Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4107/2025 08.09.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ su Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Əkbərov Kamran Hüseyn oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənzadə İlahə Novruz qızının katibliyi, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin -2(008)-1776/2025 saylı, 23 aprel 2025-ci il tarixli qətnaməsindən İddiaçı MTK-nın apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı MTK Cavabdeh qarşı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsi, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsi və X1 üçüncü şəxs qismində qeyd edilməklə iddia ərizəsi ilə, sonradan iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh tərəfindən xx.xx.2016-cı il tarixli 115 №-li podrat (qarışıq) müqaviləsi üzrə öhdəliyin tam yerinə yetirilməməsi, eləcə də qismən yerinə yetirilmiş işlərin qüsurla yerinə yetirilməsi və təhvil-təslim aktının və ƏDV-nin elektron qaimə fakturasının təqdim olunmaması hərəkətlərinin (hərəkətsizliyinin) qanunsuz hesab edilməsi; Cavabdeh tərəfindən xx.xx.2016-cı il tarixli 115 №-li podrat (qarışıq) müqaviləsi əhəmiyyətli dərəcədə pozulduğundan, həmin müqavilənin ləğv olunması və həmin müqavilədə göstərilən Sabunçu rayonu ünvan 1 ünvanda 1B nömrəli 14 mərtəbəli yaşayş binasının 5-ci mərtəbəsində yerləşən 30 №-li ümumi sahəsi layihə üzrə 203 kv.m təşkil edən mənzili başqa şəxsə satıldıqdan sonra cavabdehə 20961 manatın qaytarılması; cavabdeh tərəfindən iddiaçıya qarşı törədilmiş delikt nəticəsində dəymiş 1000 manat qeyri-əmlak zərərin ödənilməsi; məhkəmə məsrəfləri olan 213 manat dövlət rüsumunun, 23 manat poçt xidmətləri üçün ödənişin, 200 manat mediasiya xidməti haqqının və 1000 manat hüquqi xidmət haqqının cavabdehdən tutulması və iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-111/2024 №-li xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən İddiaçı MTK-nın Cavabdeh qarşı (İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsi, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsi və X1 üçüncü şəxs qismində qeyd edilməklə) Cavabdeh tərəfindən xx.xx.2016-cı il tarixli 115 №-li podrat (qarışıq) müqaviləsi üzrə öhdəliyin tam yerinə yetirilməməsi, eləcə də qismən yerinə yetirilmiş işlərin qüsurla yerinə yetirilməsi və təhvil-təslim aktının və ƏDV-nin elektron qaimə fakturasının təqdim olunmaması hərəkətlərinin (hərəkətsizliyinin) qanunsuz hesab edilməsi; müqavilədə göstərilən Sabunçu rayonu ünvan 1 ünvanda 1B nömrəli 14 mərtəbəli yaşayş binasının 5ci mərtəbəsində yerləşən 30 №-li ümumi sahəsi layihə üzrə 203 kv.m təşkil edən mənzili başqa şəxsə satıldıqdan sonra cavabdehə 20961 manatın qaytarılması; cavabdeh tərəfindən iddiaçıya qarşı törədilmiş delikt nəticəsində dəymiş 1000 manat qeyri-əmlak zərərin ödənilməsi tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-111/2024 №-li xx.xx.2024-cü il tarixli qərardadına əsasən iddia “Cavabdeh tərəfindən xx.xx.2016-cı il tarixli 115 №-li podrat (qarışıq) müqaviləsi əhəmiyyətli dərəcədə pozulduğundan, həmin müqavilənin ləğv olunması” hissəsində baxılmamış saxlanılmışdır. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-111/2024 №-li xx.xx.2024-cü il tarixli qərardadına əsasən iddiaçının şikayəti təmin edilərək Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-111/2024 №-li xx.xx.2024-cü il tarixli qərardadı ləğv edilmiş və şikayətə baxılması xx.xx.2024-cü il tarixə təyin edilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-111/2024 №-li xx.xx.2024-cü il tarixli qərardadına əsasən İddiaçı MTK-nin Cavabdeh qarşı (İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsi, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsi və X1 üçüncü şəxs qismində qeyd edilməklə) cavabdehin hərəkətlərinin (hərəkətsizliyinin) qanunsuz hesab edilməsi, mənzil başqa şəxsə satıldıqdan sonra cavabdehə 20961 manatın qaytarılması, 1000 manat qeyri-əmlak zərərin ödənilməsi tələbi, iddia tələbinin “Cavabdeh tərəfindən xx.xx.2016-cı il tarixli 115 №-li podrat (qarışıq) müqaviləsi əhəmiyyətli dərəcədə pozulduğundan, həmin müqavilənin ləğv olunması” hissəsinin tələbdən ayrılması, ikinci tələbin ayrıca icraata ayrılması qərara alınmışdır. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-1776/2025 №-li xx.xx.2025-ci il tarixli qətnaməsi ilə İddiaçı MTK-nın Cavabdeh qarşı (İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsi, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsi və X1 üçüncü şəxs qismində qeyd edilməklə) xx.xx.2016-cı il tarixli 115 №-li podrat (qarışıq) müqaviləsinin ləğv olunmasına dair iddia rədd edilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-1776/2025 №-li xx.xx.2025-ci il tarixli qətnaməsindən İddiaçı MTK apellyasiya şikayəti vermiş və apellyasiya mümkün hesab edilərək məhkəmə baxışına təyin edilmişdir. Bununla yanaşı, işdən bəlli olur ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e- 2(008)-111/2024 №-li xx.xx.2024-cü il tarixli qətnaməsindən də İddiaçı MTK tərəfindən verilmiş apellyasiya şikayəti mümkün hesab edilmiş və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(103)-3216/2025 nömrəli qərardadı ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin icraatında olmuş xx.xx.2016-cı il tarixli 115 №-li podrat (qarışıq) müqaviləsinin ləğv olunmasına dair iddiaya dair e-2(008)-1776/2025 №-li iş üzrə çıxarılacaq yekun məhkəmə aktı qüvvəyə minənə qədər dayandırılması qərara alınmışdır. Hazırkı işin apellyasiya icraatı zamanı iddiaçının nümayəndəsi və vəkili ərizə ilə məhkəməyə müraciət edərək hər iki mülki işin bir icraatda birləşdirilməsini xahiş etdi. Mülki Prosessual Məcəllənin 43.1-ci maddəsinə əsasən, əgər müxtəlif məhkəmələrin icraatında olan işlər biri-biri ilə əlaqəlidirsə, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün onlara birgə baxılmalı və qətnamə çıxarılmalıdır. Bu məqsədlə iş (işlər) bir-biri ilə əlaqəli işlərdən birini ilkin olaraq icraata qəbul etmiş məhkəməyə göndərilməlidir. Həmin Məcəllənin 43.2-ci maddəsinə əsasən, bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər. Mülki Prosessual Məcəllənin 169.3-cü maddəsinə əsasən hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Məhkəmə tərkibi hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin icraatında olan 2(103)-4107/2025 saylı hazırki mülki işlə 2(103)-3216/2025 saylı mülki iş bir-biri ilə əlaqələdir və bir-birindən asılıdır. Buna görə də ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün onlara birgə baxılmalı və yekun məhkəmə aktı çıxarılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 43 və 169.3-cü maddəsini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə r a r a a l d ı: Bakı Apellyasiya Məhkəməsinin icraatında olan 2(103)-4107/2025 saylı və 2(103)- 3216/2025 saylı mülki işlər bir icraatda birləşdirilsin. Bakı Apellyasiya Məhkəməsinin icraatında olan 2(103)-4107/2025 saylı mülki işin icraatına xitam verilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-4107/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4107/2025
08.09.2025 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver