Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4098/2021 04.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızından və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment tutulması və sair tələbinə dair” ilk, Cavabdeh İddiaçı qarşı “nikahın pozulması və sair tələbinə dair” qarşılıqlı iddia ərizələri ilə bağlı 2(001)-304/2021 saylı mülki iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 02 mart 2021-ci il tarixli qətnaməsindən ilk iddia üzrə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “aliment tutulması və sair tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflərin nikahının pozulması, birgə nikahlarından olan 30.04.2016-cı il təvəllüdlü X3 anasının yanında saxlanması, uşağın saxlanılması üçün Cavabdeh əmək haqqının və başqa gəlirlərinin ¼ məbləğində alimentin, X3 müalicəsi üçün faktiki olaraq sərf olunan 2291,50 manatın yarısının, yəni 1145,07 manatın, X3 müalicəsi üçün hər ay 300 manat əlavə xərcin Cavabdeh İddiaçı xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlk iddia ərizəsi onunla əsaslandırılmışdır ki, tərəflər 18.09.2012-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuş, birgə nikahlarından 30.04.2016-cı il təvəllüdlü X7 anadan olmuşdur. Tərəflər ilk vaxtlar mehriban yaşasalar da, sonradan münasibətləri pozulmuşdur. Hazırda tərəflərin birgə nikahlarından olan uşaq anasının yanında yaşayır və uşağın bütün maddi ehtiyaclarını N.R.Priverdiyeva təkbaşına qarşılayır. X7 uzun müddətdir ki, mentol retartasyon, psixi inkişafın ləngiməsi, nitqin inkişaf ləngiməsi və hiperaktiv pozulmalardan əziyyət çəkir. N.R.Priverdiyeva uşağı müalicə etdirmək üçün Səhhət-M Spero Hospitalına, Hepera Psixoloji və X15 aparır və bu günə qədər uşağın müalicəsi üçün Səhhət-M Spero Hospitalına 175 manat, təlimləri üçün Hepera PNİM-ə isə ümumilikdə 1740 manat pul xərcləmişdir. Bundan əlavə İstanbul NS Klinikasında uşağın dişinin müalicəsi üçün həkimə 230 manat, dərmanlar üçün 146,51 manat pul xərcləmişdir. N.R.Priverdiyevanın uşağın müalicəsi üçün xərclədiyi ümumilikdə 2291,51 manatın yarısı, yəni 1145,07 manatı Cavabdeh tutularaq N.R.Priverdiyevaya ödənilməlidir. Həmçinin uşağın müalicələrinin davam etdirilməsi üçün Cavabdeh tərəfindən aylıq ödənişlər edilməlidir. Belə ki, N.R.Priverdiyevanın uşağı tək öz vəsaiti hesabına müalicə etdirməyə maddi imkanı yoxdur. Uşağın müalicəsi üçün alimentdən əlavə hər ay 300 manat əlavə xərclər üçün pul vəsaiti Cavabdeh tutularaq N.R.Priverdiyevaya ödənilməlidir. Həmçinin, Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında 18.09.2012-ci il tarixdə bağlanmış nikahın pozulması, tərəflərin birgə nikahından olan 30.04.2016-cı il təvəllüdlü X2 atanın yanında saxlanması, tərəflərin birgə nikahından olan 30.04.2016-cı il təvəllüdlü X1 üçün İddiaçı hər ay 200 manat sabit pul məbləğində alimentin Cavabdeh xeyrinə tutulması, ilk iddianın isə rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər 18.09.2012-ci il tarixdə rəsmi qaydada nikaha girmiş, birgə nikahlarından 30.04.2016-cı il tarixdə Ayxan adlı övladları doğulmuşdur. Tərəflər arasında son zamanlar konfliktlər əmələ qəlmişdir. Belə ki, İddiaçı heç bir səbəb olmadan Cavabdeh narazı olmasını bildirmiş və lazımsız sözsöhbətlər etməyə başlamışdır. İddiaçı psixoloji problemləri olduğundan səbəbsiz konfliktlər axtarır və bu da ailənin normal şəkildə saxlanılmasını qeyri-mümkün edir. İddiaçı səbəbsiz özünə qəsd etmək istəmiş və sol əlinin damarını kəsmək istəmişdir. Bundan başqa Cavabdeh mətbəxdə olarkən İddiaçı onun üstünə qaynar su tökmək istəmiş, lakin özünün sağ əlini yandırmışdır. Bütün bu hallar İddiaçı psixoloji durumunun qaydasında olmamasını bildirir. Belə olan halda tərəflərin nikahlarının pozulması qaçılmazdır və İddiaçı psixoloji durumunu, hal hazırda yaşadığı şəraiti nəzərə alsaq tərəflərin birgə nikahlarından olan uşağın İddiaçı ilə qalması uşaq üçün təhlükəlidir. İddiaçı ailə dəyərlərini rəhbər tutmayaraq, uşağın yox yalnız özünü düşünərək uşağın Cavabdehlə birgə yaşamaq hüququndan məhrum etmək istəyir. Belə hal uşağın psixi, mənəvi inkişafına mənfi təsir göstərəcək. Cavabdeh ata kimi övladının hüquq və mənafelərini müdafiə etmək hüququ vardır. Uşağın tərbiyəsində hər gün şəxsən Cavabdeh iştirak etmək istəyir. İddiaçı uşağın Cavabdeh olan bağlığını etiraf edə bilər. Uşağın səhhətində heç bir problem yoxdur. İddiaçı məhkəməyə təqdim etdiyi satış çeklərinə baxdıqda həmin çeklərdə hansı dərmanların alınması və kimin üçün alınması sual yaradır. Bundan başqa Hepera PNİM tərəfindən tərtib edilmiş mədaxil qəbzlərinə baxdıqda qəbzlərdən üçündə iddiaçının adı qeyd olunmuş, ikisində isə ümumiyyətlə tarixlər qeyd olunmamışdır. Bunula da həmin qəbzlərdə qeyd olunan ödənişlərin kimin üçün edilməsi və hansı zamanda edilməsi sual yaradır. Hepera PNİM tərəfindən verilmiş 29.01.2021-ci il tarixli arayışla tanış olduqdan sonra Cavabdeh uşağı 2 saylı Bakı Dəmir Yol Poliklinikasında müayinədən keçirmiş, müayinənin sonunda uşağın sağlam olması barədə 19.02.2021-ci il tarixli arayış təqdim olunmuşdur. İlk iddia üzrə iddiaçının sağlam uşaq üçün onun sağalmasına qədər ilk iddia üzrə cavabdehdən hər ay 300 manat tələb etməsi absurddur. Cavabdeh hər həftənin sonu məhkəmə qərardadına əsasən öz övladı ilə ünsiyyətdə olur və övladının qayğısına qalır. Məhkəmə qərardadına əsasən hər ay Cavabdeh əmək haqqının ¼ hissəsi miqdarında aliment İddiaçı xeyrinə tutulur. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 02 mart 2021-ci il tarixli qətnaməsi ilə ilk və qarşılıqlı iddia ərizələri qismən təmin edilmiş, İddiaçı ilə Cavabdeh arasında 18.09.2012-ci il tarixdə Bakı şəhəri Binəqədi rayon qeydiyyat şöbəsində bağlanmış 1333 saylı nikah qeydinin ləğv edilməsi, nikah pozulduqdan sonra tərəflərin birgə nikahlarından olan 30.04.2016-cı il təvəllüdlü X3 anası İddiaçı yanında saxlanılması, 02.03.2021-ci il tarixdən başlayaraq 30.04.2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay qazancının və başqa gəlirlərinin ¼ hissəsi miqdarında aliment İddiaçı xeyrinə tutulması, Cavabdeh 1145,75 manat pulun İddiaçı xeyrinə tutulması, 09.02.2019-cu il tarixdən başlayaraq 30.04.2016-cı il təvəllüdlü X3 müalicəsinin davam etdiyi müddət ərzində hər ay 80 manat Cavabdeh İddiaçı xeyrinə tutulması, Cavabdeh dövlət rüsumuna görə 10 manat dövlət nəfinə tutulması, qətnamənin aliment və əlavə xərclərin tutulması ilə bağlı hissədə dərhal icra edilməsi, ilk və qarşılıqlı iddia ərizələrinin qalan hissədə təmin edilməməsi qət olunmuşdur. İlk iddia üzrə Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia ərizəsinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş iddia tələbinin həcminin artırılması barədə ərizədə qeyd olunmuş tələb heç bir əsaslı sübutlara istinad edilməmişdir. Bu hallar birinci instansiya məhkəməsində də bildirilmişdir. Belə ki, övladı olan Ayxanın səhhətində heç bir problem yoxdur. İddiaçının ərizəyə əlavə edilmiş satış çeklərinə baxdıqda, həmin ceklərin hansı dərmanların alınmasına dair verilməsi və həmin dərmanların kimin üçün alınması aydın olmamışdır. Bu məhkəmə tərəfindən sübut kimi qəbul edilə bilməzdi. Bundan başqa Hepera PNİM tərəfindən tərtib edilmiş mədaxil qəbzlərə baxdıqda onlardan üçündə iddiaçının adı qeyd olunmuş və ikisində isə ümumiyyətlə tarixlər qeyd olunmamışdır. Bununla da həmin qəbzlərdə qeyd olunan ödənişlər kimin üçün edilməsi və hansı zamanda edilməsi bir daha əsaslı sübut kimi qəbul oluna bilməz. Hepera PNİM tərəfindən verilmiş 29.01.2021-ci tarixli arayışla, 28.01.2021-ci il tarixli Səhhət-M Spero Hospital tərəfindən verilmiş arayışla tanış olduqdan sonra o, övladını onun qeydiyyatda olan 2 saylı Bakı Dəmir Yol Poliklinikasında həkimlərdən keçirmişdir. Orada müayinənin sonunda övladının sağlam olması barədə ona 19.02.2021-ci il tarixli və həmin poliklinikanın həkimlərin və baş həkiminin imzası və möhürü ilə təsdiq edilmiş arayış təqdim olunmuşdur. Bundan başqa, məhkəmə sözü gedən qətnamədə onun əmək haqqı barədə məlumat verərək bildirmişdir ki, o, 1612 manat əmək haqqı alır. Bildirmək istəyir ki, onun gəlirləri ilə bağlı məhkəməyə təqdim etdiyi məlumatlarda qeyd olunmuşdur ki, o, nağd şəkildə 1074.67 manat və həmin gəlirlərdən müəyyən tutmalar tutulduqdan sonra onun 237 manat və ya 181 manat gəliri olmuşdur. Binəqədi Rayon Məhkəməsi bu halları nəzərdən keçirsə də qətnamə qəbul edərkən bu hallara qiymət verməmişdir. Hesab edir ki, belə olan halda sözü gedən mülki iş üzrə araşdımanın tam obyektiv aparılması ədalət mühakiməsinin bir cox prinsiplərinə zidd olmuşdur. Buna görə də, Binəqədi rayon Məhkəməsinin sözü gedən qətnaməsi qismən ləğv olunmalıdır. Bildirir ki, sözügedən qətnamə əlavə xərclərə görə müalicə müddətində 80 manat, faktiki çəkilən xərclərə görə 1145,75 manat İddiaçı xeyrinə tutulması hissəsində ləğv olunmalıdır. Apellyasiya baxışı zamanı ilk iddia üzrə cavabdeh apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi və izahatında bildirdi ki, onun uşağı sağlamdır, lakin nitq inkişafında bir qədər ləngiməsi vardır. O, başa düşür ki, uşağın nitq qüsurunun aradan qalxması üçün müalicəsi lazımdır və müalicə olunduğu müddət üçün ayda 80 manat ödəməkdən imtina etmir. Lakin ondan narahatdır ki, ilk iddia üzrə iddiaçı müalicə pulunu özünə xərcləyə bilər. İlk iddia üzrə iddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etdi. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ilk iddianın faktiki çəkilən xərclərə və əlavə xərclərə görə pulun tutulmasına dair təmin olunmuş hissəsində yoxlanılır. Birinci instansiya məhkəməsi iş üzrə tədqiq edilmiş sübutlar əsasında müəyyən etmişdir ki, Cavabdeh ilə X8 18.09.2012-ci il tarixdə nikaha daxil olmuşdur və tərəflərin birgə nikahından X7 30.04.2016-cı il tarixdə Bakı şəhərində anadan olmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzinin 04.06.2020-ci il tarixli 2618 saylı məktubundan müəyyən olunur ki, İddiaçı 04.06.2020-ci il tarixdə tibb elmləri doktoru, professor Fuad İsmayılov tərəfindən müayinə olunmuş, müayinə zamanı psixi problemlər aşkarlanmamışdır. Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti Qəyyumluq və Himayəçilik Komissiyasının 01.09.2020-ci il tarixli müayinə aktından müəyyən olunur ki, İddiaçı hazırda ünvan 1 ünvanında 11 mərtəbəli binanın 11-ci mərtəbəsində yerləşən 3 otaqlı, tam kommunal şəraitli, əla təmirli, mebel və digər məişət əşyaları ilə təchiz edilmiş mənzildə yaşayır. Mənzil İddiaçı atası X9 məxsusdur. Göstərilən mənzildə yaşayanlar İddiaçı, atası X11, anası X10 və azyaşlı övladı 30.04.2016-cı il təvəllüdlü X4r. İddiaçı yaşadığı ərazi təmizdir, uşaq gəzintisi üçün əlverişlidir, ərazidə məktəb, bağça, park və iaşə obyektləri yerləşir. Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti Qəyyumluq və Himayəçilik Komissiyasının 17.09.2020-ci il tarixli həyat şəraitinin müayinə aktından müəyyən olunur ki, Cavabdeh ailə və mənzil-məişət şəraiti övladı X5 öz himayəsində saxlaması üçün əlverişlidir. Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti Qəyyumluq və Himayəçilik Komissiyasının 09.12.2020-ci il tarixli rəyindən müəyyən olunur ki, Komissiya 30.04.2016- cı il təvəllüdlü X3 anası İddiaçı himayəsində qalmasını məqsədəmüvafiq hesab etmişdir. Səhhət-M Spero Hospitalın 28.01.2021-ci il tarixli arayışından müəyyən olunur ki, 30.04.2016-cı il təvəllüdlü X7 həkim-nevroloq müayinəsində olmuşdur. Uzun müddətdir ki, Mental Retartasyon psixi inkişaf ləngiməyi, nitq inkişaf ləngiməyi, hiperaktiv pozulmalardan müalicələr alır. Hepera Psixoloji və X13 29.01.2021-ci il tarixli arayışından müəyyən olunur ki, X7 04.11.2020-ci ildə Hepera PNİM-də yoxlanışda olmuş, nervopatoloqun diaqnozuna əsasən Mental retardasyon, nitq inkişaf ləngiməsi və hiperaktivlik təlimlərinə başlanılmışdır. Təlimlər psixoloq, psixo-pedaqoq və loqoped tərəfindən aparılır. X6 mütləq şəkildə müalicəvi idman gərəkdir, amma maddi duruma görə olunmur. Təlimlər uzunmüddətlidir və yeniyetməlik dövründə də uşağa psixoloq lazım olacaq, bu diaqnozlu uşaqlara hər zaman təlim gərəklidir. Hepera PNİM-nin 841456 saylı mədaxil qəbzindən müəyyən olunur ki, İddiaçı psixoloq, pedaqoq və loqoped xidmətləri üçün 600 manat ödəniş etmişdir. Hepera PNİM-nin 04.11.2020-ci il tarixli 841451 saylı mədaxil qəbzindən müəyyən olunur ki, İddiaçı psixoloq və pedaqoq xidmətləri üçün 340 manat ödəniş etmişdir. Hepera PNİM-nin 20.01.2021-ci il tarixli 841459 saylı mədaxil qəbzindən müəyyən olunur ki, İddiaçı psixoloq, pedaqoq və loqoped xidmətləri üçün 620 manat ödəniş etmişdir. Hepera PNİMnin 841452 saylı mədaxil qəbzindən müəyyən olunur ki, İddiaçı psixoloq və pedaqoq xidmətləri üçün 180 manat ödəniş etmişdir. 17.12.2020-ci il tarixli qəbzdən müəyyən olunur ki, dərmanlara görə 22,60 manat ödəniş edilmişdir. 12.10.2020-ci il tarixli qəbzdən müəyyən olunur ki, dərmanlara görə 62,70 manat ödəniş edilmişdir. 03.12.2020-ci il tarixli qəbzdən müəyyən olunur ki, dərmanlara görə 43,90 manat ödəniş edilmişdir. 03.12.2020-ci il tarixli qəbzdən müəyyən olunur ki, dərmanlara görə 17,31 manat ödəniş edilmişdir. İstanbul NS Klinikasının 22.01.2021-ci il tarixli qəbzindən müəyyən olunur ki, pasient X6 göstərilmiş xidmətlərə görə 230 manat ödəniş edilmişdir. Səhhət-M-in qəbzindən müəyyən olunur ki, xəstə Pirverdiyev Ayxana göstərilmiş xidmətlərə görə 175 manat ödəniş edilmişdir. 2 saylı X19 Poliklinikası MMC-nin 19.02.2021-ci il tarixli arayışından müəyyən olunur ki, X3 nevropatoloq müayinəsi zamanı praktik sağlam olması qeyd olunmuşdur. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron informasiya sisteminə daxil edilən məlumatdan müəyyən olunur ki, Cavabdeh 03.02.2014cü il tarixdən aylıq əmək haqqı 1612 manat olmaqla Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Geofizika və geologiya İdarəsində işləyir. Birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarına qanunvericilik normalarını tətbiq etməklə belə qənaətə gəlmişdir ki, ilk və qarşılıqlı iddia ərizələri qismən təmin edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi ilk və qarşılıqlı iddiaları qismən təmin etməklə mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı mahiyyəti üzrə düzgün nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin ikinci bəndinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Konstitusiyanın 34-cü maddəsinin İV-cü bəndinə əsasən, ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 81.1, 81.2, 81.3-cü maddələrinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Belə ki, tərəflərin birgə nikahlarından olan, müalicəyə ehtiyacı olan uşağın müalicə xərcləri İddiaçı tərəfindən ödənildiyindən, tərəflərin ailə və maddi vəziyyətləri nəzərə alınmaqla, əlavə xərclərə görə müalicə müddətində 80 manat, faktiki çəkilən xərclərə görə 1145,75 manat İddiaçı xeyrinə tutulması hissəsində birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır. Qeyd edilənlərə əsasən, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İlk iddia üzrə Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 02 mart 2021-ci il tarixli, 2(001)- 304/2021 saylı qətnaməsi mübahisələndirilən hissədə - faktiki çəkilən xərclərə görə və əlavə xərclərə görə pulun tutulmasına dair ilkin iddianın təmin olunmuş hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-4098/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4098/2021
04.05.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver