Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4095/2024 15.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə, Cavabdeh2 PHŞ-nə, Binəqədi rayonu Xocəsən Sağlamlıq Mərkəzinə və Qaradağ rayonu 13 saylı şəhər poliklinikasına qarşı iddia tələblərinə dair iş üzrə (Açar sözlər: əmək vəzifələrinin pozulması hesab edilən hallar, əmrin ləğv edilməsi, işə bərpa, məcburi iş buraxma dövrü üçün əmək haqqının, maddi və mənəvi ziyanın əvəzinin ödənilməsi, iddia müddəti, preyudisiya) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, Qasımov Ramil Rəşid oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə, Cavabdeh2 PHŞ-nə, Binəqədi rayonu Xocəsən Sağlamlıq Mərkəzinə və Qaradağ rayonu 13 saylı şəhər poliklinikasına qarşı (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin Bakı şəhər İdarəsi mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “əmək müqaviləsinin bağlanması, buraxılan əmək haqqının hesablanaraq ödənilməsi, əmək müqaviləsinə xitam verilməsinə dair əmrin etibarsız hesab edilməsi və dəymiş ziyanın ödənilməsi” tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 19 mart 2*24-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları
1. Binəqədi rayon Xocasən Sağlamlıq Mərkəzinin baş həkiminin 29.12.2*12-ci il tarixli əmri əsasında həmin Mərkəzin nəzdində olan 28 May qəsəbəsindəki həkim məntəqəsində analıq məzuniyyəti yerinə 1,* ştat vahidi sahə terapevti vəzifəsində işləyən İddiaçı 29.12.2*12-ci il tarixindən daimi olaraq 1,* ştat vahidi üzrə “28 May həkim məntəqəsi”ndə həkim terapevt vəzifəsinə keçirilmişdir.
2. Səhiyyə Nazirliyinin Xocasən Sağlamlıq Mərkəzinin Baş həkiminin 29.*2.2*16-cı il tarixli əmri əsasında, Xocasən Sağlamlıq Mərkəzinin nəzdində yerləşən “28 May həkim məntəqəsi”ndə 29.12.2*12-ci il tarixindən 1,* ştat vahidi üzrə sahə terapevti işləyən İddiaçı ilə müddətsiz əmək müqaviləsinin bağlanması əmr edilmişdir.
3. Binəqədi rayonu Xocasən Sağlamlıq Mərkəzinin “28 May tibb məntəqəsi” Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Bakı Baş Səhiyyə İdarəsinin *4.*4.2*18-ci il tarixli əmri ilə Qaradağ rayonu ərazisində yerləşən 13 nömrəli Şəhər Poliklinikasına verilmişdir.
4. Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən 12.*7.2*18-ci il tarixdə cinayət işinin başlanılması haqqında qərar qəbul olunmuş, buna əsas kimi Səhiyyə Nazirliyindən daxil olmuş materialda Xocasən Sağlamlıq Mərkəzinin sahə-terapevt həkimi İddiaçı tərəfindən əmək qabiliyyəti olmamaq barədə vərəqələrin saxtalaşdırıldığının bildirildiyi göstərililmişdir.
5. İddiaçı Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 23.*4.2*19-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 31*-cu və 313-cü maddələri ilə təqsirli bilinməklə qəti olaraq 2*** manat cərimə cəzasına məhkum olunmuş, hökm qüvvəyə minmiş, hökmlə ona əlavə cəza təyin edilməmişdir.
6. İddiaçı ilə bağlanmış xxxxxxx***2*1 nömrəli əmək müqaviləsinə Xocasən Sağlamlıq Mərkəzinin 29.*8.2*18-ci il tarixli 1*8-k saylı əmri əsasında Əmək Məcəlləsinin 7*-ci maddəsinin “ç” bəndinə əsasən 29.*8.2*18-ci il tarixdən xitam verilmişdir.
7. Azərbaycan Respublikası Prezidentinin 2*18-ci il 2* dekabr tarixli 418 nömrəli Fərmanı ilə Cavabdeh2 (TƏBİB) yaradılmış, həmin Fərmanda Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin strukturuna daxil olan Bakı şəhər Baş Səhiyyə İdarəsi, Gəncə şəhər Səhiyyə İdarəsi, Sumqayıt şəhər Səhiyyə şöbəsi, habelə tabeliyindəki dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisələrinin TƏBİB-in tabeliyinə verilməsi nəzərdə tutulmuşdur.
8. İddiaçı Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə, Binəqədi rayonu Xocəsən Sağlamlıq Mərkəzinə və Qaradağ rayonu 13 saylı şəhər poliklinikasına qarşı “əmrin ləğv edilməsi və işə bərpa olunması” tələbi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət etmiş, lakin iddia ərizəsinin geri qaytarılmasını xahiş etdiyindən məhkəmənin 14.*9.2*23-cü il tarixli qərardadı ilə ərizə baxılmamış saxlanılmışdır.
9. İddiaçı Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə və digərlərinə qarşı “əmrin ləğv edilməsi və işə bərpa olunması” tələbi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət etmiş, lakin iddia ərizəsinin geri qaytarılmasını xahiş etdiyindən məhkəmənin *8.*1.2*24-cü il tarixli qərardadı ilə ərizə baxılmamış saxlanılmışdır.
Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı
10. İddiaçı (iddiaçı) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə, Cavabdeh2 PHŞ-nə, Binəqədi rayonu Xocəsən Sağlamlıq Mərkəzinə və Qaradağ rayonu 13 saylı şəhər poliklinikasına (cavabdehlər) qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, 28 May həkim ambulatoriyasi fəaliyyət göstərməklə Qaradağ rayon 13 saylı şəhər poliklinikasına əmək müqaviləsinin bağlanılması, buraxılan bütün əmək haqlarının hesablanaraq Cavabdeh2 PHŞ tərəfindən ödənməsinin təmin edilməsi; Xocasən sağlamlıq mərkəzinin qanunsuz, əsassız, səlahiyyətsiz, müddəti keçmiş, əsaslandırılmamış intizam tənbehi maddəsi (7*-in “ç” bəndi) ilə verilən onun əmək müqaviləsinə aid olmayan başqa bir əmək müqaviləsi ilə olan (xxxxxxx***2*1) xitam əmrinin etibarsiz hesab edilməsi; cavabdehlər tərəfindən dəymiş mənəvi ziyana görə 3*** manatın, maddi ziyana görə 6*** manatın müştərək qaydada ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
11. Sonradan iddiaçı ərizə təqdim edərək, 28 May həkim ambulatoriyası fəaliyyət göstərməklə Qaradağ rayonu 13 saylı şəhər poliklinikasına əmək müqaviləsinin bağlanılması, buraxılan bütün əmək haqlarının hesablanaraq Cavabdeh2 PŞH tərəfindən ödənilməsinin təmin edilməsi; Xocasən sağlamlıq mərkəzinin qanunsuz, əsassız, səlahiyyətsiz, müddəti keçmiş, əsaslandırılmamış intizam tənbehi, Əmək Məcəlləsinin 186-cı maddəsi ilə verilən 7*-ci maddənin “ç” bəndi əsasında əmək müqaviləsinə aid olmayan başqa bir əmək müqaviləsi ilə olan (xxxxxxx***2*1) xitam əmrinin etibarsız hesab edilməsi; cavabdehlər tərəfindən vurulmuş mənəvi ziyana görə 3*** manatın, vurulmuş maddi ziyana görə 6*** manatın müştərək qaydada ödənilməsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
12. Sonradan iddiaçı məhkəməyə ərizələr təqdim etmiş, həmin ərizələrdə ərizələrin MPM-nin 53-cü maddəsinə əsasən verildiyi, iddia tələbinin həcminin artırılması xarakterli olduğu qeyd olunsa da, mahiyyət etibarilə iddiaçının iddia ərizəsində qeyd etdiklərinə əlavə izahatlar qeyd olunduğundan, ərizələr iş materiallarına xronoloji (daxil olma/təqdim edilmə tarixlərinə uyğun) ardıcıllıqla əlavə olunmuşdur.
13. İddiaçı iddia tələblərini belə əsaslandırmışdır ki, Azərbaycan Dövlət Tibb Universitetinin müalicə işi profilaktika fakültəsini bitirmiş, son olaraq Binəqədi rayonu 28 May həkim ambulatoriyasında 1 nömrəli protokol əsasında müsabiqədən keçmiş, daimi olaraq müddətsiz əmək müqaviləsi ilə işləmiş, sertifikasiya imtahanından keçmiş, 28 May həkim ambulatoriyasının 1.* ştat vakansiya vəzifə tutma ilə ilk, tək və son həkimi olaraq fəaliyyət göstərmişdir. Səhiyyə Nazirliyi Bakı Baş Səhiyyə İdarəsinin və həmin zamanda baş həkim olan Loğman Əliyevin ona təqdim etdiyi daimi əmrlər və Səhiyyə Nazirliyinin rəsmi təsdiq məktubları ilə 171 saylı əmri təsdiqləyən və 171 saylı əmrlə müddətsiz əmək müqaviləsinin tam təsdiqi əsaslanaraq, 2*16-cı il tarixdə 28 May həkim ambulatoriyasına aid 135 saylı daimi əmr 21 saylı cavabdehlik əmri verilmişdir. Səhiyyə Nazirliyi Bakı Baş Səhiyyə İdarəsinə həmin işlədiyi zamanda baş həkim vəzifəsində olan Loğman Əliyev tərəfindən 28 May həkim ambulatoriyasına 171 saylı əmrlə daimi müddətsiz sertifikasiya imtahanından və müsabiqədən keçmiş, 1 nömrəli protokol ilə 28 May həkim ambulatoriyasının artıq rəsmi və qanuni olaraq nazirlik səviyyəsində qəbul edilmiş, təsdiqlənmiş və bu halların hər biri əmək kitabçasında son olaraq işlədiyi fəaliyyət göstərdiyi müəssisə və əmrləri, yəni 171 saylı əmrinin qüvvədə olaraq təsdiqlənməsi əmək kitabçasında tam qanuni olaraq qeyd edilmişdir. Fəaliyyət göstərdiyi vaxtda qeyd etdiyi son olaraq 171 saylı əmrlə fəaliyyət göstərmişdir. Qeyd etdiyi 171 saylı əmrdən başqa və həmin əmri təsdiqləyən son olaraq 2*16-cı il məktubları və həmin məktublar əsasında 171 saylı əmri təsdiqləyən müddətsiz bağlanan 135 saylı əmək müqaviləsi olmuşdur. Həmçinin, əmək kitabçasında son olaraq qeyd olunan əmr 171 saylı 28 May həkim ambulatoriyasının daimi həkim terapevt vəzifəsində çalışdığı əmr olan 171 saylı əmr qeyd edilmiş və öz təsdiqini əsaslı qaydada tapmışdır. 2*16-cı ildə Səhiyyə Nazirliyinin rəsmi təsdiq məktubları, 2*16-cı ildə verilən 28 May həkim ambulatoriyasına aid 135 saylı əmr, 2*21-ci ildə verilən Bakı Baş Səhiyyə İdarəsinin Qaradağ rayon 13 saylı şəhər poliklinkasının həkimi olması barədə təsdiq məktubu, 2*16-cı ildə verilən 21 saylı 28 May həkim ambulatoriyasına aid cavabdehlik əmri və sadaladığı əmrlər və məktublar *4.*4.2*18-ci il əsasında Qaradağ rayon 13 saylı şəhər poliklinikasına verilməsi barədə 11 nömrəli əmr təsdiqlənmişdir. *4.*4.2*18-ci il tarixdə Səhiyyə Nazirliyinin verdiyi 11 nömrəli əmrlə və həmin əmrdən gələn bütün məsələlərin həll edilməsini Bakı Baş Səhiyyə İdarəsinin keçmiş rəisi Elmira Əliyeva təyin etmişdir. Həll edilməsi üçün Xocasən sağlamlıq mərkəzinin müvəqqəti baş həkimi Rahilə Həsənova, Qaradağ rayon 13 saylı şəhər poliklinikasının baş həkimi Elnarə Hüseynova və Bakı Baş Səhiyyə İdarəsinin müavini Mamed Cəfərov məsələni həll etmək üçün tapşırıq almışlar. Bakı Baş Səhiyyə İdarəsinin keçmiş rəisi olan Elmira Əliyeva həmin ərəfədə işdən azad olunmuşdur deyə, həmin əmri öz qulluq mövqeyindən sui-istifadə edən 28 May həkim ambulatoriyasına tamahkarlıqla mənimsəmə niyyəti ilə göz dikərək onu işə buraxmayaraq fəaliyyətini dayandıraraq qapısını bağladıb gizlədərək, 11 nömrəli əmri icra etməmişlər. Səhiyyə Nazirliyi və Bakı Baş Səhiyyə İdarəsi *4.*4.2*18-ci il 11 nömrəli əmrdə belə yazmışlar – “Binəqədi rayon Xocasən sağlamlıq mərkəzinin tabeçiliyində olan 28 May tibb məntəqəsinin Qaradağ rayon ərazisində yerləşən 13 nömrəli şəhər poliklinikasına verilərək fəaliyyətini davam etdirsin. Binəqədi rayon Xocasən sağlamlıq mərkəzinin tabeçiliyində olan 28 May tibb məntəqəsinin ümumi tibb işçiləri öz ştat vahidləri ilə birlikdə Qaradağ rayonunun ərazisində yerləşən 13 nömrəli şəhər poliklinikasına verilsin. Maliyyə iqtisadiyyat sektorunun müdiri R.Cəfərova, Xocasən sağlamlıq mərkəzinin baş həkimi əvəzi Rahilə Həsənovaya və 13 saylı şəhər poliklinikasının baş həkimi Elnarə Hüseynovaya tapşırılsın. Bu əmrdən gələn bütün məsələlər həll edilsin. Əmrin icrasına nəzarət Bakı Şəhəri Baş Səhiyyə idarəsinin müavini Mamed Cəfərova həvalə edilsin”. Lakin bu əmrdən gələn məsələlər, Elmira Əliyevanın işdən azad olunmasını fürsət bilən və Azərbaycan Respublikasının qanunvericiliyini ciddi və sərt şəkildə pozan vəzifəli şəxslər tərəfindən həll edilməyərək, gizlədilərək, fəaliyyətsiz, qapısı bağlı olaraq bu günə qədər ört-basdır etmişlər. Hətta ona bildirirlər ki, hal-hazırda məntəqə TƏBİB-in balansında müəyyənləşdirilməmişdir. 28 May həkim ambulatoriyası Qaradağ rayon 13 saylı poliklinikanın tabeçiliyinə verilərkən əmək müqaviləsini Qaradağ rayon 13 saylı poliklinikaya bağlamamışlar. Xocasən sağlamlıq mərkəzinə aid heç bir əmrin olmadığı halda Xocasən sağlamlıq mərkəzində məcburi əməyə cəlb etmişlər, məcburi əməyə cəlb edildikdən sonra 12 iyul 2*18-ci il tarixdə ilk olaraq istintaq başladı və 23 aprel 2*19-cu il hökm verilmişdir. Məhkəmə hökmündən əvvəl, öncə məhkəmə istintaqı zamanı Əmək Məcəlləsinin 62-ci maddəsinin tələblərinə uyğun olaraq Həmkarlar İttifaqının və Tibbi Şuranın protokolu ilə sənədləşmə aparılmışdır. Sənədlər məhkəməyə toplanaraq verilmiş və qəti imkan tədbiri olaraq istintaq tərəfindən vəzifədən kənarlaşdırılmışdır. Lakin o, işdən kənarlaşdırıldığında belə, Xocasən sağlamlıq mərkəzi onu məcburi əməyə cəlb edirdi və bu ərəfədə eyni əməl ilə eyni xəta, Həmkarlar İttifaqının və Tibbi Şuranın protokolu əsasında onu istintaq zamanı qanuna zidd şəkildə məhkəmə qərarını gözləmədən işdən azad etmişlər. 23 aprel 2*19-cu il tarixli Binəqədi Rayon Məhkəməsinin hökmü əsasında cəzası yalnız 15** manat cərimə cəzası olmuş, vəzifədən məhrum olma cəzası verilməmişdir. Fəaliyyət hüququndan məhrum olmamışdır, iş fəaliyyətinə aid heç bir məhkəmə tərəfindən məhdudiyyət qoyulmamışdır. Məhkəmə tərəfindən işə götürənə məlumat verilmiş və bildirilmişdir ki, cəza yalnız 15** manat cərimə cəzası olmuşdur və işləyərək cəriməni işci ödəməlidir. İşə götürən məhkəmə tərəfindən məlumatlandırılsa da, etdiyi qanunsuzluqları gizlədərək özbaşınalıq edərək bu halları nəzərə almamışdır. Məhkəmə qərarına əsasən Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq o, hökmdə yazıldığı kimi işdən heç bir qərar əsasında azad olunmamış və vəzifəsinə heç bir məhdudiyyət qoyulmamışdır və bu halda da o, işləməli və cəriməni ödəməli idi. Səlahiyyətsiz şəxs belə bir qanunsuzluq edərək onun həkimi olmadığı halda məhkəməni aldadaraq işinə buraxılmadığı müddətdə əmək haqqını kəsmişdir və belə olan halda da sağlamlığına ciddi ziyan dəymişdir. İşləmədiyi halda bütün əşyalarını satmış, övladının təhsili yarımçıq qalıb icraçı tərəfindən cərimə ödəyə bilmədiyinə görə əmlakı həbs olunmuşdur, lakin icraçı buna baxmayaraq vəziyətini nəzərə alaraq öhdəlik borcunu təxirə salaraq möhlət hüququ vermişdir. Sonradan cərimə cəzası amnistiyanın təsiri altına düşdükdə, əmlakı həbsdən çıxarılmışdır və bu hallar ilə ona və azyaşlı övladına ciddi maddi və mənəvi ziyan dəymişdir. Bütün bu qanunsuzluqları edən səlahiyyətsiz Xocasən sağlamlıq mərkəzinin baş həkimi Əliyar Məmmədov onu məcburi əməyə cəlb edən müavini Rahilə Həsənova ilə əlbir olmuşdur. Hal-hazırda Əliyar Məmmədov 9 il cəza evində törətdiyi qanunsuz əməllərə görə cəza çəkməkdədir və onun kimi bir çox vətəndaş Əliyar Məmmədovdan ciddi zərər çəkmişdir. 8 noyabr 2*21-ci ildə Zəfər Münasibəti ilə 23 aprel 2*19-cu il tarixli Binəqədi Rayon Məhkəməsinin qeyd etdiyi hökmü 15** manat cərimə amnistya Fərmanının təsiri altına düşərək cərimə cəzasından və ümumiyyətlə cəzadan birdəfəlik tamamilə azad olaraq, hökm qüvvədən düşmüşdür və məhkumluğu tamamilə aradan qaldırılmışdır. Azərbaycan Respublikasının qanunvericiliyini ciddi və sərt şəkildə pozaraq onu özünün işçisi kimi tanıdan Xocasən sağlamlıq mərkəzinin keçmiş baş həkimi Əliyar Məmmədov özünün həkimi və ya müəssəsinin həkimi olmadığı səlahiyyətsiz ziddiyətli qanunsuz əsassız halda işdən azad etmişdir. Müəssənin həkimi olmadığı 2*21-ci ildə rəsmi olaraq Bakı Baş Səhiyyə İdarəsinin ona təqdim etdiyi məktubu əsasında təsdiqlənmişdir. 28 May həkim ambulatoriyasını Binəqədi rayon Xocasən sağlamlıq mərkəzinin tabeçiliyindən birdəfəlik tamamilə qanuna uyğun şəkildə çıxarılması üçün Səhiyyə Nazirliyinə müraciət etmişdir. Müraciətinə baxılmış və 11 saylı əmr verilmişdir ki, 28 May həkim ambulatoriyası və ambulatoriyanın ümumi işçiləri Qaradağ rayonu 13 saylı poliklinikaya keçirilərək fəaliyyətini Xocasən sağlamlıq mərkəzinin tabeçiliyindən birdəfəlik çıxarılaraq 13 saylı poliklinikanın tabeçiliyində olan Binəqədi rayonu 28 May həkim ambulatoriyasında davam etsinlər. Ölkənin qanunvericiliyinə əsasən Xocasən sağlamlıq mərkəzində yox, 13 saylı poliklinikanın tabeçiliyində olan 28 May həkim ambulatoriyasında işləyərək fəaliyyətinə davam etməli olduğu halda, işçi hüquqları sərt şəkildə pozulmuş və Xocasən sağlamlıq mərkəzi tərəfindən məcburi əməyə cəlb olunmuşdur. Bu halda Azərbaycan Respublikasının qanunvericiliyini və qanunlarını sərt şəkildə pozaraq onu *4.*4.2*18-ci il tarixdən 28 May həkim ambulatoriyasına buraxmayaraq, məhkəmə tərəfindən yox, vəzifəli şəxslər tərəfindən qanunsuz məhdudiyyət qoyulmuşdur. *4.*4.2*18ci il tarixli 11 saylı əmrdə göstərilənlərə əsasən əmək müqaviləsini dəyişməyərək, onu qanunsuz şəkildə məcburi əməyə cəlb edərək, Xocasən sağlamlıq mərkəzinin xidmətlər otağında məcburi oturdaraq, “Sən artıq buranın həkimisən, sən orda işləməyəcəksən” deyərək onun hüquqlarını Azərbaycan Respublikasının qanunvericiliyini və qanunlarını sərt, ciddi şəkildə pozaraq iradəsinə zidd, hədə-qorxu ilə, ən əsası artıq onun rəhbərliyi olmadığı halda səlahiyyətsiz ziddiyətli məcburi əməyə cəlb etmişdir. Bu zaman Xocasən sağlamlıq mərkəzinə yeni direktor, baş həkim vəzifəsinə gələn Əliyar Məmmədov 23.*4.2*19-cu il məhkəməsinin istintaq zamanı onu qanunsuz şəkildə məhkəməyə təqdim edilən ittiham edildiyi sənədlər, əsaslar ilə onu işdən çıxarmışdır. Xocasən sağlamlıq mərkəzi onu məcburi əməyə cəlb etdiyi üçün *4.*4.2*18-ci il tarixdən artıq əmrləri və müəssisəsi onlara aid olmadığı halda özlərini hələ də onun rəhbərliyi kimi saxta şəkildə göstərərək, işdən azad etmə görüntüsü yaratmışlar. Ona bu haqda məlumat verilməmiş, heç bir xəbərdarlıq edilməmişdir. İşində əsla əvvəlcədən müəssisəsi və işçiləri ilə Xocasən sağlamlıq mərkəzinin tabeçiliyində olduğu müddətdə əsla heç bir zaman töhmət, şikayət kimi heç bir hal və qüsuru olmamışdır. Əksinə, əhali onları çox sevdiyi, qayğısına layiqincə qaldığı, vəzifəsini layiqincə təmsil edərək yerinə yetirdiyi üçün çox saylı təşəkkürnamələri adından Səhiyyə Nazirliyinə göndərmişlər. Xocasən sağlamlıq mərkəzinin onunla qərəzli davranmasının əsas səbəbi, onun 28 May həkim ambulatoriyasını Xocasən sağlamlıq mərkəzinin tabeçiliyindən çıxarılması üçün Səhiyyə Nazirliyinə müraciət etməsindən sonra yaranmışdır, çünki öz mənafe xidmətlərinə qulluq edərək, tamah niyyəti ilə tək işlədiyi 28 May həkim ambulatoriyasını onun əlindən alaraq başqa bir şəxsə küllü miqdarda pula satmaq idi. Əliyar Məmmədov əmək kitabçasını, son haqq-hesabını ona verməmiş və xitam əmri ilə tanış etməmişdir. Xocasən sağlamlıq mərkəzinin baş həkimi Əliyar Məmmədov və müavini Rahilə Həsənova onu məcburi əməyə cəlb etmişlər və bu halları onu işdən qanunsuz çıxardana qədər davam etdirmişlər. Əmək kitabçası və son haqqhesabı ona bu günə kimi verilməmişdir. X15 Xidməti aylarla araşdırma aparmışdır, araşdırma nəticəsində işdən səlahiyyətsiz şəkildə çıxaran baş həkimin Əmək Məcəlləsinin 83, 84 və 296.3-cü maddələri əsasında düzgün sənədləşdirmə aparılmamışdır və əmək kitabçasının, son haqq-hesabının verilməsi barədə heç bir təsdiqedici sənəd təqdim etməmişlər. X15 tərəfindən təsdiq edilmişdir ki, baş həkim işdən azad edərkən ölkənin qanunvericiliyini pozaraq, məcburi əməyə cəlb edərək, məhkəmə hökmünü icra etməyərək, düzgün sənədləşmə aparmayaraq, 11 saylı və 171 saylı əmrləri icra etməyərək, ciddi ziyan vurmuşdur. Ona vurulan mənəvi zərər 65** manat, maddi ziyan isə 3*** manatdır. 28 May həkim ambulatoriyasına aid müddətsiz bağladığı əmək müqaviləsi hal-hazırda qüvvədədir, etibarlıdır və ən əsası, notarial qaydada təsdiq olunmuşdur. Həmin əmək müqaviləsi ilə işdən azad olunmamışdır. 29.*8.2*18-ci il xitam əmrində isə səlahiyyətsiz şəxsin əmək müqaviləsini ləğv etdiyi nömrə tamamilə başqa bir nömrədir. Onun kontrakt bağladığı nömrə ilə eyniləşməmişdir. Səhiyyə Nazirliyinin insan resursları departamentinin rəhbəri Səidə Rüstəmovanın 2*.12.2*23-cu il tarixli Nəsimi Rayon Məhkəməsinə təqdim etdiyi 3-28/2-9*99/2*23 nömrəli məktubunda tam sübuta yetirilmişdir ki, o, 28 May həkim ambulatoriyasının sahə terapevti vəzifəsində fəaliyyət göstərmişdir, bu da *4.*4.2*18-ci il tarixli 11 nömrəli əmrin göstərişlərini və tələblərini yerinə yetirməyərək məcburi əməyə cəlb etmələrinin sübutlarının və faktlarının əsasıdır. Onun sağlamlığına ciddi zərər vurduqlarına və bu günə kimi qanunsuz, əsassız 28 May həkim ambulatoriyasında iş fəaliyyətinə məhdudiyyət qoyduqları üçün ciddi ziyan vurmuşlar. Yuxarıda göstərilənlərə əsasən, *9.12.2*22-ci il tarixdən bugünədək işə baxan hakimlər onun iddia tələbini dəyişərək, mahiyyəti üzrə baxılmasına mane olmuşlar. Cavab məktubunda onun 28 May həkim ambulatoriyasının həkimi işləməsi təsdiqlənmişdir və cərimə cəzası ilə işdən azad olunması əsas göstərilmişdir və bununla da cavabdehlər Səhiyyə Nazirliyi və TƏBİB Binəqədi rayon məhkəməsinin 23.*4.2*19-cu ildə verilən hökmünü nəzərə almamış və hökmdə qeyd edilən heç bir vəzifədən məhrum olmadığı halda, heç bir vəzifə məhdudiyyəti qoyulmadığı halda, fəaliyyət hüququna məhdudiyyət qoyulmadığı halda yalan məlumatlar ilə şərəf-ləyaqətini alçaltmış, işgüzar nüfuzunu ləkələmişlər. *4.*4.2*18-ci il tarixdə 11 nömrəli əmr əsasında 28 May həkim ambulatoriyası fəaliyyət göstərməklə Qaradağ rayon 13 saylı şəhər poliklinikasına əmək müqaviləsini bağlamamışlar, bu azmış kimi əmək müqaviləsinin kontrakt nömrəsini dəyişərək onun xəbəri olmadan Əmək Məcəlləsinin 186-cı maddəsi ilə işinə xitam vermişlər. 23.*4.2*19-cu il tarixli Binəqədi rayon Məhkəməsinin hökmünü nəzərə almamışlar. Əmək Məcəlləsinin 79-cu maddəsi ilə qadağan olunan halları nəzərə almamışlar və əmək kitabçası verilməmişdir. Bu barədə ona və X15 Xidmətinə heç bir məlumat verilməmişdir. Dəfələrlə əmək kitabçasını tələb etdikdə heç bir cavab almamışdır. Tibbi Ərazi Bölmələrinin idarə etmə birliyinə dəfələrlə ünvanladığı məktublar əsasında heç bir onu qane edən cavab almamışdır. Dolayı yollarla başını aldatmışlar, 23.*4.2*19-cu il tarixdə Binəqədi Rayon Məhkəməsinin hökmü əsasında verilən 15** manat cəriməni ödəməsini bildirmişlər və bildirmişlər ki, heç bir məhkəmələrə müraciət etmə cərimə ödəndikdən sonra əmək müqaviləsi Qaradağ rayon 13 saylı şəhər poliklinikasına bağlanılacaqdır. Vəzifədən məhrum olmadığı halda, heç bir məhdudiyyət qoyulmadığı halda, bu günə kimi onun vaxtını alaraq, sağlamlığına ciddi ziyan vuraraq əmək kitabçasının qaytarılmasını tələb etdikdə heç bir doğru cavab verməyərək, yalan məlumatlarla başını aldadaraq, bu günə kimi onu məhkəməyə müraciət etməyə qoymayaraq və 2*22-ci il tarixdə cərimə cəzasından tamamilə azad olduqdan sonra yenidən müraciət etdiyində, məhkəməyə müraciət etməsini tövsiyə etmişlər. Bu günə kimi vaxtını uzatmışlar və bunun nəticəsində də ona ciddi ziyan dəymişdir, yuxarıda qeyd etdiyi məktublar sonuncuların ona ünvanladığı cavablardır. Hesab edir ki, bütün bu günə kimi buraxılan əmək haqları Tibbi Ərazi Bölmələrinin idarə etmə birliyi tərəfindən ödənilməlidir və ona dəymiş ziyan TƏBİB tərəfindən ödənilməlidir. Cavabdeh 13 saylı şəhər poliklinikasının baş həkimi bilə-bilə onun əsaslı əmrlərini görən halda və 2*12-ci ildən 2*18-ci ilin 6-cı ayına qədər tabel jurnallarına 28 May həkim ambulatoriyasında imza atdığı halda, onu zorla iş otağında olan əşyaları, maddi sübutları gizlədərək, poliklinikanın açarını dəyişərək Binəqədi rayon 4*-cı polis bölməsinin əməkdaşı ilə hədə-qorxu gələrək işinə məhdudiyyət qoymağı və əşyalarını gizlətməyi nəticəsində ona ciddi ziyan vurulmuşdur. Tabel jurnalları Qaradağ rayon 13 saylı şəhər poliklinikasının baş həkimi tərəfindən gizlədilmişdir. Xocasən sağlamlıq mərkəzi ilə əlbir olaraq onun əmək müqaviləsini *4.*4.2*18-ci il tarixli 11 nömrəli əmr əsasında əmrdə qeyd olunan əsaslarla əmək müqaviləsini bağlamamışlar. Müstəqil tələb irəli sürməyən 3-cü şəxs Sosial Müdafiə Nazirliyinin yanında X15 Xidmətində ona məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Orada həmçinin bildirilmişdir ki, onların məhkəməyə qədər araşdırma aparmağa səlahiyyətləri yoxdur. Mediasiya şurasına müraciət etdiyi zaman cavabdehlər lazımi qaydada çağırılmış, poçt və telefon vasitəsilə xəbərdar edilmişlər, lakin buna baxmayaraq onlar mediasiyada iştirak etməmişlər və hər biri imtina ərizəsi yazmışlar.
14. Cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin nümayəndəsi Nümayəndə məhkəməyə iddiaya etiraz və iddia müddətinin tətbiq edilməsi barədə ərizə göndərərək qeyd etmişdir ki, iddiaçı əsassız iddia tələbi irəli sürmüşdür. İddia ərizəsində adı çəkilən “Xocasən Sağlamlıq Mərkəzi”, “13 nömrəli Şəhər Poliklinikası” Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyində deyildir. Həmin tibb müəssisələləri Cavabdeh2 tabeliyindədir. Belə ki, Cavabdeh2 Azərbaycan Respublikası Prezidentinin 2*18-ci il 2* dekabr tarixli 418 nömrəli Fərmanı ilə yaradılmışdır. Həmin Fərmanda Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin strukturuna daxil olan Bakı şəhər Baş Səhiyyə İdarəsi, Gəncə şəhər Səhiyyə İdarəsi, Sumqayıt şəhər Səhiyyə şöbəsi, habelə tabeliyindəki dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisələri (Milli Hematologiya və Transfuziologiya Mərkəzi (X19 Gəncə bölməsi, X19 Şəki bölməsi, X19 Quba bölməsi, X19 Sumqayıt bölməsi, X19 Lənkəran bölməsi, X19 Bərdə bölməsi, X19 Şirvan bölməsi, X19 Mingəçevir bölməsi daxil olmaqla), K.YFərəcova adına X3, Akademik C.M.Abdullayev adına X2, V.Y.Axundov adına X5 İnstitutu, X4 İnstitutu, Elmi- Tədqiqat Mamalıq və Ginekologiya İnstitutu, Azərbaycan Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu, Azərbaycan X14 İnstitutu, Akademik M.A.Topçubaşov adına X16, Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi, Məhkəmə Tibbi Ekspertiza və X12 və onun şöbələri, Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin tabeliyindəki dezinfeksiya stansiyaları və profilaktik dezinfeksiya şöbələri, Bakı şəhər Dezinfeksiya Stansiyası və onun bölmələri, tibb tədris müəssisələri, X17 adına Milli Oftalmologiya Mərkəzi və onun filialları, Milli Onkologiya Mərkəzi və onkoloji xəstəxanalar (dispanserlər), Respublika Leproz (Cüzam) Xəstəxanası, taun əleyhinə stansiya və şöbələr, İctimai Səhiyyə və İslahatlar Mərkəzi, Respublika QİÇS-lə Mübarizə Mərkəzi, ailə planlaması məsləhətxanaları və mərkəzləri, ailə və nikah məsləhətxanaları, “Tibb” qəzeti, “Azərbaycan Tibb Jurnalı”, Azərbaycan Respublikası Dövlət Elmi-Tibbi Kitabxanası, Azərbaycan Təbabəti Muzeyi, X11, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti, sanatoriyalar və kurort üsulları ilə müalicə edən tibb müəssisələri, Bakı Sağlamlıq Mərkəzi, X9 Müdiriyyəti, İnformatika və Statistika İdarəsi, X1, psixiatrik və narkoloji xidmətlər göstərən tibb müəssisələri, habelə körpələr evləri istisna olmaqla) TƏBİB-in tabeliyinə verilməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2*19-cu il 12 aprel tarixli 163 nömrəli Cavabdeh2n tabeliyindəki tibb müəssisələrinin Siyahısı”nın təsdiq edilməsi barədə qərarına əsasən TƏBİB-in tabeliyinə verilən tibb müəssisələrinin siyahısı müəyyən olunmuşdur. Həmin siyahıda yuxarıda adları çəkilən tibb müəssisələri də vardır. Siyahıdan da məlum olduğu kimi, həmin müəssisələr Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyində deyil, Cavabdeh2nin tabeliyindədir. İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 7*-ci maddəsinin “ç” bəndinə əsasən 29.*8.2*18-ci il tarixində 1*8-K nömrəli əmrlə xitam verilmişdir. Əmək Məcəlləsində əmək mübahisəsi zamanı məhkəməyə müraciət üçün nəzərdə tutulmuş müddət ərzində şəxs məhkəməyə bu barədə müraciət etməmişdir. Göründüyü kimi, şəxsin iddia tələbi tamamilə əsassız, eləcə də iddia müddəti ötürülmüşdür. Şəxs Əmək Məcəlləsinə əsasən həmin tarixdən 1 ay müddətinə fərdi əmək mübahisəsi ilə bağlı, 1 il müddətinə isə pul tələbi ilə bağlı məhkəməyə müraciət edə bilər. Lakin iddiaçı qeyd edilən müddətlərdə bu barədə məhkəməyə müraciət etməmiş və bununla da məhkəməyə müraciət üçün prosessual müddəti ötürmüşdür.
15. Cavabdeh2 PHŞ-nin nümayəndəsi X13 iddia müddətinin tətbiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək qeyd etmişdir ki, iddiaçı tərəfindən iddia müddəti ötürüldüyündən, iddia tələbi təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296.2-ci maddəsinə əsasən, bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. İddiaçının əmək müqaviləsinə 29.*8.2*18-ci il tarixdə xitam verilmişdir. İddiaçıya işəgötürən tərəfindən dəfələrlə müraciət edilsə də, əmək kitabçasını qəsdən götürməmişdir ki, bununla da hüquqdan sui-istifadəyə yol vermişdir. Mülki Məcəllənin 56*-cı maddəsinə əsasən hüquqdan sui-istifadə yolverilməzdir. İddiaçının məhkəməyə təqdim etdiyi sənədlərdən də görünür ki, Əmək və Əhalinin Sosial müdafiəsi Nazirliyi tərəfindən iddiaçıya ünvanlanan 24 iyun 2*23-cü il tarixli, TƏBİB tərəfindən ünvanlanan 12 may 2*23-cü il tarixli məktublarda da İddiaçı işdən çıxarılması barədə ətraflı məlumat verilmişdir. Qeyd olunan məktublardan da başa düşülür ki, əslində iddiaçı hüququnun pozulduğu hesab etdiyi işdən çıxarma barədə əmrlə tanış olmuşdur. İddia ərizəsindən və işin faktiki hallarından göründüyü kimi, iddiaçı əmək müqaviləsinə xitam verilməsi barədə 29.*8.2*18-ci il tarixli əmrdən, əmr qəbul edilən gün, yəni 29.*8.2*18-ci il tarixdən məlumatlı olmuşdur. İddiaçı isə qanunla nəzərdə tutulan 1 (bir) ay müddəti ötürərək, məhkəməyə müraciət etmişdir. Göründüyü kimi, iddiaçı iddia müddətini ötürdüyündən, iddia müddəti tətbiq olunaraq, iddia tələbi təmin edilməməlidir. Əlavə olaraq, iddiaçı iş yerində peşə fəaliyyətini həyata keçirən zaman cinayət əməli törətmiş, müvafiq olaraq Binəqədi rayon Məhkəməsi tərəfindən hökm çıxarılaraq cərimə cəzası verilmişdir. İ.Həşimova vəzifə funksiyasını yerinə yetirərkən Əmək Məcəlləsinin 72-ci maddəsinin tələblərini pozduğu üçün Məcəllənin 7*-ci maddəsinin “ç” maddəsinə əsasən onunla bağlanılmış əmək müqaviləsinə xitam verilmişdir, xitam əmri əmək qanunvericiliyinə uyğun rəsmiləşdirilmişdir.
16. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, digər cavabdehlərin və 3-cü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişlər.
17. Birinci instansiya məhkəməsinin 19 mart 2*24-cü il tarixli qətnaməsi ilə iddia tələblərinin təmin edilməməsi qət olunmuşdur.
18. Məhkəmə gəldiyi nəticəni aşağıda göstərildiyi kimi əsaslandırmışdır:
18.1. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 23.*4.2*19- cu il tarixli qanuni qüvvəsini almış hökmü ilə müəyyən edilir ki, İddiaçı vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə (özbaşına özünün vəzifəli şəxs kimi təqdim edilməsi və ya vəzifəli şəxsin səlahiyyətlərinin mənimsənilməsi ilə əlaqədar fiziki və ya hüquqi şəxslərin hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətlər törətmə) və vəzifə saxtakarlığı (vəzifə saxtakarlığı, yəni vəzifəli şəxs tərəfindən rəsmi sənədlərə və ya informasiya resurslarına bilə-bilə yalan məlumatların daxil edilməsi, habelə göstərilən sənədlərdə və ya informasiya resurslarında onların həqiqi məzmununu təhrif edən düzəlişlərin edilməsi, bu əməllər tamah və ya sair şəxsi niyyətlərlə törədildikdə) cinayət əməllərinin törədilməsində ittiham edilmişdir. Göründüyü kimi iddiaçı barəsində ittiham edici əsaslarla hökm çıxarılmış və hökm qanun qüvvəsini almışdır. 18.2. Məhkəməyə təqdim edilmiş sənədlərdən görünür ki, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Xocasən Sağlamlıq Mərkəzinin Tibbi şurasının və Həmkarlar təşkilatının razılığı alınmaqla Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7*-ci maddəsinin «ç» bəndinə əsasən 29.*8.2*18-ci il tarixdə xitam verilmişdir (əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə görə). 18.3. Göründüyü kimi, İddiaçı əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə görə onunla bağlanmış əmək müqaviləsinə Xocasən Sağlamlıq Mərkəzinin 29.*8.2*18-ci il tarixli 1*8-K saylı əmri ilə xitam verilmişdir. 18.4. Yuxarıda qeyd edilən hökmlə əlavə olaraq təsdiq olunmuşdur ki, iddiaçı işlədiyi dövrdə əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin qanuni mənafeyinə ciddi xələl gətirmiş, iş vaxtı ərzində bilavasitə iş yerində cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol vermişdir. 18.5. Göründüyü kimi, mübahisələndirilən əmr hökmün qəbul olunmasından əvvəl, iddiaçının iş yerində əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə görə verilmişdir. 18.6. Hökmlə isə iddiaçının mübahisələndirliyi əmrdə (Xocasən Sağlamlıq Mərkəzinin 29.*8.2*18-ci il tarixli 1*8-K saylı əmri) yol verdiyi nöqsanlara görə (əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə görə) işdən azad edilməsinin əsaslı olması bir daha təsdiqini tapmışdır. 18.7. İddiaçının işdən azad edilməsinə dair düzgün sənədləşdirmə aparılmaması və əmək kitabçasının, son haqq-hesabının verilməsi barədə heç bir təsdiqedici sənəd təqdim edilməməsi ilə bağlı X15 tərəfindən müvafiq araşdırma aparılmış, lakin bu araşdırmalar nəticəsində iddiaçının barəsində verilmiş işdən azad olunmaya dair əmr verilən zaman müəyyən nöqsanlar olmasına baxmyaraq ümumilikdə əmrin verilməsinin əmək qanunvericiliyinin tələblərinə uyğun olmaması öz təsdiqini tapmamışdır. 18.8. Məhkəmə hesab edir ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7*-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsi üçün kifayət qədər əsaslar mövcud olmuş və iddiaçı bunun əksini təkzib edən hallara dair məhkəməyə sübut təqdim etməmişdir. 18.9. Həmçinin, məhkəmə hesab edir ki, cavabdehlər tərəfindən iddiaçıya hər hansı maddi və mənəvi zərər vurulması halı da mövcud deyil. Məhkəmə bu qənaətə gələrkən iddiaçı barəsində verilmiş əmrin qanunauyğun olmasını və bu tələblərin də məhz qeyd edilən əmrlə bağlı verilən tələbdən törəmə tələblər olmasını da nəzərə almışdır. 18.10.Məhkəmə cavabdeh tərəfin iddiaçının məhkəməyə müraciət üçün iddia müddətinin buraxılmasına dair ərizəsi ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri sayır. 18.11. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, iddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Məhkəmə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır, çünki iddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımi əsasa söykənmir. Birinci instansiya məhkəməsində iddia müddətinin tətbiqi ilə bağlı iddiaçı və ya cavabdeh tərəfinin ərizəsi yazılı ərizə formasında təqdim olunmalı və iddia müddətinin keçməsi ilə əlaqədar iddianı rədd edilməsi barədə məhkəməyə ünvanlanmış konkret və əsaslandırılmış xahişi ehtiva etməlidir (L.Binnətovanın şikayəti üzrə *8 may 2**8-ci il tarixli və X.Xəlilovun şikayəti üzrə 16 yanvar 2**9-cu il tarixli qərarlar). 18.12.İddia müddətinin tətbiqinə dair yuxarıda qeyd edilən Konstitusiya Məhkəməsinin Plenumunun hüquqi mövqeyindən göründüyü kimi iddia əsaslı olarsa məhkəmələr iddia müddətinin tətbiqi barədə ərizəni nəzərə alaraq iddianın rədd edilməsi barədə qərar qəbul edə bilərlər. İddianın sübut olunmadığı halda iddia müddəti institutunun tətbiqi ehtiyacı ortadan qalxır. 18.13.Beləliklə məhkəmə hesab edir ki, hazırkı mülki iş üzrə iddiaçının subyektiv hüququnun pozulması müəyyən edilmədiyindən və iddia əsassız olması səbəbi ilə rədd edilməli olduğundan məhkəmə tərəfindən iddia müddətinin tətbiqindən imtina edilməlidir.
19. Gəldiyi nəticənin hüquqi əsaslandrması zamanı məhkəmə, Əmək Məcəlləsinin 7*-ci maddəsinin “ç” bəndinə, 296-cı maddəsinə, Mülki Məcəllənin 372-ci və 375-ci maddələrinə, Mülki Prosessual Məcəllənin 14-cü, 76.1-ci, 82.4-cü maddələrinə istinad etmişdir.
20. Məhkəmənin 15 aprel 2*24-cü il tarixli qərardadları ilə, iddiaçının “qətnamədə yol verilmiş yanlışlığın düzəldilməsi”, “əlavə qətnamə çıxarılması” və “qətnaməyə izah verilməsi” barədə ərizələri təmin olunmamışdır.
21. Qətnamədən apellyasiya şikayəti verən iddiaçı onun ləğv olunmasını və iddia tələblərinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmaqla, məhkəmənin maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmədiyini, sübutlara düzgün qiymət vermədiyini, gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən halları aydınlaşdırmadığını, qanunsuz qərar çıxardığını irəli sürmüşdür.
Apellyasiya şikayətinə qarşı etiraz
22. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.
Apellyasiya baxışı, izahat
23. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək iddia tələblərinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmiş, cavabdehlərin, eləcə də üçüncü şəxsin nümayəndələri məhkəməyə gəlməmişlər.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Əmək Məcəlləsi
24. Maddə 7*. Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: ...ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda.
25. Maddə 71. Bu Məcəllənin 7*-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. İşəgötürən bu Məcəllənin 7*-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır.
26. Maddə 72. Aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi.
27. Maddə 8* (1-ci hissəsi). Bu Məcəllənin 7*-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir.
28. Maddə 8* (2-ci hissəsi). Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir.
29. Maddə 83. Əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 7*, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir.
30. Maddə 186. İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 1*-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən intizam tənbeh qismində əmək müqaviləsini bu Məcəllənin 7*-ci maddəsinin "ç” bəndi ilə ləğv etmək səlahiyyətindədir.
31. Maddə 187. İntizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir. İntizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. İşçinin xəstə olduğu, yaxud məzuniyyətdə, ezamiyyətdə olduğu vaxt həmin müddətə daxil edilmir. İntizam xətasının törədildiyi gündən altı ay keçdikdən sonra işçiyə intizam tənbehi verilə bilməz.
32. Maddə 296.2. Fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.
33. Maddə 3** (1-ci hissə). Əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 7*, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə ... çıxarır.
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
34. Maddə 375.1. Hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir.
35. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
36. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
37. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
38. Maddə 8*. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.
39. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
40. Maddə 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.
41. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
42. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
43. Maddə 385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının həddi
44. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi
45. Kollegiyanın qənaətinə görə, əmək müqaviləsinə Əmək Məcəlləsinin 7*-ci maddəsinin “ç” bəndi ilə xitam verilərkən bu Məcəllənin 72-ci maddəsində göstərilən kobud pozuntuların onun əməlində mövcud olmaması barədə iddiaçının arqumentlərini əsaslı hesab etməyən birinci instansiya məhkəməsi haqlı olmuşdur; xüsusilə nəzərə alınmalıdır ki, iddiaçının müvafiq pozuntulara yol verdiyi qanuni qüvvəsini almış hökmlə müəyyən edilmişdir.
46. Birinci instansiya məhkəməsi hüququ düzgün tətbiq etmiş, sübutları düzgün qiymətləndirmiş, müəyyən olunmuş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə doğru nəticəyə gəlmişdir.
47. Buna görə də kollegiya, birinci instansiya məhkəməsinin gəldiyi nəticə, habelə müvafiq əsaslandırma ilə razılaşır və dəlilləri iddia ərizəsində irəli sürülən dəlillərlə eyni olan apellyasiya şikayəti üzrə əlavə əsaslandırma aparılmasına zərurət görmür.
48. Kollegiya onu da qeyd edir ki, birinci instansiya məhkəməsi iddia müddətinin tətbiqinə zərurət görməsə də, iddiaçı mübahisələndirdiyi əmrin ləğvi tələbi ilə həmin əmrin verilməsindən 1 aydan artıq müddət keçdikdən sonra məhkəməyə müraciət etməklə iddia müddətini də buraxmışdır.
49. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 4*5-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(**6)-179*/2*24 saylı iş üzrə 19 mart 2*24-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən İddiaçı tərəfindən, qətnamə ona rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Məmməd Məmmədov