il tarixli qeyri-yaşayış sahəsinin alqı-satqısı müqaviləsinin mövcudluğuna hüquqi qiymət verməmiş, həmçinin də Cavabdeh1 verilən qeyri-yaşayış sahəsinin dəyərinin müqavilə üzrə bir kv.metr sahə üçün 158 manat təyin edilərək 950 kv.metr sahə üçün 150 000 manat təşkil etməsinin həmin dövr üçün bazar qiymətlərinə uyğun olub-olmamaqla inandırıcı görünməsinə də lazımi hüquqi qiymət verməmişdir. Kollegiya daha sonra qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi iş materiallarında olan Cavabdeh1 X16 qarşı pul tələbinə, sonuncunun isə ilk iddiaçıya qarşı kredit müqavilələrinin etibarsızlığı ilə bağlı qəbul edilmiş Sabunçu Rayon Məhkəməsinin 07 mart 2019-cu il tarixli qətnaməsinin məzmununa, eləcə də, birinci instansiya məhkəməsinin iclasında Cavabdeh1 tərəfindən X16 verilən pulların təminatı kimi mənzillərin və mübahisə predmet olan qeyri-yaşayış sahəsinə müqavilələrinin verilməsi ilə bağlı şahid ifadələrinin məzmununa diqqət yetirməmiş, qeyd edilən qətnamənin qanuni qüvvəsini alıbalmamasını yoxlamamış, iş üzrə şahid ifadələrinə həm sözügedən qətnamə ilə, həm də hazırki işin araşdırılmış və müəyyən edilmiş faktiki halları baxımından hüquqi qiymət verməmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə hüquqi qiymət verməkdə davam edərək daha sonra hesab edir ki, ilk iddia üzrə müqavilənin bağlanmasından və maliyyə arayışının verilməsindən 2 il 6 ay sonra məhkəməyə iddia ərizəsi verilməsi zamanı kəsici müddət tətbiq edilərkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 354.2-ci maddəsində müəyyən olunmuş 1 illik müddətin keçməsinin əqdin etibarsız hesab edilməsi imkanını aradan qaldırdığı üçün iddiaçının əqdin etibarsız sayılmasını əsas verən halları bildiyi və ya bilməli olduğu vaxtın müəyyənləşdirilməsi iş üçün mühüm əhəmiyyət kəsb etməsinə diqqət yetirilməlidir. Belə ki, həmin maddə qanunda müstəqil xarakter daşıyan xüsusi norma kimi nəzərdə tutulmaqla əqdin etibarsızlığı barədə mübahisə yalnız orada müəyyən olunmuş müddətlər çərçivəsində irəli sürülə bilər. Başqa sözlə, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində həmin əqdin etibarsızlığını mübahisə etmək hüququna malikdir və bu müddət keçdikdən sonra şəxs qeyd edilən hüququnu itirir (Ali Məhkəmənin Bülleteni 2017-ci il № 4). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli qərarında göstərilmişdir ki, aldatma digər tərəfi əqdi bağlamağa vadar etmək məqsədilə bilə-bilə yalan məlumatlar verməklə onda əqd barədə yanlış təsəvvür yaratmaqdan ibarətdir. Əqdin aldatma yolu ilə bağlanması və bu əsasa görə əqdin etibarsız sayılması üçün əqdin bağlanmasında hər hansı tərəfin iradəsinin olmaması və ya belə iradənin düzgün formalaşmaması əsas rol oynayır. Bununla belə məhkəmə kollegiyası həmçinin hesab edir ki, apellyasiya instansiyası məhkəməsi əqdlərin etibarsızlığı ilə bağlı Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 324.1, 337.1, 337.2-ci maddələrinə istinad etsə də, qarşılıqlı iddiaçının mübahisələndirdiyi əqdin etibarsız əqd olmasını əsaslandıra bilməməsi kimi nəticəsi özü tərəfindən əsaslandırılmamışdır”. Kassasiya instansiyası məhkəməsinin qərarında şərh olunanları da əsas götürməklə kollegiya izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iddiaçı MTK-nın öz tələblərinin əsası kimi istinad etdiyi hallara görə mübahisələndirilən müqavilə başqa əqdi, yəni Cavabdeh1 tərəfindən tikintiyə 150000 manat pul ödənilməsi və MTK-nın Bakı şəhəri, Yasamal rayonu Şərifzadə küçəsi ərazisində tikəcəyi yüksək mərtəbəli binadan 950 kv.metr qeyri-yaşayış sahəsinin pay qismində ona verilməsi ilə bağlı müqavilənin əvəzində bağlanmışdır. Faktiki olaraq Cavabdeh1 da bu faktı etiraf etmişdir. Belə ki, qarşılıqlı iddia ərizəsində və məhkəmədə verdiyi izahatında göstərmişdir ki, “əslində bu iş onun etibarından sui-istifadə etmiş həm MTK rəhbərliyinin, həm də Rauf Əliyevin oyunlarının tərkib hissəsidir. Belə ki, Rauf Əliyev 2016-cı ildə ona təklif etmişdir ki, İddiaçı MTK-nin inşa etdiyi binanın tikintisinə pul buraxsın və gələcəkdə bina tikildikdən sonra aldığı yaşayış və qeyri-yaşayış sahələrini baha qiymətə sataraq gəlir əldə etsin. Bununla bağlı o, həm hazırda mübahisəsi gedən qeyri-yaşayış sahəsini almış, həm də Rauf Əliyevə 30 000, 95 000 və 58 000 ABŞ dollarında pul vermişdir.” Bununla yanaşı Cavabdeh1 vəsatəti əsasında dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, onun yanında Rəcəbəlinin Rəsulzadə qəsəbəsində (əvvəlki Kirov qəsəbəsi) olan evinin həyətində Rəcəbəli Raufa 100 000 ABŞ dolları borc pul vermiş, bundan sonra onların arasında 950 kv.m. qeyri-yaşayış sahəsinin alqı-satqısı ilə bağlı müqavilə bağlanmışdır. Şahid1 ifadəsində göstərmişdir ki, İddiaçı MTK-dan Elşad və Rauf Rəcəbəli ilə görüşüb demişlər ki, tikintini başa çatdırmaq üçün pulları çatmır. Rəcəbəli də 54 saylı notariat kontorunda Raufla borc müqaviləsi bağlamış, Raufa 100 000 ABŞ dolları pul vermiş, notariat kontorunda özü də iştirak etmişdir. Bundan sonra Rauf əlavə borclar alaraq qarşılığında 3 ədəd mənzili girov qoymuş, bununla bağlı əlavə müqavilələr bağlanmışdır. Pul qaytarılmadığı halda mənzillər Rəcəbəlidə qalmalı idi. Rəcəbəli Raufa ayr-ayrılıqda 30 000 ABŞ dolları, 100 000 ABŞ dolları və 96 000 ABŞ dolları pul və “Mercedes-S klass”, “Nissan Patrool” markalı avtomobillər vermişdir. Bundan başqa, 3 mənzildən başqa bir qeyri yaşayış sahəsini Rauf həmin pulların əvəzində girov qoymuşdur. Pullar qaytarılmadıqda həmin mənzillər və qeyri-yaşayış sahəsi Rəcəbəliyə qalmalı idi. O da yadındadır ki, borc müqavilələri bağlanarkən notariat kontorunda dollar qəbul olunmadığı üçün müqavilədə 150 000 manat yazılmışdır. Şahid2 ifadəsində göstərmişdir ki, Rəcəbəli Yasamalda yerləşən notariat kontorunda Raufa 30 000 ABŞ dolları vermişdir. Bir müddət sonra Rəsulzadə qəsəbəsində (əvvəlki Kirov qəsəbəsində) Rəcəbəliyə məxsus evdə Raufa 100 000 ABŞ dolları verilmiş, bundan sonra “Nissan Patrool” markalı avtomobil satılmış, onun dəyəri olan 55 000 ABŞ dolları və “Mercedes-S klass” markalı avtomobilin dəyəri olan 98 000 ABŞ dolları pul Raufa verilmişdir. Həmin pullar da Rəcəbəlinin yaşadığı evin həyətində verilmişdir. 2016-cı ilin mart ayının 26-da Raufa 30 000 ABŞ dolları, 03-06 aprel tarixlərində 55 000, 98 000 ABŞ dolları, may ayında 100 000 ABŞ dolları, cəmi 293 000 ABŞ dolları verilmişdir, o, hamısında iştirak etmişdir. Notariusda qeyri-yaşayış sahəsi yazılmış, buna görə də 100 000 ABŞ dollar verilmişdir. Müqavilələr hər pul götürülən gün notariusda bağlanmışdır, o, özü 4 dəfə notariusda iştirak etmişdir. Göründüyü kimi, tərəflərin izahatları və Cavabdeh1 vəsatəti əsasında dindirilmiş şahidlərinin ifadələrdən belə bir nəticəyə gəlinir ki, mübahisələndirilən 02 aprel 2016-cı il tarixli müqavilə və eyni tarixdə tərtib olunmuş maliyyə arayışı müqavilə tərəflərinin əsl iradə ifadələrini əks etdirmir. Eyni zamanda nəzərə alınır ki, mübahisələndirilən müqavilədə qeyri-yaşayış sahəsinin 1 kv.metrinin dəyəri cəmi 158,8 manat göstərilmişdir. Halbuki həmin qeyri-yaşayış sahəsinin 1 kv.metrinin dəyəri 450 manat olmaqla X2. Həmçinin iş materiallarından müəyyən olunur ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 07 mart 2019-cu il tarixli qətnaməsi ilə Rəcəbəli X5 qarşı 58 000 ABŞ dolları və 95 000 ABŞ dolları da daxil olmaqla cəmi 400 000 ABŞ dolları borcun R.Əliyevdən alınıb ona verilməsinə dair iddiası rədd, Rauf Əliyevin ona qarşı “07 aprel 2016-cı il tarixli və 12 aprel 2016-cı il tarixli kredit müqavilələrinin etibarsız hesab edilməsi”nə dair qarşılıqlı iddiası təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 26.07.2019-cu il tarixli qətnaməsi ilə həmin qətnamə ləğv olunaraq ilkin iddianın qismən edildiyi və tərəflər arasında bağlanmış 07.04.2016-cı il tarixli kredit müqaviləsi üzrə ödənilməmiş qalan borcun əvəzi olaraq 95 000 ABŞ dolları, 12.04.2016-cı il tarixli kredit müqaviləsi üzrə ödənilməmiş qalan borcun əvəzi olaraq isə 58 000 ABŞ dolları X17 Məmmədovun xeyrinə tutulması qət edilmiş, Ali Məhkəmənin 09.06.2020-ci il tarixli qərarı ilə həmin qətnamə qanuni qüvvəyə minmişdir. Beləliklə, tərəflərin izahatları, müqavilənin şərtləri, şahid ifadələri və qeyd olunan məhkəmə qərarları, həmçinin mübahisələndirilən müqavilə və X18 Məmmədov arasında bağlanmış kredit müqavilələrinin hamısının 2016-cı ilin aprel ayında təqribən 10 gün ərzində (02 apreldən 12 aprelədək) bağlanmasını nəzərə alaraq kollegiya hesab edir ki, mübahisələndirilən müqavilə başqa əqdi pərdələmək məqsədi ilə, yəni X18 Məmmədov arasında bağlanmış borc müqavilələrinin təminatı kimi bağlanmışdır. Mülki Məcəllənin 340.2-ci maddəsində isə təsbit olunmuşdur ki, yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Bu baxımdan kollegiya hesab edir ki, mübahisələndirilən müqavilə (onun tərkib hissəsi olan arayışla birgə) əhəmiyyətsiz əqd olmaqla etibarsız əqddir. Bununla yanaşı kollegiya hesab edir ki, hazırki işdə Mülki Məcəllənin 340.2-ci maddəsinin 3cü cümləsinin, həmçinin əqd üzrə alınanların geri qaytarılmasını tənzimləyən Mülki Məcəllənin 337.5-ci maddəsinin tətbiq edilməsi qeyri-mümkündür. Belə ki, Cavabdeh1la borc münasibətlərində olan Rauf Əliyev hazırki iş üzrə tərəf deyil. Ən əsası isə yuxarıda göstərilən məhkəmə qərarları ilə onlar arasında olan borc müqavilələri üzrə mübahisə həll edilmiş və Rauf Əliyevdən cəmi ödənilməyən borca görə 153000 ABŞ dolları məbləğində pul vəsaiti Cavabdeh1 xeyrinə tutulmuşdur. Apellyasiya şikayətinin “əqdin etibarsızlığı ilə bağlı kəsici müddətə əməl edilməməsi” dəlilinə münasibətdə kollegiya qeyd edir ki, Mülki Məcəllənin 354.1-cü maddəsinə əsasən, əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Hazırki işin hallarına görə isə mübahisələndirilən müqavilənin icrasına başlanılmamışdır. Çünki mübahisəli qeyri-yaşayış sahəsi Cavabdeh1 təhvil verilməmiş və o, yalnız hazırki işdə həmin əmlaka dair İddiaçı MTK ilə X13 arasında bağlanmış 15.09.2006-cı il tarixli müqavilənin etibarsız hesab edilməsi tələbini irəli sürmüşdür. Bu isə o deməkdir ki, iddiaçı tərəfindən Mülki Məcəllənin 354.1-ci maddəsində nəzərdə tutulmuş etibarsız əqdlər üzrə 1 illik kəsici müddət ötürülməmişdir. İlkin iddia tələbləri üzrə gəldiyi qənaətin məntiqi davamı olaraq kollegiya, qarşılıqlı iddia tələbləri ilə əlaqədar birinci instansiya məhkəməsinin gəldiyi nəticəni də əsaslı sayır və bununla bağlı geniş əsaslandırma aparılmasına zərurət olmadığını vurğulayır. Belə ki, yuxarıda da qeyd edildiyi kimi qarşılıqlı iddiaçının istinad etdiyi müqavilə əhəmiyyətsiz (yalan) əqd olduğuna görə etibarsızdır. Mülki Məcəllənin 337.4-cü maddəsində isə təsbit olunmuşdur ki, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Ona görə də, Cavabdeh1 İddiaçı MTK ilə X13 arasında bağlanmış 15.09.2006-cı il tarixli müqaviləni mübahisələndirmək üçün müvafiq subyektiv hüquqa malik olan şəxs deyil. Bu zaman həm də nəzərə alınmalıdır ki, Cavabdeh1 mübahisəsini etdiyi sahənin də daxil olduğu ümumilikdə 1119,8 kv.metr qeyri-yaşayış sahəsi 14.02.2015-ci il tarixdə Tamara Əliyevanın adına mülkiyyət hüququ üzrə qeydə alınmış, sonradan o həmin sahəni X6, sonuncu isə 24.01.2018-ci il tarixdə X3 və hazırda əmlak Faiq Nağıyevin mülkiyyətindədir. Nəticə: Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-325/19 saylı, 20 may 2019cu il tarixli qətnaməsi qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar