Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4066/2021 23.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər İbayev Vəfaddin Ələm oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi Orucova Məryəm Faiq qızının katibliyi ilə, İddiaçı X3 cavabdehlər "xxxx" Sığorta Şirkəti ASC və X5 qarşı (X4 üçüncü şəxs qismində göstərilməklə) "dəymiş maddi zərərin əvəzinin ödənilməsi" tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 05.02.2020-ci il tarixli, 2(009)- 124/2020 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdehlər "xxxx" ASC-yə və Cavabdeh2 (X4 3-cü şəxs qismində göstərilməklə) qarşı «dəymiş maddi zərərin əvəzinin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən ona vurulan maddi ziyanın əvəzi kimi 10486 manat, vəkilə hüquqi yardım üçün ödəniləcək məbləğ kimi 2000 manat və 30 manat dövlət rüsumunun əvəzi olmaqla, cəmi 12.516 manat pul vəsaitinin cavabdehlərdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 30.07.2018-ci il tarixdə Cavabdeh2 idarə etdiyi “Mitsubishi Pajero” markalı, **-VC-*** dövlət qeydiyyat nişanlı avtomaşınla Sabunçu qəsəbəsi, H.Əliyev prospekti ilə aeroport tərəfdən Sabunçu körpüsü istiqamətində hərəkət edərkən Komsomol körpüsünün üstündə düzgün ara məsafəsi saxlamadığından sıxlıq olduğu üçün qarşıda onunla eyni istiqamətdə hərəkət edən “Volkswagen” markalı **-UU- *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş, zərbədən həmin avtomobil də “Mercedes” markalı **-UF-*** dövlət qeydiyyat nişanlı və İddiaçı idarə etdiyi “Chevrolet Cruze” markalı **-XS-*** dövlət qeydiyyat nişanlı avtomaşınlara çırpılmış, zərbədən sonuncu 2 avtomaşın aşmış və həmin vaxt qarşılarında dayanmış vəziyyətdə olan X1 idarə etdiyi “Volvo” markalı **-TU-*** dövlət qeydiyyat nişanlı və “BMW” markalı **-HZ-*** dövlət qeydiyyat nişanlı avtomaşınlara dəyərək həmin avtomaşınları da zədələmişdir. Baş vermiş bu hadisə Sabunçu RPİ-nin TŞ tərəfindən araşdırılmış və cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar çıxarılmışdır. Həmin qərara əsasən zərərvuran və səbəbkar Cavabdeh2 göstərilmişdir. Cavabdeh2 idarə etdiyi avtomobilin icbari sığortası olduğundan ona dəymiş zərərin 1314 manat hissəsi Atəşgah Sığorta Şirkəti ASC tərəfindən ödənilmişdir. Qalan məbləğ isə ödənilməmiş qalmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 28 avqust 2018-ci il tarixli 2(011)-5526/2018 saylı qətnaməsi ilə İddiaçı cavabdehlər "xxxx" ASC-yə və Cavabdeh2 (X4 3-cü şəxs qismində göstərilməklə) qarşı «dəymiş maddi zərərin əvəzinin ödənilməsi» tələbi qismən təmin edilmiş, Cavabdeh2 9686 manat zərər məbləğinin və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun 15 manat hissəsi tutularaq İddiaçı ödənilməsi və 07.01.2020-ci il tarixli 29354№-li məhkəmə ekspertizasının xərcini təşkil edən 120 manat məbləğində vəsaitin 60 manat hissəsi İddiaçı, 60 manat hissəsi isə Cavabdeh2 tutularaq ƏN Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********; AZ34CTRE********************, X2, KOD 210005; VÖEN **********; müxbir hesab Az41NABZ013601**********03944, S.W.İ.F.T. BİK: CTREAZ 22) köçürülməsi qət edilmişdir, İddia tələbi qalan hissədə təmin edilməmişdir. Qətnamədən narazı qalan Cavabdeh2 apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə qanunsuz və əsassız olduğundan ləğv edilməlidir. Qətnamə çıxarılarkən işin halları tam araşdırlmamış, maddi hüquq normaları düzgün tətbiq edilməmişdir. O, borcla razı deyildir. Belə ki, iddiaçının tələb etdiyi borc məbləği şişirdilmişdir. Tələb olunan məbləğ həddindən artıq çox göstərildiyindən iddia tələbi qismən təmin edilməlidir. Ona görə də, Səbail Rayon Məhkəməsinin 2(009)-124/2020 saylı 05 fevral 2020-ci il tarixli qətnaməsinin ləğv edilərək, iddianın qismən təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərərflər məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə gəlməyən tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara qiymət verərək hesab edir ki, Cavabdeh2 apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi, işə işdə olan və əlavə təqdim olunan sübutlar əsasında mahiyyət üzrə baxır. Həmin Məcəllənin 372.6 maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəlləsinin 372.7 maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan 055928 nömrəli sığorta aktının surətindən görünür ki, İddiaçı yol-nəqliyyat hadisəsi nəticəsində dəymiş zərərin məbləği 11.800 manat hesablanmış və sığorta ödənişinin 1314 manat təşkil etdiyi qeyd olunmuşdur. İş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi barədə 13.08.2018-ci il tarixli qərarın surətindən görünür ki, sözügedən yol-nəqliyyat hadisəsinin baş verməsində Cavabdeh2 təqsirli bilinmişdir. İş materiallarında olan 1078 nömrəli ekspert rəyinin surətindən görünür ki, İddiaçı burun nahiyəsinin və sol diz oynağının əzilmiş yaraları müəyyən edilmiş və aldığı xəsarətin ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül zərərvurmaya aid olduğu müəyyənləşmişdir. İş materiallarında olan 02.10.2018-ci il tarixli 10490 saylı ödəniş tapşırığına əlavədən görünür ki, İddiaçı hesabına "xxxx" ASC tərəfindən 1314 manat vəsait köçürülmüşdür. İş materiallarında olan məhkəmə əmtəəşünaslıq ekspertizasının 07 yanvar 2020-ci il tarixli rəyi ilə müəyyən edilmişdir ki, 2013-cü il buraxılışlı «Chevrolet Cruse» markalı **- XS-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi nəzərə alınmaqla təxminən 11000,00 manat təşkil edir. İş üzrə apellyasiya baxışı zamanı təyin edilərək keçirilmiş məhkəmə əmtəəşünaslıq ekspertizasının 26 iyul 2021-ci il tarixli rəyi ilə müəyyən edilmişdir ki, 2013-cü il buraxılışlı «Chevrolet Cruse» markalı **-XS-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi nəzərə alınmaqla təxminən 10635,00 manat təşkil edir. Beləliklə, işin mübahisəsiz halları ilə müəyyən edilir ki, 30.07.2018-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində iddiaçıya məxsus olan avtomobilə zərər dəymiş və həmin zərərin vurulmasında Cavabdeh2 təqsirli olmuşdur. İddiaçı ona vurulmuş zərərin əvəzini həm Cavabdeh2, həm də Atəşgah SŞ ASC-dən tələb etmişdir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 20.4-cü maddəsinə əsasən mülki məsuliyyətin sığortasında sığorta olunanın bir sığorta hadisəsi nəticəsində iki və ya daha artıq üçüncü şəxsin əmlakına vurduğu zərərə görə məsuliyyətinin məbləği müvafiq sığorta məbləğini aşarsa, sığorta ödənişi üçüncü şəxslərə həmin sığorta məbləğinin hər bir üçüncü şəxsə dəymiş zərərə mütənasib olan həcmdə verilir. Göründüyü kimi, "xxxx" ASC tərəfindən hadisə nəticəsində zərər görmüş avtomobillərin hər birinə dəymiş zərəri qanunun tələbinə uyğun olaraq zərərə mütənasib həcmdə, o cümlədən iddiaçıya 1317 manat verilmiş, iddiaçıya dəymiş zərərin qalan hissəsi isə ödənilməmiş qalmışdır. Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və yazərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Mülki Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. İşin müəyyən edilmiş hallarından və qanunvericiliyin yuxarıda sadalanan normalarından müəyyən edilir ki, Cavabdeh2 İddiaçı vurmuş olduğu zərərə görə mülkihüquqi məsuliyyət daşıyır. Qeyd edilən zərərin məbləği isə sığorta şirkəti tərəfindən ödənilmiş sığorta məbləği çıxıldıqdan sonra ekspert rəyinə əsasən 9686 manat müəyyən edilmişdir. Ona görə də, qeyd edilən məbləğ Cavabdeh2 tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə keçirilmiş əlavə məhkəmə əmtəəşünaslıq ekspertizasının rəyi ilə köhnəlmə faizi nəzərə alınmaqla avtomobilə dəymiş zərərin məbləği 10635,00 manat müəyyən edilsə də, bu məbləğ rəyin özündə də qeyd edildiyi kimi, təxmini hesablama yolu ilə müəyyən edildiyindən və əvvəlki ekspert rəyi ilə müəyyən edilmiş 11000,00 manat ziyan məbləğindən əhəmiyyətlə dərəcədə fərqlənmədiyindən, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş zərər məbləğini işin hallarına uyğun hesab edir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası iş üzrə birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticəni əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinın 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinın 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinın 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini təhlil edərək onları əsassız hesab edir və qtyd edir ki, onlar formal mülahizələrə əsaslanmaqla məhkəmə qətnaməsinin ləğv olunması üçün əsas deyildir. Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 05.02.2020-ci il tarixli, 2(009)- 124/2020saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu onu ödəmiş şəxsin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-4066/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4066/2021
23.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver