Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4018/2023 10.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: pul tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər X5 (sədrlik edən və məruzəçi), oğlu və oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi oğlunun katibliyi, Cavabdeh nümayəndəsi və vəkili Vəkil3 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(001)-3525/2022 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. İddiaçı ilə Cavabdeh arasında xx.xx.2004-cü il tarixdə nikah bağlanmış, həmin nikahdan xx.xx.2006-cı il tarixdə X7 və xx.xx.2011-ci il tarixdə isə X8 doğulmuşdur.
2. Tərəflər arasında bağlanmış nikah İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(037)-156/2019 nömrəli qətnaməsi ilə pozulmuş, birgə nikahdan doğumuş uşaqlar iddiaçının yanında saxlanılmışdır.
3. İsmayıllı rayonu, Talıstan kənd İƏB-nün xx.xx.1995-ci il tarixli, 4 nömrəli Sərəncamı ilə Cavabdeh kənd daxili fonddan 0,12 ha torpaq sahəsi verilmiş, həmin torpaq sahəsi xx.xx.2014-cü il tarixli müqaviləyə əsasən 5.000 manata X1.
4. Tərəflər nikahda olduqları dövrdə Bakı şəhəri, Binəqədi qəsəbəsi, Mədən 3, korpus 112 ünvanında yerləşən 5 saylı fərdi yaşayış evini əldə etmişlər. Ev dövlət reyestrində qeydə alınmamışdır.
a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh birgə nikahda olduğu 2014-cü ildə Bakı şəhəri, Binəqədi qəsəbəsi, Mədən 3, korpus 112 ünvanında yerləşən 5 saylı fərdi yaşayış evinin alınmasına sərf edilmiş 40.000 manat məbləğində vəsaitin yarısının, yəni 20.000 manat pulun Cavabdeh alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, tərəflər arasında 2004-cü il tarixdə nikah bağlandıqdan sonra, o, cavabdehin atasına məxsus olmaqla İsmayıllı rayonunun Cülyan kəndində yerləşən fərdi yaşayış evinə gəlin köçmuş, cavabdeh Bakı şəhərində əmək fəaliyyəti ilə məşğul olduğundan sonradan Bakı şəhərinə köçərək, bir müddət kirayə əsaslarla yaşamışlar, 2014-cü ildə isə birgə nikah dövründə əldə etdikləri gəlirlər hesabına Bakı şəhəri, Binəqədi qəsəbəsi, Mədən 3, korpus 112 ünvanında yerləşən 5 saylı fərdi yaşayış evini X2 almışlar. Həmin evi məhz X6 inşa etmiş və onlara 40.000 manat pula satmışdır. Qeyd edilən halları bu şəxs özü də şahid qismində məhkəməyə gəlib etiraf edə bilər. Sonradan münasibətləri pozulmuş və 2018-ci ilin oktyabr ayında birgə nikahdan doğulmuş iki uşağı ilə birlikdə həmin evi tərk etmişdir. 2019-cu ildə isə aralarında bağlanmış nikah məhkəmə qaydasında pozulmuş, birgə nikahdan doğulmuş uşaqlar onun yanında saxlanılmışdır. Göstərilənlərin nəzərə alınmasını və birgə nikah dövründə əldə edilmiş birgə gəlir olduğundan qeyd edilən evin alınmasına sərf edilmiş 40.000 manat pulun yarısının cavabdehdən tutularaq ona ödəniməsini xahiş etmişdir.
7. Cavabdeh iddiaya etiraz verərək göstərmişdir ki, iddiaçının qeyd etdiyi fərdi yaşayış evi özbaşına tikintidir və mülkiyyət olaraq dövlət qeydiyyatına alınmamışdır. Aralarında nikah bağlandıqdan sonra onlar 8 il ardıcıl olaraq müxtəlif ünvanlarda kirayə əsaslarla yaşamışlar. 2014-cü ildə isə o, xx.xx.1995-ci il tarixli sərəncamla, yəni nikahdan əvvəl ona verilmiş 0,12 ha torpaq sahəsini 15.000 manat pula sataraq, həmin ilin oktyabr ayında 12.000 manat pula qeyd edilən fərdi yaşayış evinin yaxınlığında yerləşən digər bir fərdi yaşayış evini almışdır. Sadəcə olaraq torpağın alqı-satqısı ilə bağlı müqavilədə torpağın 5.000 manata satıldığı göstərilmişdir. Aldığı evin pulunu da iddiaçının atasının iştirakı ilə vermişdir. Bu evdə 2 ilə yaxın müddət yaşadıqdan sonra iddiaçı şəraitlə razılaşmayaraq, evi tərk edib uşaqlarla birlikdə atasına məxsus olmaqla İsmayıllı rayonunun Cülyan kəndində yerləşən evə köçmüş və hazırda da həmin evdə yaşayır. Daha sonra o, həmin evi satmış və atasının verdiyi 7.000 manat pulu da əlavə etməklə 22.000 manat pula hazırda iddiaçının istinad etdiyi evi almışdır. Bununla belə, göstərilən fərdi yaşayış evi birgə nikah dövründə, lakin onun şəxsi gəlirləri, yəni mülkiyyətində olan torpağın satışından əldə edilmiş, habelə atası tərəfindən verilmiş pul hesabına alınmışdır. 2015-ci ildən isə onların arasında olan nikah münasibətləri kəsilmiş və yalnız kağız üzərində mövcud olmuşdur. İddiaçı 2015-ci ildən bügünədək bir gün olsun belə, həmin evdə yaşamamışdır. O, həmin evi artıq 32.000 manat pula başqa şəxsə satmışdır. Göstərilənlərin, habelə evin özbaşına tikinti olmasının, o cümlədən evə dair hər hansı hüquq müəyyənedici sənədin olmadığının nəzərə alınmasını və iddianın rədd edilməsini xahiş etmişdir.
8. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(001)- 3525/2022 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, birgə nikah dövründə Bakı şəhəri, Binəqədi qəsəbəsi, Mədən 3, korpus 112 ünvanında yerləşən 5 saylı fərdi yaşayış evinin əldə edilməsinə sərf edilmiş və birgə gəlir təşkil edən 35.000 manat pulun ½ hissəsi, yəni 17.500 manat məbləğində pul vəsaitinin Cavabdeh alınaraq İddiaçı verilməsi, iddianın qalan hissədə rədd edilməsi, ödənilmiş dövlət rüsumunun İddiaçı aid edilməsi qət edilmişdir.
9. Məhkəmə qeyd etmişdir ki, hər hansı əmlakın ər və arvadın ümumi birgə mülkiyyəti sayılması üçün iki şərtin mövcudluğu zəruridir. Birincisi, əmlak ər və arvadın mülkiyyətinə nikah müddətində daxil olmalıdır. İkincisi, əmlak nikah dövründə ər-arvadın ümumi gəlirləri hesabına əldə olunmalıdır. İddiaçının tələb etdiyi pul vəsaiti onların yaşamaq məqsədi ilə Bakı şəhəri, Binəqədi qəsəbəsi, Mədən 3, korpus 112 ünvanında yerləşən 5 saylı fərdi yaşayış evini əldə etmək üçün ödədikləri pul vəsaitinin bir hissəsini təşkil edir. Həmin ev hüquqi vəziyyətinə görə özbaşına tikinti olsa da, müəyyən dəyərə malik olan və yaşayış üçün nəzərdə tutulmuş və məhz bu məqsədlə istifadə edilən tikintidir. Hər bir halda, (iddiaçı 2018-ci ilin oktyabr ayında, cavabdeh isə iddiaçının 2016-cı ildə həmin evi tərk etdiyini bildirir, halbuki cavabdeh iddiaya qarşı etirazında iddiaçının 2015-ci ildən evdə yaşamadığını qeyd etmişdir) iddiaçının həmin evdə müəyyən müddət yaşadığını iddiaçı da etiraf edir. Eyni zamanda, məbləğ fərqi ilə hər iki tərəf bu evin əldə edilməsi üçün pul ödədiklərini qeyd edir. Belə ki, iddiaçı 40.000 manat məbləğində pulun verildiyini söyləyir və bu halın təsdiq edilməsi üçün evin əvvəlki sahibi olan X3 şahid qismində məhkəmə iclasına dəvət edilməsini təklif edir. Cavabdeh evin 22.000 manat məbləğində pula alındığını, sonradan isə 2022-ci ildə 32.000 manat pula satıldığını vurğulayır. Lakin nə 22.000 manat pula alındığını, nədə ki, 32.000 manat pula satıldığını, habelə bu məqsədlər üçün atası tərəfindən ona 7.000 manat pulun verilməsini təsdiq edən hər hansı sübut təqdim edə bilmir.
10. Bu səbəbdən məhkəmə iddiaçının mövqeyini əsas götürüb belə qənaətə gəlmişdir ki, qeyd edilən fərdi yaşayış evi 2014-cü ilin oktyabr ayında məhz 40.000 manat məbləğində pula alınmışdır. Həmin dövrdən sonrakı dövrdə də özbaşına tikinti olsa da, belə tikintilərin dəyərinin aşağı düşməsi müşahidə olunmur. Əksinə, onun dəyəri artmışdır ki, azalmamışdır. Bu tikintinin dəyərinin fərdi qaydada, yəni hər hansı səbəbdən aşağı düşməsi barədə də cavabdeh tərəfindən hər hansı sübut təqdim edilmir. Hər bir halda, cavabdeh hər hansı maraqdan irəli gələrək qeyd edilən tikintini real dəyərindən ucuz qiymətə satmışdırsa, nəticədə iddiaçıya payına uyğun verilməli olan məbləği əsassız olaraq azaltmışdır ki, bunun da əvəzini (fərqini) iddiaçıya ödəməlidir.
11. Məhkəmə həmçinin qeyd etmişdir ki, cavabdeh xx.xx.2014-cü il tarixdə ona məxsus olmaqla İsmayıllı rayonu, Cülyan kəndində yerləşən ümumi sahəsi 0,12 ha olan torpaq sahəsini 5.000 manat pula X1. Cavabdeh bu əmlakı reallıqda 15.000 manat pula satılmasını bildirsə də, bu halı təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edə bilmir. Bu səbəbdən məhkəmə əmlakın məhz 5.000 manat pula satılmasını qəbul edir. Həmin əmlakın satılması və qeyd edilən tikintinin alınması tarixləri belə qənaətə gəlməyə imkan verir ki, qeyd edilən 5.000 manat məhz həmin tikintinin alınmasında istifadə edilmişdir. Başqa sözlə, tikintinin alınması üçün sərf edilmiş 40.000 manat pulun 5.000 manat hissəsi tərəflərin birgə nikah dövründə əldə etdikləri birgə gəlir deyil, cavabdehin nikahdan əvvəl mülkiyyətində olmuş və bu tikintinin alınmasından təxminən bir ay əvvəl əmlakın satılmasından əldə edilmiş pul vəsaitidir.
12. Məhkəmə aparılmış araşdırmanın nəticələrini, habelə sərbəst daxili inamını rəhbər tutub belə qənaətə gəlmişdir ki, özbaşına tikinti olmaqla Bakı şəhəri, Binəqədi qəsəbəsi, Mədən 3, korpus 112 ünvanında yerləşən 5 saylı fərdi yaşayış evi iddiaçı ilə cavabdehin birgə nikahda olan dövrdə alınmış, həmin evin alınması üçün ödənilmiş 40.000 manat pulun 35.000 manat hissəsi onların birgə gəlirləri hesabına əldə edilmişdir. Bununla belə, iddiaçının bu tikintiyə münasibətdə mülkiyyət hüququnun əldə edilməsi üçün hüquqi gözləntisi, satıldığı təqdirdə isə əldə edilmiş pul vəsaitindən pay almaq hüququ yaranmışdır. Həmin tikinti də artıq satıldığından onun dəyərinin 35.000 manat hissəsinin ½ hissəsinə hüquqi nəticə etibarı ilə iddiaçının pay hüququ yaranmış olur. Lakin iddiaçı bu məbləği ona ödəməməklə, onu payından məhrum etmişdir. Bu da öz növbəsində iddiaçının tikintinin dəyərindən ½ hissədə (iddiaçı öz tələbində Ailə Məcəlləsinin 37.2-ci maddəsinə istinad etmir və məhz dəyərin yarısını tələb edir) pay tələb etmək hüququnu yaradır.
13. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasnın 125-ci maddəsinin 7-ci bölməsinə, Mülki Məcəlləsinin 5.3, 11.1, 157.2, 180.1,180.2, 213.2, 225.1ci maddələrinə, Ailə Məcəlləsinin 32.1, 32.2.2, 32.3, 36.3, 37.1-ci maddələrinə, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
14. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək onun qismən, yəni iddianın təmin edilən hissədə ləğv edilməsini və iddia tələbinin tamamilə rədd edilməsi barədə yeni qətnamənin qəbul edilməsini xahiş etmişdir.
15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Binəqədi qəsəbəsi, Mədən 3, korpus 112 ünvanında yerləşən 5 saylı fərdi yaşayış evi zaman etibarilə iddiaçı ilə nikahları müddətində əldə olunsa da, lakin ümumi gəlirləri hesabına əldə edilməmişdir. Bu da onu ifadə edir ki, Bakı şəhəri, Binəqədi qəsəbəsi, Mədən 3, korpus 112 ünvanında yerləşən 5 saylı fərdi yaşayış evi birgə nikah dövründə əldə edilmiş əmlak kütləsinə aid edilə bilməz. Odur ki, iddiaçı həmin evə görə ona qarşı hər hansı tələb irəli sürməkdə haqlı deyil. Belə ki iddiaçı, öz ərizəsində mübahisəli evin 40.000 manata alınmasını göstərsə də, bu faktı təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə, qətnamə qəbul edərkən iddiaçının bu barədə təqdim etməli olduğu subutlardan istifadə etməli olduğu halda, özünün subyektiv mülahizəsinə əsaslanmış və belə nəticəyə gəlmişdir ki, mübahisəli ev 35.000 manata alınmışdır. Halbuki, işin faktiki halları, iddiaçının izahatı və müvafiq məhkəmə qətnamələri ilə tam təsdiq olunur ki, ailə qurduqları vaxt maddi imkansızlıq ucbatından bir neçə dəfə yaşayış yerlərini dəyişmişlər və kirayə götürdükləri evlərdə yaşamışlar. Yəni, İsmayıllı rayonunda yerləşən və cavabdehin mülkiyyətində olmuş torpaq sahəsini 5.000 manata satıb üstünə 35.000 manat pul qoyub 40.000 manata ev almağı məntiqsizdir və inandırıcı deyil. Beləliklə, birinci instansiya məhkəməsi mübahisəni mötəbər sübutlar əsasında deyil, yalnız iddiaçının izahatına istinadən həll etmişdir. Məhkəmə tərəflər arasında olan mübahisəni düzgün həll etmək üçün mübahisəli evin dəyərinin müəyyən edilməsi üçün müvafiq ekspertiza təyin edə bilərdi. Buna baxmayaraq, məhkəmə ekspertiza təyin etməkdən yayınmışdır. Bundan əlavə nəzərə almaq lazımdır ki, mübahisəli ev özbaşına tikili olduğu üçün həmin əmlak özü-özlüyündə alğı-satqının predmeti ola bilməz. Buna baxmayaraq, həmin daşınmaz əmlakın əldə edilməsi üçün maddi vəsait sərf olunduğuna görə, əmlakın əldə edilməsinə sərf olunan pul məbləğinə tərəflərin payı müəyyən edilə bilər (əgər, əmlak tərəflərin birgə gəliri hesabına əldə olunubsa). Lakin mübahisəli evin iddiaçı ilə nikah müddətində əldə olunan ümumi gəlirlər hesabına əldə edilmədiyini əsas götürsək, ümumiyyətlə, iddiaçının evin əldə olunmasına sərf olunmuş pul vəsaitinə hər hansı hüququ yaranmamışdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
17. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi və vəkili apellyasiya şikayətini müdafiə edərək orada göstərilənlərə uyğun izahat verdi və şikayətinin təmin edilməsini məhkəmədən xahiş etdi.
18. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə iddiaçıya rəsmi qaydada məlumat verilmiş, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
19. Azərbaycan Respublikasının Ailə Məcəlləsi Maddə 32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Maddə 32.2.2. Ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və ya sair kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak ər-arvadın ümumi birgə mülkiyyətinə daxildir. Maddə 32.3. Nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzürlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir. Maddə 36.3. Mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir; Maddə 37.1. Ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir.
20. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir.
21. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 104.6. Şahidin çağırılması barədə vəsatət qaldıran şəxs şahidin soyadını, adını, atasının adını və yaşadığı yeri göstərməyə borcludur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardır.
Apellyasiya baxışının hədləri
22. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
23. Apellyasiya şikayətində qətnamə cavabdeh tərəfindən iddianın təmin olunan hissəsində mübahisələndirildiyindən, qətnamənin əsaslığı yalnız həmin hissədə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
24. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsi və vəkilini dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən - iddianın təmin edilən hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilərək iddia tələbi qismən təmin edilməlidir.
25. Belə ki, işin mübahisəsiz halı ondan ibarətdir ki, Bakı şəhəri, Binəqədi qəsəbəsi, Mədən 3, korpus 112 ünvanında yerləşən 5 saylı fərdi yaşayış evi birgə nikah dövründə əldə edilmişdir.
26. İşin mübahisəli halı isə həmin fərdi yaşayış evinin nikah dövründə tərəflərin ərarvad olaraq ümumi gəlirləri hesabına əldə olunması və ona ödənilmiş vəsaitin məbləğidir.
27. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsi mövqeyi ilə razılaşır ki, fərdi yaşayış evinin alınması üçün sərf edilmiş pulun 5.000 manat hissəsi tərəflərin birgə nikah dövründə əldə etdikləri birgə gəlir deyil, cavabdehin nikahdan əvvəl mülkiyyətində olmuş və bu tikintinin alınmasından təxminən bir ay əvvəl əmlakın satılmasından əldə edilmiş pul vəsaitidir. Eyni zamanda, iddiaçının bu tikintiyə münasibətdə mülkiyyət hüququnun əldə edilməsi üçün hüquqi gözləntisi, satıldığı təqdirdə isə əldə edilmiş pul vəsaitindən pay almaq hüququ yaranmışdır.
28. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh xx.xx.2014-cü il tarixdə ona məxsus torpaq sahəsini 5.000 manata deyil, əslində 15.000 manat pula satılmasını, həmçinin evin alınması üçün atası tərəfindən ona 7.000 manat pulun verilməsini təsdiq edən hər hansı sübutları məhkəməyə təqdim edə bilməmişdir.
29. Bununla belə, iddiaçı evin məhz 40.000 manata alınmasını təsdiq edən sübutları da məhkəməyə təqdim edə bilməmişdir. İddiaçı evin əvvəlki sahibinin şahid qismində məhkəməyə dəvət edəcəyini bildirsə də, şahidin çağırılması barədə vəsatətində mülkiprosessual qanunvericiliyin tələblərinə uyğun olaraq şahid barəsində məlumat vermədiyinə görə vəsatəti təmin edilməmişdir.
30. Halbuki, mülki-prosessual qanunvericiliyin tələblərinə əsasən ilk olaraq iddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
31. Lakin birinci instansiya məhkəməsi mülki-prosessual qanunvericiliyin sübutetmə yükü ilə bağlı müddəalarının tələblərini pozaraq evin dəyəri ilə bağlı iddiaçı tərəfindən bildirilən və heç bir sübuta əsaslanmayan məbləği – 40.000 manatı əsas götürərək, həmin məbləğdən 5.000 manatı çıxılmaqla qalan 35.000 manat hissəsinə iddiaçının ½ hissədə pay tələb etmək hüququnun yarandığı nəticəsinə gəlmişdir.
32. Halbuki, cavabdehin bildirdiklərinə görə həmin ev onun tərəfindən 32.000 manata başqa şəxsə satılmışdır.
33. Məhkəmə kollegiyası hesab edir ki, başqa sübutlar olmadığı təqdirdə birinci instansiya məhkəməsi tərəfindən cavabdehin bildirdiyi məbləğ əsas götürülməklə hazırki mübahisə həll edilməli idi.
34. Məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, həmin ev cavabdeh tərəfindən satıldığına görə onun dəyərinin müəyyən edilməsi ilə bağlı hazırda müvafiq ekspertizanın keçirilməsi mümkün deyil.
35. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, evin alınmasına sərf edilən məbləğ 32.000 manat götürülməklə həmin məbləğdən 5.000 manatı çıxılmalı, qalan 27.000 manat məbləğin ½ hissəsi, yəni 13.500 manat pul Cavabdeh alınaraq İddiaçı verilməlidir.
36. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.2, 392, 393, 402.1, 405 və 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(001)-3525/22 nömrəli qətnaməsi mübahisələndirilən hissədə ləğv edilsin, həmin hissədə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair iddiası qismən təmin edilsin. Birgə nikah dövründə Bakı şəhəri, Binəqədi qəsəbəsi, Mədən 3, korpus 112 ünvanında yerləşən 5 saylı fərdi yaşayış evinin əldə edilməsinə sərf edilmiş və birgə gəlir təşkil edən 27.000 (iyirmi yeddi min) manat pulun ½ hissəsi, yəni 13.500 (on üç min beş yüz) manat məbləğində vəsait Cavabdeh alınaraq İddiaçı verilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği cavabdehin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində cavabdeh tərəfindən Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron kabinet vasitəsi ilə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.