Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4011/2025 24.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı X4 Cavabdeh qarşı mənzilə köçürülmə və istifadə hüququna yaradılmış maneələrin aradan qaldırılması tələbinə dair mülki iş üzrə (Açar sözlər: mənzilə köçürmə, maneələrin aradan qaldırılması) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X13 (sədrlik edən və məruzəçi), X5 və X2 ibarət tərkibdə, məhkəmə iclasının katibi, Şahbazlı Nəzrin Elmar qızının katibliyi, iddiaçı X4, Cavabdeh iştirakları ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3256/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-486/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı Cavabdehlər X8 və qeyrilərinə qarşı çıxarışın ləğv edilməsi və istifadə hüququnun itirilməsi və X6 Cavabdeh qarşı kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi tələbinə qair qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə ilkin iddia qismən təmin edilmiş, X6 adına Bakı şəhəri, Xətai rayonu, Rahib Məmmədov küçəsi, ev 16, 40 saylı mənzilə dair verilmiş çıxarış ləğv edilmiş, ilkin iddianın qalan hissəsi və qarşılıqlı iddia təmin edilməmişdir. Qətnamədə qeyd edilmişdir ki, X14 və X15 Bakı şəhəri, Xətai rayonu, Rahib Məmmədov küçəsi, ev 16, 40 saylı mənzildə yaşadıqlarından və həmin mənzildən istifadə hüququ yarandığından cavabdehlərin mübahisəli mənzildən istifadə hüquqlarına xitam verilməsi hissəsində iddia tələbi təmin edilməməlidir.
2. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3305/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsindən görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-486/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qətnamədə qeyd edilmişdir ki, mübahisəyə xx.xx.2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin müddəaları tətbiq edilməlidir .Mənzilə dair verilmiş orderdə icarədarla birlikdə qeyd edilmiş X19, həyat yoldaşı Laləzar Budaqovanı və qızı Nigar Əhmədovanı mənzilə köçürdüyündən və sonradan birlikdə uzun illər ərzində yaşayaraq ümumi təsərrüfat apardıqlarından Mənzil Məcəlləsinin müddəaları baxımından cavabdehlər mənzildən istifadə hüququ əldə etmişlər. Onların istifadə hüquqlarının yaranması əsası kimi mənzilin Laləzar Budaqovaya bağışlanması deyil, məhz vəfat etmiş əri Rafiq Əhmədov tərəfindən həmin mənzilə onların 1993-cü ildə ailə üzvü kimi köçürülmələri olmuşdur.
3. Ali Məhkəmənin 2(102)-7223/2018 saylı, xx.xx.2018-ci il tarixli qərarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3305/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
4. Ali Məhkəmənin 2(102)-860/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarından görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(011)-357/2019 saylı qətnaməsi ilə iddiaçı Cavabdeh cavbdeh X9 və digərlərinə qarşı dəymiş maddi və mənəvi ziyana görə pul tələbi və mənzilə köçürülmə barədə iddiası qismən təmin edilərək, iddiaçının Bakı şəhəri, Xətai rayonu, R.Məmmədov küçəsi, 16 saylı evin, 40 saylı mənzilinə köçürülməsi və qalan hissədə iddia ərizəsinin rədd olunması qət edilmiş və həmin qətnamə qanuni qüvvəsini almışdır.
5. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-13736/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadından görünür ki, iddiaçı Cavabdeh Bakı şəhəri Xətai rayon Polis İdarəsinə (zəruri cəlbetmə qaydasında üçüncü şəxslər X16, X11 və X3) qarşı qeydiyyatdan çıxarılma öhdəliyinin qoyulması iddia tələbi mümkün sayılmamışdır. Qərardadda qeyd edilmişdir ki, iddiaçının üçüncü şəxslər X9 və X7 qarşı mənzildən istifadə hüquqlarına xitam verilməsinə dair iddia tələbi ( həmin mənzildə yaşadıqlarından və həmin mənzildən istifadə hüquqları yarandığından) Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-486/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi ilə təmin edilməmişdir.
6. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-416/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmündən görünür ki, Cavabdeh zərərçəkmiş şəxs X1 qəsdən yüngül zərər vurduğundan AR Cinayət Məcəlləsinin 128.1-ci maddəsi ilə təqsirli bilinərək 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir.
7. Xətai Rayon Polis İdarəsinin xx.xx.2023-cü il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərarından görünür ki, X16 onunla eyni mənzildə yaşayan Cavabdeh onu döyməsini bildirmiş, material üzrə cinayət işinin başlanması rədd edilmiş, hadisəni törətmiş Cavabdeh barəsində AR İXM-ni 157-ci maddəsi ilə inzibati tədbir görülməsi üçün qərarın surəti 36-cı polis Şöbəsinə göndərilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
8. İddiaçı X16 Cavabdeh qarşı iddia ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçının ünvan 1 ünvanında yerləşən mənzilə məcburi qaydada köçürülməsi, cavabdeh tərəfindən iddiaçının mənzildə yaşamağına yaradılan maneəyə son qoyulması, mənzilin giriş qapısının ümumi istifadə üçün hər iki şəxsə münasibətdə müəyyən olunması, mənzilin giriş qapısının açarının bir surətinin cavabdeh tərəfindən iddiaçıya təhvil verilməklə həmin açarın dəyişdirilməsinin ona qadağan olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. İddiaçı tələbini belə əsaslandırmışdır ki, iddiaçı 1993-cü ildə mərhum həyat yoldaşı X19 ilə ailə həyatı quraraq ünvan 1 ünvanında yerləşən mənzilə gəlin köçmüşdür. Halhazırda iş üzrə cavabdeh ona müdaxilə etməmişdən əvvələ qədər həmin mənzildə yaşamışdır. Həmin mənzil onun həyat yoldaşı və qaynı Ramizin adına order əsasında verilmişdir. Sonra qaynı Rusiya Federasiyasına getmiş, onun orada hazırki iş üzrə cavabdeh qızı dünyaya gəlmişdir. Hazırki iş üzrə cavabdeh 2019-cu ilədək həmin mənzildə faktiki olaraq yaşamamış, orada yalnız iddiaçı yaşamışdır. Sonradan cavabdeh ona məlum olmayan yollarla həmin mənzildə pasport qeydiyyatına düşmüş, eyni zamanda müvafiq məhkəmə qərarı əsasında həmin mənzilə köçürülmüşdür. Daha sonra isə o, Bakı İnzibati Məhkəməsində həmin şəxsin qeydiyyatdan çıxarılmasına dair iddia qaldırmış, lakin iddia mümkün sayılmamışdır. Nəticədə müvafiq qərarla müəyyən olunmuşdur ki, həm iddiaçının, həm cavabdehin qeyd edilən mənzilin təkrib hissəsindən yaşayış və istifadə hüququ vardır. Lakin hal-hazırda cavabdeh həmin mənzilin açarını dəyişmiş, iddiaçı isə mənzildən istifadə edə bilmir.
10. Məhkəmə iclasında iştirak etmiş iddiaçı iddia ərizəsini müdafiə edərək, yeganə daimi yaşayış yerinin mübahisəli mənzil olduğunu, başqa yaşayış yeri olmadığını, yalnız müvəqqəti olaraq müəyyən müddətlərdə nəvəsinə qulluq etmək üçün qızının evinə getdiyini, mənzildə yaşamadığı hallarda bunun səbəbinin cavabdeh tərəfindən yaradılan maneələr, mənzilin açarının dəyişdirilməsi və onun mənzilə buraxılmaması olduğunu qeyd etmiş, məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir.
11. Məhkəmə iclasında iştirak etmiş cavabdeh və cavbdehin vəkili iddia tələbini qəbul etməyərək, məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh eyni zamanda bildirmişdir, iddiaçı mübahisəli mənzildə daimi yaşamır, müəyyən vaxtlarda mənzilə gəlib-gedir, aralarında olan mübahisələrin nəticəsində qəbul edilmiş məhkəmə qətnamələrindən sonra iddiaçı ilə eyni mənzildə bir müddət yaşamağa məcbur olsa da, hazırda birgə yaşamaqları mümkün deyil. Həqiqətən də mənzilin açarı onun tərəfindən dəyişdirilmişdir və o, iddiaçını evə buraxmaq istəmir. Bunun səbəbi iddiaçının mənzilin saxlanılması, təmiri xərclərində iştirak etməməsi, kommunal xidmət haqlarını ödəməməsidir. Həmçinin birlikdə yaşamaqları aralarındakı olan gərginlik səbəbindən mümkün olmadığı üçün, o özü və azyalı uşağının təhlükəsizliyindən ehtiyat etdiyi üçün iddiaçının mənzilə köçürülməsinə qətiyyən razı deyil.
12. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (bundan sonra - məhkəmə) 2(011)- 3256/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, iddiaçı X4 Bakı şəhəri, Xətai rayonu, Rahib Məmmədov küçəsi, 16 saylı evin, 40 saylı mənzilinə köçürülməsi, iddiaçı X4 Bakı şəhəri, Xətai rayonu, Rahib Məmmədov küçəsi, 16 saylı evin, 40 saylı mənzilindən istifadəsinə yaradılmış maneələrin aradan qaldırılması, mənzilin giriş qapısının ümumi istifadə üçün müəyyən olunması, mənzilin giriş qapısının açarının bir nüsxəsinin iddiaçı X9 təhvil verilməsi və iddiaçı X9 məlumat və nüsxəsi verilmədən giriş qapısının açarının dəyişdirilməməsi vəzifələrinin Cavabdeh həvalə edilməsi qət edilmişdir. 13.Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, məhkəmə qərarları ilə təsdiq olunur ki, iddiaçı X4 xx.xx.2009-cu il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin 123-cü maddəsinə əsasən Bakı şəhəri, Xətai rayonu, R.Məmmədov küçəsi, 16 saylı evin, 40 saylı mənzilindən istifadə hüququ yaranmışdır və onun mənzildən istifadə hüququ hazırda da mövcuddur. Mənzil Məcəlləsinin 123-cü maddəsinə əsasən yaranmış istifadə hüququna ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya köçdükdə xitam verilir. Lakin, hazırki mülki iş materialları ilə X4 daimi yaşamaq üçün başqa yaşayış yerinə köçməsi sübut olunmur. Məhkəmə həmçinin qeyd etmişdir ki, məhkəmə icasında tərəflərin qarşılıqlı münasibətlərindən, iş materiallarında olan hökmdən və cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərardan müəyyən olunur ki, iddiaçı X16 ilə Cavabdeh arasında olan münasibətlər mübahisəli və gərgindir. Məhkəmə iclasında Cavabdeh məhz onun tərəfindən iddiaçının mənzilə buraxılmaması, mənzilin açarının dəyişdirilməsi və açarın nüsxəsinin iddiaçıya verilməməsi ilə bağlı halları təsdiq etmişdir. Qeyd edilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, iddiaçının müəyyən vaxtlarda mənzildə yaşaya bilməməsinin onun iradəsindən deyil, cavabdehin yaratdığı maneələrdən irəli gəlməsi ilə bağlı dəlilləri əsaslıdır. Şərh edilənlərə əsasən, məhkəmə hesab etmişdir ki, iddiaçı X4 mübahisəli mənzildən istifadə hüququ mövcud olduğundan, lakin onun mənzilə köçürülməsinə cavabdeh tərəfindən maneələr yaradıldığından, iddiaçı X4 mənzilə köçürülmə və mənzildən istifadəyə yaradılan maneələrin aradan qaldırılması tələbi ilə bağlı iddiası təmin edilməlidir. 14.Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mənzil Məcəlləsi (xx.xx.2009cu il tarixədək qüvvədə olan): 123, 53, 60, 87-ci; Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair AR Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2001-ci il tarixli Qərarına; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
15.Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 16.Apellyasiya şikayətində göstərilmişdir ki, mübahisəli mənzildə iddiaçı uzun müddət yaşamışdır,sadəcə mənzilin mülkiyyətinə keçirilməsi ilə əlaqədar bir sıra qanunsuzluqlara və cinayətə yol veridiyinə görə tərəfindən həmin mənzildən çıxarılmışdır. İddiaçı məhkəməyə bildirmişdir ki, 1993-cü ildə ailə quraraq guya Naxçıvandan Bakı şəhərinə köçmüşdür, 1997-ci il tarixdə həmin qız övladı Naxçıvan şəhərində anadan olmuşdur. Bildirir ki, onlarin heç birinin mübahisəli mənzilə qeydiyyati olmamişdir yəni bu mənzildə qanunsuz yasamışdır. Xətai rayon məhkəməsinin 2014-ci il tarixli qətnaməsində (S,Səlimova hakim) Laləzar Budaqovanın dublikat qaydada aldığı nikah haqqında şəhadətnamə və uşağın doğum haqqında şəhadətnamədə Naxçıvan şəhəri qeyd edilmişdir. İddiaçının əri X19 2016-cı il tarixdə vəfat etmişdir, lakin mübahisəli mənzilə qeydiyyatı olmamışdır. Cavabdehin 2013-cü il tarixdə verdiyi iddiası üzrə mübahisəli mənzildə qeydiyyatsız yaşaması və buna görə 30 manat məbləğində cərimə olunması 2014-cü il tarixli qətnaməsində göstərilmişdir. Qeyd edir ki, 2013-cü ildə cavabdeh onları qanunsuz yollarla mənzilə çıxarışalmasına görə məhkəməyə vermişdir. Məhkəmdə müəyyən edilmişdir ki onlar X26 oglundan ona verdiyi etibarnamə ilə özəlləşdirmə etmiş və sonra da iddiaçıya bağişlama etmişdirlər. X27 oglu tərəfindən X8 notariat qaydasında bağışlamışdır. Bundan sonra iddiaçı X17 öz adına çıxarış almışdır. Bundan sonra da mənzili “AG”banka girov qoyub AG bankdan Rafiq Əhmədov 27500 manat kredit götürmüşdür. Qeyd edir, o etibarnamə etibarsiz idi, çünki 3 gündən sonra o etibarnamə yazilandan X27 oglu özünü güllələmishdir və işlər artiq etibarsiz sayılmışdır. Əlavə olaraq qeyd edir ki, iddiaçı bu əqdləri bağlayarkən həm atasının varisi kimi həm həmin mənzildə daimi qeydiyyatda olan şəxs kimi cavabdehə məlumat vermədən icazə almamışdır. Bununla əlaqədar bildirir ki, cavabdehin iddiası üzrə Xətai rayon məhkəməsinin 2(011)- 1659/2018 saylı qətnaməsi ilə mənzil girovdan çıxarılmışdır. Etibarnamə etibarsız idi ona görə ki, X29 Əhmədova etibarnamə verəndən sonra özünü güllələmişdir. Bildirir ki, mənzil orderi və mənzil kirayə müqaviləsi əsasında atası X10 adına olmuşdur. Buna baxmayaraq iddiaçı Laləzar Əhmədova onu döğma atasının mənzildə yaşamağa imkan verməmişdir, 2020-ci il tarixdə məhkəmə qaydasında mübahisəli mənzilə köçürülmüşdür. Köçürüləndə mənzil bərbad gündə idi, damdan su birbaşa mənzilə axırdı,yerə hamam otağında olan rakovina qoparılmışdı, mətbəx hamam otağından da pis gündə idi, mənzilə axan su həm də alt mərtəbədə yerləşən qonşuların mənzilinə axırdı, bunun da nəticəsi olaraq qonşularla mübahisəsi olmuşdur. Köçürüldüyü mənzilin və dam örtüyünün təmirinə başlayanda iddiaçı Laləzar Əhmədova və qonşular ona mane olmuşdur. Sonradan ona məlum olmuşdur ki, bütün qonşular iddiaçı X14 ilə əlbirdilər və buna görə də iddiaçı qonşuları mənzilin dam örtüyünə görə məhkəməyə vermək istəmir bu günə kimi dam örtüyü təmir edilmədən qalmışdır. Bundan əlavə mənzilə giriş qapısının açarın bir nüsxəsini qonşulara vermişdir. Cavadbeh evdə olmayanda qonşuların mənzilə daxil olmasına şərait yaradır, mənzildə yığışıb birlikdə ünvanına nalayiq ifadələr işlətməklə onu özlərinə qarşı qanunsuz əməllərin törətməsinə təhrik edirlər. X14 qonşularla birləşib onu təhqir edir, öldürməklə hədəliyir, cavadbehi qonşulara erməni olduğunu deyir, (qardaşı başqa kişidən olmuşdur, Rusiyada yaşayır), qonşularla birləşib xorla cavadbehi erməni adlandırıb ləyaqətini alçaldırlar. Əlavə olaraq bildirir ki, Baki İnzibati məhkəmədə məhkəmə iclaslarında məhkəmə binasının dəhlizində, həyətində cavabdehi qışqıraraq yüksək səslə şizofrenik deyərək onu çağırır. Tək anadır və qorxu içində yaşayır. Qeyd edir ki, iddiaçı mənzildə daimi yaşamır, mənzilə hərdən hərdən gəlir, sanki dalaşmaq üçün gəlir.
Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri
17. İddiaçı apellaysiya şikayətinə qarşı yazılı etiraz təqdim edərək apellyasiya şikayətinin təmin edilməməsini, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3256/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsinin dəyişdirilədən saxlanılmasını xahiş etdi.
Proses iştirakçılarının izahatı
18.Məhkəmə iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafiə etdi, onun məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. 19.Məhkəmə iclasında iştirak edən iddiaçı X16 apellyasiya şikayətini qəbul etmədi, iddia ərizəsində göstərilənlərə uyğun məzmunda izahat verərək şikayətin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
Tətbiq edilən hüquq normaları:
20. xx.xx.2009-cu il tarixədək qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin: Maddə 123. Yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ;ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Maddə 53. İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. Maddə 60. İcarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. Maddə 87. İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir.
21. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair AR Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2001-ci il tarixli Qərarına əsasən 2001-ci il sentyabrın 1dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir.
22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;
Apellyasiya baxışının hədləri
23.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 24.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
25. Hazırki halda apellyasiya şikayətin qətnamənin ləğvinə yönəldiyindən məhkəmə qətnamənin əsaslılığını tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
26.Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. 27.Belə ki, işin mübahisəsiz halı ondan ibarətdir ki, qüvvədə olan məhkəmə qərarları ilə həm iddiaçı X4, həm də Cavabdeh mübahisəli mənzildən istifadə hüququ mövcuddur. 28.İstinad olunan məhkəmə qərarlarına əsasən iddiaçı X4 xx.xx.2009-cu il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin 123-cü maddəsinə əsasən Bakı şəhəri, Xətai rayonu, R.Məmmədov küçəsi, 16 saylı evin, 40 saylı mənzilindən istifadə hüququ yaranmışdır və onun mənzildən istifadə hüququ hazırda da mövcuddur. Mənzil Məcəlləsinin 123-cü maddəsinə əsasən yaranmış istifadə hüququna ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya köçdükdə xitam verilir. Lakin, hazırki mülki iş materialları ilə X4 daimi yaşamaq üçün başqa yaşayış yerinə köçməsi sübut olunmur. 29.Həmçinin iş materiallarından – həm birinci instansiya məhkməsində, həm də məhkəmə kollegiyasının iclasında tərəflərin verdiyi izahatlarından və onların bir-birinə münasibətlərindən, iş materiallarında olan hökmdən və cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərardan müəyyən olunur ki, iddiaçı X16 ilə Cavabdeh arasında olan münasibətlər mübahisəli və gərgindir. 30.Eyni zamanda Cavabdeh öz izahatında mənzilin açarını dəyişməsini, iddiaçını mənzilə buraxmamasını təsdiq etmiş və bunu birlikdə yaşaya bilməməkləri, iddiaçının mübahisəli mənzildə daimi yaşamaması, iddiaçının mənzilin saxlanılması, təmiri xərclərində iştirak etməməsi kimi səbəblərlə izah edir.
31. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, iddiaçı X4 mübahisəli mənzildən istifadə hüququ mövcud olduğundan, lakin onun mənzilə köçürülməsinə cavabdeh tərəfindən maneələr yaradıldığından, iddiaçı X16 mənzilə köçürülmə və mənzildən istifadəyə yaradılan maneələrin aradan qaldırılması tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuş, məhkəmə iddia tələbini təmin etməklə qanuni və əsaslı nəticətə gəlmişdir. 32.Məhkəmə kollegiyası cavabdehin iddiaçının ona qarşı qarşı törətdiyini iddia etdiyi qanunusuz əməllərlə (söyüş söymək və s.) bağlı şikayətin dəlillərini əsasız hesab edərək qeyd edir ki, iddiaçının bununla bağlı müvafiq tələblə məhkəməyə və ya hüquq mühafizə orqanlarına müraciət etmək hüququ olmaqla, qeyd olunan hal iddiaçının mənzildən istifadə hüququna müdaxilə edilməsinə əsas yaratmır. 33.Kollegiyanın qənaətinə görə, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. 34.Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumu apellyatora aid edilməlidir. 35.MPM-in 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 36.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392 və 402.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3256/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatora aid olunsun. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Fərrux Qasımov Sabit Bəhrəmzadə