Məhkəmə qərarları › İş №2(103)-4106/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4106/2021

16.04.2021 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4106/2021 16.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Xəyalə Cəmilova və İlham Kərimlidən ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, İddiaçı, iddiçının vəkili və nümayəndəsi Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “icarə müqaviləsinin ləğv edilməsi və icarəyə verilmiş sahənin boşaldılması barədə” iddiasına dair mülki iş üzrə Binəqədi Rayon Məhkəməsinin 10.03.2021-ci il tarixli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Həmin qərardadla qərara alınıb ki, Cavabdeh tərəfindən verilmiş “təmir işlərinə çəkilmiş xərcin əvəzinin ödənilməsi barədə” qarşılıqlı iddia ərizəsi icraata qəbul edilmədən imtina edilsin. Şikayətdə tələb olunub ki, qərardad ləğv edilsin. Şikayət əsassızıdır. Belə ki, qarşılıqlı iddia ərizəsinin qəbul edilməsindən ona görə imtina olunub ki, o, işin baxılmasına başlanmasından sonra verilib, habelə onun verilməsi üçün əsaslar məhkəmə baxışının gedişində əmələ gəlməyib. Bu hal birinci instansiya məhkəməsinin qərardadında düzgün müəyyən edilib və lazımi qaydada əsaslandırılıb. Mülki-Prosessual Məcəllənin 155.1 və 155.2-ci maddələrindən görünür ki, qarşılıqlı iddia işin baxılmasına başlanana kimi verilməlidir, məhkəmə baxışı zamanı qarşılıqlı iddia o halda verilə bilər ki, onun verilməsi üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun. Beləliklə, qərardadın ləğv edilməsi üçün əsas yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 397 və 398-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət rədd olunsun. Hazırkı iş üzrə Binəqədi Rayon Məhkəməsinin 10.03.2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar