Məhkəmə qərarları › İş №2(103)-4020/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4020/2022

11.05.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4020/2022 11.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “alimentin tutulması” tələbi barədə iddia ərizəsinə dair işə baxılmasının ərazi aidiyyətinin mübahisələndirilməsi ilə bağlı ünvan 222-ci il tarixli qərardadına əsasən işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi və iddia tələbinin həcminin artırılması barədə ərizə ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək cavabdehlə birgə nikahlarından olan 13 avqust 2020-ci il təvəllüdlü X3 və 20 noyabr 2021-ci il təvəllüdlü X4 adlı uşaqlarının yetkinlik yaşa çatanadək saxlanması üçün hər ay hər uşağa görə 193 manat olmaqla ümumilikdə 386 manat sabit pul məbləğində alimentin və uşaqlar 3 yaşa çatanadək əlavə xərclər üçün hər ay hər biri üçün 100 manat cəmi 586 manat alimentin, habelə, alimentin və mediasiya sessiyasında iştirakla bağlı ödədiyi 50 manat rüsumun onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 08 fevral 2022-ci il tarixli, 2(008)-799/2022 saylı qərardadına əsasən, mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Qərardad onunla əsaslandırılmışdır ki, iddiaçı azyaşlı uşaqları ilə birlikdə hazırda ünvan 1 ünvanında yaşayır. ünvan 222-ci il tarixli qərardadı ilə ərazi aidiyyətinin müəyyənləşdirilməsi üçün iş Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən Qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 36.3-cü maddəsinə əsasən, alimentin alınması və atalığın müəyyən edilməsi haqqında iddialar iddiaçı tərəfindən özünün yaşadığı yerə görə də verilə bilər. İş materiallarında olan Sabunçu rayon Kürdəxanı qəsəbəsi Mənzil-Kommunal İstismar Sahəsi tərəfindən verilmiş 04 fevral 2022-ci il tarixli, 167 saylı arayışdan görünür ki, İddiaçı Kürdəxanı 810 YYK-da ev 10, mənzil 5-də qeydiyyatdadır. İş materiallarından görünür ki, iddiaçı öz yaşayış ünvanını “ünvan 3 Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən iddia ərizəsi icraata qəbul edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən aidiyyət qaydalarına riayət edilməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş, sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir. Həmin Məcəllənin 44.2.2-ci maddəsinin tələblərinə əsasən iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyat qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olunarsa məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Məhkəmə kollegiyası qeyd edir ki, mülki prosessual qanunvericiliyə əsasən iddiaçı ərazi aidiyyətini özü seçə bilməsi hüququndan istifadə etməklə iddia ərizəsini Bakı şəhəri Sabunçu rayon Məhkəməsinə vermiş, iddia ərizəsi həmin məhkəmə tərəfindən icraata qəbul edilmiş, həmçinin iş materiallarından görünür ki, Cavabdeh və İddiaçı Kürdəxanı 810 YYK-da ev 10, mənzil 5-də müvəqqəti qeydiyyatdadırlar. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, İddiaçı iddia ərizəsini Sabunçu Rayon Məhkəməsinə aidiyyat qaydalarına riayət etməklə vermiş və aidiyyat qaydalarını pozmamışdır. Bu səbəblə kollegiyanın qənaətinə görə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi MPM-in 44.2.2-ci maddəsinə istinadla işi baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərməkdə haqlı olmamışdır. Ona görə də, işə ərazi aidiyyəti qaydalarına uyğun olaraq Bakı şəhəri Sabunçu Rayon Məhkəməsində baxılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 45 və 400cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İddiaçı Cavabdeh qarşı “alimentin tutulması” tələbi barədə iddia ərizəsinə dair mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Rəşad Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar