Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4033/2023 07.08.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh oğluna qarşı işi üzrə QƏTNAMƏSİ Açar sözlər: (“pul”) hakimlər X2 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Həsənova Ləman Rasim qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)- 778/2023 saylı işi üzrə 27 fevral 2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı:
1. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən onun əvəzinə ödədiyi 7685.54 manat kredit borcu və 10.000 manat məbləğində dəymiş mənəvi ziyanın tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-778/2023 saylı işi üzrə 27 fevral 2023-cü il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi,Cavabdeh 7112.26 məbləğində pul vəsaitinin tutularaq iddiaçı X1 ödənilməsi, iş üzrə ödənilmiş dövlət rüsumunun 91.12 manat hissəsinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 470.1, 475.1, 475.2, 442; Mülki Prosessual Məcəllənin 191.1-ci maddələrinə; Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 oktyabr 2008-ci il tarixli 07 saylı Qərarına istinadən qeyd edilmişdir ki, iddiaçı cavabdehin əvəzinə zamin durduğu kredit müqaviləsi üzrə ödənişlər etdiyinə görə, cavabdehin həmin ödənişləri iddiaçıya qaytarmaq öhdəliyi yaranmışdır. Qaytarılmalı məbləğlə bağlı məhkəmə hesab edir ki, iddia tələbi cavabdehdən 7685.54 manat pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi hissəsində qismən əsaslıdır. İddiaçı tərəfin bank arayışından əlavə onun əlavə ödənişlər də etməsi və bununla bağlı qəbzləri məhkəməyə təqdim etməsinə münasibətdə məhkəmə qeyd edir ki, məhkəməyə təqdim edilmiş, xx.xx.2021-ci il tarixli ödəniş qəbzləri tarixinə görə bankın verdiyi arayışdan əvvəl tərtib edilmişdir. Deməli, qəbzlər üzrə ödənişlər bankın xx.xx.2021-ci il tarixli arayışında nəzərə alınmışdır, iddia tələbi cavabdehdən vurulmuş mənəvi ziyana görə 10.000 manat pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi hissəsində əsaslı deyildir. Mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Lakin hazırki işdə iddiaçı tərəfindən ona mənəvi zərərin vurulmasına səbəb olan hərəkətlərin cavabdeh tərəfindən edilməsini təsdiq edən sübutlar məhkəməyə təqdim olunmamışdır. İddianın birinci hissəsinin qismən təmin edilməsi isə, özü-özlüyündə mənəvi ziyan tələbinin də təmin edilməsi üçün əsas yaratmır. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1 -ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş dövlət rüsumunun 91.12 manat hissəsi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
3. İşin icraatı zamanı müəyyən edilmişdir ki: - Xətai Rayon Məhkəməsinin 2(011)-8339/2017 saylı, 30 oktyabr 2017-ci il tarixli qətnaməsinə əsasən cavabdehlər Cavabdeh və İddiaçı müştərək qaydada 6436,7 manat əsas, 471,11 manat faiz, cəmi 6907.81 manat və ödənilmiş 20 manat dövlət rüsumunun tutularaq "Kapital Bank” ASC-nin xeyrinə ödənilməsi və cavabdehlərdən 10 manat dövlət rüsumunun tutularaq dövlət büdcəsinə köçürülməsi qət edilmişdir; - xx.xx.2023-cü il tarixli "Ödəniş kartı üzrə Çıxarış”a əsasən Cavabdeh ilə "Kapital Bank” ASC arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə zamin İddiaçı tərəfindən xx.xx.2016-cı il tarixdən xx.xx.2017-ci il tarixədək olan müddət ərzində kredit borcu üzrə 1820.12 manat məbləğində ödəniş edilmişdir; - xx.xx.2021-ci il tarixli, 135000/4580 nömrəli arayışa əsasən Cavabdeh ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə zamin İddiaçı tərəfindən 5292.14 manat məbləğində ödəniş edilmiş və xx.xx.2021-ci il tarixə kredit borcu bağlanmış və və onun hazırda həmin kredit üzrə heç bir öhdəliyi yoxdur (iş səh.5-12). Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:
4. İddiaçı apellyasiya şikayəti verərək, apellyasiya şikayətinin təmin edilməsini, Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cüil tarixli, 2(010)-778/2023 nömrəli Qətnaməsinin “iddia qalan hissədə təmin edilməsin" hissəsində ləğv edilməsini, 7685.54 manat kredit borcu və 10.000 manat məbləğində dəymiş mənəvi ziyanın Cavabdeh tutularaq ona ödənilməsi barədə yeni qətnamə çıxarılmasını, iddia ərizəsi üçün ödədiyi 144 manat, apellyasiya şikayəti üçün ödədiyi 72 manat dövlət rüsumlarının da cavabdehdən tam şəkildə tutularaq ona ödənilməsini xahiş etmişdir. Apellyasiya şikayətində Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 88, 217, 218.1; Mülki Məcəllənin 475-ci maddələrinə istinadən qeyd edilmişdir ki, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən onun əvəzinə ödədiyi 7685.54 manat kredit borcu və 10000 manat məbləğində dəymiş mənəvi ziyanın tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh "xxxx" ASC-ilə xx.xx.2015-ci il tarixli kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən 48 ay müddətinə Cavabdeh illik 28 faiz olmaqla 7685,54 manat məbləğində kredit verilmişdir. “Kapital Bank" ASC-ilə onun arasında xx.xx.2015-ci il tarixli zaminlik müqaviləsi bağlanılmışdır. “Kapital Bank" ASC Cavabdeh ilə onu məhkəməyə verərək, onlardan müştərək qaydada 6436, 7 manat əsas məbləğdən, 471,11 manat faiz, cəmi 6907.81 manat məbləğində pulun və 20 manat dövlət rüsumunun tutulmasını tələb etmişdir. Xətai Rayon Məhkəməsinin 2(011)-8339/2017 saylı, 30 oktyabr 2017-ci il tarixli qətnaməsi ilə Cavabdeh və ondan müştərək qaydada 6436, 7 manat əsas, 471,11 manat faiz və ödənilmiş 20 manat dövlət rüsumu tutulması qət edilmişdir. Onu da qeyd edir ki, qətnamə qanuni qüvvəsini aldıqdan sonra borc tutularaq onun əmək haqqı kartından çıxılırdı. Ona görə də, o, məcbur olub ödənilməmiş pulun hamısını, yəni, 5292,14 “Kapital Bank"ASC-yə ödəyərək bütün borcu bağlamışdır. Bu səbəbdən də, cavabdeh tərəfindən ödənilməmiş kredit borcunu tamamilə o ödədiyi üçün 7685,54 manat məbləğində pulun cavabdehdən tutularaq ona ödənilməsi tələbi ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmənin xx.xx.2023-cü il tarixli iclasında Cavabdeh iddia tələbini qismən qəbul edərək bildirdi ki, iddiaçı tərəfindən məhz 5292,14 manat ödəniş edilib və tələblə bu hissədə razıdır. Suraxanı Rayon Məhkəməsi heç bir qanuni əsası olmayan bu mövqeyi ilə Mülki Məcəllənin 1.1, 1.2, 16.1 və 475-ci maddəsinin tələblərini qismən pozmuşdur. Əvvəlcə qeyd edir ki, Mülki Məcəllənin 475.1-ci maddəsinə görə öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Onun məhkəməyə təqdim etdiyi kassa mədaxil orderləri və çeklərindəki rəqəmləri topladıqda cavabdehin öhdəliyinə görə Banka ödədiyi borcun məbləği 7685.54 manat müəyyən edilir. Məhkəmənin Bankdan təqdim edilən və hesabdan çıxarışlardan müəyyən etdiyi 7112.26 manat ödənişin oldunduğu qənaətinə gəlməsi arada 573 manat etdiyi ödənişin aqibətinin nə olması ilə məsələni açıq qoyur. Belə ki, əlindəki sənədlərlə bank tərəfindən təqdim edilən sənədlər arasında riyazi uyğunsuzluq yaradırsa məhkəmə bununla bağlı rahat şəkildə “Məhkəmə mühasibatlıq ekspertizası" təyin edə, həqiqətin müəyyən edilməsi istiqamətində qeyd etdiyi prosessual hüquqdan istifadə edə bilərdi. Lakin məhkəmə bu hissədə net qərara gələrək, hesablamaları özü aparmış və nəticədə ödədiyi 573 manatın ödənişsiz qalmasına özünün qətnaməsi ilə hüquqi qiymət vermişdir. Məcəllənin 16.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Yuxarıda qeyd olunan normaların təhlilindən açıq-aşkar aydın olur ki, ciddi mühasibat sənədləri hesab edilən orderlər, çeklər əlində ola-ola ödədiyi 573 manat vəsaitin sayılmaması qəbul edilən deyildir. Suraxanı Rayon Məhkəməsinin müvafiq qətnaməsi əksini göstərən sübutun olduğuna baxmayaraq, iddiaçının sübut etmədiyi (yəni mövcud olmayan və əsası göstərilməyən) tələbinə əsaslanaraq, hətta hüquq münasibətlərində qeyri-müəyyənlik yaradaraq qanunsuz və əsassız olmuş, nəticədə Mülki Prosessual Məcəllənin 77.1-ci və 217-ci maddələrinin tələbləri pozulmuşdur. Apellyasiya icraatında müəyyən edilən hallar və məhkəmə prosesi iştirakçılarının izahatları:
5. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görülməsi nəticə vermədiyindən tərəflərin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri:
6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosesual Məcəllənin 372-ci maddəsinə və əsasən: maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apelyasiya instansiyası məhkəməsinin mövqeyi:
7. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 475-ci maddəsinə əsasən: 475.1. Öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. 475.2. Zamin öhdəliyi icra etdikdən sonra kreditor borcluya qarşı tələbi təsdiqləyən sənədləri zaminə təqdim etməyə və həmin tələbi təmin edən hüquqları verməyə borcludur. 475.3. Bu maddədə müəyyənləşdirilmiş qaydalar bu Məcəllədə və ya zaminin borclu ilə müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda və onlar arasında münasibətlərdən ayrı qayda irəli gəlmədikdə tətbiq edilir.
8. Mülki Prosesual Məcəllənin 77.1: Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
9. Birinci instansiya məhkəməsinin qətnaməsinin Mülki Məcəllənin 324, 385.1, 425.1, 427, 470- 477, 560,739, 741, 743, 744; Mülki Prosesual Məcəllənin 14, 76, 77, 80-82, 106.2, 119, 217.4, 385-390-cı maddələrinə, kredit müqaviləsi (öhdəlikləri) üzrə mülki hüquq münasibətlərə dair qeyd edilməlidir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri, qanunla müəyyən olunmuş qaydada əldə edilən, habelə işdə tərəflərin öz tələb və etirazlarını müəyyən edən (sübuta yetirən) faktlarla və hallarla əlaqədar(məhkəmə iclasında tədqiq olunmuş) sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. Digər tərəf sübutları özündə saxlayıb məhkəmənin tələbi ilə təqdim etmədikdə, məhkəmə tərəflərin bildirdiyi məlumatlar əsasında iş üçün əhəmiyyətli olan halları müəyyən olunmuş hesab edə bilər. Mübahisə edilən hissədə apellyasiya şikayətin dəlilləri əsassız olduğundan qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, apellyasiya şikayətinin dəlillərini sübuta yetirən və ya ona dəlalət edən sübutlar habelə hər hansı ekspertizaının təyin edilməsi üçün əsaslar müəyyən edilmir.
10. Diqqətə çatdırılmalıdır ki, öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Lakin bununla bağlı, Zamin öhdəliyi icra etdikdən sonra kreditor borcluya qarşı tələbi təsdiqləyən sənədləri zaminə təqdim etməyə və həmin tələbi təmin edən hüquqları verməyə borcludur. Belə bir hüquqların verilməsi müəyyən edilməsə də, cavabdehin qətnamədən şikayət verməməsi prosessual hədlər çərçivəsində qanunvericiliyin bu tələblərinin müzakirəsini yolverilməz edir. Bununla belə, təmin edilməmiş hissədə borca aid, habelə mənəvi zərərə aid tələblərə müsbət qənaətin formalaşmasına qanuni və sübutedici əsaslar yaratmır. 11.Kollegiya hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan və təmin edilmədiyindən onun verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu (məhkəmə xərci) onları ödəyən şəxslərə aid edilməlidir.
12. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)- 778/2023 saylı işi üzrə 27 fevral 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.